Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-624/2022 24.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1nə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: Mənzillərin təhvil verilməsi, mənzillərə dair digər şəxslərlə bağlanmış müqavilələrin ləğv edilməsi, dəymiş maddi və mənəvi zərərin qaytarılması Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Xələfov İlqar Rəhim oğlu və X11 ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6553/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 MMC tərəfindən verilmiş kass asiya şikayəti üzrə işə 24 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı 15 oktyabr 2015-ci il tarixdə Cavabdeh1 MMC-nin direktoru ilə Mənzil Tikintisinə və satışına dair 264 saylı və 125 a saylı müqavilələr bağlamışdır. 264 saylı Müqaviləyə əsasən İcraçı ünvan 1 ünvanda hazır tikilmiş ikinci yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kvadrat metr olan 2 otaqlı mənzili, 125 a saylı Müqaviləyə əsasən isə ünvan 1 ünvanda hazır tikilmiş ikinci yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzili tikib tikib Sifarişçiyə təhvil verməlidir. Müqavilələrə əsasən iddiaçı tərəfindən mənzillərə görə məbləğlər, yəni 68150 ABŞ dolları və 76850 ABŞ dolları tam ödənilmiş və bu mənzillərə dair icraçıya onun heç bir borcunun olmaması barədə maliyyə arayışları verilmişdir. Bununla belə cavabdeh icraçı Cavabdeh1 MMC hal-hazıra qədər mənzilləri ona təhvil verməmişdir. Bundan başqa İcraçı Cavabdeh1 MMC sifarişçiyə və keçmiş direktoruna qarşı Bakı şəhəri, Nərimanov Rayon Məhkəməsində iddia qaldıraraq sifarişçi ilə Cavabdeh1 MMCnin keçmiş direktoru arasında bağlanmış Mənzil Tikintisinə və satışına dair 264 saylı və 125a saylı müqavilələrin etibarsız hesab edilməsini tələb etmiş, iddia etmişdir ki, İddiaçı məxsus mənzillər Cavabdeh2 və Cavabdeh3 daha əvvəl satılmışdır. Son məhkəmə aktlarına əsasən, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsi il ə Cavabdeh1 MMC-nin iddia tələbi təmin edilməmişdir. Həmin qətnamədən Cavabdeh1 MMC-nin direktoru İmdad Dursunov və vəkili Vəkil2 tərəfindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(102)-888/2019 saylı qərarı ilə təmin edilməmişdir. Həmin məhkəmə aktlarına əsasən İddiaçı mənzillərə dair müqavilələrin Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən əvvəl bağlandığı müəyyən edilmişdir. Daha sonra həmin iddia tələbi ilə məhkəmə mübahisəsinin olduğu dövrdə Cavabdeh2 09 mart 2018-ci il tarixli ərizə ilə Cavabdeh1 MMC-yə müraciət edərək 30 dekabr 2015-ci il tarixli müqaviləyə əsasən onun adına sənədləşdirilmiş ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən, ümumi sahəsi 106 kv adrat metr olan 2 otaqlı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsini və həmin mənzili aralarında olan razılığa əsasən Cavabdeh4 adına sənədləşdirilməsini xahiş etmişdir. Bu əsasla Cavabdeh1 MMC-nin 09 mart 2018-ci il tarixli protokol qərarı ilə həmin mənzilin Cavabdeh4 adına sənədləşdirilmişdir. Cavabdeh tərəf iddiaçının mübahisələndirdiyi mənzilləri son olaraq Cavabdeh3 və Cavabdeh4 adına rəsmiləşdirildiyi və hal-hazırda bu mübahisəli mənzillərdə onların yaşadıqlarını bildirilmişdir. İddiaçının adına hər hansı əmlak mövcud deyildir. "xxxx" MMC tərəfindən 14 dekabr 2020-ci il tarixdə verilmiş Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabata əsasən ünvan 1 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 kvadrat metr olan mənzilin 14 dekabr 2020-ci il tarixə olan bazar qiyməti 141000 manat, ünvan 1 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 106 kvadrat metr olan mənzilin bazar qiyməti isə 159000 manat təşkil edir. Mübahisəli ərazidə mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli 264 nömrəli və 125 a nömrəli müqavilələr üzrə ünvan 3 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 kvadrat metr olan 2 otaqlı mənzilin və ünvan 3 ünvanda hazır tikilmiş ikinci bin a yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, X2 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsi, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində əldən çıxmış fayda kimi 56000 manat pulun və mənəvi zərərin əvəzi kimi 20000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi və tələbin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh1 MMC ilə İddiaçı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli 264 nömrəli və 125a nömrəli müqavilələr üzrə ünvan 3 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 kvadrat metr olan 2 otaqlı mənzilin və ünvan 3 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilin cavabdehlərdən alınaraq iddiaçıya təhvil verilməsinə, həmin mənzillərin ondan sonra müvafiq olaraq Cavabdeh3, Cavabdeh2 və qeyrilərinə satılması barədə bağlanmış müqavilələrin etibarsız hesab edilməsinə, həmçinin Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində mənzillərdən birinə görə əldən çıxmış fayda kimi 31500 manat, digər mənzilə görə isə ödədiyi kirayə haqqının əvəzi olaraq vurulmuş maddi ziyan kimi 31 500 manat pulun və bu illər ərzində ona vur duqları mənəvi zərərin əvəzi kimi 20000 manat pulun Cavabdeh1 MMC-dən alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək ünvan 4 ünvanında qeydiyyatda olan X6 hazırki mülki iş üzrə cavabdeh kimi cəlb edilməsi, Cavabdeh1 MMC ilə Cavabdeh4 arasında bağlanmış ünvan 5 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilin Cavabdeh4 adına rəsmiləşdirilməsinə dair müqavilənin etibarsız hesab edilməsi və digər hissələrdə iddia tələbinin, onun dəyişdirilməsinin və artırılmasının təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, qanuni qüvvəyə minmiş qətnamədə Bakı Apellyasiya Məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 MMC-nin iddia etdiyi kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. Yuxarıda göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. Bu səbəbdən hazırki iddia tələbi ilə məhkəməyə müraciət etməli olmuşdur. İddiaçı iddia tələbinin artırılması və dəyişdirilməsi barədə ərizələri onunla əsaslandırmışdır ki, Cavabdeh1 hal-hazıra qədər mənzilləri ona təhvil vermə mişdir. Bundan başqa Cavabdeh1 MMC-nin iddia kimi onun müqavilələri yox, Cavabdeh2 və Cavabdeh3 müqavilələri saxtadır və bu səbəbdən imzalandığı andan etibarsızdır. Belə ki, həmin şəxslərlə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələr onunla Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən sonra tərtib edilərək imzalanmışdır. İddia ərizəsində göstərilən məhkəmə qərarlarından da göründüyü kimi Cavabdeh1 MMC əsassız iddiaları ilə ona mənzilləri təhvil verməkdən imtina etmişdir. Bununla da ona həm maddi, həm də mənəvi ziyan vurmuşdur. 2015-ci ilin noyabr ayından 2021-ci ilin fevral ayınadək, ümumilikdə 63 ay ərzində Cavabdeh1 MMC-nin qanunsuz hərəkətləri nəticəsində o, bir mənzilə görə aylıq kirayə haqqı kimi ayda 500 manat olmaqla, ümumilikdə 31 500 manat əldən çıxmış fayda kimi gəlirdən məhr um olmuş, ikinci mənzillə bağlı ayrı yaşayış yeri olmadığına görə isə 63 ay ərzində Nərimanov rayonu ərazisində 3 otaqlı mənzildə ailəsi ilə birlikdə kirayədə qaldığına görə hər ay ödədiyi 500 manat kirayə haqqı kimi, ümumilikdə 31 500 manat maddi ziyan çəkmişdir. Bu səbəbdən həmin məbləği Cavabdeh1 MMCdən tələb edir. Bundan başqa bu illər ərzindən ona vurduqları mənəvi zərərə görə, yaşatdıqları mənəvi iztirablara və onun cəmiyyətdəki işgüzar nüfuzuna vurduqları ziyana görə Cavabdeh1 MMC-dən əlavə olaraq 20 000 manat mənəvi zərərin əvəzini də tələb edir. Bundan başqa hal-hazırda ona məlum olmuşdur ki, Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin predmeti olan G.Qədirbəyova küçəsi, 5 a ünvanında yerləşən hazır tikilmiş ikinci bina yüksək mərtəbəl i yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzil 09 mart 2018-ci il tarixdə qanunsuz olaraq Cavabdeh4 adına rəsmiləşdirilmişdir. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilə etibarsız olduğuna görə hesab edir ki, Cavabdeh4 adına rəsmiləşdirilmiş müqavilə də etibarsız hesab edilməlidir. 23 oktyabr 2015-ci il tarixdə doldurulmuş 145 nömrəli Kassa məxaric orderinin surətindən görünür ki, Cavabdeh1 MMC tərəfindən X4 152250 manat (145 000 ABŞ dolları) məbləğində pul verilmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 20 noyabr 2020-ci il tarixdə verilmiş 2(005)-3299/2020 saylı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövl ət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 18 dekabr 2020-ci il tarixdə verilmiş **********94 nömrəli cavabdan görünür ki, ünvan 6 ünvanda yerləşən binada Cavabdeh2 və Cavabdeh3 adlarına mənzillərin qeydiyyatdan keçməsinə dair məlumat idarənin arxivində aşkar edilməmişdir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsi tərəfindən 20 noyabr 2020-ci il tarixdə verilmiş 2(005)-3299/2020 saylı sorğuya cavab olaraq Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26 yanvar 2021-ci il tarixdə verilmiş **********56 nömrəli cavabdan görünür ki, İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh2 tərəfindən Cavabdeh1 MMC-ə ünvanlanmış 09 mart 2018- ci il tarixli Ərizənin surətindən görünür ki, o, 30 dekabr 2015-ci il tarixli müqaviləyə əsasən onun adına sənədləşdirilmiş ünvan 2 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilə dair onunla bağlanmış müqavilənin ləğv edilməsini və həmin mənzili aralarında olan razılığa əsasən Cavabdeh4 adına sənədləşdirilməsini xahiş etmişdir. Cavabdeh1 MMC-nin 09 mart 2018-ci il tarixli Protokolunun surətindən görünür ki, Cavabdeh1 MMC-nin ünvan 2 ünvanda yerləşən yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzil sahəsinin sahibi Cavabdeh2 ilə bağlanmış 30 dekabr 2015-ci il tarixli müqavilənin ərizəyə əsasən ləğv edilməsi və həmin mənzil Cavabdeh4 adına sənədləşdirilməsi qərara alınmışdır. Cavabdeh1 MMC tərəfindən 19 yanvar 2016-ci il tarixdə verilmiş 265a nömrəli Maliyyə arayışının surətindən görünür ki, Bakı şəhəri, ünvan 7 ünvanında yerləşən çoxmərtəbəli yaşayış binası Cavabdeh1 MMC-ə məxsusdur. Həmin binanın 3-cü giriş, 3cü mərtəbəsində ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı, 155 nömrəli mənzilin sahibi Cavabdeh2 maliyyə borcu yoxdur. Cavabdeh1 MMC ilə Cavabdeh2 arasında 30 dekabr 2016-cı il tarixdə bağlanmış 265a nömrəli müqavilənin surətindən görünür ki, Sifarişçi İcraçıya ünvan 2 ünvanda tikiləcək yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr 6 ay müddətində tikib Sifarişçiyə təhvil verməyi sifariş edir, İcraçı isə sifarişi yerinə yetirməyi öhdəsinə götürür. Mənzilin 1 kvadrat metr-nin qiyməti 1 026 manat dəyərində, ümumi qiyməti isə 108 756 manat dəyərində müəyyən edilmişdir. 30 dekabr 2015-ci il tarixdə doldurulmuş 13 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 23675 manat məbləğində ödəniş edilmişdir. 30 dekabr 2015-ci il tarixdə doldurulmuş 149 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 50000 manat məbləğində ödəniş edilmişdir. 19 yanvar 2016-cı il tarixdə doldurulmuş 12 nömrəli Kassa mədaxil orderinin qəbzinin surətindən görünür ki, Cavabdeh2 tərəfindən mənzil haqqı şəklində 265a saylı müqavilə üzrə 35 081 manat məbləğində ödəniş edilmişdir. “FEMİDA” vəkil bürosunun vəkili Vəkil1 sorğusuna cavab olaraq fərdi sahibkar X7 tərəfindən 03 dekabr 2020-ci il tarixdə verilmiş cavabdan görünür ki, Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 3 otaqlı “Leninqrad” layihəli mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. "xxxx" MMC tərəfindən 14 dekabr 2020-ci il tarixdə verilmiş PR-616/2020 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 1 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 kvadrat metr olan mənzilin 14 dekabr 2020-ci il tarixə olan bazar qiyməti 141000 manat təşkil edir. "xxxx" MMC tərəfindən 14 dekabr 2020-ci il tarixdə verilmiş PR-617/2020 nömrəli Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabatdan görünür ki, ünvan 1 ünvanda yerləşən, müqavilə sənə di üzrə 2 otaqlı, 106 kvadrat metr olan mənzilin 14 dekabr 2020-ci il tarixə olan bazar qiyməti 159000 manat təşkil edir. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin (hakim Vüqar Quliyev) 2(005)337/2021 saylı iş üzrə 30 mart 2021-ci il tarixli qətnaməsi ilə iddianın qismən təmin edilməsi, ünvan 6 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30.12.2015-ci il tarixli 265 a saylı müqavilənin və ünvan 6 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kv. olan mənzilə dair hissədə Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında 24.02.2015-ci il tarixli 264 saylı müqavilənin etibarsız hesab edilməsi, əqdlərin etibarsızlığının hüquqi nəticəsi tətbiq edilməklə ünvan 6 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan mənzilə dair hissədə cavabdehlər Cavabdeh4 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilənin etibarsız hesab edilməsi, ünvan 6 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. olan mənzil Cavabdeh4 tərəfindən və ünvan 6 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115.8 kvadrat metr olan mənzil Cavabdeh3 tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməsi, Cavabdeh1 MMC-dən maddi ziyana görə 31500 (otuz bir min beş yüz) manat və mənəvi ziyana görə 3000 (üç min) manat məbləğində pulun İddiaçı xeyrinə tutulması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmi şdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 15 avqust 2018-ci il tarixli 2(103)-7603/2018 saylı qətnaməsi ilə və Azərbaycan Respublikası Ali Məhkəməsinin 12 fevral 2019-cu il tarixli 2(102)-888/2019 saylı qərarı ilə müəyyən edilmiş hallardan göründüyü kimi həmin məhkəmə aktlarına əsasən İddiaçı mənzillərə dair müqaviləsinin Cavabdeh2 və Cavabdeh3 ilə Cavabdeh1 MMC arasında bağlanmış müqavilələrdən əvvəl bağlanmışdır. Bu əsasla iddiaçı mübahisəli mənzillərlə bağlı müqavilələrin etibarsızlığını tələb etməkdədir. İşin hallarından göründüyü kimi ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 94 kvadrat metr olan 2 otaqlı mənzilə dair Cavabdeh3 ilə “Svit Haus MMC-nin d irektoru X9 arasında 24 fevral 2015-ci il tarixli 264 saylı mənzil tikintisinə dair müqavilə bağlanarkən və ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilə dair Cavabdeh2 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə bağlanarkən bu mənzillər Cavabdeh1 MMC ilə İddiaçı arasında 15 oktyabr 2015-ci il tarixdə bağlanmış 125a nömrəli müqavilə üzrə və Cavabdeh1 MMC ilə İddiaçı arasında 15 oktyabr 2015-ci il tarixdə bağlanmış 264 nömrəli müqavilə üzrə İddiaçı hüquqları ilə yüklü olmuşdur. Məhkəmənin qənaətinə görə, Cavabdeh2 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci il tarixli 265 a s aylı mənzil tikintisinə dair müqavilə və Cavabdeh3 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci ilı tarixli 264 saylı mənzil tikintisinə dair müqavilə İddiaçı hüquqları ilə yüklü olan mənzillərə dair hissədə etibarsız hesab olunmalıdır. Belə ki, işin mübahisəsiz hallarından göründüyü kimi ünvan 1 ünvanda hazır tikilmiş ikinci bina yüksək mərtəbəli yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilə dair Cavabdeh2 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə 30 dekabr 2015-ci il tarixli ərizəyə əsasən ləğv edilməklə həmin mənzilin Cavabdeh4 adına sənədləşdirilməsi qərara alınmışdır. Məhkəmə müəyyən etmişdir ki, Cavabdeh2 müqavilə üzrə mübahisəl i mənzilə dair əvvəllər Cavabdeh1 MMC tərəfindən İddiaçı qarşı iddia qaldırıldığı və məhkəmə mübahisələrinin mövcud olduğu dövrdə, yəni 09 mart 2018-ci il tarixində ərizə ilə mənzilin Cavabdeh4 adına sənədləşdirilməsini etibarsız hesab olunmalı əqdə əsaslanmaqla xahiş etmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçının tələbi üzrə əqdlərin etibarsızlığı Mülki Məcəllənin 337.4-cü maddəsində əqdin etibarsızlığın hüquqi nəticələrinin tətbiqini və bu əsasla hüquqi statusunun ilkin vəziyyətə qaytarılmasını zəruri edir. Odur ki, Cavabdeh2 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci il tarixli 265 a saylı mənzil tikintisinə dair müqavilə hazırki iddia ilə etibarsız hesab olunduğundan əqdin etibarsızlığın hüquqi nəticələri tətbiq edilməklə Cavabdeh4 ilə “Svit Haus MMC arasında bağla nmış müqavilə də etibarsız hesab edilməlidir. Cavabdeh4 ilə “Svit Haus MMC arasında alqı-satqı müqaviləsi bağlandığını tərəflər mübahisələndirmədiyindən məhkəmə həmin müqavilənin mövcudluğunun mübahisələndirilməməsi hissəsində kifayətlənərək iddiaya hüquqi qiymət verilməsini məqbul hesab etmişdir. “S.Fərəcovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 19 dekabr 2018-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 8 yanvar 2020-ci il Qərarında olan mövqeyə görə müqavilənin etibarsızlığı ilə bağlı mənzildən çıxarılan şəxsin dəymiş zərərin (ödənilmiş vəsaitin və digər xərclərin) ödənilməsi barədə mülki qanunvericiliyə uyğun olaraq təl əb irəli sürülə bilər. Bu baxımdan məhkəmə qeyd etmişdir ki, Cavabdeh3 ilə “Svit Haus MMC-nin direktoru X9 arasında 24 fevral 2015-ci il tarixli 264 saylı mənzil tikintisinə dair müqavilənin İddiaçı hüquqları ilə yüklü olan mənzilə dair hissədə etibarsızlığı hazırki iddia üzrə Cavabdeh3 “Svit Haus MMC-nin direktoru X8 arasında bağlanmış müqavilə üzrə və Cavabdeh4 ona müqavilə şərtlərində nəzərdə tutulan qaydada başqa mənzili tələb etmək və mənzilin təmirinə çəkilmiş xərcin ödənilməsi hüququ istisna edilmir. Məhkəmənin qənaətinə görə iddiaçı hər iki mənzilə görə dəyərini tam ödəməsi ilə mənzilə mülkiyyətə dair hüquqlarını əldə etmişdir. İddiaçının mülkiyyət hüququnun bərpa edilməsi üçün ünvan 6 ünvanda yerləşən yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kv. ol an mənzil və ünvan 6 ünvanda yerləşən yaşayış binasının 2-ci giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115 kv. olan mənzil Cavabdeh3 və Cavabdeh4 Fehruz oğlu tərəfindən boşaldılaraq İddiaçı təhvil verilməlidir. Məhkəmə iddiaçının kirayə haqqının əvəzi olaraq 31500 manat məbləğində ziyan tələbi ilə bağlı hissədə iddia tələbini əsaslı hesab edərək qeyd etmişdir ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 26 yanvar 2021-ci il tarixdə verilmiş **********56 nömrəli məktubdan göründüyü kimi İddiaçı adına Bakı şəhəri üzrə qeydiyyata alınmış daşınmaz əmlak aşkar edilməmişdir. Cavabdeh1 MMC ilə İddiaçı arasında 15 oktyabr 2015-ci il tarixdə bağlanmış 125a nömr əli və 264 nömrəli müqavilələrin 5.1-ci bəndinə görə qiymətin tam ödənilməsindən sonra mənzillərə dair bütün hüquqlar İddiaçı verilməli idi. İddiaçı 23 oktyabr 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödəmişdir və maliyyə borcu yoxdur. 03 dekabr 2020-ci il tarixdə X7 tərəfindən verilmiş məlumat məktubundan göründüyü kimi Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən “Leninqrad” layihəli mənzillərin 2015-2020-ci illərdə icarəyə verilmə qiyməti bazarda təxminən 500-600 manat civarında olmuşdur. İddiaçının yaşamaq üçün başqa mənzilinin olmamasını və 23 oktyabr 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödədikdən sonra mənzilin iddiaçıya verilməməsilə onun kirayədə yaşaması ilə bağlı iddia tələbinin əsaslandırılmasına dair sübutları və mübahisəli mənzillərin yerləşdiyi ər azidə 500-600 manat kirayə haqqı məbləğinin olduğunu nəzərə alaraq 23 oktyabr 2015-ci il tarixdən hal-hazıradək kirayə haqqının əvəzi olaraq 31500 manat məbləğində ziyan tələbinin Cavabdeh1 MMC-dən tutulması hissəsində iddianı məhkəmə əsaslı hesab etmişdir. Mənəvi zərərin ödənilməsinə dair hissə ilə məhkəmə qeyd etmişdir ki, mənəvi ziyan hüquq pozuntusunun özünün birbaşa nəticəsi olduğuna görə vətəndaş mənəvi ziyanın mövcudluğunu sübut etməli deyildir. İddiaçının yaşamaq üçün başqa mənzilinin olmamasını və 23 oktyabr 2015-ci il tarixdə mənzillərin dəyərini tam ödədikdən sonra mənzilin iddiaçıya verilməməsilə onun kirayədə yaşaması ilə bağlı iddia tələbinin əsaslandırılmasına dair sübutları, eləcə də "xxxx" MMC-nin verdiyi Əmlakın qiymətləndirilməsi ilə bağlı hesabat əsasında ünvan 1 ünvand a yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 94 kvadrat metr olan mənzilin 14 dekabr 2020-ci il tarixə olan bazar qiymətinin 141000 manat təşkil etməsi, ünvan 1 ünvanda yerləşən, müqavilə sənədi üzrə 2 otaqlı, 106 kvadrat metr olan mənzilin 14 dekabr 2020-ci il tarixə olan bazar qiymətinin 159000 manat təşkil etməsilə Cavabdeh1 MMC tərəfindən əmlakların iddiaçıya qanunsuz olaraq verilməməsi məhkəmədə iddiaçıya mənəvi zərərin yetirilməsi qənətinə gəlməyə əsas verir. Ona görə də, 3000 manat məbləğində mənəvi zərərin əvəzi “Svit Haus MMCdən iddiaçının xeyrinə tutulmasını məhkəmə məqsədəmüvafiq hesab etmişdir. İddiaçı tərəfindən “əldən çıxmış faydaya görə 31500 manat məbləğində pulun ödənilməsilə” bağlı mötəbər sübutlar məhkəməyə təqdim edilmədiyindən məhkəmə bu hissədə iddia tələbini rədd etmiş dir. Həmin qətnamədən Cavabdeh1 MMC-nin nümayəndəsi və vəkili Vəkil2 apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd olunması ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisələndirilən məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarıldığından ləğv olunmalı, iş üzrə hərtərəfli və obyektiv araşdırma aparılmaqla iddia tələbinin rədd olunması ilə bağlı yeni qətnamə qəbul olunmalıdır. Məhkəmə iddiaçı tərəfindən müddətin ötürülməsi hissəsində qanunun tələblərini düzgün təvsir etməmiş və qiymətləndirməmişdir. Belə ki, məhkəmə hazırda qüvvədə olan, yəni Cavabdeh2 ilə Cavabdeh1 MMC arasında 30.12.2015-ci il tarixli 265 a saylı müqavilə və Cavabdeh3 ilə Cavabdeh1 MM C arasında 24.02.2015-ci il tarixli 264 saylı müqaviləni əhəmiyyətsiz hesab etməkdə haqlı olmamışdır. Çünki həmin müqavilələr bağlanarkən Nərimanov rayon Məhkəməsinin 2(005)-2383/2017 saylı, 07 iyun 2017-ci il tarixli qətnaməsi qüvvədə olmamış, hətta Cavabdeh3la bağlanmış müqavilə İddiaçıla Cavabdeh1 MMC aqrasında bağlanmış müqavilədən əvvəl bağlanmışdır. Digər müqavilələr isə əvvəlki hər iki müqavilədən törəmə müqavilələr olmuşdur. Odur ki, həmin müqavilələr məhkəmənin yalnış qiymətləndirməsi ilə əhəmiyyətsiz əqd kimi qəbul olunmamalı və iddia müddətinin ötürülməsi tətbiq olunmalıdır. İddiaçı Cavabdeh1 MMC cavabdehlər İddiaçı və X1rşı iddia ərizəsi ilə Nərimanov rayon Məhkəməsinə müraciət edərək cavabdeh X5 ilə cavabdeh İddiaçı arasında ünvan 8 ünvanda inşa edilmiş yüksək mərtəbli yaşayış binasının üçüncü girişində, üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 106 kvadrat metr olan iki otaqlı mənzil barədə ilk öncə bağlanmış 15 oktyabr 2015-ci il tarixli 265 saylı mənzil tikintisinə və satışına dair müqavilənin, daha sonra həmin mənzil barədə cavabdehlər Aleksandr Alekseyev və İddiaçı arasında bağlanmış 15 oktyabr 2015-ci il tarixli 125 A saylı mənzil tikintisinə və satışına dair müqavilənin, eləcə də cavabdehlər X5 və İddiaçı Əli oğlu arasında ünvan 8 ünvanda inşa edilmiş yüksək mərtəbəli yaşayış binasının ikinci girişinin üçüncü mərtəbəsində yerləşən, ümumi sahəsi 94 kvadrat metr olan iki otaqlı mənzil barədə bağlanılmış, 15.10.2015-ci il tarixli 264 saylı mənzil tikintisinə və satışına dair müqavilənin etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmiş, Nərimanov rayon Məhkəməsinin 2(005)-2383/2017 saylı, 07 iyun 2017-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, lakin Bakı Apelyasiya Məhkəməsi tərəfindən iddia rədd edilərək qətnamə ləğv olunmuş və həmin qətnamədən verilən kassasiya şikayəti Ali Məhkəmə tərəfindən təmin olunmamışdır. Bu isə onu göstərir ki, İddiaçı MMC-nin inşa etdiyi binanın 3-cü girişinin 3-cü mərtəbəsində yerləşən 106 kvadrat metr-dən ibarət iki otaqlı mənzilin sahibinin Cavabdeh2 olmasını və onun həmin mənzildə yaşamasını, eyni zamanda həmin binanın 2-ci girişinin 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 115,8 kvadrat metr-dən ibarət iki otaqlı mənzilin sahibinin Cavabdeh3 olmasını və onun da həmin mənzildə yaşamasınıən geci 2017-ci ilin iyun ayında bilmşidir. Əgər iddiaçı 15 oktyabr 2015-ci il tarixli 125 A saylı və 15.10.2015-ci il tarixli 264 saylı müqavilələr üzrə götürülən öhdəliklərin yerinə yetirilməməsindən narazı idisə onda qanunla müəyyən edilən müddətdə, yəni 2018-ci ilin iyun ayına qədər hazırki tələblə məhkəməyə müraciət etməli idi. Lakin iddiaçı məhkəməyə müraciət etmək üçün mülki qanunvericiliklə müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Tərəfimizdən iddia müddətinin tətbiqinə dair ərizə təqdim olunsa da məhkəmə ərizəni əsaslı hesab etməyərək düzgün nəticəyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsində ümumi və xüsusi iddia müddətləri mövcuddur ki, müqavilələrin etibarsız hesab edilməsi ayrıca müəyyən edilməklə xüsusi iddia müddətinə aiddir. İddia tələbinin verilməsi ilə bağlı müddətin ötürülməsi digər əsaslar olmadan belə iddia tələbinin rədd olunması üçün hüquqi əsasdır. Nəzərə alsaq ki, iddia müddətinin ötürülməsi cavabdehin iddia tələbinə qarşı hər hansı bir əks dəlillər irəli sürmək və bununla bağlı məhkəməyə sübutlar təqdim etmək vəzifəsindən azad edir. İddiaçı öz dəlillərini əsaslı hesab etsə belə, biz bu dəlilləri əsassız hesab edir. İddiaçı Mülki Məcəllə ilə müəyyən edilən iddia müddətini ötürdüyündən iddia tələbi məhkəmə qaydasında rədd olunmalı idi. Mülki Prosessual Qanunvericiliyin əsas prinsiplərindən biri tərəflərin istinad etdikləri hər bir halı sübut etmək vəzifəsi daşımasıdır. Lakin birinci instansiya məhkəməsi tərəfindən işə baxılarkən MPM-nin sübutetmə vəzifəsini nəzərdə tutan 77- ci maddəsinin tələblərini kifayət qədər nəzərə alınmamışdır. Apellyasiya instansiyası məhkəməsində icraat Apellyasiya instansiyası məhkəməsinin iclasın da Cavabdeh1 MMC-nin nümayəndəsi (direktoru) X9 və nümayəndəsi və vəkili Vəkil2 məhkəmə kollegiyasına barışıq sazişi və ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və barşıq sazişinin şərtləri nəzərə alınaraq, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etdilər. Əlavə olaraq, apellyasiya şikayətini digər hissədə müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya instansiyası məhkəməsinin iclasında İddiaçı məhkəmə kollegiyasına barışıq sazişi və ərizə təqdim edərək, barışıq sazişinin təsdiq edilməsini və barşıq sazişinin şərtləri nəzərə alınaraq, həmin hissədə iş üzrə icraata xitam verilməsini xahiş etmiş, əlavə olaraq, apellyasiya şikayətinə digər hissədə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasının (hak imlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) 2(103)-6553/2021 saylı, 25 avqust 2021-ci il tarixli qərardadı ilə, iddia tələbinin “15 oktyabr 2015-ci il tarixli 125 a nömrəli müqavilə üzrə ünvan 3 ünvanda yeni yaşayış binasının 3-cü giriş, 3-cü mərtəbəsində yerləşən ümumi sahəsi 106 kvadrat metr olan 2 otaqlı mənzilə” aid təmin edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan kassasiya şikayəti verilməmişdir. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: Azad İmanov - sədrlik edən və məruzəçi, Qürbət Əsgərov və Vahid Sadıqov) 25 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi mübahisələndirilən qalan hissədə dəyişdiri lmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərinə münasibət bildirərək qeyd etmişdir ki, apellyasiya şikayətdə göstərilənlər formal mülahizələr olmaqla qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Belə ki, cavabdehin apellyasiya şikayətində qeyd etdikəri onu müqavilə ilə üzərinə götürmüş öhdəlilkləri yerinə yetriməsindən azad etmir. Həmçinin cavabdeh apellyasiya şikayətində müqavilənin etibarsızlığı üçün iddia müddəti tətbiq edilməli olmasını göstərmiş, məhkəmə kollegiyası apellyasiya şikayətinin qeyd olunan dəlilini də əsasız hesab etmişdir. Belə ki, birinci əsas olaraq, müqavilə etibarsızlığı ilə bağlı mülki qanunvericilikdə xüsusi iddia müddətlərini qanunvericlik bilavasitə kəsici müddət kimi müəyyən etmişdir. Xüsusi iddia müddətləri isə bəzi tələblər üçün müəyyən edilmişdir və onlar ümumi iddia müddəti ilə müqayisədə qısaldılmış və ya uzadılmış ola bilərlər. İddia müddətinin tətbiqi ilə bağlı ərizənin verilməsindən asılı olmayaraq kəsici iddia müddətin axımının tətbiq edilməsi mümkünlüyü iddia ərizəsinin rədd edilməsi əsaslarından biri kimi çıxış edir. İkinci əsas isə etibarsız əqdlər dedikdə mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər başa düşülür. Mülki Məcəllədə mübahisələndirilən əqdlərin aid olduğu hallar sırasında hansı əqdlərin mübahisələndirilə bilən əqd olması göstərilmişdir. Hazırki mülki iş üzrə olan əqd isə həmin sadalanan hallar sırasına aid olan əqd deyildir. Əhəmiyyətsiz əqdlərə münasibətdə isə əhəmiyyətsiz əqd bağlandığı anda n özü özlüyündə əhməyyətsiz əqddir. Qanunvericiyiliyin belə göstərişi isə ona əsas verir ki, əhəmiyyəsizliklə bağlı hal müddətdən asılı edilməmişdir. Üçüncü əsas odur ki, Mülki Məcəllənin 372.1-ci maddəsində iddia müddətinin yalnız başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna şamil edildiyi qeyd edilmişdir. Qanunvericiliyin belə mövqeyindən aydın olur ki, əqdin etibarsız hesab edilməsi üçün müddətin ötürülməsi həmin əqdin müddət ötdükdən sonra etibarlı olması ilə nəticələnmir. Çünki etibarsızlığı şərtləndirən əhəmiyyətsiz əqd özüözlüyündə əhəmiyyətsiz əqddir. Qeyd edilən əsaslardan çıxış edərək məhkəmə hesab etmişdir ki, iddia müddətinin tətbiqinə dair ərizə əsassız olduğundan iddia tələbinə mahiyyəti üzrə baxılaraq hüquqi qiymət verilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə belə qənaətə gəlmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən mübahisənin faktiki halları, tərəflərin münasibətləri və digər qeyd edilən halları nəzərə almaqla iş üzrə düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətində qeyd edilənlər formal mülahizələr olmaqla yuxarıda göstərilənlərə əsasən təkzib edilməklə əsaslı sayıla və təmin edilə bilməz. Cavabdeh1 MMC (Vəkil2) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir k i, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı kassasiya şikayətinə qarşı yazılı etiraz təqdim edərək kassasiya şikayətinin təmin edilməməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, kassasiya şikayətinin dəlilləri əsassızdır, şikayət əsaslandırılmamışdır. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq norm alarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini Cavabdeh1 MMC-nin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyəts iz əqdlər ola bilər. Maddə 337.2. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Maddə 339.4. Əqdi bağlayan şəxsi əqdi bağlamağa məcburetmə (zorakılıq və ya hədələmə) ona hüquq verir ki, zorakılığın üçüncü şəxs tərəfindən törədildiyi halda da əqdi mübahisələndirsin. Xaraktercə şəxsə t əsir göstərə bilən və ona şəxsən özünü və ya əmlakını real təhlükə gözlədiyini təlqin edə bilən məcburetmə əqdin etibarsızlığına səbəb olur. Məcburetmənin xarakteri qiymətləndirilərkən şəxsin yaşı və cinsi, həyat şəraiti nəzərə alınır. Məcburetmə tərəflərdən birinin arvadına (ərinə), digər ailə üzvlərinə və ya yaxın qohumlarına qarşı yönəldildikdə də əqdin mübahisələndirilməsinə əsas verir. Məcburetmənin məqsədi ilə vasitələrinin bir-birinə uyğun gəlmədiyi hallardan başqa, nə qanuna zidd məqsədlərlə, nə də qanuna zidd vasitələr tətbiq edilməklə həyata keçirilməyən hərəkətlər məcburetmə sayılmır. Maddə 354.1. Əhəmiyyətsiz əqdin etibarsızlığı nəticələrinin tətbiqi haqqında iddia onun icrasına başlanıldığı gündən bir il ərzində irəli sürülə bilər. Maddə 354.2. bu Məcəllənin 347.1-ci maddəsind ə nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Maddə 404.1. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə, müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Maddə 404.2. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. MAddə 598.1. Əgər alqı-satqı müqaviləsində ayrı qayd a nəzərdə tutulmayıbsa və öhdəliyin mahiyyətindən ayrı qayda irəli gəlmirsə, alıcı əşyanı satıcıdan bilavasitə təhvil almazdan əvvəl və ya təhvil aldıqdan sonra ödəməlidir. Maddə 646.1. Daşınmaz əşyaların alqı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Maddə 646.2. Əgər bu Məcəllənin bu paraqrafının müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alqı-satqısına əşyaların alqı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. Maddə
572. Satıcının alıcıya üçüncü şəxslərin hüquqlarından azad surətdə olan əşya verməlidir. Maddə 152.1-ci Mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərə ncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 157.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də m ənsubdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 394-1, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası m əhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(103)-6553/2021 nömrəli iş üzrə 25 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.