Məhkəmə qərarları › İş №2(102)-6566/2019

Ali Məhkəmə Qərar — İş №2(102)-6566/2019

31.10.2019 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Digər - Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6566/2019 31.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyası İsgəndərov Akif Əsgər oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Əhmədov Əhməd Abbas oğlundan və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Kərimova Fidan Arif qızının katibliyi, İddiaçı1 və onun vəkili X4 iştirakları ilə, Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019cu il tarixli qətnaməsindən iş üzrə Cavabdeh3 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə baxaraq müəyyən etdi: Göyçay Rayon Məhkəməsinin xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakim Z.Quliyev, iş № 2(046)-xx/19) iddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Müqabil oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı zəbt edilmiş torpaq sahəsinin boşaldılması və cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulması tələbinə dair iddiası qismən təmin edilərək cavabdehlərin xx nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Kürdəmiş kəndində İddiaçı2 məxsus olan 0.63 ha torpaq sahəsini, xx nömrəli torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Kürdəmiş kəndində İddiaçı1 məxsus olan 0,77 ha torpaq sahəsinin 0,61 ha hissəsini boşaltmaları qət edilmiş, İddiaçı3 cavabdehlərə qarşı iddiasının və digər iddiaçıların cavabdehlərə qarşı onların qanunsuz hərəkətlərinə qadağa qoyulması barədə iddiaları təmin edilməmişdir. Həmin qətnamədən cavabdehlər apellyasiya şikayəti vermişlər. Şəki Apellyasiya Məhkə məsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər E.Hüseynov-sədrlik edən və məruzəçi, A.Mahmudov və V.Məlikov, iş № 2(107)-xx/19) cavabdehlər Cavabdeh3, Cavabdeh1, Cavabdeh2 tərəfindən birgə verilmiş apellyasiya şikayəti təmin edilməyərək Göyçay Rayon Məhkəməsinin xx xx 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Hazırda cavabdehlərdən yalnız Cavabdeh3 kassasiya şikayəti verərək Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx xx 2019-cu il tarixli qətnaməsinin ləğv olunmasını xahiş etmişdir. İşin halları: İddiaçılar İddiaçı2, İddiaçı3 və İddiaçı1 cavabdehlər Cavabdeh1 Müqabil oğlu, Cavabdeh2 və Cavabdeh3 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər tərəfindən zəbt edilmiş torpaq sahəsinin boşaldılması və cavabdehlərin qanunsu z hərəkətlərinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Kassasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Kassasiya şikayəti apellyasiya instansiyası məhkəməsi tərəfindən işə baxılarkən və qətnamə çıxarılarkən maddi və prosessual hüquq normalarının tələblərinin pozulması, həmin normaların düzgün tətbiq olunmaması ilə əsaslandırılmışdır. İddiaçı1 və vəkili İ.Məmmədov məhkəmə kollegiyasının iclasında kassasiya şikayətini qəbul etməyərək onun rədd olunmasını xahiş etdilər. İşdə iştirak edən digər şəxslər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş olsalar da üzrlü səbəb olmadan məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 415.3-cü maddəsini rəhb ər tutaraq gəlməyən tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün saydı. Hüquqi məsələlər: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Yuxarıda qeyd olunduğu kimi, apellyasiya instansiyası məhkəməsinin qətnaməsini kassasiya qaydasında yalnız Cavabdeh3 mübahisələndirmişdir. Məhkəmə kollegiyası bunu nəzərə alaraq qətnamənin qanuniliyini və əsaslılığını yalnız onun kassasiya şikayətinə münasibətdə yoxlayıb qiymət verir. Məruzəçini, İddiaçı1 və vəkili İ.Məmmədovun izahatlarını dinləyərək, kassasiya şikayətinin dəlillərini müzakirə edərək məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayəti təmin edilməməli, Şəki Apellyasiya M əhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin iddianın qismən əsaslı olması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq həmin qətnaməni dəyişdirilmədən saxlayarkən aşağıdakıları nəzərə almışdır. Apellyasiya instansiyası məhkəməsinin qənaətinə görə birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırki iş üzrə iddianın mahiyyəti ondan ibarətdir ki, iddiaçılar cavabdehlər tərəfindən onların mülkiyyətində olan torpaq sahələrinin boşaldılmasını və cavabdehlərin qanunsuz hərəkətlərinə qadağa qoyulmasını tələb edirlər. Cavabdehlər isə öz növbəsində iddia tələbini qəbul etməmiş və bildirmişlər ki, həmin torpaq sahələrdən uzun müddət istifadə edir və iddiaçıların da həmin torpaq sahələrinə aidiyyəti yoxdur. Apellyasiya instansiyası məhkəməsi müəyyən etmişdir ki, xx KOD XX seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən 0.10 ha torpaq sahəsi İddiaçı3, xx KOD XX seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən həmin kənddə yerləşən 0.77 ha torpaq sahəsi X2, İddiaçı1, X6, X9, xx KOD XX seriyalı torpağa mülkiyyət hüququna dair Dövlət Aktına əsasən yenə də həmin kənddə yerləşən 0.63 ha torpaq sahəsi X1, X3, İddiaçı2 məxsusdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin 15.10.2018-ci il tarixli rəyinə əsasən xx, xx və xx saylı torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktlarında göstərilən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən torpaq sahələrinin cavabdehlər tərəfindən zəbt olunma halları mövcuddur. xx nömrəli Dövlət Aktında göstərilən 0,63 ha torpaq sahəsi bütünlüklə, xx nömrəli Dövlət Aktında göstərilən 0,77 ha torpaq sahəsinin 0,61 ha hissəsi cavabdehlər tərəfindən zəbt olunmuşdur. xx nömrəli Dövlət Aktında göstərilən 0,10 ha torpaq sahəsi isə cavabdehlər tərəfindən zəbt olunmamışdır. İş üzrə məhkəmə ekspertizası keçirilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 12.11.2018-ci il tarixli rəyi ilə müəy yən edilmişdir ki, xx, xx və xx saylı torpağa mülkiyyət hüquqlarına dair Dövlət Aktlarında göstərilən Göyçay rayonu Kürdəmiş kəndində yerləşən torpaq sahələrinin cavabdehlər tərəfindən istifadə etmə halları mövcuddur. xx nömrəli Dövlət Aktında göstərilən 0,63 ha torpaq sahəsi bütünlüklə, xx nömrəli Dövlət Aktında göstərilən 0,77 ha torpaq sahəsinin 0,61 ha hissəsi cavabdehlər tərəfindən istifadə olunur. xx nömrəli Dövlət Aktında göstərilən 0,10 ha torpaq sahəsi cavabdehlər tərəfindən istifadə olunmur. İşə baxılarkən məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, mübahisəli torpaq sahələri iddiaçıların qanuni mülkiyyətindədir. Eləcə də, xx nömrəli Dövlət Aktında göstərilən 0,63 ha torpaq sahəsi bütünlüklə, xx nömrəli Dövlət Aktında göstərilən 0,77 ha torpaq sahəsinin 0,61 ha hissəs i cavabdehlərin qanunsuz sahibliyindədir. xx nömrəli Dövlət Aktında göstərilən 0,10 ha torpaq sahəsi cavabdehlər tərəfindən zəbt olunmamışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə görə mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər.Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui -istifadə olmasın. Apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna və Mülk i Məcəllənin yuxarıda qeyd olunan normalarına əsaslanmaqla apellyasiya instansiyası məhkəməsi belə nəticəyə gəlmişdir ki, iddiaçılar İddiaçı2 və İddiaçı1 iradəsinin ziddinə olaraq onların mülkiyyətində olan torpaq sahələrini cavabdehlərin zəbt etmələri onların mülkiyyət hüquqlarının pozuntusunu yaradan hal kimi qəbul edilməlidir. Göstərilən hallar məhkəmə ekspertizasının rəyi ilə də tam təsdiq olunur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 101.3-cü maddəsinə əsasən, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir. Belə ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksək dir. Məhkəmə ekspert rəyini tədqiq edərək, məhkəmə araşdırması zamanı hazırkı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyini nəzərə alaraq, həmin rəylə razılaşaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iş üzrə ekspert rəyi sübut kimi qəbul edilməlidir. “X5rşı işi üzrə” xx xx 2010-cu il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi hesab etmişdir ki, yalnız elmi cəhətdən əsaslandırılmış və məhkəmənin suallarına cavab verən rəy ədalətin gücünə inam yarada və məhkəmənin fəaliyyətinə kömək edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsinin iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə müəyyə n edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tədbiq etmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Göyçay Rayon Məhkəməsinin xx xx 2019-cu il tаrixli, 2(046)-xx/2019 saylı qətnаməsi dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası apellyasiya instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə ilə razılaşır və yuxarıda şərh olunanlara əsasən kassasiya şikayətinin maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunmaması barədəki dəlillərini əsassız sayır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsində sübut etmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mü bahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandırdığı faktları sübut etməlidir. Konkret mülki işdə tərəflərdən hər birinin sübut etməli olduqları faktların dairəsi mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normasının məzmunu nəzərə alınmaqla müəyyən edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə iddiaçılar öz tələblərinin əsası kimi istinad etdiyi halları qismən - məhkəmə tərəfindən təmin olunan hissədə sübuta yetirsələr də, cavabdeh tərəf həmin iddiaya qarşı etirazını əsaslandırdığı faktları göstərilən hissədə sübut edə bilməmişdir. Azərbaycan Respublikası MPM-nin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq ola raq qiymət verir. Qanunvericiliyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də tamlığının, işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. Məhkəmə kollegiyasının qənaətinə görə işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varl ığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: 1) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 81-ci maddəsinin tələbinə görə qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə toplanmış sübutlara qiymət verərkən bu tələblərə əməl etmişdir. İşin yuxarıda qeyd olunan faktiki hallarını və sadalanan qanunve ricilik aktları normalarının tələblərini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin iş üzrə gəlmiş olduğu nəticə qanuni və əsaslıdır. Qətnamənin ləğv edilməsi üçün işdə qanuni əsaslar olmadığına və kassasiya şikayətinin dəlilləri öz təsdiqini tapmadığına görə qətnamə həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Şəki Apellyasiya Məhkəməsi tərəfindən işə baxılan zaman maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 416-419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh3kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının iş üzrə xx xx 2019-cu il tarixli 2(107)-xx/19 saylı qətnaməsi həmin kassasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar