Məhkəmə qərarları › İş №2(102)-6181/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6181/2022

13.12.2022 · Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Torpaq üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6181/2022 13.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı iş üzrə QƏRARİ Açar sözlər: müqavilə öhdəliyinə əsaslanan pul tələbi, preyudisiya. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3nə qarşı "pulun ödənilməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2929/2022 nömrəli, 05 sentyabr 2022-ci il tarixli qətnaməsindən iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üz rə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanında yerləşən 0,049662 ha torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2008-ci il tarixdə qeydiyyata alınmışdır.

2. İddiaçı həmin torpaq sahəsini xx.xx.2015-ci ildə bağlanmış və notariat qaydada təsdiqlənmiş AN-1 ******* saylı alğı-satqı müqaviləsi əsasında Cavabdeh1 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata satmışdır. Müqavilə bağlanarkən İddiaçı etibarnamə üzrə nümayəndəsi X7 təmsil etmişdir.

3. Eyni zamanda xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılan sənəd tərtib olunmuşdur. Sənədin məzmunu ondan ibarətdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək prospekti ünvanda X7 0.049662 ha torpaq sahəsini Cavabdeh1 satır. Cavabdeh1 həmin torpaq sahəsini 200.000 ABŞ dollarına alır. Cavabdeh1 YYY ödənişi aşağıdakı kimi olur: a) ünvan 1 ünvanda (123.81 kv.m, 3- cü mərtəbə) mənzil X1 Babəkin adına rəsmiləşdirir. Mənzilin dəyəri 105.238 AZN-dir. Rəsulzadə Babəkin adına 84.000 AZN pul ödəyir. Rəsulzadə Babək bu mənzilə görə 21.238 AZN "xxxx" MTK-ya borclu qalır. b) Nəğd olaraq 40.000 (qırx min) dollar ödəyib. c) Qalan (200.000 dollar - 40.000 dollar - 80.000 dollar) 80.000 dollar pulu noyabr ayının sonuna kimi YYY hissə-hissə ödəyir. Müqavilə imzalandığı andan qüvvəyə minir.

4. Müqavilə “borc müqaviləsi” adlandırılmış, imza qrafalarında “borc verən” və “borc alan” deyil, “satıcı” və “alıcı” kimi qeyd olunmuş, satıcı qismində “Rəsulzadə.R.R. ”, alıcı qismində “Cavabdeh1” göstərilmiş, müqavilə Cavabdeh2 tərəfindən imzalanmış, onun imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur.

5. X7 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, əsas borcun qalıq hissəsi üzrə 55000 ABŞ dolları, illik faiz dərəcəsi ilə hesablanan faiz olaraq 4851,40 ABŞ dollarının alınması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Eyni zamanda Cavabdeh2 qarşılıqlı iddia ərizəsi verərək, xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı alğısatqı müqaviləsinin etibarsız sayılmasını xahiş etmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi ilə iddia tələbləri təmin edilməmişdir. Həmin qətnamədən verilmiş apelyasiya və kassasiya şikayətləri müvafiq olaraq Bakı Apellyas iya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı ilə təmin edilməmişdir.

6. Həmin iş üzrə məhkəmələrin mövqeyi ondan ibarət olmuşdur ki, İddiaçı (satıcı) ilə Cavabdeh1 (alıcı) arasında 12 sentyabr 2015-ci il tarixdə Bakı şəhəri, Nizami rayonu, Babək prospektində ümumi sahəsi 0,049662 ha torpaq sahəsinin 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manat müqabilində alqı-satqısına dair notarial qaydada müqavilə bağlanmış, müqaviləni satıcının adından etibarnamə əsasında iddiaçı imzalamışdır. Göründüyü kimi, alğı-satqı münasibətləri iddiaçı ilə Cavabdeh1 arasında deyil, digər şəxs İddiaçı ilə Cavabdeh1 arasında yaranmışdır. Ona görə də, iddiaçı həmin müqavilədən irəli gələn tələbləri öz adı ndan irəli sürmək hüququna malik deyildir.

7. Digər tərəfdən, apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, iddiaçı iddia tələbinin əsası kimi 12 sentyabr 2015-ci il tarixli «Borc müqaviləsi» adlandırdığı sənədə istinad etmişdir. Həmin sənəddən görünür ki, imza edən şəxslər qismində iddiaçı və Cavabdeh1 göstərilsə də, müqavilə iddiaçı və Cavabdeh2 (Cavabdeh1 atası) tərəfindən imzalanmış, Cavabdeh2 imzasının üzərində "xxxx" MMC-yə məxsus möhür vurulmuşdur. Məhkəmə qeyd etmişdir ki, borc müqaviləsində Cavabdeh2 və ya "xxxx" MMC barəsində hər hansı müddəa və ya öhdəlik müəyyən olunmamışdır. Həmçinin bu sənəd tərtib olunma baxımından da kifayət qədər qüsurludur. Belə ki, sənədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının oğluna verilmə si, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd «borc müqaviləsi» adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz. Sənəddə torpaq sahəsinin Cavabdeh1 200000 ABŞ dollarına satılması və onun dəyərinin ödənilməsi qaydası ilə bağlı müddəalar vardır. Halbuki, qanunverici daşınmaz əmlakların, o cümlədən torpaq sahəsinin özgəninkiləşdirilməsi qaydasına və formasını dəqiq müəyyən etmişdir ki, bunun da sadə yazılı formada («borc müqaviləsi» adı ilə və s.) rəsmiləşdirilməsi heç bir hüquqi nəticə yarada bilməz. Eyni zamanda, mübahisəli torpaq sahəsinə dair alqı-satqı müqaviləsi İddiaçı ilə Cavabdeh1 arasında 12 sentyabr 2015-ci il tarixdə bağlanmış və notariat qaydasında təsdiq olunmuşdur. Qeyd edilən alqı-satqı müqaviləsində göstərilən pul vəsaitinin (satılmış torpaq sahəsinin dəyəri) isə ödənilməsi sahəsində mübahisə yoxdur.

8. Bundan sonra iddiaçılar İddiaçı və X7 Cavabdeh1 (üçüncü şəxs 2 saylı Bakı "Asan Xidmət” Mərkəzində notariat kontoru) Bakı şəhəri Nizami rayonu Babək prospektində yerləşən ümumi sahəsi 0,049662 ha olan torpaq sahəsinin satılması barədə xx.xx.2015-ci il tarixli AN-1 ******* saylı alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında daşınmaz əmlakın dövlət reyestri xidməti tərəfindən verilmiş mülkiyyət hüququna dair çıxarışın e tibarsız hesab edilməsini xahiş etmişdir. Həmin iddia tələbi Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(004)-2843/2021 saylı qətnaməsi ilə təmin edilməmişdir. Həmin iş üzrə məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, hazırkı halda Cavabdeh1 bağladığı əqdə münasibətdə vicdanlı olmuş, əqdin legitimsizliyi barədə onda hər hansı şübhə olmamış və əqd üzrə üzərinə düşənləri edərək, torpaq sahəsinin dəyərini ödəməklə əldə etmiş, torpaq sahəsinə dair hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydə aldırmışdır. Bununla da vicdanlı əldə edən kimi cavabdeh iddiaçıya nisbətdə daha üstün hüquqi mövqeyə çıxmışdır. Alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, onun əsasında cavabdehin adına verilmiş çıxarışın ləğv edilməsi və torpaq sahəsinin İddiaçı mülkiyyətinə qayta rılması üçün qanuni əsaslar mövcud deyildir. İddiaçı nümayəndəsi və vəkili məhkəmə iclasında tərəflərin torpaq sahəsini 200.000 ABŞ dollarına satmağa razılaşdıqlarını, torpaq sahəsinin dəyərindən 145.000 ABŞ dollarının ödənildiyini, 55.000 ABŞ dolları borcun ödənilmədiyini iddia etsə də, bu halı təsdiq edən mötəbər yazılı sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əksinə notariat qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. xx.xx.2015-ci il tarixli müqavilədə göstərilən 80.000 ABŞ dollarının (84.000 manatın) satıcıya ödənildiyini iddiaçılar özləri də təsdiq edirlər. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci inst ansiya məhkəməsində icraat

9. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və “Yusifoğluİnşaat" MMC-yə (bundan sonra cavabdehlər) qarşı “pulun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 55000 ABŞ dolları məbləğində əsas borcun, 5000 ABŞ dolları məbləğində faiz borcunun və 5000 ABŞ dolları dəbbə pulunun tutularaq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

10. İddia onunla əsaslandırılmışdır ki, 2015-ci ildə cavabdehlər ona müraciət edərək həmin torpaq sahəsinin daxil olduğu ərazidə hündürmərtəbəli yaşayış binası inşa etmək istədiklərini, bu məqsədlə həmin torpağı da almaq istədiklərini bildirmişlər. Həmin torpaq sahəsi ilə bağlı X6 etibarnamə ilə bütün səlahiyyətləri vermişdir ki, onun adından danışıqlar aparsın. Cavabdehlərlə razılıq əldə edilərək torpaq sahəsi 200.000 ABŞ dolları məbləğində qiymətləndirilmişdir. Cavabdeh tərəf bildirmişdir ki, həmin məbləği birdəfəlik qaydada ödəmək imkanı yoxdur, əvvəlcədən yalnız 40000 ABŞ dolları beh kimi verə bilərlər, bununla belə torpaq təcili şəkildə sənədləşdirilməlidir ki, tikinti işlərinə başlamaq mümkün olsun. Adından danışıqlar aparan X7 bu şərtə razılıq vermiş, humanistlik edərək cavabdehləri düşdükləri çətin vəziyyətdən çıxarmağa razı olmuşdur. Bundan sonra cavabdeh X8 ilə xx.xx.2015-ci il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, torpağın qiyməti şərti olaraq 80000 ABŞ dolları kimi göstərilmiş, həmin pulun alıcıdan satıcıya dövriyyəsi barədə formal sənədləşdirmə aparılmış, torpaq cavabdeh X2 adına rəsmiləşdirilmişdir. Amma alğı-s atqı müqaviləsində göstərilən 80000 ABŞ dolları X6 ödənilməmişdir. Həmin gün nümayəndəsi cavabdehlərlə birlikdə Cavabdeh2 ofisinə gedərək orada öz aralarında ikinci müqaviləni, yəni borc müqaviləsini tərtib və təsdiq etmişlər. Həmin müqavilədə göstərildiyi kimi, ilkin olaraq cavabdehlər tərəfindən 40000 ABŞ dolları beh verilmiş, 80000 ABŞ dollarının ödənilməsi əmlak verməklə, yəni naturada həyata keçirilmiş və ünvan 1 ünvanda yerləşən 123,81 kv.m. sahəsi olan mənzil nümayəndəsinin oğlu Rəsulzadə Babəkin adına rəsmiləşdirilmişdir. Borc müqaviləsində cavabdehlər öhdəlik götürmüşlər ki, qalıq 80000 ABŞ dollarını 2015-ci ilin noyabr ayına kimi ödəyəcəklər. Borc müqaviləsi X7 və cavabdehlər tərəfindən imzalanaraq təsdiq edilmişdir. Bundan sonra cavabdehlər tərəfindən həmin borcdan 25000 ABŞ dol ları xx.xx.2015-ci ildə ödənilmiş və bu barədə borc müqaviləsinin cavabdehlərdə qalan nüsxəsində qeyd edilmişdir. Cavabdehlər qalan 55000 ABŞ dollarını da ödəyəcəkləri barədə öhdəlik götürmüş, lakin aylar keçsə də, həmin borcu ödəməmişlər. Torpağın dəyərinin ödənilməyən hissəsinin YYY tərəfindən məhkəmə qaydasında tələb edilməsi, amma bu tələbin YYYin öz adından tələb etmək üçün subyektiv hüququnun olmaması əsası ilə rədd edilməsi barədə 2021-ci ilin mart-aprel aylarında xəbər tutmuş, bu barədə YYY ona məlumat vermiş və Ali Məhkəmənin qərarını təqdim edərək öz adından tələb irəli sürməli olduğunu bildirmişdir. Mübahisənin mahiyyəti odur ki, cavabdehlər onlara olan inamından suiistifadə edərək ona məxsus torpaq sahəsini müştərək qaydada ələ keçirmiş, ona zərər vurmuşlar. Cavabdehlər tərəf indən qalıq 55000 ABŞ dolları borc etiraf olunmuşdur. Belə ki, Cavabdeh3 MMCnin möhürü və Cavabdeh2 imzası ilə təsdiq olunan yazılı iltizamla etiraf edilmişdir ki, ona məxsus torpaq sahəsinin satılması ilə bağlı 55000 ABŞ dolları borcları vardır və həmin borc məbləği ödəniləcəkdir. Lakin bu günə qədər cavabdehlər bu pulu iddiaçıya ödəməmişlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 ata-oğuldurlar. Cavabdeh3 MMC-ni Cavabdeh2 təsis etmiş və baxmayaraq ki, X3 cəmiyyətdə qanuni təmsilçidir, faktiki olaraq cəmiyyəti atası ilə birlikdə idarə edir. Yəni həmin cəmiyyət elə onlara aiddir. Cavabdehlər öz borclarını ödəməmək, izi azdıraraq məsuliyyətdən yayınmaq üçün ən müxtəlif üsullara əl atmış, torpağa dair alğı-satqı müqaviləsini bir cavabdeh imzalamış, həmin torpaqda tikintini cəmiyyət həyata keçirm iş, borcun etirafı haqqında sənədi isə MMC-nin möhürü və təsisçinin imzası ilə tərtib etmişlər. Bütün bunlar mülki məsuliyyətdən yayınmaq, borcu ödəməmək üçün atılan qarışıq addımlardır.

11. Cavabdeh1 iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia ərizəsi yalan məlumatlara əsaslanmaqla, iddia tələbi hüquqi cəhətdən heç bir əsasa malik deyildir. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 nömrəli qərarı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-2843/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qətnaməsi hazırda iddiaçının iddia ərizəsi üzrə preyudisial xarakter daşıdığı üçün nəzərə alınmalı və iddia tələbi rədd edilməlidir. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən torpaq sahəsi mülkiyyətçi İddiaçı (onun nümayəndəsi X7) ilə Cavabdeh1 arasında xx. xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alğı-satqı müqaviləsi əsasında cavabdehə 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata satılmış və xx.xx.2016-cı il tarixdə ******* nömrəli çıxarışla tam mülkiyyətinə verilmişdir. Cavabdehlə iddiaçı arasında bağlanmış borc müqaviləsi isə heç bir hüquqi nəticə doğurmayan, yəni Mülki Məcəllənin 340.1-ci maddəsinə uyğun olaraq hüquqi nəticələr yaratmaq niyyəti olmadan, yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmçinin, iddia ərizəsində göstərilən 200.000 ABŞ dolları borc öhdəliyinin yerdə qalan 80.000 ABŞ dollarının ödənilməsi barədə öhdəliyə gəlincə iddiaçı X7 xx.xx.2015-ci il tarixində hal şahidləri X13 və X4 iştirakı ilə sözügedən torpaq sahəsini 115000 ABŞ dolları və 15000 manat ödənildikdən sonra Cavabdeh2 satmağı öhdəsinə götürmüşdür. Qeyd etmək lazımdır ki, bu məbləğ torpaq sahəsinin banka olan borcunun ödənilməsinə əsasən müəyyənləşdirilmişdir. Lakin iddiaçı üzərinə götürdüyü bu öhdəliyi icra etməkdən boyun qaçırmış və xx.xx.2015-ci il tarixli müqavilədə göstərdiyi cəmi 10000 manat artıq almasına baxmayaraq, torpaq alğı-satqısı həyata keçirilən zaman cavabdehə üzərinə götürdüyü öhdəlikdən boyun qaçırmaqla təsir göstərərək yeni borc müqaviləsini bağlamağa məcbur etmişdir. Artıq buna görə müəyyən xərc çəkmiş cavabdeh uydurma əqdi bağlamağa məcbur olmuşdur. Həmçinin cavabdeh iddiaçıya həm torpaq alğı-satqısından əvvəl, həm də sonra müxtəlif vaxtlarda xx.xx.2015-ci il tarixdə 5000 manat (5000 dollar), xx.xx.2015-ci il tarixində 5000 manat (5000 dollar), xx.xx.2015-ci il tarixində 84000 manat (80000 d ollar), xx.xx.2015-ci il tarixində 21000 manat (20000 dollar), xx.xx.2015-ci il tarixində 21000 manat (20000 dollar), xx.xx.2015-ci il tarixində 26200 manat (25000 dollar), cəmi 162000 manat (145000 dollar) almaqla, həm xx.xx.2015-ci il tarixli müqavilə ilə razılaşdırılmış məbləğdən həm də torpaq sahəsinin mülkiyyətçisi İddiaçı ilə Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli AN-İ ******* nömrəli alqı-satqı müqaviləsində müəyyən edilmiş məbləğdən artıq pulu müxtəlif vasitələrlə aldadaraq əldə etmiş və cavabdehə 78000 manat zərər vurmuşdur. Qeyd olunan vəsaitlərin alınması həm bilavasitə sənədlərlə, həm də iddiaçının iddia ərizəsində göstərilir, belə ki, iddiaçı özü də təsdiq edir ki, cavabdehdən müxtəlif vaxtlarda cəmi 145000 ABŞ dolları almışdır. Göründüyü kimi iddiaçının iddia tələbi tama milə qanunsuz və əsassızdır. Yuxarıda göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Cavabdeh1 vəkili və nümayəndəsi Nümayəndə iddia müddətinin tətbiqi barədə ərizə ilə məhkəməyə müraciət edərək göstərmişdir ki, iddiaçı tələbinin əsası kimi xx.xx.2015-cu il tarixli borc müqaviləsinə istinad etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Göründüyü kimi, müqavilə tələbləri üzrə iddia müddəti 3 il təşkil etsə də, bu müddət ötürüldükdən sonra iddiaçı məhkəməyə müraciət etmişdir. Yuxarıda göstərilənlərə əsasən iddia müddəti keçdiyi üçün iddia ərizəsi üzrə iddia müddəti tətbiq edilərək, iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xah iş etmişdir.

13. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il qərardadı ilə (hakim T.Axundov) iddiaçının cavabdehlərə qarşı “pul tələbinə dair” mülki iş üzrə cavabdehlərin (tərəflərin) hərəkətlərində cinayət əlamətlərinin olub-olmamasının araşdırılması üçün xüsusi qərardad çıxarılması və qərardadın təsviri hissəsində göstərilən hərəkətlər barədə Bakı şəhəri Nizami Rayon Prokurorluğuna məlumat verilməsi qərara alınmışdır.

14. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin (bundan sonra birinci instansiya məhkəməsi) 2(004)-145/2022 saylı, 27 yanvar 2022-ci il tarixli qətnaməsi ilə (hakim T.Axundov) iddia rədd edilmişdir.

15. Birinci instansiya məhkəməsi işin faktiki hallarına əsasən qeyd etmişdir ki, iddiaçı tərəfindən hər hansı məbləğin Cavabdeh1 borc verilməsi, cavabdehlə aralarında borc münasibətlərinin olması sübuta yetirilməmiş, həmçinin aparılmış araşdırma zamanı Cavabdeh1 tərəfindən Cavabdeh2 onu təmsil etməsi ilə bağlı hər hansı səlahiyyət verməsi müəyyən olunmamışdır.

16. Həmçinin, birinci instansiya məhkəməsi bildirmişdir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktları n mövcud olmadığına dair ehtimal ortaya çıxır.

17. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iş üzrə təqdim olunmuş, iddiaçının tələbinin əsası kimi istinad etdiyi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırdığı sənədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqısatqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 borc pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətlənd irilə bilməz. Əksinə notarial qaydada təsdiq edilmiş xx.xx.2015-ci il tarixli daşınmaz əmlakın alğı-satqısı barədə müqavilə ilə təsdiq edilir ki, tərəflər torpaq sahəsini 80.000 ABŞ dollarına (84.000 manata) satmağa razılaşmışlar və alıcı həmin məbləği satıcıya tam şəkildə ödəmişdir. Beləliklə, məhkəmə sübuta yetirilməyən tələbi əsaslı hesab edə bilməz. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, iddia tələbi əsassız hesab edilməli və rədd edilməlidir.

18. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14, 14.2, 386.1, 739-cu, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1, 9, 80, 89.3, 106.1, 359.1, 362.1-ci maddələrinə, Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı xx.xx.2007-ci il tarixli, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki İşlər Üzrə Məhkəmə Kollegiyasının xx.xx.2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli və “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli qərarlarına istinad edərək əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsində icraat

19. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəm əsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

20. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir. Birinci instansiya məhkəməsi xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” sənədini qüsurlu hesab etmiş, daşınmaz əmlakın özgəninkiləşdirmə qaydasının və formasının dəqiq müəyyən edildiyini, daşınmaz əmlaka dair sadə yazılı formada müqavilə bağlanılmasının hüquqi nəticə yaratmadığını qeyd etmişdir. Məhkəmənin gəldiyi bu nəticə tam qanunsuz və əsassızdır. Belə ki, tərəflər arasında tərtib edilən həmin müqavilə daşınmaz əmlakın alğı-satqı müqaviləsi yox, həmin alğı-satqıdan irəli gələn öhdəliklərin rəsm iləşdirilməsi müqaviləsidir. Məhkəmənin həmin müqaviləni sırf borc müqaviləsi kimi qiymətləndirməsi və cavabdehlərin iddiaçıdan borc almamasını əsas götürüb iddianı rədd etməsi tam əsassız nəticədir. Məhkəmə iddiaçının izahatını düzgün qiymətləndirməmiş, işin hallarını nəzərə almamışdır. İddiaçı tərəflər arasındakı razılaşmanın bütün təfərrüatını məhkəməyə bildirmiş və həmin sənədin hansı səbəblərə görə tərtib edildiyini də qeyd etmişdir. Belə olan halda məhkəmə Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 404-cü maddəsinin tələblərini kobud şəkildə pozmuşdur. Məhkəmənin hüquqi əhəmiyyət kəsb etməyən sənəd kimi qiymətləndirdiyi həmin müqavilə birdən-birə, təsadüfən tərtib edilməyib. Həmin sənəd özündə həmin torpağın alğı-satqı şərtlərini ehtiva etmişdir. Həmin sənədi məhkəmə hüquqi nəticə kəsb etməyən sənəd kimi qiymətləndirsə də, cavabdeh tərəf həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəmişdir. Məhkəmə bu mənada Mülki Məcəllənin 404.2-ci maddəsində qeyd olunduğu kimi, həmin müqavilə üzrə tərəflərin sonrakı hərəkətlərini nəzərə almamış, onlara düzgün hüquqi qiymət verməmişdir. Həmçinin, birinci instansiyası məhkəməsi cavabdeh tərəfin xx.xx.2015-ci ildə eyni gündə həm alğısatqı müqaviləsi, həm də borc müqaviləsini imzalamasına dair izahatına da düzgün hüquqi qiymət verməmiş, bu izahatı iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlamamış və qiymətləndirməmişdir. Birinci instansiyası məhkəməsi eyni gündə - xx.xx.2015-ci ildə həm alğısatqı müqaviləsinin, həm də borc müqaviləsinin bağlanmasının səbəblərini, borc müqaviləsində məhz həmin torpaq sahəsində tikinti inşa edən "xxxx" MMC-nin möhürünün vurulmasının səbəblərini araşdırmamışdır. Məhkəmə sonradan iddiaçıya pul ödənilməsinin, ona ev verilməsinin səbəblərini də araşdırmamış, bu fakta işin digər halları ilə birlikdə düzgün hüquqi qiymət verməmişdir.

21. Məhkəmə icraatı zamanı Bakı Apellyasiya Məhkəməsinin 2(103)-2929/2022 saylı, 13 aprel 2022-ci il tarixli qərardadı ilə satılmış əmlakın qiymətinin müəyyən olunması üçün qiymətləndirmə təyin edilmiş, rəyin verilməsi "xxxx" Qiymətləndirmə Şirkəti MMC-yə həvalə edilmişdir. MBA LTD” Qiymətləndirmə Şirkəti MMC-nin rəyi ilə müəyyən edilmişdir ki, Bakı şəhəri, Nizami rayonu, Babək Prospekti ünvanında yerləşən 0.049662 ha torpaq sahəsinin 12 sentyabr 2015-ci il tarixinə hesablanmış bazar dəyəri 2 08 500 AZN, yəni 198 571,4 ABŞ dolları təşkil edir.

22. Sonradan cavabdeh tərəfin sifarişi əsasında alınmış "xxxx" MMC və "xxxx" MMC-nin qiymətləndirmə rəyləri məhkəməyə təqdim edilmişdir. "xxxx" MMC tərəfindən verilmiş rəydə sözügedən torpaq sahəsinin 2015-ci il tarixinə satış dəyəri 85000 (səksən beş min) manat, 14 iyun 2022-ci il tarixinə isə 98000 (doxsan səkkiz min) manat, "xxxx" MMC tərəfindən verilmiş rəydə isə həmin torpaq sahəsinin 2015-ci il tarixinə satış dəyəri 84000 (səksən dörd min) manat, hazırkı dövr üçün 100.000 (bir yüz min) manat qeyd olunmuşdur.

23. Bakı Apellyasiya Məhkəməsi (bundan sonra apellyasiya instasiya məhkəməsi) Mülki kollegiyasının 05 sentyabr 2022-ci il tarixli, 2(103)-2929/2022 saylı qətnaməsi ilə (hakimlər E.Kazımov (sədrlik edən və məruzəçi), A.İsgəndərov və İ.Kərimli) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir.

24. Apellyasiya instansiyası məhkəməsi işin müəyyən edilmiş faktiki hallarını nəzərə alaraq öz mövqeyini onunla əsaslandırmışdır ki, apellyasiya şikayətində göstərilən dəlillər mübahisələndirilən hissədə qətnamənin ləğv edilməsi üçün əsas ola bilməz.

25. Məhkəmə kollegiyası bildirmişdir ki, məhkəmə aktları ilə müəyyən edilən hallar preyudisial əhəmiyyət kəsb etdiyindən, yəni iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edildiyindən və həmin sənədə əsasən tələb edilən pul tələbi rədd edildiyindən sözügedən halların əlavə ar aşdırılmasına ümumiyyətlə zərurət yoxdur.

26. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun şəxslər, o cümlədən, iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. Əks halda qanuna riayət edilmədən yaranan münasibətlərin də mübahisə baş verdiyi halda məhkəmə müdafiəsindən istifadə etmək hüququ şəxsin arzuladığı nəticəni uğurlu etməyəcəkdir. Bu cür iddianın rədd olunması, həm də ona görə zəruri və vacibdir ki, mülki dövriyyənin iştirakçıları bu cür mülki hüquq münasibətlərinə girərkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplə ri və qanunvericiliyin tələblərinə riayət etsinlər, intizamlı və vicdanlı olsunlar, hüquqdan pis niyyətlə sui-istifadə etməsinlər. Əks halda mülki hüquqda mülki hüquq subyektlərinin iradə sərbəstliyi və müqavilələr azadlığı institutlarının yaranmasına da zərurət və əsas olmazdı. Yəni, iddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000 (iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alqı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır. Əgər belə bir maneə yaxud hansısa qanunsuz təsir olmuşdursa iddiaçı cinayət təqibi qaydasında hüquqlarından istifadə etməsini davam etdirə bilər.

27. Apellyasiya instasiyası məhkəməsi gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1, 386.1, 390, 390.4, 390.5, 390.6, 390.7, 442, 443.1, 443.2, 448.1, 448.2, 528, 529.1, 739.1, 739.2-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 82.3, 233.3, 217.3, 217.4, 385.2-ci maddələrinə, Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair 20 may 2011-ci il tarixli və “Q.Məmmədova və digərlərinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 30 oktyabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 15 iyul 2015-ci il tarixli qərarına istin ad etməklə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.

29. Kassator şikayətini onunla əsaslandırmışdır ki, borc məbləğinin ödənilməməsi cavabdehlərin təqsirli hərəkəti ilə bağlıdır. Lakin işə baxan apellyasiya instansiya məhkəməsi təqdim edilən sənədlərə və sübutlara, tərəflərin izahatlarına düzgün hüquqi qiymət verməmişdir.

30. Həmçinin, kassator bidirmişdir ki, prokurorluq orqanlarında araşdırma aparılarkən cavabdeh tərəf olan "xxxx" MMC-nin rəhbərliyi etiraf etmişdir ki, həmin muüqavilədəki möhür həqiqətən MMC-yə məxsusdur. Yəni, həmin alğı-satqı müqa viləsi ilə hazırkı borc müqaviləsi arasında bir əlaqənin olduğunu cavabdeh tərəf özü də təsdiqləmişdir. Bu isə həmin yazılı müqavilənin təsadüfən ortaya çıxmadığını, tərəflər arasında mövcud olan münasibətlərin real tərəflərini ifadə etdiyini bir daha təsdiq edir. Lakin apellyasiya instansiyası məhkəməsi bu halları düzgün qiymətləndirməmişdir.

31. Bundan başqa kassator MPM-in 9-cu maddəsini rəhbər tutaraq qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi cavabdehlərin şəxsən məhkəmədə iştirakını təmin etməməklə, iş üzrə faktlara düzgün hüquqi qiymət verməməklə qətnamə qəbul etmiş, bununla da qeyd olunan maddənin tələblərini pozmuşdur.

32. Kassator onu da qeyd etmişdir ki, apellyasiya instansiyası məhkəməsi apellyasiya mərhələsində məhkəmənin öz təşəbbüsü ilə toplanılan sübutlara da düzg ün hüquqi qiymət verməmişdir. Belə ki, cavabdeh tərəf apellyasiya baxışı zamanı məhkəmə kollegiyasına həmin borc müqaviləsinin bağlanma səbəbini təkrar olaraq belə izah etdi ki, guya əvvəlcə tərəflər həmin torpağın dəyərini 200000 (iki yüz min) ABŞ dolları qiymətləndirmiş və müqavilədə göstərilən qaydada və şərtlərlə satılmasını razılaşdırmış, lakin sonradan guya cavabdehlər bu fikirlərindən əl çəkmiş və iddiaçıya bildirmişlər ki, torpağı 80000 (səksən min) ABŞ dollarına ala bilərlər. Guya iddiaçı da bir neçə dəqiqənin içində bu təklifə razılaşmış, 200000 ABŞ dollarına satmaq istədiyi əmlaka birdən-birə 120000 ABŞ dolları endirim edərək 80000 ABŞ dollarına satmağa razılıq vermiş, elə həmin gün də axşam notariusa gedərək alqı-satqı müqaviləsi bağlamışlar. Məhkəmə kollegiyası cavabdeh tərəfi n bu məzmunda izahatını ağlabatan hal hesab etməyərək həmin torpaq sahəsinin alqı-satqı dövrünə (2015-ci ilə) orta bazar qiymətinin müəyyən olunması üçün qiymətləndirmə keçirmişdir. Məhkəməyə təqdim edilən qiymətləndirmə rəyi ilə müəyyən olunmuşdur ki, həqiqətən alğı-satqı dövründə (2015-ci ildə) həmin torpaq sahəsinin real orta bazar dəyəri 195000 ABŞ dolları təşkil etmişdir. Həmin torpaq sahəsinə dair o dövrdə bağlanılan ipoteka müqaviləsinə əsasən də torpaq sahəsi 200000 ABŞ dolları qiymətləndirilmiş, həmin sənəd də məhkəmə kollegiyasına təqdim edilmişdir. Yəni sübut edilmişdir ki, torpaq sahəsinin real dəyəri borc müqaviləsində təsdiq olunan qiymətlə uyğundur və cavabdeh tərəfin izahatı tam yalandır. Lakin apellyasiya instansiyası məhkəməsi bu sübutlara düzgün qiymət verməmiş, öz təşəb büsü ilə topladığı sübutu (rəyi) nəzərə almamışdır.

33. Kassator şikayətini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 404, 448-ci, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9, 14, 106-cı maddələrinə istinad etməklə əsaslandırmışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

34. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

35. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş di gər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

36. Maddə

390. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

37. Maddə 390.4. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir.

38. Maddə 390.5. Müqavilə şərtləri tərəflərin istəyi ilə müəyyənləşdirilir, amma müvafiq şərtin məzmununun bu Məcəllədə göstərildiyi hallar istisna təşkil edir.

39. Maddə 390.6. Müqavilə şərti tərəflərin razılaşması ilə ayrı qaydanın müəyyənləşdirilmədiyi halda tətbiq edilən normada (dispozitiv norma) nəzərdə tutulubsa, tərəflər razılaşma əsasında bu normanın tətbiqini istisna edə bilər və ya onun nəzərdə tutduğundan fərqli şərt müəyyənləşdirə bilərlər. Bu cür razılaşma olmadıqda müqavilə şərti dispozitiv norma ilə müəyyənləşdirilir.

40. Maddə 390.7. Əgər müqavilə şərti onun iştirakçıları tərəfindən və ya dispozitiv norma ilə müəyyənləşdirilməyibsə, müvafiq şərtlər tərəflərin münasibətlərinə tətbiq edilə bilən işgüzar adətlərlə müəyyənləşdirilir.

41. Maddə 442.Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi ( vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

42. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

43. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

44. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz.

45. Maddə

528. Öhdəliy ə onun kreditorun xeyrinə lazımınca icrası (icra) nəticəsində xitam verilir.

46. Maddə 529.1. Borclunun tələbi ilə kreditor icranı tamamilə və ya hissə-hissə qəbul etdiyini təsdiqləyən sənəd verməlidir.

47. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

48. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

49. Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları ar aşdırmalı və onlardan istifadə etməlidir.

50. Maddə 76.1 Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.

51. Maddə 76.2 Məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

52. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

53. Maddə 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

56. Maddə 217.4 Məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

57. Maddə 233.3. Qətnamə qanuni qüvvəyə mindikdən sonra tərəflər və işdə iştirak edən digər şəxslər, habelə onların hüquq varisləri məhkəmədə eyni iddia tələblərini, eyni əsas üzrə yenidən irəli sürə bilməzlər, habelə məhkəmə tərəfindən müəyyən ed ilmiş faktlara və hüquq münasibətlərinə qarşı başqa prosesdə mübahisə edə bilməzlər. Kassasiya baxışının hədləri

58. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə m übahisənin hüquqi aktlara təsir göstərə bilər.

59. Hazırki kassasiya şikayətində qətnamənin tam ləğvi xahiş edildiyinə görə apellyasiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiya məhkəməsinin mövqeyi

60. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv olunmalı və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

61. İddia tələbi ümumən belə əsaslandırılıb ki, Cavabdeh1 satılmış torpaq sahəsinin dəyəri cavabdeh tərəfindən tam ödənilməmişdir. Alğı-satqı müqaviləsində torpaq sahəsinin qiyməti 80000 ABŞ dollarının ekvivalenti olan 84000 manata qeyd edilməsinə baxmayaraq, torpağın həqiqi qiyməti 200000 ABŞ dollarına razılaşdırılmış, həmin məbləğin ödənilməsi qaydası da iddiaçının müqavilə bağlamağı etibar et diyi nümayəndənin və alıcı Cavabdeh1 atası Cavabdeh2la razılaşdırılmış xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adlandırılmış müqavilədə əksini tapmışdır.

62. Birinci instansiya məhkəməsi iddiaçının tələbini əsaslandırdığı xx.xx.2015-ci il tarixli “Borc müqaviləsi” adı ilə tərtib olunmuş müqaviləyə qiymət verərək bildirmişdir ki, müqavilədə "xxxx" MMC-yə məxsus möhür vurulmuş, "xxxx" MTK adlı hüquqi şəxsə məxsus mənzilin iddiaçının etibarnamə əsasında nümayəndəsinin oğluna verilməsi, mənzilə görə onun borcunun qalması barədə qeyri-müəyyən məsələlər öz əksini tapmışdır ki, həmin hüquqi şəxslərin torpağın alqı-satqısına aidiyyəti mülki işin araşdırılması zamanı müəyyən olunmamışdır. Eyni zamanda, qeyd edilən sənəd “Borc müqaviləsi” adlandırılsa da, onun məzmunundan iddiaçının Cavabdeh1 bor c pul verməsi müəyyən edilmir. Ona görə də, tərəflər arasındakı münasibətlər kredit münasibətləri kimi qiymətləndirilə bilməz.

63. İddiaçı apellyasiya şikayətində məhkəmənin bu əsaslandırması ilə razılaşmamış, müqaviləyə qiymət verilərkən Mülki Məcəllənin 404-cü maddəsinin tələblərinin pozulduğunu, həmin sənədin özündə torpağın alğı-satqı şərtlərini ehtiva etdiyini, cavabdeh tərəfin həmin sənəd üzrə öhdəliyinin bir hissəsini yerinə yetirərək iddiaçıya xx.xx.2015-ci ildə 25000 ABŞ dolları pul ödəməsinə Mülki Məcəllənin 404.2-ci maddəsinə əsasən “müqavilə üzrə tərəflərin sonrakı hərəkətləri” kimi nəzərə alınmadığnı bildirmişdir.

64. Bu halda apellyasiya instansiyası məhkəməsi işdə olan “Borc müqaviləsi” adlanan razılaşmanın Mülki Məcəllənin 404-cü maddəsinin tələbləri baxımından təhlilini aparmalı idi.

65. Lakin apellyasiya instansiyası məhkəməsi bu cür təhlil aparmaqdan imtina etmiş və qeyd etmişdir ki, iddiaçının istinad etdiyi xx.xx.2015-ci il tarixli “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı qanuni qüvvədə olan məhkəmə aktları ilə öz təsdiqini tapmışdır. Həmin məhkəmə aktları ilə müəyyən edilmiş faktlar hazırkı iş üzrə preyudisial əhəmiyyət kəsb edir.

66. Halbuki, “borc müqaviləsi” adlandırdığı sənədin heç bir hüquqi nəticə yaratmadığı iddiaçının tərəf kimi iştirak etdiyi məhkəmə prosesində deyil, X5 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı borcun qalıq hissəsinin ödənilməsi tələbinə dair iddiası üzrə Yasamal Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixi, 2(004)-8273 saylı qətnaməsi (həmin iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasın ın xx.xx.2018-ci il tarixli və Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-24/2019 saylı qərarı) ilə müəyyən edilmişdir. Bu halda həmin iş üzrə müəyyən olunmuş hallar İddiaçı iddiası üzrə preyudisial hal kimi qəbul oluna bilməzdi.

67. Çünki Mülki Prosessual Məcəllənin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir.

68. Bundan başqa, apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, məhkəmə müdafiəsindən istifadə etmək hüququnun iddiaçı üçün o zaman istəklərinə və arzularına uyğun nəticəsi ola bilər ki, bu cür mülki hüquq münasibətləri qurarkən yaxud hər hansı fəaliyyəti həyata keçirərkən hüququn prinsiplərinə və qanunvericiliyin tələblərinə ciddi riayət etmiş olsunlar. İddiaçı həqiqətən mülkiyyətində olmuş torpaq sahəsini cavabdeh tərəflə 200000 (iki yüz min) ABŞ dollarına satmaq barədə razılığa gəlmişdirsə bu məbləğin manata məzənnəsi ilə notarial qaydada təsdiq edilmiş alğı-satqı müqaviləsində göstərilməsinə ona hər hansı bir maneə olmamışdır.

69. Məhkəmə kollegiyası bu əsaslandırma ilə bağlı qeyd edir ki, Mülki Məcəllənin 390.1-ci maddəsinə görə fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

70. Ümumiyyətlə, məhkəmə kollegiyası alınmış əşyanın ödənilməsini tənzimləyən Mülki Məcəllənin müddəaları baxımından iddi a tələbini təhlil etməmişdir.

71. Məhkəmə kollegiyası hesab edir ki, məhkəmənin araşdırması MPM-nin 14-cü maddəsində müəyyən olunmuş işin hərtərəfli, tam və obyektiv tədqiqi prinsipinə cavab vermir.

72. Nəzərə alınmalıdır ki, məhkəmə fəaliyyətində qanunçuluq prinsipi bütün məhkəmə aktlarının və aparılmış prosessual hərəkətlərin qanunun tələblərinə tamamilə uyğun həyata keçirilməsini nəzərdə tutur. Məhkəmələr prosessual hərəkətləri qanunun tələblərinə uyğun həyata keçirməyə borcludurlar. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsi işin hərtərəfli, tam və obyektiv araşdırılması tələbinə əməl olunmadan çıxarıldığına görə ləğv edilməli və yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir.

73. İşə yenidən baxan məhkəmə, qeyd olunan nöqsanları aradan qaldırmaqla yanaşı, apelyasiya araşd ırmasının hədlərinə uyğun iş üzrə əhəmiyyət kəsb edən halların araşdırılmasının zəruriliyini müzakirə etməli və müəyyən edilən, eləcə də araşdırılan sübutlara Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbləri baxımından düzgün qiymət verməlidir. Həmçinin cavabdehin iddia müddətinin tətbiq olunması barədə dəlillərini araşdırmalı, müqavilə öhdəliyindən irəli gələn tələb kimi iddia müddətinin başlandığı vaxtı müəyyən etməli, müddətin ötürülməsi müəyyən olunduğu halda iddia müddətini tətbiq etməlidir.

74. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416- 419-cu maddələrini rəhbər tutaraq Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-2929/2022 nömrəli, 05 sentya br 2022-ci il tarixli qətnaməsi ləğv edilsin. İş yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar