Məhkəmə qərarları › İş №2(102)-6199/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6199/2022

21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6199/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı Cavabdeh qarşı ilkin, Cavabdeh İddiaçı qarşılıqlı iddiası üzrə QƏRARİ (Açar sözlər: birgə nikah dövründə əldə edilmiş əmlakda payın ayrılması, yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Həsənov Vüqar Təvəkgül oğlu (məruzəçi), Əhmədov Əhməd Abbas oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, İddiaçı Cavabdeh qarşı birgə nigah dövründə əldə edilmiş əmlakdan payın ayrılması barədə ilk, Cavabdeh İddiaçı qarşı cavabdehin yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə evdən əşyaları ilə birlikdə çıxa rılması və evin cavabdehin qanunsuz sahibliyindən alınaraq iddiaçıya təhvil verilməsi tələbinə dair qarşılıqlı iddiası üzrə Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-1572/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Tərəflər 28 oktyabr 2005-ci il tarixdə nikaha daxil olmuş və onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü İlkin və xx.xx.2008-ci il təvəllüdlü Rəsul adlı iki uşaqları anadan olmuşdur.

2. Füzuli Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(064)-300/2020 saylı qətnaməsi ilə İddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2005-ci il tarixli, 404 nömrə ilə qeyd edilmiş nikah pozulmuş, tərəflərin birgə nikahlarından doğulmuş azyaşlı uşaqlar xx.xx.2007-ci il təvəllüdlü İlkin və xx.xx.2008-ci il təvəllüdlü Rəsul anaları İddiaçı yanında saxlanılmış, Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən azyaşlılar İlkin və Rəsulun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. Füzuli rayonu, Horadiz şəhəri, X4 küçəsi ev 79 ünvanında olan fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli çıxarışa əsasən Cavabdeh adına qeydə alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Bi rinci instansiya məhkəməsində icraat 4.İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, birgə nikah dövründə tikdikləri ümumi sahəsi 52.6 kv.metr, yaşayış sahəsi 41 kv.metr, torpaq sahəsi 0.043 hektar olan, yəni 4.30 sot torpağı olan 4.901,60 manat qiymətləndirilən fərdi yaşayış evindən ona düşən payın ayrılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. 5.İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad etməklə tələbini belə əsaslandırmışdır ki, o və iki uşağı hal-hazırda birgə nikah dövründə tikdikləri evdə yaşayırlar. Onların cavabdehlə birgə nikahları pozulduqdan 1 il sonra cavabdeh mübahisəli ünvanda olan 2 otaqlı ümumi sahəsi 52.6 metr kvadrat, yaşayış sahəsi 41 kvadrat metr və torpaq sahəsi 0.043 hektar olan fərdi yaşayış evlərini rəsmiləşdirmiş və Az ərbaycan Respublikası Əmlak Komitəsi DƏDRX Beyləqan 6 saylı Ərazi İdarəsi Füzuli rayon Filialında həmin evi reyestr nömrəsi **********81 - 10301 olan 02 iyul 2021-ci il tarixli, 01/794 inventar nömrəsi olmaqla texniki pasport və xx.xx.2021-ci il tarixli, ********** qeydiyyat nömrəsi olan 7 nömrəli reyestr kitabı 59 nömrəli vərəqdə qeydiyyata alınmış çıxarış almışdır. İlk baxışda elə görünə bilər ki, guya ev onların boşandıqları gündən 1 il sonra qeydiyyata alındığı üçün yəqin bu cavabdehin şəxsi mülkiyyətidir. Əslində isə onlar həmin evi birgə nikah dövründə tikdiklərinə görə və o vaxtdan indiyə kimi və hazırda da həmin evdə yaşadığına görə Azərbaycan Respublikası Ailə Məcəlləsinin tələblərinə uyğun olaraq bu ev və torpaq sahəsi birgə nikah dövründə əldə olunan əmlak kimi yarı bölünməlidir. 6.Cavabdeh qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Füzuli rayonu, Horadiz şəhəri, M.Ə.Rəsulzadə küçəsi ev 79-da yerləşən ona məxsus 0.43 hektar həyətyani sahədə 2 otaq, 1 mətbəx və yardımçı tikililərdən ibarət mişar daşından tikilmiş fərdi yaşayış evindən X1 yaşayış hüququna xitam verilməklə onun qanunsuz sahibliyindən alınaraq əşyaları ilə birlikdə həmin evdən çıxarılmasına və eyni zamanda İddiaçı ona qarşı iddia tələbinin rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. 7.Cavabdeh qarşılıqlı iddia tələbini onunla əsaslandırmışdır ki, X1 ona qarşı evin və torpaq sahəsinin bölünməsi dair mülki işi vardır. O, həmin tələbi qəbul etmir. Belə ki, Füzuli rayonu, Horadiz şəhəri, X4 küçəsi, ev 79-da yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsu sdur. Cavabdehlə əvvəllər aralarında nikah münasibəti olduğundan həmin evdən birgə istifadə etmişlər, lakin mübahisəli ev birgə nikah dövründə əldə edilmədiyindən və evin hüquqmüəyyənedici sənədləri olmadığından cavabdehin həmin evə dair hər hansı bir hüququ yaranmamışdır. Cavabdeh könüllü olaraq evi ona təhvil vermək istəmir, bundan başqa onu evdən məcburi qaydada çıxararaq evə qanunsuz olaraq sahiblik etməklə evi müxtəlif şəxslərə özbaşına olaraq kirayə verməkdədir. Hazırda o, Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış əsasında evin xüsusi mülkiyyətçisidir. Cavabdehlə aralarında mənzildən istifadə hüququ haqqında müqavilə bağlanmamış və belə bir müqavilə daşınmaz əmlakın dövlət reyestri ndə qeydə alınmamışdır. O, mülkiyyətçi olaraq öz mülkiyyətindən sərbəst, maneəsiz olaraq öz mülahizəsinə uyğun istifadə edə bilmir. Dəfələrlə cavabdehə evdən çıxması barədə müraciət etsə də heç bir nəticəsi olmamışdır. Bu səbəbdən də, məhkəməvə müraciət etmək məcburiyyətində qalmışdır. 8.Füzuli Rayon Məhkəməsinin (hakim Yaşar Həşimov) 17 may 2022-ci il tarixli, 2(064)730/2022 nömrəli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı ilkin iddia üzrə Cavabdeh qarşı birgə nigah dövründə əldə edilmiş əmlakda payın ayrılması tələbinə dair iddiası rədd edilmiş, qarşılıqlı iddia təmin edilmiş, İddiaçı Cavabdeh mülkiyyətindəki ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 52.6 kv.m. olan fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsi və İddiaçı əşyaları ilə birlikdə ümumi sahəsi 52.6 kv.m. olan yaşayış s ahəsindən çıxarılması, həmin yaşayış sahəsinin İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh təhvil verilməsi qət edilmişdir. 9.Məhkəmə qeyd etmişdir ki, tərəflər arasında mübahisəli fərdi yaşayış evi ilə əlaqədar münasibətlər 2005-ci ildən yaransa da Cavabdeh həmin evə mülkiyyət hüququ tərəflər arasındakı nikah ləğv edildikdən sonra yəni, xx.xx.2021-ci il tarixində qeydə alındığından bu münasibətlərə xx.xx.2000-ci il tarixindən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir.

10. İddiaçı nikah ləğv edilənədək ünvan 2 saylı evin xx.xx.2021-ci il tarixindən mülkiyyətçisi olan Cavabdeh ailə üzvü sayılmaqla yanaşı həmin yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna da malik olduğundan və ər-arvad münasibətləri xitam verildiyindən məhkəmə İddiaçı artıq Cavabdeh ailə üzvü sayılmaması əsası ilə yaşayış sahəsindən istifadə hüququnun da saxlanılmamasını nəzərə almaqla yanaşı onun başqa yaşayış sahəsini əldə etməyə və ya yaşayış sahəsindən istifadə hüquqlarını həyata keçirməyə əsasları olmasını, eləcə də maddi vəziyyətini və diqqətəlayiq digər halları da nəzərə alaraq İddiaçı qeyd edilən yaşayış sahəsindən müəyyən müddətə istifadə hüququnun saxlanılmamasını da əsaslı hesab etmişdir. Belə ki, İddiaçı özünün izahatı ilə müəyyən olunur ki, o, 7-8 aydır ki, dörd otaqdan ibarət evi 8 nəfərə kirayəyə vermiş, özü isə oğlu İlkinlə birlikdə həyətdə inşa etdirdiyi sahəsi 16 kv.m. olan tikilidə yaşayır.

11. Məhkəmə həmçinin qeyd etmişdir ki, İddiaçı artıq başqa daimi yaşayış sahəsi əldə etməklə yaşayış sahəsindən istifadə hüququnu orada r eallaşdırmışdır. Bununla yanaşı, məhkəmənin xx.xx.2020-ci il tarixli, 2(064)-300/2020 saylı qətnaməsi ilə Cavabdeh xx.xx.2019-cu il tarixdən etibarən azyaşlılar İlkin və Rəsulun yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşağa görə 110 manat olmaqla, cəmi 220 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

12. Qarşılıqlı iddia tələbinin ümumi sahəsi 52.6 kv.m. olan yaşayış sahəsinin İddiaçı qanunsuz sahibliyindən alınaraq Cavabdeh təhvil verilməsi hissəsini də təmin edərkən məhkəmə hesab etmişdir ki, fərdi yaşayış evinin İddiaçı tərəfindən kirayə verilməsi bir mülkiyyətçi kimi Cavabdeh həmin əmlaka dair sərbəst şəkildə sahiblik və istifadə hüquqlarını kobud şəkildə pozur.

13. Məhkəmə gəldiyi nəticəni Mülki Məcəllənin 152.1, 152.5, 157.2, 225.1, 225.4-cü maddələrinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 32.1, 35, 37.1-ci maddələrinə, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 9.1, 9.2, 9.2.2, 29.1, 34.1, 30.1, 30.2, 30.4-cü maddələrinə, “Mülki Məcəllənin 440.4-cü və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Xəyalə Məmmədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 iyun 2013-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 11 iyul 2014-cü il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1 və 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat

14. İlkin iddia üzrə İddiaçı Füzuli Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli 2(064)-730/2022 saylı qətnaməsindən apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi, ilkin iddia tələbinin təmin edilməsi, qarşılıqlı iddia tələbinin rədd edilməsinə dair qətnamə qəbul edilməsi xahiş edilmişdir.

15. İlkin iddia üzrə İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi qətnamə qəbul edərkən işin müəyyən edilmiş hallarına, yəni mübahisə olunan Füzuli rayonu, Horadiz şəhəri, X4 küçəsi ev 79-da yerləşən fərdi yaşayış evini cavabdehlə birgə nikahda olduqları dövründə, yəni 2005-ci ildə tikmələrinə və həmin evdə on beş ildən çox yaşamaqla ümumi təsərrüaf aparmalarına, onların birgə nikahlarından xx.xx.2007-ci il təvəllüdlü İlkin və xx.xx.2008-ci il təvəllüdlü Rəsul adlı iki nəfər uşaqlarının mübahis ə olunan evdə doğulmalarına və hazırda iki nəfər uşağı ilə həmin evdə yaşamasına baxmayaraq onun ilkin iddia tələbinin təmin edilməməsi, cavabdehin qarşılıqlı iddia tələbinin təmin edilməsinə dair qanunsuz və əsassız nəticəyə gəlmişdir.

16. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının (hakimlər – N.F.Mirzəyev (sədrlik edən və məruzəçi), İ.Q.Əsədov və Z.M.Allahyarov) 2(106)-1572/2022 nömrəli, 01 sentyabr 2022-ci il tarixli qətnaməsi ilə ilkin iddia üzrə İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilərək, Füzuli Rayon Məhkəməsinin 17 may 2022-ci il tarixli, 2(064)-730/2022 saylı qətnaməsinin ləğv olunması, ilkin iddia tələbinin təmin edilməsi, Füzuli rayonu, Horadiz şəhəri, X4 küçəsi ev 79 ünvanında olan fərdi yaşayış evinə ½ hissədə İddiaçı və ½ hissədə Cavabdeh payının müəyyən edilməsi, qarşılıqlı iddianın rədd edilməsi qət edilmişdir.

17. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisə olunan Füzuli rayonu, Horadiz şəhəri, X4 küçəsi ev 79 ünvanında olan fərdi yaşayış evi iddiaçının cavabdehlə birgə nikah döründə tikilmişdir. Cavabdeh apellyasiya şikayəti üzrə məhkəmə iclasında təqdim etdiyi ərizəsində də mübahisə olunan sözügedən yaşayış evinin iddiaçı ilə birgə nikah dövründə tikildiyini, lakin İddiaçı fərqli olaraq həmin yaşayış evinin tikintisinə daha çox onun tərəfindən vəsait xərcləndiyini, İddiaçı daha az vəsait qoymaqla evin tikintisində iştirak etdiyini göstərmişdir. İş materiallarına əlavə edilmiş Füzuli rayon İcra Hakimiyyətinin Horadiz şəhər İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ciil tarixli 1232 saylı arayışı nda İddiaçı Cavabdeh ilə xx.xx.2005-ci il tarixdə nikaha daxil olduqları, ailə qurduqları zaman özlərinə məxsus evlərinin olmadığı, fərdi yaşayış evini birgə nikah dövründə tikdiklərini göstərmişdir.

18. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, mübahisə olunan sözügedən fərdi yaşayış evinin tərəflər arasında ailə münasibətlərinə xitam verilməsindən sonra Cavabdeh adına mülkiyyət hüququ ilə qeydiyyata alınmasına baxmayaraq həmin yaşayış evi iddiaçının cavabdehlə birgə nikahları dövründə gəlirləri hesabına tikilmişdir. Ona görə də daşınmaz əmlakın ərin və ya arvadın adına qeydə alınmasından asılı olmayaraq həmin əmlakda olan payları bərabər hesab edilir.

19. Məhkəmə gəldiyi nəticəni Azərbaycan Respublikası Mülki Məcəllənin 152.1ci maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləs inin 31.1, 32.1, 32.2-ci maddələrinə və “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 21 dekabr 2012-ci il tarixli qərarında ifadə edilmiş hüquqi mövqeyə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

20. Cavabdeh kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və işin aidiyyatı üzrə apellyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etmişdir.

21. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiya məhkəməsi işə baxarkən maddi hüquq normasını düzgün tətbiq etməmişdir. Belə ki, qanunverici daşınar və daşınmaz əmlak dedikdə mülk iyyətin qeydiyyata alınmasını şərtləndirir. Əmlak nə qədər ki, dövlət qeydiyyatına alınmayıb, onun ümumi birgə mülkiyyətdə və ya paylı mülkiyyətdə olması, həmin evdən cavabdehin valideynlərinin də istifadə və yaşama hüquqlarının olması təsbit olunmamış qalır. Ona görə də apellyasiya instansiyası məhkəməsi tərəfindən qanunun norması tətbiq edilərkən nikah dövründə qeydiyyata alınmamış bir əmlaka nikah dövründə əldə edilmiş əmlak kimi qiymət verilərək 1/2 hissədə bölünməsi qanuni və əsaslı deyildir. Apellyasiya instansiyası məhkəmə kollegiyası tərəfindən qüvvədə olan maddi və prosessual hüquq normaları pozulmuş, tətbiq edilməli olan hüquq norması tətbiq edilməmiş, sübutlar tam yoxlanılmamış, nəticədə qanunsuz və əsassız məhkəmə qətnaməsi qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etiraz ın dəlilləri

22. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsinin

23. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

24. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. 25. 225.1-ci maddəsinə əsasən ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 26. 32.1-ci maddəsinə əsasən nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. 27. 32.2 -ci maddəsinə əsasən ər-arvadın ümumi birgə mülkiyyətinə onların hər birinin əmək, sahibkarlıq və intellektual fəaliyyəti nəticəsində əldə etdikləri gəlirlər, aldıqları pensiya və müavinətlər, eləcə də xüsusi təyinatı olmayan digər pul ödəmələri (şikəstlik, sağlamlığın bu və ya digər formada pozulması nəticəsində əmək qabiliyyətinin itirilməsinə görə ödənilən məbləğ, maddi yardımın məbləği və s.); ər-arvadın ümumi gəlirləri hesabına əldə edilən daşınar və daşınmaz əşyalar, qiymətli kağızlar, kredit idarələrinə və s. kommersiya təşkilatlarına qoyulmuş paylar, əmanətlər, kapitaldan olan paylar və əmlakın ərarvaddan kimin adına əldə olunmasından, yaxud əmanətin kimin adına və ya kim tərəfindən qoyulmasından asılı olmayaraq nikah dövründə ər-arvadın qazandığı hər hansı sair əmlak daxildir. 28. 34.1-ci maddəsinə əsasən nikaha daxil olanadək onlara məxsus olan əmlak, habelə nikah dövründə hədiyyə şəklində və ya vərəsəlik qaydasında, digər əvəzsiz əqdlər üzrə əldə etdikləri əmlak ər-arvadın hər birinin ayrıca mülkiyyətindədir (ər-arvadın hər birinin əmlakıdır). 29. 36.1-ci maddəsinə əsasən ər-arvadın ümumi əmlakının bölünməsi nikah dövründə, eləcə də onlardan birinin tələbi ilə nikah pozulduqdan sonra, habelə kreditor ödəməni ər-arvadın ümumi əmlakında olan onlardan birinin payına yönəltmək üçün ümumi əmlakın bölünməsi tələbi barədə ərizə verdikdə həyata keçirilir. 30. 36.3-cü maddəsinə əsasən mübahisə olduqda, ər-arvadın ümumi əmlakının bölünməsi, eləcə də bu əmlakda ər-arvadın paylarının müəyyən olunması məhkəmə qaydasında həyata keçirilir. 31. “Azərbaycan Respublikasında mənz il fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 21 dekabr 2012-ci il tarixli Qərarında qeyd edilmişdir ki, Ailə Məcəlləsinin 32-ci maddəsinin tələblərinə əsasən əmlakın ər-arvadın birgə mülkiyyəti sayılması üçün iki şərtin eyni zamanda mövcud olması vacibdir: 1. əmlakın ər-arvadın nikah müddətində əldə olunması; 2. əmlakın ər-arvadın ümumi gəlirləri hesabına əldə olunması. İkinci şərt müvafiq əmlakın ər-arvadın birgə mülkiyyəti kimi tanınması üçün onun nikah müddətində ər-arvadın əvəzli əqdlər əsasında əldə etmələrini tələb edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin

32. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları a raşdırmalı və onlardan istifadə etməlidir.

33. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

34. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

35. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır.

36. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

37. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktik i hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

38. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsi n. Kassasiya baxışının hədləri

41. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

42. Hazırkı kassasiya şikayətində qətnamə iddiaçı tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi:

43. Məhkəmə kollegiyası hesab edir ki, qətnamə qəbul edilərkən apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Belə ki, apellyasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmaq səlahiyyətinə malik olan məhkəmə kimi tərəflərin təqdim etmiş olduğu dəlillərə uyğun araşdırmalar aparmış və iş üzrə toplanmış sübutlara hüquqi qiymət verməklə yekun nəticəyə gəlmişdir.

45. Məhkəmə kollegiyası həmin əsaslandırma ilə tam razılaşı r. İddiaçının kassasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiyası məhkəməsi təqdim olunmuş sübutları səlahiyyətləri çərçivəsində qiymətləndirərək müəyyən etmişdir ki, mübahisələndirilən torpaq sahəsi tərəflərin birgə nikah müddətində əldə olunmuş, orada birgə vəsait əsasında ev tikilmiş və bu səbəbdən həmin əmlaklar birgə mülkiyyət hesab olunmamalıdır.

46. Cavabdeh mübahisəli əmlakın onun ayrıca mülkiyyəti olmasını qeyd etsə də apellyasiya instansiya məhkəməsi müəyyən etmişdir ki, o özü torpağın birgə nikah müddətində əldə olunduğunu, tikilinin məhz həmin vaxtı ərzində tikdiklərini, lakin ilk iddiaçının tikiliyə daha az vəsait qoyduğunu göstərmişdir. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin gəldiyi qənaət Ailə Məcəlləsinin 32.1-ci v ə Mülki Məcəllənin 225.1-ci maddələrinə uyğun olmuşdur.

47. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Bu səbəbdən, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır.

48. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 01 sen tyabr 2022-ci il tarixli, 2(103)-1572/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar