Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-619/2022 01.02.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2nə qarşı (XXX üçüncü şəxs olmaqla) iş üzrə QƏRARİ iş № 2(102)-619/22 (Açar sözlər: ipotekaya xitam verilməsi, yüklülüyün ləğvi) Bakı şəhəri, 01 fevral 2022-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu və Cavabdeh2nə qarşı (XXX üçüncü şəxs olmaqla) “ipotekaya xitam verilməsi, daşınmaz əmlakın ipoteka yüklülüyünün ləğvi və çıxarışın qaytarılması” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6208/2021 nömrəli, 31.08.2021-ci il tarixli qətnaməsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Cavabdeh1 ASC ilə X5 arasında bağlanmış 14.11.2014-cü il tarixli, 5494 F nömrəli kredit müqaviləsinə əsasən sonuncuya şəxsi məqsədlər üçün 48 ay müddətinə, illik 19 faiz hesablanmaqla 191000 ABŞ dolları məbləğində kredit verilmişdir. Cavabdeh1 ASC ilə X6 arasında bağlanmış 19.06.2015-ci il tarixli, 5947 PK nömrəli kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqaviləyə əsasən kredit alana 12 ay müddətinə, illik 28 faiz hesablanmaqla 10000 ABŞ dolları məbləğində kredit xət ti açılmışdır. Hər iki kredit öhdəliyinin təminatı olaraq iddiaçıya məxsus olan, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir.
2. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli, 2(004)1005/2017 nömrəli qətnaməsinə əsasən, iddiaçı Cavabdeh1 ASC-nin cavabdehlər X3, İddiaçı və X4 qarşı kredit məbləğinin geri qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsinə dair iddia ərizəsi təmin edilmiş, 14.11.2014-cü tarixli 5494F saylı kredit müqaviləsi üzrə X1 ümümilikdə 187089 ABŞ dolları kredit borcunun Cavabdeh1 ASC-nin xeyrinə tutulması, 19.06.2015-ci il tarixli, 5947 PK saylı kredit kartı üzrə kredit xəttinin açılması haqqında müqavilə üzrə X2 11911 ABŞ dolları kredit bor cunun Cavabdeh1 ASCnin xeyrinə tutulması, hər iki cavabdehdən müştərək qaydada 82 manat pul məbləğinin “AtaBank" ASC-nin xeyrinə tutulması, tutmanın İddiaçı məxsus, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllə ünvanında yerləşən 248 nömrəli mənzilə yönəldilməsi, ipoteka predmet bazar qiymətinin 222000 manat müəyyən edilməklə açıq hərracda satılması, satışdan əldə olunan vəsaitin yuxarıda qeyd olunan borcun ödənilməsinə yönəldilməsi və mənzil satıldıqdan sonra 1 ay müddətində boşaldılması qət edilmişdir. Qətnamədən müvafiq olaraq apellyasiya və kassasiya şikayətləri verilsə də, hər iki şikayət təmin olunmamış, Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli, 2(004)1005/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış və nəticədə qətnamə icraya yönəldilmişdi r.
3. Bakı şəhəri Cavabdeh2 08 iyul 2019-cu il tarixli məktubunun və 08 iyul 2019cu il tarixli 239967/4 saylı Hərracın keçirilməsi haqqında Sifarişin surətlərindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin hərraca çıxarılması Respublika Xammal və X11 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə sifariş olunmuşdur. Həmin MMC-i tərəfindən keçirilmiş hərraclarda mənzil satılmamışdır. İddiaçı bankın mənzili hərracdan sonrakı 30 gün ərzində mülkiyyətinə qəbul etməməsi əsası ilə hazırkı mübahisəni açmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdab i prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilməsi, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatının ləğv edilməsi və əmlaka dair mülkiyyət hüquqnu təsdiq edən dövlət reyestrindən çıxarışın ona qaytarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Tələb onunla əsaslandırılmışdır ki, Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC tərəfindən həyata keçirilmiş həm birinci, həm də təkrar hərrac baş tutmamış hesab edilmişdir. Nəticədə hərrac təşkilatı “İpoteka haqqında qanun 43.1-ci maddəsinin tələbinə uyğun olaraq “Birja yenilikləri” qəzetinin 06.09.2019-cu tarixli nömrəsində bu barədə elan dərc etmiş və həmin qanunun 43.7-ci maddəyə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətində n 25 faiz az olamayan qiymətlə, yəni 141525 manat olmaqla ipoteka saxlayana - Cavabdeh1 ASC-yə təklif edilmişdir. Hərrac təşkilatının təklifindən 1 (bir) ildən çox müddət keçməsinə baxmayaraq, ipoteka saxlayan ipoteka predmetini əldə etməmişdir. Halbuki, “İpoteka haqqında” Qanunun 43.8-ci maddəsində birmənalı olaraq qeyd edilir ki, ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir.
6. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1511/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim R.Xəlilov) iddia tələbi qismən təmin edilmiş, Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə, 7 nömrəli binada yerləşən 248 nömrəli mənzilin ipoteka yüklülüyünə xitam verilmə si, həmin daşınmaz əmlak üzərindəki ipotekanın dövlət qeydiyyatı ləğv edilməsi və əmlaka dair mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışı İddiaçı qaytarılması, iddianın Bakı şəhəri Cavabdeh2nə qarşı hissədə rədd edilməsi qət edilmişdir.
7. Məhkəmənin əsaslandırması ondan ibarət olmuşdur ki, Respublika Xammal və X11 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 sentyabr 2019-cu il tarixli, 01/2535 saylı təklifin surətinə əsasən, Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı binanın 248 saylı mənzilin təkrar hərracının baş tutmaması barədə “Birja yenilikləri” qəzetinin 06.09.2019-cu il tarixli nömrəsində elan dərc edilmişdir. “İpoteka haqqında” Qanunun 43.7-ci maddəsinə müvafiq olaraq ipoteka predmeti təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə, yəni 141525 manat olmaqla Cavabdeh1 ASC-yə təklif olunmuşdur. Respublika Xammal və X11 Mərkəzi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 02 aprel 2021-ci il tarixli a/1983 saylı məktubuna əsasən, İddiaçı məxsus Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzili Cavabdeh1 ASC tərəfindən əldə edilməmişdir.
8. Məhkəmə işin faktiki halları ilə müəyyən etmişdir ki, ipoteka predmeti olan Bakı şəhəri, Yasamal rayonu, Həsən bəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzili hərraclar zamanı satılmamış, bundan sonra ipoteka saxlayan Cavabdeh1 ASC-yə təklif edilsə də, sonuncu həmin mənzili əldə etməmişdir.
9. İddianın Cavabdeh2nə qarşı hissəsinə münasibətdə məhkə mə hesab etmişdir ki, Cavabdeh2 hazırki mübahisə üzrə ipoteka münasibətlərinin subyekti olmadığından iddia, Cavabdeh2nə qarşı hissədə təmin oluna bilməz.
10. Həmin qətnamədən cavabdeh LPO Cavabdeh1 ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti vermişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
11. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər – E.Mehdiyev (sədrlik edən və məruzəçi), N.Cəfərov və X.Sarıyev) 31.08.2021-ci il tarixli, 2(103)-6208/2021 nömrəli qətnaməsi ilə cavabdeh ləğv prosesində olan “AtaBank" ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun apellyasiya şikayəti təmin edilmiş, Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-1511/2021 nömrəli, 06 aprel 2021-ci il tarixli qətnaməsi- iddianın təmin olunmuş hissəsində ləğv edilmiş, həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilərək iddia tələbi rədd edilmişdir.
12. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Cavabdeh1 ASC-nin Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanladığı 23.09.2019-cu il tarixli məktubun və "xxxx" Məktub və bağlama daşınması xidməti MMC-nin kuryer xidmətləri üçün mədaxil qəbzinin seriya № 092367 nömrəli talonunun surətindən görünür ki, Cavabdeh1 ASC Hərrac Mərkəzi "xxxx" MMC-nin 06.09.2019-cu il tarixli, 01/2535 saylı təklifinə cavab olaraq ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclarda satılmamış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzilini 141525 manata alınmasına razılıq vermiş, qeyd olunan təklifə əsasən hərrac protokollarının Cavabdeh1 ASC-nin elektron ü nvanına göndərilməsini xahiş etmişdir. Həmin məktub 25.09.2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-də qəbul edilmişdir.
13. İşin müəyyən edilmiş faktiki hallarına əsasən, Cavabdeh1 ASC-nin Hərrac Mərkəzi "xxxx" MMC-yə ünvanladığı 23.09.2019-cu il tarixli məktubla müəyyən edimişdir ki, Cavabdeh1 ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclardan satılmamış Bakı şəhəri, H.Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən, 7 saylı evin 248 saylı mənzilinin 141525 manata alınmasına razılıq verilmiş, həmin məktub 25.09.2019-cu il tarixdə sürətli poçt xidməti vasitəsi ilə "xxxx" MMC-yə çatdırılmışdır.
14. Məhkəmə kollegiyası qeyd edilənləri nəzərə alaraq hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddiaçı bank tərəfindən qanunvericiliklə nəzərə tutul muş müddət ötürülmədən hərracı həyata keçirən müəssisəyə vaxtında məlumat verilməsini nəzərə almadan, hazırkı iddia tələbi üzrə əsassız olaraq ipotekaya xitam vermişdir.
15. Həmin qətnamədən İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları b) Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək qətnamənin ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.
17. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, bankla hərrac təşkilatı arasında təkrar hərrac baş tutmadıqdan sonra protokol imzalanmalı olduğu halda, imzalanmamışdır. "xxxx" MMC-nin 02 aprel 2021-ci il tarixl i məktubuna əsasən, mübahisəli mənzil Cavabdeh1 tərəfindən əldə edilməmişdir. Cavabdeh1 ASC-nin 23.09.2019-cu il tarixli məktubuna əsasən, hərrac təşkilatının təklifinə razılıq verilsə də, həmin razılıq formal olaraq verilmişdir. Məhkəmə sübutlara düzgün qiymət verməmiş, yanlış normalara istinad etmişdir. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. “İpoteka haqqında” AR Qanunu: Maddə 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. Maddə 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.6. Təkrar hərracda bir iştirakçı olduqda hərrac baş tutmuş hesab olunur və bu halda həmin şəxs hərracın qalibi olur. Maddə 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predme tini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. Maddə 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 43.8. İpoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Ma ddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.
23. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
24. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
25. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı düzgün nəticəyə gəlmişdir.
26. Apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, Cavabdeh1 ASC Hərrac Mərkəzi "xxxx" MMC-yə 23.09.2019-cu il tarixli məktub ünvanlamış, həmin məktubu "xxxx" Məktub və bağlama daşınması xidməti MMC-nin kuryer xidmətinə təhvil vermiş, həmin məktub 25.09.2019-cu il tarixdə Hərrac Mərkəzi "xxxx" MMC-də qəbul edilmişdir. Mətkubun məzmunu ondan ibarət olmuşdur ki, Cavabdeh1 ASC Hərrac Mərkəzi "xxxx" MMC-nin 06.09.2019-cu il tarixli, 01/2535 saylı təklifinə cavab olaraq ipoteka ilə yüklü edilmiş və məhkəmə qərarına əsasən keçirilmiş hərraclarda satılmamış Bakı şəhəri, Yasamal rayonu, Həsənbəy Zərdabi prospekti, 3153-cü məhəllədə yerləşən 7 saylı evin 248 saylı mənzilini 141525 manata alınmasına razılıq vermiş, qeyd olunan təklifə əsasən hərrac protokollarının Cavabdeh1 ASC-nin elektron ünvanına göndərilməsini xahiş etmişdir.
27. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edil məli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Kassasiya kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya instansiyası məhkəməsi işin hallarına əsasən mübahisəyə düzgün qiymət vermişdir.
29. Məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün əsas şərtlərdən biri onun ədalətli olmasıdır. Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında (“Delcourt Belçikaya qarşı” iş üzrə 17 yanvar 1970-ci il tarixli qərarı, “Riersack Belçikaya qarşı” iş üzrə 01 oktyabr 1982ci il tarixli qərarı, “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarı) bunu belə ifadə etmişdir: “Ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də ayd ın görünməlidir”.
30. Belə ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 30.06.2017-ci il tarixli, 2(004)-1005/2017 nömrəli qətnaməsi ilə cavabdehlərdən ümümilikdə 199.000 ABŞ dolları pul tutulmasına baxmayaraq həmin qətnamə bu günədək icra edilməmiş qalmışdır. Qeyd olunan öhdəliyin yeganə təminatı mübahisəli mənzil olmuşdur.
31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar yoxdur.
32. Qeyd olunanları nəzərə al araq məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi işin faktiki hallarına maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalıdır.
33. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 31.08.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. 2(103)-6208/2021 Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov saylı,