Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6336/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARİ (Açar sözlər: kredit müqaviləsi üzrə borcun müəyyən olunması, ekspert rəyinin qiymətləndirilməsi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şamayev Elşad Yaquboviçdən (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızından və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Rizvanov Vahid Süleyman oğlunun katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(1 03)2829/2021 nömrəli qətnaməsindən cavabdeh tərəfindən verilmiş kassasiya şikayətinə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları: 16 noyabr 2015-ci il tarixli, İK 1583-05 saylı kredit müqaviləsinə ilə İddiaçı ASC tərəfindən Cavabdeh1 illik faiz dərəcəsi 20 faiz olmaqla, 36 ay müddətinə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin təminatı kimi 16 noyabr 2015-ci il tarixli İK 158305 saylı ipoteka müqaviləsi ilə Cavabdeh2 mülkiyyətində olan ünvan 1 küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən 3 otaqlı 88 nömrəli mənzil ipoteka ilə yüklü etmişdir. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 16 dekabr 2019-cu il tarixli rəyinə əsasən müqavilə müddətinin bitdiyi 16 noyabr 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16281,64 ABŞ dolları, faiz borcu 1205,96 ABŞ dolları olmuşdur. 16 noyabr 2018-ci il tarixdən iddia ərizəsində borcun hesablandığı 11 sentyabr 2019-cu il tarixədək illik 5% dərəcəsi ilə hesablanan faizin həcmi 667,09 ABŞ dolları təşkil edir. 11 sentyabr 2019-cu il tarixə olan əsas borc 16281,64 ABŞ dolları, faiz borcu 940,71 ABŞ dolları təşkil etmişdir. İş üzrə keçirilmiş təkrar məhkəmə-mühasibatlıq ekspertizasının 19 mart 2020-ci il tarixli ekspert rəyinə əsasən müqavilə müddətinin bitdiyi 16 noyabr 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16281,64 ABŞ dolları, faiz borcu 1205,96 ABŞ dolları olmuşdur. Cavabdeh1 tərəfindən 16 noyabr 2018-ci il tarixdən 9 32,35 ABŞ dolları məbləğində ödəniş aparılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat İddiaçı ASC cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə və sonradan Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC-nin “Nəsimi” filialı ilə Cavabdeh1 arasında bağlanmış 16 noyabr 2015-ci il tarixli İK 1583-05 saylı kredit müqaviləsi üzrə Cavabdeh1 Banka olan 16114,31 ABŞ dolları əsas, 3023,41 ABŞ dolları faiz və 12202,81 ABŞ dolları cərimə faizi borcu olmaqla, cəmi borcu 31340,53 ABŞ dolları məbləğində pulun, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydiyyata alınması üçün ödənilmiş 31 manat rüsumun və xidmət haqqının, iddia ərizəsinin m əhkəməyə təqdim edilməsi ilə əlaqədar ödənilmiş 30 manat rüsumun tutulması, həmin məbləğin ipoteka qoyulmuş Cavabdeh2 məxsus olan (ƏMDKDƏDRX-nin Bakı şəhər Ərazi İdarəsi tərəfindən verilmiş, Reyestr nömrəsi **********35-05101-093008, Qeydiyyat nömrəsi 110712201, Seriya MH ******* olan 17 fevral 2007-ci il tarixli Çıxarışa əsasən) ünvan 1 küçəsində istifadədə olan 0,125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən 3 otaqlı 88 nömrəli mənzilə yönəldilərək, açıq hərracda satılması və həmin əmlakın satılmasından əldə edilən məbləğ hesabına İddiaçı ASC-yə ödənilməsi, ipoteka predmetinin hərracda satışından sonra əldə olunan məbləğ kifayət etmədikdə qalan məbləğin cavabdehdən Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, borcalan müqavilə üzrə kredit vəsaitindən istifadə etsə də, götürdüyü öhdəlikləri lazımınca yerinə yetirməmiş və nəticədə borcu yaranmışdır. Dəfələrlə şifahi və yazılı xəbərdarlıqlara baxmayaraq üzərinə düşən öhdəlikləri yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Bakı şəhəri Xətai rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(011)-403/2020 nömrəli qətnaməsi ilə (hakim A.N.Həsənova) iddia qismən təmin edilərək, 16 noyabr 2015ci il tarixli İK1583-05 saylı kredit müqaviləsi əsasında Cavabdeh1 15349,29 ABŞ dolları əsas borc, 1205,96 ABŞ dolları faiz borcu, 200 ABŞ dolları cərimə, illik beş faiz olmaqla hesablanmış 667,09 ABŞ dolları faiz borcu olmaqla, cəmi 17422,34 ABŞ dollarının ödəniş gününə qüvvədə olan məzənnədə Azərbaycan Respublikası manatı ilə, ipotekaya tutma yönəldilməsinə dair ödənilmiş 30 manatın alınaraq İddiaçı ASC-yə ödənilməsi, tələbin Cavabdeh2 məxsus olan və 16 noyabr 2015-ci il tarixli ipoteka müqaviləsinə əsasən, ipoteka ilə yüklü edilmiş ünvan 1 küçəsində istifadədə olan 0.125 ha torpaq sahəsində yerləşən 8 nömrəli, 9 mərtəbəli binada yerləşən 38.6 kv.m yaşayış sahəsindən ibarət 3 otaqlı, 88 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracdan satılması, realizə edilmiş mənzilin dəyərindən əldə edilmiş vəsait hesabına Cavabdeh1 İddiaçı ASC-yə olan borcunun ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh1 apellyasiya şikayəti verərək, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(011)-403/2020 nömrəli qətnaməsinin qismən ləğv edilərək, iddianın qismən, əsas və faiz borcu ilə birlikdə cəmi 12870,79 ABŞ dolları məbləğində pulun tutulması hissəsində təmin edilməsi, cərimə və illik faiz borcunun tutulması hissəsində iddia tələblərinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-2829/2021 nömrəli qətnaməsi ilə (hakim X.Ə.Sarıyevin sədrliyi və məruzəsi ilə, hakimlər E.Ə.Mehdiyevdən və Ş.A.Məmmədovadan ibarət tərkibdə) Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 06 noyabr 2020-ci il tarixli, 2(011)-403/2020 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi müəyy ən etmişdir ki, tərəflər arasında kredit müqaviləsi bağlanmaqla Mülki Məcəllənin 386-cı maddəsinə əsasən həmin müqavilədən irəli gələn öhdəlik yaranmışdır. İddiaçı müqavilə üzrə üzərinə götürdüyü öhdəliyini icra etmiş, lakin borcalan olan Cavabdeh1 kredit müqaviləsi üzrə bankın müəyyən etdiyi ödəniş cədvəlinə uyğun olaraq əsas və faiz borcunu vaxtlı-vaxtında lazımınca ödəməmiş, öhdəliyin icrasını gecikdirmişdir. Bu səbəbdən iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Apellyasiya məhkəməsi qeyd etmişdir ki, Cavabdeh1 borcunun yoxlanılması ilə bağlı məhkəmə-mühasibatlıq ekspertizaları keçirilərək, rəylər alınmışdır. Ekspert qarşısında qoyulmuş suallar maliyyə arayışında qeyd olunmuş əsas və faiz borcunun yoxlanılması ilə bağlı olmuşdur. Apellyator olan cavabde h tərəf ekspert rəyi ilə razılaşmasa da, həmin rəyi şübhə altına ala biləcək sübut təqdim etməmişdir. Məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mülki prosessual qanunvericiliyin və “Dövlət məhkəmə ekspertiza fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun tərtib olunmuş, ekspert qarşısında qoyulmuş suallar üzrə tam və hərtərəfli tədqiqat aparılmış və rəyin tədqiqat hissəsi ilə nəticə hissəsi uyğundur. Qeyd olunanları, eyni zamanda ekspertiza tədqiqatlarını aparan ekspertin vəzifəsi, təhsili və ekspertiza sahəsində iş təcrübələri də nəzərə alınaraq, məhkəmə hesab etmişdir ki, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının rəyləri mötəbər sübut kimi qiymətləndirilməlidir. Həmin rəydə müqavilə müddətinin bitdiy i 16 noyabr 2018-ci il tarixə Cavabdeh1 İddiaçı ASC-yə əsas borcu 16281,64 ABŞ dolları müəyyən edilmişdir. Cavabdehin müqavilə müddətinin bitdiyi 16 noyabr 2018-ci il tarixdən sonra 932,35 ABŞ dolları məbləğində ödəniş etməsi nəzərə alınaraq, məhkəmə, Cavabdeh1 əsas borca görə 15349,29 ABŞ dolları məbləğində pulun tutulmasını məqsədə müvafiq hesab etmişdir. Məhkəmə, Cavabdeh1 tutulmalı olan faiz borcunun məbləğini müəyyən edərkən hesab etmişdir ki, iddiaçı iddia tələbinin həcmini artıraraq cavabdehdən 3031,65 ABŞ dolları məbləğində faiz borcunun tutulmasını tələb etsə də, ekspert rəyində cavabdehin müqavilə müddətinin bitdiyi 16 noyabr 2018-ci il tarixə olan faiz borcu hesablanmışdır. Odur ki, məhkəmə cavabdehdən ekspert rəyi ilə müəyyən edilmiş 1205,96 ABŞ dolları məbləğində faiz borcun un tutulmasını ağlabatan hesab etmişdir. Apellyatorun “cavabdehin qeyd etdiyi kimi, kredit müqaviləsinə görə banka olan əsas və faiz borcu cəmi 26757,79 ABŞ dolları təşkil etdiyi halda və onun tərəfindən həmin məbləğdən 13950 ABŞ dolları ödənildiyi halda, sadə riyazi hesablama aparılsa, (26757,79 - 13950 = 12870,79) onun bu günə olan borcu 12870,79 ABŞ dolları təşkil etməsi” ilə bağlı dəlilini əsassız hesab edərək qeyd etmişdir ki, apellyatorun qeyd etdiyi hal, müqavilə şərtlərinə uyğun olaraq hər ay qrafik üzrə ödənişlərin vaxtında yerinə yetirildiyi halda mümkündür. Ödənişlər gecikdirildiyi halda isə, ödənilməyən məbləğə faizlər hesablanır ki, bu da faiz borcunun artmasına səbəb olur. Mülki Məcəllənin 467-ci maddəsinə istinad edən məhkəmə hesab etmişdir ki, qətnamə dəbbə pulu ilə bağlı h issədə həddən artıq çox azaldığından, apellyatorun dəbbə pulunun tutulması hissəsində iddianın rədd edilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Apellyasiya şikayətinin dəlili olan kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz məbləğ ilə bağlı apellyasiya məhkəməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 24 dekabr 2014-cü il tarixli qərarına istinad etməklə göstərmişdir ki, kredit müqaviləsinin müddəti 16 noyabr 2018-ci ildə bitmiş, iddiaçı tərəfindən iddia tələbinə dəqiqləşmə ərizəsi 09 iyun 2020-ci il tarixdə verilmişdir. 16 noyabr 2018-ci ildən 09 iyun 2020-ci il tarixədək olan müddət 571 gün təşkil edir. Buna görə də, kr edit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 24.12.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası MM-nin 445.7-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz məbləği 1217 ABŞ dolları (15349,29 ABŞ dolları əsas borc x 5%: 360 gün x 571 gün=1217 ABŞ dolları) təşkil edir. Göründüyü kimi kredit müqaviləsinin müddəti bitdikdən sonra hesablanmış faiz 1217 ABŞ dolları təşkil etdiyi halda, birinci instansiya məhkəməsi 667,09 ABŞ dolları müəyyən etmişdir. Bu hissədə apellyatorun müqavilə müddətindən sonrakı faizin tutulmasının rədd edilməsi ilə bağlı dəlili əsaslı hesab oluna bilməz. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) Kassasiya şikayətinin dəlilləri Cavabdeh1 kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-2829/2021 nömrəli qətnaməsinin dəyişdirilərək, Cavabdeh1 İddiaçı ASC-nin xeyrinə cəmi 12870,79 ABŞ dolları məbləğində pulun tutulması barədə yeni qərar qəbul olunmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmiş, iş üzrə keçirilmiş ekspertizanın rəyi qeyri-obyektiv olmuş, müqavilənin şərtləri və cavabdehin etdiyi ödənişlər tam nəzərə alınmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı yazılı etiraz məhkəməyə daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyası iclasının yeri və vaxt ı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq tərəflər gəlməmiş, vəkillərinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişlər. İddiaçı və Cavabdeh1 məhkəməyə ayrı-ayrılıqda ərizə verərək, cavabdeh tərəfindən banka olan borcunun tam ödənilməsini göstərmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri: Azərbaycan Respublikası mülki prosessual qanunvericiliyinin tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən ma ddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Birinci instansiyası məhkəməsi tərəfindən iddia qismən təmin olunsa da, qətnamə iddiaçı tərəfindən mübahisələndirilməmişdir. Bu səbəbdən apellyasiya məhkəməsi qətnaməni Cavabdeh1 apellyasiya şikayətinin dəlillərinə uyğun, kredit borcunun müəyyən edilməsi hissəsində yoxlamışdır. Kassasiya şikayətini yalnız həmin cavabdeh eyni dəlillərlə bağlı verdiyindən, hazırki kassasiya baxışının predmetini kassasiya şikayətlərinin dəlillərinə uyğun olaraq apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin tam yoxlanılması təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəl məsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 389.1-ci maddəsinə əsasən mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sü rülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci maddəsinə əsasən öhdəliyi icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 443.5-ci maddəsinə əsasən borclu icranı gecikdirdikdə kreditor ona öhdəliyin icrası üçün zəruri vaxt təyin edə bilər. Əgər borclu öhdəliyi bu müddət də icra etməzsə, kreditor öhdəliyin icrası əvəzinə zərərin əvəzinin ödənilməsini tələb edə bilər. 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə görə, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 24 dekabr 2014-cu il tarixli qərarında qeyd edilmişdir ki, borclunun icranı gecikdirməsi hər bir hüquq pozuntusu kimi onun məsuliyyətinə səbəb olur. İcranın borclu tərəfindən gecikdirilməsi ona görə yolverilməzdir ki, bunun nəticəsində kreditora zərər dəyir. Pul öhdəliklərinin spesifik xüsusiyyətləri nəzərə alınmaqla, pul məbləğinin ödənilməsinin gecikdirilməsinin hüquqi nəticələri mülki qanunvericilikdə müəyyən edilmişdir. Həmin Qərarda şərh olunan hüquqi mövqelərə əsasən, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi kreditorun hər hansı digər əsaslar üzrə borcludan daha böyük məbləğ tələb etmək hüququnu istisna etmir. Belə nəticə MM-in 445.7, 443.1 və 443.2-ci maddələrinin əlaqəli şəkildə təhlilindən irəli gəlir. Beləli klə, kreditorun kredit müqaviləsi üzrə öhdəliklərin icrasının gecikdirilməsi nəticəsində müqavilə əsasında ödənilməli olan vəsaitin (əsas borcun tam və ya müvafiq hissəsinin, hesablanmış faizlərin) yenidən istifadə oluna bilməməsi ilə bağlı dəymiş zərərin əvəzinin ödənilməsini tələb etmək hüququ MM-in 21.2, 443.1 və 443.2-ci maddələrinin tələblərindən irəli gəlir. Kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəs inə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə görə məhkəmə sübut lara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.7-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 416.1-ci maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 416.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prosessual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən qətnamə qəbul edilərkən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün olmayan qətnamənin qəbul edilməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası ilk olaraq qeyd edir ki, tərəflər aralarında olan mübahisəni məhkəmədən kənar qaydada həll edilməsi barədə məhkəməyə məlumat versələr də, qanunvericiliklə müəyyən olunmuş qaydada iddiadan və ya kassasiya şikayətindən imtina etmədiklərinə görə, kassasiya şikayətinə mahiyyəti üzrə hüquqi qiymət verilməlidir. Həmin şikayətin dəlilləri ilə bağlı isə məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən hazırki kassasiya şikayətinin dəlili ilə eynilik təşkil edən apellyasiya şikayətinin dəlillərinə düzgün hüquqi qiymət veril mişdir. Məhkəmə kollegiyasının qənaətinə görə işə mahiyyəti üzrə baxan məhkəmələr əsaslı olaraq borcu müvafiq ekspertiza keçirilməklə müəyyən etmişlər. Belə ki, iş materiallarında olan ekspert rəyi nəzərdən keçirilərkən müəyyən olunur ki, ekspertiza tədqiqatı bank tərəfindən təqdim olunmuş hesabdan çıxarış məlumatları və kredit müqaviləsinin şərtləri əsasında keçirilmiş, alınmış rəyin mötəbərliyini şübhə altına alan hər hansı hal mövcud deyildir. O cümlədən cavabdeh borcun düzgün hesablanmaması ilə bağlı işin faktiki hallarını araşdıran məhkəmələrə hər hansı sübutu (etdiyi, lakin ekspert tərəfindən nəzərə almadığı ödənişlə bağlı maliyyə sənədləri, alternativ ekspert rəyi və s.) təqdim etməmişdir. Məhkəmə kollegiyası izah edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarl a müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlüyə malik olmasa da, məhkəmənin qərardadı əsasında keçirilmiş ekspertizanın rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Məhkəmə kollegiyası borcun düzgün hesablanmaması ilə bağlı kassasiya şikayətinin dəlili ilə bağlı əlavə olaraq qeyd edir ki, cavabdehin göstərdiyi qaydada, yəni ödəniş qrafikində göstərilən ümumi ödənilməli olan məbləğdən ödənilmiş vəsaiti çıxılmaqla, ümumi borcunun müəyyən edilməsi yalnız ödənişin qrafik üzrə dövrü olaraq həyata keçirildiyi halda mümkündür. Lakin hazırki iş materiallarından müəyyən olunmuşdur ki, cavabdeh qrafik üzrə ödənişləri etməmişdir. Bu səbəbdən, məhkəmə kollegiyası, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə ilə tam razılaşaraq hesab edir ki, həmin məh kəmə hazırkı işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qətnamə qəbul etmişdir. Kassasiya şikayətinin dəlilləri əsassızdır, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas deyildir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 416, 417, 419 və 421-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 17 mart 2021-ci il tarixli, 2(103)-2829/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6336/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6336/2021
27.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver