Məhkəmə qərarları › İş №2(102)-6189/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6189/2021

22.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6189/2021 22.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh5 qarşı (Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlu, X4, X5 üçüncü şəxs qismində işə cəlb edilməklə) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: fərdi yaşayış evindən payın ayrılması və maneələrin aradan qaldırılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-44/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 22 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsi tərəfindən 22 dekabr 2017-ci il tarixdə verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışa əsasən Şəki şəhəri Sarıtorpaq küçəsi ünvanında 0,1525 ha torpaq sahəsində yerləşən 17 nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Əhməd Nurməmməd oğlu (1/8 hissə), İdris Nurməmməd oğlu (1/8 hissə), X4 (1/8 hissə), X5 (1/8 hissə) və İddiaçı (4/8 hissə) adlarına daşınmaz əmlakın dövlət reyestr ində 63 nömrəli reyestr kitabının 45 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Cavabdeh2 cavabdehlər İddiaçı, X12 Xidmət Mərkəzində Notariat Ofisinə və ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Şəki rayonu 2 saylı Dövlət Notariat Kontoru tərəfindən verilmiş 09 dekabr 2017-ci il tarixli, 2V-542 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin etibarsız hesab edilməsi, onun əsasında Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı Çıxarışın ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi ilə iddia rədd edilmişdir. Həmi n qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmişdir. Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 21 avqust 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Həmin qətnamədən iddiaçı Cavabdeh2 tərəfindən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 15 aprel 2021-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 noyabr 2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0. 1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194,8 kvadrat metr olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Mülki işə məhkəmədə baxılarkən İddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən birmərtəbəli, ümumi sahəsi 194,8 kvadrat metr olan fərdi yaşayış evindən ona məxsus 4/8 hissə payın ayrılaraq verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq ona təhvil verilməsi, cavabdehlər Cavabdeh2, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X9 tərəfindən yaradılan maneələrin onlara qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiql əşdirilməsi barədə ərizə MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmiş, Mikayılova (Bəkirova) İntima Namiq qızı, Cavabdeh3 və X9 cavabdeh qismində cəlb edilmişlər. Mülki işə məhkəmədə baxılarkən iddiaçı iddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 2 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 kvadrat metr fərdi yaşayış evinin ona məxsus 4/8 hissəsinin yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 kvadrat metr olan 2 saylı yaşayış otağı ilə sahəsi 29.0 kvadrat metr olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 kvadrat metr olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 kvadrat metr olan 13 saylı yardımçı tikili arasındakı a rakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq İddiaçı təhvil verilməsi, İddiaçı ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, X9 və Cavabdeh4 qadağan edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbinin artırılması və dəqiqləşdirilməsi barədə ərizə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən məhkəmənin icraatına qəbul edilmişdir. Mülki işə məhkəmədə baxılarkən Azərbaycan Respublikası MPM-nin 54-cü maddəsinin tələbinə əsasən iddiaçının razılığı ilə cavabdeh X9 əsl Cavabdeh5 ilə əvəz olunmuşdur. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli yaşayış evinin yer ləşdiyi torpaq sahəsinin yarı hissəsi onun mülkiyyətində olmasına baxmayaraq həmin evdə yaşayan cavabdehlər onun mülkiyyət hüququnun həyata keçirilməsinə mane olur, həyəti metal tor ilə əhatələyərək birgə mülkiyyətdə olan evin müəyyən otaqlarını bağlayaraq onun həmin hissədə mülkiyyətindən maneəsiz istifadə etməyinə mane olur. Belə olan şəraitdə yuxarıda qeyd edilən fərdi yaşayış evindən və evin yerləşdiyi torpaq sahəsindən payın müəyyənləşdirilməsi zərurəti yaranmışdır. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Birinci instansiya məhkəməsinin iclasında Cavabdeh2 iddianı qəbul etməyərək göstərmişdir ki, ailəsi ilə uzun müddətdir ki, mübahisəli fərdi yaşayış evində yaşayır. Onun və ailə üzvlərinin adına mübahisəli fərdi yaşayış evinə dair hər hansı çıxarış yoxdur. Dig ər 4/8 payın mülkiyyətçiləri isə çoxdan vəfat etmişlər. İddiaçının adına verilmiş çıxarış qanuni olmadığından, ailəsi ilə birgə yaşaması üçün başqa yaşayış yeri olmamaqla evdən onun və ailə üzvlərinin də payı olduğundan iddia tələbini tamamilə əsassız hesab edir. Məhkəmə iclasında digər cavabdehlər Cavabdeh4 və Cavabdeh3 Cavabdeh2 verdiyi izahatla eyni məzmunlu izahat verərək iddianın isə rədd edilməsi barədə qətnamə çıxarılması məhkəmədən xahiş etdilər. Birinci instansiya məhkəməsinə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyinə əsasən qərardadı birinci sualı üzrə rəyin tədqiqat hissəsində qeyd olunanlara, o cümlədən mülki iş materiallarında olan məlumatlara və baxış zamanı aşkar olunmuş fa ktiki vəziyyətə əsasən, Şəki şəhəri, Sarıtorpaq küçəsində yerləşən, iş üzrə tərəflərin paylı mülkiyyətində olan 17 saylı fərdi yaşayış evindən İddiaçı 4/8 hissəsinin naturada, təcrid mənzil şəklində ayrılmasının İnşaat Norma və Qaydalarının 2.08.01.89*nun 1.1., 2.2., 2.4., 2.9. bəndlərinin və metodik vəsaitin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olduğu müəyyən edilir. Bunun üçün, tədqiq olunan «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28.7 kvadrat metr olan 2 saylı yaşayış otağı ilə sahəsi 29,0 kvadrat metr olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmalı, sahəsi 22,2 kvadrat metr olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 kvadrat metr olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmalıdır. Belə bölgü nət icəsində iddiaçının sərəncamında olan mənzilin ümumi sahəsi 91,5 kvadrat metr («A» literli evin 3, 10, 11, 12, 13 saylı tikililəri), o cümlədən yaşayış sahəsi 48,2 kvadrat metr («A» literli evin 3, 10 saylı tikililəri), yardımçı sahəsi 43,3 kvadrat metr («A» literli evin 11, 12, 13 saylı tikililəri) təşkil edə bilər. Bu zaman, iddiaçıya çatacaq 4/8 paydan 5.9 kvadrat metr (97.4-91.5) ümumi sahənin az, o cümlədən 7.05 kvadrat metr (55.2548.2) yaşayış sahəsinin az və 1.15 kvadrat metr (42.15-43.3) yardımçı sahənin çox düşdüyü müəyyən olunur. Qərardadın ikinci sualı üzrə Şəki şəhəri, Sarıtorpaq küçəsində yerləşən 17 saylı fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranması müəyyən edilmədi. Şəki Rayo n Məhkəməsinin (hakim Pərviz Hacıyev) 08 yanvar 2020-ci il tаrixli, 2(075)-30/2020 nömrəli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 1 ünvanında 0,1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194,8 kvadrat metr fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28,7 kvadrat metr olan 2 saylı yaşayış otağı ilə sahəsi 29,0 kvadrat metr olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22,2 kvadrat metr olan 12 saylı yardımçı tikili ilə sahəsi 16,4 kvadrat metr olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısı açılaraq İddiaçı təhvil ver ilməsi, İddiaçı fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 qadağan edilməsi, 50 manat ekspertiza xərcinin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabdeh4 müştərək qaydada tutularaq Azərbaycan Respublikasının Dövlət büdcəsinə ödənilməsi, ödənilmiş dövlət rüsumunun iddiaçının özünə aid edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan əmlak iddiaçının mülkiyyətində və istifadəsində olduğundan, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il tarixli, 16153 saylı ekspert rəyinə əsasən iddiaçıya məxsus 4/8 payın naturada, təcrid mənzil şəklində ayrılması İnşaat Norma və Qaydalarına uyğun olduğundan, həmçinin fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranması müəyyən edilmədiyindən iddia tələbi fərdi yaşayış evindən payın ayrılması hissəsində əsaslıdır. İşdən göründüyü kimi iddiaçı mülkiyyətinə verilmiş və istifadəsində olan fərdi yaşayış evindən cavabdehlərin təqsiri ucbatından maneəsiz istifadə edə bilmir. Həmin fərdi yaşayış evi iddiaçının paylı mülkiyyətində olmaqla, Həmin torpaq sahəsi cavabdehlərin mülkiyyətində, istifadəsində və icarəsində deyildir. Bununla bağlı cavabdehlər və digər şəxslər tərəfindən hər hansı hüquqmüəyyənedici sənədlər məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 04 dekabr 2019-cu il t arixli, 16153 saylı ekspert rəyinə əsasən iddiaçının fərdi yaşayış evindən istifadəsinin cavabdehlərin hüquqlarını bu və ya digər formada pozmaması aşkar olunmuşdur. Əksinə işdə olan sənədlərdən də görünür ki, cavabdehlər həmin fərdi yaşayış evindən heç bir hüquqi əsasları olmadan, qanunsuz olaraq istifadə edirlər. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnamədən birgə apellyasiya şikayəti vermişlər. b) Apellyasiya instansiyası məhkəməsində icraat Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Gündüz Abbasov - sədrlik edən və məruzəçi, Mahir Əsədli, Akif Eyvazov) 24 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılmış və iddia tələbi təmin edilərək ünvan 1 ünvanında 0.1525 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli ümumi sahəsi 194.8 kvadrat metr fərdi yaşayış evinin İddiaçı məxsus 4/8 hissəsi, yəni, «A» literli fərdi yaşayış evinin texniki pasportu üzrə sahəsi 28,7 kvadrat metr olan 2 saylı yaşayış otağı ilə sahəsi 29,0 kvadrat metr olan 3 saylı yaşayış otağı arasındakı mövcud keçid qapısı bağlanmaqla, sahəsi 22.2 kvadrat metr olan 12 saylı yardımçı tikili ilə sahəsi 16.4 kvadrat metr olan 13 saylı yardımçı tikili arasındakı arakəsmə üzərində keçid qapısı açılmaqla 3, 10, 11, 12, 13 saylı tikililərin ayrılaraq İddiaçı mülkiyyətinə verilməsi, həmin hissədən istifadə üçün həyət qapısının açılaraq İddiaçı təhvil verilməsi, İddiaçı yerləşən fərdi yaşayış evindən istifadəsi ilə bağlı yaradılacaq hər hansı maneələrin Cavabdeh2, Cavabdeh3, Cavabdeh5 və Cavabd eh4 qadağan edilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin məhkəmə xərcləri ilə bağlı məsələlər həll edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi Əhməd Nurməmməd oğlunu, İdris Nurməmməd oğlunu, X2, X3 işə cəlb etmədən fərdi yaşayış evinin 4/8 hissəsinin ayrılması zamanı əmlakdan istifadə edənlərin həmin əmlakdan istifadə olunmasına hər hansı maneçilik yaranıb-yaranmamasını bilavasitə müəyyən etmədən iddianı təmin etmişdir. Ona görə də, apellyasiya instansiyası məhkəməsi Əhməd Nurməmməd oğlunu, İdris Nurməmməd oğlunu, X2, X3 hazırki iş üzrə üçüncü şəxs qismində cəlb etmiş və həmin şəxslər məhkəmə iclasına çağrılmışlar. Apellyasiya instansiyası məhkəməsi iş materialları ilə müəyyən etmişdir ki, digər paylı mülkiyyətçilər Əhməd Nurməmməd oğlu, İ dris Nurməmməd oğlu, X4 vəfat etmiş, X5 isə itkin düşmüşdür. Hazırda həmin şəxslərdən yalnız X1 vərəsəsi X10 və Əhməd Nurməmməd oğlunun vərəsələri – hazırkı iş üzrə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 sağdırlar. Məhkəmə kollegiyasının iclasında iştirakı təmin edilən X10 bildirmişdir ki, özünün başqa ünvanda ayrıca evi vardır və iddia tələbinin təmin edilməsinə etiraz etmir. Birinci instansiya məhkəməsi fərdi yaşayış evinin digər mülkiyyətçiləri olan Əhməd Nurməmməd oğlu, İdris Nurməmməd oğlu, X4 və X3 işdə iştirak etməyə cəlb etmədiyindən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini ləğv etmiş, nəticədə məhkəmə ekspert rəyinə istinad edərək iddia tələbinin təmin olunmasına dair yeni qətnamə qəbul etmişdir. Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 (Vəkil2) kassa siya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Məhkəmə iş üzrə nəticəyə gələrkən ekspert rəyinə istinad etmişdir. Lakin iş üzrə təqdim edilmiş ekspertiza rəyi qanunsuz və əsassızdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə tərəflər gəlmədikləri üçün və gəlməmələrinin səbəbləri barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin fa ktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Qətnamədən kassasiya şikayəti verən cavabdehlər Cavabdeh2 və Cavabdeh3 qətnaməni tam mübahisələndirdiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq A zərbaycan Respublikası Konstitusiyasının: Maddə

13. Mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; Maddə

29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz; Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; Maddə 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Maddə 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil e tməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər; Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər; Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Maddə

140. Reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə re yestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Maddə 213.1. İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Maddə 213.2. Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Maddə 214.1. Əgər paylı mülkiyyət mülkiyyətçilərinin payları bu Məcəlləyə əsasən təyin edilə bilmirsə və bütün mülkiyyətçilərin razılaşması ilə müəyyənləşdirilməyibsə, paylar bərabər sayılır. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. Maddə 220.2. Pa ylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxd ur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin başqa bir dəlili iş üzrə verilmiş ekspert rəyinin əsassız olması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, kassasiya instansiyası məhkəməsinin səlahiyyətləri maddi və prosessual hüquq normalarının tətbiqi ilə məhdudlaşdığından kassasiya şikayətinin bu cür dəlili yalnız ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildiri lmədiyi halda araşdırıla və məhkəmə aktının ləğvi və ya dəyişdirilməsi üçün əsas ola bilər. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh2 və Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti təmin ed ilməsin. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(107)-44/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar