Məhkəmə qərarları › İş №2(102)-658/2020

Ali Məhkəmə Qərar — İş №2(102)-658/2020

05.02.2020 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Əmlak tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2(102)-658/2020 05.02.2020 ALİ MƏHKƏMƏ Azərbaycan Respublikası adından Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının QƏRARİ Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Allahverdiyev Qəhrəman Əli oğlu (sədrlik edən və məruzəçi) Xələfov İlqar Rəhim oğlu və Quliyev Gündüz Ağababa oğlundan ibarət tərkibdə, Cəfərov Araz Əhməd oğlunun katibliyi, iddiaçı x1 və onun vəkili Əhmədov İftixar Hüseyn oğlunun iştirakı ilə, Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsindən iddiaçı x1 tərəfindən verilmiş kassasiya şikayəti üzrə işə 05 fevral 2020-ci il tarixdə baxaraq MÜƏYYƏN ETDİ: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-574/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnaməsi i lə iddia qismən təmin edilmiş, ünvan 1 ünvanında yerləşən əşyaların cavabdehlər x3ndan, x4 alınaraq iddiaçı x1na verilməsi, döşək 2 nəfərlik 1 ədəd-175 AZN, yorğan 2 nəfərlik 2 ədəd-125 AZN, yataq örtüyü dəst 1 ədəd -450 AZN, balış 6 ədəd- 24 AZN, yataq üzü tək-tək 3 ədəd -60 AZN, yataq üzü dəst 8 ədəd -400 AZN, balış sintefon 2 ədəd - 20 AZN, çay qaşığı 12 ədəd -10 AZN, çəngəl 12 ədəd - 10 AZN, yağ bıçağı 12 ədəd -10 AZN, yemək qaşığı 12 ədəd-10 AZN, stəkan, nəlbəki dəsti 24 ədəd-40 AZN, qaşıq dəsti (çemodan) 1 dəst-45 AZN, fincan 2 ədəd-8 AZN; dəm çayniki 1 ədəd-15 AZN, Ana-bala çaynik 1 dəst-35 AZN, mətbəx dəsti (duz-istiot qabı) 1 dəst-80 AZN, Servis (qab qaşıq dəsti) 1 dəst-300 AZN, kompot dəsti 1 ədəd-20 AZN, ətçəkən maşın 1 ədəd-80 AZN, sokçəkən maşın 1 ədəd-55 AZN, tozsoran maşın 1 ədəd-219 AZN, saç üçün ütü feni 1 ədəd-45 AZN, saç üçün hava feni 1 ədəd-70 AZN, ütü 1 ədəd-60 AZN, telefon adaptoru «Samsunq» telefonu üçün 1 ədəd-10 AZN, Səbət naboru (kişi üçün) 1 ədəd-200 AZN, səbət naboru (qadın üçün) 1 ədəd-300 AZN, iç geyimi (qadın və kişi) 15 dəst-50 AZN, məhrəba (bədən 2 ədəd)-56 AZN, məhrəba (əl-üz) 2 ədəd-16 AZN, corab (kişi üçün) 4 dəst-8 AZN, corab (qadın üçün) 8 dəst - 16 AZN, ayaqqabı kişi üçün 3 ədəd - 75 AZN, ayaqqabı qadın üçün 4 dəst - 100 AZN, şalvar kişi və qadın üçün 10 dəst - 200 AZN, ev damaşniki 3 ədəd - 22 AZN, odeyal 1 ədəd - 65 AZN, kişi gödəkcəsi 1 ədəd - 50 AZN, qadın gödəkcəsi 4 ədəd- 150 AZN, qadın koftası 10 ədəd - 200 AZN, kişi koftası 7 ədəd 175 AZN, xınayaxdı paltarı 1 dəst - 58 AZN, güzgü 1 ədəd - 30 AZN; şamdan 2 ədəd - 20 AZN, toy gü lü 1 ədəd - 30 AZN, hərf balış 2 ədəd - 30 AZN, bıçaq dəsti 1 ədəd - 45 AZN, tək bıçaq 2 ədəd - 6 AZN, çay dəsmalı 6 ədəd - 30 AZN, mətbəx dəsmalı 6 ədəd - 50 AZN, qazan tutan 2 ədəd - 8 AZN, süpürgə dəsti 1 ədəd - 6 AZN, döşəmə silən vedrə dəsti 1 ədəd - 35 AZN. Göstərilən əşyalardan hər hansı biri qətnamənin icra olunduğu zaman mövcud olmazsa, həmin əşyanın dəyəri cavabdehlər x3ndan və x4 alınaraq iddiaçı x1na verilməsi, iddianın qalan hissədə təmin olunmaması qət edilmişdir (hakim İ.M.Mahmudov). Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın 16 sentyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər L.Məmmədova (sədrlik edən, məruzəçi), S.Qarafi və F.Məmmədov, 2(105)-3082/2019 saylı mülki iş) hazırki iş üzrə Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-574/2019 saylı, 28 yanvar 2019-cu il tarixli qətnamə si əmlakların cavabdehlərdən alınaraq iddiaçılara verilməsi hissəsində dəyişdirilməsi, cavabdehlər x3ndan və x4 bir ədəd çaynik, üç ədəd ayaqqabı (çəkmə, keta, krassovka), doqquz ədəd jaket (köynək), dörd ədəd kişi köynəyi, iki ədəd yorğan, iki ədəd stəkan, beş ədəd fincan, dörd ədəd böyük qaşıq, iki ədəd çay qaşığı, dörd ədəd çəngəl, bir ədəd çörək bıçağı, üç ədəd yağ bıçağı, bir ədəd toy gülü, bir ədəd güzgü, bir ədəd şam alınaraq iddiaçılar x1na və x2na verilməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılmışdır. İşin halları İddiaçılar x1 və x2 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər x3, x4 54 (əlli dörd) adda 4125 (dörd min yüz iyirmi beş) manat dəyərində cehiz əşyalarının və bundan əlavə toy zamanı toyda istifadə edilməsi üçün ərzaq məhsullarının dəyəri x1nın v aldeyınləri tərəfindən topdansatış “Qayalı” ticarət mərkəzinə ödənilmişdir. Qarşılıqlı razılaşmaya əsasən “Qayalı” ticarət mərkəzinə ödənilən ərzaq məhsullarının 50%-i, yəni 4125 (8250:2 =4125) manat cavabdehlər tərəfindən ödənilməli idi. 54 (əlli dörd) adda 4125 (dörd min yüz iyirmi beş) manat dəyərində cehiz əşyalarının və ödənilən ərzaq məhsullarının 50%-i, yəni 4125 (8250:2=4125) manat pulun alınaraq onlara verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları çıxarılmışdır. Kassasiya şikayətinin dəlilləri İddiaçı x1 apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən kassasiya şikayəti verərək, qətnamənin qismən ləğv edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsini dəyişdirmədən saxlanılması barədə yeni qərar qəbul edilməsini xahiş e tmişdir. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normaları pozulmuş, düzgün tətbiq edilməmişdir. Cavabdehlər x3 və x4 Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinin tələblərinə əməl etməmiş, vəkilin iştirakı olmadan məhkəmə iclasına gəlmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67.1-ci maddəsinə əsasən kassasiya və əlavə kassasiya qaydasında, habelə məhkəmə aktına yeni açılmış hallar üzrə yenidən baxıldıqda işdə iştirak edən şəxslər məhkəmə iclaslarında yalnız vəkillə birgə iştirak edirlər. Məhkəmə kollegiyasının iclasında iddiaçı x1 və onun vəkili Əhmədov İftixar Hüseyn oğlu kassasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. Digər iddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 415.3-cü maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin maddənin tələbinə görə iclasın vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxsdən hər hansı birinin üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməməsi işə baxılmasına mane olmur. Hüquqi məsələlər Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416-cı maddəsinə əsasən kassasiya instansiyası məhkəməsi apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsini yoxlayır. Qanunun tələbinə görə k assasiya instansiyası məhkəməsi işin faktiki hallarını araşdırmır, yəni işə baxan birinci instansiya və apellyasiya instansiyası məhkəməsi tərəfindən sübut kimi qəbul olunan faktlara hüquqi qiymət vermir. Lakin apellyasiya instansiyası məhkəməsi tərəfindən maddi və prosessual hüquq normalarının düzgün tətbiq olunub-olunmamasını yoxlamaq zərurətindən irəli gələrək, kassasiya instansiyası məhkəməsinin iş materiallarında olan sübutlara və hüquqi faktlara istinad etməsi faktiki halları araşdırma kimi qiymətləndirilməməlidir. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, birinci instansiya məhkəməsi iddianı qismən təmin etməkdə haqlı olsa da əmlaklara dair hissədə gəlmiş olduğu nəticə düzgün deyildir. Belə ki, iş materiallarından görünür ki, cavabdehlər iddiaçılara məxsus olan iddia əri zəsində qeyd olunan əmlaklardan yalnız bir ədəd çaynik, üç ədəd ayaqqabı (çəkmə, keta, krassovka), doqquz ədəd jaket (köynək), dörd ədəd kişi köynəyi, iki ədəd yorğan, iki ədəd stəkan, beş ədəd fincan, dörd ədəd böyük qaşıq, iki ədəd çay qaşığı, dörd ədəd çəngəl, bir ədəd çörək bıçağı, üç ədəd yağ bıçağı, bir ədəd toy gülü, bir ədəd güzgü, bir ədəd şamın onlara məxsus mənzildə olduğunu və onların iddiaçılara qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. İş materiallarından görünür ki, iddiaçılara digər əmlakların və pulun cavabdehlərdə olmasına dair hər hansı bir mötəbər sübütü məhkəməyə təqdim edə bilməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək, və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Apellyasiya instansiyası məhkəməsi hesab etmişdir ki, cavabdehlərin etiraf etdiyi əşyalar naturada mövcud olduğundan onların qiymətinin qeyd edilməsinə zərurət yoxdur. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərini əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanlara əsasən apellyasiya instansiyası məhkəməsi hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsini əmlakların cavabdehlərdən alınaraq iddiaç ılara verilməsi hissəsində dəyişdirməklə, cavabdehlər x3ndan və x4bir ədəd çaynik, üç ədəd ayaqqabı (çəkmə, keta, krassovka), doqquz ədəd jaket (köynək), dörd ədəd kişi köynəyi, iki ədəd yorğan, iki ədəd stəkan, beş ədəd fincan, dörd ədəd böyük qaşıq, iki ədəd çay qaşığı, dörd ədəd çəngəl, bir ədəd çörək bıçağı, üç ədəd yağ bıçağı, bir ədəd toy gülü, bir ədəd güzgü, bir ədəd şam alınaraq iddiaçılar x1na və x2na verilməsi, qətnamənin qalan hissədə dəyişdirmədən saxlamaqla düzgün nəticəyə gəlmişdir. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya instansiyası məhkəməsi iş üzrə müəyyən etdiyi faktiki hallara maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Qətnamənin ləğv edilməsi və kassasiya şikayətinin təmin olunması üçün heç bir əsas olmadığından qətnamə dəyişdirilmədən saxlan malı, kassasiya şikayəti təmin edilməməlidir. Şərh edilənlərə və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 416, 417, 419-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ İddiaçı x1nın kassasiya şikayəti təmin edilməsin. Sumqayıt Apellyasiya Məhkəməsinin MK-nın hazırkı iş üzrə 16 sentyabr 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qərar qəbul edildiyi andan qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar