Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6303/2022 23.12.2022 ALİ MƏHKƏMƏ 23 dekabr 2022-ci il Bakı şəhəri Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyə qeyri qaytarılması” tələbinə və iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddia ərizələri üzrə QƏRARİ (Açar sözlər: mülki işin kassasiya baxışından çıxarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Şamayev Elşad Yaquboviç (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tə rkibdə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)1309/2022 nömrəli qətnaməsindən İddiaçı2 tərəfindən verilmiş kassasiya şikayəti üzrə mülki işə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında yazılı icraat qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)3335/2021 nömrəli qətnaməsi ilə İddiaçı1 cavabdehlər "xxxx" MMC-yə, Bakı şəhəri Cavabdeh2nə, Cavabdeh3 qarşı “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilməsi və əmlakın sahibliyinə geri qaytarılması” tələbinə dair iddianın və həmin iddia ilə bir icraata birləşdirilmiş iddiaçılar İddiaçı1, İddiaçı2 Cavabdeh3 qarşı “maddi zərərin ödənilməsi” tələbinə dair iddianın təmin edilməməsi qət edilmişdir. Bakı Apel lyasiya Məhkəməsinin 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsi ilə İddiaçı2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 20 oktyabr 2021-ci il tarixli, 2(005)3335/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı2 Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsindən kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli, 2(102)-6303/2022 nömrəli qərardadı ilə kassasiya şikayəti icraata qəbul edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının sədri 20 dekabr 2022-ci il tarixli məktubla Ali Məhkəməyə müraciət edərək, iş üzrə kassasiya şikayəti və müddətin bərpasına dair ərizə verildiy ini bildirməklə, mülki işin apellyasiya məhkəməsinə qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 417.1.7-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən kassasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması, yaxud da icraata qəbul olunduqdan sonra digər şəxslərin kassasiya şikayəti ilə apellyasiya məhkəməsinə müraciət etməsi müəyyən edilərsə, icraata qəbul qərardadını ləğv edərək işi kassasiya baxışından çıxarmaqla apellyasiya instansiyası məhkəməsinə qaytara bilər. Məhkəmə kollegiyası hesab edir ki, İddiaçı1 tərəfindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpasına dair əriz əsinə baxılması üçün hazırkı mülki iş kassasiya baxışından çıxarılaraq Bakı Apellyasiya Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 263-264, 417.1.7-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İşin icraata qəbul edilməsi barədə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 24 noyabr 2022-ci il tarixli, 2(102)-6303/2022 nömrəli qərardadı ləğv edilsin. İddiaçı1 tərəfindən Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 28 yanvar 2022-ci il tarixli, 2(103)-1309/2022 nömrəli qətnaməsindən verilmiş kassasiya şikayətinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 407-409-cu maddələrinin tələblərinə uyğunluğunun yoxlanılması və buraxılmış prosessual müddətin bərpasına dair ərizəsinə baxılması üçün hazırkı m ülki iş kassasiya baxışından çıxarılaraq apellyasiya instansiyası məhkəməsinə qaytarılsın. Qərar qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6303/2022
Ali Məhkəmə Qərardad — İş №2(102)-6303/2022
23.12.2022 · İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver