Məhkəmə qərarları › İş №2(102)-618/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-618/2021

24.02.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-618/2021 24.02.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və X2 qarşı, “xxxx” KB ASC-nin və “X6 Azərbaycan” QSCnin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi iş üzrə QƏRARİ (Açar sözlər: ümumi borc üzərində ərin(arvadın) payının müəyyən edilməsi və belə borcların ödənilməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Quliyev Gündüz Ağababa oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Quliyeva Qumru Şahverən qızının katibliyi, Cavabdeh1 və vəkili X3 iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1744/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnam əsindən Cavabdeh1 və üçüncü şəxs “xxxx” KB ASC tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı oğlu ilə Cavabdeh1 xx xxxxxx 2015-ci ildə nikaha girmişlər, həmin tarixdən 2019-cu ilin mart ayına qədər birgə yaşamaqla ümumi təsərrüfat aparmışlar. Bu nikahdan xx xxxxxx 2016-cı il tarixdə Elif adlı qızları doğulmuşdur. 2. “X6 Azərbaycan” QSC-nin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən, həmin bankla İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsinə görə sonuncunun banka 1942,67 manat əsas, 112,61 manat faiz, 25,8 manat cərimə olmaqla, cəmi 2081,16 manat borcu vardır. 3. “xxxx” KB ASC-nin xx xxxxxx 2020-ci il tarixli maliyyə arayışına əsasən həmin b ankla İddiaçı arsında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə banka sonuncunun 2347,37 manat əsas, 42,51 manat faiz olmaqla, cəmi 2389,88 manat borcu vardır.

4. Nikah dövründə tərəflər birgə təsərrüfat hesabına ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobil əldə edərək, onu xx.xx.2018-ci il tarixdə Cavabdeh1 adına rəsmiləşdirilmişlər. 5. 30.03.2019-cu il tarixdə həmin avtomobil alqı-satqı müqaviləsi əsasında 6.000 manata X1. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək (iddia tələbi dəqiqləşdirilmişdir), ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobili üzərində onun payının dəyərinin əvəzi olaraq 3250 (üç min iki yüz əlli) manat məbləğin cavabdehlər tərəfindən ona ödənilməsi və xx.xx.2018-ci il tarixli “X6 Azərbaycan” ASC ilə bağlanmış, xx.xx.2018-ci il tarixli “xxxx” KB ASC ilə bağlanmış kredit müqavilələri üzrə qalan borcun onunla Cavabdeh1 ümumi borcu hesab edilməsi və qalan borcun (5852,53+2) yarısının 2926,26 manat məbləğinin Cavabdeh1 tərəfindən müvafiq banklara ödənilməsi, Cavabdeh1 hər iki müqavilə üzrə birgə borclu hesab edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.

7. İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, Cavabdeh1 sözügedən minik avtomobili barəsində uydurma alqı-satqı müqaviləsini guya artıq avtomobilin onun mülkiyyətində olmaması görüntüsünü yaratmaq məqsədilə bağlamışdır. Halbuki Cavabdeh1 niyyəti heç də avtomo bili özgəninkiləşdirmək (satmaq) olmamış, əksinə avtomobili faktiki olaraq öz mülkiyyətində saxlamaq olmuş və nəticədə alqı-satqı müqaviləsini kənar şəxslə deyil, məhz bacısı ilə bağlamışdır. Cavabdehlər birlikdə minik avtomobilini yenidən özgəninkiləşdirmək (satmaq) üçün mübahisə predmeti olan minik avtomobilini 6.500 (altı min beş yüz) manata satmaq üçün avtomobillərin alqı-satqısının internet üzərindən həyata keçirildiyi saytlardan birində elan veriblər. Həmçinin, o, Cavabdeh1 ilə nikahda olduqları müddətdə avtomobil almaq üçün maddi imkanları kifayət etmədiyindən kredit müqaviləsi bağlayaraq bankdan borc pul götürmüşlər. Belə ki, xx.xx.2018-ci il tarixində “X6 Azərbaycan 4150 (dörd min yüz əlli) manat, xx.xx.2018-ci il tarixində isə “xxxx” KB ASC-dən 3000 (üç min) manat məbləğində borc almışlar. Kredit müqaviləsində borcalan olaraq özü çıxış etmişdir. Nikahda olduqları dövrdə və faktiki nikah münasibətləri bitdikdən sonra bir neçə ay o, təkbaşına öz şəxsi mülkiyyətində olan əmlakın hesabına borcu ödəsə də, artıq bir neçə müddətdir ki, kredit borclarını ödəyə bilmir. Belə ki, Cavabdeh1 ilə birgə nikahdan olan övladı Elifin saxlanılması üçün aliment ödədiyindən, yaşlı valideynləri ilə birlikdə onların evində yaşayaraq onların qulluğunda durduğundan Cavabdeh1 ilə nikahda olduqları müddətdə onun mülkiyyətində olan, nikahdan öncə aldıqları evində yaşayırdılar. Faktiki nikah münasibətləri bitdikdən sonra Cavabdeh1 onun mülkiyyətində olan evinin açarlarını dəyişərək onun evə daxil olmağını və ondan istifadə etməsini məhdudlaşdırdığından hal-hazırda valideynlərinin evində yaşam aq məcburiyyətində qalmışdır. Maddi imkanı kredit borclarını ödəməyinə imkan vermir. Onların borclarının ümumi hesab edilməsi üçün həmin borcun ümumi olaraq yaranmasını əsas şərt olduğu məlumdur. Kredit müqavilələri bağlandıqdan qısa müddət sonra ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilinin alınması onu sübut edir ki, alınan borc ailənin birgə ehtiyacının ödənilməsinə sərf edilmişdir.

8. Cavabdeh1 birinci instansiya məhkəməsində iddiaya qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, 2019-cu ilin mart ayında avtomobildə ciddi nasazlıq yarandığından ustaya müraciət etməli oldu və onun təmiri üçün usta və ehtiyyat hissələrinə görə 1000 manat borcu yarandı, lakin iddiaçı bu pulu ödəmədi və onun da ödəmək imkanı yox idi. Bu səbəbdən avtomobili satmaq qərar ına gəlmişdir. Həmin vaxt cavabdehin bacısı da avtomobil almaq istədiyinə görə aralarında razılaşıb avtomobili 5.500 manata ona satmışdır. Əvvəldən ona olan 1.500 manat borcunu qaytarmadığına görə cavabdehə 4.000 manat pul ödədi. Bundan sonra həmin pulun 1000 manatını cavabdeh ustaya olan borcu ödəmişdir. Qalan 3000 manat pulu isə ailə ehtiyaclarına sərf etmişdir. Çünki, xx xxxx 2019-cu il tarixdə iddiaçı ilə aralarında ciddi münaqişə olduğuna görə işə gedə bilmədi və ona görə də onu işdən azad etdilər. Sırf bu səbəbdən bir müddət işsiz qaldı və dolanışığını bu vəsait hesabına qarşıladı. İddiaçı son dövrlər ailə ilə maraqlanmırdı və xx xxxx 2019-cu il tarixdən isə ümumiyyətlə, heç bir maddi dəstək göstərmədi və bu səbəbdən bütün yük cavabdehin üzərimdə qaldı. Ailənin, o cümlədən uşağın büt ün məsrəflərini cavabdeh təkbaşına qarşılayırdı. Ona görə iddiaçının həmin pulun bölünməsini tələb etməsi əsassızdır. Digər tərəfdən, həm də nəzərə alınmalıdır ki, geri qalan 3000 manatın 2000 manatı yuxarıda cavabdehə hədiyyə edilmiş qızılların dəyəridir. O isə onun ayrıca vəsaiti hesab olunduğuna görə məhz bu cəhətdən də iddia tələbi əsassızdır. Cavabdeh1 İddiaçı ilə banklar arasında bağlanmış kredit müqavilələrinin tərəfi deyil. Nə qədər ki, Cavabdeh1 kredit müqavilələrinin tərəfi deyil, həmin müqavilələr üzrə öhdəliyin icrası ondan tələb edilə bilməz. Bu isə o deməkdir ki, kredit borcunun Cavabdeh1 tərəfindən banka ödənilməsi barədə tələb iddiaya cavab verməli olmayan şəxsə qarşı verilmişdir. Bu cəhətdən də iddiaçı subyektiv hüquqa malik deyil.

9. Sumqayıt Şəhər Məhkəməsinin (hakim R.Q oşqarlı) xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1413/2020 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilinin dəyərinin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilməsi, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun Cavabdeh1 alınaraq İddiaçı ödənilməsi və iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir.

10. Məhkəmə mövqeyini belə əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh rəsmi nikahda olsalar da, faktiki olaraq ayrı-ayrı ünvanlarda yaşayırlar, birgə təsərrüfat aparmırlar. Ona görə də, Cavabdeh1 avtomobili satmasından iddiaçının məlumatı olmamışdır. İddiaçı avtomobilin dəyərini 6.500 manat kimi göstərsə də, alqı-satqı müqaviləsində a vtomobilin dəyəri 6.000 manat qeyd olunmuşdur. Odur ki, avtomobilin dəyəri kimi 3.000 manat məbləğində pul Cavabdeh1 alınıb İddiaçı verilməlidir. İddiaçı xx.xx.2018-ci il tarixdə “X6 Azərbaycan” QSC və xx.xx.2018-ci il tarixdə “xxxx” KB ASC ilə bağlanmış kredit müqavilələri üzrə qalan borcun tərəflərin ümumi borcu hesab edilib, mövcud borcun (5852,53+2) yarısının 2926,26 manat məbləğinin Cavabdeh1 tərəfindən müvafiq banklara ödənilməsi, Cavabdeh1 hər iki müqavilə üzrə birgə borclu hesab edilməsini xahiş etməsinə baxmayaraq, iddiaçı həmin kredit müqaviləsi üzrə götürdüyü kredit borcunu birgə nikah dövründə götürməsini və kreditlər bankdan götürülərkən həmin vəsaitin ailə ehtiyacları üçün sərf edilməsi barədə məhkəməyə heç bir sübut təqdim edə bilməmişdir. b) Apellyasiya instansiyası məhkəmə sindəki icraat

11. Apellyasiya məhkəməsi vurğulamışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsindən ancaq İddiaçı apellyasiya şikayəti verərək iddia tələbinin təmin edilməmiş - «kredit müqavilələri üzrə qalan borcun müştərək qaydada ödənilməsi tələbinə dair» hissəsini mübahisələndirmiş, lakin qətnamənin «Cavabdeh1 birgə nikah dövründə əldə olunmuş ** DB *** dövlət qeydiyyat nişanlı, “PEUGEOT 206” markalı minik avtomobilinin dəyərinin əvəzi olaraq 3000 (üç min) manat məbləğində pulun alınaraq İddiaçı ödənilsin» hissəsindən apellyasiya şikayəti verilməmiş və mübahisələndirilməmişdir. Ona görə də məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin İddiaçı verdiyi apellyasiya şikayətinin dəlilləri həcmində işin faktiki hallarını maddi və prosessual hüquq normalarına riayət ed ilməsini yoxlayır.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-T.Quliyev (sədrlik edən və məruzəçi), G.Tağızadə və L.Məmmədova) xx xxxxxx 2020-ci il tarixli, 2(105)-1744/20 nömrəli qətnaməsi ilə İddiaçı apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin xx xxxxxx 2020-ci il tarixli, 2(060)-1413/2020 saylı qətnaməsi İddiaçı münasibətdə qismən ləğv, iddia qismən təmin edilmiş, “X6 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış xx.xx.2018-ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat ödənilməli olan kredit məbləğləri İddiaçı və cavabdeh qızının ümumi (birgə) borcu hesab olunmuş, Cavabdeh1 mövcud kredit məbləğlərinin ödənilməsinə cəlb edilmiş, “X6 Azərbaycan” QSC və İddiaçı arasında bağlanmış xx/xx/2018-ci il tarixli kredit müqaviləsi üzrə 2081,16 manat və “xxxx” KB ASC və İddiaçı arasında bağlanmış 782nkFİL8/18 saylı tarixli kredit müqaviləsi üzrə 2389,88 manat məbləğində pul vəsaitinin yarısının İddiaçı və yarısının isə Cavabdeh1 tərəfindən ödənilməsi qət edilmişdir.

13. Məhkəmə Ailə Məcəlləsinin 36, 37, 41.1 və 41.2-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, kredit müqavilələri üzrə ödənilməmiş borc maliyyə arayışlarında qeyd olunan məbləğdə qəbul edilməlidir. Birinci instansiya məhkəməsi «kredit müqavilələri üzrə qalan borcun müştərək qaydada ödənilməsi» tələbinə dair işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edi lməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir. Kassasiya şikayətlərinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətlərinin dəlilləri 14. “xxxx” KB ASC kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin “xxxx” KB ASC ilə İddiaçı oğlu arasında bağlanmış 782nkFİL8/18 saylı kredit müqaviləsi üzrə 2.389,88 manat məbləğində qalıq borc vəsaitinin ½ hissəsinin İddiaçı və digər ½ hissəsinin isə Cavabdeh1 tərəfindən ödənilməsi hissəsində işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

15. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, Mülki Məcəllənin 390.1-ci maddəsindən göründüyü kimi tərəflər müqavilə bağlayarkən tamamilə azaddır və “xxxx" KB ASC ilə İddiaçı oğ lu arasında xx.xx.2018-ci il tarixli, 782nkFİL8/18 saylı müqaviləsi bağlanarkən Bank onun həmin dövrə kredit tarixçəsini, maddi vəziyyətini, ödəniş qabiliyyətini, müntəzəm aylıq gəlirlərini və ona kreditin ayrılıb-ayrılmayacağını araşdırmaqla İddiaçı oğluna kredit ayrılmışdır. Həmin kreditə görə digər şəxsin məsuliyyət daşımasına gəldikdə isə tərəfin qeyd etdiyi kimi məbləğin 1/2 hissəsi onun keçmiş həyat yoldaşı Cavabdeh1 tələb oluna bilməz, çünki əgər Cavabdeh1 kredit üçün müraciət etsəydi Bank onun ödəniş qabiliyyəti, kredit tarixçəsi, müntəzəm aylıq gəlirlərini nəzərə alıb, bəlkə də heç kredit də verməyəcəkdi. Yəni Bank istənilən şəxslə kredit müqaviləsini rəsmiləşdirərkən, borclunun fərdi olaraq maddi vəziyyətini və ödəniş qabiliyyətini mütləq qaydada nəzərə alır. Bir halda ki, rəsmi nikahda olan hər hansı bir fiziki şəxs Bankla istehlak krediti müqaviləsini bağlayarkən digər həyat yoldaşının razılığı tələb olunmursa, onda hüquqi məntiqlə həmin kredit birgə nikah dövründə əldə olunmuş birgə öhdəlik (passiv) kimi qiymətləndirilə bilməz. Belə ki, kredit müqaviləsi üzrə öhdəliklər heç bir halda digər şəxsdən tələb oluna bilməz. Müqavilədəki öhdəliklərə görə müqaviləni imzalayan şəxs məsuliyyət daşıyır. Məhkəmə tərəfindən öhdəliyin kreditorun razılığı olmadan digər şəxsin üzərinə qoyulması qeyriqanunidir. Mülki qanunvericiliyin tələblərinə görə kredit müqaviləsi üzrə öhdəlik müqavilə tərəfi olan cavabdeh İddiaçı oğlu tərəfindən tam olaraq icra edilməlidir. Digər tərəfdən İddiaçı oğlu istehlak məqsədləri üçün öz adına alınmış kredit müqaviləsi üzrə ödəyəcəyi məbləğin ½ hiss əsini ayrıca iddia icraatı qaydasında Cavabdeh1 tələb etmək hüququna malikdir və bunu istədiyi zaman məhkəmə qaydasında reallaşdıra bilər. Qanunvericilikdə ər-arvadın ümumi öhdəliyini icra edən ərin və ya arvadın digər tərəfə qarşı ona məxsus pay həddində tələb irəli sürmək hüququ birbaşa nəzərdə tutulmasa da, qadağan olunmamışdır. Belə olan halda İddiaçı oğlu bu hüquqdan yararlanaraq məhkəməyə müraciət edə bilər.

16. Cavabdeh1 kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı bankdan götürdüyü kredit borclarının avtomobilə görə ödənilməsini və ya həmin borcla ailənin digər ehtiyaclarının ödənilməsini mötəbər sübutlarla sübuta yetirməlidir. Lakin, işdən göründüyü kimi, kredit vəsaitlərini n xərclənməsi istiqaməti barəsində iddiaçı tərəfindən hər hansı sübut təqdim edilməyərək həmin vəsaitin hara və nə üçün xərclənməsi qeyri-müəyyən olmuş, məhkəmə araşdırmasında isə həmin vəsaitin tərəflərin birgə nikah dövründə ailənin ehtiyacları üçün xərclənməsi sübut edilməmişdir. b) Kassasiya şikayətlərinə qarşı etirazın dəlilləri

18. Kassasiya şikayətlərinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

19. Məhkəmə iclasında iştirak edən cavabdeh və vəkili, kassasiya şikayətinin dəlillərini müdafiə edərək, onun təmin olunmasını xahiş etdilər.

20. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digər şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçü n Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

21. Maddə 36.1. Ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir.

22. Maddə 36.3. Mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir.

23. Maddə 36.5. Məhkəmə, ər-arvadın ailə münasibətlərinə xitam verdiyi və ayrı yaşadığı dövrdə hər birinin qazandığı əmlakı onların hər birinin mülkiyy əti hesab edə bilər.

24. Maddə 37.1. Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir.

25. Maddə 37.3. Ümumi əmlak bölünərkən ər-arvadın ümumi borcları onun payına uyğun olaraq müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

26. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

27. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, ö hdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

31. Məhkəmə kollegiyası, qətnaməni kassatorların mübahisələndirdiyi hissələrdə yoxlamışdır. Başqa sözlə, aşağıda aparılan hüquqi dəyərləndirmə kassasiya şikayətlərinin həddi və dəlilləri ilə bağlıdır.

32. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, iddianın banklara olan borc üzərində cavabdehin yarı payının müəyyən edilməsi hissələrində apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Həmin hissədə iş üzr ə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya səhv tətbiq olunması halları müəyyən edilmir.

34. Belə ki, iddiaçının banklardan borc almasına dair kredit müqavilələri tərəflərin birgə nikahı dövründə, yəni 2018-ci ilin 11 iyun və 04 sentyabr tarixlərində bağlanmışdır. Həmin ərəfədə tərəflər nikah əsasında ailə kimi birlikdə yaşadıqlarından birgə təsərrüfat aparmaları və bu səbəbdən kredit borcunu hansının götürməsindən asılı olmayaraq, vəsaitin ailənin ehtiyaclarına xərcləndiyi ehtimal edilir. Bu baxımdan kredit vəsaitinin ailənin ehtiyaclarına sərf olunmasını sübut etmək yükü iddiaçının üzərinə düşmür. Odur ki, kredit vəsaitinin ailənin məsrəfləri üçün yox, başqa məqsədlərə xərcləndiyini iddia edən tərəf kimi cavabdeh öz etirazının əsasları nı sübuta yetirməlidir.

35. Buna baxmayaraq cavabdeh həmin halları təsdiqləyən mötəbər sübutları məhkəmələrə təqdim etməmişdir. Halbuki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırır və onlardan istifadə edir, cavabdeh öz etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir (§ 28-29).

36. Oxşar mövqe Avropa Məhkəməsinin təcrübəsində də öz əksini tapmışdır. Belə ki, Mahmudov Rusiya Federasiyasına qarşı iş üzrə xx xxxx 2007-ci il tarixli qərarında göstərilmişdir ki, Konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm movcudluğundan, həmçinin təkzib olunmaz oxşar ehtimallarından irəli gələ bilər.

37. Sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi, həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər şəkildə aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir. İd dia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər.

38. Belə olan halda, iddianın banklara olan borc üzərində cavabdehin yarı payının müəyyən edilməsi hissəsində apellyasiya məhkəməsinin gəldiyi nəticə hüquq normalarına uyğundur. Çünki, ümumi əmlak bölünərkən ər-arvadın ümumi borclarının onların payına uyğun olaraq müəyyən edilməsi qanunda nəzərdə tutulmuşdur (§ 25).

39. Odur ki, həmin hissədə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Ona görə də, Cavabdeh1 kassasiya şikayəti bu hissədə təmin edilməməlidir.

40. Bununla belə, məhkəmə kollegiyası hesab edir ki, qətnamə Cavabdeh1 kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi, banklara olan borcun yarısının Cavabdeh1 tərəf indən ödənilməsi hissəsində əsaslı deyil.

41. Ona görə ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn qanuni əsasın tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin əsasın dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Əgər irəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilir. İkinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

42. Hazırkı işdə Cavabdeh1 kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi, banklara olan borcun yarısının onun tərəfindən ödənilməsi tələblərinin, başqa sözlə cavabdehin belə bir öhdəliyinin hüquqi əsası göstərilməmişdir.

43. Məlum olduğu kimi öhdəliyə əsasən borclu, kreditorun xeyrinə müəyyən hərəkəti etməli (pul ödəmək, xidmətlər göstərmək və s.), yaxud müəyyən hərəkətdən çəkinməlidir. Öhdəlik ya qanundan (zərər vurma, əsassız varlanma və s.), ya da müqavilədən irəli gəlir (§ 26-27).

44. Hazırkı işdə isə cavabdehin hələ ödənilməmiş kredit borclarına görə iddiaçı və ya adları çəkilən banklar qarşısında nə müqavilədən, nə də qanundan irəli gələn öhdəliklərinə dair sübut təqdim olunmamışdır.

45. Nəzərə alınmalıdır ki, sözügedən kredit borcları üzərində cavabdehin bərabər payının müəyyən edilməsi, həmin b orcların yarısının onun tərəfindən banklara ödənilməsinə əsas təşkil etmir. Belə ki, mövcud öhdəlik üzrə cavabdehin payının təsbit olunması o hüquqi nəticəni yaradır ki, borc (və ya onun bir qismi) iddiaçı tərəfindən ödənildiyi halda, məhz ödənilmiş məbləğin yarısı, özü də ödəyən iddiaçı tərəfindən Ailə Məcəlləsinin 37.3-cü və Mülki Məcəllənin 1092.1-ci (əsassız varlanma) maddələri əsasında cavabdehdən tələb edilə bilər. Odur ki, müvafiq borc məbləği iddiaçı tərəfindən kreditor banklara ödənilmədiyi halda cavabdehin əmlakının passivi (öhdəliyi) azalmır, yəni o varlanmış sayılmır. Belə olan təqdirdə, hansı qaydalar (hüquqi əsas) çərçivəsində cavabdehdən pulun tutulması və ya onun pul ödəməyə məcbur edilməsi apellyasiya məhkəməsi tərəfindən əsaslandırılmamışdır.

46. Kollegiya onu da bildirir ki, kredit borclarının yarısının Cavabdeh1 tərəfindən ödənilməsinin qət edilməsi kredit müqaviləsi üzrə borclu İddiaçı həmin həcmdə borcu banklara geri qaytarmaq öhdəliyindən azad olması kimi başa düşülə bilər. Halbuki, İddiaçı kredit müqavilələrinin tərəfi olan əsas borcludur, kreditorun isə yalnız müqavilənin tərəfi kimi ona qarşı tələb hüququ yaranmışdır.

47. Nəzərə alınmalıdır ki, tələb hüququ üçün (o cümlədən borc müqaviləsi üzrə) səciyyəvi olan əlamətlərdən biri həmin hüququn nisbi xarakter daşımasıdır. Yəni, hər kəsə qarşı irəli sürülə bilən əşya hüquqlarından fərqli olaraq, tələb hüququ pozulduğu təqdirdə, yalnız müqavilənin tərəfi olan şəxsə qarşı irəli sürülə bilər. Hazırkı işdə isə banklarla bağlanmış kredit müqavilələrinin tərəfi Cavabdeh1 yox, İddiaçıdur. Bu hallar ona dəlalə t edir ki, borc münasibətləri banklarla cavabdeh arasında deyil, banklarla iddiaçı arasında arasında yaranmışdır. Ona görə də, öhdəliyin icrası gecikdirildikdə bankların kredit müqavilələri üzrə borclu İddiaçı öhdəliyin tam icrasını tələb etmək hüquqları aradan qaldırıla bilməz.

48. Qeyd olunanlara əsasən Kollegiya bu qənaətə gəlir ki, Cavabdeh1 və “xxxx” KB ASC-nin kassasiya şikayətləri cavabdehin kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi və banklara olan borcun yarısının onun tərəfindən ödənilməsi hissəsində əsaslıdır. Ona görə də, qətnamə həmin hissədə ləğv edilməli və yeni apellyasiya baxışına qaytarılmalıdır.

49. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 kassasiya şikayəti qismən, müstəqil tələb irəl i sürməyən üçüncü şəxs “xxxx” KB ASC-nin kassasiya şikayəti tam təmin edilsin. Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-1744/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsi Cavabdeh1 kredit məbləğlərinin ödənilməsinə cəlb edilməsi və banklara olan borcun yarısının Cavabdeh1 tərəfindən ödənilməsi hissəsində ləğv edilsin, iş həmin hissədə yeni apellyasiya baxışına göndərilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar