Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6151/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim İbayev Vəfaddin Ələm oğlunun sədrliyi və məruzəsi, hakimlər Kalbalıyev Aslan Kalbalı oğlu və Əliyev Ələsgər Əliabbas oğlundan ibarət tərkibdə, Xəlilova Şərqiyyə Adilxan qızının katibliyi ilə, Ləğv prosesində olan QSC “xxxxx” KB-nın vəkili Əsgərova Əfifə Füzuli qızının, Cavabdeh1 MMC-nin vəkili Abdullayev Sabit Hənifə oğlunun iştirakları ilə, Cavabdeh1 MMC-nin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Cavabdeh1 MMC Bakı Apelyasi ya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən, yəni 18 noyabr 2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh1 MMC-dən dollarla alınması hissəsində ləğv edib işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir. İşin halları: İddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB cavabdehlər «xxxx” MMC-nə, Cavabdeh3, Cavabdeh2 qızma və Cavabdeh4 qızma qarşı kredit müqaviləsi üzrə əsas borcun, hesablanmış faizlərin və cərimənin ödənilməsi, tələbin girov predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 06 noyabr 2018-ci il tarixli qətnaməsi ilə (sədrlik edən R.Quliyev, iş 2(005)-24 94/2018) iddia tələbi qismən təmin edilərək, cavabdeh «Cavabdeh1” MMC-dən 18 noyabr 2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 259.008,43 manat məbləğində əsas, 6.971,64 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, 8.035,8 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda, cəmi 276.015,87 (iki yüz yetmiş altı min on beş manat 87 qəpik) manat məbləğində borcun, cavabdehlər «xxxx” MMC-dən və Cavabdeh3 müştərək qaydada 23.09.2014-cü il tarixli 170/00/3355/14 nömrəli kredit müqaviləsi üzrə 70.299,73 manat məbləğində əsas, 6.915,08 manat məbləğində faiz, 1.000 manat məbləğində cərimə, cəmi 78.214,81 (yetmiş səkkiz min iki yüz on dörd min 81 qəpik) manat borc və ödənilmiş 31 (otuz bir) manat dövlət rüsumun iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin xeyrinə tutul ması, tutulan məbləğlər ilkin satış qiyməti 200 (iki yüz) manat müəyyən edilməklə Cavabdeh4 qızma məxsus və banka girov qoyulmuş ünvan 1 ünvanında yerləşən və dəyəri 200 (iki yüz) manat 100% təsisçi payına yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və satışdan əldə ediləcək vəsait hesabına Ləğv prosesində olan QSC “xxxx” KB- na olan borcun ödənilməsi, satışdan götürülən və ya əldə edilən məbləğ göstərilən məbləğdən artıq olduqda əldə edilən vəsaitin qalıq hissəsi Cavabdeh4 qaytarılması, aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (yüz iyirmi) manat cavabdeh «Cavabdeh1” MMC-dən dövlət nəfinə tutulması, iddianın qalan hissədə təmin edilməməsi qət olunmuşdur. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər V.Həsənov (sədrlik edə n və məruzəçi), Ş.Məmmədova və N.Cəfərov, iş № 2(103)-4202/2019) iddiaçı Ləğv prosesində olan QSC “xxxx” KB-nin apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov rayon məhkəməsinin 2(005)-2494/2018 saylı, 06 noyabr 2018-ci il tarixli qətnaməsi «cavabdeh «Cavabdeh1” MMC-dən 18 noyabr 2010-cu il tarixli, 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 259.008,43 manat məbləğində əsas, 6.971,64 manat məbləğində faiz, 2.000 manat məbləğində cərimə, 8.035,8 manat gecikdirilmiş vaxt üçün əldən çıxmış fayda, cəmi 276.015,87 (iki yüz yetmiş altı min on beş manat 87 qəpik) manat məbləğində borcun tutulması» və həmin müqavilə üzrə iddianın qalan hissəsinin rədd edilməsi hissələrində ləğv olunmuş, həmin hissədə iddianın qismən təmin olunması,18 noyabr 2010-cu il tarixli 170/00/613/10 saylı k redit müqaviləsi üzrə 256.996 ABŞ dolları məbləğində əsas, 10.281,56 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları məbləğində cərimə, 8.101,63 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcunun Cavabdeh1 MMC-dən tutularaq iddiaçı QSC “xxxx” KB-nə ödənilməsi, qətnamənin QSC “xxxx” KB-nə münasibətdə qalan mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri: Cavabdeh1 MMC kassasiya şikayətini onunla əsaslandırmışdır ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin qismən, yəni 18 noyabr 2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh1 MMC-də n dollarla alınması hissəsində ləğv edib işi yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Kassasiya şikayətinə qarşı verilmiş etiraz: Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə iclasında iştirak edənlərin izahatları: Cavabdeh1 MMC-nin vəkili Abdullayev Sabit Hənifə oğlu izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin qismən, yəni 18 noyabr 2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsi üzrə borcun Cavabdeh1 MMC-dən dollarla alınması hissəsində ləğv edib işi yenidən baxılması üçün apelyas iya instansiyası məhkəməsinə göndərilməsini xahiş edir. Ləğv prosesində olan QSC “xxxx” KB-nın vəkili Əsgərova Əfifə Füzuli qızı izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş edir. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə müvafiq olaraq kassasiya instansiyası məhkəməsi apelyasiya instansiya məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apelyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, i şin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apelyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmişdir ki, 18.11.2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsinə əsasən QSC «xxxx» KB Cavabdeh1nə illik 18 faiz ödənilməsi şərti ilə 12 ay müddətinə 200.000 manat məbləğində kredit verilmişdir. 28.10.2011-ci il tarixli 1 saylı əlavə sazişlə 18.11.2010-cu il tarixli 170/00/613/10 nömrəli kredit müqaviləsinin müddəti 24 aya qədər uzadılmış, faiz dərəcəsi 16 faizə endirilmiş, 05.03.2012-ci il tarixli 02 saylı əlavə sazişlə 70.000 manat əlavə kredit ayrılmış, 14.11.2012-ci il tarixli 03 saylı əlavə sazişlə müddət 3 6 aya qədər uzadılmış, 18.11.2013cü il tarixli 04 saylı əlavə sazişlə kreditin son tarixi 18.11.2014-cü il olmaqla, faiz dərəcəsi 17 faizlə hesablanmış, 17.11.2014-cü il tarixli 05 saylı əlavə sazişlə son tarix 18.11.2015-ci il təyin edilmiş, 19.11.2015-ci il tarixli 06 saylı əlavə sazişə 256.996.00 ABŞ dolları əlavə kredit ayrılmış və son tarix 18.11.2016-cı il təyin edilmişdir. Kreditin təminatı kimi QSC “xxxx” Kommersiya Bankı ilə Cavabdeh4 arasında 170/00/613/10/170/00/610/10 nömrəli 18.11.2010-cu il tarixli girov müqaviləsindən bağlanmış, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 MMC-nin Cavabdeh4 məxsus 200 manat, 1 (bir) – (100%) pay, pul şəklində olan təsisçi payı bankın xeyrinə girov ilə yüklü edilmişdir. Daha sonra QSC “xxxx” Kommersiya Bankı ilə Cavabdeh4 arasında 170/00/613/10/170 /00/610/10 nömrəli 26.04.2013-cü il tarixli girov müqaviləsi bağlanmış, ünvan 2 ünvanında yerləşən Cavabdeh1 MMC-nin Cavabdeh4 məxsus 100% (yüz) təsisçi payı 200 manat bankın xeyrinə girov ilə yüklü edilmişdir. Eyni zamanda 18.11.2010-cu il tarixli 170/00/613/10 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə QSC “xxxx” Kommersiya Bankı ilə Cavabdeh3 arasında 170/00/613/10/170/00/610/10 nömrəli 18.11.2010-cu il tarixli zaminlik müqaviləsi, zamin Cavabdeh3 borclu Cavabdeh1 MMC-nin öhdəliklərinin icrası üçün sonuncu ilə birgə məsuliyyəti öz üzərinə götürmüşdür. QSC «xxxx» KB həmin məbləğdə pulu Cavabdeh1 MMC-nə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtləri ni və mülki qanunvericiliyin tələblərini pozmuşdur. İddiaçı iddia edir ki, Cavabdeh1 MMC-nin 18.11.2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 03.07.2017-ci il tarixinə banka 256.996,00 (iki yüz əlli altı min doqquz yüz doxsan altı ABŞ dolları, 00 sent) ABŞ dolları məbləğində əsas, 10.281,56 (on min iki yüz səksən bir ABŞ dolları 56 sent) ABŞ dolları məbləğində faiz, 27.184,45 (iyirmi yeddi min yüz səksən dörd ABŞ dolları 45 sent) ABŞ dolları məbləğində cərimə, 8.101,63 (səkkiz min bir yüz bir ABŞ dolları 63 sent) gecikdirilmiş vaxt üçün hesablanan faiz məbləği,ümumilikdə isə 302.563,64 (üç yüz iki min beş yüz altmış üç ABŞ dolları 64 sent) ABŞ dolları məbləğində borcu qalmışdır. 23.09.2014-cü il tarixli 170/00/3355/14 saylı kredit müqaviləsinə əsasən QSC «xxxx» KB Cavabd eh1 MMC-nə 17 (on yeddi) faiz ödənilməsi şərti ilə 36 (otuz altı) ay müddətinə 150.000 (yüz əlli min) manat məbləğində kredit vermişdir. Kredit təminatı kimi Cavabdeh3 ilə bank arasında 23.09.2014-cü il tarixli 170/00/3355/14 saylı zaminlik müqaviləsi bağlanmışdır. QSC «xxxx» KB həmin məbləğdə pulu Cavabdeh1 MMC-nə verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icrasını təmin etməməklə müqavilənin şərtlərini və mülki qanunvericiliyin tələblərini pozmuşdur. Nəticədə Cavabdeh1 MMC-nin 20.06.2017-ci il tarixinə banka 70.299,73 (yetmiş min iki yüz doxsan doqquz manat 73 qəpik) manat məbləğində əsas, 6.915.08 (altı min doqquz yüz on beş manat 8 qəpik) manat məbləğində faiz, 4.809.69 (dörd min səkkiz yüz doqquz manat 69 qəpik) manat məbləğində cərimə, ümumilikdə isə 82.024,50 (səksən iki iyirmi dörd manat 50 qəpik) məbləğində borcu qalmışdır. Cavabdeh1 MMC müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən bank məhkəməyə müraciət etmişdir. Apelyasiya instansiyası məhkəməsi qətnaməsində birinci instansiyası məhkəməsinin kredit xətti müqaviləsi, borcun manat və ya ABŞ dolları ilə tutulması barədə hüquqi mövqeyini aşağıdakı kimi əks etdirmişdir: “Birinci instansiya məhkəməsinin mövqeyinə görə Azərbaycan Respublikası Mərkəzi Bankının Mərkəzləşdirilmiş kredit reyestri haqqında qaydalara uyğun olaraq kredit xətti kreditin bir formasıdır. Eyni zamanda kredit xətti tipli razılaşmaların xüsusiyyəti ondan ibarətdir ki, burada borc öhdəliyinin birbaşa göstərilmir, yalnız mümkün kreditin maksimal məbləğini müəyyən edilir. Kredit xətti açılan müştəri bankdan həmin maksimal məbləğə qədər kredit əldə edə bilər. Kredit xətti üzrə müştəriyə borc məbləği ödənilənə qədər müştərinin bank qarşısında borcu yaranmır. Kredit xətti üzrə məbləğlərin ayrılması müştərinin ərizəsi əsasında həyata keçirilir. Kredit müqaviləsində bu sxem öz əksini tapmışdır (3.1, 3.2, 3.3 və 3.6-cı maddələr). Belə ki, kredit müqaviləsinin 3.1-ci maddəsinə əsasən “Kredit bu müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla “Borc alan”ın yazılı müraciəti daxil olduğu tarixdən 3 (üç) gündən gec olmayaraq “Kreditor” tərəfindən “Borc alan”ın hesabına köçürülür. Həmin müqavilənin 3.2-ci maddəsinə uyğun olaraq “Kredit xətti üzrə kredit məbləğinin ödənilməsi məsələsi bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olara q “Kreditor” tərəfindən sərəncam qəbil edilməsi qaydasında həll edilir.” Həmin müqavilənin 3.3-cü bəndinə uyğun olaraq “kredit məbləğləri bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit xətti üzrə ayrılmış ümumi məbləğdən (limitdən) çox ola bilməz”. Həmin müqavilənin 3.6-cı maddəsinə uyğun olaraq “Kreditdən istifadə müddətinin başlanğıcı kreditin “Borc alan”ın hesabına köçürüldüyü təqvim günündən hesablanır.” Tərəflər arasında kredit münasibətləri Cavabdeh1 MMC tərəfindən kreditin vəsaitlərinin ayrılmasına dair yazılı müraciətin banka təqdim edilməsi və bankın müvafiq sərəncamın verilməsindən sonra yaranır. Yəni, kredit müqaviləsinin 2.1-ci maddəsində qeyd edilən məbləğ maksimal kreditin maksimum həddi xarakteri daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 472.1 və 1306-cı maddələr inin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 iyun 2018-ci il tarixli Qərarında da müzakirə edilən işin faktiki hallarında faktiki kredit məbləği kredit xətti məbləğindən fərqlənir. Bu bir daha onu təsdiq edir ki, kredit xətti və kredit borcu arasında fərq qoyulmalıdır. 18 noyabr 2010-cu il tarixdə bağlanılmış 170/00/613/10 nömrəli kredit müqaviləsindən, həmin müqaviləyə bir neçə əlavə sazişlərdən və bank tərəfindən təqdim edilən sənədlərdən görünür ki, kredit xətti 05 mart 2012-ci ildə ümumi olaraq 270.000 (İki yüz yetmiş min) manata çatdırılmışdır və Cavabdeh1 MMC-yə Bank tərəfindən həmin məbləğə qədər kredit manatla ayrılmışdır. Lakin 19 noyabr 2015-ci il tarixdə 170/00/613/10 saylı kredit müqaviləsinə 06 saylı əlavə saziş vasitəsi lə düzəliş edilərək kredit xətti dollarla ifadə edilmişdir. Lakin bu tarixdən sonra bank tərəfindən Cavabdeh1 MMC-yə dollarla heç bir vəsait təqdim edilməmişdir. Əksinə, kredit münasibətlərinə səbəb olan bütün hərəkətlər (borclunun müraciətləri və bankın müvafiq sərəncamları) 19 noyabr 2015-ci il tarixdən əvvəl həyata keçirilmişdir. Həmin tarixə qədər bütün vəsaitlər manatla ayrılmışdır. Qeyd etmək lazımdır ki, kredit xəttinin maksimal məbləğini dollarla ifadə edilməsindən başqa, tərəflər arasında borcun digər valyutaya çevrilməsi haqqında heç bir razılığı mövcud deyil. Müvafiq olaraq, 613 saylı kredit müqaviləsi üzrə borcun dollarla ifadə edilməsi üçün heç bir əsas yoxdur. Beləliklə, Cavabdeh1 MMC və bank arasında 19 noyabr 2015-ci il tarixdə 18 noyabr 2010-cu il tarixdə bağlanılmış 170/0 0/613/10 nömrəli kredit müqaviləsinə 06 saylı əlavə sazişin kredit xəttinin maksimal məbləğinin dollarla ifadə edilməsi haqqında müddəaları həmin tarixə qədər manatla verilmiş kreditlərin dollarla qaytarılmasına hüquqi əsas yaratmır. Eyni sazişin digər müddəaları, o cümlədən kredit xətti üzrə son ödəniş tarixini müəyyən edən 2.3 saylı bənd tərəflər üçün hüquqi nəticələr yaradır və həmin müddəalara əməl olunmalıdır. Həmin hal məhkəmə tərəfindən təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizasının nəticələri ilə də bir daha təsdiq olunur. Həmin mövqedən çıxış edən birinci instansiya məhkəməsi Məhkəmə Ekspertizası Mərkəzinin 11.10.2018-ci il tarixli 20963 nömrəli ekspert rəyinə əsaslanaraq müəyyən etmişdir ki, 18.11.2010-cü il tarixdə bağlanmış 170/00/613/10 nömrəli kredit müqaviləsinin qeyd ol unan şərtləri nəzərə alınmaqla Cavabdeh1 MMC-nin müqavilə müddətinin bitdiyi tarixə, yəni 18.11.2016-cı il tarixə banka olan borcu 265.980,07 manat məbləğində müəyyən olunur: bundan 259.008,43 manat əsas borc, 6971,64 manat faiz borcu təşkil edir. Məhkəmə iddia tələbinin 18.11.2010-cu il tarixli 170/00/613/10 nömrəli kredit müqaviləsi üzrə gecikdirilmiş vaxt üçün hesablanmış faizlərin tutulması hissəsi ilə bağlı qeyd etmişdir ki, həmin hissədə də iddia qismən təmin edilməli, 18.11.2010-cu il tarixli 170/00/613/10 nömrəli kredit müqaviləsinin müddətinin bitdiyi tarixdən gecikdirilmiş vaxt üçün illik beş faiz hesablanmaqla cavabdehdən 8035,8 manat (259.000,43 / 5% = 12950; 12950 / 365 = 35,4; 35,4 * 227 gün = 8035,8 manat) məbləğində əldən çıxmış fayda tutulmalı, dəbbə pulu isə azaldılmalı dır.” Apelyasiya instansiyası məhkəməsi birinci instansiyası məhkəməsinin yuxarıda qeyd olunan hüquqi mövqeyi ilə razı olmamasını aşağıdakılarla əsaslandırmışdır: “Məhkəmə kollegiyası 18 noyabr 2010-cu il tarixdə bağlanmış 170/00/613/10 nömrəli kredit müqaviləsi üzrə birinci instansiya məhkəməsinin yuxarıda gəlmiş olduğu nəticəsi ilə razılaşmır. Məhkəmə kollegiyası qəbul edir ki, tərəflər kredit xətt müqaviləsində ayrılmalı kredit məbləğinin manatla ifadə olunmasını razılaşdırmışlar. İşin mübahisə olunmayan halıdır ki, cavabdeh bankdan ABŞ dolları ilə hər hansı məbləğdə kredit götürməmiş, həmin valyuta ilə kredit xətti açılmamışdır. Lakin bundan sonra tərəflər öz aralarında bağlamış olduqları kredit sazişi ilə qaytarılmalı kredit məbləğinin valyutası üzrə yeni şərtlər müəyyən etmiş, həmin kredit müqaviləsi üzrə bağlanmış saziş üzrə cavabdeh öhdəliyin icrasına başlamış və faizlə bağlı hissə üzrə qismən ödəniş etmişdir. Belə rəsmiləşdirmənin aparılmasından əvvəl isə 06 saylı əlavə sazişlə yanaşı təsisçinin kredit xəttinin əməliyyat gününə Mərkəzi Bankın məzənnəsi ilə ABŞ dolları ekvivalentinə keçirilməsi qərarı, ərizəsi, Bankın protokolundan çıxarışı və əmri təqdim edilmişdir. Həmin sənədlər 06 saylı əlavə sazişin imzalanması ilə bağlı tərəflərin iradəsinin olmasını təsdiq edir. Birinci instansiya məhkəməsi isə həmin sənədlərin iş materillarında olmasına baxmayaraq belə razılığın olmaması nəticəsinə gəlmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, tərəflər 06 saylı sazişi və ya onun hər hansı bir hissəsini mübahisələndirməmişlər, həmin müqavilənin hər hansı bir hissə sinin ləğv və ya etibarsız hesab edilməsinə dair əlavə razılaşma və ya məhkəmə aktı yoxdur, belə olan halda müqavilə və onun əsasında bağlanmış sazişin şərtləri onun iştirakçıları üçün məcburi olmaqla, həmin müqavilə və sazişlər üzrə öhdəliklər icra olunmalıdır. Qeyd edilməlidir ki, hər kəs müqavilə bağlamaqda müstəqildir və müqavilə azadlığı mülki qanunvericiliyin əsas prinsiplərindən biridir (Mülki Məcəllənin 6-cı maddəsi). Həmin prinsip mülki hüquq subyektlərinə müstəqil olaraq, heç kəsin iradəsindən asılı olmadan öz mülahizə və istəklərinə görə mənafelərini nəzərə almaqla müqavilə bağlamaq imkanı verir. Mülki Məcəllənin “Müqavilə hüququ” adlanan 20-ci fəslinin məqsədi müqavilə hüquq münasibətlərinə girən tərəflərin sərbəst iradə ifadəsi və bərabərliyi prinsiplərinə riayət etməklə və on ların müqavilə maraqlarını qorumaqla mülki dövriyyənin azadlığını təmin etməkdir. Mülki Məcəllənin 390.1-ci maddəsinin məzmununa görə, fiziki və hüquqi şəxslər müqavilə əsasında öz hüquq və vəzifələrinin, həmçinin müqavilənin qanuna zidd olmayan istənilən şərtinin müəyyən edilməsində sərbəstdirlər. Mülki qanunvericilikdə müqavilə hüququnun əsasını təşkil edən müqavilə azadlığı prinsipi ilə yanaşı, bağlanan müqavilələrin ümumi şərtlərini (müqavilənin növlərini və formasını, onun standart şərtlərini, dəyişdirilməsinin və ləğv edilməsinin əsaslarını və s.), o cümlədən bağlanmış müqavilənin qüvvəsini tənzimləyən bir sıra müddəalar nəzərdə tutulmuşdur. Müqavilə münasibətlərində tərəflər bərabər hüquq və vəzifələrə malik olmaqla balanslaşdırılmış ortaq maraqdan çıxış edir. Kredit müqaviləsi də o nun iştirakçılarının balanslaşdırılmış marağa nail olmaları ilə xarakterizə olunur. Həmin müqaviləni bağlayan şəxslərin iqtisadi marağı onda ifadə olunur ki, bir tərəf - borc verən kreditdən istifadə müddəti ərzində borc verdiyi vəsaitə görə müqavilədə nəzərdə tutulan faiz məbləğindən, digər tərəf - kredit götürən isə kreditdən istifadə müddəti ərzində həmin vəsaitdən səmərəli istifadə etməklə faydalanmağı nəzərdə tutur. Müqavilənin mahiyyəti onda ifadə olunur ki, belə razılaşmada hər iki tərəfin mənafeyi qorunur. Mülki qanunvericilik müqavilə şərtlərinin məcburiliyini və icra edilməli olduğunu təsbit edir. Bu prinsipə görə, bağlanmış müqavilələr onlarda göstərilən və tərəflərin razılığa gəldikləri şərtlər əsasında da icra edilir. Həmin prinsip müəyyən edir ki, müqavilə qüvvəyə mindiyi a ndan tərəflər üçün məcburi xarakterə malik olur və onun şərtləri, bir qayda olaraq, dəyişdirilmir. Bu, mülki dövriyyənin sabitliyini, möhkəmliyini və dayanıqlığını təmin edir. Eyni zamanda, mülki qanunvericilik müqavilənin qüvvədə olduğu müddət ərzində dəyişdirilməsinin və ləğv edilməsinin mümkünlüyünü nəzərdə tutur.” Apelyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, “18 noyabr 2010-cu il tarixli 170/00/613/10 saylı kredit müqaviləsi üzrə 256.996 ABŞ dolları məbləğində əsas, 10.281,56 ABŞ dolları məbləğində faiz, 1000 ABŞ dolları məbləğində cərimə, 8.101,63 ABŞ dolları gecikdirilmiş vaxt üçün hesablanan faiz borcu Cavabdeh1 MMC-dən iddiaçının xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh1 MMC-dən və Cavabdeh3 müştərək qaydada 23.09.2014-cü il tarixli 170/00/3355/14 nömrəli kredit müqaviləsi üzrə 70.299,73 manat məbləğində əsas, 6.915,08 manat məbləğində faiz, 1.000 manat məbləğində cərimə, cəmi 78.214,81 (yetmiş səkkiz min iki yüz on dörd min 81 qəpik) manat borcun tutulması və tutulan məbləğlər ilkin satış qiyməti 200 (iki yüz) manat müəyyən edilməklə Cavabdeh4 məxsus və banka girov qoyulmuş ünvan 3 ünvanında yerləşən və dəyəri 200 (iki yüz) manat 100% təsisçi payına yönəldilməsinə dair hissədə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmiş və həmin hissədə qətnamənin ləğv və ya dəyişdirilməsinə dair əsaslar mövcud deyildir.” Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlillərini və mülki işin materiallarını araşdırıb aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd olunduğu kimi apelyasiya instansiyası məhkəməsi özü qətnaməsində qeyd etmişdir ki, 18 noyabr 2010-cu il tarixdə bağlanmış 170/00/613/10 nömrəli kredit müqaviləsi üzrə cavabdeh işin mübahisə olunmayan halı kimi bankdan ABŞ dolları ilə hər hansı məbləğdə kredit götürməmiş, həmin valyuta ilə kredit xətti açılmamışdır. Lakin apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, Cavabdeh1 MMC 6 saylı əlavə saziş, kredit xəttinin əməliyyat gününə Mərkəzi Bankın məzənnəsi ilə ABŞ dolları ekvivalentinə keçirilməsi qərarı, ərizəsi ilə kreditin ABŞ dollarına keçməsinə razılığını ifadə etməmişdir. Apelyasiya instansiyası məhkəməsi belə qənaətə gəlmişdir ki, nə qədər ki, tərəflər 06 saylı sazişi və ya onun hər hansı bir hissəsini mübahisələndirməmişlər, həmin müqavilənin hər hansı bir hissəsinin ləğv və ya etibarsız hesab edilməsinə dair əlavə razılaşma və ya məhkəmə aktı yoxdu r, belə olan halda müqavilə və onun əsasında bağlanmış sazişin şərtləri onun iştirakçıları üçün məcburi olmaqla, həmin müqavilə və sazişlər üzrə öhdəliklər icra olunmalıdır. Məhkəmə kollegiyası apelyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə bağlı qətnamədə qeyd olunan sənədlərə istinad olunmasını zəruri hesab edir. Tərəflər arasında bağlanmış 18 noyabr 2010-cu il tarixli kredit müqaviləsi ilə Cavabdeh1 MMC-yə 200.000 manat məbləğində kredit xətti açılmışdır. Apelyasiya instansiyası məhkəməsinin də qeyd etdiyi kimi “xxxx” Cavabdeh1 MMC-yə krediti manatla vermiş, cavabdeh bankdan ABŞ dolları ilə hər hansı məbləğdə kredit götürməmişdir. 19.11.2015-ci il tarixli 170/00/613/10 saylı kredit müqaviləsinə əlavə saziş tərəflər 18.11.2010-cu il tarixli müqaviləyə aşağıdakı dəyişikliklərin e dilməsi barədə razılığa gəlmişlər. “1 Müqavilənin 2-ci bəndinin 2.1 və 2.3 yarımbəndlərinə aşağıdakı dəyişikliklər edilsin və 9-cu bəndi ləğv edilsin: 2.1 “Kreditor” “Bor alan”a 256,996.00 (iki yüz əlli altı min doqquz yüz doxsan altı, 00) ABŞ dolları məbləğində kredit xətti verir. 2.3 kreditin ödənilməli olduğu son tarix “18” noyabr 2016-cı ildir. “Tərəflər” kreditin ödənilməsi müddətinin uzadılması razılığına gəldikdə, bu Müqavilə ilə müəyyən edilmiş qaydada bağlanan əlavə müqaviləyə əsasən müqavilənin müddəti uzadıla bilər. Müddət uzadıldıqda yeni müddət bitmiş bitmiş müddətin sonundan hesablanır.” Beləliklə 6 saylı əlavə sazişlə 18.11.2010-cu il tarixli müqavilənin ““Kreditor” “Borc alan”a 256,996.00 (iki yüz əlli altı min doqquz yüz doxsan altı, 00) ABŞ dolları məbləğində kredit xət ti verir.” 6 saylı əlavə sazişin həmin bəndi təbii ki, Bank tərəfindən Cavabdeh1 MMC-yə 256,996.00 ABŞ dolları kreditin verilməsini və ya Cavabdeh1 MMC-nin Banka olan borcunun ABŞ dollarına çevrilməsini ifadə etmir. Kredit xəttinin açılması yalnız onu ifadə edir ki, müqaviləyə dəyişiklik edilən 19 noyabr 2015-ci il tarixdən Cavabdeh1 MMC bankdan 256,996.00 ABŞ dolları çərçivəsində kredit almaq hüququ əldə etmişdir. Həmin məbləğdə kreditin verilmə və ya alınma şərtləri isə tərəflər arasında 18.11.2010-cu il tarixdə bağlanmış müqavilənin dəyişdirilmədən qüvvədə qalmış bənd və müddəaları əsasında həyata keçirilə bilər. Həmin müqavilənin 2.5-ci bəndi müəyyən edir ki, “Borc alan”a kredit xətti üzrə pul vəsaitləri «Borc alan»ın yazılı müraciəti əsasında verilir. Hər bir yazılı müraciətdə kredit xətti üzrə ayrılmalı olan kredit məbləği dəqiq göstərilməlidir. Müqavilənin 3.1-ci maddəsinə əsasən, kredit bu müqavilə qüvvəyə mindikdən sonra müqavilənin şərtləri nəzərə alınmaqla“Borc alan”ın yazılı müraciəti daxil olduğu tarixdən 3 (üç) gündən gec olmayaraq, «Kreditor» tərəfindən «Borc alan»ın hesabına köçürülür. Müqavilənin 3.4-cü maddəsinə müvafiq olaraqKredit məbləği müqavilə qüvvəyə mindikdən sonra bu müqavilə ilə müəyyən edilmiş müddətdə «Borc alan»ın yazılı müraciətinə əsasən bilavasitə ödəniş vasitəsinə yönəldilə bilər. Müqavilənin kreditorun vəzifələrini nəzərdə tutan 5.2.1-ci maddəsi müəyyən edir ki, bu müqavilənin 2.1-ci maddəsində göstərilən məbləğdə krediti müqavilə ilə müəyyən edilmiş qaydada “Borc alan”a vermək. Beləliklə, tərəflər arasında bağlanmış 18.11.2010-cu il tari xli müqavilə kredit xətti açıldıqdan sonra kreditin verilmə qaydası və şərtlərini nəzərdə tutur. Kredit verən Bank yalnız həmin şərtlərə riayət edib verdiyi krediti geri qaytarılmasını tələb edə bilər. Mülki işdə Cavabdeh1 MMC-nin ona “xxxxx” tərəfindən ABŞ dolları ilə kredit verilməsi barədə yazılı müraciətləri və bankın həmin müraciətlərə müvafiq olaraq MMC-yə ABŞ dolları ilə kredit verməsi barədə müvafiq sənədlər mövcud deyildir. Belə olan halda apelyasiya instansiyası məhkəməsinin mübahisəli hüquq münasibətinə tətbiq etdiyi Azərbaycan Respublikası Mülki Məcəllənin 385.1, 448.1, 739.1, 269.1, 319.1, 319.6, 472.1-ci maddələrinin, həmçinin tərəflər arasında bağlanmış müqavilə normalarının tətbiqi və şərhində səhvə yol vermişdir. Kassasiya şikayətinə baxılmasının nəticələri: Məhkəmə kolleg iyası hesab edir ki, mülki işə baxıldıqda qətnamənin ləğvi üçün əsas olan maddi və prosessual qanun pozuntularına yol verilmişdir. Kassasiya şikayətinin dəlilləri Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsinin ləğv edilməsi üçün əsas hesab edilir. Yuxarıda şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALİR: Kassasiya şikayəti təmin edilsin. Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 30 aprel 2019-cu il tarixli qətnaməsi qismən, borcun ABŞ dolları ilə tutulması hissəsində ləğv edilsin, iş həmin hissədə yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6151/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6151/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver