Məhkəmə qərarları › İş №2(102)-6351/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6351/2022

24.11.2022 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6351/2022 24.11.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki, Kommersiya və İnzibati kollegiyalarına daxil olan hakimlərin qarışıq tərkibinin İddiaçı Cavabdeh qarşı iş üzrə QƏRARİ Açar sözlər: iş kommersiya məhkəməsinə aiddir Azərbaycan Respublikasının Ali Məhkəməsi Mülki kollegiyanın hakimi Hüseynov Abiddin Qabil oğlu (məruzəçi), İnzibati kollegiyanın hakimi Rəsulbəyova Nigar İmran qızı və Kommersiya kollegiyasının hakimi Məmmədli Bəhram Məmməd oğlundan ibarət qarışıq tərkibdə, İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair Bakı şəhər Xətai Rayon Məhkəməsinin e-2(011)-6282/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qərardadından cavabdeh tərəfindən verilmi ş şikayətə 24 noyabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında məhkəmə baxışı keçirilmədən və tərəflər dəvət olunmadan baxaraq, aşağıdakı qərarı qəbul etdi İşin halları

1. İddiaçı (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi ilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə (bundan sonra – birinci instansiya məhkəməsi) müraciət edərək cavabdehdən 270000 ABŞ dolları məbləğində borcun, həmin borcun 132 gün üçün illik 5 faizi olan 4993 ABŞ dollarının, 749 manat dövlət rüsumunun və 400 manat mediasiya xərcinin, cəmi 274993 ABŞ dollarının və 1149 manatın alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İşə baxılarkən cavabdehin nümayəndəsi və vəkili ərizə ilə məhkəməyə müraciət edərək, mülki işin aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə gönd ərilməsini xahiş etmişdir.

3. Vəsatət onunla əsaslandırılmışdır ki, məhkəmənin icraatında olan iş kommersiya mübahisəsi olduğundan, müvafiq məhkəməyə göndərilməlidir. Belə ki, mediasiya sessiyasında onlar iddiaçı və mediatora müraciət edərək, işin kommersiya və ya mülki iş olmasının dəqiqləşdirilməsinə zərurət olduğunu xüsusi qeyd etmişlər. Çünki, iddiaçı tərəfindən təqdim edilmiş əlyazmada biznes ifadəsindən istifadə edilsə də, iddiaçı ərizəsində bunu sadə borc münasibəti kimi qeyd etmişdir. Hazırkı iş üzrə iddiaçının təqdim etdiyi əlyazmadan aşkar müəyyən olunur ki, guya, anlaşma tərəflər arasında iş birliyindən, Güzdək metal zavodunun fəaliyyətindən və başqa biznes münasibətlərindən irəli gəlir.

4. İddiaçının nümayəndəsi və vəkili məhkəmə iclasında bildirmişdir ki, işə Bakı Kommersiya M əhkəməsində baxılmalı olsa da, qarşı tərəfin VÖEN-i olmadığından ona iddia ərizəsi və əlavə edilmiş sənədlər elektron qaydada göndərmək mümkün olmadığından Bakı Kommersiya Məhkəməsi qərardadla onların iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. Buna görə də, işə ümumi məhkəmədə baxılmalı olduğu üçün ərizənin təmin edilməməsini xahiş etdi.

5. Birinci instansiya məhkəməsinin e-2(011)-6282/2022 nömrəli iş üzrə xx.xx.2021ci il tarixli qərardadı ilə (hakim S.Hacıyeva) ərizə təmin olunmamışdır.

6. Cavabdeh həmin qərardaddan şikayət vermiş, şikayətini vəsatətdə qeyd olunan dəlillərlə əsaslandırmışdır.

7. Birinci instansiya məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Azərbaycan Respublikasının Ali Məhkəməsinə göndərilmişdir. T ətbiq edilən hüquq Mülki Prosessual Məcəllə

8. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

9. Maddə 25.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır.

10. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

11. Maddə 403-1.6. Kassasiya instansiyası məhkəməsində məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətlərə mülki, kommersiya və inzibati kollegiyala ra daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan 10 gün müddətində baxılır.

12. Maddə 403-1.7. Kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Əsaslandırıcı hissə

13. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 150.1, 150.1.2, 150.1.4, 150.1.6, 150.2-ci maddələrinə istinadla gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Bakı Kommersiya Məhkəməsinin e-2-2(113)-5145/2022 nömrəli iş üzrə 5.09.2022-ci il tarixli saylı qərardadı ilə iddiaçının cavabdehə qarşı hazırkı iddia tələbi üzrə iddia ərizə si və ona əlavə edilmiş sənədləri geri qaytarmışdır. “Elektron məhkəmə” informasiya sistemindən çıxarışdan görünür ki, cavabdehin VÖEN statusu – “fəaliyyəti müvəqqəti dayandırılmış”dır.

14. Məhkəmə qeyd etmişdir ki, kommersiya mübahisələri üzrə iddia ərizəsinin işdə iştirak edən digər şəxslər tərəfindən alınmasına dair sübutun, habelə cavabdehlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsini təsdiq edən sənədin təqdim olunması imperativ norma kimi nəzərdə tutulmuşdur və çatdırılmanın xüsusi qaydası müəyyən edilmişdir. Mübahisənin məhkəməyə qədər nizama salınmasına riayət edilməsini təsdiq edən sənəd olmadığından və cavabdehin VÖEN (**********) statusu – “fəaliyyəti müvəqqəti dayandırılmış” olduğundan iddiaçı iddia ərizəsini Bakı şəhəri Xətai Ra yon Məhkəməsinə verməkdə haqlıdır.

15. Qarışıq məhkəmə tərkibi şikayətin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, qərardad ləğv olunmalı və mülki iş baxılması üçün aidiyyəti üzrə Bakı Kommersiya Məhkəməsinə göndərilməlidir.

16. Belə ki, MPM-in 24.2-ci maddəsinin tələbinə görə, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.

17. Həmin Məcəllənin 25.1 və 26.1-ci maddələrinə əsasən, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan mübahisələrə dair işlərə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmələr baxır. Sahibkarlıq fəaliyyətinin həyata keçirilm əsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır. 18. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli qərarına müvafiq olaraq MPM-in 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Qanunverici məhkəmə aidiyyətini yeni qaydada mü əyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir (bənd 11). Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır (bənd 12).

19. Baxılan işdə hər iki tərəfin ver gi ödəyicisi kimi fərdi sahibkar statusuna malik fiziki şəxs olduqları mübahisəsizdir (iddiaçı VÖEN - **********, cavabdeh VÖEN – **********).

20. Eyni zamanda məhkəməyə təqdim edilən ilkin sənədlərə əsasən tərəflər arasındakı mübahisə onların sahibkarlıq fəaliyyəti ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı məhkəməyə müraciət edərkən tərəflər arasında imzalanmış “Anlaşma” adlı yazılı sənədə istinad etmiş, həmin sənəddə isə onlar arasında iş birliyinin, biznes ortaqlığının olduğu göstərilmişdir.

21. Göründüyü kimi, həm tərəflərin subyekt tərkibi, həm də mübahisəli hüquq münasibəti kommersiya məhkəməsinə aiddir.

22. Birinci instansiya məhkəməsi işin baxılması üçün Kommersiya məhkəməsinə göndərilməsi barədə ərizəni rədd edərkən gəldiyi nəticəni cavabdehin VÖEN-nin dondurulmasını və bununla da MPM-in imperativ tələbi olan kommersiya mübahisələri üzrə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin qarşı tərəfə göndərilməsinin mümkün olmaması ilə əsaslandırmışdır.

23. Məhkəmə tərkibi qeyd edir ki, sahibkarlıq subyekti kimi qeydiyyatdan keçmiş fiziki şəxsin öz fəaliyyətini müvəqqəti dayandırması onu belə statusdan məhrum etmir və onun tərəfi olduğu kommersiya mübahisələrinin xarakterini dəyişmir.

24. Eyni zamanda tərəfin iddia ərizəsi ilə bağlı məhkəməyə müraciət etməsi üçün müvəqqəti texniki maneələrin mövcud olması işlərə baxılmasının qanunvericiliklə müəyyən edilmiş məhkəmə aidiyyətinin dəyişdirilməsi üçün əsas ola bilməz.

25. Ona görə də hazırkı işə kommersiya məhkəməsində baxılmalıdır.

26. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəflərin subyekt tərkibini və mübahis əli hüquq münasibətinin xarakterini nəzərə almadan, işin kommersiya məhkəməsinə göndərilməsi barədə ərizəni təmin etməmişdir.

27. MPM-ə əsasən kassasiya instansiyası məhkəməsi məhkəmə aidiyyəti məsələsini həll edərkən məhkəmələr tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (403-1.7). Kassasiya instansiya məhkəməsi məhkəmə aidiyyətinə dair mübahisələr üzrə şikayətə baxarkən işin məhkəmə aidiyyəti üzrə göndərilməsi və ya məhkəmə aidiyyəti haqqında ərizənin rədd edilməsi barədə qərardadı tamamilə ləğv edib, yeni qərar qəbul edə bilər (403-1.8.2.)

28. Qarışıq məhkəmə tərkibi qeyd edilənləri nəzərə alaraq və MPM-in 403-1.6 və 403-1.8.2-ci maddələrini rəhbər tutaraq Qərara aldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bakı şəhər Xətai Rayon Məhk əməsinin e-2(011)-6282/2022 nömrəli iş üzrə 24 oktyabr 2022-ci il tarixli qərardadı ləğv edilsin. İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair iş aidiyyəti üzrə baxılması üçün Bakı Kommersiya Məhkəməsinə göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar