Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-628/2022 18.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı BOKT ASC-nin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kredit borcu, borcun ipoteka predmetinə yönəldilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının hakimləri Əhmədova Mehparə Tofiq qızı (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Xəlilov İsmayıl Kamil oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-6412/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti üzrə işə 18 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydası nda baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı BOKT ASC cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borc tələbi və tələbin ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlanmış 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 05.12.2019-cu il tarixə yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 4236.35 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4620 manat məbləğində dəbbə pulu, cəmi 35785.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsinə və üzərində yerl əşən 193.1 kv.m. sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 4236.35 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 4620 manat məbləğində dəbbə pulu, cəmi 35785.52 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, tərəflər arasında bağlan mış 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 saylı kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh2 İddiaçı BOKT ASC-nin xeyrinə 05.12.2019-cu il tarixə yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 16884.83 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18480 manat məbləğində dəbbə pulu, cəmi 62294 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun tutulması, tələbin Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsinə və üzərində yerləşən 193.1 kv.m. sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yaranmış 26929.17 manat məbləğində qalıq, ona hesablanmış 16884.83 manat məbləğində faiz borc, ödənişlərin gecikdirilməsinə görə hesablanmış 18480 manat məbləğində dəbbə pulu, cəmi 62294 manat borcun və dövlət rüsumu kimi ödənilmiş 30.40 manat məbləğində pulun iddiaçıya ödənilməsi, ipoteka predmetinin açıq hərracda satıldıqdan sonra cavabdehlərin ən geci bir ay ərzində ipoteka predmeti olan əmlakdan istifadə hüquqları itirilməklə əşyaları ilə birlikdə çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı BOKT ASC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı BOKT ASC ilə Cavabdeh2 arasında bağlanmış 04 dekabr 2018-ci tarixli 2018/00441-01 №li Kredit Müqaviləsinə əsasən iddiaçı tərəfindən cavabdehə 36 ay müddətinə illik 36% hesablanmaq şərti ilə 30000 manat məbləğində kredit verilmi şdir. Kredit müqaviləsinin təminatı olaraq Cavabdeh1 mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsini və üzərində yerləşən 193.1 kv.m ümumi sahəsindən ibarət fərdi yaşayış evini ipoteka predmeti kimi İddiaçı BOKT ASCyə təqdim etmiş və bu barədə 04 dekabr 2018-ci il tarixli, 2018/00441-01 İP saylı İpoteka Müqaviləsi bağlanmışdır. Qeyd olunan ipoteka müqaviləsi 07.12.2018-ci il tarixində qeydə alınmış və müvafiq çıxarış verilmişdir. Cavabdeh tərəfindən kredit üzrə ödənişlər mütəmadi olaraq pozulmuşdur. Vəsaitin cavabdehin hesabına köçürüldüyü vaxtdan bəri onun tərəfindən Kredit Müqaviləsinin tələblərinə əməl olunmamış, kredit və ona hesablanmış faizlərin ödənilməsində pozuntulara yol verilmişdir. Bunlara baxmayaraq BOKT cavabdehə dəfələrlə müraciət edər ək əsas kredit məbləği və ona hesablanmış faizlərin ödənilməsini xahiş etmişdir. Bu səbəbdən BOKT tərəfindən cavabdehlərə Poçt vasitəsilə yaranmış borcu ödəmədiyi təqdirdə “borcun qaytarılması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbi ilə məhkəməyə müraciət olunması barədə bildiriş məktubu göndərilmişdir. Lakin göstərilən kredit məbləği və ona hesablanmış faizlər bu günə kimi ödənilməmişdir. Bu isə müqavilə ilə cavabdehin öz üzərinə götürdüyü öhdəliyin pozulmasına gətirib çıxarmışdır. Kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməsi üçün dəfələrlə şifahi və yazılı xəbərdarlıq olunmasına baxmayaraq, cavabdeh kredit borcu və ona hesablanmış faizləri qaytarmamışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 09 sentyabr 2020-ci il tarix li 2(003)-1675/2020 nömrəli qərardadı ilə (hakim Ramilə Xəzri) iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş, ekspertizanın aparılması "xxxx" MMC-yə həvalə edilmişdir. "xxxx" MMC tərəfindən tərtib edilən H/04-PLS №-li 23 fevral 2021-ci il tarixli rəyə əsasən, Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan fərdi yaşayış evinin bazar qiyməti 145000 manat, likvid dəyəri 115.000 manat müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin 06 aprel 2021-ci il tarixli 2(003)-104/2021 nömrəli qətnaməsi ilə (hakim – Ramilə Xəzri) iddia tələbi qismən təmin edilərək, İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinin xeyrinə Cavabdeh2 26929.17 manat əsas borc, 16884.83 manat faiz borcu, 500 manat cərimə, cəmi 44314 manat məbləğində borcun və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin tutulması, tutmanın ipoteka ilə yüklü edilmiş Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Abşeron rayonu, Mehdiabad qəsəbəsində olan 0.0286 ha torpaq sahəsi və üzərində yerləşən 193.1 kv.m. ümumi sahəsindən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin evin 115.000 manat ilkin satış qiyməti ilə açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına İddiaçı BOKT Açıq Səhmdar Cəmiyyətinə ümumilikdə 44314 manat məbləğində borcun və dövlət rüsumuna görə 15 manat məbləğində pul vəsaitinin ödənilməsi, ekspertiza tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaitinin Cavabdeh2 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Birinci instansiya məhkəməsi qənaətini onunla əsaslandırmışdır ki, işin müəyyən edilən hallarına əsasən Cavabdeh 2 kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Nəticədə isə, iddiaçı müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olmuşdur. Məhkəmə araşdırmaları zamanı iddiaçı tərəf iddia tələbinin əsası kimi istinad etdiyi halları təqdim etdiyi sənədlərlə sübuta yetirmiş və məhkəmə iclasında müəyyən olunmuşdur ki, Cavabdeh2 İddiaçı BOKT ASC-yə ödənilməmiş 26929.17 manat əsas və 16884.83 manat faiz borcu vardır və cavabdeh həmin borcunu iddiaçıya ödəməlidir. Eyni zamanda, yuxarıda qeyd edildiyi kimi, kredit müqaviləsi üzrə öhdəliklərin vaxtında icra olunmaması 18480 manat məbləğində cərimənin hesablanması ilə nəticələnmişdir. Bununla belə, məhkəmə, işin hallarını, eyni zamanda, cavabdehin iddiaçıya olan ödənilməmiş borcunun məbləğini nəzərə alaraq hesab edir ki, müqavilə üzrə tənasübsüz olaraq yüksək miqdarda cərimə tətbiq edilmişdir və bu, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 467-ci maddəsinin tələbinə müvafiq olaraq tərəflərin qarşılıqlı mənafeyinə uyğun gəlmir. Qanunun tələbini nəzərə alaraq məhkəmə hesab edir ki, kredit müqaviləsi üzrə tətbiq olunmuş cərimənin azaldılaraq 500 manat həddində saxlanılması tərəflərin əmlak vəziyyətlərinə uyğun hesab edilməlidir. Məhkəmə, əmlakın dəyərini müəyyən etmiş birliyin qiymətləndirmə sahəsində xüsusi biliyi olduğunu nəzərə alaraq, əmlakın dəyəri barədəki rəylə razılaşır. Eyni zamanda, iddia tələbindən görünür ki, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılması xahiş olunmuşdur. Bununla bağlı məhkəmə qeyd edir ki, “İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun qeyd olunan maddəsinin tələbinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuşdursa, ipoteka qoyulmuş yaşayış evinə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər. Qanunun tələbindən göründüyü kimi, ipoteka qoyan şəxsin yaşayış sahəsini tərk etməsi tutmanın ipoteka predmetinə yönəlməsi və ipoteka predmetinin satılması ilə şərtləndirilmişdir. Hazırkı vəziyyətdə məhkəmə, cavabdehin əşyaları ilə birlikdə ipoteka predmeti olan əmlakdan çıxarılmasını işin hallarına uyğun saymır və hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi qəbul etdiyi qətnaməni Azərbaycan R espublikası Mülki Məcəlləsinin 317.1, 319.1, 319.6, 425.1, 427.3, 428.4, 442, 443.1, 448.1, 448.2, 449.4, 462.1, 467, 739.1, 739.2, 741, 742.1, 743-cü, “İpteka haqqında” Azərbaycan Respublikası Qanununun 33, 34.1.3, 39.1, 39.3.3-cü və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 119.1, 217.4-cü maddələri ilə əsaslandırmışdır. Qətnamədən narazı qalan Cavabdeh2 apelyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnamənin ləğv edilərək iddia tələbinni qismən təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. b) Apelyasiya instansiyası məhkəməsində icraat Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının (hakimlər – Rəşad Həsənov - sədrlik edən və məruzəçi, Məmməd Məmmədov, Elşən Kazımov) 12 avqust 2021-ci il tarixli, 2(103)-6412/2021 saylı qətnaməs i ilə apelyasiya şikayəti təmin edilməyərək, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 06.04.2021-ci il tarixli, 2(003)-104/2021 saylı qətnaməsi mübahisələndirilən hissədə apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh arasında bağlanmış kredit müqaviləsinin müddəti 04.12.2021-ci il tarixdə bitdiyi üçün işə məhkəmədə baxıldığı müddətdə müqavilənin şərtləri qüvvədə olmuş və hazırkı iddianın verilməsi cavabdehi müqavilə üzrə öhdəliklərinin icrasından azad etməmişdir. Lakin cavabdeh tərəfindən 1-ci və 2-ci maliyyə arayışlarının tərtib edildiyi müddət ərzində heç bir ödəniş aparılmadığından, onun kreditor qarşısında olan faiz və dəbbə pulu üzrə borcunun məbləği artmışdı r. Belə olan halda, məhkəmə kollegiyasının qənaətinə görə, artırılmış həcmdə irəli sürülmüş iddia tələbi əsaslı olmuşdur və birinci instansiya məhkəməsi faiz borcu üzrə iddianı tam təmin etməkdə haqlı olmuşdur. Bununla yanaşı, məhkəmə kollegiyası işə baxan birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəbbə pulunun tutulması ilə bağlı hissədə qismən təmin edilməsini də əsaslı sayır və hesab edir ki, məhkəmə tərəfindən müəyyən edilmiş 500 manat dəbbə pulu işin faktiki hallarına uyğun olmaqla, tərəflərin mənafeləri və müəyyən edilmiş əsas və faiz borclarının məbləğinə mütənasib olmuşdur. Kasasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kasasiya şikayətinin dəlilləri Cavabdeh2 (vəkili Vəkil) kasasiya şikayəti verərək, apelyasiya instansi yası məhkəməsinin qətnaməsinin ləğv edilərək işin təkrar apelyasiya baxışına qaytarılması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kasasiya şikayəti onunla əsaslandırılmışdır ki, iş üzrə məhkəmə-əmtəəşünaslıq və məhkəmə-mühasibatlıq ekspertizaları təyin edilmədən yekun məhkəmə aktı qəbul edilmişdir. Vəkili Vəkil məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatəti də apelyasiya məhkəməsi tərəfindən təmin edilməmiş, əsas kimi də vəsatətin birinci instansiya məhkəməsinə verilməməsinə istinad edilmişdir. Halbuki məhkəmələrin müqavilə üzrə əsas və faiz borcu hesalamaq üçün xüsusi bilikləri yoxdur. İddiaçı tərəf kredit müqaviləsi üzrə tələb etdiyi əsas və faiz borcunun hesablanma qaydası barədə hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hazırki işdə tələb edilən əsas borcun 63 faizi məbləğində faiz borcu tələb edilsə də, bu tələbin qanuni əsasını təşkil edən hər hansı sübut olmamasına əhəmiyyət verilməmiş, o, hüquqi savadı olmadığı üçün vəsatət verməmiş, lakin izahatında da qeyd etmişdir ki, tələb olunan borc məbləği çox yüksəkdir. O, koronovirus pandemiyasının yaratdığı çətinliklər nəticəsində ödəniş həyata keçirə bilməmişdir. Buna görə də şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi nəzərə alınaraq iddia ərizəsinin verildiyi vaxt hesablanmış 4236.35 manat faiz borcundan əlavə faiz və cərimə hesablanmamalıdır. b) Kasasiya şikayətinə qarşı etirazın dəlilləri Məhkəməyə kasasiya şikayətinə qarşı yazılı etiraz ərizəsi daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə icraatı yazılı icraat qaydasında keçirildiyindən MPM-in 10.8-1-ci madd əsinə əsasən kasasiya şikayəti üzrə mülki işə məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmışdır. Kasasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kasasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən və apelyasiya instansiyası məhkəməsi nin aktının tam ləğvi xahiş edildiyindən məhkəmə aktı tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk d airəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 10.8-1. Bu Məcəllənin 159, 269, 280, 284-5, 394-1, 397.2, 403-1.6, 414.1, 422, 431-3 və 437-ci maddələrində nəzərdə tutulmuş hallarda işlərə yazılı icraat qaydasında, yəni məhkəmə iclası keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılır. Bu Məcəllənin 3941, 397.2 və 414.1-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmənin qərardadına əsasən işə məhkəmə iclasında baxıla bilər. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qət naməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 407.2. Kasasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə
416. Kasasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kasasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apelyasiya instansiyası məhkəməsi tərəfind ən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin dəlili üzrə kasasiya kollegiyası qeyd edir ki, kasasiya şikayəti formal dəlillərlə əsaslandırılmağa çalışılmışdır. Belə ki, cavabdeh kasasiya şikayətində birinci instansiya məhkəməsində hüquqi savadsızlığı ilə əlaqədar məhkəmə-mühasibatlıq ekspertizasının təyin edilməsi barədə vəsatətlə məhkəməyə müraciət etmədiyini göstərsə də, iş materiallarından görünür ki (səh 104) ki, 09.09.2020-ci i l tarixində keçirilmiş məhkəmə iclasında iddiaçının nümayəndəsi və hazırki kassator iştirak etmiş, məhkəmə tərəflərdən vəsatətlərinin olub-olmadığını soruşmuş, iddiaçının nümayəndəsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilməsini xahiş etmiş, kassator isə vəsatətin təmin edilməsinə etiraz etmədiyini bildirmiş, lakin özünün də vəsatəti olması barədə məhkəməyə müraciət etməmişdir. Onun hüquqi savadsızlığı isə işə birinci instansiya məhkəməsində baxılarkən iştirak etdiyi halda, sübut təqdim etmək imkanına malik olduğu halda, hər hansı sübut və ya vəsatəti birinci instansiya məhkəməsinə deyil, apelyasiya məhkəməsinə verməsi üçün əsas hesab edilə bilməz. Cavabdehin borc məbləğinin düzgün hesablanmadığı barədə digər mülahizələri də apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğv e dilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, həmin mülahizələrdən biri də yaranmış pandemiyanın şəraitin əhəmiyyətli dərəcədə dəyişməsi kimi qiymətləndirilməli olması və buna görə hesablanmış faiz borcunun silinməli olması olmuşdur ki, həmin mülahizələr də hər hansı hüquqi əsasa sığmadığı üçün apelyasiya kollegiyasının qəbul etidiy qətnamənin ləğv edilməsi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kasasiya şikayətinin dəlili apelyasiya kollegiyasının qəbul etdiyi qətnamənin ləğvi üçün əsas hesab edilə bilməz. Odur ki, apelyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kasasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş kasasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6412/2021 nömrəli iş üzrə 12 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.