Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6363/2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı X cavabdeh Xi Cavabdeh2nə və digərlərinə qarşı iş üzrə QƏRARİ Açar sözlər:apellyasiyanın qeyri-mümkün hesab edilməsi 13.12.2022 Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının hakimləri Əhmədov Əhməd Abbas oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkkül oğlu və Şəfiyev İspəndiyar Əsəd oğlundan ibarət tərkibdə, Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)7357/2022 saylı qərardadından cavabdeh X verdiyi kassasiya şikayəti üzrə işə 13 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İşin h allarına görə, “X” İB-nin 1X 22 noyabr 2021-ci il tarixli, 15-1ə saylı protokolundan çıxarışa əsasən icraya nəzarət, kargüzarlıq və təsərrüfat işləri xidmətinin arxiv müdiri X1 və 2 saylı XTS-nin quyuların sementlənməsi üzrə maşinisti İddiaçı ilə 1 saylı X arasında bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilməsinə razılıq verilib. “Əmək qabiliyyətinin olmaması haqqında” vərəqə əsasən, İddiaçı xəstəliyi ilə əlaqədar olaraq 22 noyabr 2021-ci il tarixdən işdən azad edilib və işə başlama müddəti 17 dekabr 2021-ci il tarixədək müəyyən edilib. 01 dekabr 2020-ci il tarixli, 505 saylı əmək müqaviləsinə əsasən, İddiaçı “X texnoloji nəqliyyat dəstəsi 6 dərəcəli quyuların sementlənməsi üzrə maşinist vəzifəsinə işə qəbul edilib. İşəgötürənin 23 noyabr 2021-ci il tarixli, 709 “K” saylı əmrinə əsasən İddiaçı X ilə bağlanmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilib. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehlər Cavabdeh2nə və Cavabdeh2 X qarşı “əmrin ləğv edilməsi və işə bərpa” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 1Xi tərəfindən onunla bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsinə dair işəgötürənin 23 noyabr 2021-ci il tarixli, 709 “K” saylı əmrinin ləğv edilməsi, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsi və onun Cavabdeh2X quyuların sementlənməsi üzrə maşinist vəzifəsinə bərpa edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Daha sonra iddiaçı, iddia t ələbinin həcminin azadılması barədə ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh2 cavabdehlər siyahısından çıxarılması və tələbin yalnız Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsinə yönələn hissədə təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edib. Pirallahı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsi ilə (hakim Tərlan Əkbərov) iddia təmin edilərək. Cavabdeh2 X tərəfindən iddiaçı ilə bağlınmış əmək müqaviləsinə Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi üzrə xitam verilməsinə dair işəgötürənin 23 noyabr 2021-ci il tarixli, 709 “K” saylı əmrinin ləğv edilməsi, iddaçının Cavabdeh2 X XXXTS-nin quyuların sementlənməsi üzrə maşinisti vəzifəsinə bərpa edilməsi, habelə Cavabdeh2 Xi tərəfindən məcburi işburaxma müddəti üçün 23 noyabr 2021-ci il tarixdən başlayaraq işə bərpa olu nduğu günədək ştat cədvəli üzrə ödənilməli olan əmək haqqının hesablanaraq iddiaçıya ödənilməsi qət edilib. Birinci instansiya məhkəməsi hüquqi mövqeyini Əmək Məcəlləsinin 68, 69, 70, 71, 73, 74, 75, 83, 300-cü maddələrinin və digər maddi və prosessual hüquq normalarının tələbləri ilə əsaslandırıb. Apellyasiya instansiyası məhkəməsində icraat Cavabdeh X apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilib, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş edib. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli qərardadı ilə (Hakimlər M.Nümayəndə1 sədrlik edən, məruzəçi, Ş.Ə.Məhərrəmova və R.M.Həsənov) cavabdeh X iş üzrə Bakı şəhəri, Pirallahı Rayon Məhkəməsinin 19 avqust 2022-ci il tarixli qətnaməsindən ve rdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilib və apellyasiya şikayətinin qaytarılması üçün mülki iş həmin məhkəməyə qaytarılıb. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırıb ki, apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş 1 aylıq prosessual müddətin axımı qətnamənin surətinin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. İşdən görünür ki, sözügedən qətnamənin surəti cavabdeh X vəkilinin və nümayəndəsinin elektron kabinetinə 02 sentyabr 2022-ci il tarixdə yerləşdirilib. Belə olan halda sözügedən cavabdehə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 03 oktyabr 2022-ci il tarixdən hesab edilməlidir. Lakin, elektron məhkəmə sistemindən görünür ki, cavabdeh ape llyasiya şikayətini 05 oktyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verib. Göründüyü kimi, iş üzrə qəbul edilmiş qətnamədən apellyasiya şikayətinin verilməsi üçün prosessual müddət cavabdeh tərəfindən ötürülüb, lakin onun tərəfindən buraxılmış prosessual müddətin bərpası barədə ərizə verməyib. Odur ki, cavabdehin iş üzrə məhkəmə qətnaməsindən verdiyi apellyasiya şikayəti üzrə apellyasiya qeyri-mümkün hesab edilməlidir. Apellyasiya instansiyası məhkəməsi hüquqi mövqeyini Mülki Prosessual Məcəllənin 363.1.3, 366.2-ci maddələrinin və digər prosessual normaların tələbləri ilə əsaslandırıb. Kassasiya instansiyası məhkəməsində icraat Kassasiya şikayətinin, ona qarşı etirazın dəlilləri və işdə iştirak edən şəxslərin izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh XCavabdeh2 kassas iya şikayəti verərək, iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadın ləğv edilib, sonrakı prosessual hərəkətlərin həyata keçirilməsi üçün mülki işin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş edib. Kassator kassasiya şikayətini onunla əsaslandırıb ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdeh X Cavabdeh2 nümayəndəsi və vəkilinin elektron kabinetinə 02 sentyabr 2022-ci il tarixdə yerləşdirilib. Belə olan təqdirdə cavabdeh AXavabdeh2nə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 03 oktyabr 2022-ci il hesab edilir. Lakin, elektron məhkəmə sistemindən görünür ki, cavabdeh Xnin Cavabdeh2 apellyasiya şikayəti 05 oktyabr 2022- ci il tarixdə elekt ron kabinet vasitəsi ilə verilib. Göründüyü kimi, barəsində şikayət verilən qətnamə Cavabdeh2 X deyil, X nümayəndəsi və vəkilinin elektron kabinetinə yerləşdirilib. Birinci instansiya məhkəməsində Vəkil yalnız “X vəkili və nümayəndəsi olub, qətnamə isə Cavabdeh2 X qarşı çıxarılıb ki, idarənin hüquq və mənafelərini birinci instansiyada həmin qurumun nümayəndəsi X təmsil edib. Sözügedən qətnamənin surəti Cavabdeh2 Xə poçt vasitəsilə 08 sentyabr 2022-ci il tarixdə çatdırılıb. Bu barədə müvafiq qəbz mülki iş materiallarında mövcuddur. Birinci instansiya məhkəməsi Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən apellyasiya şkayətini geri qaytarmayıb. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və ko mmersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilməsi, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, ş ikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydada təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materi allara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9-cu maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron poçt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. 363.1, 363.1.1, 363.1.1-1, 363.1.5-ci maddələrinin tələblərinə əsasən, apellyasiya şikayəti imzalanmamışdırsa və ya onu imzalamağa hüququ olmayan şəxs və ya vəzifəsi göstərilməyən şəxs tərəfindən imzalanmışdırsa, habelə apellyasiya şikayəti vermək hüququ olmayan şəxs tərəfindən verilmişdirsə; apellyasiya şikayəti bu Məcəllənin 361-ci maddəsinin tə ləblərinə riayət edilmədən verilmişdirsə; “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə bu Məcəllənin 10-1.3-cü maddələrində nəzərdə tutulmuş qaydada aparılan elektron məhkəmə icraatında apellyasiya şikayəti həmin maddənin tələblərinə uyğun verilmədikdə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir (MPM-nin 407.2-ci maddəsi). Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (MPM-nin 416.1-ci maddəsi). Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək mülki iş materiallarında olan birinci və apellyasiya instansiyası məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə edilmiş və araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad etməsi kassasiya instansiyası məhkəməsinin işin faktiki hallarını araşdırması kimi qiymətləndirilməməlidir. Kas sasiya şikayətində iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv edilməsi xahiş olunduğundan, qərardadın əsaslılığı kassasiya şikayətinin dəlilləri hüdudlarında tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kassasiya instansiyası məhkəməsi, apellyasiya instansiyası məhkəməsinin gəldiyi nəticə və hüquqi əsaslandırma ilə razılaşır və hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən maddi və prosessual hüquq normalarının tələblərini hazırki mübahisəli məsələyə düzgün tətbiq edib, işdə, apellyasiya instansiyası məhkəməsinin qərardadının kassasiya qaydasında ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə görə, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qa ydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Apellyasiya instansiyası məhkəməsi, qeyd olunan maddənin tələblərini əsas tutub haqlı olaraq qeyd etmişdir ki, apellyasiya şikayətinin verilməsi üçün nəzərdə tutulmuş 1 aylıq müddətin axımı qətnamənin tərəfə rəsmi təqdim edildiyi vaxtdan başlayır. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, hazırki mülki iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin surəti cavabdeh X Cavabdeh2 nümayəndəsi və vəkilinin vəkilinin elektron kabinetinə 02 sentyabr 2022-ci il tarixdə yerləşdirilib. Belə olan təqdirdə hesab edilməlidir ki, cavabdeh X Cavabdeh2nə münasibətdə qətnamədən apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddətin sonuncu günü 03 oktyabr 2022-ci il hesab edilir. Lakin elektron məhkəmə sistemindən görünür ki, cavabdeh XCavabdeh2 apellyasiya şikayətini 05 oktyabr 2022-ci il tarixdə elektron kabinet vasitəsi ilə verilib. Apellyasiya instansiyası məhkəməsi işə əlavə edilmiş sübutları araşdırıb müəyyən etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qətnamədən apellyasiya şikayətinin verilməsi müddəti cavabdeh XCavabdeh2 tərəfindən ötürülüb. Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır; 10-1.2-ci maddəsinə görə, məhkəmə və proses iştirakçıları tərəfindən ərizə, şikayət və digər sənədlərin elektron formada tərtib edilmə si, göndərilməsi, qəbulu, sənədlərin elektron qeydiyyatı və elektron dövriyyəsi müvafiq icra hakimiyyəti orqanının Azərbaycan Respublikasının Ali Məhkəməsi ilə birlikdə müəyyən etdiyi “Elektron məhkəmə” informasiya sistemindən istifadə qaydalarına uyğun olaraq həyata keçirilir; 10-1.3-cü maddəsində göstərilir ki, kommersiya mübahisələri üzrə məhkəmə icraatı, habelə “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə məhkəmə icraatı, o cümlədən ərizə, şikayət və digər sənədlərin göndərilməsi, qəbulu, habelə məhkəmə sənədlərinin məhkəməyə və proses iştirakçılarına çatdırılması “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilir; 10-1.5-ci maddəsinə görə, bu Məcəllənin 10-1.3-cü maddəsində nəzərdə tutulmuş qaydad a təqdim edilmiş sənədlərin digər qaydada verilməsi tələb oluna bilməz; 10-1.7-ci maddəsinə əsasən, “Elektron məhkəmə” informasiya sistemində elektron sənəd dövriyyəsi üçün gücləndirilmiş elektron imzadan və sertifikatlaşdırılmış elektron imza vasitələrindən istifadə edilir; 10-1.8-ci maddəsinə görə, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş iş materialları kağız daşıyıcıda olan materiallara bərabər tutulur və onlarla eyni hüquqi qüvvəyə malikdir. 10-1.9-cu maddəsində göstərilir ki, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə məhkəmə icraatının aparılması zamanı işdə iştirak edən şəxslərin adlarının, onların poçt ünvanlarının, istifadələrində olan elektron po çt ünvanlarının, mobil telefon nömrələrinin “Elektron məhkəmə” informasiya sistemində yerləşdirilməsi işə baxan məhkəmə tərəfindən təmin edilir. Apellyasiya şikayətinin verilməsi üçün qanunda nəzərdə tutulmuş müddəti ötürmüş cavabdeh X Cavabdeh2 “buraxılmış prosessual müddətin bərpa edilməsi barədə” ərizə ilə birinci instansiya məhkəməsinə müraciət etməyib. Mülki Prosessual Məcəllənin 363.1.3-cü maddəsinə əsasən, apellyasiya şikayəti müəyyən edilmiş müddət keçdikdən sonra verilmişdirsə, o, birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Lakin, birinci instansiya məhkəməsi qanunun bu tələbinə əməl etməyib və prosessual müddətin ötürülüb-ötürülməməsi məsələsini müzakirə etmədən şikayəti mülki işlə birlikdə baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərib. Mülki Prosessual Məc əllənin 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, apellyasiya instansiyası məhkəməsi sadalanan maddələrin tələblərini hazırki mülki mübahisəyə düzgün tətbiq edib və cavabdeh X Cavabdeh2 verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlib. Digər tərəfdən, işdən görünür ki, birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətini Cavabdeh2 1 saylı Nəqliyyat İdarəsi deyil, cavabdeh XCavabdeh2 verib. Bu baxımdan, kassasiya instansiyası məhkəməsi işin yuxarıda müəyyən edilmiş hallarını və sadalanan prosessual normaların tələblərini nəzərə alıb, cavabdeh XCavabdeh2 kassasiya şikayətinin dəlillərini əsassı z sayıb hesab edir ki, apellyasiya instansiyası məhkəməsi cavabdeh XCavabdeh2 qətnamədən verdiyi apellyasiya şikayəti üzrə apellyasiyanı qeyri-mümkün hesab etməklə düzgün nəticəyə gəlib. Ona görə də iş üzrə apellyasiya instansiyası məhkəməsinin qərardadı dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416, 417 və 419-cu maddələrinin tələblərini rəhbər tutaraq, kassasiya instansiyası məhkəməsi Qərara aldı: Cavabdeh XCavabdeh2 kassasiya şikayəti təmin edilməsin. İş üzrə Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 31 oktyabr 2022-ci il tarixli, 2(103)-7357/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6363/2022
Ali Məhkəmə Qərar — İş №2(102)-6363/2022
13.12.2022 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haq
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver