Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6133/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Ali Məhkəmənin hakimləri Rüstəmov Əli Məhəmməd oğlu (sədrlik edən və məruzəçi), İbayev Vafəddin Ələm oğlu və Mirzəliyev Əsəd Abdulla oğlundan ibarət tərkibdə, Cumayev Ceyhun Rizvanoğlunun katibliyi, Cavabdeh1 İB-nin vəkili X2 iştirakı ilə, İddiaçı X3 Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu tarixli qətnaməsindən verdikləri kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ilə (hakim E.H.Məmmədov, 2(033)-147/2019) iddiaçı X3 Cavabdeh1 İB-nin Zaq atala X12 İdarəsinə qarşı öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı tələbinə dair iddiası təmin edilmiş, Cavabdeh1 İB-nin Zaqatala X12 İdarəsinin 24 oktyabr 2018-ci il tarixli 284-K saylı əmri ləğv edilmiş, X6 əvvəliki təbii qazın qəbulu və təmiri üzrə çilingər vəzifəsinə bərpa edilməsi və məcburi proqula görə əmək haqqının ödənilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.T.Məcidov (sədrlik edən və məruzəçi), M.A.Əsədli və İ.F.Quliyev; 2(107)1483/2019) Cavabdeh1 İstehsalat Birliyinin apellyasiya şikayəti təmin edilmiş, Zaqatala Rayon Məhkəməsinin 15 yanvar 2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, İddiaçı Cavabdeh1 Zaqatala X12 İdarəsinə qarşı Zaqatala Regio nal Qİİ-nin 24 oktyabr 2018-ci il tarixli 284-K saylı əmrinin Azərbaycan Respublikası Əmək Məcəlləsinin 79-cu maddəsinin 1-ci bəndinin əsas gətirilərək ləğv edilməsi, onun Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində qaz avadanlıqlarının təmiri və istismarı üzrə çilingər vəzifəsinə bərpa olunmağı, işə bərpa olunan günədək məcburi işburaxmağa görə ödənilməmiş əmək haqqının ödənilməsi tələbinə dairi ddiası rədd edilmişdir. İşin halları İddiaçı Cavabdeh1 Zaqatala X12 İdarəsinə qarşı öz işinə bərpa olunması və məcburi proqula görə əmək haqqı tələbinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o,cavabdeh təşkilatda Cavabdeh1 Zaqatala X12 İdarəsinin 110 K saylı 25 yanvar 2018-ci il tarixli əmri ilə əmək müqaviləsinə əsasən bir il müddət inə Ağdaş rayonu üzrə təbii qazın qəbulu və satışı xidmətində 4-cü dərəcəli qaz avadanlıqlarının istismarı və təmiri üzrə çilingər peşəsinə qəbul edilmişdir və bu barədə cavabdehlə aralarında ******* saylı 25 yanvar 2018-ci il tarixli Əmək müqaviləsi imzalanmışdır. Cavabdeh təşkilatın rəisinin ***** saylı 24 oktyabr 2018-ci il tarixli əmri ilə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən (əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməməsi) əmək müqaviləsi ləgv edilərək tutdugu vəzifədən azad edilmişdir. İşdən azad olunmağı barədə əmru 24 oktyabr 2018-ci il tarixdə almışdır. Cavabdeh təşkilatın onun işdən azad olunmagı barədəki əmrini aşagıda qeyd etdiyi səbəblərə görə qanunsuz hesab edir, əmr ləgv edilərək işə bərpa olunmalı, məcburu proqula görə ona əmək haqqı ödənilməlidir. Belə ki, cavabdeh onu işdən azad edərkən qanunvericilik normalarına əsaslanmamışdır. Onun himayəsində saglamlıq imkanları məhdud 18 yaşınadək olan uşagı vardır, talasemiya xəstəsidir. Həmkarlar ittifaqının iclası olmadan cavabdeh onu işdən çıxartmışdır. Cavabdeh onu işdən çıxaranda Əmək Məcəlləsinin 70-ci maddənin Ç bəndini yazsa da əmək kitabçasında əmək vəzifələrinin kobud şəkildə pozulması əsasını yazmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı X6 kassasiya şikayətində apellyasiya instansiyası qətnaməsinin ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. məhkəməsinin Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 16,35,60,71-ci maddələrinin, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 3 14.2, 76.1, 217-ci maddələrinin, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68,69,70,73,74 və 75-ci maddələrinin tələblərini pozaraq əsassız və qanunsuz qətnamə qəbul edilmişdir. Tərəfin izahatı MəhkəməkollegiyasınıniclasındaCavabdeh1 İB-nin vəkili X7 kasassiya şikayətini qəbul etməyərək, şikayətin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahişetdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq,iddiaçı heç bir üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Hüquqi məsələlər Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya inst ansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası məhkəməsi tərəfindən işin faktiki halları yoxlanmasa da, apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual hüquq normalarını düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisə ilə əlaqədar qəbul edilmiş hüquqi akta təsir göstərə bilər. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi qətnaməni gəldiyi nəticənin maddi hüquqi əsası kimi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 3-cü maddəsinin 3-cü bəndinə, 70-ci maddəsinin “C” bəndinə, 72-ci maddəsinin “Ə” bəndinə, 80-ci maddəsinin 1-ci bəndinə istinad etməklə onunla əsaslandırmışdır ki, məhkəmə kollegiyası araşdırmaları zamanı birinci instansiya məhkəməsinin gəldiyi nəticədən fərqli olaraq müəyyən etmişdir ki, Zaqatala X12 idarəsinin həmkarlar Təşkilatının idarə heyətinin 24 oktyabr 2018-ci il tarixli iclasında (protokol №1) X13 İd arəsinin Ağdaş rayonu üzrə TQQ və SX-nin qaz avanlıqlarının istismarı və təmiri üzrə çilingərləri X6, X8 və X9 və bağlanmış əmək müqavilələrinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç ” bəndinə əsasən xitam verilməsinə etiraz edilməmişdir. Göründüyü kimi birinci instansiya məhkəməsinin iş üzrə Cavabdeh1 Zaqatala X12 idarəsinin işçi və əmək müqaviləsinə xitam verilərkən Həmkarlar İttifaqının razılığını almaması ilə bağlı gəldiyi qənaəti əsaslı deyildir. İddiaçı birinci instansiya məhkəməsinə təqdim etdiyi 14 noyabr 2018-ci il tarixli, 510 nömrəli “Uşaq Poliklinikasının ” verdiyi sənəddən görünür ki, onun 28 oktyabr 2015-ci il tarixdə anadan olmuş qızı S8 “Betatal assemiya kiçik forma hemolitik kriz” diaqnozu ilə 19.11.2016-cı il tarixdən Uşaq Poliklinikasında dispanse r qeydiyatındadır. Göründüyü kimi uşağı həmin xəstəlikdən əziyyət çəkən işçi Azərbayca Respublikası Əmək Məcəlləsinin 79.1-ci maddəsinin əhatə dairəsinə düşmüşdür. Həmin maddədə göstərilir ki, öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya 1 qrup əlil ailə üzvü olan işçilərlə bu Məcəllənin 70-maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. Apellyasiya insansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası aşağıdakıların qeyd olunmasını zəruri hesab edir. İş materiallarında olan əmək müqaviləsindən görünür ki, cavabdeh təşkilatda müddətli əmək müqaviləsi ilə 25 yanvar 2018-ci il tarixdə bir il müddətinə işə qəbul edilmişdir. Cavabdeh təşkilatın 24 oktyabr 2018-ci il tarixli ****** əmrindən görünür ki, iddiaçı ilə bağlanmış əmək müqa viləsi işə götürənin əmri ilə Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən ləğv edilmişdir. Respublika Talasemiya mərkəzinin epikrizindən və 14 noyasbr 2018-ci il tarixli 510 nömrəli arayışdan görünür ki, idiiaçının qızı 28 oktyabr 2015-ci il tarixdə anadan olmuş Sevgi Yahyayeva “Beta” talasemiya kiçik forma hemolitik kriz diaqnozu ilə 19.11.2016-cı il tarixdən uşaq poliklinikasında dispanser qeydiyyatındadır. Azərbaycan Respublikasə Əmək Məcəlləsinin 80-cı maddəsinin 1-ci və 2-ci bəndinə əsasən bu Məcəllənin 70-ci maddəsinin b) və ç) bəndlərində göstərilən əsaslarla işəgötürən tərəfindən həmkarlar ittifaqının üzvü olan işçinin əmək müqaviləsi müəssisədə fəaliyyət göstərən həmkarlar ittifaqı təşkilatının qabaqcadan razılığıçalınmaqla ləğv edilir. Həmkarlar ittifaqının üzvü olan işçi nin əmək müqaviləsini bu maddənin 1-ci hissəsində nəzərdə tutulan hallardan hər hansı biri ilə əlaqədar ləğv etmək istəyən işəgötürən həmin müəssisənin həmkarlar ittifaqı təşkilatına əsaslandırılmış yazılı təqdimatla müraciət edir. Təqdimata müvafiq əsaslandırma sənədləri əlavə edilir. Həmkarlar ittifaqı təşkilatı bu təqdimatın daxil olduğu gündən ən geci 10 gün müddətində özünün əsaslandırılmış yazılı qərarını işəgötürənə təqdim etməlidir. Həmin Məcəllənin 79.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən: hamilə, habelə üç yaşınadək uşağı olan qadınların, üç yaşınadək uşağını təkbaşına böyüdən kişilərin; yeganə qazanc yeri işlədiyi müəssisə olub məktəb yaşınadək uşağını təkbaşına böyüdən işçilərin; əmək qabiliyyətini müvəqqəti itirən işçilərin; işçinin şəkərli diabetlə və ya dağınıq skleroz la xəstə olması səbəbinə görə; həmkarlar ittifaqları təşkilatının və ya hər hansı siyasi partiyanın üzvü olması motivinə görə; öhdəsində sağlamlıq imkanları məhdud 18 yaşınadək və ya İ qrup əlil ailə üzvü olan işçilərin; məzuniyyətdə, ezamiyyətdə olduğu vaxtda, habelə kollektiv danışıqlarda iştirak etdiyi müddət ərzində işçilərin bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsaslarla əmək müqaviləsinin ləğv edilməsi qadağandır. 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. 300-cü maddəsinə əsasən əgər, işəgötürən əmək müqaviləsinin bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulmuş ləğv edilməsi əsaslarını pozaraq və ya 71, 76-cı maddələri ilə müəyyən edilmiş qaydaların tələblərinə əməl etmədən, habelə 79-cu madd əsində nəzərdə tutulmuş hallara əhəmiyyət vermədən işçi ilə əmək münasibətlərinə xitam vermişdirsə, əmək mübahisəsini həll edən məhkəmə iddia ərizəsini və işin faktik hallarını araşdıraraq məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə işçinin vəzifəsinə bərpa edilməsi barədə qətnamə və ya bu maddənin ikinci hissəsinə müvafiq olaraq tərəflərin barışıq sazişinin təsdiq edilməsi barədə qətnamə çıxarır. Məhkəmə qətnamədə işçiyə iddiası üzrə dəymiş zərərin məbləğinin işəgötürən tərəfindən ödənilməsini də nəzərdə tuta bilər. Birinci instansiya məhkəməsinin iclas protokolundan görünür ki, məhkəmə iclasinda verdiyi izahatında göstərmişdir ki, “ iddianı qəbul etmirəm. İddiaçı D6 AR Əmək Məcəlləsinin 70-ci maddəsinin Ç bəndinə əsasən, əmək funksiyalarını pozduğuna görə, əvvəllər işə götürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq 6 ay ərzində təkrarən əmək funksiyasını pozduğuna görə müdriyyətin 24 oktyabr 2018-ci il tarixli 284-K saylı əmri ilə tutduğu vəzifədən azad edilmişdir.Həmkarlar ittifaqının razılığının alınması ilə bağlı hazırda sənədləşmə işləri aparılır.Məhkəmə iclası təxirə salınsa təqdim ediləcək. Odur ki, iddianın əsaslı hesab edilərək təmin olunmasına dair qətnamə çıxarılmasını xahiş edirəm.” Göründüyü kimi cavabdehin nümayəndəsi İddiaçı işdən azad edilməmişdən əvvəl Həmkarlar İttifaqının razılığının alınmamasını göstərmişdir və həmçinin X5 əmək müqaviləsinə xitam verilməsinə qabaqcadan razılıq verməsi barədə qərarın məhkəməyə təqdim etməmişdir. Bundan əlavə iddiaçı işdən azad olunarkən onun qeyd olunan xəstəliyə tutulmuş sağlamlıq imkanla rı məhdud olan azyaşlı uşağının olması da nəzərə alınmamış nəticədə cavabdeh tərəf Əməkqanunvericiliyinin qeyd olunan normalarının tələblərinin pozmuşdur. Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin: -372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlilərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. -372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlilərindən asılı olmayaraq, məhkəmənin maddi və prossesual hüquq normalarına riayət etməsinin yoxlayır. -77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad e tdiyi halları sübut etməlidir. -88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. -106.1-ci maddəsinə əsasən iədə iətirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış sübutlarla yanaşı yoxlanılmalı vı qiymətləndirilməlidir. -217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. -218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir iə üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qan unun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadəğənə müəyyən edir. -220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlilər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. S.Əliyevanın şikayəti ilə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kolleqiyasının 28 dekabr 2004-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 31 may 2006-cı il tarixli qərarənda da şərh olunmuşdur ki, məhkəmə sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamə işin baxılması və həll olunması zamanı qüvvədə olan maddi və prossesual hüquq normalarına uyğun çıxarılmalıdır. (MPM-nin 81, 88, 217.1 və 218.1-c- maddələri). Mülki prossesual qanunvericiliyin göstərilən müddəalarına əsasən məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəliləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə on a hüquqi cəhətdən əsaslandırılmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, hər bir sübutun, o cümlıdın şahid ifadələrinin məzmunu qətnamədə şərh edilməli, sübutlar əlaqəndirməli, araşdırılan sübutların qəbul edilibedilməməsinin səbəbləri aydın əsaslandırılmalıdır. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyanın 6-cı maddəsinin tələbləri baxımından məhkəmə tərəfindən mübahisəyə hüquqi qiymət verilərək ilk nəvbədə sözü gedən müxtəlif maraqlar bütünlüklə aydınlaşdırılmalıdır. Nəzərə alınmalıdır ki, konvensiyanın məqsədi “praktiki və səmərəli” hüquqları təmin və müdafiə etməkdən ibarətdir. Ədalətsizliyə yol verilməməsi üçün ilk növbədə mübahisənin mahiyyətinə diqqət yetirməli, şikayət edilən məsələnin realıqları və sair hallar tam, hər tərəfli və obyektiv a raşdırılmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarında qeyd edilmiədir ki, milli məhkəmələr tərəfindən öz qərarlarını əsaslandırmaq tələbinə əməl olunmaması ədalətli məhkəmə araşdırması zamanı tərəflərin mövqelərinin bərabərlik prinsipi gözlənilməklə dinlənilməsinin sübuta yetirilməməsi ilə nəticələnir. Apellyasiya qaydasında işə baxan məhkəmə kollegiyası işin qeyd olunan hallarına qiymət vermədən yuxarıda göstərilən qətnaməni qəbul etmiş, nəticədə sadalanan maddi və prossesual hüquq normalarının tələbləri pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. İşin şərh olunan hallarını müza kirə edərək məhkəmə kollegiyası nəticəyə gəlir ki, kassasiya şikayəti təmin olunmalı, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prossesual hüquq normaları pozulduğuna görə qətnamə ləğv edilərək iş yeni apellyasiya baxışına göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Kassasiya şikayəti təmin olunsun. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının bu iş üzrə 29 aprel 2019-cu tarixli il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün Şəki Apellyasiya Məhkəməsinə göndərilsin.
Məhkəmə qərarları › İş №2(102)-6133/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6133/2019
30.09.2019 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver