Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6252/2020 19.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimi İlqar Dəmirov, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Tanrıverdi oğluna qarşı “kredit müqaviləsinin ləğvi, borcun ipoteka predmetinə yönəldilməsi, onun açıq hərracda satılması və satışdan əldə olunan vəsait hesabına kredit müqaviləsi üzrə öhdəliklərin icrası, vurulmuş ziyanın ödənilməsi ” tələbinə dair iddiası üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli 2(103)-2092/2020 saylı qətnaməsindən Cavabdeh1 və vəkili X3 oğlunun verdikləri kassasiya şikayətini nəzərdən keçirərək müəyyən etdim: Cavabdeh1 və vəkili X3 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci i l tarixli 2(103)-2092/2020 saylı qətnaməsindən kassasiya şikayəti vermişlər. Mülki iş nəzərdən keçirilərkən qətnamənin surətini Cavabdeh1 etibarnamə üzrə nümayəndəsi X2 məhkəmə qəbzinə imza etməklə 22 may 2020-ci il tarixdə alması təsdiq olunur. Həmin qətnamədən Cavabdeh1 və vəkili X3 25 avqust 2020-ci il tarixdə kassasiya şikayəti vermişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 405.0.1-ci maddəsinə əsasən qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, kassasiya şikayəti qaytarılır. Göründüyü kimi, Bakı Apellyasiya Məhkəməsi Ca vabdeh1 və vəkili X1 verdikləri kassasiya şikayətinin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə baxılması üçün kassasiya instansiyası məhkəməsinə göndərmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 409-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 407-ci maddəsinin tələblərinin uyğunluğunu yoxlayır. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə apellyasiya instansiyası məhkəməsinə qaytarılmalıdır. Şərh olunanları nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 408, 411-ci maddələrini rəhbər tutaraq qərara alıram: Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 fevral 2020-ci il tarixli 2(103)2092/2020 saylı qətnaməsindən Cavabdeh1 və vəkili X1 verdikləri kassasiya şikayəti həmin şikayətin müəyyən edilmiş müddət ötürülməklə verilib-verilməməsi məsələsinin müzakirə olunması üçün mülki işlə birlikdə Bakı Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6252/2020
Ali Məhkəmə Qərardad — İş №2(102)-6252/2020
19.11.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver