Məhkəmə qərarları › İş №2(102)-6132/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6132/2022

22.11.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6132/2022 22.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X3 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: prosessual müddətin buraxılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhmə d Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı1 və İddiaçı2 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksion Mərkəzinə və X3 qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi, əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-9213/2022 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən v erilmiş kassasiya şikayətinə 22 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

1. İddiaçılar iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin zirzəmisinin Cavabdeh2 yanında Hərrac Mərkəzi tərəfindən keçirilmiş 17 aprel 2018-ci il tarixli hərracın nəticələrinə dair protokol, həmin protokol əsasında bağlanmış 18 aprel 2018-ci il tarixli alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, daşınmaz əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsi tərəfindən verilmiş 18 may 2018-ci il tarixli çıxarışın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdilər.

2. İdd iaçı1 iddia tələblərinin artırılması ilə 24 noyabr 2020-ci il tarixdə məhkəməyə müraciət edərək, ona dəymiş maddi və mənəvi zərər olaraq, ümumilikdə 50.000 (əlli min) manat məbləğində pul vəsaitinin cavabdeh şəxslərdən tutulub onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

3. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 30 iyun 2021-ci il tarixli, 2(005)378/2021 saylı qətnaməsi ilə (hakim Gültəkin Əsədova) iddianın qismən təmin edilməsi, cavabdeh X1 Bakı şəhəri, Nəsimi rayonu, Topçubaşov küçəsi, 83 nömrəli evin qeyriyaşayış sahəsinə çəkilmiş xərc olan 2.299 (iki min doqquz yüz doxsan doqquz) manatın tutulub İddiaçı1 ödənilməsi, qalan hissədə iddianın təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

4. İddiaçı1 birinci instansiy a məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

5. Cavabdeh X4 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9213/2021 nömrəli qətnaməsi ilə (hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və V.N.Sadıqov) İddiaçı1 apellyasiya şikayətinin qismən təmin edilməsi, cavabdeh X2 apellyasiya şikayətinin təmin edilməməsi, birinci instansiaya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, iş üzrə yeni qətnamə qəbul edilməsi, idd iaçının “əmlakın dövlət qeydiyyatı ilə bağlı verilmiş çıxarışın ləğv edilməsi, dəymiş maddi zərərin ödənilməsi” tələblərinə dair iddiasının rədd edilməsi, ödənilmiş dövlət rüsumlarının tərəflərin özlərinə aid edilməsi qət edilmişdir.

7. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 02 noyabr 2021-ci il tarixli, 2(103)-9213/2021 nömrəli qərardadı ilə birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv edilməsi, İddiaçı1 cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 1 saylı Bakı Şəhər Ərazi İdarəsinə və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Hərracların Təşkili üzrə Auksi on Mərkəzinə qarşı hərracın və onun nəticələrinin etibarsız hesab edilməsi tələbinə dair iş üzrə icraata həmin hissədə xitam verilməsi qərara alınmışdır.

8. Qətnamənin surətini iddiaçı 23 noyabr 2021-ci il tarixdə almışdır. (iş materialları səhifə 174)

9. Qətnamədən iddiaçı Abbasova Bəsti Abas qızı kassasiya şikayətinin verilməsi üçün ötürülmüş müddətin bərpa edilməsinə dair vəsatətlə 03 oktyabr 2022-ci ildə məhkəməyə müraciət etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 02 noyabr 2021ci il tarixli qətnaməsi rəsmi olaraq ona verilməmiş, qətnamənin mövcudluğundan 24 iyun 2022-ci ildə Nərimanov rayon Məhkəməsində xəbərdar olmuşdur.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 4 oktyabr 2022-ci il tarixli, 2(103)-9213/2021 saylı qərardadı ilə prose ssual müddətin bərpasına dair iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməmişdir.

12. Məhkəmə öz mövqeyini iş materialları araşdırılan zaman müəyyən edilmiş hallara əsasən belə əsaslandırmışdır ki, qətnamə və qərardad iddiaçı X5 tərəfindən 23 noyabr 2021-ci il tarixdə qəbul edilmiş, həmin andan kassasiya şikayəti verilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş müddətin axımı 23 yanvar 2022-ci il tarixdə başa çatmışdır. İddiaçı qanunla müəyyən edilmiş 2 aylıq müddət ərzində qətnamədən kassasiya şikayətinin verilməsi üçün müddətin ötürülməsi barədə hər hansı üzrlü səbəb göstərmədən ərizə ilə müraciət etmişdir.

13. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 130.1, 133.1 və 405.0.1-ci maddələrinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri 14. iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək, apellyasiya instansiyası məhkəməsinin 4 oktyabr 2022-ci il tarixli qərardadının ləğv edilməsini, ötürülmüş müddətin bərpa olunması haqqında ərizənin təmin edilməsi barədə yekun qərar qəbul edilməsini xahiş etmişdir.

15. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçının sübutlarına qiymət vermədən yekun məhkəmə qərarı qəbul etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə

128. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Prosessual müddətlər qanunla müəyyən edilmədiyi hallarda, onlar m əhkəmə tərəfindən təyin edilir. Prosessual hərəkətlərin edilməsi üçün müddətlər, hökmən baş verməli hadisə göstərilməklə, dəqiq təqvim tarixi ilə və ya hərəkətin edilə biləcəyi vaxt dövrü ilə müəyyən edilir. İllərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır.

18. Maddə

129. İllərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyə n olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır.

19. Maddə

130. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Prosessual müddətlərin keçməsi prosessual vəzifələri yerinə yetirməkdən azad etmir. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.

20. Maddə

133. Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir.Buraxılmış müddətin bərpası haqqındakı ərizə prosessual hərəkətlərin edilməli olduğu məhkəməyə verilir və məhkəmə iclasında baxılır. İşdə iştirak edən şəxslərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilir. Onların gəlməməsi məhkəmə qarşısında qoyulmuş məsələnin həllinə maneçilik törətmir.Müddətin bərpası haqqında ərizə verilməklə eyni zamanda müddəti buraxılmış zəruri prosessual hərəkət edilməlidir (ərizə, şikayət verilməli, sənədlər təqdim edilməli və s.).Buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətn aməsində, qərardadında və qərarında göstərilməlidir. Müddətin bərpasından imtina barədə qərardad çıxarılır. Prosessual müddətlərə dair məsələ üzrə qərardaddan işdə iştirak edən şəxslər şikayət verə bilər.

21. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

22. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsini n mülki və kommersiya kollegiyalarının apellyasiyanın qeyri-mümkün hesab edilməsi haqqında; kassasiya şikayətinin qaytarılması (kassasiya şikayəti kassasiya instansiyası məhkəməsinin şikayətin qeyri-mümkünlüyü barədə qərarına əsasən qaytarıldığı hallar istisna olunmaqla) haqqında; kassasiya şikayətinin verilməsi müddətinin bərpasından imtina edilməsi barədə; iş üzrə icraata xitam verilməsi barədə; bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında olan qərardadların dan kassasiya şikayəti verilə bilər.

23. Maddə 403.1. Bu Məcəllənin 402-ci maddəsində nəzərdə tutulmuş qətnamə və ya qərardadlardan tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər.

24. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır. Kassasiya baxışının hədləri

25. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş mat eriallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

26. Apellyasiya instansiyası məhkəməsinin aktı iddiaçı tərəfindən tam mübahisələndirildiyindən qərardad bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

27. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və p rosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzrlü səbəbləri təqdim etməyə borcludur.

29. Buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzrlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.).

30. Qeyd edilməlidir ki, iddiaçı apellyaiya instansiyası məhkəməsinin qətnaməsini 23 noyabr 2021-ci il tarixdə almış, müddətin bərpa edilməsinə dair ərizə ilə isə 03 oktyabr 2022-ci ildə müraciət etmişdir.

31. Kassasiya şikayətinin dəlillərini məhkəmə kollegiyası əsaslı hesab etmir.

32. Belə ki, cavabdeh apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayətinin gec verilməsini heç bir dəillə əsaslandırmamış və müvafiq sübut təqdim etməmişdir.

33. Beləliklə, iddiaçı kassasiya şikayətinin verilməsi üçün prosessual müddətin ötürülməsini üzrlü səbəblərdən baş verməsini əsaslandıra bilməmiş və bununla bağlı sübutları təqdim etməmişdir.

34. Odur ki, kassasiya şikayətinin verilməsi üçün müddətin buraxılmasının üzrlü hesab edilməsind ən və bərpasından imtina edilməsindən və kassasiya şikayətinin qaytarılmalı olmasından ibarət apellyasiya instansiyası məhkəməsinin qənaəti qanuni və əsaslı olmuşdur. Kassasiya şikayətində göstərilənlər qanuni və əsaslı qərardadın ləğvi üçün əsas ola bilməz. Odur ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən, kassasiya şikayəti isə təmin edilmədən saxlanılmalıdır

35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-9213/2021 nömrəli iş üzrə 04 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar