Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6552/2021 13.12.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi X2rşı iddia tələbinə dair iş üzrə QƏRARİ Açar sözlər: əmək haqqının ödənilməsi Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Nurməmmədov Əhməd Güləhməd oğlu (sədrlik edən və məruzəçi), Hüseynov Abiddin Qabil oğlu və Xələfov İlqar Rəhim oğlundan ibarət tərkibdə, Novruzova Ülviyyə Alim qızının katibliyi, Cavabdehin nümayəndəsi X3, vəkili Vəkil iştirakı ilə, Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2277/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsindən cavabdeh Azərbaycan Respub likası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 13 dekabr 2021-ci il tarixdə Ali Məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakıları müəyyən etdi: İşin halları İddiaçı Cəlilabad rayonu, Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi direktorunun 21.10.2020-ci il tarixli əmrinə əsasən həmin məktəbə çağırışaqədərki hazırlıq üzrə rəhbər müəllim vəzifəsinə işə qəbul edilmişdir, hazırda həmin vəzifədə işləyir. Onun aylıq əmək haqqı 310 manat müəyyən edilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi X2rşı iddia tələbi ilə məhkəməyə müraciət edərək 21 oktyabr 2020-ci il tarixdən əmək müqaviləsinə u yğun olaraq müəyyən edilmiş əmək haqqının (olduğu halda digər ödəmələrin) hesblanaraq ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini əsaslandırarkən göstərmişdir ki, işə qəbul edildiyi tarixdən heç bir pozuntuya yol vermədən və maneəsiz vəzifəsini yerinə yetirmişdir. Lakin əmək müqaviləsində göstərilən əmək haqqı cavabdehin təqsiri ucbatından ona ödənilməmişdir. Cavabdeh heç bir əsas olmadan ona əmək haqqı ödənilməsinə razılıq vermir. Birinci instansiya məhkəməsində cavabdehin nümayəndəsi iddianı etiraf etməyərək verdiyi izahatında göstərmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 20.12.2017-ci il tarixli 18-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Təhsil sahəsinə aid olan qulluqçu vəzifələrinin Vahid X4”na uyğun olaraq X1 Rəhbəri vəzifəsinə ən aşağı ixtisas dərəcələrinə ixtisas tələbləri dərəcələrdən asılı olaraq 5 və 10 ildən az olmayan pedoqoji staj tələb edilir. Bu tələblərə cavab verməyən iddiaçı Cəlilabad rayon Qarakazımlı kənd tam orta məktəbin direktoru X5 21.10.2020-ci il tarixli əmri ilə həmin məktəbdə müddətsiz əmək müqaviləsi əsasında çağırışaqədərki hazırlıq üzrə rəhbər müəllim vəzifəsinə təyin edilmişdir. Əmək müqaviləsi ilə iddiaçının aylıq əmək haqqı 310 manat müəyyən edilmişdir. Daha sonra həmin müqavilə elektron informasiya sisteminə daxil edilmişdir. Cəlilabad rayon Qarakazımlı kənd tam orta məktəbin direktoru X7 tərəfindən verilmiş əmrin qanunsuz olması səbəbindən ona xəbərdarlıq edilmişdir, lakin məktəb rəhbəri qanunsuz olaraq bağladığı əmək müqaviləsinə xitam vermək əvəzinə id diaçını 21.10.2020-ci il tarixdən pedoqoji fəailyyətə cəlb etmiş və ona əmək haqqı ödənilməsini tələb etmişdir. Bu səbəbdən iddianı əsassız hesab edir. Cəlilabad Rayon Məhkəməsinin (hakim Qalib Paşayev) 10 mart 2021-ci il tarixli qətnaməsi ilə iddia tələbi təmin edilmiş, Murad Muradov adına Cəlilabad rayon Qarakazımlı kənd tam orta məktəbi direktorunun 21.10.2020-ci il tarixli əmrinə əsasən həmin məktəbə çağırışaqədərki hazırlıq üzrə rəhbər müəllim vəzifəsinə işə qəbul edilmiş iddiaçıya 21 oktyabr 2020-ci il tarixdən hazırkı vaxtadək, yəni 10 mart 2021-ci il tarixədək əmək müqaviləsinə uyğun olaraq müəyyən edilmiş, lakin ödənilməmiş qalan əmək haqqının (olduğu halda digər ödəmələrin) hesablanaraq iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onu nla əsaslandırmışdır ki, iddiaçı Cəlilabad rayonu, Murad Muradov adına Qarakazımlı kənd tam orta məktəbi direktorunun 21.10.2020-ci il tarixli əmrinə əsasən həmin məktəbə çağırışaqədərki hazırlıq üzrə rəhbər müəllim vəzifəsinə işə qəbul edilmişdir, onun aylıq əmək haqqı 310 manat müəyyən edilmişdir. Cavabdehin nümayəndəsi iddiaçı ilə bağlanmış əmək müqaviləsinin bağlanmadığını göstərsə də, məhkəmə iclasında 21.10.2020-ci il tarixli əmək müqaviləsi iddiaçının işə götürülməsi ilə bağlı işə götürən tərəfındən verilmiş əmrin etibarsız hesab edildiyi müəyyən edilməmşdir. Həmin hallarla bağlı cavabdeh tərəfındən məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Belə halda cavabdeh tərəfin göstərdiyi xüsusatlar iddiaçıya əmək haqqının ödənilməməsi üçün əsas hesab edilə bilməz. Ona görə də məhkəmə hesab etmişdir ki, iddiaçının işlədiyi günlərə görə əmək haqqı hesablanaraq ona ödənilməlidir. Cavabdeh qətnamədən apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin əsaslara iddia tələbinə etirazın əsasları ilə eyni məzmunlu olmuşdur. Apellyasiya instansiyası məhkəməsində icraat Cəlilabad rayon Qarakazımlı kənd tam orta məktəbi tərəfindən verilmiş 10.03.2021-ci il tarixli, 173 saylı arayışda qeyd edilmişdir ki, iddiaçı Cəlilabad rayon Qarakazımlı kənd tam orta məktəbində 21.10.2020-ci il tarixli əmrlə həmin məktəbdə müddətsiz əmək müqaviləsi əsasında çağırışaqədərki hazırlıq üzrə rəhbər müəllim vəzifəsinə təyin edilmişdir. Əmək haqqı 310 manat müəyyən edilmiş, lakin iddiaçıya hazırkı vaxtadək ödənilməli olan 1500 (bir min beş yüz) manat əmək haqqı 14 saylı Ərazi Maliyyə Hesab laşma Mərkəzi tərəfindən ödənməmişdir. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının (hakimlər: İlham Əsədov - sədrlik edən və məruzəçi, Samir Mayılov, Nüsrət Mirzəyev) 03 avqust 2021-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı heç bir pozuntuya yol vermədən və maneəsiz vəzifəsini yerinə yetirmiş, lakin əmək müqaviləsində göstərilən əmək haqqının ödənilməsi təmin edilməmişdir. Azərbaycan Respublikası Təhsil Nazirliyi 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi heç bir əsas olmadan ona əmək haqqı ödənilməsinə razılıq verilmədiyini göstərmişdir. 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzi imtinasını onunla əsaslandırmışdır ki, məktəbin direktoru N.Əliyevin qanunvericiliyin tələblərini gözləmədən İddiaçı ilə Qarakazımlı kənd tam maktabində gənclərin çağrışaqədərki hazırlığı rəhbəri vəzifəsi üzrə əmək müqaviləsi bağlamışdır. Məhkəmə hesab etmişdir ki, 14 saylı Ərazi Maliyyə Hesablaşma Mərkəzinin əmək haqqı ödənilməsindən imtinası qanunsuz və əsassızdır. Belə ki, iddiaçı əmək müqaviləsi üzrə işləyən işçidir. Onun əmək müqaviləsinə xitam verilməmişdir. İddiaçının işə götürülməsi ilə bağlı işə götürən tərəfindən verilmiş əmrin etibarsız hesab edildiyi müəyyən edilməmşdir. Əmr qanuni qüvvədədir. Cavabdehin istinad etdiyi hallar əmək haqqının ödənilməsindən imtina üçün əsas deyildir. Ona görə də apellyasiya instansiyası məhkəməsi apellyasiya şikayətinin dəlillərini əsassız saymışdır. Cavabdeh (Vəkil) kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsini və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Kassasiya şikayətinin dəlilləri Məzmunu apellyasiya şikayətinin məzmunu ilə eyni olan kassasiya şikayətində əlavə olaraq qeyd edilmişdir ki, apellyasiya instansiyası məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozmuş, maddi və prosessual hüquq normalarının hazırki mübahisəyə düzgün tədbiq edilməməsi nəticəsində qanunsuz və əsassız qətnamə qəbul edilmişdir. b) Kassasiya şikayətinə qarşı etirazın dəlilləri Kassasiya şikayətinə etiraz daxil olmamışdır. c) Məhkəmə icraatı iştirakçılarının iz ahatları Cavabdehin nümayəndəsi və vəkili məhkəmə kollegiyasının iclasında kassasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq iş üzrə iddiaçı gəlmədiyi üçün və gəlməməyinin səbəbləri barədə məlumat vermədiyindən məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Kassasiya baxışının hədləri Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, iş materiallarında olan, aşağı instansiya məhkəmələri tərəfindən qəbul edilərək işə əlavə olunmuş, araşdırılmış və (və ya) müəyyən edilmiş sübutlara və hüquqi faktlara istinad edilməsi kassasiya instansiyası məhkəməsinin faktiki halları araşdırması kimi qiymətləndirilməməlidir. Hazırkı kassasiya icraatı üzrə birinci instansiya məhkəməsinin qətnaməsini cavabdehin apellyasiya şikayəti əsasında yoxlamış apellyasiya instansiyası məhkəməsinin aktı həmin tərəfin kassasiya şikayəti əsasında tam yoxlanılır. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Əmək Məcəlləsi: Maddə
9. Əmək müqaviləsi üzrə işləyən işçinin qanunvericiliklə müəyyən edilmiş minimum məbləğdən aşağı olmayan əmək haqqı almaq hququ vardır. Maddə
154. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müq aviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. Maddə
16. Ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması və onlara dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 407.2. Kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Maddə 416.1. Kassasiya instansiyası məhkəməsi işə şikayət həddində baxır və kassasiya şikayətində irəli sürülmüş dəlillər üzrə apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Maddə 417.1.1 Kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Maddə 418.3. Prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması qətnamənin yaxud qərardadın ləğv edilməsi üçün o vaxt əsas ola bilər ki, bu pozuntu düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnsin və ya nəticələnə bilsin. Kassasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının pozulması ilə bağlı dəlilləri apellyasiya şikayətinin dəlilləri ilə eynidir və məhkəmə kollegiyası həmin hallar üzrə apellyasiya instansiyası məhkəməsinin əsaslandırılması ilə razılaşır. Kassasiya şikayətinin digər dəlilləri məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmaması və qətnamədə ifadə olunan nəticələrin işin faktiki hallarına uyğu n olmaması ilə bağlıdır və hazırkı icraat çərçivəsində belə dəlillər üzrə araşdırma aparılmır, onlara qiymət verilmir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalı, kassasiya şikayəti təmin olunmamalıdır. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 416, 417 və 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Kassasiya şikayəti təmin edilməsin. Şirvan Apellyasiya Məhkəməsi mülki kollegiyasının 2(106)-2277/2021 nömrəli iş üzrə 03 avqust 2021-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qətidir və qəbul edildiyi andan qüvvəyə minir.