Məhkəmə qərarları › İş №2(102)-6468/2020

Ali Məhkəmə Qərardad — İş №2(102)-6468/2020

19.11.2020 · Aidiyyəti üzrə daxil olan sənədlər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6468/2020 19.11.2020 ALİ MƏHKƏMƏ QƏRARDAD Kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina haqqında Mən, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Xəlilov İsmayıl Kamil oğlu, Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək MÜƏYYƏN E T D İ M: Astara Rayon Məhkəməsinin 18 fevral 2020-ci il tarixli qərardadı ilə (hakim Z.İbrahimov) iddiaçı “xxxx” QSC-nin cavabdehlər «xxxx» MMC-yə, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 qarşı «kredit müqaviləsi üzrə borcun ödənilməsi və borc tələbinin ipoteka predmetinə yönəldilməsi» tələbinə dair iddiası üzrə 2(018)-229/2020 saylı mülki iş üzrə Cavabdeh8 tərəfindən mülki işin aidiyyəti üzrə Şirvan İnzibati-İqtisadi Məhkəməsinə (hazırda Şirvan Kommersiya Məhkəməsi) göndərilməsi barədə verdiyi ərizə təmin olunmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 13 avqust 2020-ci il tarixli qərarı ilə (hakimlər Ə.Əliyev- sədrlik edən və məruzəçi, B.Qəribov, İ.Hüseynov, iş № 2(102)-3980/20) Cavabdeh8 tərəfindən verilmiş kassasiya şikayəti təmin olunmayaraq, Astara Rayon Məhkəməsinin 18 fevral 2020-citarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardad onunla əsaslandırılmışdır ki, iddiaçı tərəfindən cavabdeh kimi məhkəmə prosesinə cəlb olunan şəxslərdən - Cavabdeh2, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 və Cavabdeh9 fiziki şəxslərdir və mübahisə onların sahibkarlıq fəaliyətləri ilə bağlı yaranmamışdır. İş mahiyyəti üzrə baxılması üçün r ayon məhkəməsinə qaytarıldıqdan sonra digər Cavabdeh4 ərizə ilə müraciət edərək həmin işin baxılması üçün Şirvan Kommersiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Astara Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadı ilə (hakim Z.İbrahimov) ərizə təmin olunmamışdır. Cavabdeh4 Astara Rayon Məhkəməsinin 30 sentyabr 2020-ci il tarixli qərardadından kassasiya şikayəti vermişdir. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh4 kassasiya şikayətinin icraata qəbulundan imtina edilməlidir. AR Ali Məhkəməsinin Mülki və Kommersiya Kollegiyaların “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı MPM-nin tətbiqi məsələlərinə dair” 04/2020 saylı 14 oktyabr 2020-ci il qərardadına əsasən məhkəmə kassasiya şikayətinin mümkünlük məsələsini yoxlay arkən, onun MPM-in 407-ci maddəsində əks olunmuş formal tələblərə cavab verməsini qiymətləndirməklə yanaşı, verilmiş şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların olubolmamasını da yoxlamalıdır. Apelyasiya instansiyası məhkəməsinin qətnaməsi hissəvi və yaxud tam şəkildə kassasiya qaydasında yoxlanıldığı və verilmiş yeni kassasiya şikayəti artıq baxılmış həmin hissə ilə bağlı olduğu halda, həmin şikayətə kassasiya qaydasında baxılması üçün prosessual əsasların aradan qalxması əsası ilə şikayət kassasiya instansiyası məhkəməsi tərəfindən qeyri-mümkün hesab edilməlidir. Məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam şəkildə və yaxud da müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarını mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu hallarda mühüm prosessual təminatların tətbiqi şərti ilə tərəfin mütləq olmayan şikayət vermək huququ məhdudlaşdırılmalıdır. Beləliklə, birinci instansiya məhkəməsinin işin aidiyyəti üzrə göndərilməsi barədə qərardadı digər cavabdehin şikayəti əsasında yoxlandığı üçün, eyni əsaslarla başqa cavabdehin verdiyi ərizəyə yenidən baxması əsaslı deyil. Əslində, 1-ci instansiya məhkəməsi Cavabdeh4 işin Şirvan Kommersiya Məhkəməsinə göndərilməsi barədə ərizəsinə baxmaqda haqlı deyildi. Çünki həmin məsələ artıq cavabdehlərin birinin vəsatəti ilə baxılaraq ona hüquqi qiymət verilmişdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “Apelyasiya və kassasiya şikayətlərinin mümkünlüyü və şikayətlərə baxılmasının hədləri ilə bağlı Mülki Prosessual Məcəllənin tətbiqi məsələlərinə dair” 04/2020 №-li, 14 oktyabr 2020-ci il tarixli Qərardadının 41-ci bəndinə görə məhkəmələrin eyni iş üzrə bir tərəfin şikayəti əsasında tam, yaxud müəyyən hissədə yoxlanılaraq qanuni qüvvəsini almış məhkəmə qərarının mübahisənin digər tərəfinin şikayəti əsasında təkrarən yoxlanılması hüquqi müəyyənlik prinsipinə zidd olduğundan, bu şikayətlərə baxılması yolverilməz hesab edilməklə geri qaytarılmalıdır. Bundan başqa, işdən görünür ki, bundan əvvəl kassasiya şikayəti vermişCavabdeh8 kassasiya şikayətini Vəkil tərtib etmişdi, Cavabdeh4 hazırkı kassasiya şikayətini də o hazırlayıb. Bu hal onu təsdiq edir ki, hazırkı vəsatətin verilməsində məqsəd işə mahiyyəti üzrə baxılmasını əngəlləməyə hesablanmışdır. Ona görə işə baxan mə hkəmə əslində MPM-nin 120-ci maddəsinin tətbiqi məsələsini müzakirə etməli idi. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 408.2, 408.3-cü maddələrini rəhbər tutaraq Q ə r a r a a l d ı m: Astara rayon Məhkəməsinin hazırki iş üzrə XXX 2020-ci il tarixli qərardadından Cavabdeh4 tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Mülki iş kassasiya şikayətinin qaytarılması üçün Astara rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar