Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6346/2021 03.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3039/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 03 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin bina sında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: 01 iyul 2006-cı il tarixdə "xxxx" MMC ilə İddiaçı arasında bağlanmış 111 №-li müqaviləyə əsasən satıcı "xxxx" MMC alıcı İddiaçı “A” ünvanında inşa ediləcək çoxmənzilli yaşayış binasının 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən və yaşayış sahəsi 60.18 kv.metr olan bir otaqlı mənzillə təmin etmək, alıcı İddiaçı isə həmin mənzilin ümumi dəyərini təşkil edən 18.956,70 manat məbləğində pul vəsaitini ilkin və aylıq ödənişlərlə MMC-yə ödəmək barədə üzərlərinə qarşılıqlı öhdəliklər götürmüşlər. İddiaçı müqavilə öhdəliyini icra edərək mənzilin dəyərini tam ödəmişdir. "xxxx" MMC-nin direktoru X1 2011-ci ilin sonlarında cinayət məsuliyyətinə cəlb edilməsi ilə əlaqədar tikintinin inşası Cavabdeh2 MMC tərəfindən davam etdi rilmişdir. 21 aprel 2014-cü il tarixdə həmin mənzil Cavabdeh1 42.126 manata satılmış və bununla əlaqədar tərəflər arasında alqı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra mənzil Cavabdeh1 təhvil verilmiş və onun tərəfindən mənzil təmir olunmuşdur. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin mart ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dəyərini tam ödəməklə aldığı mənzilin Cavabdeh1 satılmasının qanunsuz olmasını, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə onun mənzil üzərində hüququnun tanınmasını və s. əsas göstərməklə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və onun mənzildən əşyaları ilə birlikdə çıxarılmasına dair qətnamə qəbul edilməsin i xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-2922/2020 saylı, 21 oktyabr 2020-ci il tarixli qətnaməsi ilə (hakim: A.N.Həsənova) iddia rədd edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə İddiaçı apellyasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilmədən çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və iddianın təmin olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3039/2021 saylı, 25 may 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – R.Ə.Eyvazov (sədrlik edən və məruzəçi), Z.A.Şirinov və F.Ş.Talışinski) apellyasiya şikayəti təmin edilərək Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 21 oktyabr 2020-ci il tarixli, 2(011)-2922/2020 saylı qətnaməsi ləğv edilmiş və iddia tələbi təmin edilmək lə Cavabdeh2 MMC ilə Cavabdeh1 arasında bağlanmış 21 aprel 2014-cü il tarixli alqı-satqı müqaviləsinin etibarsız sayılması, həmin müqavilə əsasında ödənilmiş 42.126 manatın Cavabdeh2 MMC-dən alınaraq Cavabdeh1 verilməsi və sonuncunun həmin mənzildən əşyaları ilə birlikdə çıxarılmaqla İddiaçı həmin mənzilə köçürülməsi qət edilmişdir. Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh1 kassasiya şikayəti verərək mənzilə dair MMC ilə İddiaçı arasında 09 may 2014-cü il tarixdə razılaşma protokolunun imzalanmasını və həmin protokolun iddiaçı tərəfindən mübahisələndirilməməsini, həmin protokolda mənzilin başqasına satılması və bununla əlaqədar iddiaçıya 36.000 manat ödənilməsinin qeyd olunmasını, Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmünün hazırkı iş üzrə preyudisial əhəmiyyət daşımamasını, iddianın qanunda müəyyən olunmuş müddətin ötürülməklə qaldırılmasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında Cavabdeh1 vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçının vəkili kassasiya şikayətinin əsassız olduğunu bildirərək təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 337.1 Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola b ilər. Maddə 337.2 Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Maddə 377.1 İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq norma larına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan n əticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyindən, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. İşdən göründüyü kimi iddiaçı ilə mübahisəli mənzilə dair müqavilə 01 iyul 2006-cı il tarixdə bağlanmış və iddiaçı mənzilin mü qavilədə müəyyən olunmuş dəyərini tam ödəməklə müqavilə öhdəliyini icra etmişdir. İş üzrə Cavabdeh2 MMC göstərilən vəziyyətdə müqavilə öhdəliyinə əməl edib mənzili iddiaçıya təhvil verməli olmasına baxmayaraq, həmin mənzilə dair 21 aprel 2014-cü il tarixdə Cavabdeh1la alqı-satqı müqaviləsi bağlayıb mənzili ona təhvil verməklə 01 iyul 2006-cı il tarixli müqaviləyə əsasən iddiaçı qarşısında üzərinə götürdüyü öhdəliyin icrasını təmin etməmişdir. “M.Hüseynovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 16 iyul 2014-cü il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 04 mart 2015-ci il tarixli qərarında şərh edilmiş hüquqi mövqeyə görə mənzilin də yərini tam ödəməklə həmin əmlaka sahiblik və istifadə hüququ başqa şəxs tərəfindən əldə edildikdən sonra MTK-nın mülkiyyətində olmayan əşya (mənzil) barədə sərəncam verməsi mülki qanunvericiliyin normalarına uyğun deyildir. İddiaçı ilə MMC arasında tərtib edilmiş 09 may 2014-cü il tarixli razılaşma protokolunda MMC tərəfindən mənzilin satılıb İddiaçı 36.000 manat verilməsinin qeyd olunmasına baxmayaraq, müəyyən olunmuşdur ki, həmin pul məbləği iddiaçıya verilməmişdir. Belə olduqda, razılaşma protokolunun mübahisələndirilməməsinə dair cavabdehin dəlili iddia tələbinin rədd edilməsi üçün əsas verməmişdir. İşdə olan Bakı Ağır Cinayətlər Məhkəməsinin 06 noyabr 2017-ci il tarixli hökmü ilə müəyyən olunmuşdur ki, X2 Cavabdeh2 MMC-nin direktoru vəzifəsində işləyərkən İddiaçı satılmış mənzilin dəy ərini təşkil edən 18.956 manatın MMC-yə tam ödənilməsini bildiyi halda ondan 11 iyun 2012-ci il tarixdə əlavə 6000 manat məbləğində pul alaraq, yeganə istifadəçisi kimi mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd adı ilə saxta çıxarış verib sonradan onun razılığı ilə mənzilin başqasına satılmasına dair 09 may 2014-cü il tarixli razılaşma protokolu tərtib edərək mənzili satması və 36.000 manat məbləğində Sahib Bayramova pul verməyi öhdəsinə götürmüş, lakin mənzili satdıqdan sonra razılaşdığı pulu ona verməyərək sonuncuya məxsus külli miqdar təşkil edən 24.956 manat məbləğində əmlakı olan hüquqlarını öz qulluq mənafeyindən istifadə etməklə aldatma və etibardan suiistifadə etmə yolu ilə ələ keçirib təkrarən dələduzluq etmiş, tamah niyyəti ilə rəsmi sənədlərə bilə-bilə yalan məlumatla rı daxil edərək vəzifə saxtakarlığı etmişdir. Həmin hökmlə İddiaçı Bakı şəhəri, Gəncə prospekti 2935 “A” ünvanında yerləşən binanın 1-ci blokunun 8-ci mərtəbəsində yerləşən 60,18 kv.metr sahəsi olan 50 saylı mənzillə təmin olunması qərara alınmışdır. Həmin hökm icra edilməsi üçün Xətai rayon İcra və Probasiya şöbəsinə göndərilmiş, lakin Cavabdeh1 mənzildə yaşaması ilə əlaqədar hökmün həmin hissədə icrası mümkün olmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş yuxarıda göstərilən halları iddianın təmin edilməsi üçün əsas verdiyindən, kollegi ya apellyasiya instansiyası məhkəməsinin iddianın əsaslı olması barədə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qətnamə işdə olan sübutlara düzgün qiymət verilməklə və qanunun tələblərinə uyğun əsaslandırılmaqla çıxarılmış, qətnamənin ləğv edilməsi üçün əsas verən maddi və prosessual hüquq normalarının pozulmasına yol verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-3039/2021 nömrəli iş üzrə 25 may 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6346/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6346/2021
03.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma - Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver