Məhkəmə qərarları › İş №2(102)-6283/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6283/2021

07.12.2021 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6283/2021 07.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı AAAAAAAAAA oğlunun cavabdehlər "xxxx" ASC-nə və Bağırov Ədalət Əziz oğluna qarşı iş üzrə QƏRARİ (Açar sözlər: işə bərpa ) Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Əhmədova Mehparə Tofiq qızından ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı AAAAAAAAAA oğlunun, cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Əhmədpaşaev Üzeir Səməd oğlunun iştirakları ilə, İddiaçı AAAAAAAAAA oğlunun cavabdehlər "xxxx" ASC-nə və Bağırov Ədalət Əziz oğluna qarşı “işə bərpa və maddi zərərin ödənilməsi” tələbinə dair Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2021 nömrəli, 17.06.2021-ci il tarixli qətnaməsindən iddiaçı AAAAAAAAAA oğlu tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. İddiaçı Rahib Novruzov 28.06.2018-ci il tarixdə cavabdehin ümumi yığıncağının qərarı ilə idarə heyətinin sədri seçilmiş, 14.08.2019-cu il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı həmin əmrlə razılaşmayaraq hazırkı mübahisəni başlatmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı AAAAAAAAAA oğlu cavabdehlər "xxxx" ASC-nə və Bağırov Ədalət Əziz oğluna qarşı – iddiaçının "xxxx" ASC-nin İdarə Heyyətinin sədri vəzifəsinə bərpa edilməsi və təsisçisi Bağırov Ədalət Əziz oğlundan 9890 manat məbləğində dəymiş maddi zərərin tutularaq ona ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 28.06.2018-ci il tarixdə keçirilmiş Ümumi yığıncaqda səsvermə yolu ilə Xətai rayonu, ünvan 1 ünvanda fəaliyyət göstərən "xxxx" ASC-nin İdarə heyyətinin sədri seçilmişdir. Nizamnaməyə əsasən Cəmiyyətdə sədrin seçilməsi üç ildən bir ümumi yığıncaqda səsvermə ilə aparılmalıdır. "xxxx" ASC-nin təsisçisi Ədalət Bağırov mühasib Kifayyət Vəliyeva ilə birlikdə iddiaçıdan xəbərsiz Xalça yuma sexindən alınmış 13428 manatlıq vəsaitin gizlədilməsi, yeni tikilmiş və bərpa olunmuş binalarda xərclərin uçotunun qeydə alınmaması, qaz və enerji xərclərinin düzgün aparılmamasını illik hesabatda pr otokoldan kənar həyata keçirdiklərini bilib iddiaçı protokolun təsdiq olunmasına sədr kimi imza etməkdən imtina etmişdir. Əlavə olaraq iddiaçının xəbəri olmadan elektron imzasından istifadə edərək mühasib Kifayyət Vəliyeva Ədalət Bağırovun tapşırığı ilə özünü və qonşusu Saleh adlı şəxsi iqtisadçı və mühəndis vəzifəsinə işə qəbul etmişdir. İddiaçı buna öz etirazını bildirmişdir. Bundan sonra onlar iddiaçıya qarşı qərəzli davranmağa başlamışlar. "xxxx" ASC-nin təsisçisi Ədalət Bağırov mühasib Kifayət Vəliyeva ilə birləşərək iddiaçı barəsində (guya əsassız yerə 3 gün işə çıxmamışdır) akt yazaraq iddiaçını Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə əmək vəzifələrini kobud surətdə pozduğuna görə işdən azad etmişlər. "xxxx" ASC-nin təsisçisi Ədalət Bağırov iddiaçıya 18 aylıq əmək haqqı ilə bərabər pensiya artımı (iddiaçıya əmrin surətini və əmək kitabçasını vermirlər) ilə birlikdə 9890 manat maddi və mənəvi ziyan vurmuşdur.

4. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2886/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi ilə (hakim.L.Rəhimli) iddia təmin edilməmişdir.

5. Məhkəmə iddia tələbini rədd edərkən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair 18 mart 2019-cu il Qərarı; Azərbaycan Respublikası Mülki Məcəllənin 21.1, 21.2-ci maddələrinə, eləcə də işə bərpa ilə bağlı iddia müddətini nizama salan Əmək Məcəlləsinin 296-cı madəsinə istinad etmişdir.

6. Birinci instansiy a məhkəməsinin qətnaməsindən iddiaçı AAAAAAAAAA oğlu apellyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat

7. Bakı Apelyasiya Məhkəməsi MK-nın 17.06.2021-ci il tarixli qətnaməsi ilə (hakimlər- İ.Şirinov (sədrlik edən və məruzəçi), T.Səmədov və A.Tanrıverdiyev, iş No 2(103)-5128/2021 saylı mülki iş üzrə) iddiaçı AAAAAAAAAA oğlu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)2886/2021 saylı, 19 mart 2021-ci il tarixli qətnaməsi iddiaçının apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması qət edilmşdir.

8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.

9. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən iddi açı AAAAAAAAAA oğlu kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

10. İddiaçı AAAAAAAAAA oğlu kasasiya şikayəti verərək qətnamənin ləğv olunaraq, iddia tələbinin təmin edilməməsi və ya işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Kassasiya şikayəti iddia tələbində qeyd olunan faktiki hallarla əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, işə baxılarkən məhkəmə maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, gəldiyi nəticə işin hallarına uyğun deyildir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Kassasiya şikayətinə qarşı etiraz göndərilməmişdir. Məhkəmə icraatı işti rakçılarının izahatları

13. İddiaçı AAAAAAAAAA oğlu və cavabdehin nümayəndəsi məhkəmə iclasına vəkilsiz gəlmiş, Azərbaycan Respublikası MPM-nin 67-ci maddəsinə əsasən vəkilsiz iştirak etdikləri üçün məhkəmə iclasında onların izahatları alınmamışdır.

14. Digər cavabdeh Bağırov Ədalət Əziz oğlu məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi:

15. Maddə. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Azərbaycan Respublikası Əmək Məcəlləsi:

16. Maddə.

296. Hissə.

2. Fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

17. Maddə.

296. Hissə.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəbdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə

416. Kassasiya instansiyası məhkəməsi m üstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri

27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

28. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya məhkəməsinin mübahisə ilə bağlı gəldiyi nəticə əsaslıdır.

29. Məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, iddiaçı Rahib Novruzov 28.06.2018-ci il tarixdə cavabdehin ümumi yığıncağının qərarı ilə idarə heyətinin sədri seçilmiş, 14.08.2019-cu il tarixdə isə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən işdən azad edilmişdir. İddiaçı isə əmək müqaviləsinə xitam verildiyini bildiyi 15.08.2019-cu il tarixdən 1 il 6 ay sonra, yəni 24.02.2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir.

30. Apellyasiya instansiya məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı iddia müddətini ötürməklə məhkəməyə müraciət etmiş və elə bu əsas iddianın təmin edilməməsi üçün əsasdır.

31. Belə ki, iddiaçının xeyli gec, yəni bir il altı ay sonra məhkəməyə müraciət etməsinin səbəbləri barədə q eyd etdiyi xüsusatlar qanunda nəzrədə tutulmuş obyektiv hallarla bağlı olmamış, bu səbəbdən də həmin xüsusatlar bir il altı aylıq müddət üçün üzrlü sayıla bilməz.

32. Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən bu Məcəllənin 294-cü maddəsinin 2-ci bəndinə əsasən bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

33. Hazırkı mübahisənin həlli baxımından iddia müddətinin mahiyyəti və güddüyü məqsədlə bağlı dəyərləndirməyə zərurət var. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” 03.06.2013-cü il tarixli Qərarı qəbul edilmişdir. Həmin qərarda deyilir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəki şmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.

34. Elə həmin qərarda deyilir: İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra – Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyrimüəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Avropa Məhkəməsinin prinsipial hüquqi mövqeyi ondan ibarətdir ki, qanun, qanunverici normaların kifayət qədər dəqiq ifadə olunmasını, bu və ya digər hərəkətin hansı nəticələrə səbəb olacağı nı görməyə imkan verməsini tələb edən müəyyən olunmuş standarta cavab verməlidir (Avropa Məhkəməsinin Deryus Litvaya qarşı iş üzrə 31 iyul 2000-ci il tarixli qərarı və həmin Məhkəmənin Böyük Palatasının Baranovski və Braniovski Polşaya qarşı işlər üzrə 28 mart 2000-ci və 22 iyul 2004-cü il tarixli qərarları).

35. Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsinin Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 28-ci maddəsinin şərh edilməsinə dair 12 aprel 2017-ci il tarixli qərarında deyilir ki, hüquqi müəyyənlik prinsipi Konstitusiyanın Preambulasında əksini tapan qanunun aliliyinin əsas elementlərindən biridir. Hüquqi müəyyənlik prinsipi digər tələblərlə yanaşı, ən ümumi mənasında mövcud hüquqi vəziyyətə aid aydınlığı və müəyyənliyi nəzərdə tutur. Bu baxımdan məhkəmələr tərəfi ndən qəbul olunmuş qərarlarda həll olunan işə aid bütün zəruri məsələlərə aydınlıq gətirilməli, ziddiyyətli məqamlar aradan qaldırılmalıdır. Azərbaycan Respublikasının adından çıxarılan məhkəmə aktlarında işin ədalətli həllini şübhə altına alan, ziddiyyətlər yaradan və mübahisə üzrə iştirakçıların konstitusiya məhkəmə müdafiəsi hüququna təsir göstərən müddəalar olmamalıdır (Konstitusiya Məhkəməsi Plenumunun N.Əbilovun şikayəti üzrə 13 iyun 2008-ci il tarixli Qərarı).

36. İddia müddətinin mahiyyətinə dair yuxarıda qeyd olunan şərhlərdən göründüyü kimi iddia müddətinin məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpa sını təmin etmək, işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların mötəbərliyi itmədən məhkəməyə müraciət olunmasını təmin etmək, tərəfi əsaslandırılmamış çəkişmələrdən qorumaq, müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad etmək məqsədi daşıyır.

37. Qanunvericilikdə müxtəlif mübahisələr üzrə müxtəlif iddia müddətləri nəzərdə tutan qaydalar müəyyən edilmişdir. Qüvvədə olan əmək qanunvericiliyi fərdi əmək mübahisələri ilə bağlı daha qısaldılmış iddia müddəti nəzərdə tutmuşdur. Belə qısaldılmış iddia müddətinin tətbiqi təsadüfi deyil. Qanunvericinin güddüyü məqsəd ondan ibarətdir ki, insan həyatının dolanışıq mənbəyi olan işləmək və əmək haqqı almaq hüquqları daha operativ həyata keçirilsin. Analoji işlərə baxılması üçün də q ısaldılmış müddətlər nəzərdə tutulmuşdur. Məqsəd ilk növbədə işçinin, işəgötürənin və bunun nəticəsində hüquq və mənafeləri pozula biləcək üçüncü şəxslərin artıq risklərdən qorunmasıdır. Fərdi əmək mübahisələrində qısaldılmış iddia müddətləri ona xidmət edir ki, işçi pozulmuş əmək hüquqlarının müdafiəsi üçün daha tez məhkəməyə müraciət etsin, işçinin işdən çıxması ilə bağlı işlədiyi iş prosesində yaranmış münasibətlərdəki qeyri-müəyənlik tezliklə aradan qalxsın, vakant ştatla bağlı qeyri-müəyyənlik tezliklə həll edilsin və.s. Hər bir halda qısaldılmış iddia müddəti tərəflərin mənafeyinə xidmət etmək üçün nəzərdə tutulmuşdur.

38. Təsadüfi deyil ki, qanunverici digər tələblər üzrə ötürülmüş iddia müddətinin bərpası ilə bağlı ərizə verilməsini nəzərdə tutduğu halda, Əmək Məcəlləsinin 296-cı m addəsi fərqli qayda müəyyən etmişdir. Həmin normanın 6-cı bəndinə əsasən bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Göründüyü kimi əmək mübahisələrində müdətinin bərpası məsələsi mübaisəni həll edən orqanın üzərinə qoyulur.

39. Hazırkı işdə iddiaçı işdən azad edidikdən uzun müddət sonra məhkəməyə müraciət etdiyindən buraxılmış müddətin üzrlü hesab olunaraq bərpa edilməsi üçün əsaslar mövcud deyil və əks təqdirdə iddia müddətinin mahiyyəti və güddüyü məqsədlər heçə enmiş olar.

40. Bundan əlavə, iddiaçının dəymiş m addi ziyanın ödənilməsi barədə tələbi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, həmin tələb əsas, ilkin tələbdən asılı olan (törəmə) tələb olduğundan və əsas tələb də təmin edilə bilmədiyindən, iddiaçının maddi zərərlə bağlı tələbi də əsassız olmuşdur.

41. Kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsi mübahisəni həll edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etdiyindən qətnamə dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin edilməməlidir.

42. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı AAAAAAAAAA oğlunun kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-5128/2021 nömrəli, 17.06.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanıls

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar