Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6314/2022 14.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma, evə köçürülmə ” tələbinə dair iş üzrə QƏRARİ iş № 2(102)-6314/2022 (Açar sözlər: kassasiya şikayətinin geri qaytarılması, prossesual müddət) Bakı şəhəri, 14 dekabr 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma, evə köçürülmə ” tələbinə dair iş üzrə Bakı Apellya siya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-3158/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş kassasiya şikayətinə Ali Məhkəmənin inzibati binasında 14 dekabr 2022-ci il tarixdə yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı cavabdehlər cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Xəzər rayonu, Binə, 2-ci yeni sahə, 40 saylı evin, 07-ci mənzilinin yerləşdiyi (Buzovna tərəvəzçilik-südçülük sovxozuna aid) 10 ha torpaq sahəsidən, habelə həmin fərdi yaşayış evindən çıxarılmaları və onun azyaşlı uşaqları ilə birlikdə həmin yaşayış evinə köçürülmələri barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Biri nci instansiya məhkəməsində icraat
2. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 28 dekabr 2021-ci il tarixli, 2(002)-3247/2021 saylı qətnaməsi (hakimS.Bəhramzadə) ilə iddia təmin edilməmişdir. Apellyasiya instansiyası məhkəməsindəki icraat
3. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermişdir.
4. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3158/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsi ilə (hakimlər – X.Sarıyev (sədrlik edən və məruzəçi), Ş.Cəfərov və E.Mehdiyev) iddiaçının apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. 5. 17.05.2022-ci il tarixdə qətnamə iddiaçı tərəfindən alınmışdır. 6. 17.07.2022-ci il tarixdə iddiaçının vəkili Vəkil1 kassasiya şikayəti vermiş və kassasiya şikayəti xx.xx.2022-ci il tarixdə məhkəməyə daxil olmuşdur.
7. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3158/2022 nömrəli, 21 iyul 2022-ci il tarixli qərardadı ilə vəkilin kassasiya şikayətini imzalamağa səlahiyyətinin olmasını təsdiq edən etibarnaməsinin olmaması əsası ilə kassasiya şikayətinin geri qaytarılması qərara alınmışdır.
8. İddiaçının vəkili Vəkil1 xx.xx.2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3158/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən yenidən kassasiya şikayəti vermişdir.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3158/2022 nömrəli, 31.08. 2022-ci il tarixli qərardadı ilə həmin məhkəmənin 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının vəkili Vəkil1 tərəfindən veri lmiş şikayətin geri qaytarılması qərara alınmışdır.
10. Məhkəmə kollegiyası hesab etmişdir ki, şikayət 18 avqust 2022-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə verilsədə, buraxılmış müddətin bərpasına dair vəsatət təqdim edilməmişdir.
11. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(103)-3158/2022 nömrəli, 27 aprel 2022-ci il tarixli qətnaməsindən iddiaçının vəkili Vəkil1 19 sentyabr 2022ci il də tarixdə kassasiya şikayətini yenidən tərtib edərək, elektron kabinet vasitəsilə vermiş və şikayətə ərizə əlavə edərək, qanunla müəyyən olunmuş prosessual müddətin buraxılmasının üzrlü hesab edilərək, bərpa edilməsini xahiş etmişdir.
12. Ərizə onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli, 2(103) -3158/2022 saylı qətnaməsini 27 may 2022-ci il tarixdə rəsmi qaydada almışlar. Həmin qətnamədən 27 iyun 2022-ci il tarixdə kassasiya şikayəti verdiyindən qanunvericiliyin müəyyən etdiyi müddət ötürülməmişdir.
13. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 5 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Xəyal Sarıyev (sədrlik edən və məruzəçi), Namiq Cəfərov və Emin Mehdiyev, iş № 2(103)-3158/2022) kassasiya şikayəti verilməsi üçün prosessual müddətin bərpasına dair ərizə təmin edilməmiş və kassasiya şikayəti geri qaytarılmışdır.
14. Məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, qətnamədən kassasiya şikayəti vermə müddətinin ötürülməsinin üzrlü səbəbdən baş verməsi müəyyən olunmur.
15. Məhkəmə kollegiyası qeyd etmişdir ki, üzrlü səbəblər müvafiq prosessual hərəkətin vaxtında edil məsini qeyri-mümkün edən elə hallardır ki, onların mövcudluğu tərəfə nəzərdə tutduğu prosessual hərəkəti etməyə imkan vermir və ya əhəmiyyətli dərəcədə çətinləşdirir. Odur ki, elə obyektiv və ya subyektiv halların mövcudluğu üzrlü səbəblər kimi qəbul edilə bilər ki, onların mövcudluğu şəxsə müvafiq prosessual hərəkəti etməyə mane olsun. Kassasiya şikayətinin və ona etirazın dəlilləri Kassasiya şikayətinin dəlilləri
16. İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadın ləğv edilməsi və yenidən baxılması üçün apellyasiya instansiyasına qaytarılması xahiş edilmişdir.
17. Şikayət onunla əsaslandırılmışdır ki, iddiaçı həmin qətnaməni 17 may 2022ci il tarixində rəsmi qaydada almış, qətnamədən 17 iyul 2022-ci il tarixində kassa siya şikayəti vermişdir. Lakin kassasiya şikayəti geri qaytarılmışdır. İddiaçı həmin qərardadı 30 iyul 2022-ci il tarixində almış, 18 avqust 2022-ci il tarixində elektron kabinet vasitəsilə ilə kassasiya şikayəti və müddətin bərpası ilə bağlı ərizə də vermişdir. Buna baxmayaraq Bakı Apellyasiya Məhkəməsi həmin məhkəmənin qətnaməsindən şikayətin verilməsi üçün buraxılmış prosessual müddəti üzürlü hesab etməyərək kassasiya şikayətini geri qaytarmışdır. İddiaçı tərəfindən kassasiya şikayəti verilərkən qanunvericilikdə müəyyən olunmuş müddət buraxmamışdır. Məhkəmə kassasiya şikayətini geri qaytararkən Vəkil1 kasassiya şikayətini imzalamaq səlahiyyətinin olmamasını əsas gətirmişdir. Vəkilin kassasiya şikayətinin imzalanması səlahiyyətinin olması ilə bağlı mütləq tələb 01 oktyabr 2022-ci il tari xindən tətbiq olunmuşdur. Ona görə də cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti qanunvericilikdə təsbit olunmuş normaların tələblərinə tam uyğundur. Cavabdeh pozulmuş hüquqlarımı məhkəmədə bərpa etmək üçün uzun müddətdir ki, mübarizə aparsa da məhkəmə pozulmuş hüquqlarımı nəinki təmin etmir, hətta buna süni əngəl yaradır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 130.3. Prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır.
20. Maddə 405.0.1. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay mü ddətində kassasiya şikayəti verilə bilər.
21. Maddə 408.1.4. Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa, apellyasiya instansiyası məhkəməsi tərəfindən qaytarılır.
22. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır.
23. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. Kassasiya baxışının hədləri
24. Kassasiya i nstansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.
25. Hazırda apellyasiya instansiya məhkəməsinin qərardadından iddiaçı kassasiya şikayəti vermiş, apellyasiya instansiyası məhkəməsinin qərardadının tam ləğv olunmasını xahiş etdiyindən, qərardad tam yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası hesab edir ki, apellyasi ya instansiya məhkəməsinin qeyd edilən qərardadı əsaslıdır, məhkəmə prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı nəticəyə gəlmişdir.
27. Yuxarıda qeyd olunan hüquq normalarının məzmunundan göründüyü kimi, vaxtında və lazımi qaydada tərtib edilmiş şikayət verilməməsi və prosessual müddətin buraxılması müəyyən hüquqi nəticələr yaradır. Belə ki, şikayətin verilmə müddətinin keçməsi ilə qətnamə qanuni qüvvəyə minir və icraya yönəldilir, prosessual müddətin bitməsi ilə müvafiq prosessual hərəkətləri etmək hüququ keçmiş olur.
28. Prosessual müddətin bərpası üçün müddəti buraxmış şəxs özünün subyektiv mülahizələrini deyil, konkret üzürlü səbəbləri təqdim etməyə borcludur.
29. Məhkəmə kollegiyası vurğulayır ki, buraxılmış prosessual müddətin üzrlü hesab edilməsi üçün ərizə verən tərəf keçən bütün müddət ərzində şikayət vermək imkanının olmamasını sübut etməlidir.Çünki qanunla müəyyən edilmiş prosessual müddətlər işdə iştirak edən şəxslərin hüququ və azadlıqlarına təsir edə bilən ən mühüm prosessual hərəkətlərin icrası vaxtını müəyyənləşdirməyə yönəlmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya məhkəməsi iddiaçının müddət bərpa ərizəsində göstərdiyi əsasları ətraflı araşdırmış və qiymətləndirmiş, müddətin bərpa edilməsinə əsas olmaması barədə gəldiyi nəticə qanuni və əsaslı olmuşdur.
31. Məhkəmə kollegiyası, kassasiya şikayətinin dəlillərini əsassız sayır və qeyd edir ki, ilk kassasiya şikayəti vaxtında verilsə də, lakin səalhiyyətsiz şəxs tərəfindən imzalanmadığından geri qaytarılmışdır. İddiaçı həmin qərardadı xx.xx.2022-ci il tarixdə als a da, qısa müddətdə deyil, (halbuki vəkilə müvafiq etibarnamə xx.xx.2022-ci ildə verilmişdi) 18 gün sonra nöqsanı aradan qaldırıb təkrar kassasiya şikayəti vermişdir, lakin müddətin bərpası barədə ərizə verməmişdir. İddiaçı belə ərizəni yalnız xx.xx.2022-ci il tarixdə təkrar verdiyi kassasiya şikayətinə əlavə etmişdir.
32. Məhkəmə kollegiyası hesab edir ki, lazımi qaydada tərtib edilməmiş kassasiya şikayəti verilməsi, nöqsanların vaxtında aradan qaldırılmaması müddətin bərpası üçün üzürlü səbəb kimi qəbul edilə bilməz.
33. Həmçinin kassasiya şikayətini imzalayan şəxsin səlahiyyətini təsdiq edən sənədi kassasiya şikayətinə əlavə etməsi barədə tələb mülki prosessual qanunvericiliyə yeni daxil edilməmişdir.
34. Buna görə də, kassasiya şikayətinin dəlillər apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğvi üçün qanuni əsas deyildir. Odur ki, kassasiya şikayəti təmin edilməməli, apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişiklik edilmədən saxlanılmalıdır.
35. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Hüseyin qızı tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 2(106)-3158/2022 xx.xx.2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir. nömrəli,