Məhkəmə qərarları › İş №2(102)-64/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-64/2022

17.01.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Qeyri yaşayış sahəsi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-64/2022 17.01.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı üzrə QƏRARİ iş № 2(102)-64/22 (Açar sözlər: qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə həvalə edilməsi, müqavilə öhdəliyi) Bakı şəhəri, 17 yanvar 2022-ci il Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Abbasov Aqil Əzizağa oğlu (sədrlik edən və məruzəçi), Vəliyeva Elşanə Rafiq qızı və Şamayev Elşad Yaquboviçdən ibarət tərkibdə, Allahverdizadə Şəhriyar Əli oğlunun katibliyi, İddiaçı1 vəkili Vəkil2, Cavabdeh2 MMC-nin vəkili X8 iştirakı ilə, İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı “qeyri-yaşayış sahəsinin verilməsinin cavabdehə həvalə edil məsi” tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1324/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsindən Cavabdeh2 MMC-nin kassasiya şikayətinə 17 yanvar 2022-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları 1. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə payçı kimi X9 arasında 14 noyabr 2005ci il tarixdə "xxxx" MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqavilə bağlanmışdır. Müqaviləyə əsasən "xxxx" MMC ünvan 1 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini X5 60000 ABŞ dollarına satmışdır.

2. X9 iddiaçının atasıdır. X9 21.05.2013-cü ildə vəfat etmişdir.

3. Mübahisə iddiaçının atası tərəfindən dəyəri ödənilmiş q eyri-yaşayış sahəsinin iddiaçının istifadəsinə verilməsi ilə bağlı yaranıb. a) Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı1 cavabdeh "xxxx" MMC-yə qarşı iddia ərizəsi ilə Abşeron Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasında 100 kv.m qeyri-yaşayış sahəsinin ona verilməsinin cavabdehə həvalə edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə iddiaçının mərhum atası X9 arasında 14 noyabr 2005-ci il tarixdə müqavilə bağlanmışdır. Həmin müqavilənin 2-cı bəndinə əsasən "xxxx" MMC ünvan 2 ünvanında inşa edilən yaşayış binasında qeyri-yaşayış sahəsinin X6 verilməsinə, X10 isə qeyri-yaşayış sahəsini qəbul etməyə və həmin sahənin təyin edilmiş dəyərini vaxtında ö dəməyə zəmanət vermişlər.

6. Müqavilənin 4-cü bəndinə əsasən qeyri-yaşayış sahəsi 100 kv.metr, 5-ci bəndinə əsasən ümumi dəyəri 60000 ABŞ dolları müəyyən olunmuşdur. İddiaçının atası X10 tərəfindən müqavilə öhdəlikləri vaxtında və lazımi qaydada icra olunmuşdur. Belə kı, 14 noyabr 2005-ci il tarixli mədaxil xəzinə orderinə əsasən qeyri-yaşayış sahəsinin ümumi dəyəri olan 60000 ABŞ dolları X10 tərəfindən cəmiyyətin xəzinəsinə ödənilmişdir.

7. İddiaçının atası üzərinə düşən öhdəliklərini tam icra etməsinə baxmayaraq, cavabdeh tərəfindən qeyri-yaşayış sahəsi atasına təhvil verilməmişdir. Sonradan məlum olmuşdur ki, cavabdeh olan "xxxx" MMC digər şəxslərlə də bu cür müqavilələr bağlayaraq öhdəlik götürmüş, həmin şəxslərin də pullarını mənimsəyərək öhdəliklərini icra etməmişdir.

8. Bununla bağl ı Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə şikayət olunmuş və nəticədə cavabdeh "xxxx" MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi açılmışdır. İddiaçının atası X10 həmin işdə zərərçəkmiş şəxs qismində tanınmışdır. X10 21.05.2013-cü il tarixdə vəfat etmişdir.

9. Azərbaycan Respublikasının Baş Prokuroru yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin İstintaq şöbəsinin 20 may 2014-cü il tarixli qərarı ilə iddiaçı mərhum atası X4 hüquqi varisi qismində tanınmış və atasının hüquqlarının müdafiəsi ona həvalə edilmişdir.

10. İddiaçı atasının hüquqi varisi kimi cavabdeh “FUAD-LTD" MMC-yə müraciət edərək müqavilə üzrə öhdəlik götürdüyü 100 kv.m qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etsə də, cavabdeh bu günədək 100 kv.m qeyri yaşayış sahəs ini iddiaçıya ona təhvil verilməmişdir. Baxmayaraq ki, "xxxx" MMC fəaliyyət göstərir.

11. İddiaçı tələbinin hüquqi əsası kimi Mülki Məcəllənin 152.1-ci maddəsinə istinad etmişdir.

12. Abşeron Rayon Məhkəməsinin 2(012)-914/2018 nömrəli, 04 iyun 2018-ci il tarixli qətnaməsi ilə iddia təmin edilməmişdir. (hakim Şövkət Nəcəfova)

13. Birinci instansiya məhkəməsi toplanmış sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Cavabdeh1 MMC ilə X10 arasında bağlanmış və cəmiyyətin direktoru Q.Ə.Məmmədovun imza və möhürü ilə təsdiq eduilmiş 14 noyabr 2005-ci il tarixli Cavabdeh1 MMC-nin tikilməkdə olan binasında qeyri-yaşayış sahəsi almaq haqqında müqaviləyə əsasən ünvan 3 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsini MMC X1. Müqavilə ilə obyektin ümum i dəyəri 60000 ABŞ dolları məbləğində müəyyən edilmiş, 14 noyabr 2005-ci il tarixli mədaxil xəzinə orderinin notarial qaydada təsdiqlənmiş surətinə əsasən Cavabdeh1 MMC-yə 60000 ABŞ dolları ödəmişdir. Mübahisəli bina yarımçıq tikilidir, tam tikilib təhvil verilməmişdir. X2 öz öhdəliyini yerinə yetirsə də, podratçı, yəni “Fuad LTD“MMC öz öhdəliyini yerinə yetirməmiş, ünvan 2 ünvanında yerləşən ümumi sahəsi 100 kv.m olan qeyri-yaşayış sahəsini iddiaçının mülkiyyətinə verməmişdir.

14. Birinci instansiya məhkəməsi qeyd edib ki, hazırki mübahisə üzrə tərəflər arasında bağlanmış 14 noyabr 2005-ci il tarixli müqavilədə müqavilə tərəfləri “alıcı” və “satıcı” kimi göstərilsə də, tərəflər arasında olan hüquq münasibətlərinin xarakterinə görə həmin müqavilələr podrat müqaviləsinə uyğun olduğu üçün ha zırki mübahisəyə podrat haqqında müddəalar tətbiqi edilməlidir.

15. Birinci instansiya məhkəməsi hesab edib ki, Cavabdeh1 MMC-nin iddiaçı qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir, lakin hazırda mübahisəli binanın tikintisi yarımçıq olduğundan payçılara verilməsi qeyri-mümkündür. Bu səbəbdən iddianın təmin edilməsi məqsədə uyğun deyildir.

16. Birinci instansiya məhkəməsi öz mövqeyini Mülki Məcəllənin 178.8, 322.1, 322.2, 442, 752.1 və 760.2-ci maddələri ilə əsaslandırmışdır. b) Apelyasiya instansiyası məhkəməsindəki icraat

17. İddiaçı apellyasiya şikayəti verib, qətnamənin ləğv, iddianın təmin edilməsini xahiş ediblər.

18. Apellyasiya şikayətinin dəlilləri: - məhkəmədə tam, hərtərəfli və obyektiv tədqiq edilmiş sübutlarla təsdiq edilmi şdir ki, iddiaçının atası X10 14.11.2005-ci il tarixli müqavilə əsasında cavabdehə 60.000 ABŞ dolları pul ödəyərək 100 kvadrat metr qeyri-yaşayış sahəsini almışdır. Məhkəmə qətnaməsinin təsviri və əsaslandırıcı hissəsini iddia tələbinin əsaslandırılmasına, işdə olan mötəbər sübut və sənədlərin tədqiqinə, qanunvericiliyin normalarının təhlilinə həsr etmiş və bu nəticəyə gəlmişdir ki, iddia tələbi əsaslı olduğundan tam təmin olunmalıdır. Lakin məhkəmə qanunvericiliyin tələbini pozaraq qətnamənin nəticə hissəsində iddianın təmin edilməməsini qət etmişdir; - məhkəmə cavabdeh "xxxx" MMC-nin iddiaçı qarşısında öhdəliyinin yaranması, öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olması, iddianın bu səbəblərdən təmin edilməli olması kimi obyektiv nəticəyə gəldiyi halda, qətnamənin nəticə hi ssəsində iddianın təmin edilməməsini qət etmiş, əsassız və qanunsuz qətnamə çıxarmışdır; - qətnamədə məhkəmə tikilinin yarımçıq qalması səbəbindən iddianın təmin edilməməsi barədə fikir bildirsə də, tikintinin yarımçıq qalmasında iddiaçının təqsiri olmadığından bu xüsusat iddianın rəddinə səbəb ola bilməz; - məhkəmə tərəfindən müəyyən olunmuş hesab edilən iş üçün əhəmiyyətli olan halların birinci instansiya məhkəməsi tərəfindən sübut edilməməsi o hallarda olur ki, iş üzrə mövcud olan faktlar qətnamədə qanunla göstərilən sübutlarla təsdiq edilmir və ya qeyri-mötəbər, ziddiyyətli, aid olmayan sübutlarla təsdiq edilir.

19. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1324/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Abşeron Rayon Məh kəməsinin 04 iyun 2018-ci il tarixli, 2(012)-914/2018 saylı qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə qəbul edilmiş, ünvan 1 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin İddiaçı1 təhvil verilməsinin Cavabdeh2nə həvalə edilməsi qət edilmişdir. (hakimlər Telman Məmmədov (sədrlik edən və məruzəçi), Şəmsəddin Abasov, Səyyad Qafari)

20. Apellyasiya instansiyası qeyd edib ki, İddiaçı1 Naryəddi oğlunun iddia tələbi "xxxx" MMC tərəfindən ünvan 2 ünvanında inşa edilən yaşayış binasında 100 kv.m qeyriyaşayış sahəsinin ona verilməsinin cavabdehə həvalə edilməsi barədədir.

21. Apellyasiya instansiyası məhkəməsi artıq formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq hesab edib ki, mənzil və qeyri-yaşayış sahələrinin tikintisi ilə məşğul olan məhdud məsul iyyətli cəmiyyətlə ayrı-ayrı şəxslər arasında yaranan münasibətlər podrat münasibətləri hesab edilməklə, onların arasında öhdəlik hüquq münasibətləri podrat müqaviləsinə əsasən əmələ gəldiyindən, belə münasibətlərə podrata aid normalar tətbiq edilməlidir.

22. Apellyasiya instansiyası məhkəməsi Mülki Məcəllənin 752.1 və 752.2-ci maddələrinə istinad edərək göstərib ki, həmin normalar hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verməsini məhz podratçının vəzifəsi kimi müəyyən etmişdir.

23. Apellyasiya instansiyası məhkəməsi qeyd edib ki, 14 noyabr 2005-ci il tarixli müqaviləyə əsasən cavabdeh "xxxx" MMC-nin (hazırda Cavabdeh2) X10 qarşısında öhdəliyi yaranmışdır və o, bu öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

24. Apellyasiya instansiyası məhkəməsinin mövqeyinə görə X3 rayonu, Xırdalan şəhəri, M.Hüseynzadə ev 1 ünvanda inşa edilən yaşayış binasında ümumi sahəsi 100 kv.metr olan qeyri-yaşayış sahəsinin haqqını tam ödədiyinə görə, İddiaçı1 həmin qeyriyaşayış sahəsinin ona təhvil verilməsini tələb etməkdə haqlıdır. Buna görə də iddia tələbi təmin edilməlidir.

25. Apellyasiya instansiyası gəldiyi nəticəni Mülki Məcəllənin 385.1, 442, 752.1 və 752.2-ci maddələri ilə əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri

26. Cavabdeh2 MMC (Vəkil1) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd barədə yeni qərar çıxarılmadını xahiş etmişdir.

27. Kassasiya şikayətinin dəlilləri: - 14 noyabr 2005-ci il tarixdə müqavilə bağlanan v axt Cavabdeh1 MMC-nin ünvan 1 ünvanında inşa edəcəyi yaşayış binaları üzrə heç bir icazə və layihələndirmə olmayıb. Apellyasiya məhkəməsi cavabdehin məhkəmədə iştirakını təmin etməməklə göstərilən xüsusatı nəzərə almayıb; - 14 noyabr 2005-ci il tarixli müqavilə uydurma əqddir; - X10 Cavabdeh2 MMC-nin payçısı və üzvü olmayıb, bu barədə ümumi yığıncağın qərarı və üzvlük kitabçası yoxdur. - pay haqqının ödənilməsi barədə mədaxil qəbzi olsa da, MMC-nin hesabına pul ödənilməyib; - apellyasiya məhkəməsi nəzərə almayıb ki, məhz Cavabdeh1 MMC-nin keçmiş rəhbərliyi Qasım Məmmədov tərəfindən X4 və başqa şəxslərin adına tərtib etdiyi saxta müqavilələr və maliyyə arayışları ilə bağlı Qasım Məmmədov barəsində CM-in 178.3.2, 213.2.2., 308.1 və 313-cü maddələri ilə cinayət işi başlanıb və direktor həbs o lunub, binanın tikintisi yarımçıq qalıb; -X4 ödədiyi və Qasım Məmmədov tərəfindən mənimsənilən pul vəsaiti qeyriyaşayış sahəsinin tikintisinə sərf edilməyib, bu fakt Bakı Ağır Cinayətlər Məhkəmsinin 08 sentyabr 2015-ci il tarixli hökmü ilə də sübut olunub; - sonradan, yəni 2013-cü ildən Cavabdeh1 MMC-nin yarımçıq qoyduğu tikilini Cavabdeh2 MMC payçıların vəsaiti hesabına davam etdirib. b) Kassasiya şikayətinə qarşı yazılı etirazın dəlilləri

28. Kassasiya şikayətinə qarşı yazılı etiraz daxil olmuşdur. Etirazın dəlilləri ondan ibarətdir mübahisəli qeyri-yaşayış sahəsi tamamilə inşa edilsə də, cavabdeh müqavilə öhədliyini pozur. c) Məhkəmə icraatı iştirakçılarının izahatları

29. Məhkəmə kollegiyasının iclasında Cavabdeh2 MMC-nin vəkili X12 şikayəti müdafiə edərək onun təmin edilməsini məhkə mə kollegiyasından xahiş etdi.

30. Məhkəmə kollegiyasının iclasında İddiaçı1 vəkili Vəkil2 şikayətə etiraz edərək onun təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq Mülki Məcəllə Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə

442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Maddə 752.1. Podrat müqaviləsinə gör ə podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. Maddə 752.2. Əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Mülki Prosessual Məcəllə Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmədiyi üçün kassasiya instansiyası məhkəməsi şikayətin belə dəlilləri üzrə araşdırma aparmır və onlara qiymət vermir. Maddə

416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.1. Maddi və prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması, o cümlədən maddi və prosessual hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin vahidliyinin pozulması“apellyasiya instansiyası məhkəməsinin qətnamə və qərardadının ləğv edilməsi üçün əsasdır.“ Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilmə məsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri

31. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir

32. Hazırkı kassasiya şikayətində cavabdeh apellyasiya instansiyası məhkəməsinin aktının ləğvini xahiş etdiyindən, məhkəmə kollegiyası həmin məhkəmə aktını tam yoxlayır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsi qanuni nəticəyə gəlmişdir.

35. İddia tələbi podrat müqaviləsi əsasında inşa edilmiş qeyri-yaşayış sahəsinin iddiaçıya təhvil verilməsi barədədir, iddiaçı tələbinin faktiki əsası kimi onun atası ilə cavabdeh MMC arasında bağlanmış müqaviləyə istinad edir. Başqa sözlə, iddia tələbi müqavilə öhdəliklə rinə əsaslanır. İşin məhkəmələr tərəfindən müəyyən edilən mübahisəsiz halına görə iddiaçının mərhum atası ilə cavabdeh MMC arasında 14 noyabr 2005-ci il tarixli podrat müqaviləsi mövcuddur və müqavilənin dəyəri sifarişçi tərəfindən tam ödənilib.

36. Məhkəmə kollegiyası iddia tələbi ilə bağlı apellyasiya instansiyası məhkəməsinin hazırki qərarın 21-25-ci bəndlərində əks edilən dəyərləndirməsi və tətbiq etdiyi maddi hüquq normaları ilə razılaşır. Həmin bəndlərdə qeyd edilənlərdən görünür ki, apellyasiya instansiyası məhkəməsi işin hallarını mübahisənin qanuni və əsaslı həlli baxımından tam araşdırmış, tərəflərin hansı hüquq münasibətlərində olmasını müəyyən etmiş və tətbiq edilməli olan maddi hüquq normaları əsasında mübahisəni düzgün həll etmişdir.

37. Kassasiya şikayətinin dəlillərinə gəld ikdə, məhkəmə kollegiyası qeyd edir ki, iddia tələbi müqaviləyə əsaslanır, həmin müqavilənin uydurma və ya yalan əqd olması barədə dəlillər işə mahiyyəti üzrə baxan məhkəmələrdə müəyyən edilməyib. Belə olan halda, kassasiya şikayətini digər dəlillərinə qiymət verilməsi zərurəti də aradan qalxır.

38. Məhkəmə kollegiyası qeyd olunanlara əsasən belə qənaətə gəlir ki, kassasiya şikayəti təmin olunmamalı apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənləri və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdeh2 MMC-nin kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(105)-1324/2021 nömrəli, 03 iyun 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar