Məhkəmə qərarları › İş №2(102)-6186/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6186/2021

22.11.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6186/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçı X2 Cavabdehnə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: işə bərpa, apellyasiya baxışında yeni sübutlar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçı X2 və vəkili Vəkil iştirakı ilə, iddiaçı X2 Cavabdehnə qarşı işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və mənəvi ziyanın ödənilməsi tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4221/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsindən iddiaçı X6 tərəfindən verilmiş kassasiya şikayətinə dair işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. X6 (bundan sonra – iddiaçı) ilə Cavabdeh (bundan sonra – cavabdeh və ya MMC) arasında bağlanmış 17 nömrəli, 03.02.2020-ci il tarixli əmək müqaviləsinə əsasən, iddiaçı MMC-yə icraçı direktor vəzifəsinə işə qəbul edilmişdir.

2. MMC-nin direktoru xxx tərəfindən imzalanmış 07.12.2020-ci il tarixli, 202/k nömrəli “Əmək müqaviləsinin ləğv edilməsi haqqında” əmrinə əsasən, “İcraçı direktor” ştatının ixtisar olunması barədə qərar verildiyindən, iddiaçı ilə 03.02.2020-ci il tarixdə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin (bundan sonra – Əmək Məcəlləsi) 70-ci maddəsinin “b” bəndinə əsasən xitam verilmişdir. 3. 07.12.2020-ci il tarixdə 909 manat əmək haqqı, 2026.67 manat son haqq hesab iddiaçının hesabına ödənilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı MMC-yə qarşı (müstəqil tələb irəli sürməyən 3-cü şəxs Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) yanında X7 Xidməti) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 07.12.2020-ci il tarixli əmrinin “əmək müqaviləsinə xitam verilsin” qeydinin etibarsız sayılaraq ləğv edilməsi, məhkəmə qətnaməsi qəbul olunub icra olunana qədər işləmədiyi günlərə görə aylıq əmək haqqının 4.700 manatdan hesablanaraq verilməs i, ona vurulmuş 30.000 manat mənəvi ziyanın əvəzinin ödənilməsi, onunla bağlanmış əmək müqaviləsinin müddətsiz hesab edilməsi, iddia qaldırmaq üçün ödədiyi 30 manat dövlət rüsumunun cavabdehdən alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, əmək müqaviləsi bildirişində onun işə götürüldüyü tarix 03 fevral 2020-ci il göstərilsə də, əslində MMC-də əmək fəaliyyətinə 2019-cu il dekabr ayının 10-dan başlamışdır. Azərbaycan Respublikasında müxtəlif şirkətlərdə işləmiş və hazırkı şirkətə də MMC-nin təsisçisi olan X5 dəvəti ilə gəlmişdir. Razılaşmaya uyğun olaraq ona hər ay əmək haqqı kimi 5.500 manat ödənilməli idi. Lakin COVİD-19 pandemiyasının qarşısının alınması ilə bağlı mağazalar bağlandığından əmək haqqları aşağı salınmış, onun öz təklifi əsasında əmək haqqı 4.700 manata endirilmişdir. Əmək haqqının 1.000 manatı rəsmi, 3.700 manatı isə qeyri-rəsmi verilmişdir. İlkin olaraq 5.500 manat, sonradan isə 4.700 manat almağı şirkətdaxili sənədləşmələrdə və yazışmalarda öz əksini tapmışdır. Fəaliyyəti pandemiya dövrünə düşməsinə baxmayaraq, bu hal şirkətin fəaliyyətinə heç bir maneçilik törətməmiş, əksinə həmin müddətdə iki yeni mağazanın açılmasına nail olmuşdur. O, konkret nəticələr ortaya qoyaraq şirkətin inkişaf etdirilməsində müstəsna fəaliyyəti olmuşdur. 04 noyabr 2020-ci il tarixdə nahar fasiləsinə yaxın MMC-nin təsisçisi olan XXX tərəfindən heç bir əsas olmadan təhqir və təzyiqlərə məruz qalmışdır. Sakitləşdikdən sonra təkrar onunla danışacağını bildirmiş, lakin nahar fasiləsindən qayıtdıqdan sonra onun sist emə və mail ünvanına girişinin qadağan olunduğunu, kompüterdən istifadə edə bilmədiyini görmüşdür. 05 noyabr 2020-ci il tarixdə baş verənlərə görə özünü pis hiss etdiyindən “Medera” hospitalına müraciət etmiş, bir müddət müalicə olunduqdan sonra 12 noyabr 2020-ci il tarixdə təkrar işə çıxmışdır. Lakin onu işə buraxmayaraq bildirmişlər ki, işdən çıxarılmışdır. İşdən çıxarılmağına dair əmr ona bu günə qədər təqdim olunmamışdır. Səhhətində ağırlaşma olduğu üçün ona ev şəraitində ambulator müalicə təyin olunmuşdur və bu barədə şirkət rəhbərliyinə məlumat vermişdir. Sonuncu dəfə ona şifahi qaydada 07 dekabr 2020-ci il tarixdə şirkətin hüquqşünası xxx işdən çıxarılmağı barədə məlumat vermişdir. Hesab edir ki, cavabdehin 07 dekabr 2020-ci il tarixli əmri tamamilə qanunsuz və əsassızdır. Buna görə də məhkəmə qaydasında ləğv edilməlidir. İşdən azad olunarkən cavabdeh tərəfindən əmək qanunvericiliyinin tələblərinə riayət edilməmişdir.

6. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili Vəkil izahatında bildirmişdir ki, iddiaçının işdən çıxarılması barədə əmr düzgün formada tərtib olunmamışdır. İxtisarın hansı səbəbdən olduğu göstərilməmişdir. İşdən çıxarılma barədə əmr verilməmişdən öncə yığıncağın qərarı olmalıdır. İşəgötürənin işçi ilə mübahisəsi olduğu üçün tələsik bir şəkildə, qanunvericiliyin tələblərinə əməl etmədən işdən çıxarılma barədə əmr imzalamışdır. İddiaçı səhər 10:00-dan axşam 19:00-dək işlədiyinə görə onun ikinci bir iş yeri ola bilməzdi. Əgər iddiaçı 1.000 manat maaş alsaydı, 8 ay ərzində Türkiyədə olan ailəsinə 11.000 ABŞ dolları pul göndərə bilməzdi. Eyni zamanda, iddiaçı Azərbaycanda tək yaşayır və bütün tələbatlarını özü ödəyir. Vəkil əmrin qanunsuz formada olmasını nəzərə alaraq, ləğv olunması və məcburi işburaxmaya görə əmək haqqının ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.

7. Cavabdeh iddiaya yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə qanunvericiliyin tələbləri nəzərə alınmaqla xitam verilmişdir. Belə ki, iddiaçıya 04.11.2020-ci il tarixdə bu barədə xəbərdarlıq edilmiş və 05.11.2020-ci il tarixində surətli poçt vasitəsilə təqdim olunmuşdur. İddiaçı qanunvericiliyin tələblərinə əməl olunmaqla tutduğu vəzifədən azad edilmiş, son haqq-hesab və müvafiq məbləğdə əmək haqqı iddiaçının hesabına köçürülmüşdür. İddiaçının göstərdikləri həqiqətə uyğun deyildir. Onun əmək haqqı 1.000 manat olmu şdur. İddiaçı nə xəbərdarlıq müddətində yazılı etiraz bildirməmiş, nə də könüllü olaraq kompensasiya məbləğini götürməklə əmək münasibətlərinə daha tez xitam verilməsi barədə arzusunu ifadə etməmişdir. İddiaçıya 07.12.2020-ci il tarixli əmr və əmək kitabçasının əsli surətli poçt vasitəsilə göndərilmiş, lakin iddiaçı məktubların qəbulundan imtina etmişdir.

8. Məhkəmədə tədqiq edilmiş, Cavabdeh MMC tərəfindən (tarix yoxdur, xəbərdarlıqda isə 04.11.12 qeyd edilmişdir) iddiaçıya ünvanlanmış xəbərdarlıqda qeyd edilmişdir ki, MMC-nin strukturunda müvafiq dəyişikliklər həyata keçirildiyindən, 04.11.2020-ci il tarixdən icraçı direktor vəzifəsi ixtisar ediləcək və onunla bağlanan əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “b" bəndinə əsasən xitam veriləcəkdir.

9. Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(009)-563/2021 nömrəli iş üzrə 12 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim Ş.Süleymanova) iddia qismən təmin edilmiş, cavabdehin 07.12.2020-ci il tarixli, 202/k nömrəli əmri ləğv edilmiş, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə, MMC-yə icraçı direktor vəzifəsinə işə bərpa edilmiş, MMC-dən 500 manat mənəvi ziyanın tutularaq iddiaçıya ödənilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi qət olunmuşdur.

10. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, əmrin verilməsinə səbəb kimi iddiaçının vəzifəsinin ixtisar edilməsi göstərilmiş, lakin iddiaçı qərar və ya əmr ilə tanış olmamış, həmçinin əmrin verilməsinə əsas olan qərar və ya əmr məhkəmənin sorğusuna əsasən məhkəməyə təqd im edilməmişdir.

11. Məhkəmə qeyd etmişdir ki, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə iddiaçı azı bir iş günü əmək funksiyasının icrasından azad edilməli idi.

12. Əmək haqqının 4.700 manat məbləğində olması ilə bağlı məhkəmə qeyd etmişdir ki, tələbin həmin hissəsində də MMC tərəfindən qanunun tələblərinə əməl edilməmişdir. Belə ki, vergi ödəyiciləri tərəfindən işçilərə əmək haqqının verilməsi qanunvericiliklə nəzərdə tutulmuş qaydada rəsmiləşdirilmədikdə, bu işçilərin sosial və əmək hüquqlarının pozulması ilə nəticələnir. İş materiallarında olan əmək haqqı cədvəlindən də görünür ki, əmək haqqı yüksək olduğu halda müqavilədə əmək haqqının məbləği az qeyd edilmişdir.

13. Məhkəmə qeyd etmişdir ki, iddiaçı ilə MMC arası nda əmək müqaviləsi 03.02.2020-ci il tarixdən 03.02.2021-ci il tarixədək bağlansa da, iddiaçı qanunsuz olaraq işdən azad edildiyi üçün müddətli əmək müqaviləsinin müddəti uzadılaraq icraçı direktor vəzifəsinə bərpa edilməlidir. Çünki, mülki işin materialları ilə tam təsdiq olunmuşdur ki, iddiaçı ilə əmək müqaviləsinə xitam verilərkən işəgötürən tərəfindən əmək qanunvericiliyinin tələbləri pozulmuşdur.

14. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, MMC-nin 07.12.2020ci il tarixli 202/k nömrəli əmri ləğv edilməli, iddiaçı məcburi iş buraxma müddəti üçün əmək haqqı (4.700 manatdan hesablanmaqla) ödənilməklə, MMC-yə icraçı direktor vəzifəsinə bərpa edilməlidir.

15. Məhkəmə, həmçinin hesab etmişdir ki, iddiaçı onun iradəsinə zidd əmək müqaviləsinə xitam verilməsi nəticəsində əsə b, stress, sarsıntı, iztirab keçirdiyindən, onun mənəvi ziyan tələbi 500 manat hissəsində təmin olunmalıdır.

16. Məhkəmə öz mövqeyini Əmək Məcəlləsinin 68, 70, 71, 73, 77, 296, 300.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 88, 217.4-cü maddələrinə, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” 03.11.2008-ci il tarixli 7 saylı Qərarına istinadla əsaslandırmışdır.

17. Qətnamədən cavabdeh apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini, iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

18. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayəti ni müdafiə edərək, məhkəmənin düzgün nəticəyə gəlmədiyini, tərəflər arasında müddətli əmək müqaviləsinin bağlandığını, müqavilənin müddətinin 03.02.2021-ci il tarixdə bitdiyini, iddiaçının xəbərdarlığı 05.11.2020-ci il tarixdə aldığını, iştirakçıların ümumi yığıncağının 02/2020 saylı protokolunu təqdim edərək icraçı direktorun bir nəfər olduğunu və onu da ixtisar etdiklərini, iddiaçı ilə barışıq əldə edə bilmədiklərini, iddiaçı ilə əvvəllər danışıqlar aparıldığını, ona başqa iş təklif edildiyini, lakin iddiaçının qəbul etmədiyini, halhazırda iddiaçının başqa yerdə işlədiyini, işçini işdən ixtisar etmək səlahiyyətinin işəgötürənin hüququ olduğunu, iddiaçı tərəfindən təqdim edilmiş əmək haqqı barədə sübutun saxta olduğunu, “Excel” proqramında yazıldığını, sübut kimi qiymətləndirilməməli oldu ğunu, iddiaçının 14 gün işə gəlmədiyini, iddiaçı işdən çıxarılarkən əmrlər kitabını heç kimə təhvil vermədiyini və ona görə kitabı məhkəməyə təqdim edə bilmədiklərini bildirmiş, şikayətin təmin edilməsini xahiş etmişdir.

19. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini qəbul etməyərək, aralarında əmək müqaviləsi olsa da, noyabrın 4-ü təsisçinin ona zəng vurduğunu, onunla işləmək istəmədiyini, elə həmin gündən ofisə buraxılmadığını, 05.11.2020-ci il tarixində isə xəbərdarlıq məktubu aldığını, heyətin bütün işlərini özünün gördüyünü, 7 mağazanın bütün proseslərinə özünün nəzarət etdiyini, şirkətdə 180 nəfərin işlədiyini, 110 min manatlıq büdcə daxilində fəaliyyət göstərdiyini, əgər onun əmək haqqı 1.000 manat idisə, onu ixtisar etməklə şirkətin vəziyyətinin necə düzəlməsini, ona başqa iş təklif edilmədiyini, 10 aya yaxın müddətdə işlədiyini, ona heç bir töhmət verilmədiyini, işini hər zaman gördüyünü, şəxsi eqoya görə işdən azad edildiyini, 03.11.2020-ci il tarixdə belində ağrı olduğu üçün maillə rəhbərliyə məlumat verdiyini, 1 həftə işə çıxmadığını, həmçinin onun əmrlə tanış edilmədiyini, onun adına əmr verilməsi ilə bağlı heç bir qeydin jurnala daxil olmamasını, cavabdeh tərəfindən verilən protokolun saxta olduğunu bildirmiş və apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir.

20. İşin apellyasiya icraatı zamanı üçüncü şəxs ƏƏSMN yanında X7 Xidmətinin nümayəndəsi X9 iddiaçının ərizəsinin Əmək Müfəttişliyi Xidmətinə daxil olduğunu, lakin iş məhkəmədə olduğundan araşdırılma aparılmadığını, iddiaçı və nümayəndəsinə yeni məzmunda məktub göndərildiyini, əm ək müqaviləsi üzrə müddət bitmədən əmək müqaviləsinə xitam verildiyi üçün işçinin hüquqlarının bərpa edilməli olduğunu, həmçinin əmək kitabçası üzrə sənədləşdirilmə aparılmadığını bildirmişdir.

21. Məhkəmə iclasında şahid qismində ifadə verən X1 MMC-də İnsan Resursları üzrə baş mütəxəssis işlədiyini, iddiaçının işlədiyi vaxt rəhbərə tabe olduğunu, o vaxt kitab olmadığı üçün əmrlər kitabını tərtib etdiyini, əsasən müəssisənin ümumi fəaliyyətinə aid təşkilati əmrləri həmin qeydiyyat kitabına daxil etdiyini, lakin iddiaçının onun əmrini qeydiyyata almadığını, işçilərin işə qəbul və azad olma barədə əmrlərini kitaba daxil etmədiyini, sonralar öz xahişi ilə işdən azad edildiyini, təhvil-təslim aktı üzrə şəxsi işləri təhvil verib getdiyini, iddiaçı barədə 04.11.2021-ci il tarixdə qərar qəbul e dildiyini, bir daha iddiaçını işdə görmədiyini bildirmişdir.

22. MMC tərəfindən təqdim olunmuş, işin apellyasiya icraatı zamanı tədqiq edilmiş, 02.11.2020-ci il tarixli "xxxx" 02/2020 nömrəli protokolunda qeyd olunmuşdur ki, MMC-nin ştat cədvəlində “icraçı direktor” ştatının ixtisar edilməsi qərara alınmışdır. Təqdim edilmiş 27.05.2021-ci il tarixli aktda qeyd olunmuşdur ki, MMC-nin direktoru XXX, MMC-nin baş mühasibixxxx təsdiq edirlər ki, Cavabdeh MMC-də icraçı direktor vəzifəsində işləmiş X6 işdən çıxarılarkən əmrlər kitabını heç kimə təhvil verməmişdir və ona görə də Bakı Apellyasiya Məhkəməsinin sorğusu əsasında əmrlər kitabını məhkəməyə təqdim edə bilmirlər.

23. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-4221/2021 nömrəl i iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – F.Talışinski (sədrlik edən və məruzəçi), R.Eyvazov və Ş.Məmmədova) apellyasiya şikayəti təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi qismən (iddia təmin edilən hissədə) ləğv edilmiş, iddia həmin hissədə rədd olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır.

24. Apellyasiya məhkəməsi Əmək Məcəlləsinin 9-15, 68, 70, 76-86, 287-300, 308-ci, MPM-in 14.2, 76.1, 77.1, 80, 82.1, 88, 106.2, 217.4, 220.5, 372, 385, 386, 388, 390-cı maddələrinə istinadla gəldiyi nəticə ilə bağlı qeyd etmişdir ki, məhkəmə qanunla işəgötürənin iradəsinə aid səlahiyyətlərə müdaxilə edərək (əmək haqqının 4.700 manat məbləğində olması ilə bağlı əsaslandırma dəlilləri yürüdüb) müddətli əmək müqaviləsinin müddətini uzadıb iddiaçını icra çı direktor vəzifəsinə bərpa etməklə, təkzibedilməz sübutlarla təsdiq edilməyən və yalnız iddiaçının dəlillərinə müvafiq əsassız məhkəmə aktı qəbul etmişdir.

25. Məhkəmə qeyd etmişdir ki, iddianın əsası ixtisar aparma ilə bağlı qanunvericiliyin tələblərinə riayət edilməməsi olmuşdur ki, bunlar da öz təsdiqini tapmamışdır. Burada müvafiq müddət tələblərinə riayət etməklə işçiyə xəbərdarlıq edilməsi və bu müddət ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinın azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsindən söhbət gedir ki, bu qaydalara riayət edilməməsi sübuta yetirilməmişdir. Əksinə, iddiaçı özü xəbərdarlığın edilməsini təsdiq etmiş və ümumiyyətlə işə buraxılmamasını qeyd etmişdir. İşə buraxılmama qarşı tərəfin etirafı və ya sübutlarla təsdiq edilməsə də, xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçinin azı bir iş günü əmək funksiyasının icrasından azad edilməsi tələblərinə riayət edilməməsinə dəlalət etmir. Bundan başqa, iddiaçı özü icraçı direktor kimi səlahiyyətli şəxs olmuş və onun iş rejiminə nəzarətin mövcudluğu belə sübuta yetirilməmişdir.

26. Əmrin verilməsi üçün əsas hesab olunan rəsmi sənədlərin göstərilməməsi və əsaslandırılması üzrə qanunvericiliyin tələblərinə riayət edilməməsinə dair dəlillərə münasibətdə məhkəmə qeyd etmişdir ki, əmrdə əsaslar qeyd olunmuşdur və bu əsas apellyasiya icraatı zamanı təqdim edilmişdir. Sənədlərin uçotu və qeydiyyatına dair pozuntuların olması barədə iddiaçı tərəfindən irəli sürülmüş dəlillə r isə müvafiq icra hakimiyyəti orqanların səlahiyyətlərinə aid olduğundan hazırkı mübahisədə araşdırma predmeti ola bilməz.

27. Qətnamədən iddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

28. İddiaçı (Vəkil) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qərar çıxarılmasını xahiş etmişdir.

29. Dəlilləri əsasən iddia ərizəsinin dəlilləri ilə eyniyyət təşkil edən kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qanunsuz və əsassızdır, məhkəmə MPM-in 78.1, 88, 217.1, 217.3, 218.1, 220.4, 372.2-ci maddələrinin tələblərini pozmuşdur.

30. Belə k i, məhkəmə MMC tərəfindən apellyasiya icraatı zamanı təqdim olunmuş 02.11.2020-ci il tarixli, 02/2020 nömrəli protokolu sübut kimi qəbul etmiş, lakin hansı səbəbdən birinci instansiya məhkəməsinə təqdim olunmamış sənədi iş materiallarına əlavə etdiyini, onu sübut kimi qəbul etdiyini əsaslandırmamışdır.

31. Cavabdeh əmək müqaviləsinə “İcraçı direktor” ştatının ixtisar olunması barədə qərara əsasən xitam verildiyini qeyd etsə də, ştatın ixtisarına dair hər hansı əmr, protokol, yaxud digər hüquqi sənəd tərtib etməmiş, iddiaçının həmin sənədlərlə tanış olmasına imkan yaratmamış, həmçinin, qeyd olunan sənədlər məhkəmə baxışı zamanı da təqdim edilməmişdir.

32. Bundan əlavə, məhkəmə sübutları düzgün qiymətləndirməmiş, cavabdeh tərəfindən sonradan təqdim edilmiş sənədi heç bir əsaslandırma olmadan sübut kimi qəbul etməyinə baxmayaraq, iddiaçı tərəfindən təqdim edilmiş və müəssisənin işçisi xxx tərəfindən iddiaçıya mail formasında göndərilmiş əmək haqqı cədvəlini sübut kimi qəbul etməmiş, iddiaçının əmək haqqının 4.700 manat məbləğində olmasının sübuta yetirilmədiyini bildirmişdir. Halbuki qeyd olunan sənəddən aşkar şəkildə görünür ki, həmin cədvəldə müəssisədə çalışan işçilərə təklif edilən və hazırda aldıqları əmək haqqı məbləğləri qeyd edilmişdir və 129-cu sırada, iddiaçının adının qarşısında, onun hazırda 4.700 manat məbləğində əmək haqqı aldığı yazılmışdır. Məhkəməxxxxı şahid qismində dəvət etməli və cədvəldəki məlumatların doğruluğunu araşdırmalı idi.

33. Məhkəmə qeyd olunan halları nəzərə almadan, əmək müqaviləsində əmək haqqı hissəsinə 1.000 manat yazılmasına istinad edərək iddianı həmin hissədə əsassız hesab etmiş, bununla da MPM-in 88, 324.5-ci maddələrinin tələblərini pozmuşdur. Cavabdeh iddiaçını qanuni şəkildə işdən çıxarmış olsaydı belə, ona orta aylıq əmək haqqı miqdarında işdənçıxma müavinəti ödəməli idi. Lakin iddiaçı cavabdeh tərəfindən qanunsuz şəkildə işdən çıxarıldığına görə, mübahisəyə Əmək Məcəlləsinin 300-cü maddəsi tətbiq edilməklə, ona işləmədiyi müddətin orta aylıq əmək haqqı və digər xərclərin əvəzi ödənilməlidir.

34. İddiaçının ailəsi Türkiyə Respublikasında yaşayır və onların dolanışığı üçün lazımı xərcləri iddiaçı təkbaşına təmin edir. Artıq iki ildir ki, ölkə ərazisində pandemiya şəraiti hökm sürür. Cavabdehin iddiaçını belə bir şəraitdə qanunsuz olaraq işdən azad etməsi nəinki iddiaçıya, eləcə də onun ailə üzvlərinə çox böyük maddi və mənəvi ziyan vurmuşdur. Ailəni yeganə dolandıran şəxsin pandemiya şəraitində iş yerini itirməsi təbii ki, ona və ailəsinə mənəvi iztirab vermişdir. Bu, hamıya bəlli olan haldır və sübuta ehtiyacı yoxdur. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

35. Kassasiya şikayətinə qarşı etirazda cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazda qeyd olunmuş dəlillərə istinad edərək şikayətin təmin olunmamasını, apellyasiya instansiyası məhkəməsi qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

36. Məhkəmə iclasında iştirak edən kassator və vəkili ayrı-ayrılıqda kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər.

37. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə la zımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehin və üçüncü şəxsin nümayəndələri hər hansı üzrlü səbəb göstərmədən məhkəmə kollegiyasının iclasına gəlməmişlər. Məhkəmə kollegiyası MPM-nin 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri

38. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin f aktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

39. Baxılan iş üzrə iddiaçı apellyasiya instansiyası məhkəməsinin aktının tam ləğvini xahiş etdiyindən həmin məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq

40. Əmək Məcəlləsi Maddə 68 (1-ci bənd). Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Maddə 70 (“b” bəndi). İşçilərin sayı və ya ştatları ixtisar edildikdə əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Maddə 77 (1-ci bənd), işçilərin sayı azaldıqda və ya ştatları ixtisar olunduqda bu Məcəllənin 70-ci maddəsinin “b” bəndi ilə işəgötürən tərəfindən əmək müqaviləsi ləğv edilməzdən əvvəl işçi işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajınd an asılı olaraq aşağıdakı müddətlərdə rəsmi xəbərdar edilməlidir: bir ilədək əmək stajı olduqda – azı iki təqvim həftəsi; bir ildən beş ilədək əmək stajı olduqda – azı dörd təqvim həftəsi; beş ildən on ilədək əmək stajı olduqda – azı altı təqvim həftəsi; on ildən çox əmək stajı olduqda – azı doqquz təqvim həftəsi. Maddə 77 (2-ci bənd). Xəbərdarlıq müddəti ərzində hər iş həftəsində əmək haqqı saxlanılmaqla iş axtarmağa imkan yaradılması məqsədi ilə işçi azı bir iş günü əmək funksiyasının icrasından azad edilir. Maddə 77 (3-cü bənd). Əmək müqaviləsi bu Məcəllənin 70-ci maddəsinin “a” və “b” bəndləri ilə ləğv edilərkən işçiyə işəgötürən tərəfindən həmin işəgötürənlə bağlanmış əmək müqaviləsinə (əmək müqavilələrinə) uyğun olaraq müəyyən olunan əmək stajından asılı olaraq aşağıdakı məbləğlərdə işdənçıxarma müavinəti ödənilir: bir ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqı miqdarında; bir ildən beş ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,4 misli miqdarında; beş ildən on ilədək əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı 1,7 misli miqdarında; on ildən çox əmək stajı olduqda – orta aylıq əməkhaqqının azı iki misli miqdarında. Maddə 77 (4-cü bənd). İşəgötürən işçinin razılığı ilə bu maddənin birinci hissəsi ilə müəyyən edilmiş azı iki təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,5 misli, azı dörd təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 0,9 misli, azı altı təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqının 1,4 misli, azı doqquz təqvim həftəsi xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqq ının 2 misli və bu Məcəllənin 56-cı maddəsinin ikinci hissəsi ilə müəyyən edilmiş xəbərdarlıq müddəti əvəzinə orta aylıq əməkhaqqından az olmamaqla əməkhaqqını bir dəfəyə ödəməklə müvafiq əsasla əmək müqaviləsinə xitam verə bilər. Bu halda xəbərdarlıq müddəti ərzində əmək müqaviləsinə xitam verilmiş işçilərə bu hissənin birinci cümləsində nəzərdə tutulmuş xəbərdarlıq müddəti əvəzinə verilən ödəniş xəbərdarlıq müddətinin ötmüş hissəsinə mütənasib olaraq azaldılır. Maddə 71 (3-cü bənd). İşəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır.

41. MPM (işə baxıldığı dövrdə qüvvədə olmuş redaksiya) Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (ma ddə 14.2). Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir (maddə 78.1). İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər... Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir (maddə 78.2). Digər tərəf sübutları özündə saxlayıb məhkəmənin tələbi ilə təqdim etmədikdə, məhkəmə tərəflərin b ildirdiyi məlumatlar əsasında iş üçün əhəmiyyətli olan halları müəyyən olunmuş hesab edə bilər (maddə 106.2). Sübut tələb olunan şəxsin həmin sübutu təqdim etmək imkanı olmadıqda və ya onu məhkəmənin müəyyən etdiyi vaxtda təqdim edə bilmədikdə, o, səbəblərini göstərməklə, sorğunu aldıqdan 5 gün müddətində bu barədə məhkəməyə məlumat verməlidir (maddə 78.3). Hakimin işdə iştirak edən şəxslərə təklif etməsinə baxmayaraq, onların iddia ərizəsinə dair rəyi (etirazı) və ya əlavə sübutları təqdim etməməsi işdə olan mövcud materiallar əsasında işə baxılmasına mane olmur (maddə 184.2). Hakim yeni sübut təqdim edilməsi üçün işin təxirə salınması haqqında verilmiş vəsatəti, əgər o, işin baxılmasını yubadırsa və tərəflər işə baxılana qədər həmin sübutları kobud səhlənkarlıqları üzündən təqdim etməyib lərsə, onu gecikmiş kimi rədd edə bilər (maddə 184.3). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 371). Əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın (maddə 372.2). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi

42. MPM-in 371 və 372.2-ci maddələrinə əsasən əlavə faktlar və yeni sübutlar apellyasiya instansiyası məhkəməsi tərəfindən o halda qəbul edilir ki, işdə iştirak edən şəxslər həmin sübutların birinci instansiya m əhkəməsində təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsınlar.

43. Baxılan iş üzrə birinci instansiya məhkəməsinin icraatı zamanı cavabdeh məhkəmə iclaslarında təmsil olunmamışdır. 26.01.2021-ci il tarixli məhkəmə hazırlıq iclasında iddiaçının verdiyi vəsatət təmin olunmuş, MPM-in 78-ci maddəsinə əsasən iddiaçının əmək müqaviləsinin, vəzifə təlimatının, əmək müqaviləsinin ləğv olunması barədə əmrin, habelə əmrin verilməsinə səbəb olan hallar barədə bütün sənədlərin təsdiq olunmuş surətinin 5 gün müddətində məhkəməyə təqdim olunması cavabdehə təklif edilmişdir. Yalnız iddiaçı tərəfin iştirak etdiyi 08.02.2021-ci il tarixli məhkəmə baxışı iclasında tərəflərin iştirakını təmin etmək üçün məhkəmə iclası təxirə salınmış və cavabdehə eyni məzmunlu sorğ u göndərilmişdir. 10.02.2021-ci il tarixdə məhkəməyə cavabdehin yazılı etiraz daxil olmuş, etiraza bəzi sənədlərin surətləri əlavə olunsa da, iddiaçının tutduğu vəzifənin ixtisara salınması barədə əmrin (qərarın) surəti əlavə edilməmişdir. Etirazda cavabdehin vəkilinin COVİD-19 xəstəliyindən müalicə olunduğu nəzərə alınaraq məhkəmə baxışının cavabdehin iştirakı olmadan keçirilməsi və iddianın rədd olunması xahiş edilmişdir. İddiaçı və onun nümayəndəsinin iştirak etdiyi 12.02.2021-ci il tarixli məhkəmə iclasında iddia qismən təmin edilmişdir.

44. Cavabdehin şikayəti əsasında başlanmış apellyasiya icraatı üzrə 26.04.2021-ci il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi cavabdeh hüquqi şəxsin direktoru XXXun müəssisənin ştat vahidi olan “icraçı direktor” ştatının ləğv edilməsi barədə 07.12.2020-ci il tarixli əmrini təqdim etmiş və sübut iş materiallarına əlavə edilmişdir. Növbəti 24.05.2021-ci il tarixli məhkəmə iclasında isə cavabdehin nümayəndəsi cavabdeh hüquqi şəxsin “icraçı direktor” ştatının ixtisar edilməsi barədə cəmiyyətin ümumi yığıncağının 02.11.2020-ci il tarixli iclas protokolundan çıxarışın surətini təqdim etmiş və sübut iş materiallarına əlavə edilmişdir. 45. 07.06.2021-ci il tarixli məhkəmə iclasında apellyasiya instansiyası məhkəməsi işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında işə baxmış, birinci instansiyası məhkəməsinin qətnaməsini iddianın təmin olunmuş hissəsində ləğv edərək, iddianı həmin hissədə də təmin etməmişdir.

46. Göründüyü kimi işə birinci instansiyası məhkəməsində baxılması zamanı cavabdeh tərəfə kifayət qədər şərait yaradılmasına b axmayaraq həmin tərəf onda olan və iş üçün əhəmiyyət kəsb edən sübutlarını (iddiaçının tutduğu vəzifənin ixtisar edilməsi barədə əmrin (qərarın) surətini məhkəməyə təqdim etməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi MPM-in 184.2 və 184.3-cü maddələrinə əsasən işdə olan mövcud materiallar əsasında işə baxmaqda haqlı olmuşdur.

47. Apellyasiya baxışı zamanı MPM-in 371 və 372.2-ci maddələrinin tələblərinə zidd olaraq cavabdehin təqdim etdiyi yeni sübutlar qəbul edilərək iş materiallarına əlavə edilmiş, lakin cavabdeh həmin sübutların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırmamış, bununla bağlı işdə iştirak edən şəxslərlə hər hansı müzakirə aparılmamışdır.

48. Nəzərə alınmalıdır ki, hüquqi şəxs olan cavabdehin vək ilinin xəstə olması həmin tərəfi məhkəmədə digər vəkil və ya nümayəndə ilə təmsil olunmaq hüququnu istisna edən vəziyyət kimi qiymətləndirilə bilməz. Digər tərəfdən birinci instansiya məhkəməsinə göndərdiyi etirazda cavabdeh qeyd olunan əsasla işin baxılmasının təxirə salınması barədə vəsatət verməmiş, əksinə işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir.

49. Ona görə də kassasiya şikayəti qismən təmin olunmalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ləğv edilməli, iş yol verilmiş prosessual hüquq normalarının pozuntusu aradan qaldırılmaqla yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

50. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı X6 tərəfindən verilmiş k assasiya şikayəti qismən təmin olunsun. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-4221/2021 nömrəli iş üzrə 07 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına qaytarılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar