Məhkəmə qərarları › İş №2(102)-613/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-613/2022

18.02.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-613/2022 18.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər "xxxx" MMC-yə, Cavabdeh2 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcunun qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (sədrlik edən və məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Həsənov Vüqar Təvəkgül oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(103)-6510/2021 saylı qətnaməsindən cavabdeh "xxxx" MMC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 18 fevral 2022-ci il tarixdə Ali Məhkəmən in binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" MMC ilə İddiaçı ASC arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, 116/18 saylı kredit xətti müqaviləsi üzrə eyni tarixli, 01 saylı kredit razılaşmasına əsasən ona 12 ay müddətinə illik 7 faiz ödəmək şərtilə ******* ABŞ dolları məbləğində kredit verilmişdir.

2. Kredit müqaviləsi üzrə borcun ödənilməsini təmin etmək üçün: Cavabdeh4 ilə İddiaçı ASC-nin arasında bağlanmış 10 aprel 2018-ci il tarixli sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağı evi; Cavabdeh3 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı ev; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1441b saylı bağ sahəsi; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1440a saylı bağ sahəsi; Cavabdeh2 ilə İddiaçı ASC-nin arasında bağlanmış eyni tarixli, sonrakı ipoteka müqaviləsinə əsasən onun mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi 72-də yerləşən 0,003 ha sahədən ibarət olan torpaq sahəsi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul e dilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı ASC-nin nümayəndəsi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" MMC-dən ******* ABŞ dolları əsas, 40250.01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2340250.01 ABŞ dolları borcun, bu iddianın qaldırılması üçün dövlət rüsumu olaraq ödənilmiş 30 manat, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pulun tutulması, tələbin cavabdehlər Cavabdeh4 mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağı evinə, Cavabdeh3 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı evinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər r ayonu, Mərdəkan qəsəbəsində yerləşən 1441b saylı bağ sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 1440a saylı bağ sahəsinə, Cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsi 72-də yerləşən 0,003 ha sahədən ibarət olan torpaq sahəsinə yönəldilməsi, həmin əmlakların hərracda satılması, satışından əldə olunmuş vəsait hesabına banka olan borcun ödənilməsi, əmlakların satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi, əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi, mənzildən ən geci 1 ay ərzində çıxarılmala rı və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcalan kredit müqaviləsi üzrə öhdəliyini icra etməmiş və ******* ABŞ dolları əsas, 40250.01 ABŞ dolları faiz olmaqla, cəmi 2340250.01 ABŞ dolları borcu yaranmışdır.

5. Cavabdehlər birinci instansiya məhkəməsinin iclasında iştirak etməmiş, iddia tələbinə qarşı yazılı mülahizə və ya etiraz təqdim etməmişdir.

6. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 01 aprel 2021-ci il tarixli, 2(011)-41/2021 saylı qətnaməsi ilə (hakim İ.Abbasova) iddia tələbi qismən təmin edilərək, cavabdeh "xxxx" MMC-dən kredit müqaviləsi üzrə 2.300.000 ABŞ dolları əsas borc, 40250,01 ABŞ dolları faiz borcu olmaqla, cəmi 2.340250.01 ABŞ dolları borc məbləğinin (Ekvivalent i ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) və 30 manat dövlət rüsumunun, bildirişin qeydiyyatı üçün dövlət rüsumu və xidmət haqqı olaraq ödənilmiş 30 manat məbləğində pul vəsaitinin İddiaçı ASC-nin xeyrinə tutulması, tələbin ipoteka ilə yüklü edilmiş daşınmaz əmlaklara: Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağ evinə ilkin (likvid) qiyməti 230.000 manat olmaqla; Cavabdeh3 məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı evinə ilkin (likvid) qiyməti 650.000 manat olmaqla; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1441b saylı bağ sahəsinə ilkin (likvid) qiyməti 100.000 manat olmaqla; Cavabdeh2 məxsus olan Bakı şəhəri, Əz izbəyov rayonu, Mərdəkan qəsəbəsi 1440a saylı (0.1128 ha) bağ sahəsinə ilkin (likvid) qiyməti 140.000 manat olmaqla; Cavabdeh2 məxsus olan ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinə ilkin (likvid) qiyməti 39.000 manat olmaqla yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdeh "xxxx" MMC-nin banka olan borcunun ödənilməsi, ipotekaya qoyulmuş əmlaklara tutma yönəldikdən sonra əmlaklar satıldıqda ən geci 1 ay ərzində əmlaklarda qeydiyyatda olan Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən çıxarılması, iddianın qalan hissələrdə, yəni “əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi və iddia tələbi əmlakların satışından əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalıq borcla bağlı icra hərəkətlərinin davam etdirilməsi ” hissələrində təmin edilməməsi, məhkəmə xərclərinə görə mühasibatlıq ekspertizasının xərci qismində 200 manatın 50%, yəni 100 manatın iddiaçıdan, qalan 50%, yəni 100 manatın cavabdeh "xxxx" MMC-dən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına, məhkəmə-qiymətləndirmə ekspertizasının xərci qismində 1000 manatın 50% cavabdeh "xxxx" MMC-dən, qalan 50% iddiaçıdan tutularaq "xxxx" MMC-nin "xxxx" ASC-dəki hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə iş üzrə keçirilmiş mühasibatlıq ekspertizasının rəyinə, "xxxx" MMC tərəfindən verilmiş qiymətləndirmə rəylərinə və iş üzrə müəyyən edil miş faktik hallara istinad edərək gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, 10 aprel 2018-ci il tarixli, 116/18 saylı kredit xətti müqaviləsinin şərtlərinə müvafiq olaraq “Fireoff“MMC-nin 10 aprel 2019-cu il tarixinə (müqavilə müddətinin sonuna) banka olan borcu 2.340.249.95 ABŞ dolları məbləğində müəyyən olunmuşdur (əsas borc üzrə 2.299.999.96 ABŞ dolları, faiz borcu üzrə 40.249.99 ABŞ dolları). Həmin borc Mülki Məcəllənin 385.1, 386.1, 739, 442, 448.1-ci maddələrinə əsasən cavabdehdən tutulmalıdır.

8. Məhkəmə həmçinin “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34, 36, 59-cu maddələrinə əsasən hesab etmişdir ki, Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 96 saylı bağ evinə yönəldilməli, h əmin bağ evinin ilkin qiyməti (likvid dəyər) 230.000 manat müəyyən olunmalı; Cavabdeh3 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Rəfael Cəfərov küçəsində yerləşən 94 saylı evə yönəldilməli, həmin bağ evinin ilkin qiyməti (likvid dəyər) 650.000 manat müəyyən olunmalı; Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1441b saylı bağ sahəsinə yönəldilməli, həmin bağ sahəsinin ilkin qiyməti (likvid dəyər) 100.000 manat müəyyən olunmalı; Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Əzizbəyov rayonu, Mərdəkan qəsəbəsi 1440a saylı bağ sahəsinə (0.1128 ha) yönəldilməli, həmin bağ sahəsinin ilkin qiyməti (likvid dəyər) 140.000 manat müəyyən olunmalı; Cavabdeh2 məxsus olan ipoteka ilə yüklü edil miş ünvan 1 ünvanda yerləşən 0.03 ha torpaq sahəsinə yönəldilməli, həmin torpaq sahəsinin ilkin qiyməti (likvid dəyər) 39.000 manat müəyyən olunmalı, əmlaklar açıq hərracda satılmalı və satışdan əldə olunacaq məbləğ cavabdehin İddiaçı ASC-yə olan borcunun ödənilməsinə yönəldilməlidir. Həmin əmlaklar satıldıqdan sonra Cavabdeh6 və Cavabdeh5 və ya digər şəxslərin yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədiklərində və yaşayış sahəsindən çıxmadıqlarında həmin şəxslər mənzildən məcburi qaydada çıxarılmalıdır.

9. Məhkəmə həmçinin hesab etmişdir ki, iddia tələbi, əmlaklar satıldıqdan sonra cavabdehlər Cavabdeh6 ilə Cavabdeh5 və mənzildə qeydiyyatda olan və ya yaşayan digər şəxslərin mənzildən istifadə hüququna xitam verilməsi və rəsmi pasport qeydiyyatlarının ləğv edilməsi hissəsində tə min edilməməlidir. Belə ki, mülki qanunvericiliyə görə həmin tələbləri qaldırmaq hüququ mülkiyyətçiyə məxsus olan hüquq olduğundan, həmin mənzil hələ ki, bankın mülkiyyətində olmadığından, iddiaçının həmin tələbləri qaldırmaqla bağlı subyektiv hüququ mövcud deyil. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

10. Cavabdeh "xxxx" MMC qətnamədən apellyasiya şikayəti verərək, qətnaməsinin ləğv edilərək iddianın baxılmamış saxlanması barədə yeni qərardad qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tərəflər arasında kredit müqaviləsi üzrə müəssisə tərəfindən ilkin aylar üzrə ödənişlər aparılmışdır. Sonradan mövcud olan devalvasiya nəticəsində və eyni zamanda şirkətin işlərinin yaxşı getməməsi səbəbindən kredit borcunu ödəməkdə çətinlik çəkmişlər. İ ddiaçı ASC tərəfindən kredit müqaviləsi üzrə öhdəliyini yerinə yetirmədiyini əsas tutaraq məhkəmədən tərəflər arasında kredit müqaviləsinin ləğv edilməsini xahiş etmədən tam borcu tələb edərək məhkəmədə iddia qaldırmışdır. İddiaçının hazırki iddia tələbində bağlanmış kredit müqaviləsi üzrə İddiaçı ASC vaxtından əvvəl şirkətdən və digər cavabdehlərdən borcunu tələb etmişdir. İddiaçı tərəfindən şirkətdən borcun vaxtından əvvəl tələb edilməsi barədə şirkətə rəsmi qaydada məlumat verilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçı tərəfindən kredit borcu barədə xəbərdarlıq məktubu iddia ərizəsinə əlavə edilməmiş, həmin məktubun şirkətə və digər cavabdehlərə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılması və həmin xəbərdarlıq məktubunun cavabdehin almasına dair sübut (xəbərnamə və ya qəbz) iş materiallarına əlavə edilməmişdir. Bununla da müəyyən olunur ki, qanunda nəzərdə tutulmuş qaydada mübahisənin məhkəməyə qədər (pretenziya qaydasında) nizama salınmasına riayət edilməsinə dair sübut məhkəməyə təqdim edilməmişdir. Müqavilə üzrə kredit 01 aprel 2021-ci ildə ABŞ dollarında verilmişdir. Həmin kredit götürüldüyü anda Azərbaycan Respublikasının Mərkəzi Bankı manatın dünyanın ən sabit valyutası olduğunu bəyan edir və milli valyutamızın möhkəmliyinin təmin ediləcəyinə söz verirdi. Lakin məlum olduğu kimi, 2015-ci ildə manat iki dəfə (21 fevral və 21 dekabr tarixlərdə) və ikiqat devalvasiyaya məruz qaldı. Yəni Azərbaycan Respublikasının Mərkəzi Bankı milli valyutamızı dəyərdən saldı, onun sabitliyini məhv etdi. Beləliklə də, vəziyyət əhəmiyyətli dərəcədə dəyişdi.

12. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(103)-6510/2021 saylı qətnaməsi ilə (hakimlər X.Sarıyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və E.Mehdiyev) apellyasiya şikayəti təmin edilməmiş, qətnamə dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi işin faktik halları kimi müəyyən etmişdir ki, kredit xətti və ipoteka müqavilələri bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən tərəflərin həmin müqavilələrdən irəli gələn öhdəlikləri yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan "xxxx" MMC kredit xətti müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı kredit xətti müqaviləsi üzrə borcun ödənilməsini və tutmanın ipoteka qoyanların mülkiyyətində olan və ipoteka ilə yüklü edilmiş əmlaklara yönəldilməsini tələb etməkdə haqlıdır.

14. Apellyasiya instansiyası məhkəməsi apellyatorun iddiaçı tərəfindən şirkətdən borcun vaxtından əvvəl tələb edilməsi barədə şirkətə rəsmi qaydada məlumat verilməsinə dair sübutun məhkəməyə təqdim edilməməsi ilə bağlı dəlilini əsassız hesab edərək, qeyd etmişdir ki, məhkəməyə müraciət etməzdən əvvəl iddiaçı tərəfindən 02.05.2019-cu il tarixdə "xxxx" MMC-yə onun hüquqi ünvanı olan ünvan 2 ünvanlanmışdır. Həmin məktubun "xxxx" MMC tərəfindən alınması 129677 saylı qaimə ilə təsdiq olunur. Buna görə də, apellyatorun Azərbaycan Respublikası MPM-nin 259.0.1-ci maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanılmasını tələb etməsi əsaslı hesab oluna bilməz.

15. Apellyasiya instansiyası məhkəməsi apellyatorun məhkəmədən müqavilənin ləğv edilməsini xahiş etmədən tam borcu tələb etməsi ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında ifadə olunun hüquqi mövqeyə görə, Mülki Məcəllənin 399.3-cü maddəsinə əsasən müqavilədə nəzərdə tutula bilər ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olur. Belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır.

16. Göründ üyü kimi, bu normanın birinci cümləsi müqavilənin qüvvədə olma müddətinin bitməsini, ikinci cümləsi isə müqavilədən yaranan öhdəliklərin qüvvədə olma müddətini tənzimləyir. Həmin norma müqavilədən yaranan öhdəliklərin icra olunma anına qədər müqavilənin qüvvədə olması prezumpsiyasına əsaslanır. Bu prezumpsiya isə “öhdəliklər vicdanla yerinə yetirilməlidir“(pacta sunt servanda) hüquqi prinsipindən yaranır. Belə ki, müqavilənin qüvvədə olma müddətinin qurtarması və bununla əlaqədar müqavilə üzrə öhdəliklərin də xitamı şərtləri müqavilədə dəqiq göstərilməlidir. Əks təqdirdə, MM-in 399.3-cü maddəsində qeyd olunduğu kimi, belə şərtin olmadığı müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər qüvvədə sayılır. İş materiallarından da göründüyü kimi, 10.04.2 018-ci il tarixli kredit xətti müqaviləsi üzrə 01№-li kredit razılaşmasına əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarmasının tərəflərin müqavilə üzrə öhdəliklərinin xitamına səbəb olması ilə bağlı şərt nəzərdə tutulmadığından, həmin müqavilə öhdəliyin icrasının qurtarmasının həmin müqavilədə müəyyənləşdirilmiş anına qədər, yəni 10 aprel 2019-cu il tarixədək qüvvədə olmuş, müqavilənin qüvvədə olma müddətinin bitməsindən iki ay sonra 04.06.2019-cu il tarixdə iddiaçı tərəf hazırki iddia tələbi məhkəməyə müraciət etmişdir. Belə olan halda müqavilənin ləğvinin tələb olunmasına zərurət yaranmır.

17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4,445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2 014-cü il tarixli qərarında həmçinin qeyd olunmuşdur ki, bununla əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd edir ki, müqavilənin qüvvədə olma müddətinin bitməsinə baxmayaraq, müqavilə tərəflərinin qarşılıqlı hüquq bağlılığı davam edir və MM-in 399.4-cü maddəsinə əsasən müqavilənin qüvvədə olma müddətinin qurtarması tərəfləri müqavilənin həmin müddət qurtarana qədər yol verilmiş pozulmasına görə məsuliyyətdən azad etmir. Bu isə MM-in “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci Fəslində və “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət“ adlanan 23-cü Fəslində müəyyən edilmiş müddəaların tətbiq edilməsini tələb edir.

18. Apellyasiya instansiyası məhkəməsi apellyatorun kreditin dollarla verilməsi, manatın devalvasiyaya məruz qalması, vəziyyətin əhəmiyyətli dərəcədə dəyişməsi ilə bağlı dəl ilini əsassız hesab edərək, qeyd etmişdir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 07 sentyabr 2018-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 422-ci maddəsinin mənasına uyğun olaraq, Azərbaycan Respublikasının pul vahidi olan manatın xarici valyutalara nisbətdə məzənnəsinin dəyişməsinin tərəflər üçün gözlənilməz hesab edilmədiyini və borc alanın krediti xarici valyutada götürməklə maliyyə riskini öz üzərinə götürdüyünü nəzərə alaraq, manatın məzənnəsinin dəyişməsi şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilə bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlill əri

19. Cavabdeh “Fireoff“ MMC-nin nümayəndəsi və vəkili kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir.

20. Kassasiya şikayəti apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi ipoteka predmeti olan əmlakların yenidən qiymətləndirilməsini həyata keçirməmişdir. İpoteka predmeti olan əmlaklar satıldıqdan sonra Cavabdeh6 və Cavabdeh5 bir ay ərzində həmin yaşayış sahələrindən çıxmadığı halda onların çıxarılmasını tələb etməyə iddiaçının subyektiv hüququ yoxdur. Çünki bu hüquq, əmlaklar satıldıqdan sonra əldə edəcək yeni mülkiyyətçiyə məxsudur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Kassasiya şikayəti nə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq

22. Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə

317. İpoteka ilə yüklü olan əşyanı satmaq tələbi 317.1. Borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Maddə

385. Öhdəlik anlayışı 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

386. Öhdəliklərin əmələ gəlməsi əsasları 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsind ə əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə

425. Öhdəliklərin icrası zamanı vicdanlılıq 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən ç əkinməlidirlər. Maddə

442. Öhdəliyin icra edilməməsi anlayışı Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə

448. Öhdəliklərin icra edilməməsi üçün borclunun məsuliyyəti 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Maddə

739. Borc müqaviləsi 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə a ldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 23. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 1.“Əsas anlayışlar 1.0.1. ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur; 1.0.6. ipoteka hüququ -“bu Qanunun 34-cü maddəsində nəzərdə tutulmuş əsaslar olduğu hallarda“ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququdur. Maddə 34.“İpoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması 34.1. İpoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar“aşağıdakılardır:“ 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsi nin“icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin“baş verməsi; 34.1.4. bu Qanunda nəzərdə tutulmuş digər hallarda. Maddə 59.“İpoteka predmeti olan yaşayış evinə və mənzilə tutmanın yönəldilməsi 59.3.“İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: 59.3.1. yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya 59.3.2. ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağla narkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

24. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Maddə

417. Kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri“ 417.1. Kassasiya məhkəməsi işə baxarkən: 417.1.1. apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

25. MPM-in 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qə rardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416).

26. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3).

27. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

28. Hazırkı kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsi aktının iddianın təmin edilən hissəsində ləğvi xahiş edildiyindən, məhkəmə aktı həmin hissədə və kassatora aid hissədə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hü quq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Kassatorun dəlilləri onun apellyasiya şikayətində irəli sürdüyü dəlillərlə eynilik təşkil edir və apellyasiya instansiyası məhkəməsi tərəfindən hər bir dəlil üzrə təhlil aparılmaqla onun dəlilləri rədd edilmiş, məhkəmənin gəldiyi nəticə tətbiq olunmalı maddi hüquq normalarına istinad edilməklə əsaslandırılmışdır (bu qərarın 13 - 18-ci paraqrafları).

31. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə razılaşır.

32. Məhkəmə kollegiyası İddiaçı ASC-nin cavabdehlərin ipoteka predmeti olan əml aklar satıldıqdan sonra onların çıxarılmasını tələb etmək hüququnun olmaması, ipoteka predmeti olan əmlakların apellyasiya instansiyası məhkəməsi tərəfindən yenidən qiymətləndirilməməsi barədə dəlili ilə bağlı qeyd edir ki, əvvəla ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməli olması “İpoteka haqqında” qanunun 59.3-cü maddəsindən irəli gəlir və ipoteka saxlayanın bu barədə iddia vermə hüququnun olmaması həmin qanunda göstərilməmişdir.

33. Eyni zamanda kassator ipoteka predmeti olan əmlakların məhkəmə tərəfindən müəyyən olunmuş ilkin satış qiymətindən fərqli qiymətə malik olması barədə heç bir sübut təqdim etməmişdir.

34. B undan başqa, cavabdehin irəli sürdüyü bu dəlillər (iddiaçının subyektiv hüququnun olmaması və ipotekada olan əmlakların qiymətinin yenidən müəyyən olunması) apellyasiya şikayətində olmamış, apellyasiya araşdırmasının predmetini də təşkil etməmişdir.

35. «Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, dispozitivlik prinsipi işdə iştirak edən şəxslərin prosesin əmələ gəlməsi, gedişatı və sona yetməsi ilə əlaqədar öz hüquqları barəsində sərbəst sərəncam verməkdə ifadə olunur.

36. Bu prinsipə əsasən hakim deyil, yalnız tərəfl ər mülki prosesin başlanması, onun predmetinin dairəsi və mülki prosesin yekunlaşdırılması barədə qərar qəbul edir. Proses məhkəmənin publik iradəsindən deyil, tərəflərin iradəsi və fəallığından asılı olaraq həyata keçirilir.

37. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, birincisi, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. İkincisi, apellyasiya şikayətini vermiş şəxs işin apellyasiya instansiyasında baxılma hədlərini müəyyən edir.

38. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnam əsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

39. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır.

40. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 01 sentyabr 2021-ci il tarixli, 2(103)-6510/2021 saylı qətnaməsi kassatora aid hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar