Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6160/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, X4 oğlunun katibliyi, İddiaçı vəkili xxx oğlunun, və qarşılıqlı iddia üzrə cavabdeh X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “xxxx” barədə ilkin, Cavabdeh1 Cavabdeh2 MTK-ya, İddiaçı, X2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri, 13 saylı Dövlət Notariat Kontoruna qarşı “xxxx və mənzilin boşaldılması” barədə qarşılıqlı iddia tələblərinə dair mülki işl ər üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixli 2(103)-923/2019 saylı qətnaməsindən İddiaçı və vəkili xxx oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: İlk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı «xxxx barədə» iddia ərizəsi ilə müraciət edərək Cavabdeh1 ilə Cavabdeh2 arasında bağlanmış 01 may 2005-ci il tarixli ünvan 1 ünvanda inşa edilmiş binanın 2-ci blokunun 8-ci mərtəbəsində ayrılmış 138,2 kv.mdən ibarət 64 nömrəli 3 otaqlı mənzilə dair xxxx və cavabdehlərdən maddi və mənəvi ziyan olaraq 10000 manat pul vəsaitinin alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh2 Mənzil Tikinti Kooperativinə, İddiaçı, X2 və müstəqil tələb irəli sürməyən 3-cü şəxs Bakı şəhəri 13 saylı Dövlət Notariat kontoruna qarşı xxxx və mənzilin boşaldılması tələbinə dair qarşılıqlı iddia ilə məhkəməyə müraciət edərək İddiaçı ilə Cavabdeh2 MTK arasında XXX ünvanında inşa edilən yüksək mərtəbəli binanın İİ blok, 8-ci mərtəbə, ümumi sahəsi 138,2 kv.m olan 64 saylı 3 otaqlı mənzilə dair bağlanmış 06.07.2011-ci il tarixli xxxx, İddiaçı və X1 ailə üzvləri ilə birlikdən ünvan 1 ünvanında inşa edilmiş binanın İİ blok, 8-ci mərtəbəsində ayrılmış 138.2 kv.mdən ibarət 64 saylı 3 otaqlı mənzilindən çıxarılmaları, həmin mənzilin boşaldılması və mənzilin Cavabdeh1 təhvil verilməsini xahiş etmişdir. Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim Elnur Nuriyev) 2(007)-926/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsi ilə ilkin iddia tələbi qismən təmin edilərək Cavabdeh1 ilə Cavabdeh2 MTK arasında bağlanmış 01 may 2005-ci il tarixli, ünvan 3 ünvanında inşa edilmiş binanın 2-ci blokunun, 8-ci mərtəbəsində ayrılmış, sahəsi 138,2 kv.m ibarət 64 nömrəli 3 otaqlı mənzilə dair müqavilə etibarsız hesab edilmiş, ilkin iddianın qalan hissədə və qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (sədrlik edən və məruzəçi Vüqar Həsənov, hakimlər Şərafət Məmmədova, Namiq Cəfərov) 07 may 2019-cu il tarixli 2(103)-923/2019 saylı, qətnaməsi ilə Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 2(007)-926/2014 saylı, 17 oktyabr 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, ilk iddia üzrə İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 MTK-ya qarşı “xxxx b arədə” iddiasının təmin olunmaması, qarşılıqlı iddianın qismən təmin olunması, İddiaçı ilə Cavabdeh2 MTK arasında XXX ünvanında inşa edilən yüksək mərtəbəli binanın İİ blok, 8-ci mərtəbə, ümumi sahəsi 138,2 kv.m olan 64 saylı 3 otaqlı mənzilə dair bağlanmış 06.07.2011-ci il tarixli xxxx, İddiaçı və X1 ünvan 1 ünvanında inşa edilmiş binanın İİ blok, 8-ci mərtəbəsində ayrılmış 138.2 kv.m ibarət 64 saylı 3 otaqlı mənzilindən çıxarılmaları, qarşılıqlı iddianın qalan hissədə təmin olunmaması barədə yeni qətnamə qəbul edilmişdir. İddiaçı və vəkili xxx oğlu kassasiya şikayəti verərək iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07.05.2019-cu il tarixli 2(103)-923/2019 nömrəli qətnaməsinin qismən “İddiaçı və X1 ünvan 1 ünvanında inşa edilmiş binanın İİ blok, 8-ci mərtəbəsində ayrılmış 138.2 kv.m ibarət 64 saylı 3 otaqlı mənzilindən çıxarılmaları” hissəsində ləğv edilərək yeni qərar qəbul edilməsini xahiş etmişlər. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Nizami rayon Məhkəməsinin 02 mart 2018ci il tarixli qətnaməsi ilə dəymiş zərər qismində 83000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə məzənnəsi ilə və mənəvi zərərə görə 2000 manat pul Cavabdeh2 MTK-dan, mənzilin təmirinə sərf edilmiş 49.945,0 manat Cavabdeh1 tutulması barədə qətnamə qəbul etsə də, Cavabdeh1 məhkəmə qərarın icra etməmişdir. Cavabdeh1 bu günə kimi qətnaməni icra etməməsi fikirləşməyə əsas verir ki, İddiaçı və X3 qeyd edilən mənzildən məcburi qaydada çıxarılacağı halda qeyd edilən qətnamə icra edilməyəcək. Məhkəmə işin bu hallarını düzgün qiymətləndirmədiyin dən mübahisələndirilən hissədə düzgün olmayan qətnamə qəbul edib. PROSESSUAL MƏSƏLƏLƏR: İddiaçı vəkili xxx oğlu məhkəmə iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək, onun təmin edilməsini xahiş etdi. X3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilməmişdir. İşdə iştirak edən digər şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmişlər. Lakin onlar məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsa sən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yalnız maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub - olunmamasını yoxlayır. Kassasiya instansiyası tərəfindən işin faktiki halları yoxlanılmasa da apellyasiya instansiyası məhkəməsinin maddi və prosessual normaları düzgün tətbiq edib-etməməsini yoxlayarkən, hüquqi məsələlərin düzgün qiymətləndirilməsi üçün işin faktiki hallarının nəzərə alınması və onlara istinad olunması vacibdir. Kassasiya instansiyası məhkəməsinin işin müəyyənləşdirilmiş faktiki hallarına istinad etməsi faktiki halların yoxlanılması və araşdırılması hesab olunmamalıdır. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya məhkəməsi tərəfindən işin müəyyən edilmiş faktiki hallarından görünür ki, Cavabdeh2 MTK mübahisəli mənzili 01.05.2005-ci il tarixdə Cavabdeh1 satdıqdan sonra artıq mülkiyyət və sərəncam vermək səlahiyyəti olmayan mənzil üzərində əsassız olaraq sərəncam verərək 06.07.2011-ci tarixdə İddiaçı satmışdır. Qanuni qüvvədə olan məhkəmə aktları ilə həmin fakt təsdiq olunmuş, mübahisəli mənzilin M.Hüseynliyə məxsus olması, məhz mənzilin ona təhvil verilməklə və onunla bağlanmış müqavilənin etibarlı müqavilə olması, ilkin İddiaçı isə mübahisəli mənzil i almasına əsas olan müqavilənin etibarlı müqavilə olmaması müəyyən edilmişdir. Bu nəticəyə gələn məhkəmələr mənzilin alınması və mənzilin təmir edilməsinə çəkilmiş xərcin İddiaçı ödənilməli olmasını müəyyən etmişdir. Faktiki olaraq məhkəmələrin qanuni qüvvədə olan qətnamələri ilə İddiaçı ilə bağlanmış müqavilənin restutisiyası həyata keçirilmişdir. Restutisiyanın həyata keçirilməsi isə özlüyündə mübahisəsiz qaydada müqavilənin etibarsızlığını təsdiq edir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 03 fevral 2016-cı il tarixli qətnaməsindən görünür ki, Bakı şəhəri Nərimanov rayon Məhkəməsinin 11 yanvar 2013-cü il tarixli qətnaməsi ilə ünvan 2 ünvanında inşa edilmiş binanın 64 nömrəli 3 otaqlı mənzilinin Cavabdeh1 təhvil verilməsi vəzifəsi Cavabdeh2 MTK-ya həvalə olunmuş, iddia tələbi digər his sələrdə təmin olunmamışdır. ünvan 4 ünvanında inşa edilmiş binanın 64 nömrəli 3 otaqlı mənzilinin Cavabdeh1 təhvil verilməsi vəzifəsi Cavabdeh2 MTK-ya həvalə olunmuşdur. Həmin qətnamə ilə müəyyən olunmuşdur ki, iddiaçı Cavabdeh1la Cavabdeh2 MTK arasında müqavilədən irəli gələn öhdəlik münasibətləri mövcuddur: sözügedən müqavilənin isə qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ləğv, yaxud etibarsız hesab edilmiş olduğu müəyyən edilməmişdir. İddiaçı şikayəti əsasında başlanmış apellyasiya icraatı zamanı, mübahisəsi gedən 64 saylı 3 otaqlı mənzillə bağlı adı çəkilmiş şəxslə də 06.07.2011-ci il tarixdə müqavilə bağlandığı və mənzilin məhz İddiaçı təhvil verildiyi müəyyən olunsa da, bu hal özü-özlüyündə MTK-nı iddiaçı qarşısında müqavilə öhdəliklərini yerinə yetirməkdən azad etmir. Bu zaman həm də nəzərə alınmalıdır ki, Cavabdeh1la Cavabdeh2 MTK arasında bağlanmış müqavilədə Cavabdeh1 13.06.2011-ci il tarixində verilmiş şəxsiyyət vəsiqəsinin seriyasının və nömrəsinin yazılması əsas gətirilərək onun əhəmiyyətsiz əqd hesab edilməsi barədə əvvəlki apellyasiya baxışı zamanı gəlinən qənaət Konstitusiya Məhkəməsinin bu iş üzrə qəbul etdiyi qərarla əsassız hesab olunmuşdur. Bakı şəhər Nizami rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsindən görünür ki, (həmin qətnamə dəymiş zərərin ödənilməsi ilə mənzildən çıxarılmanın eyni vaxtda icra edilməsi hissəsi istisna olmaqla qalan hissədə qanuni qüvvədədir.) Bakı şəhəri Nərimanov rayon Təbriz küçəsindəki 21 nömrəli binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,2 kv.m olan 64 nömrəli 3 otaqlı mənzilə görə dəymiş zərər qismində 83000 ABŞ dolları pul qətnamənin icra olunduğu günə məzənnəsi ilə və mənəvi zərərə görə 2000 manat pul Cavabdeh2 MTK-dan, mənzilin təmirinə sərf edilmiş 49.945,0 manat Cavabdeh1, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 MTK-dan və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin ilkin iddianın təmin olunmasına dair gəlmiş olduğu nəticəsinin maddi və prosessual hüquq normalarına uyğun olmadığı aşkardır. Qarşılıqlı iddia tələbinə münasibətdə qeyd edilmişdir ki, mənzilin Cavabdeh1 təhvil verilməsinə dair qanuni qüvvədə olan məhkəmə qətnaməsinin olması nəzərə alınaraq həmin hissədə işin icraatına xitam verilməli, lakin digər iddia tələbləri əvvəlki məhkəmə mübahi sələrinin predmeti olmadığından həmin iddia tələbləri qismən təmin olunmalıdır. Kassator yalnız qətnamənin qarşılıqlı iddianın İddiaçı və X1 ünvan 1 ünvanında inşa edilmiş binanın İİ blok, 8-ci mərtəbəsində ayrılmış 138.2 kv.m ibarət 64 saylı 3 otaqlı mənzilindən çıxarılmaları hissəsinin təmin edilməsi hissəsini mübahisələndirmiş və Bakı şəhər Nizami rayon Məhkəməsinin 02 mart 2018-ci il tarixli qətnaməsi ilə İddiaçı xeyrinə tutulmuş pul məbləği ödənilmədən onun mənzildən çıxarılmasının düzgün olmadığını bildirmişdir. Buna görə də, məhkəmə kollegiyası yalnız qətnaməni mübahisələndirilən hissədə yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin qətnamənin yoxlanılan hissəsində iş üzrə gəldiyi nəticəsi işin araşdırılmış hallarına və tərəflərin qarşılıqlı müna sibətlərinə uyğun olmuş, maddi və prossesual hüquq normaları düzgün tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 fevral 2016-cı il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-in 82.3-cü maddəsinin mənasına görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsində əks olunmuş, araşdırılmış, qiymətləndirilmiş, tələbin və (və ya) etirazların predmetinə aid olan faktların həmin işdə iştirak edən şəx slər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilməsi və yenidən sübut edilməsi yolverilməzdir. Məhkəmə kollegiyası hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnamələri ilə Cavabdeh2 MTK ilə Cavabdeh1 arasında bağlanmış 01.05.2005-ci il tarixli müqaviləyə əsasən mübahisəli mənzilin üzərində Cavabdeh1 mülkiyyət hüquqları tanınmışdır. Həmin mənzil faktiki olaraq İddiaçı sahibliyindədir və bu sahiblik qanuni əsas söykənmir. Belə olan halda, Cavabdeh1 İddiaçı və X1 ona məxsus əmlakdan çıxarılmasını tələb etmək hüququ vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Həmin Məcəllənin 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavi lədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Həmin Məcəllənin 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prossesual Məcəlləsinin 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Məhkəmə kollegiyası hesab edir ki, Bakı şəhəri Nərimanov rayon Təbriz küçəsindəki 21 nömrəli binanın 2-ci blok, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 138,2 kv.m olan 64 nömrəli 3 otaqlı mənzilə görə dəymiş zərər qismində 83000 ABŞ dolları pul qətnamənin i cra olunduğu günə məzənnəsi ilə və mənəvi zərərə görə 2000 manat pul Cavabdeh2 MTK-dan, mənzilin təmirinə sərf edilmiş 49.945,0 manat Cavabdeh1, ödənilmiş 30 manat dövlət rüsumunun əvəzi Cavabdeh2 MTK-dan və Cavabdeh1 müştərək qaydada alınaraq İddiaçı verilməsi ilə həmin şəxslərin mənzildən çıxarılması eyni qətnamə ilə deyil, başqa qətnamələrlə müəyyən edildiyindən, hazırki iş üzrə qəbul edilmiş qətnamənin icrasını başqa məhkəmə qətnaməsinin icrasından asılı edilməsi və bu qətnamələrin eyni vaxtda icra edilməsini müəyyən edilməsi mümkün deyildir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb, mübahisənin maddi-prosessual hüquqi əsasları düzgün müəyyən etmişdir, kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğvi üçün qanuni əsas deyildir Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi mübahisələndirilən hissədə dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 07 may 2019-cu il tarixl i 2(103)923/2019 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6160/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6160/2019
30.09.2019 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver