Məhkəmə qərarları › İş №2(102)-6439/2021

Ali Məhkəmə Qərar — İş №2(102)-6439/2021

06.12.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6439/2021 06.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının iddiaçıXXXX3 cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 5 nömrəli Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və 44 nömrəli Notariat Ofisi) iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: bağışlama müqaviləsinin etibarsızlığı Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiya sı, hakimlər Hüseynov Abiddin Qabil oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Şahvələdov Ümüd Nadir oğlunun katibliyi, iddiaçıXXXX3, onun vəkili X1, Cavabdeh1, onun vəkili Vəkil2, Cavabdeh3 iştirakı ilə, iddiaçıXXXX3 cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi, 5 nömrəli Bakı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisi və 44 nömrəli Notariat Ofisi) qarşı bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın lə ğvi və pul tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6234/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsindən iddiaçıXXXX6 və Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayətlərinə dair işə 06 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları Bakı şəhəri, Nəsimi rayonu, 4-cu mikrorayon, Cəbiyev küçəsi, 11 nömrəli evin 47 nömrəli mənzili (bundan sonra – mübahisəli mənzil)XXXX3 (bundan sonra – iddiaçı) adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə iddiaçıya 12 iyul 1997ci il tarixli qeydiyyat vəsiqəsi verilmişdir. 1 nömrəli Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən tərtib və təsdiq edilmiş 13 dekabr 2016-cı il tarixli vəsiyyətnaməyə əsasən, iddiaçı ölən gününəd ək ona məxsus olan bütün daşınar və daşınmaz əmlaklarını ünvan 1 ünvanında qeydiyyatda olan Cavabdeh1 vəsiyyət etmişdir. İddiaçı ilə (hədiyyə verən) Cavabdeh3 (hədiyyə alan) arasında bağlanmış, 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən təsdiq edilmiş 30 noyabr 2020-ci il tarixli, 4Ə-1569 reyestr nömrəli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən, iddiaçı (əvəzinə Bakı şəhəri 44 nömrəli Notariat Ofisində 18 noyabr 2020-ci il tarixində verilmiş, 6817 reyestr nömrəli etibarnamə əsasında nümayəndəsi Cavabdeh2) mübahisəli mənzili Cavabdeh3 mülkiyyətinə vermişdir. Bakı Şəhəri 14 nömrəli Notariat Ofisində 17 noyabr 2020-ci il tarixdə 7E-9885 reyestr nömrəsilə qeydiyyatı aparılaraq təsdiq edilmiş Cavabdeh1 adına verilmiş etibarnamə iddiaçının 08 dekabr 2020-ci il tarix li ərizəsi əsasında ləğv edilmiş və “Elektron Notariat” informasiya sistemində müvafiq qeydiyyat aparılmışdır. Mübahisəli mənzil Cavabdeh3 adına xüsusi mülkiyyət kimi 22 dekabr 2020-ci il tarixdə hüquqi qeydiyyatdan keçirilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun adından Cavabdeh1 verilən etibarnaməyə əsasən Bakı Şəhəri 44 nömrəli Notariat Ofisində Cavabdeh1 arvadı Cavabdeh2 adına verdiyi 18 noyabr 2020-ci tarixli etibarnamənin ləğv edilməsi; mübahisəli mənzilə dair Cavabdeh2 ilə oğulluğu Cavabdeh3 arasında Bakı Şəhəri 5 saylı “ASAN Xidmət” Mərkəzində Notariat Ofisində bağlanmış 30 noyabr 2020-ci il tarixli bağışlama müq aviləsinin etibarsiz hesab edilməsi, həmin bağışlama müqaviləsi əsasında aparılmış bütün sənədləşmələrin əsassız hesab edilərək ləğv edilməsi; Cavabdeh1 onun mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı, ondan qalan və qaytarmadığı 1 cüt brilyant sırğa, 1.500 manat dəyərində və 1 qızıl üzük, 500 manat dəyərində - bütövlükdə ümumi dəyəri 2.000 manatlıq qızıllarının, onun icazəsi olmadan apardığı 11.500 manat məbləğində nağd pulun, 2020-ci il noyabr və dekabr aylarının təqaüd pulunu, ümumi dəyəri 1.000 manat olan evinin seyf açarlarının ona qaytarılmasına dair qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzildə tək qeydiyyatdadır və tənha yaşayır. Bu günə kimi həmişə ona qonşuları yaxından köməklik etmişlər. Cavabdehlərdən Cavabdeh1 bacısı oğludur. Bacısının oğlu onun pensiya kartında olan pullarını çıxararaq, gətirib ona verməmişdir. Bu barədə "xxxx" ASC-yə məlumat verərək kartını bağlatmışdır. Oradan ona bildirilmişdir ki, kartında cəmi 496 manat məbləğində pulu qalmışdır. Cavabdeh1 onun etibarından sui-istifadə edərək evindəki qızıllarını, 3.500 manat və 8.000 manat olmaqla, ümumilikdə 11.500 manat məbləğində pulunu onun icazəsi olmadan gizli aparmışdır. Cavabdeh onun bacısı oğlu olduğu üçün ona ölənə kimi baxacağı halda əmlakının sonuncuya qalması barədə vəsiyyətnamə vermişdir. Lakin XXXona bildirmişdir ki, vəsiyyətnamə öləndən sonra qüvvəyə mindiyi üçün mənzilin kommunal xərclərini və sair işlərini görə bilməsi üçün onun adına etibarnamə versin. Ona baxması və yeyib-içməyini alıb gətirməsi üçün məcbur olub onunla razılaşmışdır. Lakin sonuncu öz adına etibarnamə aldıqdan sonra onunla maraqlanmamışdır. Bunu qonşuları da görmüşlər və təsdiq edə bilərlər. Etibarnaməni 08 dekabr 2020-ci il tarixdə ləğv etdirmişdir. Cavabdeh evi mülki iş üzrə digər cavabdeh olan oğlu Cavabdeh3 bağışlamışdır. Cavabdehin belə qanunsuz əməllərə yol verməsindən xəbərsiz olmuşdur. Əmlakının XXXa bağışlanmasına dair razılıq verməmişdir. Bacısının oğlu onu aldadaraq yaşlı qadın olduğu üçün etibarından sui-istifadə etmiş, qeydiyyat vəsiqəsinin köhnə sənəd olmasını bəhanə gətirərək “Renta müqaviləsi” bağlaya bilmələri üçün həmin qeydiyyat vəsiqəsinin mütləq yeni çıxarış ilə əvəz edilməli olduğunu bildirərək ondan öz adına etibarnamə alaraq əmlakını oğlu XXXa onun razılığı olmadan bağışlamışdır. Məhkəmədə tədqiq olunm uş, Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubda qeyd olunmuşdur ki, ona məxsus qızıl-zinət əşyaları onun özünə qaytarılmışdır. Bakı Şəhəri Nərimanov Rayon Məhkəməsinin (bundan sonra – birinci instansiya məhkəməsi) 2(005)-1107/2021 nömrəli iş üzrə 29 aprel 2021-ci il tarixli qətnaməsi ilə (hakim G.Əsədova) iddia rədd edilmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə baxışında tədqiq olunmuş sübutlarla müəyyən edilmişdir ki, bağışlama müqaviləsi bağlanarkən iddiaçıya bağışlama müqaviləsinin məzmunu notarius tərəfindən izah edilmiş, həmçinin Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra – Mülki Məcəllə) 666-674-ci maddələrinin məzmunu, müqavilənin bütün şərtləri ilə əlaqədar hüquq və vəzifələri, həmçinin müqavilənin doğuracağı hüquqi nəticələr izah edilmişdir. İddiaçı Cavabdeh1 danışılmış şərtlər daxilində hərəkət etməməsini iddia etsə də, bu halı sübuta yetirə bilməmiş, o cümlədən bağışlama müqaviləsi bağlanarkən belə şərtlərin müvafiq müqavilədə öz əksini tapması məhkəmə araşdırması zamanı müəyyən edilməmişdir. Belə ki, iddiaçının qeyd etdiyi müvafiq şərtlər bağışlama müqaviləsində öz əksini tapmamışdır, deməli bağışlama öhdəliklə şərtləndirilməmişdir. Bundan başqa, mənzilin bağışlanması haqqında müqavilənin rəsmiləşdirilməsi zamanı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Məhk əmə iddia ərizəsinin Cavabdeh1 iddiaçının mənzilindən icazəsi olmadan oğurlayaraq apardığı, ondan qalan və qaytarmadığı ümumi dəyəri 2.000 manatlıq qızıllarının, onun icazəsi olmadan apardığı 11.500 manat məbləğində nağd pulun, 2020-ci il noyabr və dekabr aylarının təqaüd pulunun, ümumi dəyəri 1.000 manat olan evinin seyf açarlarının ona qaytarılmasına dair hissəsinə münasibətdə qeyd etmişdir ki, məhkəmə araşdırması zamanı işdə iştirak edən şəxslərin izahatları və Bakı Şəhəri Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Şöbəsinin İddiaçı ünvanladığı 11 yanvar 2021-ci il tarixli məktubu ilə müəyyən edilmişdir ki, ona məxsus qızıl-zinət əşyaları onun özünə qaytarılmış, həmçinin digər tələblər məhkəmə araşdırması zamanı öz təsdiqini tapmamışdır. Məhkəmə göstərilənlərə əsasən belə nəticəyə gəlmiş dir ki, iddia əsassızdır, iddiaçı müvafiq sübutları məhkəməyə təqdim edə bilməmiş, mövcud sübutlar məhkəmədə araşdırılmış və qarşılıqlı tədqiq edilmiş işin faktiki halları ilə öz təsdiqini tapmamışdır. Məhkəmə öz mövqeyini Mülki Məcəllənin 152.1, 152.4, 152.5, 337.1, 337.2, 666.1, 667.1, 668.1-ci, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) 14.2, 77.1, 77.3, 78.1, 78.2, 80, 88, 106.1, 217.3, 217.4-cü maddələrinə istinadla əsaslandırmışdır. Qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, qətnamənin ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. b) Apellyasiya instansiyası məhkəməsindəki icraat Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının (bundan sonra – apellyasiya instansiyası məhkəməsi) 2(103)-6234/2021 nömrəli iş üzrə 16 iyul 2021- ci il tarixli qətnaməsi ilə (hakimlər – N.Cəfərov (sədrlik edən və məruzəçi), E.Kazımov və İ.Kərimli) apellyasiya şikayəti qismən təmin olunmuş, birinci instansiya məhkəməsinin qətnaməsi “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi barədə” tələbin rədd edilməsi hissəsində ləğv olunmuş, həmin tələb təmin olunaraq, bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, həmin müqavilənin əsasında daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat və verilmiş reyestr çıxarışının ləğv edilməsi qət olunmuş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, bağışlama müqaviləsi Mülki Məcəllənin 666-cı maddəsinin göstərişinə uyğun deyil. Belə ki, Cavabdeh1 apellyasiya icraatı zamanı bildirmişdir ki, iddiaçı mə nzili onun adına sənədləşdirmək istəmiş, bu məqsədlə iddiaçı ona etibarnamə vermişdir. Mənzili öz adına keçirmək istədikdə notariusda ona bildirmişlər ki, etibarnamədə adı olduğuna görə bunu edə bilməz. Ona görə də arvadı Cavabdeh2 etibarnamə vermiş, sonuncu da Cavabdeh3la bağışlama müqaviləsi bağlamışdır. Göründüyü kimi, Cavabdeh1 izahatı təsdiq edir ki, iddiaçının öz mənzilini Cavabdeh3 hədiyyə etmək niyyəti olmamışdır. O cümlədən, Cavabdeh1 izahatı təsdiq edir ki, iddiaçı etibarnaməni ona bu məqsədlə, yəni mənzilə dair Cavabdeh3la bağışlama müqaviləsi bağlamaq məqsədilə verməmişdir. Məhkəmə, həmçinin qeyd etmişdir ki, bağışlama mənəvi dəyərlərə əsaslanan müqavilədir. Hədiyyə verən öz əmlakını başqa şəxsə verməklə onu zənginləşdirirsə, buna görə özü üçün heç bir əvəz almırsa, deməli, müq avilənin əsasında mənəvi dəyərlər dayanır. Odur ki, belə mübahisələrin düzgün həlli üçün ilk növbədə bağışlamanın əsasında mənəvi dəyərlərin olub-olmadığı aydınlaşdırılmalıdır. İddiaçı ilə Cavabdeh3 (hədiyyə alanın) arasındakı münasibətlərin xarakteri belə qənaətə gəlməyə əsas verir ki, bağışlamanın əsasında mənəvi dəyərlər dayanmır. İddiaçı 1936-cı il təvəllüdlüdür, hazırda 85 yaşı var, hədiyyə alan onun bacısının nəvəsidir, 1992-ci il təvəllüdlüdür, hazırda 29 yaşı var. Onlar ayrı-ayrı yaşamışlar, birinin digərinin qarşısında qohumluq münasibətlərinə əsaslanan xüsusi xidmətləri olmamışdır. Hədiyyə alan özü də apellyasiya icraatı zamanı etiraf etmişdir ki, şəxsən özü heç vaxt iddiaçıya qulluq göstərməmiş və ya iddiaçının hər hansı problemini həll etməmişdir. Cavabdeh tərəf iddiaçı ilə həd iyyə alanın arasında mənəvi dəyərlərə aid hər hansı nümunə göstərə bilməmişdir. İddia tələblərinin digər hissələrinə münasibətdə məhkəmə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq qeyd etmişdir ki, etibarnamə onu vermiş şəxs tərəfindən ləğv edilməlidir, etibarnamənin məhkəmə qaydasında ləğvi barədə tələb Mülki Məcəllənin 365.1.3-ci maddəsinin göstərişinə uyğun deyildir. İddiaçının tələb etdiyi əşyaların və pulun Cavabdeh1 tərəfindən götürülməsi və ya onun sahibliyində olması sübut olunmur. Ona görə də həmin əşyaların və pulun qaytarılması barədə tələb Mülki Məcəllənin 157.2 və 1091-ci maddələrinin göstərişlərinə uyğun deyildir. Qətnamədən iddiaçı və Cavabdeh1 kassasiya şikayətləri vermişlər. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçıların ın izahatları a) Cavabdehin kassasiya şikayətinin dəlilləri Cavabdeh (Vəkil2) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddianın təmin edilməməsi barədə yeni qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, işin həqiqi hallarına uyğun olmayan qanunsuz və əsassız nəticəyə gəlmişdir. Şikayətdə qeyd olunmuşdur ki, məhkəmə əqdlərin təsdiqi zamanı münasibətləri tənzimləyən hansı hüquq normalarının pozulduğunu (Mülki Məcəllənin 337.1, 337.2-ci, “Notariat haqqında” Azərbaycan Respublikası Qanununun 35-ci maddələri) öz qətnaməsində əsaslandırmamışdır. Məhkəmə əqdin uydurma olduğunu qeyd etsə də, gəldiyi nəticəni əsaslandırmamış, yalnız iddiaçı t ərəfindən cavabdehə verilmiş etibarnaməyə qiymət verməklə kifayətlənmişdir. b) İddiaçının kassasiya şikayətinin dəlilləri İddiaçı (vəkil X4) kassasiya şikayətində apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin iddianın təmin olunmayan hissədə ləğv olunmasını və işin həmin hissədə yeni apellyasiya baxışına göndərilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddianın pul və qızıl tələbi hissəsində heç bir araşdırma aparmamış, qanunsuz və əsassız nəticəyə gəlmişdir. Şikayətə görə, məhkəmə həmin hissədə iddianı rədd etməklə, MPM-in 9, 14, 77.1, 88, 189, 217-ci maddələrinin tələlərini pozmuşdur. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətlərinə qarşı etiraz verilməmişdir. d) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və vəkili ayrı-ayrılıqda iddiaçının kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını xahiş etdilər. Cavabdeh1 və vəkili ayrı-ayrılıqda cavabdehin kassasiya şikayətinin təmin edilməsini, apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etdilər. Cavabdeh3 məhkəmə iclasında vəkilsiz iştirak etdiyindən, MPM-in 67-ci maddəsinə əsasən onun izahatı dinlənilmədi. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, digər Cavabdeh2 və üçüncü şəxslərin nümayəndələri məhkəmə iclasına gəlməmişlər. Üçüncü şəxs ünvan 3 ünvanlayaq işə Notariat Ofisinin nümayədəsinin iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası M PM-in 415.3-cü maddəsini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Baxılan iş üzrə apellyasiya instansiyası məhkəməsinin aktı tərəflərin kassasiya şikayətləri əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Mülk i Məcəllə Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Maddə 359.1. Əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Səlahiyyət həmçinin təmsilçinin fəaliyyət göstərdiyi şəraitdən də (pərakəndə ticarətdə satıcı, kassir və i.a.) bəlli ola bilər. Maddə 666.1. Bağışlama müqaviləsi sağ ikən bağlanan elə müqavilədir ki, onun əsasında hədiyyə verən öz əmlakının bir hissəsini bağışlamaqla hədiyyə alanı zənginləşdirir, həm də bu cür bağışlama hədiyyə alan tərəfindən heç bir cavab xidməti ilə şərtləndirilmir. Bağışlama müqaviləsi hədiyyə alanın hədiyyəni qəbul etməsi ilə bağlanmış sayılır. Əgər bağışlama öhdəliklə şərtləndirilməyibsə, hədiyyənin qəbul edildiyi ehtimal olunur. Maddə 666.2. Bağışlama predmeti əşyalar, hədiyyə verənə və ya üçüncü şəxsə qarşı əmlak hüquqları (tələblər), habelə hədiyyə alanın hədiyyə verən və ya üçüncü şəxs qarşısında əmlak vəziyyətindən azad edilməsi ola bilər. MPM Hər bir tərəf öz tələblərinin əsası kimi istinad etdiyi halları sübut etməlidir (maddə 77.1). Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir (maddə 14.2). Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır (maddə 217.4). Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir (maddə 407.2). Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır (maddə 416). Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin, yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin (maddə 418.3). Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab ed ir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçının kassasiya şikayətinin dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Cavabdehin kassasiya şikayətinin dəlillərinə münasibətdə nəzərə alınmalıdır ki, apellyasiya instansiyası məhkəməsi tərəflərin izahatları əsasında i ddiaçının öz mənzilini Cavabdeh3 hədiyyə etmək niyyətinin olmadığını müəyyən etmişdir. Bu hal Mülki Məcəllənin 337.1 və 359.1-ci maddələrinə əsasən iddiaçının iradəsinə zidd olaraq onun adından təmsilçinin bağladığı əvəzsiz əqdin etibarsızlığı və təmsil edilən üçün mülki vəzifələr yaratmadığı barədə qənaətə gəlmək üçün birmənalı əsas olduğundan Məhkəmə kollegiyası kassasiya şikayətinin digər dəlilləri üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, kassasiya şikayətləri təmin olunmamalı, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçıXXXX6 və Cavabdeh1 tə rəfindən verilmiş kassasiya şikayətləri təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-6234/2021 nömrəli iş üzrə 16 iyul 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar