Məhkəmə qərarları › İş №2(102)-6200/2021

Ali Məhkəmə Qərardad — İş №2(102)-6200/2021

13.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6200/2021 13.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının Qərardadı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası Əliyev Ələsgər Əliabbas oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədova Mehparə Tofiq qızı və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Nəsirova Günel İnqilab qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin 08.10.2021-ci il tarixli məktubuna əsasən 14.06.2021-ci il tarixli qətnaməsindən cavabdehlər X1 və Cavabdeh6 verdiyi kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Nərimanov Rayon Məhkəməsinin 2(005)-287/2020 saylı, 10 noyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim G. Əsədova) İddiaçı ASC-nin cavabdehlər X1, Cav abdeh6 və q. qarşı “kreditlər üzrə borcun tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddiasının qismən təmin edilməsi, cavabdehlər Cavabdeh1 MMC, Cavabdeh3, Cavabdeh2 və Cavabdeh4 ümumilikdə 311.634 manat məbləğində borcun tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli, 2(103)3968/2021 saylı qətnaməsi ilə (hakimlər V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov), ipoteka predmetlərinin ilk satış qiyməti dəyişdirilərək 350.000 manat müəyyən edildi. Cavabdehlər X1 və Cavabdeh6 Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli qətnaməsindən kassasiya şikayəti vermiş, kassasiya şikayəti 21 sentyabr 2021-ci il tarixli qərardadla icraata qəbul edilərək baxılm ası üçün 28 oktyabr 2021-ci il tarixə təyin olunmuşdur. Bakı Apellyasiya Məhkəməsi 08.10.2021-ci il tarixli, 2(103)-3968/21 saylı məktubla Ali Məhkəmənin Mülki Kollegiyasına müraciət edərək iş üzrə Cavabdeh1 MMC tərəfindən də kassasiya şikayəti verildiyini bildirmiş və həmin şikayətin Azərbaycan Respublikası MPM-nin 407-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün mülki işin kassasiya baxışından çıxarılıb Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin müraciətinə əsasən hazırki iş üzrə kassasiya şikayətinin icraata qəbul olunması haqqında 21 sentyabr 2021-ci il tarixli qərardad ləğv olunmalı və iş kassasiya baxışından çıxarılmaqla Bakı Apellyasiya Məhkəməsinə qaytarılmalıdır. Yuxarıda şərh e dilənləri və Azərbaycan Respublikası MPM-nin 263.1, 264, 411ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 14.06.2021-ci il tarixli, 2(103)3968/2021 saylı qətnaməsindən cavabdehlər X1 və Cavabdeh6 tərəfindən verilmiş kassasiya şikayətinin icraata qəbul olunması haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2(102)-6200/2021 saylı qərardadı ləğv edilsin. Mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar