Məhkəmə qərarları › İş №2(102)-6313/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6313/2021

03.11.2021 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6313/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrisinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: əmlak tələbi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4652/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: “X2” markalı avtomobil mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. 2020-ci ilin aprel ayında İddiaçı avtomobili Cavabdeh2 vasitəsi ilə tanış olduğu Cavabdeh1 26.000 ABŞ dollarına satmaq barədə razılığa gəlmiş və sonuncunun adına avtomobil üzərində sərəncam hüququ verən 09 aprel 2020-ci il tarixli etibarnamə verilmişdir. Avtomobilin qalan dəyərini ödəmədiyi üçün İddiaçı Cavabdeh1 adına verdiyi etibarnamə ləğv edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin avqust ayında Aydınlı X1 Əli Tahir oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtomobilin qalan dəyərinin ona ödənilmədiyi üçün ona məxsus avtomobilin cavabdehlərdən alınaraq ona qaytarılmasına dair qətnamə çıxarılmas ını xahiş etmişdir. Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-591/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakim: C.Ə.Tağıyev) iddia qismən təmin edilərək avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 apellyasiya şikayəti verərək qətnamənin işin hallarının tam və hərtərəfli araşdırılmadan çıxarılmasını əsas göstərməklə ləğv edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4652/2021 saylı, 24 iyun 2021ci il tarixli qətnaməsi ilə (hakimlər – V.N.Sadıqov (sədrlik edən və məruzəçi), Q.A.Əsgərov və A.N.İmanov) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 2(006)-591/2021 saylı, 23 fevral 2021-ci il tarixli qətnaməsi ləğv edilərək idd ianın qismən təmin edilib avtomobilin Cavabdeh1 alınaraq İddiaçı qaytarılması və İddiaçı Cavabdeh1 xeyrinə 11.000 ABŞ dollarının (ödəniş gününə olan rəsmi məzənnəyə uyğun olaraq manatla) tutulması, qətnamənin hər iki hissədə eyni vaxtda icra olunması qət edilmişdir. Kassasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək iddiaçıya ödənilməmiş borcun əvəzinə ona məxsus “Mercedes” markalı avtomobilini verməsini və bununla əlaqədar iddiaçıya heç bir borcunun qalmamasını, lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamənin sübutlara düzgün qiymət verilmədən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qar şı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdeh2 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçı və digər cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.5 Əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qa ytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qəra rdadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və pr osessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətinin dəlilləri qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuşdur ki, iddiaçı ilə Cavabdeh1 arasında avtomobillərin dəyişdirilməsi ilə əlaqədar müqavilə bağlanmış, lakin həmin müqavilə qanunun tələbinə müvafiq qaydada rəsmiləşdirilməmiş və eləcə də Cavabdeh1 iddiaçıya verdiyi avtomobil lizinq şirkətinə məxsus olmaqla sonun cu həmin avtomobil üzərində sərəncam vermək səlahiyyətinə malik olmamışdır. Göstərilənlərlə əlaqədar kollegiya iddiaçıya məxsus avtomobilin ona qaytarılması, eləcə də iddiaçıya ödənilmiş 11.000 ABŞ dollarının ondan alınaraq cavabdehə verilməsi barədə qətnamə qəbul etmişdir. Apellyasiya məhkəməsinə görə tərəflər arasında heç bir hüquqi nəticə yaratmayan əhəmiyyətsiz əqd bağlandığından mübahisə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinin tələbinə uyğun həll edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədə n alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Kollegiya apellyasiya instansiyası məhkəməsinin həmin nəticəsi ilə razılaşaraq hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun çıxarıldığından kassasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-4652/2021 nömrəli iş üzrə 24 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar