Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6138/2021 20.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər X4, Cavabdeh3, Cavabdeh4, Cavabdeh2, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı “kredit məbləğinin geri qaytarılması, ipoteka predmetinə tutmanın yönəldilməsi və mənzilin boşaldılması” tələbinə dair mülki iş üzrə QƏRARİ (Açar sözlər: ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmetinin boşaldılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi Cavabdeh2 i ştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2197/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 20 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları İddiaçı ASC ilə X4 arasında bağlanmış 1827 SBFFK saylı 08.04.2014-cü il tarixli kredit müqaviləsinin surətinə əsasən kredit verən, kredit alana illik 19%-lə, 48 ay müddətinə 29.500 ABŞ dolları kredit verməyi, kredit alan kreditin əsas məbləğini və hesablanmış faizləri bərabər hissələrlə ödəməyi öhdəsinə götürmüşdür. 08.04.2014-cü il tarixli 1***-*******7 unikal kodlu kassa məxaric qəbzinin surətinə əsasən Cavabdeh1 28.854,30 ABŞ dolları məbləğində pulu şəxsən imza etməklə bankdan qəbul etmişdir. İddiaçı ASC ilə X4 arasında bağlanmış 08.04.2014-cü il tarixli ipotekanın əlavə qeydiyyatı haqqında razılaşmanın surətinə əsasən Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanda yerləşən 84 saylı mənzil 1827 SBFFK saylı 08.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün ipoteka ilə yüklü edilmişdir. İpoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 85.000 manat müəyyən edilmişdir. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən seriya RX № ******* saylı çıxarışın surətinə əsasən X2 mülkiyyətində olan ünvan 1 ünvanda yerləşən yaşayış sahəsi 1827 SBFFK saylı 08.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən 48 ay müddətinə İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilməsi 10.04.2014-cü il ta rixdə qeydiyyata alınmışdır. İddiaçı ASC-nin 05.01.2016-cı il və 29.01.2016-cı il tarixli xəbərdarlıqlarının surətinə əsasən iddiaçı yaranmış borcu ödəmələrini cavabdehlərə təklif etmiş, İddiaçı ASC-nin AB№ SBF-17-00335 saylı 18.02.2016-cı il tarixli bildirişinin surətinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsinə başlanıldığı X2 nəzərinə çatdırmış, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Ərazi İdarəsinin **********20 saylı 24.02.2016-cı il tarixli məktubuna əsasən ipoteka qoyan X3 çatdırılmış bildiriş 18.02.2016-cı il tarixdə qeydə alınmışdır. İddiaçı ASC-nin 16.04.2019-cu il tarixli arayışında X2 1827 SBFFK saylı 08.04.2014-cü il tarixli kredit müqaviləsinə əsasən Banka 25.144.22 ABŞ dolları əsas, müqavilə m üddətinin bitdiyi tarixə 13.000.57 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən 16 aprel 2019-cu il tarixə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.283.61 ABŞ dolları faiz borcu olduğu göstərilir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdeh X3 və qeyrilərinə qarşı «kredit borcunun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddia ərizəsi ilə (iddianın dəyişdirilmiş formasında) birinci instansiya məhkəməsinə müraciət edərək, cavabdeh X1 25.144,22 ABŞ dolları əsas borc, müqavilə müddətinin sonuna hesablanmış 13.000,57 ABŞ dolları faiz borcu, müqavilə müddətinin bitdiyi tarixdən 16 aprel 2019-cu il tarixinə qədər əsas borca görə illik 5 faiz dərəcəsi ilə hesablanmış 1.283,61 ABŞ d olları faiz borcu olmaqla, ümumilikdə 39.428,40 ABŞ dolları kredit borcunun, mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün tərəfimizdən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 manat dövlət rüsumunun, kredit və ipoteka müqaviləsinin, əlavə qeydiyyat barədə razılaşmanın, eləcə də mülkiyyət və yüklülük çıxarışlarının surətlərinin notarial qaydada təsdiqi üçün ödənilmiş 31 manat rüsumun tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin X3 məxsus olan, ipoteka qoyulmuş ünvan 2 ünvanında yerləşən 84 nömrəli mənzilə yönəldilərək, həmin ipoteka predmetinin açıq hərracdan satılması, satışdan əldə edilən pul vəsaitinin yuxarıda göstərilən pul tələblərinin t əmin edilməsi üçün iddiaçıya ödənilməsi, ipoteka predmeti satıldıqdan sonra mənzildə yaşayan cavabdehlərin əşyaları ilə birlikdə 1 ay müddətinə çıxarılması, əmlakın satışından əldə edilən vəsait yuxarıda göstərilən pul tələblərinin təmin edilməsi üçün kifayət etmədikdə qalıq borcun ümumi qaydada X1 tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə tərəfindən qiymətləndirmənin aparılması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən 0206/18/AEAB saylı 10 aprel 2018-ci il tarixli rəydə, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanında yerləşən 84 saylı mənzilin bazar dəyərinin 90.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə tərəfindən qiymətləndirmənin aparılması həvalə edilmiş "xxxx" MMC tərəfindən tərtib edilən 030/19 saylı 13 mart 2019-cu il tarixl i rəydə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanında yerləşən 84 saylı mənzilin hazırkı dövrə olan orta bazar qiymətinin 95.000 manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən tərtib edilmiş məhkəmə mühasibatlıq ekspertizasının 22 noyabr 2019-cu il tarixli 11920 №-li rəyi ilə müəyyən edilmişdir ki, İddiaçı ASC ilə X4 arasında bağlanmış 1827 SBFFK saylı 08.04.2014-cü il tarixli kredit müqaviləsi üzrə olan borcu 08.04.2018-ci il (müqavilə müddətinin bitdiyi tarix) tarixə əsas borcu 25.377.73 ABŞ dolları, faiz borcu 5.131.28 ABŞ dolları, ümumilikdə 30.509.01 ABŞ dolları, 19.04.2019-cu il (sualda soruşulan tarix) tarixə müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmaqla əsas borcu 25.377.73 ABŞ dolları, faiz borcu 6.428.36 ABŞ dolları olmaqla ümumilikdə 31.806.10 ABŞ dolları təşkil etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Rəşad Həsənov) 13 dekabr 2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsi ilə iddia ərizəsi qismən təmin olunmuş, cavabdeh X1 25144,22 ABŞ dolları məbləğində əsas borc, 5131,28 ABŞ dolları məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən 19.04.2019-cu il tarixə illik 5% dərəcəsi ilə hesablanmış 1283,61 ABŞ dolları faiz borcu olmaqla, ümumilikdə 31559.11 (otuz bir min beş yüz əlli doqquz dollar on bir sent) ABŞ dolları məbləğində kredit borcu qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə, habelə mübahisənin məhkəmə vasitəsi ilə həll edilməsi üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsumu, məhkəməyə təqdim edilən sənədlərin notarial qaydada təsdiq edi lməsi üçün ödənilmiş 31 manat və ipoteka predmetinə tutmanın yönəldilməsinə dair bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün ödənilmiş 31 (otuz bir) manat rüsum məbləğinin tutulub İddiaçı ASC-nin xeyrinə ödənilməsi, ödəmənin cavabdeh X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanda yerləşən 84 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin 95.000 (doxsan beş min) manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması və satışdan əldə edilən pul vəsaiti yuxarıda göstərilən pul tələblərinin təmin edilməsinə yönəldilməsi, ipoteka predmeti olan mənzil satıldıqdan sonra 1 ay müddətinə boşaldılması, cavabdeh X1 ekspertiza tədqiqatının dəyəri üzrə 150 manat tutulub dövlət büdcəsinə ödənilməsi qət olunmuşdur. Birinc i instansiya məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, cavabdeh Xidirova Dilbər kreditin qaytarılması üzrə öhdəliyini lazımınca icra etməmiş, nəticədə iddiaçıya müqavilənin müddətinin başa çatdığı tarixə əsas borc üzrə 25377.73 ABŞ dolları, faiz borcu üzrə 5.131.28 ABŞ dolları, həmçinin müqavilə müddəti bitdiyi tarixdən 19.04.2019-cu il tarixədək əsas borca illik 5% dərəcəsi olmaqla 1283.61 ABŞ dolları faiz borcu yaranmışdır. Lakin iddiaçı öz iddia ərizəsində cavabdehlərdən əsas borc olaraq 25377.73 ABŞ Dolları deyil, 25144.22 ABŞ dolları məbləğində borc tələb etmişdir. Yaranmış borcu ödəməsi cavabdehə təklif edilmiş, həmçinin cavabdehə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş təqdim edilmiş və bu bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında qeydə alınmışdır. İddiaçı bildirişin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün 31 manat, sənədlərin məhkəməyə təqdim edilən surətlərinin notarial qaydada təsdiq edilməsi üçün 31 manat, hazırkı iddia üzrə isə 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab etmişdir ki, İddiaçı ASC-nin cavabdehdən 08 aprel 2018-ci il tarixdən 19 aprel 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 1283.61 ABŞ dolları məbləğində faiz borcu hissəsində iddiası təmin edilərək həmin məbləğ cavabdehlərdən tutulmalıdır. Tərəflər ipoteka müqaviləsində ipoteka predmetinin dəyərini 85.000 manat olaraq müəyyən etsələr də, həmin müqavilə bağlandıqdan sonra keçən dövr ərzində daşınmaz əmlak bazarında qiymətlərin kəskin dəyişməsi ilə əlaqədar bu qiymət cavabdeh tərəfi qane etməmiş, bununla bağlı müstəqil qiy mətləndiricilər tərəfindən əmlakın yenidən qiymətləndirilməsi aparılaraq hazırkı dövrə olan bazar qiyməti müəyyən edilmişdir. "xxxx" MMC tərəfindən 10.04.2018-ci il tarixdə aparılmış qiymətləndirmə ilə əmlakın bazar dəyərinin 90.000 manat, "xxxx" MMC tərəfindən aparılmış qiymətləndirmə ilə isə 95.000 manat olduğuna dair rəylər verilmiş, işə məhkəmədə baxıldığı vaxt tərəflər ipoteka predmetinin ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsi ilə bağlı rəylə razılaşmışlar. Belə olduğu təqdirdə, məhkəmə tərəflərin əmlakın ilkin satış qiymətinin 95.000 manat müəyyən edilməsinə dair razılığını nəzərə alaraq, əmlakın ilkin satış qiymətinin "xxxx" MMC-nin rəyində göstərilən həddə müəyyən edilməli olduğu nəticəsinə gəlmişdir. Məhkəmə öz mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7, 449.1, 449.2, 739.1, 385.1, 442, 448.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 4.133, 34.1.1, 34.1.2, 39.3.3-cü maddələrinə istinadla əsaslandırmışdır. Cavabdeh X4 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(007)-289/2019 nömrəli qətnaməsini qismən, ümumilikdə 31559.11 ABŞ dolları məbləğində kredit borcunun tutulması və ipoteka predmetinin ilkin satış qiymətinin 95.000 manat məbləğində müəyyən edilməsi hissəsində ləğv edilərək yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh X2 apellyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Rafael Eyvazov - sədrlik edən və məruzəçi, Ziya Şirinov və Fuad Talışinski) 16 iyun 2020-ci il tar ixli 2(103)-3802/2020 nömrəli qətnaməsi ilə cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(007)-289/2019 saylı qətnaməsi apellyasiya şikayətinə əsasən dəyişdirilmədən saxlanılmışdır. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, qətnamə mübahisələndirilən hissədə qanuni və əsaslıdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qeyd etmişdir ki, iddiaçı ilə cavabdeh X4 arasında 08.04.2014-cü il tarixli, 1827SBFFK saylı kredit müqaviləsinin bağlanması, müqaviləyə əsasən cavabdehə şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 29500 AB Ş dolları məbləğində kredit verilməsi, öhdəliyin icrasının təmini kimi tərəflər arasında 08.04.2014-cü il tarixli «ipotekanın əlavə qeydiyyatı haqqında» Razılaşma bağlanması, X3 xüsusi mülkiyyət hüququ əsasında məxsus olan Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanda yerləşən 84 saylı mənzilin bankın xeyrinə ipoteka ilə yüklü edilməsi, öhdəliyin cavabdeh tərəfindən lazımi qaydada icra olunmaması mübahisələndirilmir. Cavabdeh apellyasiya şikayətində kredit borcunun artıq hesablanmasını göstərmiş, lakin birinci instansiya məhkəməsinin qətnaməsinin həmin hissədə əsassızlığının və qanunsuzluğunun nədən ibarət olmasını əsaslandırmamış, borcun reallıqda nə qədər təşkil etməsi barədə məhkəməyə hər hansı sübut təqdim etməmiş, etirazının əsası kimi istinad etdiyi halları sübut edə bilməmişlər. Halbuki, birinci instansiya məhkəməsi tərəfindən keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 22noyabr 2019-cu il tarixli, 11920saylı rəyinə əsasən, tərəflər arasında bağlanmış 08.04.2014-cü il tarixli,1827 SBFFK saylı kredit müqaviləsi üzrə X2 08.04.2018-ci il tarixə (müqavilə müddətinin bitdiyi tarix) əsas borcu 25377,73 ABŞ dolları, faiz borcu 5131,28 ABŞ dolları, ümumilikdə 30509,01 ABŞ dolları, 19.04.2019-cu il tarixə (sualda soruşulan tarix) müqavilə müddəti bitdikdən sonra illik 5% dərəcəsi ilə hesablanmaqla əsas borcu 25377,73 ABŞ dolları, faiz borcu 6428,36 ABŞ dolları olmaqla ümumilikdə 31806,10 ABŞ dolları təşkil etmişdir. Birinci instansiya məhkəməsi ekspertiza təyin etməklə kredit borcunun məbləğini dəqiqləşdirmiş, həmçinin iddianı faizlərin tutulması hissəsin də qismən təmin etmiş, faizləri kredit müqaviləsinin müddətinin bitdiyi tarixə olan məbləğdə tutmuşdur. Cavabdeh isə apellyasiya şikayətində ekspertiza rəyi ilə razılaşmamasının konkret əsaslarını göstərməmiş, məhkəmə baxışı zamanı ekspertiza rəyinə şübhə yaranmamışdır. Cavabdeh apellyasiya şikayətində həmçinin ipoteka qoyulmuş mənzilinin dəyərinin düzgün müəyyən olunmamasını göstərmişdir. Apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin qeyd edilən dəlili ilə də razılaşmayaraq qeyd etmişdir ki, tərəflər arasında bağlanmış ipotekanın əlavə qeydiyyatı haqqında Razılaşmadan görünür ki, tərəflərin qarşılıqlı razılığı ilə ipoteka qoyulmuş mənzilin dəyəri 85.000 manat həddində qiymətləndirilmişdir. Birinci instansiya məhkəməsində icraat zamanı zərurət yarandığından ipotekanın dəyərini n obyektiv müəyyən olunması üçün qiymətləndirici dəvət olunmuşdur. "xxxx" MMC tərəfindən tərtib edilən 030/19 saylı 13 mart 2019-cu il tarixli rəydə Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 81 ünvanında yerləşən 84 saylı mənzilin hazırkı dövrə olan orta bazar qiymətinin 95000 manat təşkil etdiyi müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi qanunvericiliyin tələblərinə əsasən ipotekanın ilkin satış qiymətinin müəyyən olunması istiqamətində zəruri və obyektiv tədbirlər görmüşdür. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, ipoteka predmetinin ilkin satış qiymətinin qeyd edilən məbləğdə müəyyən olunması obyektiv və ədalətlidir. Cavabdeh isə apellyasiya şikayətində ipoteka qoyulmuş əmlakın dəyərinin daha artıq olmasını göstərsə də, bununla bağlı hər hansı sübut təqdim etməmiş, bununla da etirazının və apellyasiya şikayətinin dəlilləri kimi istinad etdiyi halları əsaslandıra və sübut edə bilməmişlər. Cavabdeh2 apellyasiya şikayəti üzrə apelyasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh2 apellyasiya şikayəti verərək Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli, 2(007)-289/2019 nömrəli qətnaməsinin ona münasibətdə mənzilin boşaldılması hissəsində ləğv olunmasını və həmin hissədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iclası barədə ona qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməmiş, məhkəmə iclasında onun iştirakı təmin edilməmiş, mənzilin boşaldılması barədə nəticəyə gələrkən məhkəmə onun hüquqlarını nəzərə almamış bununla maddi hüquq normalarının tələblərini pozmuşdur. Cavabdeh2 qətnamənin ona aid “tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək açıq hərracdan satılması və satıldığı halda Cavabdeh2 əşyaları ilə birlikdə mənzildən 1 ay müddətində çıxarılması” hissəsini mübahisələndirdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.6-ci maddəsinin tələbini nəzərə alan apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslılığını mübahisələndirilən həcmdə yoxlamışdır. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər – Məmməd Məmmədov - sədrlik edən və məruzəçi, Şeyda Məhərrəmova və Emin Mehdiyev) 2(103)-2197/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməyərək, iş üzrə Bakı Şəhəri Nizami Rayon Məhkəməsinin 13 dekabr 2019-cu il tarixli qətnamə si apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə apellyasiya şikayətinin dəlillərini və iş materiallarını araşdıraraq hesab etmişdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsi qətnaməsi apellyasiya baxışının predmeti olan hissədə dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, işdə olan sənədlərdən görünür və apellyasiya şikayəti vermiş Cavabdeh2 tərəfindən mübahisələndirilmişdir ki, Cavabdeh1, onunla iddiaçı Bankın “Səbail” filialı arasında bağlanmış 08.04.2014-cü il tarixli “Kredit müqaviləsinə” əsasən, Bankdan 48 ay müddətinə, illik 19 faiz dərəcəsi ilə 29.500 ABŞ dolları məbləğində pulu borc almışdır. Həmin müqavilə ilə Cavabdeh1 Bank qarşısında üzərinə öhdəlik götürmüşdür ki, Bankdan aldığı krediti aybaay, hissə-hissə, yəni müqavilənin tərkib hissəsi olan Ödəniş qrafikinə” uyğun olaraq Banka ödəyəcək. Cavabdeh1 iddiaçı Bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasının təminatı olaraq özünə məxsus mənzili, mənzildə yaşayan iş üzrə digər cavabdehlərin razılığı ilə Bankın xeyrinə ipoteka ilə yüklü etmişdir. Bununla əlaqədar olaraq Bank ilə Cavabdeh1 arasında 08.04.2014-cü il tarixdə “İpotekanın əlavə qeydiyyatı haqqında razılaşma” bağlanmış və buna əsasən ipoteka ilə yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən reyestrdə qeydiyyata alınmış, ipoteka ilə yüklülük barədə reyestrdən 10.04.2014-cü il tarixli, RX seriyalı, ******* №-li “Çıxarış” verilmişdir. Borclu Cavabdeh1, onunla kreditor Bank arasında bağlanmış “Kredit müqaviləsiüzrə üzərinə götürdükləri öhdəlikləri lazımi və tam qaydada i cra etməmiş, Banka olan borcu qismən ödəmişdir. Bu səbəbdən də, Bank, hazırki iddia ilə Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 borcun tutulmasını və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilməsini tələb etmişdir. İşə baxmış Rayon Məhkəməsi hesab etmişdir ki, Bank olan borcun tutulması üçün tələb mənzilə yönəlməlidir (apellyasiya baxışının predmeti olan nəticə). Apellyasiya baxışının predmeti olan məsələnin həlli və apellyasiya şikayətinin dəlilləri ilə bağlı apellyasiya instansiyası məhkəməsi Azərbaycan Respublikası Mülki Məcəllənin 269.1, 319.1, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1-ci maddələrinin tələblərini nəzərə alaraq hesab etmişdir ki, Cavabdeh1 Bank qarşısında icra edilməmiş öhdəlikləri mövcud olduğundan, Bank tələbin ipoteka ilə yüklü edilmiş ya şayış sahəsinə yönəldilməsini tələb etməkdə haqlıdır. Bundan başqa Cavabdeh2 tərəfindən Banka ünvanlanmış və notariat qaydasında təsdiq edilmiş 07.04.2014-cü il tarixli ərizəsindən görünür ki, o, ipoteka predmeti olan və yaşadığı mənzilin, mənzilin mülkiyyətçisi olan Cavabdeh1 tərəfindən Bank qarşısında ipoteka ilə yüklü edilməsinə etiraz etməmiş və ipoteka predmetinə tutma yönələrsə, 3 gün müddətində həmin yaşayış sahəsini tərk etməyi öhdəsinə götürmüşdür (iş v. 24). Həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli Qərarında fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısı təsbit edilmişdir. Həmin siyahının 1-ci bəndinə görə, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olma qla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Siyahının qeyd hissəsində göstərilmişdir ki, bu Siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən verilmiş kreditin tutulması hallarına, habelə ipoteka ilə və qanunla müəyyən edilmiş qaydada daşınar əmlakın yüklülüyünün xüsusi növü ilə yüklü edilmiş əmlaka şamil edilmir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, hazırki apellyasiya baxışının predmetini təşkil edən hissədə birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni, əsa slı və işin hallarına uyğundur. Apellyasiya şikayətinin dəlilləri formal mülahizə xarakteri daşıyır. Apellyasiya baxışının predmeti olan hissədə qətnamənin ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Cavabdeh2 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2197/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yeni apelyasiya baxışına göndərilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi işə baxarkən cavabdeh qismində Cavabdeh2 məhkəmə iclasında iştirak etməyini lazımi qaydada təmin etməmiş, iştirakı olmadan işə baxılmasını mümkün hesab etmiş və nəticədə qanunvericiliklə nəzərdə tutulmuş prosessual hüquqlarından istifadə etmək üçün şərait yaradılmamışdır. Məhkəmə işə baxarkən prosessual hüquq normalarının tələblərini kobud şəkildə pozmuş və düzgün olmayan əsassız qətnamə çıxartmışdır. Bundan başqa məhkəmə maddi hüquq normalarının tələblərini də kobud şəkildə pozmuşdur. Belə ki, hazırki iş üzrə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus mənzilin yaşayış sahəsindən Cavabdeh2 istifadə hüququ mövcud olduğu halda, məhkəmə işə baxdığı zaman onun istifadə hüququnun olmasını nəzərə almamış və mənzilin boşaldılması barədə nəticəyə gəlmişdir. Məlum olduğu kimi mülkiyyət hüququnun üç elementi var. Onlardan birincisi sahiblik, ikincisi istifadə, üçüncüsü isə sərəncam hüququdur. Bu üç ele ment mülkiyyət hüququnun əsasını təşkil edir. Həmin mənzilin mülkiyyətçisi ilə bərabər onunda hüquqları mövcuddur. Məhkəmə qeyd olunan mənzilə istifadə hüququnun mövcud olmasını nəzərə almadan, mənzilin boşaldılması barədə nəticəyə gəlməklə dolayısı ilə onun istifadə hüququnun məhdudlaşdırılmasını özündə ehtiva edən qətnamə çıxartmışdır. Bu da birbaşa qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, həm də Azərbaycan Respublikasının Konstitusiyası ilə təsbit olunan mənzil toxunulmazlıq hüququnu pozulmuşdur. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 məhkəmə kollegiyasının iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67-c i maddəsinə əsasən onun izahatı dinlənilmədi. İşlə əlaqədar digər tərəflərə işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barədə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu Maddə
33. Borclu əsas öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. Maddə 59.3. İpoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yonəldildikdə və o, satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. Maddə 59.4. Bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yonəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında mə cburi qaydada çıxarılırlar. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 №-li qərarında qeyd edilmişdir ki, bu siyahının qeyd hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla fiziki şəxs barəsində icra sənədi icra olunarkən borclu və onun ailəsinin sanitariya normaları çərçivəsində birgə yaşamalarını təmin edəcək mənzil, ev və ya onun ayrı-ayrı hissələri, həmçinin onların altında olan həyətyanı torpağa (bir ailə üçün bir ev və ya mənzildən çox olmamaq şərti ilə) tələbin yönəldilməsinə yol verilmir. Həmin qərarın qeyd hissəsində göstərilmişdir ki, bu siyahı ev tikmək və ya almaq üçün kredit təşkilatı tərəfindən veril miş kreditin tutulması hallarına, habelə girov və ipoteka ilə yüklü edilmiş əmlaka şamil edilmir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda i fadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olma masına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kass asiya şikayəti əsasında apellyasiya instansiyası məhkəməsinin qətnaməsi tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, kassasiya şikayətinin Cavabdeh2 məhkəmə iclasında iştirakının təmin edilməməsi barədə dəlili iş materialları ilə təkzib edilir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh2 məhkəmə iclasları barədə qanunla nəzərdə tutulmuş qaydada xəbərdar edilmişdir. İş materiallarında bu barədə poçt xəbərnamələri mövcuddur. Cavabdeh2 apellyasiya şikayətində göstərdiyi dəlillərlə kassasiya şikayətində göstərilən dəlillərin eyni olduğunu, apellyasiya instansiya məhkəməsi tərəfindən iddiaçının göstərdiyi dəlillərə düzgün hüquqi qiymət verildiyini nəzərə alaraq kollegiya hesab edir ki, maddi və həmçinin prosessual hüquq normalarının tətbiqi ilə bağlı kassasiya şikayətinin dəlillərinə ayrıca qiymət verilməsi və apellyasiya instansiyası məhkəməsinin qətnaməsində göstərilənlərin təkrarlanmasına zərurət yoxdur. “Fiziki şəxs barəsində icra sənədi icra olunarkən tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinin dəqiq Siyahısının təsdiq e dilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05.06.2002-ci il tarixli 89 №-li qərarına əsasən ipoteka ilə yüklü edilmiş əmlak tələbin yönəldilməsinə yol verilməyən əmlak növlərinə aid deyildir. Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə hüquqi qiymət verilməklə məhkəmə tərəfindən Azərbaycan Respublika sının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Buna görə də kassasiya şikayətlərinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qər ardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2197/2021 nömrəli iş üzrə 12 mart 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.