Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-6568/2019 16.10.2019 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyası, hakimlər Əsgərov Qürbət Ağa oğlunun sədrliyi və məruzəsi ilə, Vəliyeva Elşanə Rafiq qızı və Hacıyev Sənan Firudin oğlundan ibarət tərkibdə, Babayeva Məlahət Əfqan qızının katibliyi ilə, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsindən İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti üzrə işə baxaraq, MÜƏYYƏN ETDİ: Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli, 2(025)-69/2019 saylı qətnaməsi ilə (hakim A.Əliyev) İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoulması tələbinə dair iddiası təmin edilməmiş və aparılmış ekspertiza tədqiqatlarının dəyəri İddiaçı tutularaq, 100 (bir yüz manat) manat məbləğində pul Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005, VÖEN **********1, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzi hesabına keçirilməsi qət edilmişdir. Şəki Apellyasiya Məhkəməsi mülki kollegiyasının 30 may 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər Ə.Məcidov (sədrlik edən), İ.Quliyev (məruzəçi) və M.İsayev, İş № 2(107)-1852/2019) İddiaçı apellyasiya şikayəti təmin edilmə yərək Qəbələ Rayon Məhkəməsinin 26 fevral 2019-cu il tаrixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qət edilmişdir. İŞİN HALLARİ: İddiaçı X2 cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı “torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara son qoyulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan 0,07 ha torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsi və torpaqdan istifadəyə mane olan hallara cavabdehlər tərəfindən son qoulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. KASSASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ: İddiaçı və vəkili Nümayəndə kassasiya şikayəti verərək şikayəti onunla əsaslandırmışlar ki, id diaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin heç bir mülkiyyət ortaqlığı yoxdur, yəni iddiaçının mülkiyyətində olan torpaq sahəsi paylı mülkiyyət deyildir. Lakin apellyasiya instansiyası məhkəməsi ümumi paylı mülkiyyət üzrə mülki qanunvericiliyin normalarına istinad etmişdir. Şəki Apellyasiya Məhkəməsi Qəbələ rayon Məhkəməsinin buraxdığı nöqsanları təkrarlayaraq maddi hüquq normalarını düzgün tətbiq etməmişdir. Ona görə də Şəki Apellyasiya Məhkəməsinin 30 may 2019-cu il tarixli qətnaməsinin ləğv edilib, iddianın təmin edilməsi üçün yeni apellyasiya baxışına qaytarılmasını xahiş edirlər. Məhkəmə kollegiyasının iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada bildiriş göndərilmiş olsa da, tərəflər üzrlü səbəblər olmadan gəlməmişlər. Azərbaycan Respublikası MPM-nin 415.3 -cü maddəsinə əsasən kollegiya işə gəlməyən tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyası məruzəçini dinləyib, kassasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, Şəki Apellyasiya Məhkəməsinin MK-nın 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən, kassasiya şikayəti təmin edilmədən saxlanılmalıdır. HÜQUQ MƏSƏLƏLƏRİ: Azərbaycan Respublikası MPM-nin 416-cı maddəsinin tələbinə görə kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə kassasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiym ət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Qeyd etmək lazımdır ki, işin faktiki hallarının prosessual qanunvericiliyin tələblərinə riayət edilmədən müəyyən olunması ədalətli məhkəmə araşdırılması hüququnun pozulmasına dəlalət etməklə mübahisənin hüquqi aktlarına təsir göstərə bilər. Apellyasiya instansiyası məhkəməsinin Azərbaycan Respublikasının Konstitusiyasının 13, 29, Mülki Məcəlləsinin 213.1, 213.2, 213.3, 220.1, 220.2, 220.3 və 221-ci maddələrinə istinadən işin materialları üzrə gəldiyi nəticədən gö rünür ki, 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 8/9 hissəsinin, X3 məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün olmadığı üçün onların paylarına düşən hissələr üzrə sərhədlərin müəyyən olunması da qeyri-mümkündür. Apellyasiya instansiyası məhkəməsinin işin materialları üzrə gəldiyi digər nəticədən görünür ki, iddiaçı torpaqdan istifadəyə cavabdehlərin mane olan hallarına dair (maneə olan halların mövcudluğu, həmin manelərin cavabdehlərin hansı hərəkətlərində ifadə olunması və ya onların maneələri nə cürə hərəkətləri ilə həyətə keçirdikləri və s. barədə) heç bir sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə kollegiyası hesab edir ki, Apellyasiya Məhkəməsi tərəfindən qəbul edilmiş qətnamə işin həqiqi hallarına uyğun olmaqla, iş üzrə mübahisənin faktiki halları, tərəflərin münasi bətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlinmişdir. Belə ki, apellyasiya instansiyası məhkəməsinin işin araşdırılmış halları ilə müəyyən etdiyi kimi, Seriya RX ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la İddiaçı adına ünvan 1 ünvanda 0,07 ha həyətyanı torpaq sahəsi, 1 mərtəbəli, ümumi sahəsi 45.7 kv.m, yaşayaş sahəsi 17.3 kv.m, yardımçı sahəsi 28.4 kv.m olan 1 otaqlı fərdi yaşayış evi Daşınmaz əmlakın dövlət reyestrində 16 nömrəli reyestr kitabının 24 nömrəli vərəqində qeydiyyata alınmışdır. Çıxarışda mülkiyyətdə hüquq sahibləri kimi İddiaçı qızının fərdi yaşayış evinə tam, torpaq sahəsinə 8/9 hissədə, X1 (cavabdehlər Cavabdeh1 mərhum atası və Cavabdeh2 əri) torpaq sahəsinə 1/9 hissə olmaqla payları göstərilm işdir. İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı tələbinin əsasını torpaq sahəsinin 8/9 hissəsi onun, 1/9 hissəsi isə X1 adına olması, onun yaşadığı ev və torpaq sahəsinin mülkiyyət olaraq dövlət qeydiyyatına alınaraq ona mülkiyyət hüququna dair sənəd verilməsi, mülkiyyətində olan torpaq sahəsinin sərhəd koordinatları üzrə hasarın çəkilməsinin heç kəsin mülkiyyət hüquqlarını pozmaması və ya məhdudlaşdırmaması, qanunla qorunan maraqlarına toxunmaması, sadəcə cavabdehlərin ona mülkiyyətdən istifadəyə qərəzli olaraq maneələr yaratmaları, ona avtomobilin giriş-çıxış üçün qapı açmağına qətiyyətlə mane olmaları təşkil edir. Cavabdeh iddiaya etiraz edərək iddiaçının onun bibisi olmasını, valideynlərindən miras qalmış evə və torpağa dair mülkiyyət sənədi almasını, həmin mülkiyyət sənədi ilə a tası X4 və bibisi X5 miras əmlakdan paylarının müəyyən edilməsi, buna görə də atasına miras qalmış və onun payına düşən hissədən istifadə etməklə sahiblik etməsini, iddiaçının isə payına düşən mülkiyyətdən istifadə olunmasında heç bir maneçilik hallarına yol verməməsini göstərmişdir. İşin materiallarından görünür ki, tərəflərin iştirakı ilə mübahisəli torpaq sahəsinə baxış keçirilmiş, 0,07 ha torpaq sahəsində iki evin mövcud olduğu və tərəflərin ayrıayrılıqda bu evlərdə yaşadığı müəyyən edilmişdir. 01.04.2014-cü il tarixdə İddiaçı adına tərtib edilmiş «Fərdi yaşayış evinə dair texniki pastort»da göstərilən sənəd üzrə 0,07 ha, faktiki sahə 0,1226 ha, tikinti altı sahə 0,008272 ha və digər sahələr 0,114328 ha olan torpaq sahəsində yerləşən liter A-yaşayış evində iddiaçı, liter B-icazəsiz tik ilidə isə cavabdehlər yaşayırlar. Bundan başqa həyətdə yer evi, talvar, tikili və s. mövcuddur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 04 yanvar 2019-cu il tarixli 27050 saylı ekspert rəyinə görə RX seriyalı ******* saylı «Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış» ilə 0,07 ha həyətyanı torpaq sahəsindən İddiaçı məxsus 8/9 hissəsinin, X3 məxsus 1/9 hissəsinin naturada ayrılması mümkün deyildir. Rəydə buna səbəb kimi 1/9 hissə üzrə X6 oğlunun payına düşən torpaq sahəsinin «B» tikilisinin tikinti altı sahəsindən az olduğu göstərilmişdir. 0,07 ha həyətyanı torpaq sahəsində tikilmiş fərdi yaşayış evi Qəbələ Rayon Məhkəməsinin 10 dekabr 2013-cü il tarixli qətnaməsinə görə X4 adına daşınmaz əmlakın dövlət reyestrin də qeydiyyata alınmış və sonradan bağışlanma müqaviləsi əsasında İddiaçı adına rəsmiləşdirilmişdir. Həyətyanı torpaq sahəsinə gedişgəliş yolu isə bələdiyyə mülkiyyətində olan torpaq sahəsindəndir. Azərbaycan Republikası MPM-nin 101.3 və 206.1-ci maddələrinə əsasən ekspertin rəyi məhkəmə iclasında tədqiq edilir və digər sübutlarla birgə qiymətləndirilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin heç bir mülkiyyət ortaqlığı olmaması, yəni iddiaçının mülkiyyətiində olan torpaq sahəsinin paylı mülkiyyət olmadığı üçün apellyasiya instansiyası məhkəməsinin istinad etdiyi mülki qanunvericilik normalarının ümumi paylı mülkiyyətə aid olmasına dair normalar olmasına dair dəlillərə əsasən qeyd edir ki, seriya RX ******* saylı «Hüquqların D övlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış»la İddiaçı adına ünvan 1 ünvanda 0,07 ha həyətyanı torpaq sahəsinin 8\9 hissəsi, mərhum X1 isə torpaq sahəsinə 1/9 hissəsi 01.04.2014-cü ildə adlarına qeydə alınmışdır. Göründüyü kimi, 0,07 ha həyətyanı torpaq sahəsi paylı mülkiyyətdədir. Yalnız fərdi ev tam olaraq İddiaçı adına qeydiyyata alınması ilə kollegiyanın qənaətinə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsi ilə cavabdehlərin heç bir mülkiyyət ortaqlığı olmaması anlamına gəlməyə əsas vermir. Belə olan halda isə kollegiya hesab edir ki, apellyasiya instansiyası məhkəməsinin mülki qanunvericilik normalarının ümumi paylı mülkiyyətə dair normaları hazırki mübahisəyə tətbiq edilməsi maddi hüquq normalarının pozuntusu kimi qiymətləndirilə bilməz. Azərbaycan R espublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən, iki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur; Həmin Məcəllənin 213.2-ci maddəsinə əsasən, əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər; Həmin Məcəddənin 213.3-cü maddəsinə əsasən, əşyaya ümumi mülkiyyət, qanunvericilikdə həmin əşyaya birgə mülkiyyət yaranmasının nəzərdə tutulduğu hallar istisna olmaqla, paylı mülkiyyətdir; Həmin Məcəllənin 220.1-ci maddəsinə əsasən, paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər; Həmin Məcəllənin 220.2-ci maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər; 220.3-cü maddəsinə əsasən, paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol verilmirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdirlər; Həmin Məcəllənin 221.1-ci maddəsinə əsasən, ümumi paylı mülkiyyət hüququna həm də fiziki bölgü nəticəsində xitam verilir. Əgər iştirakçılar hüquqa xitam verilməsi növünə dair razılığa gəlməsələr, əşya məhkəmənin qərarı ilə fiziki bölünü r. Fiziki bölgü bərabər olmayan payların əvəzinin pulla ödənilməsi ilə birləşdirilə bilər. Qanunvericiliyin şərh olunan müddəalalarına görə, paylı mülkiyyətin mülkiyyətçisinin (mülkiyyətçilərinin) öz payının naturada ayrılmasını tələb etmək hüququ qanunla təsbit edilmişdir. Lakin bu zaman məhkəmə tərəfindən bunun mümkünlüyünün nəzərə alınması vacib şərt kimi nəzərdə tutulmuşdur. Qanun ümumi mülkiyyətin heç bir mülkiyyətçisinə digər mülkiyyətçiyə münasibətdə üstünlük hüququ verməmişdir. Ümumi mülkiyyətin bütün iştirakçıları eyni dərəcədə əmlak hüquqlarına malik olmaqla, payının (paylarının) ayrılması nəticəsində ümumi mülkiyyətin digər iştirakçılarından az əlverişli olmayan pay almaq hüququnu tələb etməkdə haqlıdırlar. Beləlilklə də, məhkəmə kollegiyası hesab edir ki, kassatorun torpaq sahə sinin iddiaçının mülkiyyətində olmaqla onun cavabdehlərə heç bir aidiyyatı olmamasına dair kassasiya şikayətinin dəlilləri əsassızdır. Məhkəmə kollegiyası mübahisəli torpaq sahəsinin paylı mülkiyyətdə olmasını nəzərə alaraq həmçinin apellyasiya instansiyası məhkəməsinin hazırki mübahisəyə mülkiyyət hüquqlarını tənzimləyən qanunvericilik normalarının tətbiqini də düzgün sayır. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasına görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (13 və 29-cu maddələrin müddəaları). Həmçinin kollegiya qeyd edir ki, mülkiyyət hüququ insan hüquq və azadlıqlarına dair beynəlxalq-hüquqi aktlarda əsas, ayrılmaz və mühüm hüquqlardan biri kimi önəm li yer tutur (insan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadılıqların müdafiəsi haqqında Avropa Konvensiyasına əlavə 1 saylı Protokolun 1-ci maddəsi və s.). Mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur (Mülki Məcəllənin 152.1-ci maddəsi). Lakin dövlət yalnız qanunvericiliklə müəyyən olunmuş qaydada və hallarda daşınar və daşınmaz əmlak üzərində əldə edilmiş mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına təminat verir. Daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir (Mülki Məcəllənin 178-ci maddəsi). Mülkiyyət hüququnun subyekt i bir şəxs, habelə iki və ya daha çox şəxs ola bilər. Ümumi mülkiyyətin növləri birgə mülkiyyət (məsələn, nigahda olan ər-arvadın mülkiyyəti) və paylı mülkiyyətdən (iştirakçılardan, məsələn, ailə üzvlərindən hər birinin müəyyən payı olan mülkiyyət) ibarətdir. Ümumi mülkiyyət hüququnun həyata keçirilməsi üçün onun iştirakçılarının iradələrinin razılaşdırılması və onların qanuni mənafelərinin nəzərə alınması zəruridir. Ümumi əmlak üzərində sərəncam verilməsi isə yalnız birgə mülkiyyətçilərin qarşılıqlı razılığı üzrə həyata keçirilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6.1 və 6.1.4-cü maddələrinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Qeyd olunan Məcəllənin 8.2-ci maddəsinə əsasən mülki qanunvericilikdə nəzərdə tutulan hüquqlar Azərbayca n Respublikasının bütün ərazisində maneəsiz həyata keçirilə bilər və hökmən mühafizə edilməlidir. «F.Ə.Hüseynov və A.Ə.Qasımovun şikayətləri ilə əlaqədar məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstiutsiyasının və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19.11.2004-cü il tarixli Qərarında göstərilmişdir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu şikayətlərlə bağlı qeyd edir ki, mülkiyyət hüququnun tam həcmdə müdafiəsi hüquqi dövlətə xas olan ali dəyərlərdən biri kimi qiymətləndirilir. Azərbaycan Respublikası Konstiutsiyası bu hüququ təsbit etməklə onun effektiv vasitələrlə təmin olunmasına zəmanət verir. Məhz buna görə də mülkiyyət hüququ əsas insan və vətəndaş hüquqları və azadlıqları sırasında göstər ilmişdir. «R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMKnın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ Azərbaycan Respublikası Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş al i insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi ekspert rəyinə işin digər sübutları ilə yanaşı olaraq düzgün hüquqi qiymət verərək bu nəticəyə gəlmişdir ki, torpaq sahəsinin naturada ayrılması, sərhədlərin müəyyən edilməsinə dair iddia tələbi əsaslı deyildir. Belə ki, kollegiya qeyd edir ki, ekspert rəyi sübut növlərindən biri olmaqla, digər sübutlarla müqayisədə qabaqcadan müəyyən edilmiş üstünlük hüququna malik olmasa da, ekspert rəyində əks olunan məlumatların həqiqiliyinə olan təminat kifayət qədər yüksəkdir. Digər tərəfdən işin materiallarından görünür ki, hazırki işin apellyasiya icraatı qaydasın da araşdırması zamanı ekspert rəyində müəyyən edilən halları təkzib edən, bu hallara zidd olan sübutlar müəyyən edilmədiyindən və ekspert rəyinin sübut növü kimi qəbul edilməməsinə dair apellyasiya şikayətinin dəlilləri ehtimal xarakterli olduğundan, apellyasiya instansiyası məhkəməsinin həmin rəy hazırkı iş üzrə mötəbər sübut növü kimi qəbul edilməli olmasına dair nəticəsi ilə kollegiya razılaşır. Məhkəmə kollegiyası iddiaçının torpaqdan istifadəyə cavabdehlərin mane olan hallarına dair heç bir sübutu məhkəməyə təqdim etməməsinə dair apellyasiya instansiyası məhkəməsinin nəticəsini də qanuni və əsaslı sayır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfindən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yal nız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə, məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. İşin faktiki hallarını obyektiv sürətdə aşkara çıxarmağa imkan verən sübutlar təqdim olunması iddiaçının birbaşa vəzifəsidir. Hər bir dəlilin söykəndiyi sübutun mötəbərliyi şübhə yaratmamalıdır. Sübuta yetirilməyən tələb isə əsaslı hesab edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi haqlı olaraq hesab etmişdir ki, iddiaçı üzərinə düşən sübutetmə vəzifəsini yerinə yetirməyərək ona mülkiyyətindən istifadə ilə bağlı maneə olan halların mövcudluğu, həmin manelərin cavabdehlərin hansı hərəkətlərində ifadə olunması və ya onların maneələri nə cürə hərəkətləri ilə həyətə keçirdikləri və s. barədə sübutları t əqdim edə bilmədiyindən iddia tələbi bu hissədə də əsassızdır. Məhkəmə kollegiyası kassasiya şikayətinin dəlilərinə hüquqi qiymət verməkdə davam edərək həmçinin pozuntu kimi təqdim edilən digər dəlillər insan və vətəndaş hüquqlarının təmin edilməsi və işin mahiyyətinə təsir edə bilməsi baxımından maddi və ya prosessual hüquq pozuntusu kimi qiymətləndirilə bilməz, eləcə də, sadalanan hallar istər iddianın, istərsə də kassasiya şikayətinin əsaslı olmasının təsdiqi üçün hüquqi əsas deyildir, həmçinin də kassator iddia tələblərinin əsaslı olmasına dair işə apellyasiya instansiyası məhkəməsinə heç bir mötəbər sübut təqdim etməmişdir. Halbuki, məhkəmə işin düzgün həlli üçün önəmli olan halların, yəni subutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 76-cı maddəsində təsbit edilmiş subutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Azərbaycan Respublikasının MPM-nin 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Azərbaycan Respublikası MPM-nin 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. Kollegiya həmçinin qeyd edir ki, “Məhkəmələr və hakimlər haqqında” qanunun 3cü maddəsinə əsasən məhkəmələr ədalət mühakiməsini həyata keçirərkən təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını, mülkiyyət formasından asılı olmayaraq şəxslərin hüquqlarını və qanuni mənafelərini hər cür qəsdlərdən və qanun pozuntularından müdafiə edirlər. Həmin qanunun 8-ci maddəsinə görə ədalət mühakiməsi heç bir məhdudiyyət qoyulmadan ədalətlə həyata keçirilir. Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarında göstərilir ki, məhkəmə qətnaməsi mülki və iqtisadi mübahisələrdən irəli gələn işlər üzrə ədalət mühakiməsinin yekun aktı olduğu üçün onun qəbul edilməsi ilə mübahisəli hüquq münasibətlərində m üəyyənlik yaranmalı, pozulmuş və mübahisə edilən hüquqların və qanunla qorunan mənafelərin real bərpası təmin olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu özünün «N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 yanvar 2006-cı il tarixli qərarında göstərmişdir ki, «məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri i lə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi ilk növbədə məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir» Məhkəmə kollegiyası kassasiya şikayətlərinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, apellyasiya instansiyası məhkəməsi işə baxarkən qanunvericiliyin yuxarıda göstərilən tələblərini nəzərə alıb iş üzrə həqiqətə nail olmaq üçün sübutları tam, hərtərəfli araşdırmış, işin faktiki hallarını ətraflı müəyyənləşdirərək düzgün hüquqi nəticəyə gəlmiş, gəldiyi nəticələr işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddiprosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, apellyasiya şikayətinin dəlillərinə müfəssəl hüquqi qiymət verilməklə tərəfindən Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun «Məhkəmə qətnaməsi haqqında» 24 noyabr 2005-ci il tarixli 4 saylı qərarının 17-ci bəndinin tövsiyyəsinə, eləcə də MPM-in 14, 77, 88, 217, 218, 372.1 və 372.7-ci maddələrinin tələblərinə riayət edilmiş, habelə, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, kassasiya şikayətinin dəlilləri əsassız olmaqla həmin dəlillər apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğvi üçün qanuni əsas ola bilmədiyi üçün kassasiya şikayəti təmin edilməməli, mahiyyəti üzrə düzgün olan apellyasiya instansiyası məhkəməsinin qətnaməsi dəyişiklik edilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 417.1.1-ci maddəsinə əsasən kassasiya məhkəməsi işə baxarkən apellyasiya instansiyası məhkəməsinin qətnamə və ya qərardadını dəyişiklik edilmədən, şikayəti təmin etmədən saxlaya bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 417, 419-cu maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı kassasiya şikayəti təmin edilməsin. Şəki Apellyasiya Məhkəməsinin MK-nın həmin iş üzrə 30 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(102)-6568/2019
Ali Məhkəmə Qərar — İş №2(102)-6568/2019
16.10.2019 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver