Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6230/2019 13.09.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Aslan Kalbalı oğlu Kalbalıyev (sədrlik edən və məruzəçi), Vafəddin Ələm oğlu İbayev və Ələsgər Əliabbas oğlu Əliyevdən ibarət tərkibdə, Ələkbərov Orxan Malik oğlunun katibliyi, iddiaçı Ləğv Prosesində olan ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 iştirakı ilə, İddiaçı Ləğv Prosesində olan ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6653/2019 nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsindən verdiyi kassasiya şikayəti üzrə işə baxaraq MÜƏ YYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim G.A.Əsədova) 2(005)-411/2019 nömrəli, 12 mart 2019-cu il tarixli qətnaməsi ilə iddia qismən təmin edilərək, cavabdeh1-dən 9.366,60 (doqquz min üç yüz altmış altı manat altmış qəpik) manat məbləğində əsas, 16,39 (on altı manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu, iddia tələbinin gecikdirilmiş vaxt üçün hesablanan 5% məbləği 46,83 (qırx altı manat səksən üç qəpik) manat olmaqla, cəmi 9.429,82 (doqquz min dörd yüz iyirmi doqquz manat səksən iki qəpik) manat məbləğində pul vəsaiti, ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub iddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödəniməsi, tutulmalı olan məbləğin borc öhdəliyinin təminatı kimi iddiaçı Açıq Səhmdar Cəmiyyətinin qarşısında ipoteka ilə yüklü edilmiş cavabdeh2 Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 03 oktyabr 2013-cü il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışına əsasən tam mülkiyyət hüququ əsasında məxsus olan, Bakı şəhəri, Nərimanov rayonu, ünvan1-də 1 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərrac yolu ilə realizə edilməsi, mənzilin satışından əldə edilmiş vəsait hesabına borc ödənildikdən sonra artıq pul vəsaiti qalarsa, həmin vəsait cavabdeh2 verilməsi, ipoteka predmeti olan Bakı şəhəri, Nərimanov rayonu, ünvan1-də 1 nömrəli mənzilinin ilkin satış qiyməti 133.000 (bir yüz otuz üç min) manat müəyyən olunması, cavabdeh2 mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu,ünvan1-də 1 nömrəli mənzili açıq hərracdan satıldıqdan sonra 1 (bir) ay ərzi ndə həmin mənzilin boşaldılması, ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat cavabdeh1 tutulub dövlət büdcəsinə keçirilməsi, qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat cavabdeh1 tutulub “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə ödənilməsi, qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi MK-nın (hakim E.C.Kazımov (sədrlik edən və məruzəçi), T.S.Səmədov və İ.S.Şirinov) 2(103)-6653/2019 nömrəli, 17 may 2019-cu il tarixli qətnaməsi ilə iddiaçı Ləğv prosesində olan İddiaçı ASC-nin apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 12 mart 2019-cu il tarixli, 2(005)-411/2019 nömrəli qətnaməsi iddiaçı Ləğv prosesində olan açıq səhmdar cəmiyyətinin apellyasiya şikayəti üzrə mübahisələndirilən hissədə dəyişdi rilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti cavabdeh1 qarşı kredit müqaviləsi üzrə borcun ödənilməsi, ipoteka predmetinə tutmanın yönəldilməsi və ipoteka predmeti olan daşınmaz əmlakın açıq hərracdan satılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 22 iyul 2016-cı il tarixli, 2-1(81)- 3619/2016 nömrəli qərarı ilə iddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğv edilməsi və iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ləğvedici qismində Əmanətlərin Siğortalanması Fondunun təyin edilməsi qərara alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli 04 KT nömrəli kredit müq aviləsinə əsasən cavabdeh1 60 ay müddətinə illik 7% dərəcəsi ilə 200.000 (iki yüz min) manat məbləğində kredit verilmişdir. Cavabdehə verilmiş kreditin təminatı kimi iddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2013-cü il tarixli 04 KT nömrəli ipoteka müqaviləsinə əsasən cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan1-də 1 nömrəli mənzil banka ipoteka predmeti kimi qoyulmuşdur. İpoteka müqaviləsi notariat qaydasında təsdiq edildikdən sonra mənzilin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsi tərəfindən 26 oktyabr 2013-cü il tarixli RX seriyalı ******* nömrəli çıxarış verilmişdir. Dəfələrlə kreditdən və kredit üzrə yığılmış faizlərin təcili ödənilməsi barədə bank tərəfindən cavabdeh1 müraciətlər edilmiş, lakin cavabdeh1 verdiyi vədlərə əməl etməyərək tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərini kobud surətdə pozmuşdur. Qeyd edilən hüquq normalarının tələblərinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi tədbiri kımı “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2-ci maddəsinin tələblərinə uyğun olaraq, Bank tərəfindən ipoteka qoyan cavabdeh2 ipoteka predmetinə tutmanın yönəldilməsi barədə 26 sentyabr 2018-cı il tarixdə bildiriş təqdim olunmuş və həmin bildirişin müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində qeydiyyatdan keçirilməsi təmin edilmişdir. Lakin buna baxmayaraq m üsbət nəticə əldə edilməmiş və bu səbəbdən də Bank kredit müqaviləsinin 8.1-ci bəndinə əsasən öhdəliyin icrasını vaxtından əvvəl tələb etmək məcburiyyətində qalmışdır. Bank tərəflər arasında bağlanmış müqavilələrin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdeh həmin müqavilələr üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. Hazırda cavabdeh1 Banka ödənilməmiş cəmi 17.487,89 (on yeddi min dörd yüz səksən yeddi manat səksən doqquz qəpik) manat məbləğində kredit borcu vardır. Bundan 17.314,09 (on yeddi min üç yüz on dörd manat doqquz qəpik) manat əsas borc, müqavilə müddəti bitən tarixə 87,23 (səksən yeddi manat iyirmi üç qəpik) manat, gecikdırilmış vaxt uçün hesablanan 5% üzrə 86,57 (səksən altı manat əlli yeddi qəpik) manat, cəmi 17.487,89 (on yeddi min d örd yüz səksən yeddi manat səksən doqquz qəpik) manat məbləğində borcu mövcuddur. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin 12-ci və İpoteka Müqaviləsinin 17-ci bəndinə əsasən müqavilələrin qüvvədə olduğu müddət ərzində tərəflər arasında yarana biləcək hər hansı anlaşılmazlıq danışıqlar yolu ilə həll edilməlidir. Qarşılıqlı razılıq əldə edılmədikdə mübahisələrin qanunvericiliyə uyğun həll edilməsi üçün tərəflər müvafiq məhkəmələrə müraciət etmək hüququndan istifadə edə bilərlər. Əsas borcdan fərqli olaraq faiz borcunun məbləğinin dəyişməsini nəzərə alaraq faizlərin mülki qanunvericiliyə uyğun olaraq qətnamə çıxarılan günə qədər hesablanıb ödənilməsi qətnamədə göstərilməlidir. Göstərilənlərə əsasən, cəmi 17.487,89 (on yeddi min dörd yüz səksən yeddi manat səksən doqquz qəpik) manat m əbləğində kredit borcunun - bundan 17.314,09 (on yeddi min üç yüz on dörd manat doqquz qəpik) manat əsas borc, müqavilə müddəti bitən tarixə 87,23 (səksən yeddi manat iyirmi üç qəpik) manat, gecikdirilmiş vaxt üçün hesablanan 5% üzrə 86,57 (səksən altı manat əlli yeddi qəpik) manat, iş üzrə ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun cavabdeh1 tutularaq iddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, tutmanın ilk növbədə cavabdeh2 məxsus olan Bakı şəhəri, ünvan1-də 1 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin hərracdan satılması, mənzilin satışından əldə olunmuş pul vəsaitinin cavabdeh1 iddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan kredit borcunun ödənilməsinə yönəldilməsi, mənzil hərracdan satıldıqdan ən geci 1 (bir) ay ərzində boşaldılması barədə müvafiq qətnamə çıxarılmasını məhkəmədən xahiş etmi şdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qərarları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı Ləğv Prosesində olan İddiaçı ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6653/2019 nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsini ləğv edib və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi qətnamə qəbul edərkən maddi və prosessual hüquq normalarının kobud pozuntusuna yol vermişdir. KASSASİYA ŞİKAYƏTİNƏ QARŞİ ETİRAZ Məhkəmə kollegiyasına kassasiya şikayətinə qarşı etiraz daxil olmuşdur. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı Ləğv Prosesi ndə olan ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun vəkili X4 kassasiya şikayətinin dəlillərini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq işdə iştirak edən digər şəxslər iştirak etmədikləri üçün və iştirak etməməklərinin üzrlü səbəbi barədə məlumat vermədiklərindən məhkəmə kollegiyası işə onların iştirakı olmadan baxdı. HÜQUQİ MƏSƏLƏLƏR Məhkəmə kollegiyası məruzəçini və izahatı dinləyib, iş materiallarını və kassasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə Bakı Apellyasiya Məhkəməsinin MKnın 2(103)-6653/2019 nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməldir Azərbayca n Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qanunvericiliyin tələblərinə riayət edilmədən işin faktik hallarının müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. İş materiallarında olan: İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh1 arasında bağlanmış 29 avqust 2013-cü il tarixli, 04 KT nömrəli kredit müqaviləsindən müəyyən olunur ki, kreditor borcluya illik 7% olmaqla 60 ay müddətinə qaytarmaq şərti ilə 200.000 (iki yüz min) manat məbləğində krediti verməyi borcalan isə krediti qəbul etməyi, müqavilədə göstərilən müddətdə və qaydada krediti, kreditə görə hesablanacaq faizləri və ödənişlərin gecikdirilməsi üçün hesablanmış cəriməni borcverənə qaytarmağı öhdəsinə götürmüşdür. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövl ət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli, 03 oktyabr 2013-cü il tarixli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 18 nömrəli evin 1 nömrəli mənzili tam mülkiyyət hüququ üzrə Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 1977 nömrəli reyestr kitabının 183648 nömrəli vərəqində qeydiyyata alınmışdır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə cavabdeh2 arasında bağlanmış 21 oktyabr 2013-cü il tarixli 04 KT nömrəli ipoteka müqaviləsinin məzmunundan görünür ki, 29 avqust 2013-cü il tarixli, 04 KT nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklərinin təminatı olaraq cavabdeh2 tərəfindən onun mülkiyyətində olan Bakı şəhəri, Nərimanov rayonu, ünvan1-də 1 nömrəli mənzilini ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən RX seriyalı ******* nömrəli çıxarışın surətindən müəyyən olunur ki, Bakı şəhəri, Nərimanov rayonu, Nazim Hacıyev küçəsi, 18 nömrəli evin 1 nömrəli mənzili İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə yüklülüyü daşınmaz əmlakın dövlət reyestrində 26 oktyabr 2013-cü il tarixdə qeydə alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ünvanladığı 11 oktyabr 2018-ci il tarixli məktubundan görünür ki, Cavabdeh2 məxsus Bakı şəhəri, ünvan1-də 1 nömrəli mənzilinə dair tutmanın yönəldil məsi haqqında bildiriş müvafiq təşkilatda qeydə alınmışdır. 05 oktyabr 2018-ci il tarixli maliyyə arayışından görünür ki, cavabdeh1 iddiaçı Açıq Səhmdar Cəmiyyətinə 29 avqust 2013-cü il tarixli, 04 KT nömrəli kredit müqaviləsi üzrə həmin tarixə 17.314,09 (on yeddi min üç yüz on dörd manat doqquz qəpik) manat əsas, 87,23 (səksən yeddi manat iyirmi üç qəpik) manat faiz borcu, 86,57 (səksən altı manat əlli yeddi qəpik) manat gecikdirilmiş vaxt üçün hesablanmış 5% borc olmaqla, cəmi borcu 17.487,89 (on yeddi min dörd yüz səksən yeddi manat səksən doqquz qəpik) manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdeh1 və cavabdeh2 ünvanladığı 25 sentyabr 2018-ci il və 26 sentyabr 2018-ci il tarixli bildirişlərin surətlərindən müəyyən olunur ki, cavabdeh kredit müqaviləsindən irəli gələn öhdəliklərini icra etmədiyindən kredit borcunun tutulması ipoteka ilə yüklü edilmiş mənzilə yönəldilməsi üçün qanunla müəyyən edilmiş tədbirlərin görülməsinə başlanması barədə xəbərdar edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 fevral 2019-cu il tarixli 31076 nömrəli rəyindən görünür ki, Cavabdeh1 29 avqust 2013-cü il tarixli 04 KT nömrəli kredit müqaviləsi üzrə 29 avqust 2018- ci il tarixə 9.366,60 (doqquz min üç yüz altmış altı manat altmış qəpik) manat məbləğində əsas və 16,39 (on altı manat otuz doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9.383 (doqquz min üç yüz səksən üç) manat təşkil etmişdir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 145 (bir yüz qırx beş) manat müəyyən edilmişdir. “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin 18 f evral 2019-cu il tarixli 031/LBC nömrəli rəyinə əsasən Bakı şəhəri, Nərimanov rayonu,ünvan 1 1 nömrəli mənzilinin hazırki bazar qiyməti 133.000 (bir yüz otuz üç min) manat müəyyən olunmuşdur. Aparılmış qiymətləndirmə tədqiqatının dəyəri 300 (üç yüz) manat müəyyən edilmişdir. 11 oktyabr 2018-ci il tarixli mədaxil qəbzinin surətindən görünür ki, Ləğv prosesində olan Açıq Səhmdar Cəmiyyəti məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasın ı tələb etmək hüququ vardır; 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır; 448.1-ci maddəsinə əsasən əgər Mülki Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmə diyi bütün hallar üçün cavabdehdir; 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır; 269.1-ci və 269.7-ci maddələrinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın; 269.4-cü maddəsinə əsasən ipotek a daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun: 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər; 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranması anı əsas öhdəliyin, yaxud onun bir hissəsinin vaxtında icra olunmaması və ya əsas öhdəlik üzrə faizlərin ödənilməsi müddətlərinin ardıcıl olaraq iki dəfə pozulması yaxud ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin yerinə yetirilməməsidir. 36.1-ci maddəsinə əsasən, ipoteka saxlayan bu Qanunun 36.2-ci maddəsində nəzərdə tutulan məlumatı əks etdirən bildirişi ipoteka qoyana, bildirişin surətini isə ona məlum olan sonrakı ipoteka saxlayanlara, o cümlədən birgə ipoteka saxlayanlara verilməsini təsdiq etmə üsulu ilə göndərməklə ipoteka predmetinə tutmanı yönəltməyə başlaya bilər. 36.3-cü maddəsinə əsasən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqın da bildiriş ipotekanın dövlət qeydiyyatı orqanında ipoteka saxlayanın ərizəsi əsasında qeydə alınmalıdır. Ərizədə bildirişin ipoteka qoyana verildiyi gün göstərilir və iki nüsxədə qeydiyyat orqanına verilir 39.3-cü və 39.3.3-cü maddələrinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda, həmçinin, ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 47.4-cü maddəsinə əsasən bu qanunun 47.2-ci maddəsində nəzərdə tutulmuş ödənişlər həyata keçirildikdən sonra ipoteka predmetinin satışından əldə olunan vəsaitin qalan hissəsi ipoteka qoyana qaytarılır. 59.3.1-ci maddəsinə əs asən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Sözügedən Məcəllənin 217.4-cü maddəsinin tələbinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub olunmadığını müəyyən edir. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 noyabr 2005 -ci il tarixli qərarının 2.4-cü bəndində göstərilir ki, qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn qəti nəticəsi onda şərh edilsin, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Məhkəmə kollegiyası mülki işdə olan sənədlərlə tanış olaraq və onları tədqiq edərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mülki işə baxılan zaman MPM-in 14, 77, 88, 217 və 218-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Odur ki, Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6 653/2019 nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALİR: İddiaçı Ləğv Prosesində olan ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin MK-nın 2(103)-6653/2019 nömrəli iş üzrə 17 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6230/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6230/2019
13.09.2019 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver