Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6524/2021 21.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı iş üzrə QƏRARİ iş № 2(102)-6524/21 (Açar sözlər: əmlakın geri qaytarılması ) Bakı şəhəri, 21 dekabr 2021-ci il Hakimlər Xəlilov İsmayıl Kamil oğlu (sədrlik edən və məruzəçi), Əliyev Ələsgər Əliabbas oğlu və Abbasov Aqil Əzizağa oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi, İddiaçı və vəkili Məmmədov Tahir Əli oğlunun iştirakı ilə, İddiaçı cavabdehlər Bakı Şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı “əmlak” tələbinə dair Bakı Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 2(103)-3777/2021 nömrəli, 27.07.2021-ci il tarixli qətnam əsindən İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin ünvanda 27 il yaşamış, 2019-cu ilin noyabr ayında mənzilin mülkiyyətçisi Cavabdeh2 özü mənzilə daxil olmuşdur. Bundan sonra tərəflər arasında hazırkı mübahisə başlamışdır. İş üzrə qəbul edilmiş məhkəmə aktları a) Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı cavabdehlər Bakı şəhəri Cavabdeh1ə və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizəsindəki siyahıda göstərilən, ona məxsus olan əşyaların və 9500 manat məbləğində pulun cavabdehlərdən alınıb ona qaytarılması barədə qətnamə, yaşadığ ı mənzilin qapısını sındıraraq onu qanunsuz yolla zəbt etmiş şəxslərin və onlara bu işdə kömək etmiş Cavabdeh1 əməkdaşlarının barəsində xüsusi qərardad çıxarılaraq, aidiyyatı orqana göndərilməsini xahiş etmişdir.
3. İddia tələbi onunla əsaslandırılmışdır ki, 1992-ci ildə Şuşa şəhəri işğal olunduqdan sonra onlar məcburi köçkün kimi ünvan 1 ünvanında məskunlaşmışdır. Həmin ünvanda 27 il yaşamış, 2019-cu ilin noyabr ayında Cavabdeh2 Bakı şəhəri Cavabdeh1in əməkdaşlarının köməyi ilə mənzilin qapısını sındıraraq oraya daxil olmuş və ailə üzvləri ilə birlikdə mənzildə yerləşmişdir. Mənzildən çıxarılarkən ona məxsus olan 9500 manat məbləğində pul, 1 ədəd şifoner, 2 servant, stol, stul, çarpayı, üstünün örtüyü ilə birlikdə yataq dəsti, 4 dəst yorğan-döşək, yastıq, 3 ədəd “Saratov”, “Çinar” markalı zamoklu soyuducu, uşaq kolyaskası, televizor stenkası ilə birlikdə, videomaqnitofon, ev telefonu və mobil telefonu, kondisioner, qab-qaçaqlar (servant dolu), qazan, çaynik, çaydan, oğlunun kostyumları, ayaqqabılar, koftalar, gəlinin işlənməmiş parçaları (zərli, ağ çəhrayı güllü atrez), ütü, divan, divan üstü, yerüstü (örtük) 2 ədəd çilçıraq, paltaryuyan maşın, qarmon, divar saatı, ütü stolu (gözlü), güzgü-trümo, mətbəx əşyası, paltar asmaq üçün mebel həmin mənzildə qalmışdır.
4. Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 409/2021 saylı qətnaməsi ilə (hakim. A.Novruzova) iddia rədd edilmişdir.
5. Məhkəmə iddianı rədd edərkən Mülki Məcəllənin 5.3; Avropa İnsan Hüquqları Məhkəməsinin “Van Mexelen və başqalarının Niderlanda qarşı” işi üzrə qəbul edilmiş 23 a prel 1997-ci il tarixli qərarının 50-ci bəndi; “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarlarına, mülki prosessual qanunvericiliyin sübutetmə ilə bağlı normalarına istinad etmişdir.
6. Qətnamədən narazı qalan iddiaçı ondan apelyasiya şikayəti vermişdir. Apelyasiya instansiyası məhkəməsindəki icraat
7. Bakı Apellyasiya Məhkəməsinin (hakimlər- İ.Kərimli (sədrlik edən və məruzəçi), A.İsgəndərov və E.Kazımov) 27.07.2021-ci il tarixli, 2(103)-3777/2021 nömrəli qətnaməsi ilə iddiaçının apelyasiya şikayəti təmin edilməmiş; Bakı şəhəri Nərimanov Rayon Məhkəməsinin 28 yanvar 2021-ci il tarixli 2(005)- 409/2021 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.
8. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşmışdır.
9. İddiaçı kassasiya şikayəti vermişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Kassasiya şikayətinin dəlilləri
10. İddiaçı apelyasiya instansiyası məhkəməsinin qətnaməsindən kasasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
11. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə işin müəyyən edilən faktiki halarına düzgün hüquqi qiymət verməmiş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmişdir.
12. Həmçinin qeyd edilmişdir ki, məhkəmə iclası zamanı o ifadəsində sübtunun olmaması kimi fikir söyləməmişdir. Məhkəmələr heç bir halda cavabdehin iştirakını təmin etməmişlər. Belə ki, cavabdehin iddianın etiraf etmək ehtimalı nəzərə alınmamışdır. c) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kasasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçı və vəkili Məmmədov Tahir Əli oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər.
14. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq məhkəmə iclasına gəlməmiş, məhkəmə kollegiyası MPM-in 415.3-cü maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq. Azərbaycan Respublikasının Mülki l Məcəlləsi:
15. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;
16. Maddə. 1 57.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
17. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə
416. Kassasiya instansiyası məhkəməsi müstəsna olaraq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Kassasiya baxışının hədləri
20. Kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası qiymətləndirilməməlidir. məhkəməsinin faktiki halları araşdırması kimi Kassasiya instansiyası məhkəməsinin mövqeyi
21. İlk növbədə nəzərə almaq lazımdır ki, iddiaçının tələbinin qanuni əsasını Mülki Məcəllənin 157.2. maddəsi təşkil edir. Həmin normaa görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.
22. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinin dispozisiya şərtlərinə görə əmlakın tələb olunması üçün üç əsas şərtin mövcudluğu tələb olunur: 1) iddiaçı qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olmalıdır; 2) əşya faktiki olaraq özgəsinin sahibliyində olmalıdır; 3) özgəsinin əşyaya sahibliyinin hüquqi əsası olmamalıdır. Bu şərtlərdən hər hansı birinin sübuta yetirilməməsi iddianın rədd olunması üçün əsasdır. Ona görə də, Mülki Məcəllənin 157.2-ci maddəsinə əsasən, mülkiyyətçi özgənin qanunsuz sahibliyindən əmlakını geri tələb edərkən, ilk növbədə qaytarılması tələb olunan əşyanın mülkiyyətçisi olduğunu, bundan sonra əşyanın faktiki olaraq özgəsinin sahibliyində olduğunu və nəhayət, özgəsinin əşyaya sahibliyinin hüquqi əsasının olmadığını sübut etməlidir.
23. Mülki prosessual qanunvericilik sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübut etmə yükünü daşıyan tərəflərin üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlarda n istifadə etməlidir. İşin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə guvənli nəticə çıxarmağa əsas verməlidir.
24. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir.
25. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
26. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
27. Apelyasiya məhkəməsi hazırkı mübahisəni həll edərkən iddiaçının sübutetmə və zifəsinin öhdəsindən gələ bilməməsi ilə əsaslandırmışdır. Məhkəmələr tərəfindən müəyyən edilmişdir ki, Bakı şəhəri Nərimanov rayonu Qarabağ küçəsində yerləşən 17 saylı evin sahəsi 18 kv.metr olan 27 saylı 1 otaqlı mənzili Bakı şəhəri Cavabdeh1 başçısının 30 mart 1992-ci il tarixli 971 saylı sərəncamına əsasən 1988-ci ildə Ermənistandan deportasiya olunmuş Cavabdeh2 verilmiş, Cavabdeh1 başçısının 29 mart 2013-cü il tarixli 157 saylı sərəncamı ilə Cavabdeh2 ilə icarə müqaviləsi bağlanaraq o həmin mənzilin icarədarı hesab edilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 14.03.2014-cü il tarixli 2-1(82)-375/2014 saylı icra vərəqəsinə əsasən həmin mənzilin Cavabdeh2 adına özəlləşdirilməsi vəzifəsi cavabdeh DƏDRX-in Bakı şəhər Ərazi İdarəsinə həvalə olunmuşdur. İddiaçı 1992-ci ildə Şuşa ş əhərindən məcburi köçkün düşərək həmin mənzili zəbt etmiş, Bakı şəhəri Nərimanov Rayon Xalq Məhkəməsinin 13 mart 1995-ci il tarixli qətnaməsi ilə Cavabdeh2 İddiaçı qarşı mənzildən çıxarılma tələbinə dair iddiası təmin olunaraq sonuncunun həmin mənzildən çıxarılması qət olunmuşdur. İddiaçı məskunlaşmaq üçün Bakı şəhəri Əhmədbəy Ağaoğlu küçəsi, 4-də yerləşən 32 saylı mənzil və Bakı şəhəri N.Rəfibəyli küçəsi ev 29-da yerləşən 2 saylı mənzil ayrılsa da, o, 27 il ərzində ünvan 3 ünvanında yerləşən mənzili boşaltmaqdan imtina etmişdir.
28. Məhkəmələr işin faktiki hallarına istinad edərək belə qənaətə gəlmişlər ki, iddiaçının tələb etdiyi pul vəsaitinin və əmlakların cavabdehin sahibliyində olması halı sübuta yetməmişdir.
29. Kollegiya qeyd edir ki, kassasiya instansiyası məhkəməsi müstəsna ola raq hüquqi məsələlərə baxmaqla apelyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır, işin faktiki hallarını araşdırmır. Ona görə işin faktiki hallarının hərtərəfli araşdırılmaması ilə bağlı şikayətdə qeyd olunanlar keçərli deyil.
30. Göstərilənlərə əsasən və MPM-in 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Bakı Apellyasiya Məhkəməsinin 27.07.2021-ci il tarixli, 2(103)-3777/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir. Sədrlik edən: İsmayıl Xəlilov Hakimlər: Ələsgər Əliyev Aqil Abbasov