Məhkəmə qərarları › İş №2(102)-6150/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6150/2021

25.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6150/2021 25.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1 MTK-ya qarşı iş üzrə QƏRARİ (Açar sözlər: əqdin ləğv edilməsi, əmlakın qaytarılması, maddi və mənəvi ziyan) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı, iddiaçının vəkili Vəkil1, Cavabdeh2 və vəkili Vəkil3 iştirakları ilə, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5339/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qə tnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 25 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları 28.11.2011-ci il tarixli 204 saylı müqavilənin surətindən görünür ki, Cavabdeh1 Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa ediləcək binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilini İddiaçı verməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilin dəyəri payçı İddiaçı tərəfindən tam ödənilmişdir. Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 ilə İddiaçı arasında 24.09.2014-cü il tarixdə rəsmi nikah bağlanmışdır. Bakı şəhəri 19 saylı notariat kontorunda verilmiş 11 noyabr 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamənin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Bakı şəhəri Kooperativ Mənzil Tikintisi Haqqında Müqaviləyə əsasən 28 noyabr 2011-ci il tarixdə verilmiş Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazisində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna da ir müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. Cavabdeh2 tərəfindən Bakı şəhəri 19 saylı Notariat Kontorunda yazılmış 11.11.2014cü il tarixli ərizənin surətindən görünür ki, o, İddiaçı adına olan Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2ci mərtəbə, 204 saylı mənzilin satılmasına etiraz etməmişdir. İddiaçı tərəfindən Cavabdeh1 MTK-ya ünvanlanmış 25.07.2017-ci il tarixli ərizənin surətindən görünür ki, o, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzilindən imtina edir, mənzilə dair bağladığı müqaviləyə xitam verilm əsini xahiş edir və gələcəkdə heç bir iddia və tələbinin olmayacağına təminat verir. Ərizəni onun adından etibarnamə ilə Cavabdeh3 imzalamışdır. Cavabdeh1 MTK-nın 07.07.2020-ci il tarixli məktubundan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən binanın giriş 3, 2-ci mərtəbə, 204 saylı mənzili 25.04.2017-ci il tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən, Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 04.05.2020-ci il tarixli çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsi, mənzil 204; yeni qaydalarla mənzil 196 Cavabdeh4 x üsusi mülkiyyətindədir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1nə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh3 "mənzildən imtina” kimi sərəncam hərəkətindən ibarət olan əqdin etibarsız hesab edilməsi, cavabdeh "Şərur” MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilməsi, "xxxx" MTK ilə Kooperativ mənzilin tikintisi haqqında müqavilə üzrə aldığı, ünvan 2 ünvanında yerləşən 204 nömrəli mənzilin ona qaytarılması, mənzilinin onun xəbəri olmadan özgəninkiləşdirilməsi nəticəsində ona dəymiş 10000 (on min) manat məbləğində mənəvi ziyanın Cavabdeh2 alınaraq ona veril məsi, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli Kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 2 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günki dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh1 MTK və Cavabdeh3 alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İşə məhkəmə iclasında baxılması zamanı iddiaçının nümayəndəsi və vəkili Vəkil1 Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə müraciət edərək, iddia tələbinin 5-ci bəndinə düzəliş etmiş, Cavabdeh1 MTK və digər Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci i l tarixli kooperativ mənzil tikintisi haqqında 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə ünvan 2 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günki dəyərinin pulla əvəzi kimi 88.610 (səksən səkkiz min altı yüz on) manat (83.610 manat və təmir xərci kimi 5.000 manatın) manat məbləğində pulun cavabdehlər Cavabdeh2, Cavabdeh3, Cavabdeh4 və Cavabdeh1ndən alınaraq iddiaçıya verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, öz qazancı ilə aldığı mənzili cavabdehlərin qanunsuz hərəkətləri nəticəsində, xəbəri olmadan və bunun müqabilində heç bir əvəz almadan itirmişdir. Bu iddia ilə mənzilə dair itirdiyi hüquqlarını bərpa etmək istəyir. O, 28 noyabr 2011 tarixdə cavabdeh: "xxxx" MTK ilə Kooperativ mənzil tikintisi haqqında 204 nömr əli müqavilə bağlamışdır. Müqavilənin predmeti kimi Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi, Xiyabanı küçəsi-18 ünvanında inşa ediləcək yaşayış binasında ümumi sahəsi 92,90 m2 olan, 2-ci mərtəbədə yerləşən 204 saylı mənzil çıxış edirdi. Müqaviləyə görə o, növbəti 1 il ərzində, yəni 20 sentyabr 2012-ci il tarixinədək mənzilin dəyərini tam ödəməli idi. Mənzilin dəyəri kimi 53.000 manat payçı olaraq onun tərəfindən tam və vaxtında ödənilmiş, bu barədə "Şərur” MTK tərəfindən müvafiq Maliyyə arayışı verilmişdir. Aldığı mənzildə o, 5.000 manat təmir işləri gördürmüşdür. Bundan sonra 24 sentyabr 2014-cü il tarixində o, Cavabdeh2 ilə nikah bağlamışdır. Nikahdan dərhal sonra ata evindən Elçinin ata evinə köçmüşdür. Onda Elçin ona biznes qurmaq istədiyini, amma ciddi məbləğdə borcu olduğun u demiş, ona görə Elçinin təkidi ilə 1,5 ay sonra, yəni 11 noyabr 2014-cü il tarixində o, tikilməkdə olan mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində təmsil etməyi, DT və Kadastr planı almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırığın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətləri etməyi həvalə edilməsi haqqında Cavabdeh3 etibarnamə vermişdir. Cavabdeh3 onun keçmiş əri Cavabdeh2 tanışı idi. Elçin deyirdi ki, Etiram mənzili lazımi qaydada rəsmiləşdirilməsində ona köməklik edəcəkdir. Elçin onun əri olunduğundan etibar edərək, mənzilin rəsmişləşdirilməsi üçün öz adından Cavabdeh3 etibar namə vermişdir. O vaxtdan mənzil tikilməkdə davam edilmişdir. Mənzilə dair bütün sənədləri də Elçinə vermişdir. Lakin 2019 ilin sonlarından başlayaraq Elçinlə nikah münasibətlərində gərginlik başladı. O, mənzilə dəfələrlə getsə də, onu bağlı görmüşdür. MTK-dan mənzilinin taleyinin necə olduğunu soruşanda, ona konkret cavab verməkdən yayınırdılar. O, vəkilə müraciət etməli olmuş və 06 mart 2020-ci il tarixində vəkil sorğusu göndərilmişdir. Bundan sonra cavabdeh "Şərur” MTK vəkil sorğusuna da cavab verməkdən karantin bəhanəsi ilə yayınmağa başladı, halbuki həftənin 6 günü MTK-nın ofisi fəaliyyət göstərirdi. Bu arada Xəzər rayon məhkəməsinin 02 iyun 2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 ilə bağlamış olduğu nikahın xitamı haqqında qətnamə qəbul edildi. Nəhayət, uzun səylərdən sonra 07 iyu l 2020-ci il tarixdə MTK-dan cavab verildi. Cavabda bildirilirdi ki, 25.04.2017-ci il tarixdə İddiaçı və Cavabdeh2 ərizəsinə əsasən həmin mənzil Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Axırıncı isə ümumi yığıncağın qərarına əsasən həmin mənzili özgəninkiləşdirmişdir. Verilmiş cavabın arxasında Cavabdeh3 imzası ilə onun adından yazılmış ərizənin surəti qoyulmuşdur. Ərizədə guya mənzildən imtina etməyi barədə qeyd edilmiş, müqavilənin xitam verilməsi xahiş edilmişdir. Ərizədə "mənzildən imtina” barədə başa düşülməyən sərəncamla yanaşı MTK-ya onun tərəfindən ödənilmiş 53.000 manat məbləğin taleyinin necə olması barədə heç nə yazılmamışdır. Qoşmada olan digər sənədlər içində Elçinin 3 il əvvəl, etibarnamə ilə eyni, yəni 11 noyabr 2014-cü il tarixli ərizəsinin surəti də qoyulmuşdur. Həmin ərizədən, baxmayaraq ki, eyni tarixdə notarius tərəfindən təsdiqlənib, onun xəbəri olmamışdır. Etibarnamə ilə ərizənin notariat reyestrində qeydiyyat nömrələrini müqayisə etdikdə onların arasında böyük fasilə olduğu görünür. Demək, ərizə etibarnamə ilə eyni tarixdə verilsə də, ondan xeyli əvvəl yazılıb təsdiq edilmişdir. Cavabdeh3 onun verdiyi etibarnamə üzrə səlahiyyətlərdən kənara çıxmışdır, mənzilə dair sənədləşmə almaq tapşırığına riayət etmədən, onun mənzilindən imtina etmişdir. Verdiyi etibarnamədəki səlahiyyətlərdə birtərəfli və subyekt baxımından naməlum şəxsin xeyrinə imtina səlahiyyəti yox idi. Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər (AR MM, mad. 350). Bundan başqa yazılı formada bağlanmış müqavilə onunla eyni qaydada ləğv edilməli idi (AR MM, mad.423.1). Sadəcə ərizə verməklə yazılı müqaviləyə xitam verilə bilməzdi. Cavabdeh "Şərur” MTK Cavabdeh3 "mənzildən imtina” kimi sərəncam hərəkətinə səlahiyyəti olmadığını, həm daşınmaz əmlakın inşası, satışı, qeydiyyata alınması və təkrar satışı üzrə ixtisaslaşan sahibkarlıq subyekti olduğuna, həm ona təqdim edilən etibarnamədəki səlahiyy ətlərdə birtərəfli və subyekt baxımından imtina səlahiyyətinin olmaması, həm də mənzilə dair sərəncam vermək üçün onu 6 il əvvəl almış onun özünün yox, 3 il əvvəl verilmiş etibarnaməyə əsasən nümayəndənin (etibarnamənin qüvvədə olmasını da yoxlamadan) və mənzili subay olarkən aldığı halda, ərinin müraciət etdiyinə görə bilirdi və bilməli idi. Bu səbəbdən də "mənzildən imtina” kimi sərəncam hərəkəti əqd kimi etibarsızdır. Bunun nəticəsi olaraq 25.04.2017-ci il tarixdə həmin mənzilə dair cavabdeh "Şərur” MTK digər Cavabdeh4 ilə bağlanmış müqavilə, eləcə də digər sonrakı müqavilələr (əgər belələri olubsa) də etibarsızdır. Çünki eyni mənzilə dair qüvvədə olan müqavilə olduğu halda eyni şərtlərlə digər müqavilə bağlanması qanunsuzdur. Bütün bunların nəticəsində ona iş üzrə Cavabdeh2 tərəfində n mənəvi ziyan dəymişdir. Belə ki, Cavabdeh2 niyyəti həmin mənzili satmaq olmuş və onu aldadaraq mənzili sənədləşdirilməsi üçün dostu olan digər Cavabdeh3 etibarnamə verməyini inandırmışdır. Lakin həmin mənzil onun xəbəri olmadan özgəninkiləşdirilmişdir. Bu halı bilən zaman o, əmlakının itirilməsi ilə bağlı həyacan, qorxu, istirab və mənəvi sarsıntı keçirmişdir. Ona görə də hesab edir ki, Cavabdeh2 tərəfindən ona 10000 (on min) manat mənəvi ziyan dəymişdir. Beləliklə, cavabdehlərin arasında aparılmış "düz-qoş” əməliyyatlarının nəticəsi kimi yekunda həm aldığı mənzildən, həm də mənzilə görə ödədiyi puldan məhrum edilmişdir. Hazırda həmin ərazidə mənzillərin 1 m2 orta satış qiyməti 850-950 manatdır. Mənzilin sahəsini (92,9 m2) ortalama 900 manatdan götürəndə onun dəyəri 83.610 manat edir. Ti kintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxslə binanın yerləşdiyi torpaq sahəsinin mülkiyyətçisi (satıcı) arasında podrat münasibətləri əmələ gəlir və belə münasibətlərdə torpaq sahəsinin mülkiyyətçisi (satıcı) podratçı, tikintisi başa çatmayan binanın tərkib hissəsini əldə etmək istəyən şəxs isə sifarişçi hesab edilir. O, cavabdehə evi ipotekaya qoyub pul götürmək üçün etibarnamə verib. O, evin satılmasından məlumatlı olmayıb. Qeyd olunanlara əsasən, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Bakı Şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəzri, iş № 2(003)-344/2021) iddia tələbi qismən təmin edilərək, Cavabdeh2 65000 (altmış beş min) manat pul vəsaiti alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı öz sərbəst iradəsini ifadə edərək, Bakı şəhəri 19 saylı notariat kontorunda 11 noyabr 2014-cü il tarixli AR-İ 370839 saylı etibarnamə verərək, Cavabdeh1 MTK-yə məxsus Bakı şəhəri, Yasamal rayonu, Yeni Yasamal massivi Xiyabani küçəsi 18 ünvanında inşa edilən giriş 3, mərtəbə 2, ümumi sahəsi 92.90 kv.m. yaşayış sahəsi 42.04 kv.m olan 2 otaqlı 204 saylı mənzilə dair özəlləşməsinə lazım olan sənədləri toplamağı, Bakı şəhəri Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ərazisində təmsil etməyi, DT və kadastr planı almağı, Forma-1, Forma-2 arayışları almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, bu tapşırı ğın yerinə yetirilməsilə əlaqədar adından ərizə verməyi və iddia ərizəsi verməyi, digər hərəkətlər etməyi Cavabdeh3 etibar etmişdir. Sonuncu da öz növbəsində iddiaçının adından çıxış edərək, həmin mənzili özgəninkiləşdirmişdir. Göründüyü kimi, iddiaçının etibarnamə verərkən aldadılmasına dəlalət edən hər hansı hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan hissədə iddia tələbinin təmin olunması üçün əsas müəyyən olunmamışdır. Məhkəmə, həmçinin, iddiaçının ona vurulmuş mənəvi ziyanın ödənilməsinə dair iddia tələbi ilə bağlı qeyd edir ki, o tələbinin cavabdeh tərəfindən mənəvi ziyanın vurulmasına dair istinad etdiyi hallarını Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq qaydada sübut edə bilməmiş, bu barədə müvafiq sübutları məhkəməyə təqdi m etməmiş, işin tədqiq olunan hallarına əsasən iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Məhkəmə qeyd etmişdir ki, iddia tərəfi cavabdeh tərəfindən ona mənəvi zərər vurulmasını təsdiq edən kifayət qədər mötəbər sübutları məhkəməyə təqdim edə bilməmiş, iddia tələbi həmin hissədə öz təsdiqini tapmamışdır. Eyni zamanda, məhkəmə hesab etmişdir ki, hazırki işlə bağlı tapşırıq müqaviləsi ilə bağlı müddəalar tətbiq edilməlidir. İddiaçı Cavabdeh1 MTK ilə Cavabdeh4 arasında bağlanmış 25.04.2017-ci il tarixli 204 nömrəli müqavilənin ləğv edilmədiyi təqdirdə, ünvan 4 ünvanında yerləşən 204 nömrəli mənzilin bu günkü dəyərinin pulla əvəzi kimi 88.610 manat (83.610 manat və təmir xərci kimi 5000 manat) pulun cavabdehlərdən alınaraq ona verilməsini xahiş etmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, mənzilin dəyəri olan 65000 manat pul Cavabdeh2 tədqim edilmiş, bu, işin araşdırılan halları, həmçinin iddiaçı və cavabdehlərin məhkəmə iclasında verdiyi izahatları ilə təsdiqini tapmışdır. Cavabdeh2 həmin pul vəsaitini təhvil aldığını etiraf edərək, keçmiş həyat yoldaşı olan iddiaçıya pulları verdiyini bildirmişdir. Lakin cavabdeh pulları iddiaçıya təqdim etdiyini iddia etsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edə bilməmiş və bu hal məhkəmə iclasında öz təsdiqini tapmamışdır. Məhkəmə hesab edir ki, mənzilin dəyəri kimi Cavabdeh2 tərəfindən alınaraq iddiaçıya təqdim olunmamış 65000 manat pul vəsaiti ondan alınaraq iddiaçıya ödənilməlidir. Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 23 iyun 2021-ci qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli, iş № 2(103)5339/2021) Cavabdeh2 apellyasiya şikayəti təmin edilməmiş, hazırkı iş üzrə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 02 mart 2021-ci il tarixli, 2(003)-344/2021 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, Cavabdeh2 mübahisəli mənzilin satılmasından əldə edilən 65000 manatın Cavabdeh3, onun və Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verildiyini, yəni pullar sayıldıqca Jaləyə təhvil verildiyini, Jalənin həmin pulu maşında öz sumkasına qoyduğunu, sonra Jaləni aparıb anasıgilə qoyduğunu göstərsə də bu dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, bu hallar barədə o, məhkəməyə hansısa mötəbər sübut təqdim etməmiş, yalnız izahatı mövcuddur. İddiaçı bu halı inkar edir, Cavabdeh3 da birinci instansiya məhkəməsində pulları sayıb bilavasitə iddiaçıya deyil, Cavabdeh2 verdiyini bildirmiş, apellyasiya baxışı zamanı da eyni məzmunlu izahat vermişdir. Demək, Cavabdeh2 göstərdikləri Cavabdeh3 izahatları ilə də təsdiq olunmur. Bununla yanaşı, iddia tələbinə etdiyi bu cür etirazının əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh3 ona verdiyi 65000 manatı Jaləyə verdiyini və sonuncunun da həmin pulu anasının evinə aparmasını Cavabdeh2 sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür, lakin Cavabdeh2 göstərdiyi bu halları sübut edə bilmir. Həm mənzilin satılması zamanı, həm də sonrakı illərdə nə ona, nədəki digər cavabdehlərə mənzilin və ya onun dəyərinin geri qaytarılması ilə bağlı iddiaçı tərəfindən heç bir iradın bildirilməməsi barədə şikayətin dəlilləri də hazırki iddianın əsaslılığına təsir etmir. Belə ki, iddiaçının Cavabdeh2 qarşı ailə münasibətləri pozulduqdan sonra bu cür iddia qaldırması anlaşılan olsa da, əsassız olmamışdır. Cavabdeh2 mənzillə bağlı məsələnin qaldırılmasının qərəzli şəkildə olduğunu, ona qarşı təzyiq etmək və heyif çıxmaq məqsədi güddüyünü göstərsə də qərəzin, təzyiqin və heyif çıxmağın nə məqsədlə edildiyini açıqlamır. Düzdür, başadüşülən ola bilər ki, iddiaçı bu iddianı ailə münasibətləri pozulmasaydı, bəlkə də irəli sürməzdi. Ancaq nə iddiaçı, nə də Cavabdeh2 mübahisəli mənzilin satılmasından əldə edilən həmin vəsaitin ailə münasibətlərinin normal olduğu dövrlərdə ailənin ehtiyacları üçün sərf etdiklərini bildirmirlər. Əksinə, ca vabdeh həmin məbləğin sırf iddiaçının və valideynlərinin sərəncamında olduğunu israr edir. Bu cür vəziyyətdə tərəflər qeyd olunan məbləğin mövcudluğunu və birgə nikah dövründə ailənin ehtiyacları üçün sərf edilmədiyini qəbul edir, lakin hər biri həmin vəsaitin digər tərəfin sərəncamında olduğunu yaxud da digər tərəfin şəxsən özünün sərf etdiyini israr edirlər. Əlbətdə ki, bu cür vəziyyətdə sübut etmə yükünün tərəflərin hansının üzərinə düşməsini müəyyən etməklə iş üzrə həqiqətin müəyyən edilməsinə nail olunmalıdır ki, birinci instansiya məhkəməsi də bunu təmin etmişdir.İddiaçı ilə Cavabdeh3 mübahisəli mənzilin satılması ilə bağlı münasibətləri etibarnamə vermək yolu ilə reallaşdırmışdır. Bu qanunla qadağan edilmir. Lakin iddiaçı ilə Cavabdeh3 arasında mübahisəli mənzilin satılması ilə bağl ı yaranmış münasibətlər nəticəsində, sonuncunun qeyd olunan 65000 manat vəsaiti ödəməsi mübahisə doğurmur. Başqa sözlə Cavabdeh2 Cavabdeh3 həmin məbləği ödədiyini qəbul edir, ancaq həmin məbləği iddiaçıya verdiyini göstərir, iddiaçı isə Cavabdeh3 həmin məbləği ona vermədiyini bildirsə də, qətnamə ilə pulun Cavabdeh2 verildiyinin müəyyən edilməsi ilə razılaşmışdır. Demək, Cavabdeh3 vəkalət alan olsa da pulun iddiaçıya qaytarılmamasına görə məsuliyyət daşıya bilməz. Ən azından ona görə ki, Cavabdeh2 Cavabdeh3 mübahisəli mənzilə görə 65000 manat ödəməsini birmənalı və açıq-aşkar şəkildə təsdiq edir. O başqa məsələ ki, qeyd olunan məbləğin iddiaçıya verdiyini Cavabdeh2 özü sübut etməlidir. Bununla yanaşı, tapşırıq müqaviləsi şifahi də bağlana bilər (MM.m.777.2). İddiaçı həmin vaxt nikahda olan əri Cavabdeh2la şifahi olaraq da tapşırıq müqaviləsi bağlaya bilərdi və sonuncunun da şifahi tapşırıq müqaviləsi nəticəsində tapşırığı vicdanla icra etməli və vəkalət verənin haqlı mənafelərini müdafiə etməli idi. Eyni zamanda vəkalət alan tapşırığın icrası nəticəsində əldə olunanların hamısını vəkalət verənə verməyə də borcludur. (MM.m.782.1) Qeyd olunanlara əsasən 65000 manatın iddiaçıya verilməməsinə görə Cavabdeh3 məsuliyyət daşıya bilməzdi. Birgə nikahda olan şəxslərin birinin digərinin hesabına əsassız varlanmasının mümkün olmamasına dair dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, bununla bağlı qanunvericilikdə hansısa formada düzünə göstəriş yoxdur. İddiaçıya onun mənzilinin satılması 2014-cü ilin noyabrında məlum olsa da həmin müddətdən başlayaraq 2020-ci ilin sonlarına qədər ə sassız varlanma tələbi ilə bağlı iddia qaldırılmaması iddianın rədd olunması üçün əsas ola bilməzdi. Çünki, bu cür hallarda əsassız varlanma obyektini qaytarmaq hüququ məhrum olana öz hüququnun məlum olduğu vaxtdan hesablanır. Mübahisəli mənzilin 2014-cü ildə satılması iddiaçıya məlum olmuş olsa belə, həmin mənzilin satılmasından əldə edilən vəsaitin Cavabdeh2 iddiaçıya qaytarmaq niyyətinin olmadığı, sonuncuya sonradan məlum olmuşdur. Yəni, iddiaçıya hüququnun pozulduğu elə iddia irəli sürdüyü dövrdə məlum olmuşdur. Ən azından ona görə ki, həmin vaxta qədər onlar rəsmi nikahda olmuşlar və iddiaçı da bu müddətdə Cavabdeh2 tərəfindən hüquqlarının pozulmadığını bilməyə bilərdi. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin d əlilləri Cavabdeh2 (Vəkil3) kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)- 5339/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsini ləğv edib, apelyasiya məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Kassasiya şikayətində göstərilmişdir ki, apellyasiya instansiyası məhkəməsinin 65.000 manat pulun ondan tutulmasına dair gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmiş, iş üzrə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üz rə düzgün nəticəyə gəlməmiş və tətbiq edilməli olan qanunu düzgün tətbiq etməmişdir. Məhkəmə tərəfindən apellyasiya şikayətinin dəlilləri birtərəfli, qeyri-obyektiv, qərəzli araşdırılmış, araşdırmanın nəticəsi məhkəmənin qətnaməsində düzgün əks etdirilməmişdir. Apellyasiya şikayətində qeyd etdiyi kimi birinci instansiya məhkəməsində iddiaçının nümayəndəsi tərəfindən iddia ərizəsinə «düzəliş» verməklə, 88.610 manat məbləğin digər cavabdehlərlə yanaşı, eyni zamanda ondan da tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmiş, həmin ərizənin bir surəti ona təqdim edilməmiş və ona bu barədə heç nə bildirilməmişdir. Məhkəmə guya birinci instansiya məhkəməsində sözügedən iddia tələbini həm onun, həm də nümayəndəsinin eşitdiyini, buna uyğun onun və vəkil və nümayəndəsinin izahat verdiyini göstə rmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərinə düzgün qiymət verməmişdir. O, birinci instansiya məhkəməsində vəkilsiz və nümayəndəsiz təmsil olunmuşdur. Özü isə yalnız son məhkəmə iclasında iştirak edə bilmişdir. Apellyasiya instansiyası məhkəməsi qətnamənin əsaslandırıcı hissəsində göstərir ki, Kərimov Ehtiramın, onun və Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verildiyini, yəni pullar sayıldıqca Jaləyə təhvil verildiyini, Jalənin həmin pulu maşında öz sumkasına qoyduğunu, sonra Jaləni anasıgilə qoyduğunu göstərsə də, bu dəlillər əsaslı hesab edilə bilməz. Çünki bu hallar barədə o, məhkəməyə hansısa möhtəbər sübut təqdim etməmiş, yalnız izahatı mövcuddur. Məhkəmə kollegiyasının gəldiyi qənaət yenə də qərəzli və qeyri-obyektivdir. Həm birinci, həm də apellyasiya instans iyası məhkəməsində cavabdeh Kərimov Ehtiram onun, Jalənin və özünün iştirakı ilə pulu sayaraq son nəticədə Jaləyə verildiyini göstərmişdir. Yəni Jalə maşının arxa oturacağında oturduğu üçün, mənzilin pulu hissə-hissə ilk növbədə Cavabdeh3 tərəfindən sayıldıqca və ona verilərək təkrarən onun tərəfindən də sayıldıqca, sonra da Jaləyə verilirdi. Yəni Cavabdeh3 tərəfindən həmin pullar məhz onun iştirakı ilə Jaləyə verilmişdir. Əks təqdirdə Jalə notariusa gəlib mənzilin pulunu təhvil verdikdən sonra bu barədə iddiaçıdan yazılı qəbz də aldığını, uzun müddət keçdiyi üçün həmin qəbzin saxlanmadığını apellyasiya məhkəməsində bildirmişdir. Jalə bunları təkzib etsə belə Cavabdeh3 Apellyasiya məhkəməsində bunu onun üzünə demişdir. Belə olan halda apellyasiya məhkəməsi Jalənin həqiqətə uğun olmayan, ya lan və ziddiyyətli izahatına istinad edərək sübutetmə yükünün əssasız olaraq onun üzərində olduğunu qeyd edir. Yuxarıda göstərilən halı Cavabdeh3 yəni Jalənin etibarnamə verdiyi şəxs tərəfindən sübut edilməsinə baxmayaraq, məhkəmə əsassız olaraq bu vəzifəni onun üzərinə qoymuşdur ki, bu anlaşılan deyil. İddiaçı tərəfin həqiqətə uyğun olmayan, ziddiyyətli izahatlarına məhkəmə kollegiyası özünün subyektiv və qanunauyğun olmayan mülahizəsi ilə haqq qazandırmağa çalışmışdır. O, iddiaçı ilə 6 ilə yaxın rəsmi nikah münasibətində olmuşdur. Mübahisəli mənzilin satılması ilə bağlı iddiaçı tərəfindən Cavabdeh3 11.11.2014-cü il tarixdə notarial qaydada etibarnamə verildiyi vaxtdan sonrakı illərdə iddiaçı tərəfindən nə ona, nə də digər cavabdehlərə mənzilin və ya onun dəyərinin geri qaytarılması ilə b ağlı heç bir irad bildirilməmişdir. X1 mənzilin pulunu almamışdırsa, dərhal həmin vaxt etibarnamənin ləğvi barədə məsələ qaldıra bilər, yaxud da məhkəməyə müraciət edərdi. Yəni sözügedən mənzil iddiaçıya heç bir təzyiq olmadan onun iradəsi ilə 2014-cü ilin noyabrın da Cavabdeh3 satılmış və sonuncu da həmin mənzili iddiaçının və onun razılığı ilə Cavabdeh4 satmış, hazırda bu mənzil Cavabdeh4 mülkiyyətindədir. Mənzillə bağlı məsələ məhz iddiaçı ilə aralarında olan ailə münasibətləri pisləşdikdən sonra 2019-cu ilin sonlarında qaldırılmışdır. 2020-ci ilin 02 iyununda Bakı şəhər Xəzər rayon Məhkəməsinin qətnaməsi ilə iddiaçı ilə aralarında olan rəsmi nikaha xitam verilmişdir. İddiaçı tərəfindən mənzillə bağlı məsələnin qaldırılması qərəzli şəkildə olmuş və ona qarşı təzyiq etmək və hayıf çıxm aq məqsədini güdmüşdür. Ailə münasibətləri pozulduqdan sonra, iddiaçı tərəfindən hazırkı iddia ilə məhkəməyə də müvafiq sübutlar təqdim edərdi. İddiaçının da bildiyi kimi 2012-ci ildə bankdan ipoteka krediti götürmüş, həmin kredit borcunu vaxtında qaytara bilmədiyinə görə hətta barəsində məhkəmə qətnaməsi mövcuddur. Yəni 65000 manat evdə olsa idi, yəqin ki, iddiaçının razılığı ilə onun bir hissəsinin ilk növbədə kredit borcunun ödənilməsinə yönəltmiş olardı. Halbuki ipoteka borcu bu gün də qalmaqdadır. Belə olan halda iddiaçı hansı əsaslarla ondan pul tələb edir, bu aydın deyil. Məhkəmə kollegiyası bununla bağlı sübutetmə yükünü yalnız cavabdeh kimi onun üzərinə qoymuş, iddiaçı tərəfi isə sübutetmə yükündən azad etmişdir. Apellyasiya instansiyası məhkəməsində iddiaçının vermiş olduğu izaha tdan görünür ki, notariusa gəlməkdə məqsədi mənzili Etirama satma deyil, yalnız mənzilin sənədlərinin düzəlişi üçün olmuş, Cavabdeh3 mənzil satmaq barədə hər hansı bir göstəriş verməmiş, mənzilin satılması ilə bağlı Etiramla heç bir pul söhbəti olmamış, pul verilərkən Etiramla bir maşında olmamışdır. Yəni Etiramla olan münasibətləri mənzilin satılması ilə bağlı olmamış, yalnız mənzilin sənədlərinin düzəldilməsi ilə bağlı olmuşdur. Bu yalan izahatdır. Xəzər Rayon Məhkəməsinin 01 oktyabr 2020-ci il tarixli qətnaməsindən də göründüyü kimi İddiaçı iddia ərizəsində mübahisəli mənzilini notariat qaydasında təsdiq edilmiş etibarnamə əsasında başqa şəxsə satıldığını etiraf etmişdir. Həmin iddia ərizəsində mənzilin sənədləşdirilməsindən söhbət getmir. İddiaçıya mənzilinin pulunun verilməsi isə həmi n etibarnamə verilməmişdən bir qədər əvvəl olmuşdur. Cavabdeh3 məhkəmədə verdiyi izahatında notariusun qarşısında Elçinlə birlikdə İddiaçı da olduğunu, onların bir maşında gəldiyini və onların maşınına oturub pulu verdiyini göstərmişdir. Məhz həmin pul verildikdən sonra İddiaçı 11.11.2014-cü il tarixdə notariusda Cavabdeh3 etibarnamə vermiş, həmin vaxtı onun da mənzilin özəlləşdirilməsinə dair razılıq ərizəsi alınmışdır. Yəni İddiaçı bunlardan həmin vaxt xəbərdar idi. 5 il ərzində öz mənzili ilə maraqlanmamasının səbəblərini guya onun xəstə anasına baxması və ya həftəsonu bacısı uşaqlarına qulluq göstərməsi barədə dedikləri həqiqətə uyğun deyil. Tapşırıq müqaviləsinin müddəalarının tətbiq edilməsi ilə bağlı qeyd etmək istəyir ki, iddiaçı mənzilin onun adından satılması ilə bağlı ona hər ha nsı tapşırıq verməmiş, bu barədə aralarında yazılı və ya şifahi müqavilə bağlanmamış, notarial qaydada adına rəsmi etibarnamə verilməmişdir. İddiaçı belə bir səlahiyyəti ona verməmişdir. Yəni o, mənzilin satıcısı kimi çıxış etməmiş və iddiaçı qarşısında onun dəyərinin ödənilməsi ilə bağlı heç bir öhdəlik götürməmişdir. Bu iş materalları ilə birmənalı sübut olunur. İddiaçı şəxsən özü notariusda iştirak etmiş, notariusda bütün hüquq və vəzifələr ona izah olunmuş, müstəqil olaraq, heç bir təzyiq göstərilmədən özünün mənzil üzərində sərəncam vermək səlahiyyətlərini Cavabdeh3 vermişdir. Belə olan halda iddiaçı qarşısında vəkalət alan qismində məsuliyyət daşımağından söhbət gedə bilməz. İddiaçıya aid mənzilin satılması prossesi onunla iddiaçı arasında olan birgə nikah dövründə baş vermişdir. Yən i həmin dövrdə ailə münasibətlərində olmuşlar. Bu halda onun əmlakın satılması ilə bağlı hansısa əsassız varlanmağından söhbət gedə bilməz. Həm də belə bir varlanma olmamışdır. Belə bir hal olsa idi iddiaçı tərəfindən məhkəməyə tutarlı bir dəlil, sübut təqdim edilərdi. Mənzilin satılmasından sonra iddiaçı 2020-ci ilədək olan müddətdə əsassız varlanma ilə bağlı heç bir iddia qaldırmamışdır. Ona qarşı qərəzli iddiaların qaldırmasına səbəb onunla ailə münasibətlərinin kəskinləşməsi olmuşdur. İddiaçı həm öz, həm də yaxın qohumları vasitəsi ilə məhkəmələrdə iddialar qaldırmaqla, ona şər-böhtan atıb təzyiq göstərməyə, onu ləkələməyə çalışmış, bununla da ondan heyfini çıxmaq istəmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkə mə icraatı iştirakçılarının izahatları Cavabdeh2, vəkili Vəkil3 məhkəmə koollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdilər. İddiaçı, vəkili Vəkil1 məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinə etiraz edərək təmin olunmamasını xahiş etdilər. Digər tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh2 kassasiya şikayəti vermiş, qətnamənin tam ləğv olunmasını xahiş etmişdir. Bu səbəbdən kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin tam yoxlanması təşkil edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Mə cəlləsi 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.2-ci maddəsinə əsasən özgəsinin qanunsuz sahibliyindən öz əmlakı nı geri tələb edə bilər. 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. 423.2-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələbindən kənara çıxa bilər. 416.1.-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikay ət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2.-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1.-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən cavabdehin apellyasiya şikayətinin də lillərinə hüquqi qiymət verilərkən ədalət mühakiməsinin çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilməli olması, işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılması ilə bağlı prosessual hüquq normalarının və maddi hüquq normalarının pozulmasına yol verilmişdir. Apellyasiya instansiyası məhkəməsi ilkin olaraq qeyd etmişdir ki, «…iddiaçı tərəfindən iddia ərizəsinin nəticə hissəsinin 5-ci abzasına düzəliş edilməsi barədə ərizə 16.02.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən proses iştirakçılarına təqdim edilmişdir. Cavabdeh2 həmin iclasda iştirak etməmiş, lakin 01 mart 2021-ci il tarixli məhkəmə iclasında özü və vəkili iştirak etmişdir. Həmin iclasda iddiaçı tələb etdiyi məbləği həm də Cavabdeh2 alınaraq ona verilməsi barədə izahat vermişdir. Cavabdeh2 da o nun bu izahatını və tələbini eşitmiş, məhkəmə iclasında da buna uyğun həm özü, həm də vəkili və nümayəndəsi izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Ona görə də Cavabdeh2 iddia tələbinin dəqiqləşməsinə dair ərizədən məlumatsız olması barədə dəlillər iş materialları ilə, o cümlədən elə özünün və vəkilinin izahatı ilə təkzib edilir.» İş materialları ilə müəyyən olunur ki, iddianın dəqiqləşdirilməsinə dair ərizənin təqdim edilməsi 16.02.2021-ci il tarixli protokolda qeyd edilmiş və müvafiq olaraq tərəflərə təqdim olunması qərara alınmışdır. Lakin həmin iclasda cavabdeh iştirak etməmiş və ərizənin cavabdehə göndərilməsi ilə bağlı iş materiallarında hər hansı sübut mövcud deyildir. Bununla yanaşı qeyd edilməlidir ki, 01 mart 2021-ci il tarixli iclasda yalnız Cavabdeh2 iştirak etmiş, həmin iclasda iştirak edən vəkil isə Cavabdeh2 deyil, Cavabdeh3 nümayəndəsi və vəkili olan Vəkil2 olmuşdur. Həmin iclasda da ərizənin cavabdehə rəsmi olaraq təqdim olunması müəyyən edilmir. Bu halda cavabdehin ərizənin verilməsindən və onun məzmunundan onun məlumatlı olması aşkar olaraq müəyyən olunmur. Apellyasiya instnsiyası məhkəməsinin digər mövqeyinə görə «… Cavabdeh2 mübahisəli mənzilin satılmasından əldə edilən 65000 manatı Cavabdeh3, onun və Jalənin birgə iştirakı ilə sayılaraq son nəticədə Jaləyə verildiyini, yəni pullar sayıldıqca Jaləyə təhvil verildiyini, Jalənin həmin pulu maşında öz sumkasına qoyduğunu, sonra Jaləni aparıb anasıgilə qoyduğunu göstərsə də bu dəlillər də əsaslı hesab edilə bilməz. Çünki, bu hallar barədə o, məhkəməyə hansısa mötəbər sübut təqdim etməmiş, yalnız izahatı mövcuddur. İddiaçı bu halı inkar edir, Cavabdeh3 da birinci instansiya məhkəməsində pulları sayıb bilavasitə iddiaçıya deyil, Cavabdeh2 verdiyini bildirmiş, apellyasiya baxışı zamanı da eyni məzmunlu izahat vermişdir. Demək, Cavabdeh2 göstərdikləri Cavabdeh3 izahatları ilə də təsdiq olunmur. Bununla yanaşı, iddia tələbinə etdiyi bu cür etirazının əsası kimi istinad etdiyi halları, yəni Cavabdeh3 ona verdiyi 65000 manatı Jaləyə verdiyini və sonuncunun da həmin pulu anasının evinə aparmasını Cavabdeh2 sübut etməlidir. Çünki, bəyan etdiyi bu halları sübut etmək yükü artıq onun üzərinə düşür, lakin Cavabdeh2 göstərdiyi bu halları sübut edə bilmir. Məhkəmə kollegiyasının bu mövqeyi ilə bağlı qeyd edilir ki, birinci instansiya məhkəməsi 65000 manat məbləğində pulun qayt arılmalı olmasında Cavabdeh2 məsuliyyətini müəyyən edərkən həm iddiaçının izahatına, həm də şahid qismində dindirilmiş Cavabdeh3 ifadəsinə istinad etmişdir. İddiaçının izahatlarında əsaslı dəyişikliyin olması müəyyən olunsa da Cavabdeh3 izahatında ziddiyyətli halların olması nəzərdə alınmamış, şahidin ifadələri arasında ziddiyyətlərin yaranma səbəbləri aydınlaşdırılmamışdır. Belə ki, birinci instansiya məhkəməsində cavabdeh pul məbləğini cavabdehə vermiş olduğunu göstərmiş olsa da, sonrakı icraat zamanı isə pulun Elçinə verdiyini Elçinin isə pulu Jaləyə verdiyini göstərmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, işin mübahisəsiz halı odur ki, İddiaçı məxsus olan mənzil 2014-cü ilin noyabr ayında satılmış, 2020-ci ilədək tərəflər rəsmi nikah münasibətlərində olmaqla birgə yaşamış və həmin m üddət ərzində iddiaçının hazırkı tələblə çıxış etməməsinin səbəbləri, vəsaitin birgə nikah dövründə ailənin ümumi xərclərinə sərf edilməsi, aydınlaşdırılmamış qalmışdır. Kassasiya instansiyası məhkəməsi kassasiya şikayətinin dəlillərini müzakirə edib hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barədə məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Qanunvericiliyə görə işin hərtərəfli tədqiqi baxılan iş üzrə yaranan bütün məsələlərin məcmusunun, onların daxili əlaqəsi nəzərə alınmaqla mübahisə edən tərəflərdə hər birinin xeyrinə, həm də mənafeyinin zid dinə olan halların yoxlanılmasını əhatə etməlidir. İşin hallarının tam tədqiqi dedikdə mübahisənin düzgün həllinə təsir edən bütün materiallar, faktların tədqiq, həm də mübahisənin düzgün həllinə təsir edən digər hallar araşdırılmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənada mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfindən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələrə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar o lmamalıdır. (Konstitusiya Məhkəməsi Plenumunun N.Babayevin şikayəti üzrə 28 dekabr 2011-ci il tarixli qərarı) İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunvericilik aktının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin hazırkı iş üzrə qəbul etdiyi qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinə cavab vermir. Apellyasiya instansiyası məhkəməsi qanunvericiliyin ona verdiyi mümkün vasitələrdən istifadə etməmiş, bu isə Konstitusiyada və mülki prosessual qanunvericilikdə təsbit olunmuş tərəflərin bərabərliyi və çəkişmə prinsiplərinin mahiyyəti ilə uzlaşmır və nəticədə mübahisəli məsələ üzrə işin düzgün və ədalətli həll edilməsini istisna edir. Odur ki, qətnamə ləğv edilərək iş həmin hissədə yeni apellyasiya baxışın a göndərilməlidir. Məhkəmə kollegiyası həmçinin hesab edir ki, işə yenidən baxan məhkəmə yuxarıda qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı işin hərtərəfli, tam və obyektiv tədqiqinə nail olmaq üçün lazım olan bütün tədbirləri görməli, Azərbaycan Respublikası MPM-nin 88, 217.4-cü maddələrinin tələbləri baxımından düzgün qiymət verməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-5339/2021 nömrəli iş üzrə 23 iyun 2021-ci il tarixli qətnaməsi ləğv olunsun və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar