Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-641/2020 22.01.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu, Allahverdiyev Qəhrəman Əli oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli 2(103)-9181/2019 saylı qətnaməsindən iddiaçı “X3 Azərbaycan” QSC və Cavabdeh tərəfindən verilmiş kassasiya şikayətləri üzrə işə baxaraq Müəyyən etdi: Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim M.Q.Sadıqov, iş № 2(007)-45/2019) iddiaçı “X3 Azərbaycan” QSC-ni n Cavabdeh qarşı borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair iddiası qismən təmin edilərək xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsi üzrə yaranmış borclara görə Cavabdeh bankın xeyrinə cəmi 118.759,52 manat tutulması, tutmanın cavabdehə məxsus N kəndində yerləşən 0,0673 ha torpaq sahəsinə və 5 otaqlı fərdi yaşayış evinə yönəldilməsi, həmin əmlakların açıq hərracdan satılaraq əldə edilən pul vəsaiti hesabına borcun ödənilməsi, əmlakın hərracda ilkin satış qiymətinin 207.000 manat məbləğində müəyyən edilməsi, satışdan əldə edilmiş pul vəsaitinin artıq qalmış hissəsinin Cavabdeh verilməsi, ev satıldıqdan sonra 1 ay ərzində boşaldılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər: E.Q.Nəbiyev, R.Ə.Qurbanov və A.Ə.Hüseyn) Cavabdeh apellyasiya şikayəti təmin edilməmiş, iddiaçı “X3 Azərbaycan” QSC-nin apellyasiya şikayəti isə qismən təmin edilərək Bakı şəhəri Nizami rayon məhkəməsinin xx xxxx 2019cu il tarixli qətnaməsi cərimə borcunun məbləğinə aid hissədə ləğv edilərək Cavabdeh cəriməyə görə 8000 manat bankın xeyrinə tutulması, iddianın təmin olunmuş qalan hissəsində qətnamənin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İşin halları: xx xxxxxx 2013-cü il tarixli kredit müqaviləsinə əsasən bank tərəfindən Cavabdeh 72 ay müddətinə illik istifadə dərəcəsi 16 faiz olmaqla 123.000 manat məbləğində kredit verilmiş və həmin müqavilə üzrə borclunun öhdəliklərinin təminatı kimi xx xxxxxx 2013-cü il tarixdə ona məxsus olan fərdi yaşayış ev i və torpaq sahəsi ipoteka ilə yüklü edilmiş, evin satış qiyməti 200.000 manat məbləğində müəyyən edilmişdir. İpoteka müqaviləsi notariatda təsdiq edilmiş və bankın həmin əmlak üzərində ipoteka hüququ dövlət qeydiyyatına alınmışdır. 2017-ci ilin mart ayında bank iddia tələbi ilə məhkəməyə müraciət edərək cavabdehin kredit müqaviləsi üzrə öhdəliklərinin icrasını lazımınca icra etməməsi səbəbindən banka 88.319,42 manat məbləğində əsas kredit borcunun, 27.440,17 manat məbləğində faiz borcunun, 35.614,17 manat məbləğində cərimə borcunun yaranmasını əsas göstərməklə cavabdehdən cəmi borca görə 151.406,19 manat tutulması, tutmanın ipoteka predmetinə yönəldilməsi, əmlakın açıq hərracdan satılması və əldə edilmiş vəsaitin hesabına borcun ödənilməsi, bu kifayət etmədikdə qalan məbləğin borcludan tutulması, yaşayış sahəsindən istifadə hüququna xitam verilməklə 1 ay müddətində boşaldılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi üzrə yuxarıda göstərilən məhkəmə qətnamələri qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri: İş üzrə iddiaçı “X3 Azərbaycan” QSC kassasiya şikayəti verərək məhkəmə tərəfindən ipoteka predmetinin ilkin satış qiymətinin və cərimənin məbləğinin düzgün müəyyən olunmamasını əsas göstərməklə ipoteka predmetinin ilkin satış qiymətinin 175.000 manat müəyyən olunmasına, cəriməyə aid hissədə iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2019-cu il tarixli qətnaməsindən eyni zamanda Cavabdeh kassasiya şikayəti verərək qətnamənin sübutlara düzgün qiymət verilməd ən, maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmasını əsas göstərməklə ləğv edilməsini və işin yeni apellyasiya baxışına göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya kollegiyasının iclasında iddiaçının nümayəndəsi və vəkili verdikləri kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişlər. İşin baxılma vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumatlandırılmasına baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmiş, lakin kollegiya işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Hüquqi məsələlər: Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətlərinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayətləri təmin olunmamalı, qətnamə dəyişdiri lmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh bankla bağladığı kredit müqaviləsinə əsasən 123.000 manat məbləğində kredit götürmüş və həmin krediti ödəniş cədvəlində müəyyən olunmuş müddət və qaydada banka qaytarmaq barədə üzərinə öhdəlik götürmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icras ını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, cavabdeh bank qarşısında üzərinə götürdüyü öhdəliklərin icrasını lazımınca təmin etməmiş, banka ödənilməmiş əsas kredit borcu və faiz borcu yaranmış və bununla əlaqədar bank tərəfindən cərimə hesablanmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 442-ci mad dəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Öhdəliyin icra edilməməsi üçün borclunun məsuliyyətini müəyyən edən Mülki Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Öhdəliyin lazımınca icra edilməsi iş materialları ilə sübuta yetirilmədiyindən məhkəmə əsas kredit və faiz borclarına aid hissədə iddianı təmin etmiş, cəriməyə aid hissədə isə iddianı qismən təmin etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən cəriməy ə görə cavabdehdən 3000 manat tutulmuş, apellyasiya instansiyası məhkəməsi isə qətnaməni həmin hissədə ləğv edərək cəriməyə görə cavabdehdən 8000 manat tutmaqla iddianı həmin hissədə qismən təmin etmişdir. İşdən isə görünür ki, bank kreditin ödənilməsinin gecikdirilməsinə görə 35.614,17 manat məbləğində cərimə hesablamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən cərimənin məbləğinin 8000 manat məbləğində müəyyən edilməsi qanunun yuxarıda göstərilən normalarının tələblərinə uyğun olduğundan kollegiya qətnaməni həmin hissədə qanuni sayır və hesab edir ki, bankın kassasiya şikayətinin dəlilləri iddianın həmin hissədə tam təmin edilməsi üçün əsas ola bilməz. İş materiallarından görünür ki, mübahisəyə birinci instansiya məhkəməsində baxılarkən keçirilmiş qiymətləndirmə zamanı qiymətl əndirici tərəfindən əmlakın bazar dəyəri 207.000 manat məbləğində müəyyən edilmişdir. Təkrar qiymətləndirmə zamanı isə əmlakın bazar dəyəri 175.000 manat məbləğində müəyyən olunmuşdur. Təkrar qiymətləndirmə daxili baxış keçirilmədən aparıldığından məhkəmə kollegiyası əmlakın dəyərinin 207.000 manat olması barədə birinci dəfə verilmiş qiyməti əmlakın bazar dəyərinə daha uyğun hesab etmişdir. Göstərilənlərlə əlaqədar kollegiya hesab edir ki, ipoteka predmetinin dəyərinin 175.000 manat məbləğində müəyyən edilməsi üçün ciddi əsaslar yoxdur. Bununla əlaqədar kollegiya qətnaməni həmin hissədə də qanuni və əsaslı sayır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 295-ci maddəsinə görə girov saxlayanın (kreditorun) tələblərinin ödənilməsi üçün tutma girov qoyulmuş əşyaya borclu girovla təmin edilmi ş öhdəliyi onun cavabdeh olduğu səbəblərdən icra etmədikdə və ya lazımınca icra etmədikdə yönəldilə bilər. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Cavabdeh özünə məxsus əmlakı götürdüyü kreditin müqabilində ipoteka ilə yüklü etdiyindən tutmanın həmin əmlaka yönəldilməsi qanunun tələbinə uyğun olmuşdur. Göstərilənlərlə əlaqədar kollegiya qətnaməni qanuni və əsaslı sayır, hesab edir ki, kassasiya şikayətlərinin təmin edilməsi üçün əsaslar yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hazırkı iş üzrə olan xx xxxxxx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-641/2020
Ali Məhkəmə Qərar — İş №2(102)-641/2020
22.01.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver