Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(102)-6562/2021 15.10.2021 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki kollegiyasının İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “çıxarışın ləğvi və vərəsələrin düzgün müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə QƏRARDADİ (Açar sözlər: kassasiya şikayətinin icraata qəbul edilməsindən imtina, kassasiya şikayətinin məzmununun prosessual qanunvericiliyə uyğun olmaması) Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimi Şamayev Elşad Yaquboviç, Şəki Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 22 iyul 2021-ci il tarixli, 2(107)1219/2021 nömrəli qətnaməsi ndən iddiaçı tərəfindən verilmiş kassasiya şikayətini nəzərdən keçirərək, MÜƏYYƏN ETDİM: Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(075)-594/2021 nömrəli qətnaməsi ilə İddiaçı cavabdehlər Şəki regional “ASAN” xidmət mərkəzində notariat ofisinə, ƏMDK yanında DƏDRX-nin 12 saylı Şəki Ərazi İdarəsinə və Cavabdeh3 qarşı “04 yanvar 2020-ci il tarixdə vəfat etmiş atası X1 ünvan 1 kəndində yerləşən mirasına dair bacısı Cavabdeh3 adına verilmiş 04 dekabr 2020-ci il tarixli çıxarışın qanunsuz hesab edilərək ləğv edilməsi” tələbinə dair iddiasının təmin edilməməsi; iddia tələbinin “İddiaçı 04 yanvar 2020-ci il tarixdə vəfat etmiş atası X1 ünvan 1 kəndində yerləşən mirasına vərəsələrin düzgün müəyyən edilməsi” hissəsində xitam verilməsinə dair Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il ta rixli qərardadının nəzərə alınması qət olunmuşdur. Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(107)-1219/2021 nömrəli qətnaməsi ilə İddiaçı Sədül qızı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, Şəki Rayon Məhkəməsinin 06 aprel 2021-ci il tarixli, 2(075)-594/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İddiaçı Sədül qızı kassasiya şikayəti verərək, Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(107)-1219/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və işin yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işlə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərilmişdir. Kassasiya şikayəti və iş materialları öyrənilərkən müəyyən olunmuşdur ki, cavabdehin kassasiya şikayətinin məzmunu Azərbaycan Respublikası MPM-in 407-ci maddəsində müəyyən olunmuş qaydalara uyğun deyildir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Həmin Məcəllənin 407.1.4-cü maddəsinə əsasən kassasiya şikayətində şikayəti v erən şəxsin tələbi, məhkəmə aktının hansı hissədə mübahisələndirildiyi, maddi və yaxud prosessual hüquq normalarının düzgün tətbiq edilməməsinin nədən ibarət olması, işə məhkəmə iclasında baxılması istənildiyi halda bu Məcəllənin 414.1-ci maddəsində nəzərdə tutulmuş əsasların mövcudluğunun əsaslandırılması göstərilməlidir. Məcəllənin 407.2-ci maddəsinə əsasən kassasiya şikayətində işin hallarının sübut olunmamasına, məhkəmənin gəldiyi nəticə üçün əhəmiyyətli olan bütün faktiki halların aydınlaşdırılmamasına və yaxud qətnamə və qərardadda ifadə olunan nəticələrin işin faktiki hallarına uyğun olmamasına istinad etməyə yol verilmir. Azərbaycan Respublikası MPM-in 408.1.5-ci maddəsinə əsasən kassasiya şikayətində maddi və prosessual hüquq normalarının pozulmasının, yaxud düzgün tətbiq edilməmə sinin nədən ibarət olması göstərilməmişsə, kassasiya şikayəti qaytarılır. Kassasiya şikayətinin məzmunundan görünür ki, iddiaçı apellyasiya instansiyası məhkəməsində işin faktiki hallarına istinad etməklə, həmin məhkəmənin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Bu zaman kassasiya şikayətində Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27, 158-ci maddələrinin, Mülki Prosessual Məcəllənin 9.3, 88, 403.1, 416, 418.1-ci maddələrinin dispozisiyalarını sadalamışdır. Lakin kassator qeyd olunan iş üzrə hansı maddi və prosessual hüquq normalarının pozulmasını, həmin pozuntuların nədən ibarət olmasını, hazırki mübahisəyə aidiyyətini göstərməmiş və bununla da, Azərbaycan Respublikası MPM-in 407.1.4 və 407.2-ci maddələrinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının MPM-in 409-cu maddəsi nə əsasən apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətinin bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlayır. Bu Məcəllənin 402, 405 və 407-ci maddələrinin tələblərinə cavab verən kassasiya şikayəti ona əlavə olunmuş sənədlərlə və işlə birlikdə kassasiya şikayətinin verilmə müddəti bitdikdən sonra 7 gün müddətində kassasiya instansiyası məhkəməsinə göndərilir. Buna baxmayaraq apellyasiya instansiyası məhkəməsi kassasiya şikayətini iş materialları ilə birlikdə baxılması üçün Azərbaycan Respublikası Ali Məhkəməsinə göndərmişdir. Qeyd olunanlara əsasən, kassasiya şikayətində maddi və yaxud prosessual hüquq normalarının pozulmasının nədən ibarət olması göstərilmədiyi üçün icraata qəbul edilə bilməz. Odur ki, kassasiya şikayəti geri qaytarılması üçün mülki i şlə birlikdə apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 408 və 411-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: Şəki Apellyasiya Məhkəməsinin 22 iyul 2021-ci il tarixli, 2(107)-1219/2021 nömrəli qətnaməsindən İddiaçı Sədül qızı tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməsin. Kassasiya şikayəti geri qaytarılması üçün mülki işlə birlikdə Şəki Apellyasiya Məhkəməsinə qaytarılsın.
Məhkəmə qərarları › İş №2(102)-6562/2021
Ali Məhkəmə Qərardad — İş №2(102)-6562/2021
15.10.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr - Sair mülki iş - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver