Məhkəmə qərarları › İş №2(102)-6386/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6386/2021

10.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi ilə bağlı digər mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6386/2021 10.11.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı “Bank VTB (Azərbaycan)” ASC-nin Cavabdeh qarşı iş üzrə QƏRARİ (Açar sözlər: kassasiya şikayətinin qaytarılması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1416/2018 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərardadından Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq mə hkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 01.10.2015-ci il tarixli girovlu istehlak krediti müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 60 ay müddətinə, illik 26 faiz ödəmək şərti ilə 50.000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı kimi Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 133,4 kv.m ümumi sahədən ibarət 5 otaqlı fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2017-ci ilin mart ayında “Bank VTB (Azərbaycan)” ASC Cavabdeh qarşı iddia ərizəsi və sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərini lazımi qaydada icra etməməsi nəticəsind ə banka 44.933,93 manat əsas, 6273,15 manat faiz, 724,20 manat cərimə borcu olmaqla cəmi 51.931,28 manat məbləğində borcunun yaranmasını əsas göstərərək həmin borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipotekanın qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumunun tutulması, tələbin ipoteka predmeti olan fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakın hərracdan satılması və s. barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi ilə (hakim: R.H.Ataşova) iddia tələbi qismən təmin edilmiş, Cavabdeh 44.933,93 manat əsas, 6273,15 manat faiz, 80 manat cərimə borcu, bildirişin qeydə alınması üçün ödənilmiş 30 manat dövlət rüsumu və iddia qaldırılması üçün ödənilmiş 30 manat dövlət rüsumunun “Bank VTB (Azərbaycan)” ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Qətnamə ilə həmçinin tələb ipoteka predmeti olan xüsusi mülkiyyət hüququ ilə Cavabdeh məxsus ünvan 1 ünvanda yerləşən 133,4 kv.m ümumi sahədən ibarət 5 otaqlı fərdi yaşayış evinə yönəldilmiş, həmin evin ilkin satış qiyməti 80.000 AZN müəyyən edilməklə satılması, satışdan əldə edilən vəsait hesabına göstərilən məbləğin banka ödənilməsi, tutma yönəldikdən və əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh ailə üzvləri ilə birlikdə 1 aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması və mənzilin boşaldılması, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat Qətnamədən Cavabdeh apellyasiya şikayəti verərək işə maddi və prosessual hüquq normalarını pozulması ilə ba xılmasını əsas göstərərək qətnamənin qismən ləğv edilməsi və iş üzrə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1416/2018 saylı, 29 avqust 2018-ci il tarixli qətnaməsi ilə (hakimlər – S.F.Hacıyev (sədrlik edən və məruzəçi), R.Ə.Eyvazov və F.Ş.Talışinski) cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-4296/2017 saylı, 06 sentyabr 2017-ci il tarixli qətnaməsi iddia tələbinin təmin edilən-əmlak satıldıqdan sonra həmin mənzildə yaşayan Cavabdeh ailə üzvlərinin 1 aydan gec olmayaraq mənzildən qeydiyyatdan çıxarılması hissəsində ləğv edilməsi, həmin hissədə iddianın rədd edilməsi, ipoteka predmeti olan fərdi yaşayış evinin ilkin satış qiyməti hissəsində qətnamə dəyişdir ilərək 85.000 manat müəyyən edilmiş, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsindən Cavabdeh kassasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1416/2018 saylı, 16 avqust 2021-ci il tarixli qərardadı ilə kassasiya şikayəti vermə müddəti ötürüldüyündən kassasiya şikayəti geri qaytarılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri Cavabdeh qərardaddan kassasiya şikayəti verərək qərardadın prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərərək ləğv edilməsini və kassasiya şikayəti üzrə müddətin ötürülüb-ötürülməməsi məsələsinə yenidən baxılması üçün mülki işin Bakı Apellyasiya Məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı “Bank VTB (Azərbaycan)” ASC kassasiya şikayətinə qarşı yazılı etirazla məhkəməyə müraciət edərək kassasiya şikayətinin əsassız olduğundan təmin edilməməsini, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 16 avqust 2021-ci il tarixli, 2(103)-1416/2018 saylı qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili kassasiya şikayətinin dəlillərini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə kollegiyasının iclasına gəl məmiş, lakin kollegiya işə onun iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 405.0.1 Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində kassasiya şikayəti verilə bilər. Maddə 408.1.4 Kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istin ad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində qərardadın ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qərardadın qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarının 161-ci səhifəsində olan qəbzdən görünür ki, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 29 avqust 2018-ci il tarixli qətnaməsi cavabdehin yaşadığı ünva na göndərilmiş və qətnaməni «Qocayeva» soyadlı şəxs 03.09.2018-ci il tarixdə imza etməklə qəbul etmiş, 22 iyul 2021-ci il tarixdə isə həmin iş üzrə Cavabdeh tərəfindən qeyd edilən qətnamədən kassasiya şikayəti verilmişdir. Azərbaycan Respublikası MPM-nin 135.2-ci maddəsinə əsasən məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Həmin Məcəllənin 135.3-cü maddəsinə əsasən məhkəmə sənədlərinin çatdırılması vəzifəsi üzərinə düşən şəxs ünvan sahibini onun yaşadığı, yaxud işlədiyi yer üzrə tapmadıqda, həmin sənədlər ünvan sahibi ilə birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvlərindən biri nə (onların razılığı ilə), onlar olmadıqda müvafiq icra hakimiyyəti orqanına, ünvan sahibinin yaşadığı yer üzrə yerli özünüidarə orqanına, yaxud onun işlədiyi yer üzrə müdiriyyətə verilir. 135.5. Bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Azərbaycan Respublikası MPM-nin 405.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində verilə bilər. Cavabdeh tərəfindən kassasiya şikayəti müəyyən olunduğu kimi qanunda nəzərdə tutulmuş müddət ötürülməklə verilmişdir. Həmin Məcəllənin 408.1.4-cü maddəsinə əsasən kassasiya şikayəti müəyyən edilmiş müddət ötürülməklə verilmişsə və bur axılmış müddətin bərpa edilməsinə dair vəsatət təmin olunmamışsa kassasiya şikayəti qaytarılır. Göstərilən vəziyyətdə kollegiya apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, qərardad mülki prosessual qanunvericiliyin tələblərinə uyğun çıxarıldığından və qərardadın ləğv edilməsi üçün əsaslar olmadığından kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-1416/2018 nömrəli iş üzrə 16 avqust 2021-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar