Məhkəmə qərarları › İş №2(102)-622/2024

Ali Məhkəmə Qərar — İş №2(102)-622/2024

14.03.2024 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-622/2024 14.03.2024 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" X2 Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı ilk, Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-nə qarşı qarşılıqlı iddia tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-622/2024 Açar sözlər: kredit borcunun tutulması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi hakim), Şamayev Elşad Yaquboviç və Xıdırov Əhliman Mehman oğlundan ibarət tərkibdə, iddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair ilk və Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-nə qarşı “qanunsuz tutulmuş pulun geri qaytarılması” tələbi barədə qarşılıqlı iddiasına dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 19 sentyabr 2023-cü il tarixli, 2(103)-102/2023 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İşin halları: 1. 10 iyul 2013-cü il tarixdə "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında kredit xətti müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən Cavabdeh1 60 ay müddətinə 300.000 manat məbləğində kredit limiti ayrılmışdır. 2. 25 avqust 2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik istifadə dərəcəsi 28 faiz olmaqla 12 ay müddətinə 50.000 manat m əbləğində kredit verilmiş, 21 fevral 2017-ci il tarixli Sazişə əsasən kreditin müddəti 21 fevral 2018-ci il tarixədək uzadılmışdır.

3. Cavabdeh1 kredit müqaviləsi üzrə öhdəliklərinin təminatı kimi ona məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən 80 “D” saylı evin 11 saylı 4 otaqlı mənzili ipoteka ilə yüklü edilmiş, bankın ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır.

4. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə 11 iyul 2013-cü il tarixdə zaminlik müqaviləsi bağlanmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a)Birinci instansiya məhkəməsindəki icraat

5. İddiaçı "xxxx" İKB ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASCin xeyrinə 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 8 0D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 8OD nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsi ni xahiş etmişdir.

6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2013-cü il 10 iyul tarixli əsas kredit müqaviləsinə əsasən Cavabdeh1 "xxxx" İKB ASC-nin “Lökbatan” filialında 60 ay müddətinə 300.000 manat və ya həmin məbləğin digər valyutalarda ekvivalenti məbləğində kredit limiti ayrılmışdır. 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə əsasən Cavabdeh1 illik 28%-lə 12 ay müddətinə 50000 manat məbləğində kredit götürmüşdür. 2017-ci il 21 fevral tarixli əlavə sazişə əsasən kreditin müddəti 21 fevral 2018-ci il tarixinədək uzadılmışdır. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili 2013-cü il 10 iyul tarixli ipoteka müqaviləs ilə yüklü edilmişdir və Cavabdeh2 ilə 2013-cü il 11 iyul tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2015-ci il 25 avqust tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 1.14-cü bəndinə əsasən hər gecikdirilən gün üçün gecikdirilmiş məbləğin illik 0.5 faizlə cərimə hesablayıb borcludan tələb edir. 2018-ci il iyunun 13-dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və mü ddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmişdir. Eyni zamanda reyestr orqanına ərizə göndərilmiş və ərizə qeydə alınmışdır. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibət bildirməmişdir.

7. Daha sonra iddiaçı "xxxx" İKB ASC iddia ərizəsinə əlavə təqdim edərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada "xxxx" İKB ASC-nin xeyrinə 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 4460.72 manat faiz, 1404.27 manat cərimə və kredit müqaviləsi üzrə 21 fevral 2018-ci il tarixdən xx.xx.2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 (beş) faizlə hesablanmış 675.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə cəmi 24982.74 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan da şınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Nəri manov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə tutma yönəldikdə və o satıqldıqdan 1 ay sonra Cavabdeh1 Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1 həmin mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ilk iddianın rədd edilməsi, qarşılıqlı iddianın təmin edilərək, tərəflər arşında imzalanmış 25 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsinin etibarsız hesab edilməklə, həmin maddəyə əsasən ödənilmiş 7860 manat komissiya haqqının qaytarılmasına, 2015ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə faizlərin xx.xx.2017-ci il tarixədək hesablanmasına, Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-yə əsassız ödənilmiş 7860 manatın Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə öhdəlikləri ilə əvəzləşdirilməsinə, həmçinin Cavabdeh1 tərəfindən "xxxx" İKB ASC-yə kredit müqavilələri üzrə ödənilmiş külli miqdar faiz məbləğləri nəzərə alınmaqla ikin iddianın tamamilə rədd edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Qarşılıqlı iddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı iddia tələblərinin əsaslandırılması üçün 2013-cü il 10 iyul tarixli əsas kredit müqav iləsinə, 2015-ci il 25 avqust tarixli əlavə kredit müqaviləsinə, 2017-ci il 21 fevral tarixli əlavə sazişə istinad edərək, bildirir ki, "...2018-ci il iyunun 13-dək Cavabdeh1 2015-ci il 25 avqust tarixli kredit müqaviləsi üzrə banka 18442.65 manat əsas, 6124.83 manat faiz, 858.85 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 25426.33 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır." Aşağıda qeyd edilənlərə əsasən, hesab edir ki, ilkin iddia tələbi rədd edilməli, qarşılıqlı iddia tələbi təmin edilərək, heç bir qanuni əsas olmadan qarşılıqlı iddiaçıdan alınmış pul vəsaitlərinin geri qaytarılmasına və kredit müqaviləsi üzrə artıq ödənişlərin kredit müqaviləsindən irəli gələn öhdəliklərlə əvəzləşdirilməsinə dair qətnamə qəbul edilməlidir. Tərəflər arşında imzalanmış 25 avqust 2015-ci il tarixli Kredit müqaviləsinin 1.17-ci maddəsində belə müddəa nəzərdə tutulmuşdur ki, "Bu müqavilə ilə Borcalan Bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir: Kredit sifarişinə baxılmasına görə 1%; Xəzinə xidmətlərinin göstərilməsinə görə kredit məbləğinin 1% həcmində. Kredit müqaviləsinin həmin maddəsi qanunvericiliyin tələblərinə zidd olduğu üçün etibarsız hesab edilməlidir. Belə ki, bankla borcalan arasında müqavilənin bağlanmasında hər hansı kənar şəxs, vasitəçi olmamışdır və kredit birbaşa borcalan tərəfindən banka müraciət edilməklə verilmişdir. Belə olan halda, hər hansı "komisyon haqqı"ndan söhbət gedə bilməz. Digər tərəfdən, nəzərə alınmalıdır ki, digər bank məhsullarından, xidmətlərindən (məs ələn, pul köçürülməsi, depozit və s.) fərqli olaraq, bank verdiyi kreditlər üzrə müştəridən faizlər alır və bu faizlərə də bankın təklif etdiyi məhsulun təqdim edilməsi üzrə bütün ödənişlər daxil edilməlidir. Bundan əlavə, kredit təklifinə baxılması üçün 1% məbləğin tutulması da tamamilə əsassızdır və qanunvericiliklə nəzərdə tutulmayan, işgüzar adətlərdə tətbiq olunmayan, ümumiyyətlə, bankın satdığı kredit məhsuluna heç bir hüquqi əsas olmadan tətbiq edilən ödənişdir. Bank və borcalan kimi qarşılıqlı iddiaçı arasında mövcud olmuş kredit münasibətləri üzrə ödənişlərin yoxlanılmasını həyata keçirən V.İ.P Audit MMC-nin auditoru E.İ.Fərəcəov tərəfindən tərtib edilmiş 06 iyul 2018-ci il tarixli Audit Rəyi ilə aşağıdakılar müəyyən edilmişdir ki: "...Borcdan alınmış 300 000 manat kreditin əsas m əbləğini 24 ay ərzində tam şəkildə ödənilmiş, həmçinin 62464,62 manat məbləğindi faiz ödənilmişdir. Həmçinin xx.xx.2014-cü il tarixdə alnımış 100 000 manat kreditin də əsas məbləği tam şəkildə ödənilmiş, həmçinin 27 410,76 manat məbləğində faiz ödənilmişdir. Aparılmış auditlə məlum oldu ki, Nikoil İKB ASC-nin Lökbatan filialı müqavilə bağladığı gündən bugünkü günə qədər borc alana və məhkəmələrə, borcların silinmə ardıcıllığı və qanuna uyğunluğu barədə məlumat verməmişdir. Məhkəmələrə verilən borc haqqında arayışların heç biri əsaslandırılmamışdır. Belə ki, audit zamanı məlum olmuşdur ki, borcalan yalnız müqavilə bağlanan zaman kredit müqaviləsinə əlavə edilən əlavədəki məbləğlərdən başqa heç bir informasiyaya malik deyildir. Borc alan ödədiyi vəsaitlər hesaba əsasən hesabın möhkəmləndiril məsi adı altında mədaxil edilərək silinmiş və bu barədə ona heç bir məlumat verilməmişdir. Həmçinin ödənilən məbləğlərin nə qədər hissəsinin əsas kredit məbləğindən, nə qədərinin faiz məbləğindən silindiyi haqda dürüst məlumat ala bilməmişdir. Məhkəmələrə ayrı-ayrı zamanlardan təqdim olunan bank arayışlarından göründüyü kimi hesablanmış borc məbləğlərinin onlara hesablanmış faiz və pensiyalar əsaslandırılmamışdır. Belə ki, bu arayışlardan ödənilmiş məbləğlərin hansı qaydada silinməsini təyin etmək olmur. Daha sonra xx.xx.2015-ci il tarixli əlavə kredit müqaviləsinə əsasən illik 28% ilə 12 ay müddətinə 50.000 manat məbləğində kredit alınmışdır. Bu kredit üzrə bu günə kimi cəmi 46680,04 manat borc qaytarılmışdır. Manatın dollara qarşı kəskin ucuzlaşmasının vətəndaşın biznesinə də mənfi təsir etdiyinə gorə müştəri banka müraciət edərək güzəşt edilməsini istəmişdir. Müştərinin uzun illərlə bu bankla əməkdaşlıq etdiyini və böyük məbləğlərdə əməliyyatlar həyata keçirilməsini nəzərə alaraq, faizlərin hesablanmasının dayandırılması və s. kimi güzəştlər istənilməsinə baxmayaq, bank heç bir güzəştə getməyərək faizləri hesablamağa davam etmişdir. Beləliklə, auditin yekunu üzrə bu qənaətə gəlmək olur ki, Bank tərəfindən verilən çıxarışlarda yuxarıda sadalanan 3 kreditin alınıb ödənilməsi bir arayışda birləşdirildiyindən qeyd edilən faizlərin düzgünlüyü sual doğurur. Bu səbəbdən də müştəri sonuncu kredit üzrə ödənişlərini dayandırmış və faizlərin ləğv edilməsini tələb etmişdir. Bu müddət ərzində götürülən 443000 manat kredit məbləği qarşılığında 89875,38 manat faiz məbləği ödənilmişdir. Bundan əlavə, vətəndaş bankdan 100 000 ABŞ dolları məbləğində kredit də götürərək faizləri ilə birlikdə 111161,39 ABŞ dolları məbləğində krediti ödəmişdir. Həmin dövrdə ABŞ dollarının bahalaşdığı üçün vətəndaş milli valyuta ilə ifadədə daha çox məbləğ ödəməli olmuşdur. Həmçinin vətəndaş X1 təsisçisi və direktoru olduğu "xxxx" MMC sahibkarlıq fəaliyyətini məhz həmin bankdakı hesablarında aparmışdır. Müəssisə böyük məbləğlərdə dövriyyələrlə həm manat, həm də valyuta əməliyyatları həyata keçirmişdi və bunun nəticəsində bank təkcə kurs fərqindən 111 615,94 manat gəlir əldə etmişdir. Bütün bunlar yekunlaşdırılsa, bank vətəndaşın həm götürdüyü kredit üzrə faizlər üzrə, həm də sahibkarlıq fəaliyyətindən əldə etdiyi gəlir aşağıdakı kimi olmuşdur: 293000 manat kredit üzrə 62464,62 manat faiz ödə nişi, 100 000 manat kredit üzrə 27410,76 manat faiz ödənişi, 100 000 ABŞ dolları kredit üzrə 11161,39 ABŞ dolları faiz ödənişi, Kreditlərin rəsmiləşdirilməsi üçün 2 % komissiya haqqı - 7860 manat, Sahibkarlıq fəaliyyətindən gəlir 111 615,94 manat. Böyük məbləğdə kredit və faiz ödənişləri edilməsinə baxmayaraq, bank yenə də müştəridən böyük məbləğdə ödəniş tələb edir. "Göründüyü kimi, yuxarıda istinad edilən audit rəyində də qarşılıqlı iddiaçı tərəfindən ödənilən pul vəsaitlərinin hansı ardıcıllıqla, hansı məqsədə (əsas borc, faiz borcu, cərimə borcu və s.) silindiyi göstərilməmişdir. Bundan əlavə, yuxarıda istinad edilən auditor rəyindən və qarşılıqlı iddia üzrə cavabdehin təqdim etdiyi bank arayışlarından da aydın olur ki, qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən əvvəllər götürülmüş kredi tlər üzrə də Banka külli miqdar faizlər ödənilmişdir. Bankla müştəri arasında mövcud olmuş davamlı kreditorborclu münasibətlərindən do göründüyü kimi, Cavabdeh1 bütün öhdəliklərini vaxtında yerinə yetirmiş və götürmüş olduğu kreditlər üzrə banka aşağıdakı məbləğləri ödəmişdir: 293 000 manat kredit üzrə 62 464,62 manat faiz ödənişi; 100 000 manat kredit üzrə 27 410,76 manat faiz ödənişi; 100 000 ABŞ dolları kredit üzrə 11 161,39 ABŞ dolları faiz ödənişi. Başqa sözlə desək, Bank tərəfindən Cavabdeh1 təqdim edilən manat kreditləri üzrə 89875,38 manat, 100 000 ABŞ dolları krediti üzrə isə 11 161,39 ABŞ dolları faiz ödəmişdir.

10. Daha sonra Cavabdeh1 qarşıqlılı iddia ərizəsinə əlavə verərək, ilkin iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini, ondan qanunsuz tutulmuş cəmi 27.244(iyirmi y eddi min iki yüz qırz dörd) manatdan ondan tələb olunan 25.426,33 manat çıxıldıqdan sonra yerdə qalan 1817,67 manatın "xxxx" İKB ASC-dən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Məhkəmə iclasında iddiaçı "xxxx" İKB ASC-nin nümayəndəsi X3 iddia tələbinin dəlillərinə uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Cavabdeh1 məhkəmə iclasında ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. 13. "xxxx" MMC-nin 24 sentyabr 2018-ci il tarixli ekspert rəyindən görünür ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənz ilinin hazırkı dövrə tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapmış qiyməti 260.000 manat məbləğində təşkil edir.

14. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 1057 saylı 18 noyabr 2019-cu il tarixli ekspert rəyinin nəticə hissəsindən müəyyən olunur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 19-SMEG2-4-0-427- 15(Ə3) saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur. xx.xx.2017-ci il tarixə 18170,13 əsas, 731,85 faiz borcu. xx.xx.2018-ci il tarixə- 18170,13 manat əsas, 4215,47 manat faiz. Qeyd edilir ki, kredit müqaviləsinin 1.17 bəndinə görə kr edit müqaviləsi ilə borcalan bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir: Kredit sifarişinə baxılmasına görə -1% Xəzinə xidmətlərinin göstərilməsinə görə - kredit məbləğinin 1% həcmində.Yuxarıda göstərilən komissiya haqqları hesabdan çıxarış məlumatlarında əks olunduğu kimi müvafiq olaraq xx.xx.2015-ci il tarixdə 500 manat və 500 manat məbləğlərində bank tərəfindən borcalanın hesabından silinmişdir. xx.xx.2013- cü il tarixli 19-S-1-0-698-13 saylı əsas kredit müqaviləsi üzrə rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxarış materiallarından göründüyü kimi, xx.xx.2013-cü il tarixli 19-S-1-0-698-13 saylı əlavə kredit müqaviləsi çərçivəsində 293.000,00 manat məbləğində kredit ayrılmışdır. Bundan başqa, ç ıxarış məlumatlarından göründüyü kimi, Cavabdeh1 hesabından 11-xx.xx.2013-cü il tarixlərdə bank xərcləri üçün 5.860,00 manat, girov qiymətləndirməsi üçün 150,00 və 310,00 manat, cəmi 6.320,00 manat məbləğində pul vəsaiti silinmişdir. Lakin təqdim edilmiş xx.xx.2013-cü il tarixli 19-S-1-0-698-13 saylı əsas kredit müqaviləsində həmin məbləğlərin tutulması barədə məlumat əks olunmamışdır.

15. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)164/2019 saylı qətnaməsi ilə (hakim K.Əmirxanova) ilk iddia qismən təmin edilərək, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11850,13 manat əsas, 4215,47 manat faiz, 200 manat cərimə, gecikdirilmiş vaxt üçün hesablanmış 675.1 manat əldən çıxmış fayda, ümumilikdə 16940,7 (on altı min doqquz yüz qırx manat 70 qəpik) manat borc və öd ənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat rüsumu və 20 manat xidmət haqqı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tutma Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinə yönəldilməsi, əmlakın ilkin satış qiyməti 260.000 manat müəyyən ediməklə açıq hərracdan satılması və əldə olunan vəsait hesabına borcun "xxxx" İKB ASC-nə ödənilməsi, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzili satıldıqdan 1 ay sonra Cavabdeh1 qeyd edilə n mənzildən çıxarılması, qalan hissədə ilk iddianın təmin edilməməsi, Cavabdeh1 cavabdeh "xxxx" İKB ASC-nə qarşı qanunsuz tutulmuş pulun geri qaytarılması tələbinə dair qarşılıqlı iddia ərizəsi təmin edilməməsi, aparılmış ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində pul Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması, “aparılmış ekspertiza tədqiqatının dəyəri olan 300 manat məbləğində pulun isə "xxxx" MMC-nin xeyrinə Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulması qət olunmuşdur.

16. Birinci instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, məhkəmə xx.xx.2015-ci il tarixli, 19SMEG2-4-0-427-15(Ə3) nömrəli kredit müqaviləsinə əsasən iddiaçı tərəfindən hesablanmış əsas, faiz və cərimə borcunu ayrı-ayrılıqda nəzərdən keçirib, hesab etmişdir ki, Cavabdeh1 kredit müqavilə si üzrə banka olan əsas borcu ekspert rəyi nəzərə alınmaqla 18.170,13 manat borcdan rəydə göstərilmiş 6320 manat müqavilədən kənar tutulmuş pul məbləği çıxılmaqla əsas borc məbləği 11850,13 manat məbləğində, əldən çıxmış fayda 675.1 manat müəyyən edilməlidir. Faiz borcu rəyə əsasən 4215,47 manat, cərimə borcu isə 200 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə eyni zamanda iddianın tələbin ipoteka predmeti olan əmlaka yönəldilməsinə dair hissəsini də araşdıraraq hesab etmişdir ki, iddia tələblərinin bu hissəsi də əsaslıdır. Bu səbəbdən iddianın həmin hissəsi də təmin edilməlidir. Məhkəmə "xxxx" MMC-nin 24 sentyabr 2018-ci il tarixli ekspert rəyini nəzərdən keçirərək belə qənaətə gəlmişdir ki, Cavabdeh1 məxsus Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilinin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən edilməlidir.

17. Məhkəmə qarşılıqlı iddia tələbi ilə bağlı qeyd etmişdir ki, ekspert rəyi ilə müəyyən edilmiş müqavilədən kənar tutulmuş 6320 manat məbləğində pulu kredit müqaviləsi üzrə müəyyən edilmiş əsas borc məbləğindən çıxmaqla əvəzləşdirmişdir. Qarşılıqlı iddia üzrə tələb olunan məbləğin qalan hissəsi məhkəmə qarşısında sübuta qarşılıqlı iddia üzrə iddiaçı tərəfindən sübuta yetirilmədiyindən rədd edilməlidir.

18. Məhkəmə mövqeyini Mülki Məcəllənin 269.1, 279, 295, 386.1, 439.4, 442, 445, 448.1, 467, 470.2, 472.1, 739.1, 739.2, 1091.1 və 1091.2-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59.3 və 59.4-cü maddələrinə istinadla əsaslandırmışdır. b) Apellyasiya i nstansiyası məhkəməsindəki birinci icraat

19. İddiaçı "xxxx" ASC apellyasiya şikayəti verərək qətnamənin qismən, Cavabdeh1 və Cavabdeh2 əsas, faiz və cərimə borcunun tutulması hissəsində ləğv edilərək, ilkin iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

20. İddiaçının apellyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, "xxxx" X2 qətnaməni rəsmi qaydada poçt vasitəsi ilə 16 yanvar 2020-ci il tarixində xəbərnaməyə imza etməklə qəbul etmişdir. Hesab edirlər ki, qətnamə Cavabdeh1 əsas, faiz və cərimə borcunun tutulması hissəsində qanunsuz və əsassız olduğu üçün ləğv edilməli, həmin hissədə iddia tələbinin tam təmin edilməsinə dair yeni qətnamə qəbul edilməlidir. Ekspert rəyinə əsasən məhkəmə tərəfindən aparılmış hesablamalar üzrə cavabdehin əsas və f aiz borcunun məbləğləri düzgün müəyyən edilməmiş, cərimə borcu isə xeyli azaldılmışdır. Məhkəmənin cavabdehin əsas və faiz borcunun məbləğinin 11850,13 manat və faiz borcu məbləği 4215,47 manat müəyyən edilməsi anlaşılmazdır və ekspert tərəfindən düzgün tədqiqatın aparılmamasının nəticəsi olaraq səhvdir. Qeyd olunanlara əsasən, cavabdehin faiz borcunun məbləği isə onun bankdan götürdüyü 50000 manata münasibətdə müəyyən edilməlidir. Göründüyü kimi məhkəmə əsasız olaraq Cavabdeh1 banka olan əsas borc məbləğini və faiz borc məbləğini azaltmışdlır. Bununla bağlı rəydə olan anlaşılmamazlıqlara aydınlıq gətirilməsi, ekspertə əlavə sualların verilməsi ilə bağlı tədqiqat aparmış ekspertin məhkəmə iclasına dəvət olunması və ya təkrar mühasibatlıq ekspertizasının təyin olunması barədə vəsatətlə məhk əməyə müraciət etsələr də vəsatətləri təmin olunmamışdır. Bu səbəbdən də ekspertin nəyə əsasən bu qənaətə gəlməsi ekspert rəyində öz əksini tapmamışdır, rəy mötəbər deyil. Qeyd olunanlara əsasən hesab edirlər ki, iş üzrə rəy vermiş ekspert məhkəmə iclasına dəvət olunaraq dindirilməli və ya iş üzrə əlavə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilməlidir. Bundan başqa, məhkəmə dəbbə pulunun həcmini əhəmiyyətli azaldarkən, qətnamədə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsaslanaraq qeyd edir: “Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır”. Məhkəmə qanunun bu normasına istinad etsə də, onun ikinci hissəsini - “Tənasüb mü əyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır” müddəasını mübahisəli münasibətə tətbiq etməmişdir. Çünki, dəbbə pulunun 200 manat məbləğdə müəyyən edilməsi iddiaçı tərəfindən tələb olunan cərimə məbləği ilə müqayisədə tənasübsüz surətdə azdır və kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınmamışdır. Dəbbə pulunun həcmini azaldarkən qanuna görə məhkəmə cavabdehin deyil, kreditorun mənafelərini nəzərə almalıdır.

21. Qətnamədən həmçinin Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 2(005)-164/2019 saylı iş üzrə xx.xx.2019-cu il tarixli qətnaməsininin apellyasiya qaydasında ləğv edilməsini və onun qarşılıqlı iddia tələbinin təmin olunması barədə yeni qətnamə qəbul edilməsini xahi ş etmişdir.

22. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi tərəfindən iş üzrə araşdırılmış sübutlara düzgün və qanuni qiymət verilməmişdir,məhkəmə iddiaçı ilə onun qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlməmişdir. Məhkəmə araşdırması zamanı da onun qarşılıqlı iddia tələbinin haqlı olduğu araşdırlmış mötəbər sübutlarla sübut olunmuşdur. Belə ki, məhkəmə baxışında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir, qeyd olunan kredit müqavilələri üzrə ödənişlərin edilməsi, faizlərin və digər tutmaların aparılması bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən araşdırılmışdır. Həmin məsələ ilə əlaqədar məhkəməyə daxil olmuş ekspert rəyində göstərilmişdir ki, 1-ci müqavilə üzrə "xxxx" İKB ASC tərəfindən 6320 manat silinmişdi r, lakin bu, müqavilədə öz əksini tapmamışdır. Buradan da görünür ki, iddiaçı bank tərəfindən həmin 6320 manat ondan qanunsuz olaraq tutulmuşdur. Cavabdeh bankın onunla kredit müqaviləsini illik 28 faizdən faiz ödəmək şərti ilə bağladığını, bundan sonra da həmin müqaviləyə əlavə, daha sonra isə həmin müqavilənin davamı kimi əlavə kredit sazişi rəsməldirildiyini bildirmişdir.Yəni cavabdehin ondan qanunsuz tutduğu həmin 6320 manatı sonrakı müqavilələrlə özünə rəsmləşdirərək hər il üçün 28 faizdən ondan pul tutulduğunu qeyd etmişdir. Hesab edir ki, iddiaçı bank həmin məbləğin qanunsuz tutulması ilə və həmin məbləği sonrakı müqavilələrdə 28 faizdən yenidən ona qaytarmaqla cinayət etmişdir. Məhkəmə tərəfindən həmin cinayətlə əlaqədar aidiyyətli orqanlara məlumat verilməli olduğunu qeyd etmişd ir.Birinci instansiya məhkəməsi tərəfindən bu məsələ də əsassız olaraq, öz həllini tapmamışdır. Ona görə də həmin məbləğ məhkəmədə iddia qaldırılanadək-yəni 2018-ci ilədək illik 28 faizdən hesablanmaqla mənə qaytarılmalı idi.Həmin 6320 manatın beş il müddət üçün 28 faizi (6320x28): 100=1769,6 manat.Həmin məbləği beş il üçün hesablayanda (1769,6x 5)= 8848 manat edir. Bunun da üstünə 6320 manatı gəldikdə 15168 manat məbləğ alınır ki həmin məbləğ tələb olunan ümumi məbləğdən çıxılmalı idi. Lakin məhkəmə şikayət olunan qətnamədə işin bu mühüm əhəmiyyət kəsb edən halına heç bir münasibət bildirməmişdir. Eyni zamanda məhkəməyə daxil olmuş həmin rəydən görünür ki, müqavilənin müddəti bitəndən sonra -yəni xx.xx.2017-ci ildən sonra ondan 4216 manat məbləğində pul tutulmuşdur. Belə ki, o, xx.xx.2017 -ci il tarixdə cavabdehə rəsmi ərizə verərək, müqavilənin müddətinin bitdiyini xatırlamış və xahiş etmiş ki, faizlərin tutulması dayandırılsın. Lakin, ekspertin rəyindən də görünür ki, müqavilənin müddəti bitəndən sonra ondan faiz kimi 4216 manat məbləğində pul tutulmuşdur. Qanunun tələbinə görə müqavilənin müddəti bitdikdən sonra faizlər hesablana bilməz. Məhkəmə ilkin iddiaçının iddia tələbini qismən təmin edərkən həmin halı da nəzərə almamışdır və bununla əlaqədar məsələyə qətnamədə heç bir münasibət bildirməmişdir. Qətnamə qəbul edilərkən ondan qanunsuz tutulmuş cəmi 15168 manat məbləğ və cavabdehdən qanunsuz olaraq komissiya haqqı kimi tutulmuş 4200 manat əsassız olaraq, nəzərə alınmamışdır. Onun mülkiyyətində olan ipoteka ilə yüklü edilmiş mənzilinin ilkin satış qiymətinin 260.000 ma nat dəyərində müəyyən edilməsi ilə əlaqədar məhkəmənin gəldiyi nəticənin birmənalı olaraq, əsassız olması ilə əlaqədar qeyd edir ki, əvvəla o, həmin mənzili 2010-cu ildə 330.000 manata almış ki,o vaxtkl qiymətlə mənilzin dəyəri 420.000 ABŞ dolları edir.Məhkəmə həmin ilkin satış qiymətini iş materiallarında olan "xxxx" MMC-nin mütəxəssis rəyi əsasında müəyyən etmişdir. Bildirir ki,eyni zamanda mütəxəssis rəyindən də görünür ki, firma mənzilə ümumiyyətlə baxış keçirmədən, mənzilin hətta sahəsini belə göstərmədən ağlına gələn qiyməti rəyində qeyd etmişdir. 23. 08 fevral 2021-ci il tarixli 9/2501 saylı Ekspertiza Rəyindən görünür ki, xx.xx.2015ci il tarixli, 19-SMEG2-4- 0-427-15(Ə3) saylı kredit müqaviləsi üzrə Rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan hesabdan çıxar ış məlumatlarına əsasən, Cavabdeh1 ilə "xxxx" ASC arasında bağlanmış xx.xx.2015-ci il tarixli, 19-SMEG24-0-427- 15(Ə3) saylı kredit müqaviləsi üzrə borcalanın "xxxx" ASC-yə ödənilməli olan kredit borcu aşağıdakı kimi müəyyən olunur: xx.xx.2018-ci il tarixə əsas kredit borcu, faiz borcu 18.170,13 manat 4.215,47 manat. Qeyd edilir ki, kredit müqaviləsinin 1.17 bəndinə görə kredit müqaviləsi ilə borcalan bank tərəfindən göstərilən xidmət və əməliyyatlara görə aşağıdakı qaydada komissiya haqqı ödəyir– kredit sifarişinə baxılmasına görə 1 %, xəzinə xidmətlərinin göstərilməsinə görə - kredit məbləğinin 1 % həcmində. Yuxarıda göstərilən komissiya haqqları hesabdan çıxarış məlumatlarında əks olunduğu kimi müvafiq olaraq xx.xx.2015-ci il tarixdə 500 manat və 500 manat məbləğlərində bank tərəfindən borcalanın hesabından silinmişdir.

24. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 saylı, 08 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər Ş.A.Məmmədova (sədrlik edən və məruzəçi), E.Ə.Mehdiyev və X.Ə.Sarıyevdən ibarət tərkibdə) apellyasiya şikayətləri təmin edilməmiş, Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)164/2019 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır

25. Apellyasiya instansiya məhkəməsinin birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq öz qətnaməsini birinci instansiya məhkəməsinin mövqeyinə uyğun əsaslandırmışdır.

26. Məhkəmə mövqeyini Mülki Məcəllənin 386, 439, 442, 445, 448, 467, 470, 472, 739, 269, 279, 295, 1091, 1092-ci maddələrinə, “İpoteka haqqında” Qanunun 59-cu istinadla əsaslandırmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

27. Cavabdeh1 kassasiya şikayəti verərək kredit müqaviləsi üzrə borcun məbləğinin düzgün müəyyən olunmadan ondan tutulmasını, ona məxsus mənzilin ilkin satış qiymətinin düzgün müəyyən olunmamasını, qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və qarşılıqlı iddianın təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

28. Qətnamədən eyni zamanda İddiaçı ASC kassasiya şikayəti verərək qətnamənin maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın tam həcmdə təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir.

29. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-5125/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə (hakimlər İ.R.Xələfov (sədrlik edən və məruzəçi), Ə.A.Əhmədov və Z.Ə.Əliyev) iş üzrə İddiaçı ASC-nin kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Cavabdeh1 kassasiya şikayətinin qismən təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-313/2021 nömrəli iş üzrə 08 aprel 2021-ci il tarixli qətnaməsinin - Cavabdeh1 məxsus ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsi, 80 “D” saylı evin 11 saylı mənzilinin ilkin satış qiymətinin 260.000 manat məbləğində müəyyən olunmasına dair Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019- cu il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılmasına dair hissədə ləğv edilməsi, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instansiya sı məhkəməsinə göndərilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir.

30. Kassasiya instansiya məhkəməsinin mövqeyi ondan ibarət olmuşdur ki, kredit müqaviləsi üzrə borclunun öhdəliklərinin təminatı kimi ona məxsus olan Bakı şəhərinin Nərimanov rayonunda yerləşən 4 otaqlı mənzilin ilkin satış qiyməti 260.000 manat məbləğində müəyyən olunmuşdur. Məhkəmə mənzilin satış qiymətinin həmin məbləğdə olması barədə nəticəyə gələrkən işin 89-94-cü səhifələrində olan "xxxx" MMC tərəfindən verilmiş 20 sentyabr 2018- ci il tarixli Daşınmaz Əmlakın Qiymətləndirilməsi barədə mütəxəssis rəyinə əsaslanmışdır. Həmin rəyə görə mənzilin bazar qiyməti 260.000 manat təşkil edir. İşdən göründüyü kimi cavabdehə məxsus mənzilin ilkin satış qiyməti müəyyən olunarkən mənzilə baxış keçiri lməmiş, orada təmir işlərinin aparılması yoxlanılmamış, mənzilin qiyməti səthi aparılmış tədqiqat əsasında verilmişdir. Halbuki, Cavabdeh1 tərəfindən məhkəməyə təqdim edilmiş və işin 239-cu səhifəsində olan maliyyə arayışından görünür ki, ona məxsus mənzil "xxxx" MTK-ya məxsus yaşayış binasında yerləşməklə həmin mənzilə görə cavabdeh tərəfindən MTK-ya 375.000 manat ödənilmişdir. Qiymətləndirmə rəyi işin həmin hallarına qiymət verilmədən və əmlaka baxış keçirilmədən verildiyindən, kollegiya hesab etmişdir ki, həmin rəy “Qiymətləndirmə fəaliyyəti haqqında” qanunun tələblərinə cavab vermir. Göstərilən rəy əmlakın ilkin satış qiymətinin onun likvid qiymətinə uyğun olması barədə qəti nəticəyə gəlmək üçün əsas vermədiyindən, kollegiya hesab etmişdir ki, əmlakın likvid dəyərinin müəyyən olunması üçün yeni qiymətləndirmənin keçirilməsi zəruridir. Bank faiz və cərimə borcuna aid hissələrdə qətnamə ilə razılaşmasa da, qətnamənin həmin hissədə qanunsuz olması barədə məhkəməyə heç bir mötəbər sübut təqdim etməmişdir. Məhkəmə kredit borcunun məbləği ilə əlaqədar nəticəyə gələrkən iş üzrə aparılmış ekspert rəyinə əsaslanmış, cərimənin məbləğini isə Mülki Məcəllənin 467-ci maddəsinə istinad etməklə azaltmışdır. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması imkanını nəzərdə tutan Mülki Məcəllənin 467-ci maddəsinə görə məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. 31.Mə hkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 317, 319, 385, 448, 467 və 739-cu maddələrinə istinad etmişdir. d) Apellyasiya instansiyası məhkəməsindəki ikinci icraat

32. Təkrar apelyasiya icraatı zamanı verilmiş "xxxx" MMC-nin ƏEM/M 62-235/22 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin bazar dəyəri 360000 manat, likvid dəyəri isə 324000 manat təşkil edir.

33. Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648- 9/2860 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin baz ar dəyəri 468000 manat, likvid dəyəri isə 445000 manat təşkil edir.

34. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-102/2023 nömrəli, 19 sentyabr 2023-cü il tarixli qətnaməsi ilə ( hakimlər X.A.Mərdanova (sədrlik edən və məruzəçi), E.M.Həsənov və S.X.Bəhrəmzadə) Cavabdeh1 apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 18 dekabr 2019-cu il tarixli, 2(005)- 164/2019 saylı qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilmiş, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin ilkin satış qiyməti 445.000 manat məbləğində müəyyən edilməsi, Keçirilmiş ekspertiza tədqiqatının dəyəri ola raq 200 manat məbləğində rüsumun 100 manatının iddiaçıdan, 100 manatının isə Cavabdeh1 tutularaq "xxxx" MMCnin xeyrinə ödənilməsi, keçirilmiş ekspertiza tədqiqatının dəyəri olaraq 100 manat məbləğində rüsumun 50 manatının iddiaçıdan, 50 manatının isə Cavabdeh1 tutularaq dövlət büdcəsinə ödənilməsi, apellyasiya şikayətlərinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun apellyatorun özünə aid edilməsi qət edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi mövqeyi ilə bağlı qeyd etmişdir ki, birinci instansiya məhkəməsi öz mövqeyini 24 sentyabr 2018-ci il mütəxəssis rəyi ilə əsaslandırsa da, həmin rəydən görünür ki, rəy verilərkən mübahisə predmeti olan evə faktik olaraq baxış keçirilməmiş, rəy nəzəri biliklər əsasında verilmişdir.

36. Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq kollegiya tərəfi ndən ipoteka predmetinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin nə qədər təşkil etdiyini müəyyənləşdirmək məqsədilə xx.xx.2021-ci il tarixdə əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

37. Məhkəmə kollegiyasına təqdim edilmiş "xxxx" MMC-nin ƏEM/M 62-235/22 saylı xx.xx.2022-ci il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin bazar dəyəri 360000 manat, likvid dəyəri isə 324000 manat təşkil edir.

38. Məhkəmə kollegiyası tərəfindən ipoteka predmetinin bazar qiyməti nəzərə alınmaqla likvid dəyərinin nə qədər təşkil etdiyini müəyyənləşdirmək məqsədilə xx.xx.2022-ci il tarixdə təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etmişdir.

39. Məhkəmə kollegiyasına təqdim edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/26489/2860 saylı xx.xx.2023-cü il tarixli rəyindən müəyyən edilir ki, Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli evin 11 nömrəli mənzilin bazar dəyəri 468000 manat, likvid dəyəri isə 445000 manat təşkil edir.

40. Həmin rəydən müəyyən olunur ki, tədqiqat Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış sahədən ibarət 80D nömrəli mənzil üzrə aparılmışdır. Tədqiqatın aparılması üçün tədqiq olunan mənzilə ekspertlər tərəfindən baxış keçirilmiş, mənzilin faktiki vəziyyəti öyrənilmiş, müvafiq ölçü işləri aparılmış və zəruri məlumatlar əldə edilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, m übahisəli mənzil yeni inşa olunmuş çoxmərtəbəli yaşayış binasının beşinci mərtəbəsində yerləşir. Mübahisəli mənzil üzrə bir dəhlizin, bir ayaqyolunun, bir hamamın və bir mətbəxin olduğu, dörd yaşayış otağının olduğu müəyyən edilmişdir. Tədqiq olunan mənzilə giriş-çıxışın pilləkən qəfəssəsinə açılan qapı vasitəsilə olduğu müşahidə edilmişdir. Mənzilin təmirinin yaxşı vəziyyətdə olduğu, mənzildə faktiki olaraq yaşayış olduğu müşahidə edilmişdir. Tədqiq olunan mənzilin yerləşdiyi ərazinin yaxınlığında şadlıq saraylarının, park, ticarət və müxtəlif təyinatlı iaşə obyektlərinin olduğu müşahidə edilmişdir.

41. Məhkəmə kollegiyası yuxarıda göstərilən xüsusatlara əsasən hesab etmişdir ki, birinci instansiya məhkəməsinin mövqeyi bu hissədə əsaslı olmamışdır, ona görə də qətnamə ilkin satış qiymət inin müəyyən edilməsi hissəsində dəyişdirilərək, ilkin satış qiyməti mübahisə predmetinə faktiki baxış keçirilərək verilmiş ekpert rəyinə uyğun olaraq 445.000 manat məbləğində müəyyən edilməlidir.

42. Belə ki, işin materiallarında 239-cu səhifəsində olan maliyyə arayışından görünür ki Cavabdeh1 tərəfindən ona məxsus mənzil "xxxx" MTK-ya məxsus yaşayış binasında yerləşməklə həmin mənzilə görə cavabdeh tərəfindən MTK-ya xx.xx.2010-cu ildə 375.000 manat ödənilmişdir. 43. "xxxx" MMC-nin rəyi həmin evin likvid dəyəri 324000 manat təşkil etməsi göstərilsə də, məhkəmə kollegiyası hesab edir ki, 2010-cu ildən hazırki vaxta kimi daşınmaz əmlakların dəyəri azalan deyil artan xətt olduğundan bu məbləğdə mənzilinin ilkin satış qiymətinin müəyyən olunması ağlabatan deyildir.

44. Məhkəmə kollegiyası müt əxəssislərin rəyi ilə Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648-9/2860 saylı xx.xx.2023-cü il tarixli rəyi arasında mübahisəli mənzilin likvid dəyəri ilə bağlı kəskin ziddiyyət olduğu üçün vəsatət əsasında təyin edilərək keçirilmiş Məhkəmə Ekspertiza Mərkəzinin 10/2648-9/2860 saylı xx.xx.2023-cü il tarixdə verdiyi rəyi hazırki iş üzrə sübut kimi qəbul edir.

45. Məhkəmə gəldiyi nəticənin əsası kimi Mülki Məcəllənin 317, 319-cu maddələrinə, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə istinad etmişdir. Kassasiya şikayətinin və ona qarşı etirazın dəlilləri a)Kassasiya şikayətinin dəlilləri

46. Cavabdeh1 (vəkil Nümayəndə) kassasiya şikayəti verərək qətnamənin tamamilə ləğv edilib, mülki iş üzrə qarşılıqlı iddiaya münasibətdə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

47. Cavabdehin kassasiya şi kayəti onunla əsaslandırılmışdır ki, ekspert mübahisəli mənzilin bazar qiymətini düzgün təyin etməmişdir. Belə ki, qeyd olunan mənzil faktiki olaraq təxminən (ekspert rəyində olan sahədən) 24 kv.m. böyükdür. Nədənsə ekspert bunu nəzərə almamışdır. Belə olduğu halda ekspert tərəfindən təyin olunan ümumi məbləğdən təxminən 60 min manat çox olmalı idi. Qeyd etmək lazımdır ki, işdə olan qiymətləndirmə Aktlarına əsasən Bakı şəhəri, Nərimanov rayonu, X5 küçəsində yerləşən, 4 otaqlı mənzilin "xxxx"MMC-i tərəfindən 2010-cu ilə və 2020-ci ilə münasibətdə qiymətləndirilməsi olmuşdur. Qeyd olunan mənzil qiymətləndirilməsi 2010-cu ilə münasibətdə 495 449,9 manat, 2020-ci ilə münasibətdə isə 949 294,3 manat müəyyən edilmişdir. Bakı Apellyasiya Məhkəməsi iş materiallarında olan sübutlara qiymət verməmiş və bu səbəbdən də əsassız və qanunsuz qətnamə qəbul etmişdir. İş üzrə araşdırılmış sübutlara düzgün və qanuni qiymət verilməmişdir. Belə ki, məhkəmə baxışında iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilmişdir, qeyd olunan kredit müqavilələri üzrə ödənişlərin edilməsi, faizlərin və digər tutmaların aparılması bu sahədə xüsusi biliyə malik olan ekspert tərəfindən araşdırılmışdır. Həmin məsələ ilə əlaqədar məhkəməyə daxil olmuş ekspert rəyində göstərilmişdir ki, 1-ci müqavilə üzrə "xxxx" İKB ASC tərəfindən 6320 manat silinmişdir, lakin bu, müqavilədə öz əksini tapmamışdır. Buradan da görünür ki, iddiaçı bank tərəfindən həmin 6320 manat ondan qanunsuz olaraq tutulmuşdur. Cavabdeh bankın onunla kredit müqaviləsini illik 28 faiz ödəmək şərti ilə bağladığını, bundan sonra da həmin müqav iləyə əlavə, daha sonra isə həmin müqavilənin davamı kimi əlavə kredit sazişi rəsməldirildiyini bildirmişdir. Yəni cavabdehin ondan qanunsuz tutduğu həmin 6320 manatı sonrakı müqavilələrlə özünə rəsmiləşdirərək hər il üçün 28 faizdən ondan pul tutulduğunu qeyd etmişdir. Hesab edir ki, iddiaçı bank həmin məbləğin qanunsuz tutulması ilə və həmin məbləği sonrakı müqavilələrdə 28 faizdən yenidən ona qaytarmaqla cinayət etmişdir.

48. Qətnamədən həmçinin iddiaçı (Vəkil2) kassasiya şikayəti verərək qətnaməsinin faiz və cərimə borcunun, ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilərək, iddiamızın tam təmin edilməsi və ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, Akademik H.Əliyev küçəsində yerləşən, 4 Otaqlı, 179.9 kv.m ümumi, 112.8 kv.m yaşayış, 80 D nömrəli evin 11 nömrəli mənzilinin ilkin satış qiymətinin 260.000 manat müəyyən edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

49. İddiaçının kassasiya şikayətində işin faktiki hallarına istinad olunaraq qeyd edilmişdir ki, cavabdeh 25 avqust 2015-ci il tarixli kredit müqaviləsindən irəli gələn öhdəliklərini yerinə yetirməmişdir. Cavabdehin 25 avqust 2015-ci il tarixli kredit müqaviləsi üzrə 4460.72 manat əsas borcu, 4460.72 manat faiz borcu, 1404.27 manat cərimə borcu, kredit müqaviləsi üzrə 21 fevral 2018-ci il tarixdən 15 noyabr 2018-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik 5 faizlə hesablanmış 675.1 manat məbləğində əldən çıxmış fayda olmaqla, ümumilikdə 24.982,74 manat borcu vardır. Lakin məhkəmə əsassız olaraq əsas borcu, faiz borcunu və cərimə borcunu əhəmiyyətli dərəcədə azaldaraq bankın hüquqlarını pozmuşdur. Məhkəmə qətnamə qəbul edərkən həm borca münasibətdə, həmdə əmlakın ilkin satış qiymətinə münasibətdə yalnız ekspert rəyinə əsaslanaraq qanunsuz qətnamə qəbul etmişdir. Belə ki, borcun hesablanmasına dair bank tərəfindən təqdim edilmiş hesabdan çıxarış məlumatları və maliyyə arayışına münasibət bildirməmiş, eyni zamanda ipoteka predmeti olan əmlakın qiymətinin müəyyən edilməsində də yalnız ekspert rəyinə əsaslanmışdır. b)Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

50. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq: “İpoteka haqqında” Qanun 51.Maddə 39.3.3. İpoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında mə hkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

52. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 53.Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir.

54. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

55. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına ist inad etməyə yol verilmir.

56. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.

57. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

58. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

59. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər.

60. Apelyasiya məhkəməsinin baxış predmetini yalnız ipotekanın i lkin satış qiymətinin müəyyən edilməsi hissəsi təşkil etdiyindən, verilmiş kassasiya şikayətlərinə əsasən hazırki kassasiya baxışının hədlərini apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi 61.Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. 62.Kollegiya, kassasiya şikayətlərinin ipotekanın ilkin satış qiyməti ilə bağlı dəlillərinə münasibətdə bildirir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı qanunvericiliyin bu sahədə müəyyən etiyi tələblərə əməl edilmişdir. Belə ki, tərəflər arasında ipoteka predmeti olan əmlakın ipoteka müqaviləsində göstərilmiş dəyəri ilə bağlı mübahisə olduğundan müstəqil qiymətləndirici dəvət olunmuş və alınmış rəylə ipoteka predmetinin həm bazar, həm də likvid dəyəri müəyyənləşdirilməklə, likvid dəyəri əsas götürülmüşdür. 63.Kollegiya, həmçinin bildirir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apellyasiya məhkəməsi tərəfindən işdəki sübutlar araşdırılmış, onlara mülki prosessual normalara əsasən hüquqi qiymət verilməklə yuxarıdakı qənaətə gəlinmiş və məhkəmənin gəldiyi nəticə əsaslandırılmışdır 64.Qeyd olunanları nəzərə alaraq, Məhkəmə kollegiyası belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayətləri təmin olunmamalıdır. 65.Kassasiya şikayətinin borcun məbləği ilə bağlı dəlillərə isə hazırki kassasiya baxışının predmetinə aid olmadığından və borc hissəsində qətnamə qüvvəyə mindiyindən baxılmır. 66.Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. 67.Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı ASC-nin və Cavabdeh1 kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 19 sen tyabr 2023-cü il tarixli 2(103)102/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar