Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6228/2019 04.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Hacıyev Sənan Firudin oğlu (sədrlik edən və məruzəçi - hakim), Əsgərov Qürbət Ağa oğlu, Qoldman Tatyana Aleksandrovnadan ibarət tərkibdə, Qılıcova Sevda Mübariz qızının katibliyi ilə, Cavabdeh1 firmasının vəkili İbayev Ələddin Tərxan oğlununiştirakı ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-4979/2019 nömrəli qətnaməsindən Cavabdeh1 firmasının kassasiya şikayəti üzrə mülki işə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi ilə, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ, Cavabdeh1 Ticarət Mərkəzi, zona 3-də yerləşən sıra 8, korpus 2, 30 kv.metr sahəsi olan 66 saylı mağazadan Cavabdeh2 və zona 3-də yerləşən sıra 15, korpus 1, sahəsi 30 kv.metr olan 29 saylı mağazadan Cahangirov Ramil Həzər oğlunun çıxarılması və qeyd olunan mağazaların İddiaçı təhvil verilməsi, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ, Cavabdeh1 TM, zona 3-də yerləşən sıra 8, korpus 2, 30 kv.metr sahəsi olan 66 saylı mağaza və zona 3-də yerləşən sıra 15, korpus 1, sahəsi 30 kv.metr olan 29 saylı mağazanın İddiaçı istifadəsinə verilməklə onun həmin mağazalara istifadə hüququnun tanınması, həmin ünvanda yerləşən 66 saylı və 29 saylı mağazalardan istifadə hüququna cavabdehlər tərəfindən qoyulmuş maneə və qadağaların törədilməsinin cavabdehlərə qadağan olu nması, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)-4979/2019 nömrəli qətnaməsi ilə iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətləri təmin edilməmiş, Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh1 firması iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti vermişdir. İŞİN HALLARİ: İddiaçı, onunla Cavabdeh1 firması arasında 20 dekabr 2007-ci il tarixdə bağlanmış 4506 və 4507 nömrəli müqavilələrə əsasən tikilmiş AZ1063, Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan STQ, Cavabdeh1 TM, zona 3-də yerləşən sıra 8, korpus 2, 30 kv.m sahəsi olan 66 saylı mağazaya və sıra 15, korpus 1, sahəsi 30 kv.m olan 29 saylı mağazaya onun sahiblik və istifadə hüququnun tanınması, həmin ünvanda yerləşən 66 saylı mağazadan Cavabdeh2, 29 saylı mağazadan Cavabdeh3 çıxarılaraq, həmin mağazaların ona təhvil verilməsi, həmin ünvanda yerləşən 66 saylı və 29 saylı mağazalardan istifadə hüququna cavabdehlər tərəfindən qoyulmuş maneə və qadağaların qanunsuz hesab edilərək, bu maneə və qadağaların cavabdehlərə qadağan olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ: Cavabdeh1 firması iş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli qətnaməsindən kassasiya şikayəti verərək, onun ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsini xahiş etmişdir. K assasiya şikayəti belə əsaslandırılmışdır ki, məhkəmə qətnaməsində qeyd etdiyi faktlardan aydın olur ki, Bakı Apellyasiya Məhkəməsinin 15 may 2019-cu il tarixli 2(103)-4979/2019 saylı qətnaməsi qəbul edilən zaman məhkəmə iclasında ədalət mühakiməsi tərəflərin faktlar əsasında təqdim etdiyi dəlillərlə, subutlara əsaslanmamış və hakim yalnız iddiaçının məhkəmədə söylədiyi izahatlara əsaslandırmışdır. Məhkəmə Cavabdeh1 Firması tərəfindən ticarət obyektinin inşasının başa çatdırıldığını və bundan sonra iddiaçı tərəfindən onun dəyərinin tam ödənildiyini qeyd etmişdir. Bununla bağlı olaraq bildirir ki, iddiaçı tərəfindən ticarət obyektinin inşasına görə çəkilən zəhmət haqqının dəyəri ödənilsə də, ticarət obyektinin tikintisi üçün ayrılmış ərazinin və tkinti materiallarına görə sərf edilmiş birgə xərclərin dəyəri ödənilmədiyindən, tərəflər arasında təhviltəslim aktı imzalanmamışdır. Məhkəmə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətləri, habelə müqavilənin məzmununa daha çox uyğun gələn mənanı nəzərə alınmalı olduğunu göstərsə də, tərəflər arasında qarşılıqlı razılığın və ticarət obyektinin necə təhvil-təslim edilməsini müəyyən etməmişdir. Çünki tərəflər arasında ticarət obyektinin tam dəyərinin ödənilməsi akt əsasında aparılmalı və tərəflərin qarşılıqlı razılığı ilə inşa edilmiş tikiliyə sərf edilən mal-materialın dəyəri və Cavabdeh1 Firmasına məxsus ərazinin dəyəri təhvil-təslim aktında öz əksini tapmalıdır. Lakin sifarişçi tərəfindən bu xərclərlə bağlı ödəniş apa rılmadığından, ticarət obyekti istismara təhvil verilməmişdir. Bundan əlavə məhkəmə tərəflər arasında bağlanılmış müqavilələrin icarə yox, podrat münasibətlərində olmalarını əsas gətirmişdir. Belə olan halda podrat müqavilsində tərəflər arasında bağlanılmış müqavilədə inşa edilən tikintidə istifadə edilən mal-materialın hansı materialdan olması və onun dəyərinin kim tərəfindən ödənilməsi və icraçının zəhmət haqqının ödənilməsi ilə bağlı digər şərtlər müqavilədə öz əksini tapar, sonda isə təhvil - təslim aktı imzalanaraq ticarət obyekti təhvil verilərdi. Məhkəmə qətnamədə ticarət obyektinin iddiaçı tərəfindən həmin mağazaları təhvil alaraq istifadə etdiyini, tərəflər arasında başqa müqavilə bağlanmadığını, hər hansı formada icarə münasibətləri qurulmadığını əsas gətirərək iddiaçı tərəfindən icarə haqqı ödənilmədiyini qeyd etmişdir. Bununla bağlı bildirir ki, ticarət obyekti iddiaçının müvəqqəti istifadəsində olsada müddətli bağlanılmış icarə müqaviləsinin müddətinin başa çatması ilə bağlı dəfələrlə iddiaçıya xəbərdarlıq edilmişdir. O, hər dəfə müxtəlif bəhanələr gətirməklə yeni icarə müqaviləsininin bağlanılmasından boyun qaçırmış və müqavilə üzrə göstərilən xidmət haqqının (kommunal xərclərin) dəyərinin ödənilməsindən və tikintiyə çəkilən xərclərin dəyərin ödənilməsindən yayınmış və bu səbəbdən tərəflər arasında təhvil- təslim aktı imzalanmamışdır. Cavabdeh1 Firması ilə iddiaçı arasında bağlanılmış icarə müqaviləsinin müddəti bitsə də, iddiaçı yeni icarə müqaviləsinin bağlanılmasından yayınmaqla Firmanın razılığı olmadan, ticarət obyektini qeyri-qanuni yolla 3-ü şəxsə icarə yə verməklə müqavilənin şərtlərini pozmuşdur. Məhkəmə kollegiyası nədənsə mübahisəli əmlak mülkiyyət hüququnun əldə olunmasını Azərbaycan Respublikasının Mülki Məcəlləsində və digər normativ hüquqi aktlarla müəyyən edilmiş qaydada əldə edilə biləcəyi ilə bağlı heç bir aydınlıq gətirməmişdir. PROSESSUAL MƏSƏLƏLƏR: Məhkəmə iclasında iştirak edən Cavabdeh1 firmasının vəkili İbayev Ələddin Tərxan oğlu kassasiya şikayətini müdafiə edərək, onun təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Digər tərəflər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3-cü maddəsinə əsasən məhkəmə iclasında onların iştirak ı olmadan işə baxılmasını mümkün hesab etmişdir. HÜQUQİ MƏSƏLƏLƏR: Azərbaycan Respublikası MPM-in 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiqini yoxlayır. Kassasiya şikayətinin dəlillərindən göründüyü kimi, Cavabdeh1 firması apellyasiya instansiyası məhkəməsinin iddianın təmin edilmiş hissəsini mübahisələndirir. Kassasiya kollegiyası kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası qəbul etdiyi 15.05.2019-cu il tarixli qətnaməsində iddiaçının mağazaya münasibətdə istifadə hüququnun tanınması tələbinin təmin edilmiş hissəsi istisna olmaqla qalan hissə üzrə gəlinmiş qənaəti qanuni hesab edir. Belə ki, Bakı Apellya siya Məhkəməsinin Mülki Kollegiyası iş üzrə Bakı şəhəri Qaradağ Rayon Məhkəməsinin 24 yanvar 2019-cu il tarixli qətnaməsini iddiaçının mağazaya münasibətdə istifadə hüququnun tanınması hissəsində qüvvədə saxlayarkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, iş üzrə səhv nəticəyə gəlmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən edilmiş işin hallarından göründüyü kimi, İddiaçı ilə Cavabdeh1 firması arasında 20.11.2007-ci il tarixli, 4506 və 4507 saylı müqavilələr bağlanmışdır. Həmin müqavilələrin 1.1-ci bəndinə əsasən, hər müqaviləyə görə ayrıayrılıqda, sifarişçi İddiaçı, Bakı şəhəri, Lökbatan qəsəbəsinin şərqində Heybət dəmir yolu stansiyasının cənubunda, Lökbatan-Xocasən yolunun cənub-şərq hissəsində tikintisinə başlanılmış Yeni ticarət mərkəzind ə gələcəkdə icarəyə götürmək məqsədi ilə ərizədə göstərdiyi ticarət obyektinin kv.mert sahəsinə uyğun olaraq güzəştli şərtlərlə 30 kv.m yeri icarəyə götürür. Müqavilələrin 1.2-ci bəndinə görə sifarişçi obyektin tikintisinin hər bir kv.m-ə 500 manat, cəmi 15.000 manat ödəməlidir. Müqavilələrin 1.4-cü bəndinə əsasən sifarişçi sifariş verdiyi obyektin tikintisinin dəyərinin 50 faizini bir dəfəyə 7.500 manat, ayda 7500 manat olmaqla 20.12.2008-ci ilədək ödəməlidir. Müqavilələrə əlavə edilmiş və Cavabdeh1 firması tərəfindən təsdiqlənmiş sənədlərdə “1) 20.11.07=7.500 (yeddi min beş yüz) man; 2) 25.11.07=7.500 (yeddi min beş yüz) man tam ödəndi” qeydləri əks olunmuşdur. Məhkəmə baxışında mağazaların ümumi dəyərinin tam ödənilməsi mübahisələndirilməmişdir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, qeyd edilənlər iddia ərizəsi, tərəflərin izahatı, İddiaçı ilə Cavabdeh1 firması arasında bağlanmış 20.11.2007-ci il tarixli, 4506 və 4507 saylı müqavilələr, qeydiyyat vərəqələri, ödəniş qeydləri və işdə olan digər sənədlərlə təsdiq olunur. İddiaçı, mağazaları podrat müqaviləsi əsasında dəyərini tam ödəyərək əldə etdiyini, buna baxmayaraq mağazalardan istifadə və sahiblik hüququnun pozulduğunu, cavabdehlər tərəfindən buna maneə və qadağalar yaradıldığını və hazırkı məqamda mağazaların ona faktiki təhvil verilmədiyini bildirmişdir. Cavabdeh1 firması, iddiaçıya hər hansı maneə yaratmadıqlarını, bununla belə iddiaçının mağazadan istifadə hüququnun olmadığını, mağazaların icarəyə verildiyini ifadə etmiş, cavabdeh fiziki şəxslər isə məhkəmə iclaslarına gəlməmiş və iddiaya münasibət bildirməmişlər. Tərəflərin bağladıqları 20.11.2007-ci il tarixli, 4506 və 4507 saylı müqavilələlərin 1.1-ci bəndinə görə, İddiaçı ticarət mərkəzində gələcəkdə icarəyə götürmək məqsədi ilə 30 kv.m yerin icarəyə götürülməsi, 1.5-ci bəndində obyektin 5 il müddətinə icarəyə götürülməsi, 1.7-ci bəndində obyekt istifadəyə hazır olduqda ticarət sahəsinin icarəyə verilməsi haqda müqavilə imzalanacağı kimi müddəalar yer almış, habelə digər bəndlərdə icarə ilə bağlı ifadələr qeyd olunmuşdur. Bununla yanaşı, müqavilələrdə İddiaçı sifarişçi, Cavabdeh1 firması isə icraçı kimi qeyd olunmuş, müqavilələrin 1.2-ci bəndinə görə, obyektin tikintisinin hər bir kv.m-ə 500 manat, cəmi 15.000 manat ödəməsi, 1.3-cü bəndinə əsasən, sifariş verilmiş obyektin təsdiq olunmuş tikintilayihə sənədlərinə müvafiq olaraq Y eni ticarət mərkəzinin hüdudlarında tikiləcəyi, 1.4-cü bəndinə görə, sifarişçinin sifariş verdiyi obyektin tikintisinin dəyərinin 5%-ni bir dəfəyə 7.500 manat, ayda 7500 manat olmaqla 20.12.2008-ci ilədək ödəməli olması, 1.5-ci bəndinə əsasən, sifarişçinin ödənişləri vaxtında ödədiyi təqdirdə müqavilənin müddətinin uzadılmasının ödənişsiz aparılacağı, 1.9.1-ci bəndinə görə, icraçının ərizədə göstərilən sahənin düzgünlüyünü yoxladıqdan sonra, sifarişçi ilə qarşılıqlı razışdırılaraq icarə müqaviləsini alqı-satqı müqaviləsi ilə əvəz edə biləcəyi, sifarişçinin obyekti güzəştli şərtlərlə özəlləşdirə biləcəyi, 1.9.3-cü bəndinə əsasən, sifarişçinin obyektin ümumi dəyərini tam ödədikdən sonra obyekti ödədiyi məbləğdən 20 faiz yuxarı qiymətə üçüncü şəxsə icarə müqaviləsi yolu ilə sata biləcəyi göst ərilmişdir. Göründüyü kimi, müqavilələrdə bir-birinə uyğun gəlməyən fərqli mənalı ifadələr yer aldığı üçün apellyasiya instansiyası məhkəməsi düzgün olaraq əqdlərin məzmununa tərəflərin həqiqi münasibətinə uyğun gələn mənaya üstünlüyün verilməsini qeyd etmişdir. Apellyasiya instansiyası məhkəməsi bu hissədə gəldiyi nəticəni əsaslandırarkən aşağıdakı maddi hüquq normalarına istinad etmişdir. Mülki Məcəllənin 404-cü maddəsinə görə, müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı mü nasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Əgər müqavilənin ayrı-ayrı ifadələri müxtəlif cür təfsir edilə bilərsə, müqaviləni bağlamış tərəflərin yaşayış yerində adətən qəbul olunmuş mənaya üstünlük verilir. Tərəflərin yaşayış yerləri müxtəlif olduqda, akseptantın yaşayış yeri həlledici sayılır. Müqavilədə bir-birini istisna edən və ya çoxmənalı ifadələr olduqda, müqavilənin məzmununa digərlərindən daha çox uyğun gələn mənaya üstünlük verilməlidir. Qarışıq müqavilələr təfsir edilərkən, icranın mahiyyətinə daha yaxın olan və ona uyğun gələn müqavilələr haqqında normalar tətbiq edilir. Müqavilələrin şərtləri və işin mübahisəsiz hallarından görünür ki, tərəflər, iki ədəd 30 kv.m.-lik mağazanın Cavabdeh1 firması tərəfindən tikilib iddiaçını n istifadəsinə verilməsi və sonuncunun obyektlərin dəyərini ödəməsi barədə razılaşmışlar. Cavabdeh1 firması, həmin mağazaları tikərək iddiaçıya təqdim etmiş, iddiaçı isə onların ümumi dəyərini ödəmişdir. Bundan sonra iddiaçı, həmin mağazaları təhvil alaraq istifadə etmiş, tərəflər arasında başqa müqavilə bağlanmamış, hər hansı formada icarə münasibətləri qurulmamış, iddiaçı icarə haqqı ödəməmiş, Cavabdeh1 firması icarə haqqı tələb etməmiş və iddiaçının icarə ilə bağlı müqavilə öhdəliyini pozmasına dair hər hansı iddia qaldırmamışdır. Göstərilənlərə əsasən Kollegiya, müqavilələrdəki söz və ifadələrin hərfi mənasını deyil, tərəflərin iradə ifadəsinin həqiqi mənasını, qarşılıqlı münasibətlərində yaranmış praktika və işgüzar adətləri, habelə müqavilənin məzmununa daha çox uyğun gələn mənanı nə zərə alaraq düzgün olaraq, tərəflərin icarə yox, məhz podrat münasibətində olması ilə bağlı qənaətə gəlmiuşdir. Mülki Məcəllənin 752.1-ci və 762.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun. Hazırkı iş üzrə İddiaçı, tikintisini sifariş etdiyi mağazalara görə ödənişləri etmiş, Cavabdeh1 firması isə obyektlərin tikintisini başa çatdıraraq onları iddiaçıya təhvil vermişdir. Buna baxmayaraq, İddiaçı, 13.09.2018-ci ildən sözügedən mağazalara buraxılmadığını, onlardan istifadənin məhdudlaşdırıldığını və mağazaların faktiki o laraq cavabdehlərin nəzarətində olduğunu bildirir. Cavabdeh1 firması, iddiaçının mağazalardan istifadə etməsinə hər hansı maneçilik törətmədiyini, onların iddiaçının özü tərəfindən digər cavabdehlərin istifadəsinə verildiyini bildirir. Lakin həmin cavabdehin apellyasiya şikayətinin dəlillərindən görünür ki, firma, iddiaçının mübahisə predmeti olan mağazalara istifadə hüququnu qəbul etmir və faktiki olaraq mübahisəli vəziyyətdədirlər. Kassasiya kollegiyası apellyasiya instansiyası məhkəməsinin tərəflər arasında olan münasibətlərin podrat münasibətlərinə aid olması ilə bağlı qənaəti ilə razılşaraq bu baxımdan hesab edir ki, cavabdeh tərəfindən müqavilə şərtlərinə uyğun olaraq iddiaçıyaya inşa edilərək sahibliyinə təhvil verilmiş mağazadan istifadəsinə maneələr sahiblikdən qanunsuz məhrumetmə hesab edildiyindən qadağan edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 752.2-ci maddəsinə əsasən əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. 164.2-ci maddəsinə əsasən sahiblikdən məhrum olan onun üçün qanunsuz sahibdən sahibliyin qaytarılmasını tələb edə bilər. Sahiblikdən məhrumetmə faktik sahib və ya onun hüquq sələfi barəsində səhv addım olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə iddia istisna edilir.Həmin sahəyə istifadə hüququnun tanınması ilə bağlı tələbin təmin edilməsini isə kassasiya kollegiyası maddi hüquq normalarının tələbləri baxımından qanunsuz hesab edir. 165.1-ci maddəsinə əsasən sahiblik qadağan ed ilmiş özbaşınalıq yolu ilə pozulduqda sahib pozucudan pozuntulara son qoymağı tələb edə bilər. Pozuntuların davam edəcəyindən ehtiyat olunduqda sahib onlara son qoyulması üçün iddia verə bilər. Pozucu və ya onun hüquq sələfi üçün sahib qanunsuz olduqda və sahiblik məhrumetmədən əvvəlki ildə əldə edildikdə bu cür iddia istisna edilir. Aşağıdakı maddi hüquq normalarından göründüyü kimi, daşınmaz əmlaka istifadə hüququnun yaranması üçün qanunvericilikdə müəyyən edilmiş konkret əsaslardan biri mövcud olmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. 139-1.1-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 139-1.1.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol; 139-1.1.3. daşınmaz əmlak barəsində notariat qayd asında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 139-1.1.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 139-1.1.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyriyaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, sututarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edil diyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Göründüyü kimi, hər hansı sahəyə dairt qanunla müəyyən edilmiş istifadə hüququnun yaranması üçün qanunvericilklə müəyyən edilmiş qanuni əsaslar mövcud olmalıdır. Hazırki işin apellyasiya instaniyası məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki halları ilə isə bu əsasların hər hansı birinin olması müəyyən edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, tərəflər arasında podrat müqaviləsi əsasında tikilinin inşa edilərək, təhvil verilməsi ona münasibətdə dövlət tərəfindən qorunan istifadə hüququnun tanınması üçün əsas ola bilməz. Buna baxmayaraq, apellyasiya instansiyası məhkəməsi buna dair hər hansı qanuni əsas olmadan podrat müqa viləsi üzrə cavabdeh tərəfindən inşa edilərərk sahibliyinə verilmiş tikiliyə iddiaçının istifadə hüququnu tanımışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 418.1-ci maddəsinə əsasən maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır. 417.1.4-cü maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını tamamilə, yaxud qismən ləğv edib apellyasiya instansiyası məhkəməsində müəyyən edilmiş hallar və sübutlar əsasında yeni qərar qəbul edə bilər. Odur ki, kassasiya kollegiyası hesab edir ki, kassasiya şikayəti qismən təmin edilməli, qətnamə iddianın mağazalara istifadə hüququnun tanınması tələbinin təmin ed ilməsi hissəsində ləğv edilməli, həmin hissədə iddia rədd edilməli, mübahisələndirilən qalan hissə cavabdeh “Cavabdeh1 ”firmasına münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416-417, 419, 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh1 firmasının kassasiya şikayəti qismən təmin edilsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 15.05.2019-cu il tarixli, 2(103)4979/2019 nömrəli qətnaməsi mağazalara istifadə hüququnun tanınması tələbinin təmin edilmiş hissəsində ləğv edilsin, həmin hissədə iddia rədd edilsin. Mübahisələndirilən qalan hissədə cavabdeh “Cavabdeh1 ”firmasına münasibətdə qətnamə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6228/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6228/2019
04.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver