Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-610/2025 19.02.2025 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh qarşı iddiası ilə bağlı mülki iş üzrə QƏRARİ İş № 2(102)-610/2025 (Açar sözlər: alimentin tutulması, valideynlərin uşaqlara görə əlavə xərclərdə iştirakı) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Babayev Zəki Baba oğlu (məruzəçi), Əliyev Zaur Əli oğlundan və X1 ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması” tələbinə dair iddiası ilə bağlı mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)5574/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsindən İddiaçı (Vəkil) tərəfindən verilmiş kassasiya şikayə tinə 19 fevral 2025-ci il tarixdə Ali Məhkəmənin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları:
1. Cavabdeh ilə İddiaçı xx.xx.2011-ci il tarixdə nikaha daxil olmuşlar. Onların birgə nikahlarından əkiz uşaqları - xx.xx.2012-ci il təvəllüdlü X3 və xx.xx.2012-ci il təvəllüdlü X4 doğulmuşdur.
2. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4162/2012 nömrəli, 03 dekabr 2012-ci il tarixli qətnaməsi ilə Cavabdeh və İddiaçı arasında bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş uşaqların anaları İddiaçı himayəsində saxlanması və xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadənin və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2012-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 87 ma nat olmaqla, cəmi 174 manat sabit pul məbləğində alimentin və hər uşağa görə 50 manat müalicə ilə əlaqədar çəkilməli olan əlavə xərclərin Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
3. Daha sonra Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadənin və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hər ay hər uşağa görə 108 manat olmaqla, cəmi 216 manat sabit pul məbləğində alimentin və həmçinin uşaqların müalicəsi ilə əlaqədar çəkilməli olan əlavə xərclərə görə hər uşağa görə hər ay sabit pu l məbləğində 75 manatın Cavabdeh alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.
4. Həmin qətnamədən cavabdeh Elsevər İsayein verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-2527/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə qismən təmin edilərək, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsinin qismən - Cavabdeh əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi və həmin hissədə iddianın təmin edilməməsi, qətnamənin Cavabdeh apellyasiya şikayətinə münasibətdə qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
5. Azərbaysan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)3836/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə İddiaçı Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiya sının 2(103)-2527/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi şikayət təmin edilərək, qətnamənin Cavabdeh əlavə xərclərin tutulmasına aid hissədə ləğv edilməsi, bu hissədə yeni qərar qəbul edilməsi, iddianın qismən təmin edilərək, Cavabdeh xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadənin və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 75 manat məbləğində, ayda cəmi 150 manat tutularaq İddiaçı verilməsi qərara alınmışdır.
6. Bundan sonra, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-4475/2016 nömrəli qətnaməsi ilə İddiaçı Cavabdeh qarşı “alimentin və əlavə xərclərin artırılması tələbinə dair” iddia tələbinin qismən təmin edilməsi, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadənin və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət olunmuşdur.
7. Həmin qətnamədən İddiaçı verdiyi apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsi ilə təmin edilmiş, iş üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)- 4475/2016 nömrəli qətnaməsinin dəyişdirilərək, iddia tələbinin qismən təmin edilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü Sə rvi İsazadənin və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 117 manat olmaqla, cəmi 234 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq, İddiaçı verilməsi qət edilmişdir.
8. Azərbaysan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 2(102)1802/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə iddiaçının Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-6715/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti qismən təmin edilərək, qətnamənin aliment məbləğinə dair hissədə dəyişdirilməsi, Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)582/2015 nömrəli, xx.xx.2015-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş alimentin məbləğinin artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsa zadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin Cavabdeh tutularaq İddiaçı verilməsi qərara alınmışdır.
9. X6 adına Milli Oftalmologiya Mərkəzinin xx.xx.2023-cü il tarixli arayışlarına əsasən Nihad İsazadəyə “mürəkkəb miopik astiqmatizm” diaqnozu və Sərvi İsazadəyə “müştərək xarici çəpgözlük, mürəkkəb miopik astiqmatizm” diaqnozu qoyulmuşdur.
10. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Azərbaycan Elmi Tədqiqat Travmatologiya və Ortopediya İnstitutu” PHŞ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arayışa əsasən Nihad İsazadəyə “ikitərəfli anadangəlmə yastıpəncəli İİİ dərəcə” diaqnozu qoyulmuşdur.
11. Respublika Kliniki Uşaq Xəstəxanasının xx.xx.2023 -cü il tarixli ediatrik transtorakal exokardioqrafıya protokoluna əsasən Nihad İsazadəyə “MVP yüngül. MÇ min” diaqnozu qoyulmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları. Birinci instansiya məhkəməsində icraat:
12. İddiaçı (bundan sonra iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə müraciət edərək, Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1802/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə xx.xx.2012ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat məbləğində tutulan alimentin miqdarının artırılaraq, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin ye tkinlik yaşına çatana qədər saxlanması üçün cavabdehdən hər uşaq üçün hər ay 235 manat, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin və Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3836/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğində, ayda cəmi 150 manat tutulan pulun artırılaraq cavabdehdən xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin müalicələri ilə əlaqədar hər ay hər uşağa görə ayrılıqda 500 manat məbləğində, ayda cəmi 1.000 manat pulun və ödənilmiş 100 manat dövlət rüsumunun tutularaq ona ödəilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
13. İddia tələbi işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edilməklə belə əsaslandırmışdır ki, uşaqları daim həkim müayinəsində və müalicəsində olmalıdırlar. Bununla bağlı müayinə və müalicə xərclərini ödəyir, dərman preparatları alır, zəruri digər xərcləri qarşılayır. Cavabdehin əlavə xərcləri ödəməyə kifayət qədər maddi imkanı var. Belə ki, o, kafe işlədir.
14. Cavabdeh məhkəməyə etiraz ünvanlayaraq bildirmişdir ki, alimentin və əlavə xərclərin artırılması hissəsində iddia tələbini qəbul etmir. Belə ki, o, heç bir yerdə işləmir. Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1802/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarı ilə müəyyən edilmiş hər uşaq üçün 130 manat sabit pul məbləğində alimenti çətinliklə ödəyir. Cavabdehin hər ay hər uşağa görə 130 manat sabit pul məbləğində alimenti ödəməyə maddi imkanı çatmadığı halda aliment məbləğinin artırılaraq hər ay hər uşaq üçün 235 manat müəyyən edilməsi ilə bağlı iddiaçının iddiasını tam əsassız hesab edir. İddiaçının məhkəməyə təqdim etdiyi iddia ərizəsindən aydın olur ki iddiaçı Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-1802/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qərarının qəbul edilməsindən sonra cavabdehin gəlirinin artması, maddi vəziyyətinin yaxşılaşmasına dair heç bir rəsmi sənəd əlavə etməmişdir. O, işsiz kimi qeydiyyatdadır. Hal-hazıra kimi işsizdir. Bundan əlavə iddiaçının Ali Məhkəmənin Mülki kollegiyasının 2(102)-3836/2016 nömrəli, xx.xx.2016-cı il tarixli qərarı ilə ondan xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin müalicələri ilə əlaqədar hər ay hər uşağa görə 75 manat məbləğin də, ayda cəmi 150 manat tutulan pulun artırılması hissəsində iddia tələbini də tam əsassız hesab etdiyini qeyd etmişdir. Belə ki, ölkədə bütün tibbi xidmətlər icbari tibbi sığorta xidməti vasitəsi ilə tam pulsuz aparılır. Bu barədə məhkəməyə hər hansı sübut təqdim etməyə ehtiyac yoxdur. Belə ki, ölkə qanunvericiliyi bunu tam təsdiq edir. Həmçinin iddiaçı tərəfindən uşaqların müalicəsinə hər ay 500 manat pul xərclənməsi barədə heç bir sübut əlavə etməmişdir. Bu da onun iddiasının bu hissədə də tam əsassız olmasını göstərmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.
15. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(006)-1798/2024 nömrəli, 13 may 2024-cü il tarixli qətnaməsi ilə iddia qismən təmin edilə rək, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadənin və Nihad İsazadənin yetkinlik yaşına çatanadək saxlanması üçün Ali Məhkəmənin Mülki kollegiyasının xx.xx.2017-ci il tarixli qətnaməsi ilə tutulan alimentin miqdarı artırılaraq, cavabdehdən iddiaçının xeyrinə qətnamə qanuni qüvvəyə mindikdən sonra hər ay bir uşaq üçün 235 manat olmaqla, cəmi 470 manat sabit pul məbləğində alimentin tutulması, iddianın qalan hissədə təmin edilməməsi, miqdarı dəyişdirilmiş alimentlərin tutulması bu barədə qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanması qət edilmişdir.
16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, cavabdehin xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə və xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadənin atası olması və onların yetkinlik yaşına çatanadək saxlanılması üçün əvvəl hər ay hər uşağa görə 130 manat olmaqla, cəmi 260 manat sabit pul məbləğində alimentin və əlavə xərclərə görə hər uşaq üçün 75 manat olmaqla, cəmi 150 manat pulun tutulması mülki işin mübahisəsiz hallarıdır.
17. Məhkəmə hesab etmişdir ki, ölkə üzrə yaşayış minimumunun uşaqlar üçün 235 manat olduğu halda, hazırda yetkinlik yaşına çatmamış 1 uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün cavabdehdən qeyd olunan, 2017-ci ildə qəbul edilmiş qətnamə ilə təyin edilmiş miqdarda aliment tutulması uşağın günün tələblərinə uyğun təmin edilməsinə, yəni hər il daha da böyüyən və tələbatları artan uşağın normal saxlanılması üçün kifayət deyildir. Odur ki, iddia tələbi məhkəmə qərarı ilə müəyyən edilmiş alimentin miqdarının günün tələblərinə uyğun şəkildə artırılması hissəsində tam əsaslı old uğundan bu hissədə iddia cavabdehin işləməməsi barədə irəli sürdüyü dəlillərdən asılı olmayaraq təmin edilməlidir.
18. Lakin məhkəmə iddia tələbinin uşaqlara göstərilən tibbi xidmətlərə görə çəkilən xərclərlə əlaqədar cavabdehdən tutulan vəsaitin artırılması hissəsi ilə bağlı qeyd etmişdir ki, tərəflərin birgə nikahlarından olan övladlarının müəyyən xroniki xəstəliklərdən əziyyət çəkməsi mübahisəsiz olsa da, həmin xəstəliklərə görə iddiaçı tərəfindən tələb edilən 500 manat məbləğində tutulmasını əsaslı edən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, tərəflər arasında daha əvvəlki məhkəmə mübahisəsi ilə cavabdehdən iddiaçının xeyrinə hər uşaq üçün 75 manat məbləğində əlavə xərclərə görə vəsaitin tutulması zamanı məhkəmə öz qərarında Səhiyyə Nazirliyi Nəsimi rayon 12 saylı Uşaq Polikli nikasının xx.xx.2015-ci il tarixli, 94 nömrəli məktubuna istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.2012-ci il təvəllüdlü Sərvi İsazadə hal-hazırda “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə çəplik, MMS oyanıqlıq” diaqnozu ilə dispanser qeydiyyatındadır, ümumi vəziyyəti kafidir. Psixi-fiziki inkişafı geri qalır. İntellekt yaşına uyğun deyil. xx.xx.2012-ci il təvəllüdlü Nihad İsazadə “ensefalopatiya, əqli inkişafın ləngiməsi, nitq pozuntusu, sadə hipermetropik astiqmatizm” diaqnozu ilə dispanser qeydiyyatındadır. Hal-hazırda uşağın vəziyyəti kafidir. Psixi-fiziki inkişafında ləngimə qeyd olunur, əsəbidir, narahatdır. Həmçinin məhkəmə qərarında 12 saylı Uşaq Poliklinikasının xx.xx.2015-ci il tarixli məktubuna da istinad etmişdir. Həmin məktubda göstərilmişdir ki, xx.xx.201 2-ci il təvəllüdlü Nihad İsazadə “sadə hipermetropik astiqmatizm”, Sərvi İsazadə isə “mürəkkəb miopik astiqmatizm, çəpgözlük” diaqnozu ilə oftalmoloji kabinetdə qeydiyyata götürülmüşlər. Hər iki uşaq “impetiqo” diaqnozu ilə xx.xx.2015-ci ildən xx.xx.2015-ci ilədək 3 №li X2 müayinə olunmuş və ambulator müalicə almışlar.
19. Məhkəmə daha sonra qeyd etmişdir ki, göründüyü kimi cavabdeh daha əvvəllər də uşaqların tibbi xərclərinə görə cavabdehə qarşı iddia tələbi ilə müraciət edərkən uşaqların xroniki xəstəliklərinin olması müəyyən edilmişdir. Hazırda cavabdehin etirazında da göstərildiyi kimi ölkədə icbari tibbi sığorta tətbiq edilməkdədir. İxtisaslaşdırılmış ambulator tibbi xidmətlərə hazırda tərəflərin birgə nikahdan olan övladlarının əziyyət çəkdiyi xəstəliklərə görə həkim müayinələri də d axildir. Bundan əlavə həmin xəstəliklərə görə məhz 500 manat vəsaitin zəruri olmasını sübutetmə yükü isə iddiaçının üzərinə düşmüşdür. İddiaçı isə uşaqlar üçün yazılmış xx.xx.2023-cü il tarixli həkim reseptlərini məhkəməyə təqdim etməklə kifayətlənmiş, iddiasını əsaslı edəcək kifayət qədər sübutları məhkəməyə təqdim etməmişdir.
20. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75, 78, 112-ci, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-2.1-ci maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, “Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işl ərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016-cı il tarixli 8 nömrəli Qərarına və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Apellyasiya instansiyası məhkəməsindəki icraat:
21. Qətnamədən iddiaçı və cavabdeh ayrı-ayrılıqda apellyasiya şikayətləri vermişlər.
22. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunmayan hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul olunmasını xahiş etmişdir.
23. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə özü də bildirmişdir ki, tərəflərin b irgə nikahlarından olan övladlarının müəyyən xroniki xəstəliklərdən əziyyət çəkməsi mübahisəsiz hallardır. Belə olduğu təqdirdə ötən illər ərzində hər sahədə, o cümlədən tibbi ləvazimatların, dərman preparatlarının və sairin dəyərində də kifayət qədər artmalar olmuşdur ki, məhz bu halın özü təyin olunmuş əlavə xərclərin artırılması tələbinə əsas vermişdir. Məhkəmə isə övladlarının əziyyət çəkdiyi xəstəliklərə görə hər uşaq üçün təyin olunmuş 75 manat pulu (iki uşaq üçün 150 manat) yetərli hesab etmişdir. Birinci instansiya məhkəməsinin, uşaqların müalicəsindən irəli gələn əlavə xərclərə görə cavabdehdən tutulan alimentin miqdarının artırılması üçün sübutun olmaması barədə qənaəti, ötən müddətdə ölkədə gedən qiymət artımlarına, o cümlədən də dərman və tibbi ləvazimatların qiymətlərində gedə n aşkar qiymət artımlarına münasibətdə təkzib olunmuşdur.
24. Cavabdeh apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin iddia tələbinin təmin olunan hissəsində ləğv edilməsini, iddia tələbinin həmin hissədə də təmin edilməməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
25. Apellyasiya şikayəti iddia ərizəsinə qarşı verilmiş etiraza uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə onun etirazda qeyd etdiyi halları yalnız tələbin əlavə xərclər hissəsində düzgün qiymətləndirmiş, qalan hissədə isə etirazda qeyd etdiyi hallara qiymət verməmişdir. Belə ki, o işsizdir. Ali Məhkəmənin müəyyən etdiyi alimenti və əlavə xərcləri çətinliklə ödəyir. Son 1 il ərzində icra məmuru alimenti 1 gün gecikdirən kimi onun barəsində məcburi icra tədbiri görmüş, məcburi g ətirmə haqqında məhkəməyə təqdimat vermiş və onu axtarışa vermişdir. Bu hallar elektron kabinetdə açıq görünmüşdür. Lakin məhkəmə bunu nəzərə almadan iddianı alimentin artırılması hissəsində qismən təmin edərək, onun onsuzda çətin olan vəziyyətini bir az da çətinləşdirmişdir. Ölkədə 2024-cü il üçün müəyyən olunmuş uşaqların yaşayış minimumu 235 manat təşkil etmişdir. Onda həmin məbləğin bir uşaq üçün 130 manatını, yəni yarıdan çox hissəsini o, ödəmişdir. Məhkəmə onun tərəfindən hər ay hər uşaq üçün 235 manat aliment ödəməyini müəyyən edən zaman, onun həmin məbləğdə alimenti və Ali Məhkəmənin müəyyən etdiyi əlavə xərcləri ödəmək iqtidarında olub-olmamağını aydınlaşdırmamışdır. Bu isə onun ödəyə bilməyəcəyi məbləğlə yüklənməyinə və sonda inzibati və cinayət məsuliyyətinə cəlb olunmağına gəti rib çıxacaqdır.
26. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (bundan sonra apellyasiya instansiyası məhkəməsi) 2(103)-5574/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi ilə (hakimlər Məhəmməd Rüstəmli (sədrlik edən və məruzəçi), Akif İsgəndərov və Səadət Səlimova) apellyasiya şikayətləri təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
27. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq hesab etmişdir ki, aliment məbləğinin sonuncu dəfə artırıldığı vaxtdan artıq 7 ildən çox müddət keçmiş, ödəmələrin miqdarını müəyyənləşdirən hallar, o cümlədən ölkə üzrə uşaqlar üçün yaşayış minimumunun məbləği dəyişmişdir. Məhkəmə kollegiyası hesab etmişdir ki, hazırda iki uşağa görə alimentin 260 manat m əbləğində müəyyən edilməsi uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün yetərli deyildir. Nəzərə alınmalıdır ki, qanunvericiliklə 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. O da qeyd edilməlidir ki, aliment ödəyən valideynin az qazanca malik olması onu uşaqlarını saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
28. Məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd etmişdir ki, iddiaçı hazırda hər uşağın müalicəsi üçün hər ay 500 manat məbləğində vəsaitin tələb olunduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübut məhkəməyə təqdim etməmişdir.
29. Məhkəmə kollegiyası həmçinin qeyd etmişdir ki, hazırda “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununa əsasən ölkədə icbari tibbi sığorta tətbiq edilməkdədir.
30. Apellyasiya instansiyası məhkəməsi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Ailə Məcəlləsinin 75, 81, 112-ci, “Uşaq hüquqları haqqında” Qanunun 5, 13, 19-cu maddələrinə, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli və “Аzərbаycаn Respublikası Аilə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2016-cı il tarixli Qərarlarına və Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 88, 217.4, 233.4, 384.0.1, 385.2 və 402.1-ci maddələrinə istinadla əsaslandırmış dır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri. Kassasiya şikayətinin dəlilləri:
31. Qətnamədən iddiaçı (Vəkil) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir.
32. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi uşaqların çoxsaylı xəstəliklərini və həmin xəstəliklərlə əlaqədar zəruri olan dərman və tibbi ləvazimatlarının artan qiymətini nəzərə almayaraq, əsassız qətnamə çıxarmışdır. Ailə Məcəlləsinin 81.1-ci maddəsindən göründüyü kimi məhkəmə valideynləri uşaqlar üçün müəyyən hallarda əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Həmin xərclərə uşaqların xəstəliyi ilə bağlı olan xərclər də şamil edilir, lakin apelly asiya instansiyası məhkəməsi qətnaməsində uşaqların xəstəliyi ilə bağlı olan xərclər hissəsində Respublika ərazisində icbari tibbi sığortanın tətbiq olunduğunu qeyd etmişdir. Ancaq ölkə ərazisində icbari tibbi siğortanın tətbiq olunması valideynləri Ailə Məcəlləsinin 81.1-ci maddəsində qeyd olunan öhdəliklərindən azad etmir. Belə ki, icbari tibbi siğorta tərəfindən uşaqların müəyyən müalicə xərcləri qarşılansa da, məhkəmə iddiaçının uşaqların müalicəsinə xərclənən, lakin sığorta tərəfindən qarşılanmayan digər xərclərini nəzərə almamışdır. İşin hallarından aydın olmuşdur ki, hər iki uşaqda müxtəlif fiziki və əqli qüsur diaqnozları qoyulmuşdur. Həmin xəstəliklər üzrə uşaqların müalicəsi yalnız xəstəxanada müalicə alması ilə kifayətlənmir. Əlavə olaraq evdə onlara ambulator müalicə də göstəri lməlidir. Bundan başqa, iddiaçının övladı Sərvi İsazadədə “əqli inkişafın ləngiməsi nitq pozuntusu ilə, çəplik, MMS oyanıqlıq” diaqnozu qoyulmuş, psixi-fiziki inkişafının geri qaldığı və intelektin yaşına uyğun olmadığı qeyd olunmuşdur. Sərvi İsazadəyə qoyulmuş diaqnozdan da göründüyü kimi onun xüsusi qayğı və tibbi müalicəyə ethiyacı var, lakin apellyasiya məhkəməsi qətnaməsində xüsusi qayğı və müalicəyə ehtiyacı olan uşaqlar üçün iddiaçının əlavə xərcləri olmasını nəzərə almamış, uşaqların xəstəliklərinə adi müalicə oluna bilən bir xəstəlik kimi yanaşmışdır.
33. Apellyasiya məhkəməsi qətnaməsində iddiaçının 1.000 manat məbləğində əlavə xərclər üçün hər hansı sübut təqdim etmədiyini qeyd etsə də, iddiaçı tərəfindən çəkilmiş xərclərlə bağlı məhkəməyə həkimlər tərəfindən yazılmış dərman res eptlərini təqdim etmişdir. Bundan başqa, Ailə Məcəlləsinin 81.3-cü maddəsinə əsasən məhkəmə əlavə xərcləri nəzərə alanda gələcəkdə çəkilə biləcək xərcləri də nəzərə almalıdır. Belə olan halda, məhkəmənin iddaçıdan gələcəkdə uşaqların müalicəsi üçün çəkilən xərclər üçün sübut tələb etməsi həmin maddənin pozulması deməkdir. 34. “Ailə Məcəlləsinin 80 və 81-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, əlavə xərclərin təyin olunması zamanı əsas meyar övladın yardıma ehtiyacı olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarı olması nəzərə alınmalıdır. İş üzrə materiallardan aydın olmuşdur ki, iddiaçının aylıq əmək haqqısı 1350 manat təşkil edir. İddiaçının himayəs ində 2 xüsusi qayğıya ehtiyacı olan övladı var. İddiaçı aldığı əmək haqqı ilə həm xüsusi diqqət tələb edən övladlarının gündəlik qayğılarını qarşılamalı həm də onlara əlavə tibbi yardımın göstərilməsini təmin etməlidir. Belə olan halda, iddiaçı övladlarına əlavə müalicə elətdirmək istəsə belə maddi imkanı buna imkan vermir. Belə olan halda çəkilən xərclərlə bağlı məhkəməyə sübut təqdim etmək imkanı da olmur. Bununla belə apellyasiya məhkəməsi bütün bu qeyd olunanları nəzərə almadan qətnamə qəbul etmişdir.
35. İddiaçı uşaqları üçün yazılmış xx.xx.2023-cü il tarixli həkim reseptlərini məhkəməyə təqdim etsə də, birinci instansiya məhkəməsi iddianı əsaslı edəcək kifayət qədər sübutların təqdim edilməməsi nəticəsinə gəlmişdir. Apellyasiya instansiyası məhkəməsi isə iddiaçı tərəfindən hər hansı sübutun təqdim edilməməsi qənaətinə gəlmişdir. Burada məhkəmələrin təqdim edilən sübutları düzgün qiymətləndirmədiyi, sübutları obyektiv, qərəzsiz və tam araşdırmadığı nəticəsinə gəlmək olar. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyası.
36. Maddə 17 (hissə İİ). Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.
37. Maddə 29.2. Analıq, atalıq, uşaqların tərbiyəsi və təhsili, eləcə də ailənin digər məsələləri ər-arvadın hüquq bərabərliyi prinsiplərinə uyğun olaraq birgə həll edilir.
38. Maddə 56.1. Valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər.
39. Maddə 60.1. Valideynlik hüquqları uşaqların mənafeyi ziddinə həyata keçirilə bilməz.
40. Maddə 75.1. Valideynlər uşaqlarını saxlama ğa borcludurlar.
41. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
42. Maddə 81.1. Alimentin tutulması barədə saziş olmadıqda və ya sazişdə müstəsna hallarla (ağır xəstə, əlilliyi müəyyən edilmiş uşaqlara, habelə əmək qabiliyyəti olmayan və maddi yardıma ehtiyacı olan yetkinlik yaşına çatmış övladlara göstərilən kənar xidmətin haqqının ödənilməsi ilə əlaqədar və digər hallarda) əlaqədar yaranmış xərclərin ödənilməsi qaydası müəyyən edilməmişsə, valideynlərdən hər biri məhkəmə tərəfindən əlavə xərclərin ödənilməsinə cəlb oluna bilər.
43. Maddə 81.2. Valideynlərin əlavə xərclərə cəlb olunması qaydasını məhkəmə müəyyən edir. Bu xərclərin miqdarı məhkəmə tərəfindən valideynlərin və uşaqların ailə və maddi v əziyyəti, eləcə də tərəflərin diqqətəlayiq olan digər maraqları nəzərə alınmaqla, hər ay ödənilməli olan sabit pul məbləğində müəyyən olunur.
44. Maddə 81.3. Məhkəmə valideynləri faktiki çəkilmiş əlavə xərclərə, eləcə də gələcəkdə çəkilməsi zəruri olan xərclərə cəlb edə bilər.
45. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanunu.
46. Maddə
5. Dövlət orqanları, bütün fiziki v ə hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Azərbaycan Respublikasının normativ hüquqi aktları və müvafiq orqanların qərarları uşaq mənafelərinə zidd olmamalı və onların icrası uşaqların həyatına, inkişafına və tərbiyəsinə zərər gətirməməlidir.
47. Maddə
13. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır.
48. Maddə
19. Valideynlərin uşağın tərbiyəsində bərabər hüquq və vəzifələri vardır. Uşağın qabiliyyətinin inkişaf etdirilməsi, onun maddi və mənəvi tələbatlarının təmin edilməsi, hüquq və mənafelərinin mühafizəsi valideynlərin əsas vəzifələridir. “Azərbaycan Respublikası Ailə Məcəlləsinin 80 və 81-ci ma ddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarı.
49. Yetkinlik yaşına çatmamış uşaqlara görə əlavə xərclərin çəkilməsi valideynlər arasında bağlanan sazişlə, əmək qabiliyyəti olmayan yetkinlik yaşına çatmış övladlara görə əlavə xərclərin çəkilməsi isə övladlarla valideynlər arasında bağlanan sazişlə həll edilə bilər. Belə saziş olmadıqda, məhkəmə valideynləri əlavə xərclərin ödənilməsinə cəlb edə bilər. Məhkəmə tərəfindən yetkinlik yaşına çatmış əmək qabiliyyəti olmayan övladlar üçün tutulan alimentin miqdarı təyin edilərkən, tərəflərin ailə və maddi vəziyyəti, bütün gəlir mənbələri, habelə onların diqqətəlayiq başqa maraqları (aliment ödəyən valideynin əmək qabiliyyətinin olmaması; yetkinlik yaşı na çatmış övladın ağır xəstəliyi səbəbindən müalicə, tutumlu xüsusi qida və qulluq göstərmə xərcləri; valideynin xüsusi qulluğa ehtiyacının olması; aliment alanın başqa valideyndən də aliment alması; aliment verəcək valideynin himayəsində digər övladlarının olması və s.) əsas götürülür. Bu zaman əsas meyar övladın yardıma ehtiyacının olması və valideynin ona nə dərəcədə yardım etmək iqtidarında olmasıdır. Belə ki, tərəflərin ailə və maddi vəziyyəti alimentin miqdarının müəyyən edilməsi üçün birinci dərəcəli əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
50. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
51. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üç ün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
52. Maddə 76.2. Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
53. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
54. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
55. Maddə 217.4. Məhkəmə öz qətna məsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
56. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.
57. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
58. Maddə 417.1.1. Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər.
59. Madd ə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri:
60. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
61. Hazırkı kassasiy a şikayətində qətnamə iddia tələbinin təmin olunmayan hissəsində mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanılır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi
62. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
63. Məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi işlə bağlı sübutetmə yükünü düzgün bölüşdürmüş və səlahiyyətləri çərçivəsində təqdim olunmuş sübutları tədqiq etmiş və tədqiq etdiyi sübutlara qismən hüquqi qiymət vermişdir.
64. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab edir ki, yetkinlik yaşına çatmayan uşaqların saxlanılması üçün aliment məbləğinin müəyyən edilməsi ilə bağlı mübahisə həll edilərkən ilk növbədə uşaqların üstün mənafeyi rəhbər tutulmalıdır. Bu halda məhkəmələr həm birinci nikahdan, həm də ikinci nikahdan olan uşaqların üstün mənafelərini mütləq nəzərə almalıdırlar.
65. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Apellyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi iddiaçı hazırda hər uşağın müalicəsi üçün hər ay 500 manat məbləğində vəsaitin tələb olunduğunu iddia etsə də, bunu təsdiq edən hər hansı sübutu sübutları araşdırmaq hüququ olan məhkəmələrə təqdim etməmişdir.
66. Bu baxımdan kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və yuxarıda qeyd olunanları nəzərə alıb hesab edir ki, kassasiya şikayəti ilə oxşar məzmunlu olan apellyasiya şikayətinin dəlilləri apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılaraq düzgün hüquqi qiymət verildiyi üçün kass asiya şikayətində qeyd olunan həmin dəlilləri təkrar araşdırmağa lüzum yoxdur.
67. Kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətinin dəlillərində qeyd olunan hüquqi məsələlərə apellyasiya instansiyası məhkəməsi tərəfindən qiymət verilmişdir və məhkəmə kollegiyası həmin əsaslandırılma ilə razılaşır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya instansiyası məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prosessual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmış, düzgün hüquqi nəticəyə gəlinmiş, nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz.
68. Məhkəmə kollegiyası qeyd edir ki, kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessua l hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
69. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Konstitusiya Məhkəməsi Plenumunun müxtəlif qərarlarında formalaşmış hüquqi mövqeyinə görə, kassasiya məhkəməsi apellyasiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (Konstitusiya Məhkəməsi Plenumunun Ə.Ə.İbrahimovun şikayəti üzrə 12 aprel 2004-cü il tarixli Qərarı). Kassasiya məhkəməsinin vəzifəsinin məhz bundan ibarət olması MPM-in 407.1.4, 408.1.5 və 416-cı maddələrindən aydın görünür. Həmin Məcəllənin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin f aktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Bu səbəbdən kassasiya şikayətinin dəlilləri əsassız olduğuna görə, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.
70. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir.
71. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
72. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutara q, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-5574/2024 nömrəli, 21 oktyabr 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.