Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6360/2021 27.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı "xxxx" İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: kredit borcu, ipotekaya tutma yönəldilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyası, hakimlər Vəliyeva Elşanə Rafiq qızı (sədrlik edən və məruzəçi), Şamayev Elşad Yaquboviç və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Cəfərova Qəmər Muxtar qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3170/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsindən cavabdehl ər Cavabdeh1 və Cavabdeh4 tərəfindən birgə verilmiş kassasiya şikayəti üzrə işə 27 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları "xxxx" İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh1 arasında bağlanmış 15.12.2014-cü il tarixli kredit müqaviləsiə əsasən "xxxx" İKB ASC-si tərəfindən illik 25% olmaqla 36 ay müddətinə Cavabdeh1 19.100 ABŞ dolları məbləğində kredit verilmişdir. "xxxx" İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh4 arasında bağlanmış 15.12.2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, Gen.Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzili bank qarşısında kreditin qaytarılmasını təmin etmək üçün ipoteka ilə yüklü edilmişdir və ipoteka ilə yüklü edilmiş əmla k 90.000 manat məbləğində qiymətləndirilmişdir. "xxxx" İKB ASC-nin “MXM” filialı ilə Cavabdeh1 və Cavabdeh4 arasında bağlanmış 15.12.2014-cü il tarixli kredit müqaviləsi üzrə 17.03.2015-ci il tarixli Əlavə Sazişin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ipoteka ilə təmin edilmiş öhdəlik 50 ay müddətinə 15.12.2014cü il tarixindən 16.03.2019-cu il tarixədək icra edilməlidir. "xxxx" İKB ASC tərəfindən verilmiş arayışdan görünür ki, Cavabdeh1 kredit müqaviləsi üzrə 10.026.3 ABŞ dolları əsas borcu, 11.046 ABŞ dolları faiz borcu, 1.693.29 ABŞ dolları cərimə borcu vardır. "xxxx" İKB ASC-si tərəfindən 14.10.2019-cu il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinə ünvanlanmış ərizədən görünür ki, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair ərizə ipoteka qoyana göndərilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı "xxxx" İKB ASC-si cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh3 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 "xxxx" İKB ASC-nin xeyrinə 15 dekabr 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 10026.3 ABŞ dolları əsas, 11046 ABŞ dolları faiz, 1693.29 ABŞ dolları cərimə borcu və kredit müqaviləsi üzrə 16 mart 2019-cu il tarixdən 14 noyabr 2019-cu il tarixədək gecikdirilmiş vaxt üçün illik 5(beş) faizlə hesablanmış 336.2 ABŞ dolları məbləğində əldən çıxmış fayda olmaqla, ümu milikdə cəmi 23101.79 ABŞ dolları məbləğində borcun və 30 manat ödənilmiş dövlət rüsumunun, tutmanın Cavabdeh4 məxsus olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 4 otaqlı, 75.15 kv.m ümumi, 48.05 kv.m yaşayış, 27.1 kv.m yardımçı sahədən ibarət 30 nömrəli evin 83 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun satışdan əldə olunan vəsait hesabına "xxxx" İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh4 məxsus olan mənzilə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh4, Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. "xxxx" MMC-si tərəfindən verilmiş 15 sentyabr 2020-ci il tarixli hesabatdan görünür ki, Cavabdeh4 məxsus Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin tələblə təklifin qarşılıqlı təsiri nəticəsində təşəkkül tapan qiyməti 140.000 manat, likvid qiyməti 120.000 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 21 may 2020-ci il tarixli, 3924 nömrəli rəyindən məlum olur ki, rəyin tədqiqat hissəsində göstərildiyi kimi, iş materiallarında olan sənədlərə əsasən (hesabdan çıxarış, maliyyə arayışı məlumatları) Cavabdeh1 ilə "xxxx" İKB ASC arasında bağlanmış 15 dekabr 2014-cü i l tarixli, 6-G-1-0-2416-14 saylı kredit müqaviləsi üzrə 16.03.2019-cu il tarixə "xxxx" İKB ASC olan borc aşağıdakı kimi müəyyən edilmişdir. 16 mart 2019-cu il tarixə 10606.74 ABŞ dolları əsas kredit borcu, 11043.50 ABŞ dolları faiz borcu; eyni zamanda qeyd edilmişdir ki, təqdim edilmiş hesabdan çıxarış məlumatlarında bank tərəfindən Cavabdeh1 cərimə hesablanmadığı üçün hazırki tədqiqatla cərimə hesablanmamışdır. Bundan başqa, Cavabdeh1 banka olan borcunun 16 mart 2019-cu il tarixə (sualda qeyd olunan tarixə) hesablandığından hazırki ekspertiza tədqiqatı ilə 16 mart 2019-cu il tarixdən sonrakı 587.70 ABŞ dolları ödənişlər nəzərə alınmamışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin (hakim İlahə Abbasova) 2(011)-1111/2020 saylı, 15.10.2020-ci il tarixli qətnaməsi ilə iddia tələbləri qismən tə min edilərək, Cavabdeh1 kredit müqaviləsi üzrə 10026.3 ABŞ dolları əsas borc, 11043.50 ABŞ dolları faiz borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 336.2 ABŞ dolları və 170 ABŞ dolları cərimə borcu, cəmi 21 576 ABŞ dolları (Ekvivalenti ödəniş gününə Mərkəzi Bankın kursuna müvafiq olaraq manatla) iddiaçı "xxxx" İKB ASC-nin xeyrinə tutulması, tələbin Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin ilkin qiyməti 120000 manat olmaqla açıq hərracdan satılması, satışdan əldə olunmuş vəsait hesabına cavabdehin banka olan borcun ödənilməsi, ipotekaya qoyulmuş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinə tu tma yönəldikdən sonra əmlak satıldıqda ən geci 1 ay ərzində mənzildə qeydiyyatda olan Cavabdeh4 Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 mənzildən çıxarılmaları və həmin mənzilin onlar tərəfindən boşaldılması qət olunmuşdur. İddia qalan hissədə təmin edilməmişdir. Məhkəmə hesab etmişdir ki, Cavabdeh1 kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi yerinə yetirmədiyindən və bu fakt iş materialları ilə sübut olunduğundan, Cavabdeh1 10026.3 ABŞ dolları əsas borc, ekspert rəyi ilə təsdiq edilən 11043.50 ABŞ dolları faiz borcu, həmçinin gecikdirilmiş vaxt üçün illik 5% hesablanmış 336.2 ABŞ dolları tutularaq iddiaçıya ödənilməlidir. Birinci instansiya məhkəməsi Mülki Məcəllənin 467-ci maddəsinə əsasən iddiaçı tərəfindən hesablanmış dəbbə pulu (cərimə) cavabdehin hazırda ödənilməmiş əsas borcuna müna sibətdə tənasübsüz surətdə yüksək olduğundan hesablanmış əsas borc məbləğinin 10%-dək azaldılaraq cavabdehlərdən kredit müqaviləsi üzrə 170 ABŞ dolları məbləğində müəyyən edilmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, tələb Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinə yönəldilməli, həmin mənzil ilkin qiyməti (likvid dəyər) "xxxx" MMC-nin 15 sentyabr 2020-ci il tarixli hesab rəyinə əsasən 120.000 manat müəyyən edilmişdir. Məhkəmə qətnaməsini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1, 739.1, 739.2 427.3, 429.1.3, 442, 448.1, 445.2.1, 449.4, 449.1, 741, 462.1, 467, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunun 33, 34, 36.1, 36.2.4, 36.3, 59.3, 59.4-ci maddələrinə istinad edərək əsas landırmışdır. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsindən iddiaçının səlahiyyətli nümayəndəsi apellyasiya şikayəti verərək, qətnamənin qismən ləğv olunması və "xxxx" ASC-nin iddia tələbinin təmin edilməyən hissədə tam təmin olunması barədə yeni qətnamə qəbul qəbul edilməsi xahiş edilmişdir. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi mübahisəni mahiyyəti üzrə həll etmək əvəzinə, hər vəhclə iddianı tam təmin etməmək məqsədilə qanunvericiliyin aidiyyəti olmayan normalarını uyğunlaşdıraraq qətnamədə tətbiq etmişdir. Həmçinin məhkəmə qətnaməsi qəbul olunarkən, hazırda bazar iqtisadiyyatının tənəzzülə uğramasını, əmlak bazarında daşınmaz əmlakların dəyərinin aşağı düşməsini və Bank tərəfindən təqdim olunmuş mötəbər sübu tları nəzərə almadan, heç bir normaya istinad edilmədən, əsassız olaraq hakim tərəfindən yalnız ekspert rəyini əsas götürülərək, mənzilin likvid qiymətini 120.000 manat müəyyən edilmişdir. Məhkəmə yalnız ekspertiza rəyinə əsaslanaraq cavabdehlərin kredit borcunu faiz və cərimə hissəsində azaltmışdır, halbuki ekspert həqiqətə uyğun olmayan rəy vermişdir. Bank tərəfindən cavabdehlərə təqdim edilmiş ödəniş qrafıkində onların vaxtı-vaxtında etməli olduqları ödənişlər qeyd edilmişdir. İndiki vəziyyətdə isə tərəf ödəmələri gecikmələrlə etmiş və qrafik üzrə aparmamış, bundan əlavə qanun cərimənin hakim tərəfindən azaldılmasını nəzərdə tutsada əsas və faiz borcuna bu halı aid etməmişdir. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 15.10.2020-ci il tarixli qətnaməsindən öz növbəsndə Cavabdeh4 apellyasiya şikayəti verərək, qətnaməsini ləğv edib, borcun hissə-hissə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Faiz məbləği yüksək hesablandığından ekspert rəyi ilə razılaşmır. Digər tərəfdən banka olan borcu ödəməkdən imtina etmir, hazırki infeksion xəstəliklərlə əlaqədar işləmək imkanları məhdud olduğuna, qazancı az olmasına əsasən, bank ödənişlərini vaxtında ödəyə bilməmişdir. Bundan sonra yeni icra qrafiki açılmaqla hissə-hissə də olsa borcun ödənilməsini təmin edəcəkdir Apelyasiya instansiyası məhkəməsindəki icraat Apelyasiya şikayətləri əsasında birinci instansiya məhkəməsinin qətnaməsi tam yoxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının (hakimlər Tofiq Səmədov - sədrlik edən, məruzəçi, İkram Şirinov və Anar Tanrıverdiyev) 03 iyun 2021-ci il tarixli, 2(103)-31 70/2021 nömrəli qətnaməsi ilə Cavabdeh4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin iş üzrə 15 oktyabr 2020-ci il tarixli qətnaməsi ipoteka predmeti olan daşınmaz əmlakın ilkin satış qiyməti hissəsində dəyişdirilərək, Cavabdeh4 məxsus olan ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin likvid dəyəri 100.000 (bir yüz min) manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Hər iki apellyasiya şikayətində qətnamə ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində mübahisələndirildiyindən işə apellyasiya qaydasında baxılarkən ipoteka predmeti olan, mənzili n hazırkı likvid dəyərini müəyyən etmək məqsədi ilə mütəxəssis rəyinin verilməsi qərara alınmış, "xxxx" MMC-nin 27.04.2021-ci il tarixli MB 14/0531 №-li ekspert rəyinə əsasən ipoteka predmeti olan Bakı şəhəri, Xətai rayonu, General Şıxlinski küçəsində yerləşən 30 saylı evin 83 saylı mənzilinin likvid dəyəri 100.000 (bir yüz min) manat müəyyən edilmişdir. Məhkəmə kollegiyası mütəxəssis rəyini nəzərə alaraq ipoteka predmetinin likvid dəyəri 100.000 (bir yüz min) manat müəyyən etmişdir. Apellyasiya instansiyası məhkəməsi qalan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmışdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 kassasiya şikayəti verərək Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3170/2021 nömrəli iş üzrə 03 iyun 2021-ci il tarixli qətnaməsinin ləğv edilərək işin yenidən baxılması üçün apellyasiya instansiya məhkəməsinə qaytarılmasına dair qərar qəbul edilməsini xahiş etmişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi işi hər tərəfli araşdırmamış və qəbul edilmiş qətnamə işin hallarına uyğun gəlmir. İşdə iştirak edən şəxslərin kassasiya şikayətinə dair yazılı etiraz və ya izahatları məhkəməyə daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İşdə iştirak edən şəxslər işə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilsələr də, lakin onlar, məhkəmə iclasına gəlməmişlər və bunun səbəbləri barəd ə də məhkəməyə heç bir məlumat vermədikləri üçün məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 415.3cü maddəsinə əsasən məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Maddə
741. Əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatana dək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə mü əyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 39.3.3. Məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiyməti, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi şikayətin işin hallarının sübut olunmamasına, məhkəmənin g əldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına dair dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Kassasiya şikayətində qətnamə iş üzrə cavabdehlər tərəfindən faiz borcunun məbləği və ipoteka predmetinə tutmanın yönəldilməsi hissəsində mübahisələndirildiyindən məhkəmə aktı həmin hissələrdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyasının mövqeyi ondan ibarətdir ki, apelyasiya instansiyası məhkəməsi tərəfindən tərəflər arasında mübahisəli hüquq münasibətləri düzgün təfsir edilərək, həmin münasibətləri tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları mü əyyən edilmir. Bu baxımdan apelyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Cavabdehlərin kassasiya şikayətində göstərilən dəlillərlə bağlı məhkəmə kollegiyası qeyd edir ki, faiz borcu iş üzrə keçirilmiş ekspert rəyi ilə müəyyən edilmiş, ekspertizanın təyin olunması, keçirilməsi və məhkəmə tərəfindən qiymətləndirilməsi zamanı maddi və prosessual hüquq normalarının pozulduğu və ya ekspert rəyi ilə bağlı tərəflərin əsaslandırılmış dəlillərinə (vəsatətlərinə) məhkəmə tərəfindən münasibət bildirilməməsi kimi hallar müəyyən edilməmişdir. Apellyasiya instansiyası məhkəməsinin ipoteka predmetinin ilkin satış qiymətinin likvid dəyərini müəyyən etməsi Azərbaycan Respublikası Ali məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının məhkəmə təcrübə sinin vahidliyinin təmin edilməsi ilə bağlı “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” 20.07.2020-ci il tarixli qərardadında ifadə edilmiş hüquqi mövqeyə də uyğundur. Məhkəmə kollegiyası qeyd edir ki, sübutları araşdırmaq və qiymətləndirmək səlahiyyətinə malik olan apelyasiya məhkəməsi tərəfindən tərəflərin təqdim etdikləri sübutlar ətraflı araşdırılmış və hansı sübutun mötəbər, hansının isə qeyri-mötəbər olduğu müvafiq prossesual normalara əsasən müəyyən edilmiş, bu barədə məhkəmənin gəldiyi nəticələr əsaslandırılmışdır. Kassasiya şikayətinin işin faktiki və həqiqi hallarını tam, obyektiv və hərtərəfli araşdırılmaması, işin faktiki hallarına düzgün hüquqi qiymət verilməməsi barədə dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, MPM-nin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Buna görə də, həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas ola bilməz. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3170/2021 nömrəli iş üzrə 03 iy un 2021-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.