Məhkəmə qərarları › İş №2(102)-6406/2022

Ali Məhkəmə Qərar — İş №2(102)-6406/2022

21.12.2022 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6406/2022 21.12.2022 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: payın ayrılması, paylı mülkiyyətdə olan əşyanın bölünməsi, iş üzrə icraata xitam verilməsi, işə mülki mühakimə qaydasında baxılmasının yolverilməzliyi) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Şəfiyev İspəndiyar Əsəd oğlu (məruzəçi), Həsənov Vüqar Təvəkgül oğlu və Əhmədov Əhməd Abbas oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2, Azərbaycan Respubli kası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “paylı mülkiyyətdə olan evin paylara uyğun naturada bölünməsi” tələbinə dair mülki iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2273/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadından İddiaçı (vəkili Vəkil2) tərəfindən verilmiş kassasiya şikayətinə 21 dekabr 2022-ci il tarixdə Ali Məhkəmənin binasında yazılı icraat qaydasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışa əsasən Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39 b nömrəli xüsus i mülkiyyətdə olan fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə Cavabdeh1 1 otaq - 14.7 kv.m (********** qeydiyyat nömrəsi, xx.xx.2013), İddiaçı 2 otaq - 54.2 kv.m (********** qeydiyyat nömrəsi, xx.xx.2019), Cavabdeh3 2 otaq - 46.7 kv.m (110668660 qeydiyyat nömrəsi, xx.xx.2007), Cavabdeh2 1 otaq - 17.6 kv.m (********** qeydiyyat nömrəsi, xx.xx.2008) adına qeydiyyata alınmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3, Cavabdeh2 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində ye rləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin naturada, ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə cavabdehlərin, yəni Cavabdeh2 1 otaq - 17,6 kv.m, Cavabdeh3 2 otaq - 46.7 kv.m, Cavabdeh1 1 otaq14,7 kv.m, eyni zamanda onun 2 otaq - 54,2 kv.m daşınmaz əmlakın dövlət reyestr kitabında çıxarışa əsasən, mülkiyyət hüququ üzrə hər birinin adına daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınmışdır.

4. Cavabdehlər birinci instansiya məhkəməsinin icraatı zamanı iddia ərizəsinə qarşı etiraz təqdim etməmişlər.

5. Birinci instansiya məhkəməsinin qərardadı əsasında verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2020- ci il tarixli, 10/1592 saylı rəyinin nəticə hissəsində göstərilir ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39 b nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Bunun üçün tərəflərin hər birinin faktiki təcrid mənzillər kimi istifadə etdikləri tikililər (faktiki bölünmüş sahələr) onların istifadəsində saxlanıla bilər.

6. Bakı şəhəri Səbai l Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 nömrəli qətnaməsi ilə (hakim Şəhla Süleymanova) iddia təmin edilərək, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsində istifadədə olan 0,01975 ha torpaq sahəsində yerləşən 1 və 2 mərtəbəli, 6 otaqlı, 133,1 kv.m yaşayış, 97,5 kv.m köməkçi sahədən ibarət 39 b nömrəli fərdi yaşayış evinin ümumi mülkiyyət hüququndakı paylara uyğun olaraq naturada bölünməsi, iş üzrə ödənilmiş 20 manat dövlət rüsumunun 5 manatının Cavabdeh1, 5 manatının Cavabdeh2, 5 manatının Cavabdeh3 tutularaq iddiaçıya ödənilməsi, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri - 100 manatın 25 manatının İddiaçı, 25 manatının Cavabdeh1, 25 manatının Cavabdeh3, 25 manatının isə Cavabdeh2 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mə rkəzinin hesabına ödənilməsi qət edilmişdir.

7. Məhkəmə Mülki Məcəllənin 152 və 220-ci maddələrinə istinad edərək mövqeyini belə əsaslandırmışdır ki, Məhkəmə Ekspertiza Mərkəzinin 12 noyabr 2020-ci il tarixli, 10/1592 saylı rəyinin nəticə hissəsindən görünür ki, Bakı şəhəri, Səbail rayonu, 7-ci Bayıl küçəsi, 39 b nömrəli fərdi yaşayış evinin tərəflər arasında paylarına uyğun şəkildə bölünməsi “İnşaat Norma və Qaydaları” 2.08.01.89-un 1.1, 2.2, 2.4 və 2.9 bəndlərinin tələblərinə uyğun olaraq bölünməsinin texniki cəhətdən mümkün olduğu müəyyən edilmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki birinci icraat

8. Qətnamədən Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 və cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi ayrı-ayrıl ıqda apellyasiya şikayəti verərək, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişlər.

9. Cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı müvafiq fərdi yaşayış evinə dair bölgü-sxeminin verilməsi ilə bağlı xx.xx.2019-cu il tarixdə İdarəyə müraciət etmişdir. Aparılmış araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən və ümumi sahəsi 230,6 kv.m (yerləşdiyi 0,01898 ha torpaq sahəsi üzərində mülkiyyət növü - dövlət, hüququn növü - istifadə) olan fərdi yaşayış evi paylı mülkiyyətdə olmaqla, 2 otaq - 46,7 kv.m hissəsi Cavabdeh3, 1 otağı - 17,6 kv.m hissəsi Cavabdeh2, 2 otaq - 54,2 kv.m hissəsi İddiaçı və 1 otaq - 14,7 kv.m hissəsi isə Cavabdeh1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçmişdir və hal-hazırda onların paylı mülkiyyətindədir. Bundan əlavə müvafiq ünvanda xx.xx.2021-ci il tarixdə İdarənin mütəxəssisləri tərəfindən aparılmış yoxlama-ölçü işləri zamanı məlum olmuşdur ki, iddiaçıya məxsus hissə "A” tikilisində, 2-ci mərtəbədə (2-ci mərtəbənin hamısı) yerləşir. "A” tikilisi 2 mərtəbəlidir və 1-ci mərtəbədə digər payçılara məxsus hissələr yerləşir. Bundan başqa, müvafiq fərdi yaşayış evi vahid konstruktiv yükgötürən divarlara malik olmaqla bir dam altında yerləşir. Konstruktiv cəhətdən vahid olan tikilinin naturada bölünməsi mümkün olmadığından evə və torpaq sahəsinə dair bölgü-sxeminin tərtib edilm əsi mümkün olmamışdır. Ancaq birinci instansiya məhkəməsinin müvafiq qətnaməsində xx.xx.2020-ci il tarixli, 10/1592 saylı ekspert rəyinə istinad edilməklə müvafiq fərdi yaşayış evinin naturada bölünməsinin mümkünlüyü qeyd olunmuşdur. Lakin müvafiq fərdi yaşayış evi bir dam altında yerləşdiyindən və evin otaqları bir-birindən ortaq divarla ayrıldığından müvafiq ünvanda əlavə tikinti və yenidənqurma işləri aparılmadan evin naturada ayrılması mümkün deyil. Belə ki, müvafiq ekspert rəyində müvafiq ünvanda yenidənqurma işlərinin aparıldığı da qeyd edilmişdir. Bu səbəbdən də, mövcud qanunvericiliyin tələblərinə əsasən yaşayış evlərində əlavə tikinti inşa edilməsi və yenidənqurma işlərinin aparılması üçün müvafiq icra hakimiyyəti orqanının razılığı tələb olunur. Lakin müvafiq fərdi yaşayış evinin naturada ayrılmasına razılıq verilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanının sərəncamı təqdim edilməmişdir. Həmçinin, müvafiq fərdi yaşayış evinin naturada ayrılması ilə bağlı mülkiyyətçilər tərəfindən imzalanmış və notarial qaydada təsdiq edilmiş bölgü-sxemi təqdim edilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 135.6-cı maddəsinə əsasən əşyalar bölünən ve bölünməz ola bilər. Təyinatı dəyişdirilmədən bölünə bilməyən və ya qanunun göstərişinə görə bölünməli olmayan əşyalar bölünməz əşyalardır. Qeyd olunanlardan əlavə, birinci instansiya məhkəməsi idarəyə məhkəməyə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verildiyini, lakin İdarənin nümayəndəsinin məhkəmə iclasında iştirak etmədiyini qeyd etmişdir. Bununla əlaqədar olaraq bildirilmişdir ki, ida rənin nümayəndəsinin məlumatına əsasən idarənin səlahiyyətli nümayəndəsi qeyd olunan vaxtda məhkəmə zalında olsa da, lakin hakim məhkəmə iclasında iştirak etmemiş, lakin sonradan idarənin nümayəndəsinin iştirakı olmadan məhkəmə tərəfindən iş üzrə iddianın temin edilməsi ilə bağlı qətnamə qəbul edilmişdir. Qeyd olunan halların düzgün və qanunamüvafiq qaydada yenidən araşdırılması məqsədilə Bakı Şəhər İcra Hakimiyyəti, Bakı şəhəri Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Dövlət şəhərsalma və Arxitektura Komitəsi müvafiq mülki iş üzrə tərəf kimi cəlb edilməli və müvafiq ünvanda təkrar ekspertiza keçirilməlidir. Belə ki, ilkin ekspertiza əmlakın dövlət reyestrində qeydiyyatdan keçmiş tikililərə və texniki pasporta uyğun deyil, sonradan özbaşına inşa edilmiş əlavə sahələri də nəzərə almaqla keçirilmiş və ekspert rəyi də əlavə sahələri nəzərə almaqla verilmiş və ya köməkçi sahələrin ölçüləri ekspert rəyində düzgün qeyd olunmamışdır.

10. Məhkəmə kollegiyasının iclasında Cavabdeh3 nümayəndəsi və vəkili Vəkil1 ərizə təqdim edərək apelyasiya şikayətindən imtina etdiyini bildirmiş və apelyasiya şikayətinin geri qaytarılmasını xahiş etmişdir.

11. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qərardadı ilə (hakimlər Anar Tanrıverdiyev (sədrlik edən və məruzəçi), Tofiq Səmədov və İkram Şirinov) Cavabdeh3 Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-89/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsindən verdiyi apellyasiya şikayətindən imtinası qəbul edilərək, ona münasibətdə apellyasiya icraatına xitam verilmişdir.

12. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 iyun 2021-ci il tarixli, 2(103)-5962/21 nömrəli qətnaməsi ilə cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin apellyasiya şikayəti təmin edilməmiş, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)89/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.

13. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır. c) Kassasiya instansiyası məhkəməsindəki birinci icraat

14. Qətnamədən DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 2(102)-6354/2021 nömrəli, 29 dekabr 2022-ci il tarixli qərarı ilə (hakimlər Zaur Əliyev (sədrlik edən və məruzəçi), Abiddin Hüseynov və İlqar Xələfov) kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5962/2021 nömrəli, 25 iyun 2021-ci il tarixli qətnaməsi ləğv edilmiş və iş yeni apellyasiya baxışına göndərilmişdir.

16. Məhkəmə kollegiyası qeyd etmişdir ki, əvvəla, iddianın təmin olunması barədə qətnamədən yalnız cavabdeh payçı Cavabdeh3 apellyasiya şikayəti vermiş, o da sonradan həmin şikayətindən imtina etmişdir. Belə olan halda, məhkəmə paylı mülkiyyətçilər arasında payın ayrılması və ya əşyanın bölünməsi haqqında mübahisənin olub-olmamasını aydınlaşdırmalıdır. Mübahisə mövcud olmadıqda işə xitam verilməklə, payın ayrılması, yaxud bölgün ün aparılması və qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək hüquqları tərəflərə izah olunmalıdır.

17. Mübahisə olduqda isə işə yenidən baxan məhkəmə, iddiaçının evin bütün mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb etməsini, bütün paylı mülkiyyətçilərin evin paylarına uyğun bölünməsi barədə iddia qaldırmadıqlarını, payın naturada ayrılmasının texniki cəhətdən mümkün olmasını nəzərə almalıdır.

18. Kollegiya həmçinin qeyd etmişdir ki, işə mahiyyəti üzrə baxılacağı halda Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi İdarəsinin, zəruri olduqda digər aidiyyəti dövlət orqanlarının mütəxəssis rəyləri əsasında əlavə ekspertiza keçirilməli və nəticəsindən asılı olaraq iddia tələbi üzrə əsaslı qərar qəbul edilməlidir. d) Apellyasiya instansiy ası məhkəməsindəki ikinci icraat

19. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-2273/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadı ilə (hakimlər Qürbət Əsgərov (sədrlik edən və məruzəçi), Azad İmanov və Fuad Talışinski) cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti qismən təmin edilmiş, hazırki iş üzrə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 29 mart 2021-ci il tarixli, 2(009)-89/2021 saylı qətnaməsi ləğv edilərək, mübahisəyə mülki mühakimə icraatı qaydasında baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Eyni zamanda tərəflərə payın ayrılması, yaxud bölgüsünün aparılması və qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmə tinə müraciət etmək hüququ izah edilmişdir.

20. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, hazırkı işdə daşınmaz əşyanın bütün paylı mülkiyyətçiləri evin paylarına uyğun bölünməsi barədə iddia qaldırmamışlar. İddia tələbini irəli sürən payçılardan yalnız biri - İddiaçıdir. Buna baxmayaraq o, öz payının ayrılmasını (ümumi mülkiyyət rejimindən çıxmasını) deyil, bütövlükdə evin mülkiyyətçilərin paylarına uyğun bölünməsini tələb etmişdir. İşə baxan birinci instansiya məhkəməsi isə bu xüsusatı araşdırmamış, iddiaçının belə bir hüquqa malik olub-olmamasına qiymət verməmişdir.

21. İddianın təmin olunması barədə qətnamədən yalnız cavabdeh payçı Cavabdeh3 apelyasiya şikayəti vermiş, o da sonradan həmin şikayətindən imtina etmişdir. Hazırki apelyasiya icraatında mübahisəli yaşayış sahəs inin paylı mülkiyyətçilərinin mübahisələrinin olub-olmamasının aydınlaşdırılması üçün məhkəməyə dəvət edilsələr də, məhkəmə iclaslarına gəlməmiş, iddia tələbinə dair hər hansı münasibət bildirilməmişdir.

22. Belə olan halda kollegiya mübahisəli yaşayış sahəsinin mülkiyyətçiləri arasında mübahisənin olmaması qənaətinə gəlmişdir.

23. Məhkəmə kollegiyası gəldiyi nəticəni Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə istinadla əsaslandırmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri a) Kassasiya şikayətinin dəlilləri

24. İddiaçı (vəkili Vəkil2) kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 oktyabr 2022-ci il tarixli, 2 (103)-2273/2022 saylı qərardadının ləğv edilərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

25. Ka ssasiya şikayətinin dəlilləri onunla əsaslandırılmışdır ki, qərardad Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində öz əksini tapmış normaların kobud şəkildə pozulması ilə çıxarılmışdır. Məhkəmə icraatı zamanı vəsatət təqdim edilərək ona məxsus payın müəyyən edilərək çıxarışın verilməsi tələb edilmişdir. Mübahisəli mənzillə bağlı sənədləri vəsatətə əlavə etsələr də, məhkəmə tərkibi araşdırmadan mübahisə olmaması qənaətinə gəlmişdir. Lakin onların digər mülkiyyətçilərlə həm mülki mübahisələri, həm də şikayət qaydasında mübahisələri olmuşdur. Bununla bağlı qətnamələrin surətlərini, həm də cinayət işinin rədd edilməsi barədə qərarın surətini vəsatətə əlavə etmişdir. Lakin apellyasiya məhkəməsi qeyd edilən halları nəzərə almamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri

26. Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

27. Maddə 220.1. Paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər.

28. Maddə 220.2. Paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər.

29. Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfind ən ona ödənilməsi hüququna malikdir.

30. Maddə

221. Ümumi paylı mülkiyyət hüquqlarına fiziki bölgü, öz istəyi ilə satış və ya hərracdan satış və satış pulunun bölünməsi və ya bütün əşyanın bir və ya bir neçə iştirakçının adına qeydə alınması və qalan iştirakçılara əvəz verilməsi ilə xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünür, bu, əşyanın dəyəri əhəmiyyətli dərəcədə azalmadan mümkün olmadıqda isə açıq hərracdan və ya iştirakçılar üçün hərracdan satılır. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

31. Maddə 2.1. Mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatının vəzifələri hər bir fiziki və yaxu d hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır.

32. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

33. Maddə 5.1. Hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır.

34. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

35. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi h alları sübut etməlidir.

36. Maddə

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

37. Maddə 261.0.1. İş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir.

38. Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir.

39. Maddə 416.2. Apellyasiya instansiyası məhkəməsi tərəfindən bu Məcəllənin 418.4-cü maddəsində nəzərdə tutulmuş prose ssual hüquq pozuntusu hesab edilən hallara yol verilməsi şikayətin hədlərindən və dəlillərindən asılı olmayaraq yoxlanılmalıdır.

40. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin.

41. Maddə 417.1.1. Kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya baxışının hədləri

42. Qanunun tələbinə görə, kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını y oxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir.

43. Hazırkı kassasiya şikayətində qərardad kassator tərəfindən tam mübahisələndirildiyindən apellyasiya instansiyası məhkəməsinin aktı bütövlükdə yoxlanılır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qərardad qəbul və edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması hal ları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

45. Belə ki, iddia tələbinin maddi hüquqi əsasını Mülki Məcəllənin 220.3-cü maddəsi təşkil edir. Həmin normaya görə paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər.

46. Göründüyü kimi paylı mülkiyyətin məhkəmə qaydasında bölünməsinə, əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında mülkiyyətçilərin razılığa gələ bilmədiyi halda yol verilir.

47. Apellyasiya instansiyası məhkəməsi işin halı kimi müəyyən etmişdir ki, mübahisəli yaşayış sahəsinin bö lünməsi ilə bağlı mülkiyyətçilər arasında mübahisə yoxdur. Bu hal isə iş üzrə icraata xitam verilməsi üçün əsasdır.

48. Çünki mülki mühakimə icraatının vəzifəsi, hər bir fiziki və yaxud hüquqi şəxsin Azərbaycan Respublikasının Konstitusiyasından, qanunlarından və digər normativ hüquqi aktlarından irəli gələn hüquq və mənafelərinin məhkəmədə təsdiq olunmasıdır (MPM-nin 2.1-ci maddəsi).

49. Məhkəmə müdafiəsi və məhkəməyə müraciət etmə hüququ, fiziki və hüquqi şəxslərin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəməyə müraciət etməkdən ibarətdir. Başqa sözlə şəxsin hüququnu həyata keçirməsi ilə bağlı mübahisə və ya maneə yoxdursa, onun müraciəti üzrə məhkəmə icraatı mümkün deyil.

50. Apelyasiya instansiya sı məhkəməsi iş üzrə icraata xitam verilməsi haqqında düzgün nəticəyə gəlmişdir.

51. MPM-nin icraata xitam verilmə qaydası və nəticələrini tənzimləyən 262.3-cü maddəsində deyilir ki, bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir.

52. Apellyasiya instansiyası məhkəməsi həmin normanın tələbinə uyğun olaraq izah etmişdir ki, tərəflər payın ayrılması, yaxud bölgüsünün aparılması və qeydə alınması üçün daşınmaz əmlakın dövlət reyestri xidmətinə müraciət etmək hüququna malikdir.

53. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və MPM-nin 261.0.1, 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-2273/2022 nömrəli, 25 oktyabr 2022-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar