Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6133/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iş üzrə QƏRAR (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2584/2020 nömrəli iş üzrə 27 iyul 2021-ci il tarixli qərarda dından Cavabdeh3 və vəkili Vəkil tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İş üzrə məhkəmə icraatı İddiaçı İKB ASC -si cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı İKB ASC-in xeyrinə 2015ci il 24 dekabr tarixli kredit müqaviləsi üzrə 135789.36 manat əsas, 546.87 manat faiz, 766.56 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 137102.79 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ö dənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsini; Tutmanın Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən, 3 otaqlı, 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən, 3 otaqlı, 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-nə ödənilməsini; Satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi; Cavabdeh1 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəs ində yerləşən, 3 otaqlı, 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilinə tutma yönəldikdə və o, satıldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Xətai rayonu, Sabit Orucov küçəsində yerləşən, 3 otaqlı, 132.4 kv.m ümumi, 85.2 kv.m yaşayış, 47.2 kv.m yardımçı sahədən ibarət 13 nömrəli evin 56 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi; İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 14 noyabr 2019-cu il tarixli 2(011)-4986/2019 saylı qətnaməsi ilə id dia qismən təmin edilərək İddiaçı İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış 04 iyun 2015-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 müştərək qaydada kredit müqaviləsi üzrə 135789,36 manat əsas borc, 546,87 manat faiz, 766,56 manat cərimə borcu olmaqla, ümumilikdə 137102,79 manat məbləğində pul vəsaiti və 30 manat dövlət rüsumunun İddiaçı İKB ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh1 məxsus Bakı şəhəri Xətai rayonu Sabit Orucov küçəsi ev 13-də yerləşən 56 nömrəli mənzilə yönəldilməsi, həmin əmlakın ilkin satış qiyməti 350000 manat müəyyən olunmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehlərin banka olan borcunun ödənilməsi, qeyd edilən daşınmaz əmlak satıldıqdan 1 ay sonra könüllü boşaldılmadığı təqdirdə Cavabdeh1 həmin mənzildən məcburi çıxarılması, mənzilin boşaldılması və hərracın nəticələri üzrə alıcıya təhvil verilməsi qət edilmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsindən Cavabdeh1 apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və məhkəmə-mühasibatlıq ekspertizasının keçirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı İKB ASC-nin (“Yelo Bank ASC”) Xətai rayon Məhkəməsinin 14.11.2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin (İ.Ə.Kəriml (sədrlik edən və məruzəçi), 29 sentyabr 2020-ci il tarixli 2(103)-2584/2020 saylı qətnaməsi ilə İddiaçı İKB ASC-nin (“Yelo Bank ASC”) apellyasiya şik ayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli, 2(011)-4986/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, ipoteka predmetinin ilkin satış qiyməti 315000 manat məbləğində müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmış, Cavabdeh1 apellyasiya şikayəti isə təmin edilməmişdir. Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli 2(103)-2584/2020 saylı qətnaməsindən narazı qalaraq prosessual müddətin bərpasına dair ərizə və kassasiya şikayəti vermişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 29 sentyabr 2020-ci il tarixli, 2(103)2584/2020 saylı qətn aməsindən Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti prosessual müddətin bərpası barədə ərizəsi təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırılmışdır ki, Cavabdeh3 Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 14 noyabr 2019-cu il tarixli qətnaməsindən apellyasiya şikayəti verməmişdir. Bu səbəbdən də qətnamə yalnız Cavabdeh1 və iddiaçının verdiyi şikayət üzrə yoxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən birinci instansiya məhkəməsinin qətnaməsi ipoteka predmetinin ilkin satış qiyməti hissəsində dəyişdirilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Başqa sözlə, Cavabdeh3 kassasiya şikayəti verdiyi Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsi ilə onun təmin edilməmiş tələbi mövcud deyil. Belə olan halda, Cavabdeh3 həmin qətnamədən kassasiya şikayəti vermək hüququ da yoxdur. Apellyasiya instansiya məhkəməsi həmçinin qeyd etmişdir ki, cavabdehlər bir ailənin üzvü olmaqla (ata-oğul) məhkəmə iclaslarının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, nə birinci instansiya məhkəməsində, nə də apellyasiya instansiyası məhkəməsində keçirilən məhkəmə iclaslarında iştirak etməmişlər. Cavabdeh3 və vəkili Vəkil 31 avqust 2021-ci il tarixdə kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 iyul 2021-ci il tarixli, 2(103)-2584/2020 saylı qərardadının ləğv edilərək işin mahiyyəti üzrə baxılması üçün Ali Məhkəməyə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraa tı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 29 sentyabr 2020-ci il tarixli qətnaməsini əldə etməyib. İş üzrə icra prosesləri başlandığı zaman qətnamədən məlumatı olmuşdur. Məhkəmə ona qətnaməni rəsmi şəkildə göndərmədiyindən, qətnamədən qanunla müəyyən olunmuş müddətdə kassasiya şikayəti verə bilməmiş, nəticədə müddəti ötürmüşdür. Bu səbəbdən şikayət vermə müddətinin bərpa edilməsi xahiş edilmişdir. Həmçinin şikayətində qeyd etmişdir ki, iddiaçı ilə zaminlik müqaviləsi bağlamamış, iş materiallarında olan sənədləri onun tərəfindən imzalanmadığı apellyasiya instansiyası məhkməsində heç bir aydınlıq gətirilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları İşlə əlaqədar tərəflər işə baxılmasın ın vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 405.0.1 Apellyasiya instansiyası məhkəməsinin aktlarından kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Maddə 128.1. Prosessual hərəkətlər bu Məcəllə ilə və qanunlarla müəyyən edilmiş müddətlərdə həyata keçirilir. Maddə 130.1. Qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessu al hərəkətləri etmək hüququ keçmiş olur. Maddə 133.1 Məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzrlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Maddə
402. Kassasiya şikayəti vermə hüququ Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən, apelyasiyanın qeyri-mümkün hesab edilməsi, kassasiya şikayətinin qaytarılması, habelə iş üzrə icraata xitam verilməsi barədə qərardadlarından kassasiya şikayəti verilə bilər. Maddə 403.1. Apellyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallard a şikayət verə bilərlər. Maddə
408. Kassasiya şikayətinin qaytarılması Maddə 408.1. Kassasiya şikayəti aşağıdakı hallarda qaytarılır: Maddə 408.1.1. kassasiya şikayəti bu Məcəllənin 407.1-ci maddəsinin tələblərinə cavab vermirsə, imzalanmamışsa, yaxud hüququ olmayan və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışsa; Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti geri qaytarılır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, qərardad ləğv edilməli və cavabdehin müddətin bərpası ərizəsinə yenidən baxılması üçün iş apellyasiya məhkəməsinə göndərilməlidir. Belə ki, apellasiya məhkəməsi hesab etmişdir ki, Cavabdeh3 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermədiyindən mübahisələndirilən qətnamə ilə onun təmin edilməmiş tələbi mövcud deyildir. Buna görədə, Cavabdeh3 kassasiya şikayəti vermək hüququ yoxdur. İş materiallarından görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən həm iddiaçı, həm də digər Cavabdeh1 (kredit müqaviləsi üzrə borclu və ipotekaqoyan) apelyasiya şikayəti vermiş, qətnamə bu apellyasiya şikayətləri əsasında yoxlanılsa da, lakin qətnamənin nəticə hissəsində ipotekanın satış qiyməti hisəssində dəyişdirilməklə, qalan hissədə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Bu isə o deməkdir ki, kredit üzrə zamin Cavabdeh3 birini instansiya məhkəməsinin qətnanəməsindən apellyasiya şikayəti vermək imkanı aradan qalxmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 saylı, 14.10.2020-ci il tarixli qərardadının 52-ci və 53-cü bəndlərində müəyyən edilmişdir ki, MPM-in 403.1-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsinin qətnamələrindən və qərardadlarından tərəflər, üçüncü şəxslər, xüsusi icraat işləri üzrə isə ərizəçi və maraqlı şəxslər tələbləri təmin olunmadığı hallarda şikayət verə bilərlər. Məhkəmə tərkibi xüsusi olaraq qeyd edir ki, istinad edilən maddə, bu Qərardadın 43-cü bəndində qeyd edilən əsaslarla apelyasiya şikayətinə baxılması yolverilməz hesab edilən şəxsin apelyasiya şikayəti vermədən kassasiya şikayəti vermək hüququna maneə kimi qiymətləndirilməməli və kassasiya şikayətinin icraata qəbulundan bu əsasla imtina edilməməlidir. Belə ki, aşağı instansiya məhkəmələrində məhkəmə iclasının keçirilməsi yeri və vaxtı barədə məlumatlandırılmaması, yaxud da qəbul edilmiş məhkəmə aktının lazımi qaydada verilməməsi səbəbindən apelyasiya şikayət vermək imkanı olmamış şəxslərin, habelə apelyasiya şikayəti versə də, artıq qətnamənin həmin hissəsinin yoxlanılması əsası ilə şikayəti qeyri-mümkün hesab edilmiş şəxslərin kassasiya şikayəti vermək hüququ tanınmalıdır. Həmin şəxslərin şikayətləri üzrə kassasiya icraatı, bu şikayətlər üzrə mübahisələndi rilən hissələrin digər tərəfin şikayəti üzrə kassasiya qaydasında yoxlanılmadığı halda mümkün olacaqdır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi tərəfindən qətnamə cavabdeh A.Məmədovdan borcun tutulması hissəsində dəyişdirilmədən saxlanıldığından və həmin şəxsin artıq apellyasiya şikayəti vermə imkanı aradan qalxdığından, onun apellyasiya məhkəməsinin qətnaməsindən kassasiya şikayəti vermək hüququnun olmaması barədə apellyasiya məhkəməsinin mövqeyi əsassızdır. Həmçinin iş materiallarından görünür ki, cavabdehlər ata və oğul olsalar da, onların yaşadığı ünvanlar fərqlidir. Bu baxımdan kassasiya şikayəti vermək hüququ olan şəxsin kassasiya şikayəti vermə müddətinin bərpası ərizəsinə müvafiq qaydada baxılmalı və işdə olan sübutlar əsasında qiymət verilməklə, kassasiya şikayət inin vaxtında verilib-verilməməsinə düzgün qiymət verilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qərardadı ləğv edilməli, kassasiya şikayəti təmin olunmalıdır. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə, qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur və prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur. Azərbaycan Respublikası MPM-nin 133.1-ci maddəsinə əsasən, məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin normanın mənasına görə buraxılmış müddətin bərpası haqqında ərizədə onun buraxılmasının səbəbləri izah edilməli və ərizəçinin bu səbəbləri üzürlü hesab etməsinin əsasları göstərilməlidir. Həmin müddətdə müvafiq prosessual hərəkətləri yerinə yetirməsinə maneçilik yaradan istənilən həyati hal üzürlü səbəb hesab edilə bilər. Bu zaman konkret haldan çıxış etmək zəruridir. (məsələn şəxsin xəstəliyi, ailənin xəstə üzvünə qulluq etmənin zəruriliyi, müddətli xidməti ezamiyyət və s.) Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «X1 şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-ın 16 avqust 2006-cı il t arixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 08 may 2008-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, «qanunla nəzərdə tutulmuş prosessual müddətin bərpası üçün yalnız elə səbəblər üzürlü hesab edilə bilər ki, onların mövcudluğu prosessual hüquqlara və vəzifələrə malik şəxsin iradəsindən asılı olmasın, özü tərəfindən onların dəf edilməsi imkanlarından kənara çıxsın, müvafiq hərəkətin yerinə yetirilməsinə, maneə törətsin və ya məhdudiyyət yaratsın. Müddətin buraxılması ilə nəticələnmiş səbəbin üzürlü hesab edilməsi bilavasitə məhkəmənin öz mülahizələrindən asılıdır. Bu mənada üzürlülük, göstərilən meyarların sərhədində dayanan elə inkar olunmaz səbəblər barəsində qəbul olunmalıdır ki, belə məsələ ilə əlaqədar MPM-in tələblərinə riayət edilməklə çıxarılmış məhkəmə aktı qanunilik, obyektivlik və qərəzsizlik baxımından şübhə altına alınmasın» Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh3 kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2584/2020 nömrəli iş üzrə 27 iyul 2020-ci il tarixli qərardadı ləğv edisin. Cavabdeh3 kassasiya şikayəti vermə müddətinin bərpa edilməsi barədə ərizəsinə yenidən baxılması və kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 402407-ci maddələrinə uyğunluğunun yoxlanılması üçün iş apellyasiya məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.