Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6354/2021 29.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın ayrılması, paylı mülkiyyətdə olan əşyanın bölünməsi) Hakimlər Əliyev Zaur Əli oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Əhmədov Nurlan Vəli oğlunun katibliyi, İddiaçı ilə, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5962/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39 b nömrəli xüsusi mülkiyyətdə olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1 otaq-14.7 kv.m (********** qeydiyyat nömrəsi, 25.06.2013), İddiaçı 2 otaq-54.2 kv.m (********** qeydiyyat nömrəsi, 11.07.2019), Cavabdeh3 2 otaq-46.7 kv.m (110668660 qeydiyyat nömrəsi, 10.01.2007), Cavab deh2 1 otaq-17.6 kv.m (********** qeydiyyat nömrəsi, 21.05.2008) adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 7- ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini belə əsaslandırılmışdır ki, Bak ı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdehlərin, yəni Cavabdeh2 1 otaq-17,6 kv.m, Cavabdeh3 2 otaq-46.7 kv.m, Cavabdeh1 1 otaq-14,7 kv.m, eyni zamanda onun 2 otaq-54,2 kv.m daşınmaz əmlakın dövlət reyestr kitabında çıxarışa əsasən, mülkiyyət hüququ üzrə hər birinin adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
4. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2020ci il tarixli, 10/1592 saylı rəyinin nəticə hissəsindən görünü r ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39 b nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tərəflərin hər birinin faktiki təcrid mənzillər kimi istifadə etdikləri tikililər (faktiki bölünmüş sahələr) onların istifadəsində saxlanıla bilər.
6. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin (hakim Ş.Süleymanova) 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 nömrəli qətnaməsi ilə iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi ümumi mülk iyyət hüququndakı paylara uyğun olaraq naturada bölünməsi, iş üzrə ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumunun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2, 5 manatının Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 manatın 25 (iyirmi beş) manatının İddiaçı, 25 (iyirmi beş) manatının Cavabdeh1, 25 (iyirmi beş) manatının Cavabdeh3, 25 (iyirmi beş) manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməsi qət edilmişdir.
7. Məhkəmə Mülki Məcəllənin 152 və 220-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2020-ci il tarixli, 10/1592 saylı rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayı l küçəsi, 39 b nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat
8. Birinci instansiya məhkəməsinin qətnaməsindən Cavabdeh3 və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayəti vermişlər.
9. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qərardadı ilə Cavabdeh3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edi lərək, ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.
10. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının (hakimlər-A.Tanrıverdiyev (sədrlik edən və məruzəçi), T.Səmədov və İ.Şirinov) 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRXnin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, 29.03.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
11. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri
12. Azər baycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin ləğv, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.
13. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı müvafiq fərdi yaşayış evinə dair bölgüsxeminin verilməsi ilə bağlı 23.10.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 230,6 kv.m (yerləşdiyi 0,01898 ha torpaq sahəsi üzərində mülkiyyət növü — dövlət, hüququn növü — istifadə) olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2 otaq - 46,7 kv.m hissəsi Cavabdeh3, 1 otağı — 17,6 kv.m hissəsi Cavabdeh2, 2 otaq — 54,2 kv.m hissəsi İddiaçı və 1 otaq — 14,7 kv.m hissəsi isə Cavabdeh1 adına daşı nmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların paylı mülkiyyətindədir. Bundan əlavə müvafiq ünvanda 20.04.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus hissə "A” tikilisində, 2-ci mərtəbədə (2-ci mərtəbənin hamısı) yerləşir. "A” tikilisi 2 mərtəbəlidir və 1-ci mərtəbədə digər payçılara məxsus hissələr yerləşir. Bundan başqa, müvafiq fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilməsi mümkün olmamışdır. Lakin birinci instansiya məhkəməsinin müvafiq qətnaməsində 12.11.2020ci il tarixli, 10/1592 saylı ekspert rəyinə istinad edilməklə müvafiq fərdi yaşayış evinin naturada bölünməsinin mümkünlüyü qeyd olunmuşdur. Lakin müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Belə ki, müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlərinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Müvaf iq fərdi yaşayış evi üzərinə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 17.03.2021-ci il tarixli icra vərəqəsinə əsasən həbs qoyulmuşdur. Qeyd edilənlərdən də göründüyü kimi, birinci və apellyasiya instansiya məhkəmələri tərəfindən müvafiq mülki işə baxılarkən maddi və prosessual hüquq normaları pozulmuş, işin faktiki halları hallarına düzgün qiymət verilməmiş, qanunvericilik normalarını düzgün tətbiq edilməmiş, qanunvericiliyin tələbləri nəzərə alınmamış və nəticədə qanunsuz və ədalətsiz qətnamələr qəbul edilmişdir. Qeyd olunan halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvaf iq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş tikililərə və texniki pasporta uyğun deyil, sonradan özbaşına inşa edilmiş əlavə sahələri də nəzərə almaqla keçirilmiş və ekspert rəyi də əlavə sahələri nəzərə almaqla verilmiş və ya köməkçi sahələrin ölçüləri ekspert rəyində düzgün qeyd olunmamışdır. AR Mülki Məcəlləsinin 220.4-cü maddəsində bu hüququn həyata keçirilməsinin mümkünlüyü paylı mülkiyyətin mülkiyyətçisinə payın naturada ayrılması əvəzinə digər mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun razılığının olması ilə əlaqələnmişdir. Bununla, mülkiyyətçiyə düşən pay əvəzinə pul kompensasiyanın ödənilməsi yalnız payın naturada ayrılması mümkün olmadıqda və onun razılığı ilə həyata keçirilə bilər. Yuxarıda q eyd olunanlardan da göründüyü kimi, müvafiq fərdi yaşayış evinin naturada ayrılması mümkün deyil. Lakin məhkəmə qeyd olunan məsələ ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Plenumunun sözügedən qərarında qeyd olunanları nəzərə almamış, müvafiq işi tam və ətraflı araşdırmamış, hər hansı qanuna uyğun sübuta və ya sənədə əsaslanmamış və nəticədə qanunsuz qərardad qəbul etmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri
14. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları
15. İddiaçı məhkəmə iclasında vəkil ilə birlikdə iştirak etmədiyi üçün Mülki Prosessual Məcəllənin 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi.
16. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq işdə iştirak edən digə r şəxslər məhkəmə iclasına gəlmədikləri və gəlməmələrinin səbəbləri barədə məlumat vermədikləri üçün Məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
17. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.
18. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.
19. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya b u, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir.
20. Maddə
221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
22. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
23. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 217.3. Qətnamə iş üz rə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
25. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
26. Hazırkı kassasiya şikayətində qətnamə tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
27. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunubolunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə ol unmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya instansiyası məhkəməsinin mövqeyi
28. Kollegiya aşağıdakılara əsasən hesab edir ki, işə mahiyyəti üzrə baxan məhkəmələr maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişlər.
29. Əvvəla, iddianın təmin olunması barədə qətnamədən yalnız cavabdeh payçı Cavabdeh3 apellyasiya şikayəti vermiş, o da sonradan həmin şikayətindən imtina etmişdir. Belə olan halda, məhkəmə paylı mülkiyyətçilər arasında payın ayrılması və ya əşyanın bölünməsi haqqında mübahisənin olub-olmamasını aydınlaşdırmalıdır.
30. Mübahisə mövcud olmadıqda işə xitam verilməklə, payın ayrılması, yaxud bölgünün aparılması və qeyd ə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək hüquqları tərəflərə izah olunmalıdır.
31. Mübahisə olduqda isə iddia tələbinə aşağıdakılar nəzərə alınmaqla baxılmalıdır.
32. Belə ki, İddiaçı sözügedən daşınmaz əşyanın ümumi paylı mülkiyyətçisidir. O, digər üç nəfər paylı mülkiyyətçiyə və DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia qaldıraraq evin bütün mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb edir.
33. Belə olan halda iddia tələbinin qanuni əsası kimi Mülki Məcəllənin 220-ci və 221-ci maddələri nəzərdən keçirilə bilər (§ 17-20).
34. Normaların məzmunundan göründüyü kimi ümumi mülkiyyətçilər aralarındakı razılaşmaya əsasən paylı mülkiyyətdə olan əşyanı paylarına uyğun bölə bilərlər. Paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və y a hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilə bilər. Bu mümkün olmadıqda əşya məhkəmənin qərarı ilə fiziki bölünür və ya hərracdan satılır.
35. Paylı mülkiyyətçi öz payının ayrılması barədə ümumilikdə qalmaq istəyən digər paydaşlarla razılığa gələ bilmədikdə isə həmin payın ayrılmasını məhkəmə qaydasında tələb edir.
36. Hazırkı işdə daşınmaz əşyanın bütün paylı mülkiyyətçiləri evin paylarına uyğun bölünməsi barədə iddia qaldırmamışlar.
37. İddia tələbini irəli sürən payçılardan yalnız biri - İddiaçıdir. Buna baxmayaraq o, öz payının ayrılmasını (ümumi mülkiyyət rejimindən çıxmasını) deyil, bütövlükdə evin mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb etmişdir.
38. İşə mahiyyəti üzrə baxan məhkəmələr isə bu xüsusatı araşdırmamış, iddiaçının belə bir hüquqa malik olub-olmamasına qiymət verməmişlər.
39. Kollegiya onu da vurğulayır ki, payın naturada ayrılması texniki cəhətdən mümkün olmalıdır. Bu o deməkdir ki, ümumi mülkiyyətdə olan daşınmaz əşyadan, məsələn fərdi yaşayış evindən paya uyğun həcmdə ayrılan hissə, özünün müstəqil girişi, köməkçi (sanitar qovşağı, mətbəx və s.) və yaşayış sahələri ilə ayrıca əşya vəziyyətinə gəlməlidir. Başqa sözlə, paya uyğun hissə təyinatı üzrə ayrıca yaşayış sahəsi kimi ayrılarsa, müstəqil əşya olaraq daşınmaz əmlakın dövlət reyestrində reyestrdə qeydə alına bilər. Bunun üçün aydın bir bölgü planının da tərtiblənməsi zəruridir. Əks halda payın naturada ayrılması tələbi təmin oluna bilməz. O da nəzərə alınmalıdı r ki, fərdi yaşayış evinə artırılmış özbaşına tikililərin daşınmaz əşyanın dövlət reyestrində qeydiyyatdan keçmədiyi üçün bölgüdə nəzərə alınması və ya onlar üzərində sərəncam verilməsi mümkün deyil. Ayrılmanın texniki cəhətdən mümkün olub-olmaması isə bu sahədə ixtisaslı şəxslərin (ekspertin) rəyi ilə müəyyən oluna bilər.
40. İş üzrə birinci instansiya məhkəməsindəki icraatda müvafiq ekspertiza keçirilməklə rəy alınmışdır. Həmin rəydə qeyd olunur ki, bölgünün mümkün olması üçün tərəflərin hər birinin faktiki təcrid mənzillər kimi istifadə etdikləri tikililər (faktiki bölünmüş sahələr) onların istifadəsində saxlanıla bilər (§ 5).
41. Buna baxmayaraq məhkəmələr evin naturada bölgüsünün daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış tikililər və paylar üzrə mümkün olub-olmadığını araşdırm amış, faktiki istifadədə olan tikililər əsasında verilmiş rəyin iddianın təmin edilməsi üçün mötəbər və kifayətedici sübut olub-olmamasına, rəyə müvafiq ayrılma (bölgü) planının əlavə edilməməsinə qiymət verməmişlər.
42. Bu hallar həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradılmasına, sübutların onlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymətləndirilməsinə, qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmasına dair prosessual hüquq normalarına əməl olunmadığına dəlalət edir (§ 21-24).
43. Odur ki, işə mahiyyəti üzrə baxılacağı halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, zəruri olduqda digər aidiyyəti dövlət orqanlarının mütəxəssis rəyləri əs asında əlavə ekspertiza keçirilməli və nəticəsindən asılı olaraq iddia tələbi üzrə əsaslı qərar qəbul edilməlidir.
44. Bunun üçün apellyasiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş yeni apellyasiya baxışına göndərilməlidir.
45. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti qismən təmin edilsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5962/2021 nömrəli iş üzrə 25 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilsin və iş yeni apellyasiya baxışına göndərilsin. Qərar qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: Zaur Əliyev Hakimlər: Abiddin Hüseynov İlqar Xələfov