Məhkəmə qərarları › İş №2(102)-6125/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6125/2019

23.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6125/2019 23.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), Mirzəliyev Əsəd Abdulla oğlu və Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Cumazadə Ceyhun Rizvan oğlunun katibliyi, İddiaçı və vəkilləri X7, X8, cavabdeh X13, Cavabdeh1 və Cavabdeh2 vəkili X9 iştirakları ilə, İddiaçı və cavabdehlər V6 Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 02 may 2019-cu il tarixli qətnaməsindən verdikləri kassasiya şikayətləri üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Abşeron Rayon Məhkəməsinin 27 noyabr 2018-cı il tarixli, 2(01 2)-2892/2018 saylı qətnaməsi ilə (hakim Ş.H.Nəcəfova ) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı əmlak tələbi və sənədləşmənin etibarsız hesab edilməsi, həmin əmlakın əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddiası əsassız olduğu üçün təmin edilməmişdir. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 may 2019-cu tarixli qətnaməsi ilə (hakimlər A.Ə.Abbasov (sədrlik edən və məruzəçi), Ş.R.Abasov və T.Q.Məmmədov, 2(105)-1532/2019) İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Abşeron rayon Məhkəməsinin 27 noyabr 2018-ci il tarixli, qətnaməsi “Nissan Sunny” markalı, *********-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə qəbul edilərək, iddia tələbinin həmin hissədə təmin edilməsi, “Nissan Sunny” markalı, ************** dövlət (*********-***) dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X33 ilə Cavabdeh1 arasında bağlanmış 08 fevral 2016-cı il, Cavabdeh1 ilə X27 arasında bağlanmış 07 yanvar 2017-ci il və X4 V6 S6 arasında bağlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələrinin etibarsız sayılması qət edilmi, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçı İddiaçı - cavabdehlər Cavabdeh1, X28, Sumqayıt “Asan Xidmət” Mərkəzində Notariat kontoruna qarşı əmlak tələbi və s sənədləşmənin sənədləşmənin etibarsız hesab edilməsi, həmin əmlakların əvvəlki vəziyyətə gətirilməsi tələbinə dair iddia ərizəsi ilə m əhkəməyə müraciət etmişdir. İddiaçı Azərbaycan Respublikası MPM-nın 53-cü maddəsinə əsasən iddia tələbinin həcmini artıraraq Abşeron nu, Mehdiabad qəsəbəsində yerləşən 0.10 ha torpaq sahəsi və Nissan Sani markalı ********** dövlət nömrə nişanlı avtomaşın üzrə cavabdehlərin Sumqayıt “Asan Xidmət'" Mərkəzində Notariat kontorunda apardıqları sənədləşməni etibarsız hesab edilməsi və həmin əmlakların əvvəlki vəziyətinə yəni onun mülkiyyətinə qaytarılmasına, onlardan 30.000 manat maddi ziyan və 2000 manat mənəvi ziyanın tutularaq ona ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, X33 ilə 24.09.1993-cü il tarixdə rəsmi nikah qeydiyatından keçmişdir. Birgə nikahdan iki övladları anadan olmuşdur. X16 2016-ci ildə vəfat etmişdir. Bigə nik ah dövründə əri Abşeron rayonu, ************** 0.10 ha torpaq sahəsi əldə etmişdir. Belə ki, Abşeron rayon Aqrar İslahat komisiyasının 10.11.1998-ci il tarixli 21 saylı qərarı ilə ərinə 0.10 ha torpaq sahəsi ayrılmış, həmin torpaq sahəsinə 26.02.2012-ci il tarixli Daşınmaz Əmlakın Reyestir Xidmətindən torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə verilmişdir. Bundan başqa, mərhum ərinin adna “Nissan Sunny” markalı, AZ ************** dövlət nömrə nişanlı avtomaşın olmuşdur. Avtomaşın 09.08.2012-ci il tarixdə alınmışdır. X44 uzun müddət xəstə olmuş və 2016-ci ildə ağır xəstəlikdən vəfat etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ərinin doğma qardaşlarıdır. Ərinin ağır xəstəliyindən istifadə edən cavabdehlər Sumqayıt "Asan Xidmət” mərkəzinin Notariat Kontorunda onun xəbəri olmadan ərində n etibarnamə alaraq mülkiyyətində olan 0.10 ha torpaq sahəsini və avto maşını qanunsuz qaydada notariat kontorunun işçisi ilə əlaqəyə girərək həmin əmlakları ələ keçirməklə mənimsəmişlər. Dəfələrlə həmin əmlakın geri qaytarılmasına dair etdiyi müraciətlər cavabsız qalmışdır. Cavabdeh1 vəkili və nümayəndəsi X29 iddia tələbini qəbul etməyərək məhkəmə iclasında bildirmişdir ki, X2 alqı-satqı müqaviləsi bağlanması üçün etibarnamə vermişdir. Notoriat kontorunun notarusu vətəndaşın tam fəaliyyət qabliyyətli olmasına əmin olduqdan sonra tərəfə hər hansı sənədi imzalamadan əvvəl onun nəticələri barədə ətraflı izahat verir. İddiaçının ərinin xəstəliyindən cavabdehlərin istifadə etməsi sözləri əsassızdır. İddiaçının X16 2016-cı ildə vəfat etmişdir. Bundan başqa 30 noyabr 2014-cü il tarixli AN-İN *** **** nömrəli Daşınmaz Əmlakın alqı-satqı müqaviləsi ilə də təsdiq olunur ki, mübahisəli torpaq sahəsi və onun üzərində olan 407.6 kv.m qeyri yaşayiş binası Cavabdeh1 tərəfindən 100.000 manata alınmışdır. Müqavilə Sumqayıt “Asan xidmət” mərkəzində notariat kontarunda təsdiq olunmuşdur. Qeyd edilən məsələ ilə əlaqədar Cavabdeh1 digər qardaşı X5 rayon məhkəməsinə iddia qaldırmışdır. Abşeron rayon məhkəməsinin 03 mart 2016-cı il tarixli 2(012) -706/2016 saylı qətnaməsi ilə müəyyən olunmuşdur ki, Cavabdeh1 mübahisələndirilən torpaq sahəsini qanunla müəyyən edilmiş qaydada aldığını təsdiq edir. İddiaçı mübahisələndirdiyi torpaq sahəsi onun öz ərizəsinə əsasən satılmışdır. “NİSSAN SANİ” markal avtomobil isə həmin avtomobu kreditə alınmışdır, kredit ödənişləri isə Cavabdeh1 tərəfindən mütəmadi ola raq hə ay 430 manat məbləğində ödənilmişdir. Ödəniş qəbzlərində olan imzaların hamısı Cavabdeh1 məxsusdur. Avtomaşın formal olaraq F6 adına rəsmiləşdirilmişdir. F6 maşın almaq üçün heç vaxt maddi imkanı olmamışdır, iddiaçı bütün bunları bildiyi halda, cavabdehdən əlavə pul qoparmaq məqsədi ilə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. X35 narkomaniyadan əziyyət çəkmiş, dəfələrlə hüquq mühafizə orqanları tərəfindən tutulmuş, cinayət məsuliyyətinə cəlb edilmişdir. Onun müalicə xərcləri həbsdə olan müddətdə bütün xərclər Cavabdeh1 tərəfindən ödənilmişdir. Bundan başqa hazırkı iddia ilə məhkəməyə müraciət edənədək ailənin saxlanması üçün iddiaçıya hər ay 1200 manat pul vermişdir. Bağlanmış müqavilə iddiaçının razılığı ilə icra olunduğu üçün müqavilə etibarsız hesab edilə bilməz. Cavabdeh1 vicdanlı alıcıdır. Torpağın alınması üçün 100000 manat pul ödəmişdir. Əqd etibarsız hesab edildiyi təqdirdə onun ödədiyi 100000 manat pul iddiaçıdan alınaraq Cavabdeh1 verilməlidir. Ona görə də iddianın rədd edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri İddiaçı X3 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və həmin hissədə iddianın təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etdi. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 337.1, 337.4, 359.1, 365.1, 365.1.7-ci maddələrinin tələbləri pozulmuş, işin faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Cavabdeh X31 kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin avtomobilin alqı-satqı müqaviləsinin etibarsızlığı barədə hissəsinin rədd edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 217-ci maddəsinin, Azərbaycan Respublikası Mülki Məcəllənin 182-ci maddəsinin tələbi pozulmuş, işin avtomobilin alqı-satqı müqaviləsi üzrə faktiki halları araşdırılmamış, nəticədə maddi və prosessual hüquq normalarının pozulması ilə əsassız və qanunsuz qətnamə qəbul etdi. Tərəflərin İzahatları Məh kəmə kollegiyası iclasında İddiaçı və vəkilləri X10, X11 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişlər. Məhkəmə kollegiyası iclasında cavabdeh X13 vəkili X14 apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər cavabdehlər heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəmə si tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarını n prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdəno cümlədən iş materiallarında olan nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X33 ilə İddiaçı 24 sentyabr 1993-cü il tarixdə rəsmi nikaha giriblər, (i.v.21) Ölüm haqqında şəhadətnamədən görünür ki, X33 qaraciyər çatmamazlığı ilə 02 yanvar 2016-cı il tarixdə vəfat etmişdir.(i.v,19) 04 oktyabr 2009-cu il tarixli etibarnaməsindən görünür ki, X33 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakım idarə etməyi və o nun üzərində sərancam verməyi, buna müvafiq olaraq öz mülahizəsinə görə məbləği, müddəti və digər şərtləri müəyyən etməklə qanunla icazə verilən bütün əqdləri, o cümlədən almaq, satmaq, bağışlamaq və sair hərəkətləri etmək üçün 20 il müddətinə, yəni 04 oktyabr 2029-cu il tarixədək Cavabdeh2 etibarnamə vermişdir. (i.v.20) 30 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə əsasən Abşeron rayonu, ********************* ünvanında yerləşən ümumi sahəsi 407,6 kv.m və 0,1 ha olan daşınmaz əmlakı X17 nümayəndəsi Cavabdeh2 Cavabdeh1 100000 manata satmışdır, (i.v.35) 12.12.2014-cü il tarixli RX serialı ******* nömrəli çıxarışdan görünür ki, Abşeron rayonun **************************** yerləşən 0.10 ha torpaq sahəsi və onun üzərində olan bir mərtəbəli 464,5 kv.m olan qeyri-yaşayış b inası mülkiyyət hüquqi əsasında Cavabdeh1 adma dövlət reyestrində qeydiyyata alınmışdır, (i.v.44) 30 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı satqı müqaviləsinə əlavə edilmiş sənədlərdən görünür ki, Abşeron rayonu, *************************** yerləşən ümumi sahəsi 407,6 kv.m və 0,1 ha olan daşınmaz əmlak X17 nümayəndəsi Cavabdeh2 tərəfindən Cavabdeh1 100000 manata satılarkən İddiaçı Abşeron rayonu 1 saylı DNK-da təsdiq olunmuş ərizəsi ilə həyat yoldaşı X20 məxsus harada yerləşməsindən asılı olmayaraq bütün daşınmaz əmlakının satılmasına etiraz etmədiyini bildirmişdir, (i.v.104/12) Baş Dövlət Yol Polisi İdarəsinin arayışından görünür ki, ************** dövlət nömarə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil 09.08.2012-ci il tarixli, AB717851 şəhadətnamə ilə X17 adma qeydə alınmışdır. 08.02.2016-cı il tarixdə qeydiyyatdan çıxmış, sahibi Cavabdeh1, alqı satqı müqaviləsi əsasında 17.012017-ci il tarixdə X27, alqı satqı müqaviləsi ilə 20.02.2018-ci ildə sahibi X31 olmuşdur, (i.v.97) Apellyasiya instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbinin Abşeron rayonu, ************* yerləşən 0,10 ha torpaq sahəsi, 30000 manat maddi və 2000 manat mənəvi zərərin tutulması hissəsində rədd edərkən haqlı olmuşdur. Belə ki, iş üzrə toplanmış sübutları araşdıran apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçının X16 harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq onun bütün əmlakına sərəncam verməyi 20 il müddətinə, yəni 04 oktyabr 2029-cu il tarixədək öz qardaşı Cavabdeh2 etibar etmiş, sonuncu da həmin etib arnamə əsasında 30 noyabr 2014-cü il tarixli daşınmaz əmlakın alqı- satqı müqaviləsi ilə Abşeron rayonu, Mehdiabad qəsəbəsi, ******************** yerləşən ümumi sahəsi 407,6 kv.m və 0,1 ha torpaq sahəsini Cavabdeh1 100000 manata satmışdır. Alqı-satqı zamanı İddiaçı da razılıq ərizəsi olmuşdur. Azərbaycan Respublikası Mülki Məcəllənin: -359.1 -ci maddəsinə görə əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. -362.1 və 362.2-ci maddələrinə görə bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa ş əxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün yazılı vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Notarial forma tələb edən əqdlərin bağlanması üçün etibarnamə notariat qaydasında təsdiqlənməlidir. -144.1 -ci maddəsinə görə daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notariat qaydasında təsdiqlənməlidir. -144.2-ci maddəsinə görə sərəncam hüququ sərəncam verən tərəfin daşınmaz əmlakın dövlət reyestrinə əsasən bu hüquqa malik olması və ya ixtiyarlı şəxsin ona həmin səlahiyyəti verməsi ilə təsdiqlənir. Bu səlahiyyət də notariat qaydasında təsdiqlənməlidir. Müqavilənin qanunauyğunluğu notariat qaydasında təsdiqləmə ilə təsbit olunur. Daşınmaz əmlakın dövlət reyestri obyektlərinə dair sərəncam verilməsi haqqında müqavilələr notarius tərəfindən həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış texniki göstəricilərinə uyğun təsdiqlənir. -646.1 -ci maddəsinə görə daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. -646.2-ci maddəsinə görə əgər bu Məcəllənin bu paraqrafınm aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. - 567-ci maddəsinə əsasən, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. - 36 5.1.7-ci maddəsinə görə etibarnaməni vermiş fiziki şəxsin ölməsi eibarnamənin xitamına səbəb olur. - 337.1 -ci maddəsinə əsasən Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. - 225.6-cı maddəsinə əsasən daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) azılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əm lakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: -33.4-cü maddəsinə əsasən ər-arvaddan birinin daşınmaz əmlak üzərində sərəncam vermək barədə notariat qaydasında təsdiq edilən və (və ya) qeydiyyata alınan əqdlər bağlaması üçün digər tərəfin notariat qaydasında təsdiq edilmiş razılığı lazımdır. Ərin (arvadın) bu barədə notariat qaydasında təsdiq olunmuş razılığı olmadıqda, bu əqd Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş müddətdə mübahisələndirilə bilər. -32.1 -ci maddəsinə görə nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Qeyd olunan maddi hüquq normalarından göründüyü kimi, mülki və ailə qanunvericilik əqdin təmsilçi vasitə silə də bağlana bilməsi nəzərdə tutulmuşdur. Apellysiya instansiyası məhkəməsi tərəfindən tədqiq edilmiş iş materiallarından görünür ki, Cavabdeh2 həmin vaxt qüvvədə olmuş qeyd olunan etibarnamə əsasında Faiq Xudiyevin adından çıxış edərək, mübahisəli torpaq sahəsini 30 noyabr 2014-cü ildə digər Cavabdeh1 satmış, alqı- satqı müqaviləsi notariat qaydasında təsdiqlənmişdir. Torpaq sahəsi satılandan sonra F6 özü də müqaviləni mübahisələndirməmişdir. Torpaq sahəsinin satılmasına birgə mülkiyyətçi kimi razılığının olmaması barədə iddiaçının dəlillərini apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası haqlı olaraq əsassız hesab etmişdir. Belə ki, iş materiallarında olan notariat işinin 12-ci vərəqində olan 06 oktyabr 2009-cu il tarixli ərizədən görünür ki, İddiaçı həyat yoldaşı X20 məxsus bü tün daşınmaz əmlakın satılmasına etiraz etmədiyini bildirmişdir. Bundan başqa, həmin ərizənin alqısatqıdan 5 il əvvəl verildiyi üçün əhəmiyyətsiz olması barədə dəlil də qəbul edilə bilməz. Ona görə ki, qeyd edilən ərizə iddiaçının birgə mülkiyyətçi kimi əmlakın satılmasına yönələn iradə ifadəsidir və nə vaxt verilməsindən asılı olmayaraq onun iradəsini əks etdirir. Qanunvericilikdə belə ərizələrin hər hansı vaxt məhdudiyyəti də nəzərdə tutulmamışdır. Mübahisəli torpaq sahəsi satılana qədər də iddiaçı həmin ərizənin ləğv etməyib. İşin şərh olunan hallarına qiymət verərək, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası nəticəyə gəlmişdir ki, Cavabdeh2 etibarnamə əsasında torpaq sahəsini mülkiyyətçi F6 adından çıxış edərək və iddiaçının razılığı ilə satmasına dair Sumqayıt Asan xidmət Mərkəzinin notariat kontorunda təsdiq edilmiş 30 noyabr 2014-cü il tarixli, AN-İ ******* saylıdaşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslardan heç biri hazırki işdə mövcud deyil. Həmçinin 30000 manat maddi və 2000 manat mənəvi zərər hissəsində də iddia əsaslı deyil. Belə ki, iddiaçı 30000 manat zərərə düşməsini torpaq sahəsinin onun mülkiyyətindən qanunsuz çıxması ilə əsaslandırmışdır. Lakin qeyd edildiyi kimi torpaq sahəsinin özgəninkiləşdirilməsi zamanı hər hansı qanun pozuntusu baş verməmiş və torpaq sahəsi cavabdeh A6 mülkiyyətinə qanunu yolla keçmişdir. 2000 manat mənəvi zərərə gəldikdə, iddiaçı bu tələbinin əsası kimi heç bir halı göstərməmiş, nəyə görə mənəvi zərər çəkməsini əsaslandırmamışdır. Hər hansı mülki müba hisənin məhkəməyə qədər həll edilməməsi isə özü-özlüyündə mənəvi zərər tələb edilməsinə əsas vermir. Ona görə də apellyasiya instansiyasıməhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi Abşeron rayonu, ************** yerləşən 0,10 ha torpaq sahəsinə dair alqı-satqının etibarsız sayılması, 30000 manat maddi və 2000 manat mənəvi zərərin ödənilməsi barədə tələbin rədd edilməsi hissəsində dəyişdirilmədən saxlanmalıdır. Apelyasiya şikayətinin dəlillərini formal mülahizələrdir, birinci instansiya məhkəməsi tərəflər arasındakı mübahisənin həlli ücün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin: - 385.1 -ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının poz ulması və ya düzgün tətbiq edilməməsi; məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması; birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan halların sübut edilməməsi; birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslardır. - 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. -384.0.1 -ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsi haqlı olar aq qeyd etmişdir ki, birinci instansiya məhkəməsi iddia tələbini “Nissan Sunny” markalı, *********-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair müqavilələrin etibarsız sayılması hissəsində təmin etməyərkən haqlı olmamışdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, ************** dövlət nömrə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil X17 adma qeydə alınmışdır. F6 02 yanvar 2016-cı ildə vəfat etmiş, Cavabdeh2 isə F6 adından etibarnamə əsasında həmin avtomobili 08 fevral 2016-cı ildə Cavabdeh1 14000 manata satmışdır.Göründüyü kimi, Cavabdeh2 avtomobili 08 fevral 2016-cı ildə Cavabdeh1 satarkən avtomobilə dair sərəncam vermək hüquq olmamışdır. F6 ölümü ilə S6 verilmiş etibarnamə xitam olunmuşdur. Belə olan halda, Cavabdeh2 səlahiyyətlərinə də xitam verilmişdir. ********* ***** dövlət nömrə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil X33 ilə iddiaçının birgə nikah dövründə alındığı üçün iddiaçının həmin avtomobil üzərində mülkiyyət hüququ vardır. ************** dövlət nömrə nişanlı. “NİSSAN SUNNY” markalı avtomobil satılarkən qanunvericiliyn tələbləri pozulmuş, avtomobilin mülkiyyətiçisi öldüyü və bu səbəbdən onun verdiyi etibarnaməyə xitam verildiyi halda etibar edilən şəxs Cavabdeh2 xitam edilmiş etibarnamə əsasında avtomobili digər qardaşına satmışdır. Həmçinin Cavabdeh2 etibarnamə verən şəxsin qardaşı olduğu üçün onun qardaşının ölümündən xəbərsiz olması da istisna olunur. ************** dövlət nömrə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil sonradan yəni, 07 yanvar 2017-ci ildə **--*** dövlət qeydiyyat nişanı altında Cavabdeh1 tərəfindən H6 6000 manata, sonuncu tərəfindən də 20 fevral 2018-ci ildə X1. Baş Dövlət Yol Polisi İdarəsinin arayışından görünür ki, X31 avtomobili alan gün, 20 fevral 2018-ci ildə Cavabdeh1. 06 aprel 2018-ci ildə isə A6 oğlu Ə6 avtomobili idarə etmək üçün etibarnamə vermişdir.************** (*********-***) dövlət nömrə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil 07 yanvar 2017-ci ildə X27 və 20 fevral 2018-ci ildə X21 rəfindən alınsa da, işin qeyd edilən halları avtomobilin alqı-satqısı ilə bağlı müqavilələrinin anunsuz olmasına dəlalət edir. Ona görə də “Nissan Sunny” markalı, *********-*** dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair müqavilələr etibarsız sayılmalıdır. Apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, Cavabdeh1 nümayəndəsi və vəkilinin dəlillərini - “Nissan Sunny” mar kalı, *********-*** dövlət qeydiyyat nişanlı avtomaşının dəyərinin Cavabdeh1 tərəfindən banka ödənilməsi, faktiki sahibin Cavabdeh1 olması, avtomaşını alan şəxslərin vicdanlı alıcı olması, həmin müqavilələr üzrə iddia müddətinin keçməsi əsassızdır, avtomobil 08 fevral 2016-cı ildə Cavabdeh1 14000 manata, 07 yanvar 2017-ci ildə **--*** dövlət nömrə nişanı altında Cavabdeh1 tərəfindən X19 6000 manata, sonuncu tərəfindən də 20 fevral 2018-ci ildə X18 6500 manata satılmışdır. Baş Dövlət Yol Polisi İdarəsinin arayışından görünür ki, X31 avtomobili alan gün, 20 fevral 2018-ci ildə Cavabdeh1, 06 aprel 2018-ci ildə isə A6 oğlu Ə6 avtomobili idarə etmək üçün etibarnamə vermişdir. Nəzərə alınsa ki, V6 Cavabdeh1 oğlu Əfqanın qaynıdır və V6 avtomobili alan gün yenidən onu Cavabdeh1 etibarnamə ilə idar ə etmək üçün qaytarmışdır, belə olan halda avtomobili alan şəxslərin əqd üzrə vicdanlı alıcı olmaları istisna olunur. Başqa sözlə, **--*** dövlət nömrə nişanlı avtomobilin hazırda da faktiki olaraq Cavabdeh1 istifadəsində olması barədə iddiaçının dəlilləri öz təsdiqini tapır. Avtomobilin dəyərinin banka Cavabdeh1 tərəfindən ödənilməsi də iş materialları ilə təsdiq edilmir. Belə ki, avtomobil F6 adma qeydə alınıb, ödəniş qəbzlərindən də görünür ki, (i.v.48-69) avtomoblin dəyərini F6 özü ödəyib. Avtomobilin alqı-satqısına dair müqavilələr üzrə iddia müddətinin keçməsi barədə dəlilə gəldikdə, məhkəmə kollegiyası qeyd etmişdir ki, avtomobil iddiaçının mülkiyyəti olduğu üçün onun bu tələbinə iddia müddəti tətbiq edilə bilməz. Mülki məcəllənin 384.0.4-cü maddəsinə görə mülkiyyətçinin və ya digər sahibin onun hüququnun hər cür pozuntularının aradan qaldırılması haqqında tələblərinə, özü də bu pozuntular sahiblikdən məhrumetmə ilə birləşdirilmiş olmasa belə iddia müddəti tətbiq edilmir. ************** dövlət nömrə nişanlı, “NİSSAN SUNNY” markalı avtomobil 08 fevral 2016-cı ildə Cavabdeh1 14000 manata, 07 yanvar 2017-ci ildə **--*** dövlət nömrə nişanı altında Cavabdeh1 tərəfindən X15 6000 manata, sonuncu tərəfindən də 20 fevral 2018-ci ildə X18 6500 manata satılsa da, işin faktiki halları, yəni alqı-satqıda iştirak edən şəxslərin qohum olması, avtomobilin hazırda da Cavabdeh1 faktiki sahiblik və istifadəsində olması göstərir ki, avtomobilin alqı-satqısı üzrə heç bir alıcı tərəfindən hər hansı məbləğ ödənilməmiş, alqı-satqı müqaviləsi yalnız formal bağlanmışdır. Bu baxımdan, avtomob ilin alqı-satqı müqavilələrinin etibarsızlığı nəticələri, yəni tərəflərdən hər birinin əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmalı olması qaydası hazırki işdə tətbiq edilə bilməz. Apellyasiya instansiyası məhkəməsi yuxarıda şərh olunanları nəzərə alaraq haqlı olaraq nəticəyə gəlmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi “Nissan Sunny” markalı, ************** dövlət (*********-***) dövlət qeydiyyat nişanlı avtomaşının alqısatqısına dair müqavilələrin etibarsız sayılması barədə iddianın təmin edilməyən hissəsində ləğv edilməli, iddia tələbi həmin hissədə yuxarıda göstərilənlərə əsasən təmin edilməli, “Nissan Sunny” markalı, ************** dövlət (*********-***) dövlət qeydiyyat nişanlı avtomaşının alqı-satqısına dair X33 ilə Cavabdeh1 arasında bağlanmış 08 fevral 2016-cı il, Cavabdeh1 ilə X22 arasında bağlanmış 07 yanvar 2017-ci il və X4 V6 S6 arasında bağlanmış 20 fevral 2018-ci il tarixli nəqliyyat vasitəsininalqı-satqı müqavilələrietibarsız sayılmalıdır. Qeyd edilən avtomobilin əvvəlki vəziyyətinə, yəni iddiaçının mülkiyyətinə qaytarılması barədə tələblə bağlı da apellyasiya instansiyası məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, avtomobilə dair müqavilələrin etibarsız sayılması öz-özlüyündə həmin avtomobilin mülkiyyətçiyə dair hissədə ilkin vəziyyətə gətirilməsi deməkdir və buna görə də bunun xüsusi olaraq qeyd edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 372.1-ci maddəsinin tələbinə müvafiq olaraq tam hüquqlu məhkəmə kimi iş üzrə toplanmış sübutları tədqiq edib onlara hüquqi qiymət verərək apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin hallarına uyğun olmadığından və maddi hüquq normaları pozulduğundan qətnaməni ləğv edərək yuxarıda göstərilən qanuni və əsaslı qətnamə qəbul etmişdir. İşin şərh olunan hallarını müzakirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə maddi və prosessual hüquq normaları düzgün tətbiq edilməklə qanuni və əsaslı qətnamə qəbul edildiyinə görə qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Kassasiya şikayətinin dəlilləri əsasız olduğu üçün qanuni və əsaslı olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Ona görə də iddiaçı Xudiyevanın eləcə də cavabdehlər V6 Əhmədovun, Cavabdeh2 və Cavabdeh1 kassasiya şikayətləri təmin olunmamalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 02 may 2019cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar