Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6179/2019 30.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Vəliyeva Elşanə Rafiq qızından ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, İddiaçı vəkili ***iştirakı ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(107)2098/2018 nömrəli qətnaməsindən İddiaçı kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2018-ci il tаrixli qətnaməsi ilə İddiaçı Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı qızıl-zinət əşyaları, cehiz əşyaları və geyim paltarları tələbi bаrədə iddiаsı qismən təmin edilmişdir. Həmin qətnаməyə əsаsən, İddia predmeti olan mebel əşyalarından- ümumi dəyəri 4700 (dörd min yeddi yüz) manat olan bir ədəd böyük servant, bir ədəd balaca servant, qonaq otağı üçün bir ədəd güzgü, iki ədəd böyük və kiçik divan, iki ədəd kreslo, bir jurnal stolu dəsti, bir ədəd yataq dəsti, bir ədəd böyük şifoner, bir ədəd taxt üçün yatacaq dəsti, iki ədəd tumboçka, bir ədəd güzgü; qızıl-zinət əşyalarından-dəyəri 3100 (bir min yüz) manat olan komplek (qızıl zəncir (sep), bir cüt sırğa, qızıl üzük, qızıl bilərzik) və dəyəri 700 (yeddi yüz) manat olan nişan üzüyü; cehiz əşyalarından- 500 manat dəyərində 1 ədəd dairəvi stol, 300 manat dəyərində 12 ədəd stul, 850 manat dəyərində “Samsung” markalı düz ekranlı televizor, 648 manat dəyərində axırıncı model “Samsung” mis rəngli paltaryuyan, 150 manat dəyərində “Samsung” markalı ağ rəngli tozsoran, 550 manat dəyərində 5:3 ölçülü şabalıdı (kariçni) rəngli xalça, 750 manat dəyərində 1 ədəd yaşıl rəngli böyük ölçülü xalça, 90 manat dəyərində 2 ədəd musiqili pultlu çil-çıraq, 75 manat dəyərində 1 ədəd yataq otağı üçün çıl-çıraq, 500 ABŞ dolları dəyərində 20 metr zal üçün pərdə altına ipək, yataq otağı üçün ipək, 5 metr ağ ipək, 30 manat dəyərində 2 ədəd qırmızı ürək şəkilli pərdə, 20 manat dəyərində böyük stol üçün 8 nəfərlik qara salfetka dəsti, 30 manat dəyərində 2 qutu qaşlı salfetka dəsti, 14 manat dəyərində 2 qutu dəsmal dəsti, 70 manat dəyərində 12 ədəd rəngli əl dəsmalı, 30 manat dəyərində 2 qutu ağ rəngli dəsmal, 60 manat dəyərində 6 ədəd qətfə, 100 manat dəyərində taxt üçün 2 dəst çexol (üzlük) prostina, 30 manat dəyərində taxt üçün bir dəst çexol (üzlük), 35 manat dəyərində bir dəst ağ tikməli çexol (üzlük), 20 manat dəyərində taxt üçün qarışıq rəngli çexol (üzlük), 30 manat dəyərində bir dəst yaşıl rəngli yatacaq dəsti, 25 manat dəyərində taxt üçün bir ədəd güllü çexol (üzlük), 35 manat dəyərində 2 ədəd çexol (üzlük), 36 manat dəyərində 6 ədəd tikməli ağ rəngli balınc üzü, 20 manat dəyərində 4 ədəd ağ krujevalı balınc üzü, 9 manat dəyərində 3 ədəd çay dəsmalı, 15 manat dəyərində 10 ədəd çəhrayı rəngli əl salfetkası, 15 manat dəyərində 1 ədəd qutuda zərli süfrə, 35 manat dəyərində 1ədəd ağ tikməli kətan süfrə, 45 manat dəyərində 1 ədəd böyük stol üçün qaşlı ağ kətan süfrə, 60 manat dəyərində böyük stol üçün 3 ədəd tikməli ağ süfrə, 20 manat dəyərində 1 ədəd böyük stol üçün ağ süfrə, 20 manat dəyərində 2 ədəd mis rəngli süfrə, 10 manat dəyərində 1 ədəd tor süfrə, 5 manat dəyərində 1 dəst tutacaq, 500 manat dəyərində ağ dördkünc çay servisi, 12 ədəd orta böyüklükdə olan boşqab, 12 ədəd böyük boşqab, 12 ədəd balaca boşqab, 12 ədəd balaca çaşka nəlbəkisi ilə, 12 ədəd dərin boşqab, 6 ədəd bulud, 1 ədəd supnik, 2 ədəd qəhvədan, 2 ədəd çaynik, 2 ədəd qəndqabı, 2 ədəd duzqabı, 2 ədəd salfetka qabı, 750 manat dəyərində qırmızı rəngli madonna servis, 1 ədəd supnik, 2 ədəd yağ qabı və duzqabı, 1 ədəd böyük dərin boşqab, 2 ədəd bulud, 6 ədəd böyük dərin boşqab, 6 ədəd düz orta boşqab, 500 manat dəyərində madonna ağ çay servisi, 6 ədəd düz boşqab, 6 ədəd çaşqa nəlbəki ilə birlikdə, 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 1 ədəd qənd qabı (h əmin əşyalar Polşadan alınmışdır); 70 manat dəyərində 6 predmetdən ibarət çay servisi – çaşqa, nəlbəki, 60 manat dəyərində 4 qutuda 24 ədəd çaşqa-nəlbəki dördkünc çay servisi, 25 manat dəyərində dörd künc boşqab dəsti (buraya daxildir: 6 ədəd böyük boşqab, 6 ədəd orta boşqab, 6 ədəd dərin boşqab, 6 ədəd tort boşqabı), 20 manat dəyərində çaynik dəsti ( buraya daxildir: çaşqa, nəlbəki, boşqab-hər birindən 6 ədəd), 30 manat dəyərində 18 ədəd sünbüllü abqələm nəlbəki, 16 manat dəyərində 12 ədəd abqələm nəlbəki, 20 manat dəyərində 12 ədəd abqələm limon qabı, 28 manat dəyərində 18 ədəd abqələm razetka, 10 manat dəyərində 12 ədəd sadə nəlbəki, 24 manat dəyərində 24 ədəd çay qaşığı, 25 manat dəyərində 18 ədəd ağ nəlbəki, 20 manat dəyərində 18 ədəd ağ razetka, 40 manat dəyərində 2 ədəd süd rəngli a yaqlı meyvə qabı, 35 manat dəyərində 1 ədəd böyük meyvə qabı, 15 manat dəyərində 1 ədəd balaca meyvə qabı, 25 manat dəyərində 1 ədəd mərtəbəli meyvə qabı, 25 manat dəyərində 1 ədəd yumru üzümlü meyvə qabı, 40 manat dəyərində 2 ədəd süd rəngli yarpaq formalı bişinti qabı, 100 manat dəyərində 2 ədəd böyük billur karzinka, 70 manat dəyərində konfet qabı, 100 manat dəyərində 1 ədəd böyük billur güldan, 30 manat dəyərində 1 ədəd balaca billur güldan, 28 manat dəyərində 1 ədəd billur güldan, 15 manat dəyərində 1 ədəd böyük qara güldan, 45 manat dəyərində 1 ədəd böyük ağ güldan, 26 manat dəyərində 2 ədəd düz abqələm şirniyyat qabı, 16 manat dəyərində 1 ədəd abqələm balaca şirniyyat qabı, 30 manat dəyərində 2 ədəd orta billur vaz, 16 manat dəyərində 6 ədəd ayaqlı qənddan, 20 manat dəyərində 6 ədəd hündür şüşə bakal, 60 manat dəyərində 6 ədəd böyük dərin bulud (dörə), 32 manat dəyərində 4 ədəd düz abqələm bulud (dörə), 20 manat dəyərində 2 ədəd abqələm orta bulud (dörə), 10 manat dəyərində 1 ədəd ağ salat qabı, 30 manat dəyərində 2 ədəd abqələm dəm çayniki, 7 manat dəyərində 6 ədəd yağ çayniki, 20 manat dəyərində 1 çaydan-çaynik dəsti, 60 manat dəyərində 1 ədəd kömür samovarı, 15 manat dəyərində 6 ədəd kabab şişi, 4 manat dəyərində 1 ədəd paltar yığan səbət, 30 manat dəyərində 1 ədəd pizza qabı, 20 manat dəyərində 6 ədəd salat kasası qaşığı ilə birlikdə, 20 manat dəyərində 1 qutu bənövşəyi rəngli kompot bakalları, 26 manat dəyərində 6 ədəd billur stəkan, 42 manat dəyərində 12 ədəd billur stəkan, 32 manat dəyərində 48 ədəd yarımbillur stəkan, 46 manat dəyərində 2 ədəd qapaqlı billur qənddan, 40 manat dəyərində 2 ədəd ayaqlı qənddan, 27 manat dəyərində 1 ədəd qolbaqlı meyvə qabı, 30 manat dəyərində 1 ədəd qaşlı meyvə qabı, 70 manat dəyərində 2 ədəd böyük karzinka billur konfet qabı, 50 manat dəyərində 1 ədəd böyük billur qayıq (lötkə), 60 manat dəyərində 2 ədəd ayaqlı billur meyvə qabı, 20 manat dəyərində 1 ədəd yumru billur meyvə qabı, 30 manat dəyərində 1 ədəd mərtəbəli böyük ağ şirniyyat qabı, 10 manat dəyərində 1 ədəd göy rəngli mərtəbəli şirniyyat qabı, 40 manat dəyərində 2 ədəd gül ləçəkli mərtəbəli qab, 40 manat dəyərində 2 ədəd billur tülpan konfet qabı, 30 manat dəyərində 2 ədəd qayıq formalı billur konfet qabı, 30 manat dəyərində 1 ədəd şamdan, 16 manat dəyərində “Allah” sözü yazılmış qaşlı suvenir, 30 manat dəyərində 6 ədəd ayaqlı billur qənddan, 25 manat ma nat dəyərində 6 ədəd ayaqlı billur qənddan, 20 manat dəyərində 12 ədəd zərli hündür ayna qənddan, 22 manat dəyərində 1 ədəd divar saatı, 10 manat dəyərində 1 ədəd suvenir saat, 50 manat dəyərində 1 ədəd ağ zərli lepkalı konfet qabı, 70 manat dəyərində 1 ədəd şabalıdı (kariçni) qrafinka kompot dəsti, 80 manat dəyərində 1 ədəd lepkalı qrafinka dəsti, 55 manat dəyərində 6 ədəd ayaqlı hündür billur bakal, 70 manat dəyərində 6 ədəd ayaqlı hündür bakal, 35 manat dəyərində 6 ədəd ayaqlı hündür bakal, 60 manat dəyərində 6 ədəd ayaqlı hündür yumru bakal, 25 manat dəyərində 6 ədəd billur araq bakalı (rumka), 36 manat dəyərində 12 ədəd qırmızı rəngli qaşlı bakal, 10 manat dəyərində 6 ədəd ayaqlı şüşə su bakalı, 15 manat dəyərində 1 ədəd zərli qənddan, 20 manat dəyərində 1 dəst kofe servisi, 25 mana t dəyərində 1 dəst çay servisi, 20 manat dəyərində 2 ədəd səbət konfet qabı, 150 manat dəyərində 1 qazan dəsti, 40 manat dəyərində 2 ədəd tefal qazan, 5 manat dəyərində 1 ədəd tefal yumurta bişirən, 25 manat dəyərində 2 ədəd aliminium qazan, 30 manat dəyərində 2 ədəd tökmə qazan, 50 manat dəyərində 1 ədəd böyük plov qazanı, 10 manat dəyərində 1 ədəd plov kəfkiri, 30 manat dəyərində 1 ədəd böyük düz aliminium teşt, 20 manat dəyərində 1 ədəd böyük dərin aliminium teşt, 18 manat dəyərində 1 ədəd orta dərinlikli aliminium teşt, 10 manat dəyərində 1 ədəd aliminium aşsüzən, 20 manat dəyərində 1 ədəd nazik böyük teşt, 16 manat dəyərində 1 ədəd böyük aşsüzən, 20 manat dəyərində 1 ədəd mavi rəngli tunc qazan, 50 manat dəyərində 3 ədəd dərin tunc teşt, 38 manat dəyərində 3 ədəd sarı rəngli tunc vedr ə, 20 manat dəyərində 2 ədəd dəmir vedrə, 10 manat dəyərində 1 ədəd mavi rəngli abgərdən, 18 manat dəyərində 1ədəd zibil vedrəsi, 10 manat dəyərində bir ədəd pol vedrəsi (döşəmə silən), 5 manat dəyərində 1 ədəd süpürgə-xəkəndaz, 10 manat dəyərində 1 ədəd salat doğrayan, 10 manat dəyərində 1 ədəd soğançəkən, 3 manat dəyərində 2 ədəd tyorka, 5 manat dəyərində 1 ədəd su çəkən süfrə, 5 manat dəyərində 3 ədəd aşqazanı üçün dəmgötürən, 15 manat dəyərində 1 ədəd ürək formalı tort qabı, 3 manat dəyərində bir ədəd sarı güllü keks qabı, 2 manat dəyərində 1 ədəd dəmir peçenye kəsən, 15 manat dəyərində 1 qutu qayçılı bıçaq dəsti, 25 manat dəyərində bir qutu çömçə dəsti, 15 manat dəyərində 1 ədəd gilas çəyirdəyi çıxaran maşın, 2 manat dəyərində 1 ədəd limon sıxan, 15 manat dəyərində 3 ədəd ayaqlı çərəz qabı, 10 manat dəyərində 1 ədəd ayaqlı tort qabı, 10 manat dəyərində 2 ədəd düz formalı tort qabı, 12 manat dəyərində 2 ədəd orta ölçülü ayaqlı meyvə qabı, 15 manat dəyərində 12 ədəd şüşə salat qabı, 2 manat dəyərində 1 ədəd göydoğrayan taxta, 10 manat dəyərində 2 ədəd ayaqlı meyvə qabı, 15 manat dəyərində 1 ədəd ayaqlı vaz, 10 manat dəyərində 2 ədəd konfet qabı, 5 manat dəyərində 2 ədəd saxsı çaşka, 200 manat dəyərində 50 ədəd ağ rəngli dərin boşqab, 50 ədəd düz boşqab, 50 ədəd salat boşqabı, 6 ədəd böyük ölçülü bulud, 12 ədəd orta ölçülü bulud, 15 manat dəyərində 6 ədəd ağ kasa, 20 manat dəyərində 12 ədəd salat kasası, 20 manat dəyərində 6 ədəd qızılı rəngli salat qabı, 15 manat dəyərində 1 qutu tort naboru, 10 manat dəyərində 2 ədəd padnos, 25 manat dəyərində 1 dəst çəngəl-qaşıq naboru, 20 manat dəyərində 1 ədəd uzunsov zərli bulud, 16 manat dəyərində 2 ədəd ayaqlı saxsı meyvə qabı, 20 manat dəyərində 6 ədəd ayaqlı balaca qənddan, 100 manat dəyərində 12 ədəd mürəbbə qaşığı, 36 ədəd çay qaşığı, 36 ədəd xörək qaşığı, 36 ədəd çəngəl, 12 ədəd aş paylayıcı qaşıq, 12 ədəd limon çəngəli, 28 manat dəyərində 1 dəst tunc qazan, 10 manat dəyərində 3 ədəd tunc qazan, 6 manat dəyərində 1 ədəd çaynik, 25 manat dəyərində 3 ədəd tort bişirən tefal, 15 manat dəyərində 1 ədəd suvenir nəzər muncuğu, 700 manat dəyərində 4 ədəd döşək, 1 ədəd taxt döşəyi, 1 ədəd taxt yorğanı, 4 ədəd yorğan, 6 ədəd yun balınc, 2 ədəd qu tükü balıncı, 4 ədəd silikon balınc, 2 ədəd böyük yastıq (yatacaq dəsti yundan hazırlanmışdır), 160 manat dəyərində 1 dəst taxt üçün 1 ədəd üzlük, 1 ədəd prostina, 4 ədəd balı nc, 4 ədəd balınc üzü (hamısı Qalaksi firmasının istehsalıdır), 150 manat dəyərində 1 ədəd çəhrayı rəngli taxt pokrıvalı (örtüyü), 2 ədəd dördkünc balınc, 1 ədəd yumru balınc, 30 manat dəyərində 1 ədəd qırmızı rəngli taxt adyalı, 20 manat dəyərində 1 ədəd adyal, 50 manat dəyərində 1ədəd ağ rəngli taxt adyalı, 55 manat dəyərində 1 ədəd divan-kreslo üzü (pokrıvalı), 150 manat dəyərində 1 ədəd mis rəngli duxovka, 55 manat dəyərində 1 ədəd ət çəkən maşın ləpəçəkənlə birlikdə (Geepas firması), 35 manat dəyərində 1 ədəd ütü stolu, 28 manat dəyərində 1 ədəd ütü, 55 manat dəyərində 1 ədəd ət maşını, 36 manat dəyərində 2 ədəd gecə lampası (noçnik), 26 manat dəyərində 3 ədəd padnos, 23 manat dəyərində 1 ədəd çaydan çayniklə birlikdə, geyim əşyalarından- 120 manat dəyərində 1 ədəd qara rəngli yubka, 50 manat dəyərində 1 ədəd uzun qırmızı rəngli balonka, 50 manat dəyərində 1 ədəd qara rəngli kurtka, 35 manat dəyərində 1 ədəd göy rəngli kurtka, 50 manat dəyərində 1 ədəd şabalıdı (koriçni) rəngli dəri pencək, 75 manat dəyərində uzun qırmızı rəngli pencək, 30 manat dəyərində 1 ədəd varyonka kurtka, 30 manat dəyərində 1 ədəd çəhrayı rəngli kurtka, 20 manat dəyərində qırmızı rəngli qısa jaket, 20 manat dəyərində 1 ədəd ağ rəngli jilet, 25 manat dəyərində 1 ədəd qırmızı rəngli yun kofta, 15 manat dəyərində 1 ədəd şabalıdı (koriçni) rəngli yun kofta, 35 manat dəyərində 1 ədəd şabalıdı (koriçni) rəngli uzun manto, 30 manat dəyərində 1 ədəd çəhrayı rəngli yun kofta, 10 manat dəyərində 1 ədəd göy rəngli yun şərf, 25 manat dəyərində 1 ədəd ağ rəngli vodolaska, 20 manat dəyərində 1 ədəd ağ rəngl i saroçka, 25 manat 1 ədəd sarı rəngli saroçka və 1 ədəd qara rəngli jilet, 15 manat dəyərində 1 ədəd çəhrayı rəngli saroçka, 20 manat dəyərində 1 ədəd göy rəngli vodolaska, 15 manat dəyərində 1 ədəd bardovı köynək, 15 manat dəyərində 1 ədəd şabalıdı (koriçni) rəngli köynək, 25 manat dəyərində 1 ədəd qırmızı rəngli qadın şalvarı, 20 manat dəyərində 1 ədəd qara rəngli trapes şalvar, 60 manat dəyərində 3 ədəd cins şalvar, 25 manat dəyərində 1 ədəd xalat və şalvar, 20 manat dəyərində 1 dəst idman paltarı, 50 manat dəyərində 1ədəd hamam xalatı, 20 manat dəyərində 1 ədəd saç qurulayan fen, 20 manat dəyərində 1 ədəd saç buran fen, 25 manat dəyərində 1 ədəd qara rəngli qaşlı əl çantası, 20 manat dəyərində 1 ədəd çəhrayı rəngli əl çantası, 160 manat dəyərində 1 ədəd qırmızı rəngli uzun don, 70 man at dəyərində 1 ədəd ağ rəngli uzun don, 30 manat dəyərində 1 ədəd kimano çəhrayı rəngli uzun don, 50 manat dəyərində 1 ədəd çəhrayı rəngli qısa don, 25 manat dəyərində 1 ədəd çəhrayı rəngli şifon don, 50 manat dəyərində 1 ədəd qara rəngli qış donu, 50 manat dəyərində 1 ədəd yaşıl rəngli tül don, 30 manat dəyərində 1 cüt biserli kablok, 30 manat dəyərində 1 cüt qara rəngli kablok basanoşka, 50 manat dəyərində 1 cüt çəhrayı rəngli kablok (ayaqqabı), 50 manat dəyərində 1 cüt ağ rəngli kablok (ayaqqabı), 10 manat dəyərində 1 cüt ket, 30 manat dəyərində 3 ədəd yay köynəyi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı qaytarılsın, yaxud qətnamə icra edilərkən aşkar edilməyən əşyaların dəyəri cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi, eləcə də 15 ( on beş) manat dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 alınaraq İddiaçı ödənilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 22 oktyabr 2018-ci il tаrixli qətnаməsinə əsаsən, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 аpellyаsiyа şikаyətinin qismən təmin edilməsi, iş üzrə Qəbələ Rаyоn Məhkəməsinin 20 aprel 2018-ci il tаrixli qətnаməsinin qismən yəni, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinin 3500 manat dəyərində qızıl komplekt-qızıl zəncir (sep), bir cüt sırğa, qızıl üzük, qızıl bilərzik, 2300 manat dəyərində nişan üzüyü, tələbin cehiz əşyaları ilə bağlı siyahısının 10-cu sırasında göstərilən 20 metr zal üçün 10 metr pərdə altı ipək, yataq otağına 5 metr ağ ipək, 16-cı sırada 2 qutu ağ rəngli dəsmal dəsti, 24-cü sıradakı 12 ədəd çexol, 31-ci sıradakı bir ədəd böyük stol üçün qaşlı ağ kətan süfrə, 37-ci sıradakı ağ 4 küng çay servisi, 12 ədəd orta böyüklü boşqab, 12 ədəd böyük boşqab, 12 ədəd kiçik boşqab, 12 ədəd balaca nəlbəkisi ilə çaşqa və 12 ədəd dərin boşqab, 6 ədəd bulud, 7 ədəd supnik, 2 ədəd qəhvədan, 2 ədəd çaynik, 2 ədəd duz qabı, 2 ədəd salfetka qabı, 38-ci sırada qırmızı rəngli madonna servis, bir ədəd çaynik, 2 ədəd yağ qabı və duz qabı, 1 ədəd dərin boşqab, 2 ədəd bulud, 6 ədəd dərin boşqab, 6 ədəd düz orta boşqab, 39-cu sıradakı madonna ağ çay servisi, 6 ədəd düz boşqab, 6 ədəd nəlbəkisi ilə çaşqalar, 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 1 ədəd qəndqabı, 40-cı sıradakı 6 predmetdən ibarət çay servisi-çaşqa, nəlbəki, 59-cu sırada konfet q abı, 70-74-cü sıradakı 6 ədəd böyük dərin bulud, 4 ədəd düz abqələm bulud, 2 ədəd abqələm orta bulud, 1 ədəd ağ salat qabı, 2 ədəd abqələm dəm çayniki, 84-89-cu sıralardakı 12 ədəd büllür stəkan, 48 ədəd yarım büllür stəkan, 2 ədəd qapaqlı büllür qənddan, 2 ədəd ayaqlı qənddan, 1 ədəd qolbaqlı meyvə qabı, 1 ədəd qaşlı meyvə qabı, 100-104-cü sıradakı 1 ədəd qaşlı üzərində Allah sözü yazılmış suvenir, 6 ədəd ayaqlı büllur qənddan, 12 ədəd zərli hündür ayna qənddan, 1 ədəd böyük qızıl rəngli saat, 106-116-cı sıralardakı 1 ədəd suvenir saat, 1 ədəd ağ zərli lepkalı konfet qabı, 1 ədəd şabalıdı rəngli qrafinka, 1 ədəd lepkalı qrafinka dəsti, 6 ədəd ayaqlı hündür büllür bakal-55 manatlıq, 70 manatlıq 6 ədəd ayaqlı hündür bakal, 35 manatlıq 6 ədəd ayaqlı hündür bakal, 60 manatlıq ayaqlı hündür yumuru büllür bakal, 6 ədəd büllür araq bakalı, 12 ədəd qırmızı qaşlı bakal, 6 ədəd ayaqlı şüşə su bakalı, 185189-cu sıralarda 3 ədəd ayaqlı çərəz qabı, 1 ədəd ayaqlı tort qabı, 2 ədəd düz formalı tort qabı, 2 ədəd ayaqlı orta ölçülü meyvə qabı, 196-199-cu sıradakı 6 ədəd ağ kasa, 12 ədəd salat kasası, 6 ədəd qızılı rəngli salat qabı, 1 qutu tort naboru, 202-204-cü sıralardakı saxsı meyvə qabı, 6 ədəd ayaqlı balaca qənddan, geyim əşyaları ilə bağlı siyahıda 1-ci sıradakı 1 ədəd qara rəngli yubka, 9-cu sıradakı qırmızı rəngli uzun jaket, 18-ci sıradakı ağ rəngli köynək, 2 ədəd qara rəngli şalvar, 30-32-ci sıralardakı 1 dəst idman paltarı, 3 metr tiqrovu parça, 2 qırmızı rəngli şərf, 38-cı sırada çəhrayı rəngdə uzun don, 40-cı sırada ağ rəngli uzun don, 44-cü sırada 1 ədəd qara rəngli don, 4 7-49-cu sıralarda boz rəngli uzun yubka, qısa yubka, qırmızı rəngli qısa don, 54-cü sırada 1 cüt qırmızı rəngli pasanoçka, 58-ci sırada 1 cüt dabanlı çəkmələr və 3 ədəd yay köynəyinin alınması hissəsinin ləğv edilsməsi, ləğv edilmiş hissə üzrə yeni qətnamə qəbul edilməsi, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı əmlak tələbinin 3500 manat dəyərində qızıl komplekt-qızıl zəncir (sep), bir cüt sırğa, qızıl üzük, qızıl bilərzik, 2300 manat dəyərində nişan üzüyü, tələbin cehiz əşyaları ilə bağlı siyahısının 10-cu sırasında göstərilən 20 metr zal üçün 10 metr pərdə altı ipək, yataq otağına 5 metr ağ ipək, 16-cı sırada 2 qutu ağ rəngli dəsmal dəsti, 24-cü sıradakı 12 ədəd çexol, 31-ci sıradakı bir ədəd böyük stol üçün qaşlı ağ kətan süfrə, 37-ci sıradakı ağ 4 küng çay servisi, 12 ədəd orta böyüklü boşqab, 12 ədəd böyük boşqab, 12 ədəd kiçik boşqab, 12 ədəd balaca nəlbəkisi ilə çaşqa və 12 ədəd dərin boşqab, 6 ədəd bulud, 7 ədəd supnik, 2 ədəd qəhvədan, 2 ədəd çaynik, 2 ədəd duz qabı, 2 ədəd salfetka qabı, 38-ci sırada qırmızı rəngli madonna servis, bir ədəd çaynik, 2 ədəd yağ qabı və duz qabı, 1 ədəd dərin boşqab, 2 ədəd bulud, 6 ədəd dərin boşqab, 6 ədəd düz orta boşqab, 39-cu sıradakı madonna ağ çay servisi, 6 ədəd düz boşqab, 6 ədəd nəlbəkisi ilə çaşqalar, 1 ədəd qəhvədan, 1 ədəd çaynik, 1 ədəd qəndqabı, 40-cı sıradakı 6 predmetdən ibarət çay servisi-çaşqa, nəlbəki, 59-cu sırada konfet qabı, 70-74-cü sıradakı 6 ədəd böyük dərin bulud, 4 ədəd düz abqələm bulud, 2 ədəd abqələm orta bulud, 1 ədəd ağ salat qabı, 2 ədəd abqələm dəm çayniki, 84-89-cu sıralardakı 12 ədəd büllür stəkan, 48 ədəd yarım büllür stəkan, 2 ədəd qapaqlı büllür qənddan, 2 ədəd ayaqlı qənddan, 1 ədəd qolbaqlı meyvə qabı, 1 ədəd qaşlı meyvə qabı, 100-104-cü sıradakı 1 ədəd qaşlı üzərində Allah sözü yazılmış suvenir, 6 ədəd ayaqlı büllur qənddan, 12 ədəd zərli hündür ayna qənddan, 1 ədəd böyük qızıl rəngli saat, 106-116-cı sıralardakı 1 ədəd suvenir saat, 1 ədəd ağ zərli lepkalı konfet qabı, 1 ədəd şabalıdı rəngli qrafinka, 1 ədəd lepkalı qrafinka dəsti, 6 ədəd ayaqlı hündür büllür bakal-55 manatlıq, 70 manatlıq 6 ədəd ayaqlı hündür bakal, 35 manatlıq 6 ədəd ayaqlı hündür bakal, 60 manatlıq ayaqlı hündür yumuru büllür bakal, 6 ədəd büllür araq bakalı, 12 ədəd qırmızı qaşlı bakal, 6 ədəd ayaqlı şüşə su bakalı, 185-189-cu sıralarda 3 ədəd ayaqlı çərəz qabı, 1 ədəd ayaqlı tort qabı, 2 ədəd düz formalı tort qabı, 2 ədəd ayaqlı orta ölçülü meyvə qabı, 196-199-cu sıradakı 6 ədəd ağ kasa, 12 ədəd salat kasası, 6 ədəd qızılı rəngli salat qabı, 1 qutu tort naboru, 202-204-cü sıralardakı saxsı meyvə qabı, 6 ədəd ayaqlı balaca qənddan, geyim əşyaları ilə bağlı siyahıda 1-ci sıradakı 1 ədəd qara rəngli yubka, 9-cu sıradakı qırmızı rəngli uzun jaket, 18ci sıradakı ağ rəngli köynək, 2 ədəd qara rəngli şalvar, 30-32-ci sıralardakı 1 dəst idman paltarı, 3 metr tiqrovu parça, 2 qırmızı rəngli şərf, 38-cı sırada çəhrayı rəngdə uzun don, 40-cı sırada ağ rəngli uzun don, 44-cü sırada 1 ədəd qara rəngli don, 47-49-cu sıralarda boz rəngli uzun yubka, qısa yubka, qırmızı rəngli qısa don, 54-cü sırada 1 cüt qırmızı rəngli pasanoçka, 58-ci sırada 1 cüt dabanlı çəkmələr və 3 ədəd yay köyn əyi tələbinin əsassız olduğundan rədd edilməsi, qətnаmənin qаlаn hissədə dəyişdirilmədən sаxnаnılması, apellyasiya şikayətinin qalan hissəsinin əsassız olduğundan təmin edilməməsi qət edilmişdir. Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 21 may 2019-cu il tаrixli qərardadı ilə Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 22 oktyabr 2018-ci il tаrixli qətnаməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti vermişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: İddiaçı iş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli qərardadından kassasiya şikayəti verərək, onun ləğv, buraxılmış prosessual müddətin bərpa edi lməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti belə əsaslandırılmışdır ki, övladı X1 03.11.2018-ci il tarixdən 21.05.2019-cu il tarixə kimi kəskin bronxit diaqnozu ilə mütamadi olaraq ambulator müalicədə olmasına görə kassasiya şikayəti vermək üçün vaxtı olmamışdır. Bundan başqa, hüquqi cəhətdən savadsız olduğundan və qətnaməni götürdüyü günü yadında saxlamadığından kassasiya şikayəti vermə müddətini buraxıb. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən İddiaçı vəkili Şirinov Nadirşah Pirmurad oğlu kassasiya şikayətini müdafiə edərək onun təmin, apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv, buraxılmış prosessual müddətin bərpa edilməsi və kassasiya şikayətinin icraata qəbul edilməsi barədə qərar qəbu l edilməsini xahiş etmişdir. Cavabdehlər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 21.05.2019-cu il tarixli qərardadı ilə Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 22 oktyabr 2018-ci il tаrixli qətnаməsindən iddiaçı tərəfind ən verilmiş kassasiya şikayətini geri qaytarmaqdahaqlı olmuş, prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Belə ki, MPM-in 405.0.1-ci mаddəsinə əsаsən, аpellyаsiyа instаnsiyаsı məhkəməsinin qətnаməsindən, həmin qətnаmə işdə iştirаk edən şəxslərə rəsmi qаydаdа verildiyi gündən 2 аy müddətində verilə bilər. İşdən görünür ki, Şəki Аpellyаsiyа Məhkəməsinin Mülki kоllegiyаsının 22 oktyabr 2018-ci il tаrixli qətnаməsinin surəti İddiaçı 08 noyabr 2018-ci ildə çаtdırılmışdır. Deməli, оnun qətnаmədən kаssаsiyа şikаyəti verə biləcəyi sоn tаrix 08 yanvar 2019-ci il оlmuş, lаkin şikаyət həmin müddət ötürüldükdən sоnrа, məhkəməyə daxil olmuşdur. Belə ki, “Azərpoçt” Qəbələ Mərkəzi Xidmət Şöbəsinə salınmış zərfin surətindən görünür ki, İddiaçı kаssаsiyа şikаyətini digər sənədlərlə birlikdə 24 apr el2019-cu ildə həmin poçt xidmətinə təqdim etmiş və 30 aprel 2019-cu il tarixdə Şəki Apellyasiya Məhkəməsinə daxil olmuşdur. Beləliklə o, kassasiya şikayətini aldığı müddətdən qanunla müəyyən edilmiş iki aylıq müddətdən dəfələrlə çox keçdikdən sonra vermişdir. MPM-in 408.1.4-cü mаddəsində deyilir ki, kаssаsiyа şikаyəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və burаxılmış müddətin bərpа edilməsinə dаir vəsаtət təmin оlunmаmışsа, kаssаsiyа şikаyəti qаytаrılır. İddiaçı ərizə ilə məhkəmə kollegiyasına müraciət edərək uşağının xəstəliyi ilə bağlı vaxtında kassasiya şikayəti verə bilmədiyini göstərib, buraxılmış müddətin üzürlü hesab edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, X1 03.11.2018-ci il tarixdən 21.05.2019-cu il tarixə kimi kəskin bronxit diaq nozu ilə mütamadi olaraq ambulator müalicədə olmuşdur. İnci İslamovanın stasionar müalicədə deyil, ambulator müalicədə olmasını, iddiaçının 08 yanvar 2019-cu ilə kimi keçən müddətdə kassasiya şikayəti vermək ücün kifayət qədər vaxtı olmasını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, müddətin üzürlü səbəbdən ötürülməsi barədə ərizə təmin oluna bilməz. Beləliklə, məhkəmə kollegiyası bu nəticəyə gəldi ki, kassasiya şikayəti verilməsi üçün qаnunlа nəzərdə tutulmuş müddətə riаyət olunmadığına görə və onun bərpası üçün istinad edilən əsaslar üzürlü olmadıöından həmin kаssаsiyа şikаyəti düzgün olaraq geri qaytarılmalıdır. Kassasiya kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd edir ki, hazırkıişinfaktikihallarını tam, hərtərəflivəobyektivaraşdırmı ş vətərəflərarasındakımübahisəninhəlliüçüntətbiqedilməliolanmaddivəprosessualhüquqnorm alarınıdüzgüntətbiqetmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. İş üzrə Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 21.05.2019-cu il tarixli, 2(107)-2098/20 18 nömrəli qərardadı dəyişiklik edilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6179/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6179/2019
30.09.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver