Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-650/2021 01.04.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı İKB ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və qeyrilərinə iş üzrə QƏRARİ (Açar sözlər: borc tələbi və tutmanın ipoteka predmetinə yönəldilməsi ) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası hakim Həsənov Vüqar Təvəkgül oğlunun sədrliyi və məruzəsi, hakimlər Əhmədov Əhməd Abbas oğlu və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi ilə, Cavabdehin vəkili Vəkil iştirakı ilə Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-423/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsindən iddiaçı «xxxx» ASC və Cavabdeh1 tərəf indən ayrıayrılıqda verilmiş kassasiya şikayətləri üzrə işə xx xxxxx 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı İKB ASC ilə borcalan Cavabdeh1 arasında xx.xx.2014-cü il tarixdə bağlanmış müqavilə ilə Cavabdeh1 60 ay müddətinə illik 25% dərəcəsi ilə 20.000 manat məbləğində kredit verilmiş, borclu müqavilədə göstərilən müddətdə və qaydada krediti və faizləri borc verənə qaytarmağı öhdəsinə götürmüşdür. xx xxxx 2014-cü il tarixli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında yerləşən 2 otaqlı mənzil ipoteka ilə yüklü edilmişdir. Müqavilənin 3.3-cü maddəsinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 50.000 manat müəyyən edilmişdir. İpoteka müəyyən olunmuş qaydada dövlət qeydi yyatına alınmışdır. İddiaçı İKB ASC, borcalan Cavabdeh1 və zamin Cavabdeh2 arasında imzalanmış xx.xx.2014-cü il tarixli zaminlik müqaviləsi ilə zamin - Cavabdeh2 kreditor - İddiaçı İKB ASC qarşısında borclu - Cavabdeh1 tərəfindən xx.xx.2014-cü il tarixli 2-G-1-0-406-14 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyət daşımağı və həmin kredit öhdəliyini tamamilə icra etməyi öhdəsinə götürmüşdür. Maliyyə arayışı məlumatlarına əsasən borclu Cavabdeh1 xx.xx.2014-cü il tarixli kredit müqaviləsi üzrə xx.xx.2018-ci il tarixə 17.368,08 manat əsas borc, 12.685,33 manat faiz borcu, 425,08 manat cərimə borcu olmaqla, cəmi 30.478,49 manat borcu mövcuddur. «xxxx» MMC-nin xx.xx.2018-ci il tarixli, 01/560 nömrəli qiymətlənd irmə rəyi ilə Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 20 nömrəli evin 14 nömrəli mənzilinin xx.xx.2018-ci il tarixə olan bazar dəyəri 56.000 manat müəyyən edilmişdir. Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2019-cu il tarixli rəyi ilə müəyyən edilir ki, Cavabdeh1 iddiaçının məhkəməyə müraciət etdiyi müddətə, yəni xx.xx.2018-ci il tarixə banka 17 368.08 manat əsas, 11561.92 manat faiz borcu var. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı İKB ASC Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onlardan müştərək qaydada İddiaçı İKB ASC-nin xeyrinə xx xxxx 2014cü il tarixli kredit müqaviləsi üzrə banka 17.368,08 manat əsas, 12.685,33 manat faiz, 425,08 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 3 0.478,49 manat məbləğində borcun, 30 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 20 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı, şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzilinin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı İKB ASC-yə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh1 məxsus olan Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzilinə tutma yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabde h8, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və banka təhvil verilməsi, Cavabdeh1 ilə İddiaçı İKB ASC arasında bağlanmış xx xxxx 2014cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 İddiaçı İKB ASC-nin 2 saylı filialından illik 25%-lə 60 ay müddətinə 20.000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq, Cavabdeh1 mülkiyyətindəki Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsində yerləşən, 2 otaqlı, 47,17 kv.m ümumi, 30 kv.m yaşayış, 17,17 kv.m yardımçı sahədən ibarət 20 nömrəli evin 14 nömrəli mənzili xx xxxx 2014-cü il tarixli ipoteka müqav iləsilə yüklü edilmişdir və Cavabdeh2 ilə xx xxxx 2014-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. xx xxxx 2018-ci il tarixədək Cavabdeh1 xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə banka 17.368,08 manat əsas, 12.685,33 manat faiz, 425,08 manat cərimə borcu olmaqla ümumilikdə cəmi 30.478,49 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh1 borcu ödəməkdən boyun qaçırır. Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin xx xxxxxx 2019-cu il tarixli qətnaməsi ilə (hakim P.A.Hüseynov, iş № 2(006)-343/2019) İddiaçı İKB ASC-nin iddiası qismən təmin edilərək xx xxxx 2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsi üzrə 17.368,08 manat əsas borcun, 12.685,33 manat fa iz borcunun, 425,08 manat cərimənin, iddiaçı tərəfindən iddia ərizəsinin məhkəməyə verilməsi ilə əlaqədar dövlət rüsumu kimi ödənilmiş 30 manatın, iddiaçı tərəfindən ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması ilə əlaqədar dövlət rüsumu olaraq ödənilmiş 10 manatın və 20 manat xidmət haqqının, cəmi 30.538,49 manat məbləğində pulun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı İKB ASC-yə ödənilməsi, tələb ilkin satış qiyməti 56.000 manat müəyyən edilməklə Cavabdeh1 mülkiyyət hüququ üzrə məxsus ipoteka ilə yüklü edilmiş Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 20 saylı evin 14 saylı mənzilinə yönəlməklə həmin əmlakın açıq hərrac yolu ilə satılması, həmin əmlakın satışından əldə olunan vəsaitdən cəmi 30.5 38,49 manat məbləğində pulun İddiaçı İKB ASC-nin hesabına ödənilməsi, qalan məbləğin Cavabdeh1 verilməsi, ipoteka predmeti olan qeyd olunan mənzilə tutma yönəldikdən və mənzil satıldıqdan 1 ay sonra Cavabdeh1, Cavabdeh5, Cavabdeh3, Cavabdeh8, Cavabdeh4, Cavabdeh6 və Cavabdeh7 həmin mənzildən Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Akif Mustafayev küçəsi, 20 saylı evin 14 saylı mənzilindən çıxarılmaqla mənzilin boşaldılması qət olunmuşdur. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdehlər kredit müqaviləsi ilə götürdüyü öhdəliyi lazımınca icra etməmiş, iddiaçıya olan borclarını müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilələrin şərtlərini pozmuşdur. Ona görə də, cavabdehlər onların risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün ha llar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq borcu iddiaçıya ödəməlidirlər. Apelyasiya instansiyası məhkəməsində birinci icraat Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xxxxxx 2020-ci il tarixli qətnaməsi ilə (hakimlər İ.Xəlilov (sədrlik edən və məruzəçi), X.Cəmilova və İ.Kərimli, iş № 2(103)-423/2020) apelyasiya şikayəti qismən təmin edilmiş, Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi faiz borcu hissəsində dəyişdirilmiş, xx xxxx 2014-cü il tarixli kredit müqaviləsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Eldr oğlundan müştərək qaydada İddiaçı İKB ASC-in xeyrinə tutulan faiz borcunun məbləği 11561,92 manat müəyyən edilərək, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanması qət edilmişdir. Apelly asiya instansiya məhkəməsi hesab etmişdir ki, faiz borcunun məbləği qətnamə ilə müəyyən edilən məbləğdən azdır (12.685,33-11561,92=1 123,41). Ona görə faiz borcu hissəsində məbləğ ekspert rəyinə uyğun olaraq dəyişdirilməlidir. İpoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi ilə bağlı təkrar qiymətləndirmə təyin etmiş və yeni rəy alınmışdır. Ekspert rəyindən görünür ki, göstərilmiş qiymət məhkəmə tərəfindən müəyyən edilmiş qiymətdən aşağıdır (56000-55000=1000). Məhkəmə kollegiyası qətnamədən cavabdehin apellyasiya şikayəti verdiyini nəzərə alaraq hesab etmişdir ki, həmin hissədə qətnamənin dəyişdirilməsinə əsas yoxdur. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri İddiaçı «xxxx» ASC (vəkil X1) kassasi ya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)423/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin ləğv edərək, iddianın tam təmin olunmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, məhkəmənin ekspert rəyinə istinad etməklə borcun məbləğini azaltması düzgün olmamışdır. Ekspert rəyi qeyri-dəqiqdir və təkrar ekspertiza keçirilərək borcun məbləği müəyyən edilməli idi. Cavabdeh1 (vəkil X3) kassasiya şikayətini onunla əsaslandırmışdırlar ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Mə hkəməsi Mülki Kollegiyasının 2(103)423/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin «mənzilin 56000 manat qiymətləndirilməsi və orada yaşayan şəxslərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsini ləğv edərək, işin həmin hissədə yenidən baxılması üçün apellyasiya instasiya məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətində göstərilmişdir ki, ipoteka predmetinin dəyəri düzgün müəyyən edilməmiş, onların mənzildən çıxarılmasına dair qərar düzgün olmamışdır. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Cavabdehin vəkili Vəkil izahatında göstərmişdir ki, işə baxarkən apelyasiya instansiyası məhkəməsi maddi və prosess ual hüquq normalarını düzgün tətbiq etməmiş, prosessual qanun pozuntularına yol vermişdir. Ona görə də, Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-423/2020 nömrəli iş üzrə xx xxxxxx 2020-ci il tarixli qətnaməsinin «mənzilin 56000 manat qiymətləndirilməsi və orada yaşayan şəxslərin həmin mənzildən çıxarılmaqla mənzilin boşaldılması hissəsində» ləğv edilməsini, işin yenidən baxılması üçün apelyasiya instansiyası məhkəməsinə göndərilməsini xahiş etdi. Digər şəxslər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Kassasiya baxışının hədləri Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansi yası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Belə ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlara təsir göstərə bilər. Hazırda apellyasiya instansiya məhkəməsinin qətnaməsindən iddiaçı «xxxx» ASC və Cavabdeh1 kassasiya şikayəti vermişlər. İddiaçı borc məbləğinin az hesablanması, ca vabdeh isə mənzildən çıxarma və və ipoteka predmetinin ilkin satış qiymətinin bazar qiymətinə uyğun olmadığını göstərmişlər. Bu səbəbdən apellyasiya instansiyası məhkəməsinin qətnaməsi qismən mübahisələndirdiyindən, kassasiya baxışının hədlərini apellyasiya instansiya məhkəməsinin qətnaməsinin qanuniliyinin kasatorların mübahisələndirdikləri hissələrdə yoxlanması təşkil edir. Tətbiq edilən hüquq “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1-ci maddəsinə əsasən ipoteka - öhdəliyin icrasının təmin edilməsi üsulu olaraq daşınmaz əşyaların və rəsmi reyestrdə üzərində mülkiyyət hüquqları qeydə alınan daşınar əşyaların girovudur. 1.0.9-cu maddəsinə əsasən ilkin satış qiyməti – qanunun tələbinə uyğun olaraq ipoteka predmetinin bazar dəyərinin müəyyənləşdirilməsi üçün müvafiq marketin q keçirilməsi vaxtının məhdudluğu şəraitində ipoteka predmetinin satış (likvid) qiymətidir. 33-cü maddəsinə əsasən borclu əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə ipoteka saxlayanın tələbinin ödənilməsi üçün ipoteka predmetinə tutma yönəldilə bilər. 39.3.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda ipoteka predmetinin ilkin satış qiymətini göstərməlidir. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. 59.3.1-ci maddəsinə əsasən, yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olduqda ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönə ldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2-ci maddəsinə əsasən bu məlumatlar yazılı və maddi sübutlara, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin i fadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən isə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 101.3.-cü maddəsinə əsasən ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. 103.1-ci maddəsinə əsasən ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə icla sında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. 416-cı maddəsinə əsasən kasasiya instansiyası məhkəməsi apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiya məhkəməsinin qətnamə və ya qərardadının dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normal arının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissələrdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. İddiaçı kassasiya şikayətində borc məbləğinin az müəyyən olunması, cavabdeh isə ilkin satış qiymətinin düzgün müəyyən edilməməsinə, mənzildən çıxarma ilə bağlı məhkəmənin gəldiyi nəticəsinin düzgün olmamasına istinad edir. Qeyd edilməlidir ki, cavabdehin apellyasiya şikayətində də eyni dəlillər olmuş, apellyasiya instansiyası məhkəməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi üçün müvafiq qiymətləndirmə təyin etmiş və rəy almışdır. Rəylə ipoteka predmetinin dəyərinin birinci instansiya məhkəməsinin müəyyən etdiyi qiymətdən az olması müəyyən olunmuşdur. Haq lı olaraq məhkəmə digər sübutların olmamasına istinad edərək həmin hissədə birinci instansiya məhkəməsinin qətnaməsi qüvvədə saxlamışdır. Mənzildən çıxarılmanın düzgün olmasına dair dəlillə bağlı qeyd edilməlidir ki, tərəflər müqavilə bağlandığı zaman öhdəliyin pozulması halında tələbin əmlaka yönəldilməsi ilə bağlı prosedurun başlanacağını razılaşdırmışlar. Bu baxımdan məhkəmələrin cavabdehlərin mənzildən çıxarılması ilə bağlı gəldiyi nəticəsi müqavilənin şərtlərinə, eyni zamanda qanunvericiliyin tələbinə uyğundur. Borc məbləğinin düzgün olmamasına dair iddiaçının dəlillərinə münasibətdə isə qeyd edilməlidir ki, məhkəmə məhz iddiaçının təqdim etdiyi maliyyə sənədləri əsasında mühasibatlıq ekspertizası təyin etmiş, rəy verilmiş və haqlı olaraq borc məbləği həmin rəyə münasibətdə müəyyən ed ilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 97.1.-ci maddəsinə əsasən, işə baxarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. Maddənin məzmunundan göründüyü kimi, ekspertizanın təyin edilib-edilməməsi məhkəmənin mülahizəsinə buraxılıb və məhkəmə iş materiallarında olan sübutların kifayətedici hesab edib, təkrar ekspertiza təyin etməyə bilər. Qeyd olunan prosessual hərəkətin hakimin öhdəliyi kimi qəbul edilməsi qanuna müvafiq hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi hüquq normalarını düzgün tətbiq etmiş, prosessual qanun pozuntularına yol verməmişdir. Yuxarıda göstərilənlərə əsa sən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı «xxxx» ASC və Cavabdeh1 tərəfindən ayrı-ayrılıqda verilmiş kassasiya şikayəti təmin edilməsin. Bakı Apelyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(103)-423/2020 nömrəli iş üzrə 03 fevral 2020-ci il tarixli qətnaməsi mübahisələndirilən hissələrdə dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-650/2021
Ali Məhkəmə Qərar — İş №2(102)-650/2021
01.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver