Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6459/2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı Cavabdeh ASC-yə qarşı iş üzrə QƏRARİ ( Açar sözlər: borcun silinməsi ) 10.11.2021 Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası, hakimlər Xələfov İlqar Rəhim oğlu (sədrlik edən və məruzəçi), Nurməmmədov Əhməd Güləhməd oğlu və Əliyev Zaur Əli oğlundan ibarət tərkibdə, Məhərrəmova Çinarə Ədalət qızının katibliyi ilə, Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-879/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətnaməsindən Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 10 noyabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qər arı qəbul etdi. İşin halları: Bakı şəhəri, Xətai rayonu, General Mehmandarov küçəsi, 26 “A” saylı binanın yaxınlığında yerləşən 86,4 kv.metr ölçüdə məntəqə İddiaçı adına rəsmiləşdirilmişdir. Cavabdeh ASC-nin Xətai rayon Sukanal İdarəsi əməkdaşları tərəfindən tərtib edilmiş 30 aprel 2019-cu il tarixli üzləşmə aktına əsasən avtoyuma məntəqəsinə 2200,30 manat məbləğində borc hesablanmış və bununla əlaqədar məntəqənin su təchizatı dayandırılmışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat 2020-ci ilin iyul ayında İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək avtoyuma məntəqəsinin onun adına rayon İcra Hakimiyyəti başçısının 23 iyul 2018-ci il tarixli sərəncamı ilə sənədləşdirilməsinə baxmayaraq 2016-cı ildə yaranmış borca görə məntəqənin su təchizatını n dayandırılması, bununla əlaqədar dəfələrlə Cavabdeh ASC-yə müraciət etsə də müraciətinin nəticəsiz qalmasını əsas göstərməklə həmin borcun silinməsinə və ona dəymiş mənəvi zərərə görə Cavabdeh ASC-dən onun xeyrinə 5000 manat tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, 01 sentyabr 2020ci il tarixli qətnaməsi ilə (hakim: G.T.Axundova) iddia qismən təmin edilərək əvvəlki istehlakçı Eminov Tomunun adına yazılmış 2200,30 manat məbləğində borcun X1 tutulmasının qanunsuz hesab edilməsi və Cavabdeh ASC-dən İddiaçı ilə yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılması cavabdehə qadağan edilmişdir. Apellyasiya instansiyası məhkəməsində icraat İş üzrə Cavabdeh ASC apellyasiya şikayəti verərək avtoyuma məntəqəsin in addan ada keçirilərkən istifadəçilər arasında qohumluq əlaqəsinin olub-olmamasının araşdırılmamasını, məntəqənin iddiaçının adına sənədləşdirilərkən onun tərəfindən borcunun olub-olmaması barədə arayış alınmamasını və s. əsas göstərməklə qətnamənin ləğv edilməsi və iddianın rədd olunmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-879/2021 saylı, 08 fevral 2021-ci il tarixli qətnaməsi ilə (hakimlər – Ş.Ə.Məhərrəmova (sədrlik edən və məruzəçi), M.A.Məmmədov və R.M.Həsənov) apellyasiya şikayəti qismən təmin edilərək, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-3814/2020 saylı, 01 sentyabr 2020-ci il tarixli qətnaməsi “Cavabdeh ASC ilə İddiaçı arasında yeni müqavilə bağlananadək suyun verilməsinin dayandırılmasının cavabdehə qada ğan edilməsi” hissəsində ləğv edilmiş, həmin hissədə iddia tələbi təmin edilməmiş, qalan hissədə qətnamə dəyişdirilmədən saxlanılmışdır. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İş üzrə Cavabdeh ASC kassasiya şikayəti verərək qətnamənin ləğv edilməsini və iddianın rədd olunmasına dair qərar qəbul edilməsini xahiş etmiş və şikayətini apellyasiya şikayətinin dəlillərinə uyğun əsaslandırmışdır. Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz verilməmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya kollegiyasının iclasında cavabdehin vəkili kassasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. İddiaçı Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi nin 67.1-ci maddəsinin tələblərinə zidd olaraq məhkəmə iclasına vəkilsiz gəldiyindən məhkəmə tərəfindən onun izahatı dinlənilməmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 14.1 Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Maddə198.1 Borclu yeni kreditora öhdəliyi tələbin həmin şəxsə keçdiyinə dair sübutlar ona təqdim edilənədək icra etməyə bilər. Maddə 389.1 Mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Maddə 390.1 Fiziki və hüquqi şəxslər azad surətdə mü qavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.2 Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88 Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilməd ən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3 Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya baxışının hədləri Azərbaycan Respublikası MPM-nin 407.2-ci maddəsinə görə kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Həmin Məcəllənin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları nın düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya şikayətində mübahisənin qanunun tələbinə uyğun həll edilməsi əsas göstərilməklə qətnamənin ləğv edilməsi tələb olunduğundan, kollegiya hesab edir ki, qətnamənin qanuniliyi tam yoxlanılmalıdır. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Kollegiya sədrlik edənin məruzəsini dinləyib, kassasiya şikayətinin dəlillərini müzakirə edib, iş materiallarını araşdırdıqdan sonra hesab edir ki, kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydaları”nın 7.4 və 7.5-ci bəndlərinə görə əhali qrupuna aid olan istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının və buna görə ödənilməli olan vəsaitin həcmi istehlakçıya məxsus mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayına uyğun olaraq müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim olunmalıdır. Belə mənzildə (fərdi yaşayış evində) qeydiyyatda olan şəxslərin sayında dəyişikliklər olduqda, istehlakçı bu faktı təsdiq edən sənədi ən geci 7 (yeddi) iş günü müddətində STKM-ə təqdim etməlidir. STKM hesablamanı sənəd təqdim edildiyi gündən sənəddə göstərilən məlumata uyğun aparmalıdır. Qeydiyyatda olan şəxslərin sayı barədə sənəd istehlakçı tərəfindən təqdim etmədikdə su təchizatı və tullantı suları barədə hesabat ölkə üzrə ailə tərkibinin müəyyənləşdirilmiş orta statistik say tərkibinə uyğun olaraq aparılır. Suölçən cihazlar olmadıqda, fərdi yaşayış və bağ evlərinin həyətyanı torpaq sahələrində təsərrüfat məqsədləri üçün istifadə edilən suyun həcmi mövcud texniki qaydalara uyğun olaraq hesablanır. Digər istehlakçılara suölçən cihaz quraşdırılmadıqda, verilmiş suyun və axıdılmış tullantı sularının həcmi və buna görə ödənilməli vəsaitin həcmi Azərbaycan Respublikasının Tarif (qiymət) Şurasının qərarında nəzərdə tutulmuş qaydada müvafiq dövr üzrə aparılan hesablama yolu ilə müəyyənləşdirilir. İşin apellyasiya instansiyası məhkəməsi tərəfindən müəyyən olunmuş hallarından görünür ki, avtoyuma məntəqəsi iddiaçının adına sənədləşdirildikdən sonra onunla sudan istifadəyə görə müqavilə bağlanmış və iddiaçının silinməsini tələb etdiyi 2200,30 manat məbləğində borc məntəqədən əvvəl istifadə etmiş abonent X2 hesablanmışdır. İddiaçının sudan istifadəyə görə 2200,30 manat məbləğində borcunun olması barədə işdə heç bir təsdiqedici sübut yoxdur. Beləliklə, müəyyən olunmuşdur ki, məntəqənin əvvəlki istifadəçisi Tomu Eminovun ödəmədiyi borca görə iddiaçının istifadəsində olan məntəqəyə su təchizatı dayandırılmış və həmin borc ondan tələb edilir. Kassasiya şikayətinə görə “Sudan istifadə qaydaları”nın 8.4-cü bəndinə uyğun olaraq, su ilə təchiz olunmuş obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişdirildiyi günədək sudan istifadəyə görə olan borcunu ödəməli, STKM-dən borcunun olmaması barədə arayış almalı və həmin arayış yeni istehlakçıya təqdim edilməlidir”. Cavabdeh hesab edir ki, məntəqənin əvvəlki istehlakçısı tərəfindən be lə bir arayış təqdim olunmadığından hesablanmış borc iddiaçıdan tutulmalıdır. İddiaçının sudan istifadəyə görə cavabdehə borcunun olması barədə işdə sübutlar olmadığından, kollegiya kassasiya şikayətinin həmin dəlilini əsassız sayır və hesab edir ki, iddianın təmin edilməsi işdə olan sübutlara uyğun olduğundan qətnamənin ləğv edilməsi üçün əsaslar yoxdur. Kollegiya hesab edir ki, qətnamə qanuni və əsaslı olduğundan kassasiya şikayəti təmin olunmamalı, qətnamə dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq kollegiya QƏRARA ALDİ: Cavabdeh ASC tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-879/2021 nömrəli iş üzrə 08 fevral 2021-ci il tarixli qətn aməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6459/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-6459/2021
10.11.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Mənəvi zərərin ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver