Məhkəmə qərarları › İş №2(102)-6301/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-6301/2020

19.11.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6301/2020 19.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD İşin icraata qəbul edilməsindən imtina edilməsi barədə 17 noyabr 2020-ci il Bakı şəhəri Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 08 sentyabr 2020-ci il tarixli qərardadı ilə Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 04 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilməmiş, şikayət mülki işlə birlikdə baxılması üçün AR Ali Məhkəməsinə göndərilmişdir. AR Ali Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadı ilə Bakı şəhəri Yasamal rayon Məhk əməsinin 08 sentyabr 2020-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş şikayət icraata qəbul edilməmiş və geri qaytarılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə qaytarılmışdır. Məhkəmə qərardadı onunla əsaslandırmışdır ki, şikayət vəkil tərəfindən imzalanmamış və vəkil orderi şikayətə əlavə edilməmişdir. AR MPM-nin 407.3-cü maddəsinə əsasən şikayət onu verən şəxs və şikayəti tərtib etmiş vəkil tərəfindən imzalanmalıdır. Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə İddiaçı MMC-nin cavabdehlər Cavabdeh və AR Məcburi Köçkünlərin Sosial İnkişaf Fonduna qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddiası üzrə Cavabdeh verdiyi şikayət geri qaytarılmışdır. Cavabdeh AR Ali Məhkəməsinin 23 sentyabr 2020-ci il tarixli qərardadında qeyd olunan göstərişlərə uyğun olaraq qəbul edilmiş Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 oktyabr 2020-ci il tarixli qərardadı ilə razılaşmayaraq ondan da kassasiya şikayəti vermişdir. İşə baxan məhkəmə həmin şikayəti kassasiya məhkəməsinə göndərməkdə haqlı deyil. Beləki, kassasiya şikayəti Azərbaycan Respublikası MPM-nin 403-cü maddəsinin tələblərinə cavab vermədiyindən, şikayətin icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Mülki Prosessual Məcəllənin 403-1.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslər işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadlardan şikayət vermək hüququna malikdirlər. Şikayətin qaytarılması məsələsi Məcəllənin 408-ci maddəsində nəzərdə tutulmuş qaydada birinci instansiya məhkəməsi və ya kassasiya instansiyası məhkəməsi tərəfindən həll edilir. Şikayətin birinci instansiya məhkəməsi tərəfindən qaytarılmasına dair qərardaddan kasasiya instansiyası məhkəməsinə şikayət verilə bilər. Prosessual qanunvericilik barəsində kassasiya şikayəti verilməli olan məhkəmə aktlarının dairəsini dəqiq müəyyən etmiş və bundan hər hansı istisnanı, o cümlədən apelyasiya şikayətinin qaytarılması barədə qərardadlardan şikayət verilməsini nəzərdə tutmamışdır. Həmin qərarların “şikayətin geri qaytarılması” adlandırılması özlüyündə onlardan şikayət verilməsi imkanı vermir. Əsas məsələ həmin qərarın hansı məsələ ilə bağlı qəbul edilməsidir. Əgər qeyd olunan qərar ondan kassasiya şikayəti verilməsini nəzərdə tutmayan məsələ ilə bağlı qəbul edilmişdirsə, həmin şikayətin qaytarılması barədə qərara da kassasiya icraatında baxıla bilməz. Hazırkı işdə isə kassasiya instansiyasının göstərişi ilə geri qaytarılmış qərardan yenidən kassasiya instansiyası məhkəməsinə (özü də eyni əsaslarla verilmiş şikayətə) şikayət etmək imkanının verilməsi belə əsassız şikayətlərə tükənməz olaraq baxılmasına şərait yaradır. Bu baxımdan Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 09 oktyabr 2020-citarixli qərardadından verdiyi kassasiya şikayəti kassasiya instansiya məhkəməsinin baxış predmeti ola bilməz. Beləliklə, kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilməli və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 403.1, 407.3, 408.1.1, 408.1.3 və 408.2-c i maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ M: Cavabdeh Bakı şəhəri Yasamal rayon Məhkəməsinin 2(004)-3988/2020 nömrəli iş üzrə XX2020-ci il tarixli qərardadından verdiyi kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina edilsin və iş kassasiya şikayətinin geri qaytarılması məsələsinə baxılması üçün Bakı şəhəri Yasamal rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar