Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6191/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı QSC «Bank Standard» Kommersiya Bankının Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili 1 iştirakı ilə, Cavabdeh3 Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4352/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nizami Rayon Məhkəməsinin (hakim H.Y.Əhmə dov) 2(007)-1577/2018 nömrəli, 13 noyabr 2018-ci il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Ləğv Prosesində olan QSC «Bank Standard» Kommersiya Bankının xeyrinə cavabdeh1, cavabdeh2 və cavabdeh3 müştərək qaydada 37410,56 (otuz yeddi min dörd yüz on dollar əlli altı sent) ABŞ dolları əsas borc, 8463,54 (səkkiz min dörd yüz altmış üç dollar əlli dörd sent) ABŞ dolları faiz borcu, 500 (beş yüz) ABŞ dolları cərimə, qətnamənin icra olunduğu günə olan Azərbaycan manatının məzənnəsi ilə cəmi 46374,10 (qırx altı min üç yüz yetmiş dörd dollar on sent) ABŞ dolları məbləğində borc və ödənilmiş dövlət rüsumuna görə 60 altmış manat məbləğində pul vəsaitinin tutulması, tutmanın cavabdeh2 məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri ünvan 1 evin 24 saylı mənzilinə yönəldilməsi və həmin yaşayış sahəsinin açıq hərrac keçirilməsi yolu ilə satılması, ipoteka predmetinin ilkin satış qiymətinin 150000 (yüz əlli min) manat məbləğində müəyyən edilməsi, satışdan əldə olunmuş pul vəsaitindən qətnamənin icra olunduğu günə olan Azərbaycan manatı məzənnəsi ilə cəmi 46374,10 (qırx altı min üç yüz yetmiş dörd dollar on sent) ABŞ dolları və 60 (altmış) manat məhkəmə xərcinin ləğv prosesində olan QSC “Bank Standard” Kommersiya Bankının xeyrinə ödənilməsi, borc tam ödənildikdən sonra qalan məbləğin cavabdeh2 qaytarılması, Bakı şəhəri ünvan 1 evin 24 saylı mənzilinə tutma yönəldikdə və o, satıldıqda cavabdeh2 ailə üzvləri yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmədikdə həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim İ.Ə.Kərimli (sədrlik edən və məruzəçi), X.A.Cəmilova və İ.K.Xəlilov) 2(103)-4352/2019 nömrəli, 16 aprel 2019-cu il tarixli qətnaməsi ilə cavabdeh3 apelyasiya şikayəti təmin edilməməsi, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 13 noyabr 2018-ci il tarixli 2(007)1577/2018 saylı qətnaməsi mübahisələndirilən hissədə cavabdeh3 münasibətdə dəyişdirilmədən saxlanılması, apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş dövlət rüsumu cavabdeh3 aid edilməsi qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı QSC «Bank Standard» Kommersiya Bankının Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit borcunun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ca vabdeh1, cavabdeh2 və cavabdeh3 QSC «Bank Standard» KB ilə cavabdeh1 arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 160/00/411/15 saylı kredit müqaviləsi üzrə 37410,56 ABŞ dolları məbləğində əsas borc, 8463,54 ABŞ dolları məbləğində faiz borcu, 7433,24 ABŞ dolları məbləğində cərimə borcu, ümumilikdə 53307,34 ABŞ dolları məbləğində pulun, 30 manat məhkəmədə iddia qaldırmaq üçün və 30 manat ipotekanın qeydə alınması üçün ödənilmiş cəmi 60 manat məbləğində dövlət rüsumunun cavabdehlərdən müştərək qaydada tutulması, ipoteka predmetinin ilkin satış qiymətinin 137500 manat məbləğində müəyyən edilməklə cavabdehdən tutulmalı olan məbləğin Bank qarşısında ipoteka ilə yüklü edilmiş ünvan 1 yerləşən 24 saylı mənzilə yönəldilməsi və həmin mənzilin açıq hərracdan satılması, mənzilə tutma yönəldildikdə n və o, satıldıqdan sonra ipoteka qoyan cavabdeh2 və onunla birlikdə yaşayan ailə üzvləri yaşayış sahəsini ən gec bir ay ərzində tərk etmədikdə həmin şəxslərin mənzildən məcburi qaydada çıxarılmaları və həmin mənzilin boşaldılması haqqında qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Cavabdeh3 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4352/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsini ləğv edib və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol v ermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı QSC «Bank Standard» Kommersiya Bankının Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili 1 kassasiya şikayətinin dəlillərini əsassız hesab edərək təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmış cavabdeh3 vəkili X3 məhkəmə kollegiyasına teleqram göndərərək, ölkədə olmaması ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyi üçün işin baxılmasını təxirə salmasını xahiş etsə də, həmin tarixdə ölkədən kənarda olduğu halı təsdiq edən heç bir sübut təqdim etmədiyindən, işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və işti rak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-4352/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci i nstansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: QSC «Bank Standard» Kommersiya Bankı ilə cavabdeh1 arasında bağlanmış 17 iyun 2015-ci il tarixli 160/00/411/15 №-li kredit müqaviləsin dən görünür ki, həmin müqavilənin 2.1, 2.3, 2.4 və 3.5. bəndlərinə əsasən QSC «Bank Standard» Kommersiya Bankı borc alan cavabdeh1 dövriyyə vəsaitinin artırılması üçün illik 36 % olmaqla 19 ay müddətinə, 17 iyun 2018-ci il tarixinədək, 43000 (qırx üç min) ABŞ dolları məbləğində kredit vermiş, həmin müqavilənin 2.2 bəndinə əsasən borc alan bu müqavilə ilə müəyyən edilmiş məbləğdə kredit üzrə pul vəsaitlərini qəbul etməyi və həmin kreditə görə hesablanmış faizləri ödəməyi öz üzərinə götürmüşdür. 24 iyun 2015-ci il tarixli məxaric kassa orderinin təsdiq olunmuş surətindən görünür ki, cavabdeh1 həmin tarixdə 43000 ABŞ dolları məbləğində krediti QSC «Bank Standard» Kommersiya Bankından imza edərək qəbul etmişdir. Kredit müqaviləsinin 3.7-ci bəndindən və həmin müqavilə üzrə ödəniş cədvəlindən görünür ki, cavabdeh1 ona verilmiş krediti və kreditdən istifadəyə görə faizləri sonuncunun hesabında qalıq yarandığı gündən bir ay sonra - 17.07.2015-ci il tarixdən başlayaraq, 17.06.2018-ci il tarixinədək 36 ay müddətində, 43.000 ABŞ dolları əsas, 13743,52 ABŞ dolları faiz, 56743,52 ABŞ dolları ümumi borc məbləğindən hər ay Banka 1576,21 ABŞ dolları ödəməklə qaytarmalıdır. 11 avqust 2017-ci il tarixli 14/24633 №-li arayışa əsasən cavabdeh1 17 iyun 2015-ci il tarixli 160/00/411/15 №-li kredit müqaviləsi üzrə QSC «Bank Standard» Kommersiya Bankına 37410,56 ABŞ dolları əsas borcu, 03.08.2017-ci il tarixə 8463,54 ABŞ dolları faiz borcu, hesablanmış cərimə borcu 7433,24 ABŞ dolları olmaqla, ümumilikdə isə 53307,34 ABŞ dolları məbləğində borcu yaranmışdır. İşin mübahisəsiz hallarına görə QSC « Bank Standard» KB ilə cavabdeh1 arasında 17 iyun 2015-ci il tarixdə kredit verilməsi haqqında 160/00/411/15 saylı müqavilə bağlanmış və həmin müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 19 faiz ödənilməsi şərti ilə 36 ay müddətinə 43000 ABŞ dolları məbləğində kredit verilmiş, kredit müqaviləsi üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə cavabdeh2 ünvan 2 yerləşən mülkiyyətində olan 24 saylı mənzil 19 iyun 2015-ci il tarixdə 160/00/411/15 saylı ipoteka müqaviləsi əsasında Bank qarşısında ipoteka ilə yüklü edilmişdir. Bununla yanaşı kredit müqaviləsi üzrə cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə cavabdeh2 və cavabdeh3 17 iyun 2015-ci il tarixli 160/00/411/15 saylı zaminlik müqaviləsi əsasında cavabdehin Bank qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabd ehlik daşımaq öhdəliyini öz üzərlərinə götürmüşlər. Bank, kredit müqaviləsi üzrə öhdəliyini icra edərək, kredit məbləğini cavabdehə vermiş və tərəflər arasında faizlər də nəzərə alınmaqla ödəniş qrafiki razılaşdırılmışdır. Buna baxmayaraq, cavabdeh öhdəliyin icrasını gecikdirərək borcunu qrafik üzrə qaytarmamış və müqavilə müddətinin bitdiyi 17 iyun 2018-ci il tarixə əsas borcla yanaşı, faiz borcu qalmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə görə, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qay tarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən, əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Göstərilən Məcəllənin 472.1-ci maddəsinə əsasən, borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Apellyasiya instansiyası məhkəməsi düzgün olaraq hesab etmişdir ki, əvvəla ABŞ dollarının məzənnəsinin qalxması kredit müqaviləsi üzrə borclu şəxsin maddi durumuna mənfi təsir göstərsə də, bu hal borcl unu kreditor qarşısında öhdəliklərini yerinə yetirmək vəzifəsindən azad etmir. Bundan əlavə, iş üzrə zamin olan cavabdeh3 kredit borcunun düzgün hesablanmadığını, ipoteka predmeti olan mənzilin qiymətinin düzgün hesablanmadığını əsaslandıra bilməmiş, birinci instansiya məhkəməsində işə baxılarkən verdiyi izahatında da bu barədə heç nə bildirməmişdir. Məhkəmə kollegiyası həmçinin qeyd etməyi zəruri hesab etmişdir ki, 19 iyun 2015-ci il tarixli ipoteka müqaviləsində ipoteka predmeti olan mənzilin ilkin satış qiyməti 137500 manat müəyyən olunsa da, müstəqil qiymətləndiricinin 19 oktyabr 2018-ci il tarixli rəyində mənzilin qiyməti 150000 manat müəyyən edilmiş, rəy kifayət qədər əsaslandırılmışdır. Rəşad Ağayev adlı şəxsin ona qarşı dələduzluq etməsinin hazırkı kredit müqaviləsi üzrə öhdəliklər in yerinə yetirilməsinə mənfi təsir göstərməsi barədə göstərilən dəlil isə formal mülahizədən başqa bir şey deyildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1-ci maddəsinə əsasən pul öhdəliyi manatla ifadə edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.1, 439.2 və 439.7-ci maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılması və həmin maddələrin bəzi müddəalarının şərh edilməsinə dair” 14 may 2015ci il tarixli Qərarına əsasən, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 439.2-ci maddəsinə uyğun olaraq, kredit (borc) müqaviləsi üzrə əsas borc və faizlər kredit müqaviləsində şərtləşdirildiyi hallarda müqavilədə nəzərdə tutulan valyutada ödənilir. Müqavilədə belə şərt olmadıqda, b orclu kredit üzrə əsas borcu və faizləri ödəniş yerində tətbiq olunan məzənnə əsasında manatla ödəmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Söz ügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005-ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla tə sdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4352/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu m addələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: Cavabdeh3 kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-4352/2019 nömrəli iş üzrə 16 aprel 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6191/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6191/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver